Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-354/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1994-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda fərdi yaşayış evində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işi üzrə aparılan istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Dəmiryol küçəsində ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən 20 manat müqabilində gizlədilmiş yerdən satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0,342 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək saxlamaqla üzərində daşımış, 21 yanvar 2024-cü il tarixdə Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 20:30-da Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən “Murad” adlanan mağazanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 22:20-də üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,342 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaqın gedişində toplanmış ilkin təhqiqat materalları, təqsirləndirilən şəxsin və şahid ifadələri, maddi sübutlar, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Diskə baxış keçirilməsi haqqında” protokol, məhkəmə-kimyəvi ekspertizasının 22 yanvar 2024-cü il tarixli, 3-16-16/2- 6/408 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2024-cü il tarixli, 412 nömrəli rəyləri, habelə digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, kirayəşin olaraq tək yaşayır. Ruhi və psixoloji xəstəliyi yoxdur, əqli cəhətdən sağlamdır. Əvvəllər Azərbaycan Respublikası CMnin 333.1 -ci maddəsi ilə məhkum olunmuşdur. Əsas yaşayış yeri ünvan 1inə olsa da, altı aydır ki, Bakı şəhərində fəhlə kimi işləyir və yaşayır. Bakı şəhərində yaşadığı altı ay müddətində “patı” adlandırılan psixotrop maddə metamfetamin qəbul etmişdir. Belə ki, metamfetamini yandırıb tüstüsünü çəkmə yolu ilə istifadə edir. Həmin maddələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə etmişdir. Sonuncu dəfə 21 yanvar 2024-cü il tarixdə axşam saatlarında “instagram” sosial şəbəkəsində narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə əlaqə saxlayıb ondan bir büküm psixotrop maddə istəmiş, həmin şəxs isə ona "xxxx" ASC-yə məxsus bank hesabını göndərməklə 20 manat pul köçürməyini istəmişdir. O, qeyd olunan məbləğdə pul göndərişini həmin bank hesabına həyata keçirdikdən sonra həmin şəxs ona Binəqədi rayonu, Dəmiryol küçəsində olan yerin işarələnmiş şəkillərini atmaqla istədiyi bükümü siqaret qutusunun içərisində həmin yerə gizlətdiyini bildirmişdir. O, kimsə şübhələnmədən tez vaxtda həmin yerə özünü çatdırıb bildirilən yerdən psixotrop maddəni götürməyi fikirləşmiş, bu məqsədlə 21 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Binəqədi rayonu, Dəmiryolu küçəsinə çatmışdır. Orada özünə əvvəlcədən bildirilmiş yerdən üzərində “Kent” yazısı olan siqaret qutusunu götürmüş və içərisində istəyinə uyğun olaraq bir büküm maddə olduğunu görüb tez vaxtda əynində olan gödəkçənin sağ yan cibinə qoyub oradan uzaqlaşmağa başlamışdır. Yaşadığı ev istiqamətində gedərkən çox keçmədən, yəni 21 yanvar 2024-cü il tarixdə saat 20:30-da Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən “Murad” mağazasının yaxınlığında piyada gəzərkən iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra o Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə dəvət edilmiş, polis şöbəsində ona hüquq və vəzifələri izah olunaraq şöbəyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan “Kent” markalı siqaret qutusunu içərisindəki 01 ədəd ağ rəngli sellofan bükümlə təqdim etmişdir. Həmin bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəm üçün əldə etdiyini etiraf etmişdir. Həmçinin gödəkçənin sol yan cibində olan “Huawei P9” markalı mobil telefonu da təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərfin üzərində özü də daxil olmaqla iştirakçılar tərəfindən imzalar çəkilmiş, möhürlənmişdir. Sonradan göndərilən məhkəməkimyəvi ekspertizanın rəyinə əsasən üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0,342 qram olduğu təsbit olunaraq ona elan edilmişdir. O üzərindən aşkar edilmiş narkotik vasitəni özünün şəxsi istifadəsi üçün əldə etmiş, həmin maddədən kiməsə verməmiş və ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O 21 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Dəmiryol küçəsi adlanan ərazidə psixotrop maddə əldə etməsi üçün həmin maddəni oraya qoymuş şəxsin anket məlumatlarını bilmir və həmin şəxs haqqında hansısa məlumatı yoxdur. Sonuncu dəfə psixotrop maddə əldə etmək üçün gedərkən ona aid “İnstagram” məlumatlarını, bildirdiyi "xxxx" ASC hesabını, onunla olan çat yazısını, eləcə də işarələnmiş formada fotoşəkilləri sildiyi üçün onun haqqında nəsə xatırlamır və istintaqa təqdim edə bilmir. Habelə həmin şəxsin mobil telefon nömrəsini bilmir və sonuncu ilə heç vaxt telefon zəngi əlaqəsi saxlamamışdır. Binəqədi RPİ-nin 4-cü polis şöbəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı həyəcanlı olduğu üçün orada telefonunda qeyd olunmuş məlumatları əvvəlcədən silmiş olduğunu etiraf etməmişdir. Onun psixotrop maddə istifadə etdiyini kimsə bilmədiyi üçün əksər vaxtlarda bununla əlaqədar olan yazışmaları silməklə mobil telefonda saxlamır. Saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında təqsirləndirən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü, digər üzvü isə Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 olmuşdur. 21 yanvar 2024- cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs Binəqədi rayonu, Baksol yolunda yerləşən “Murad” adlı mağazanın yaxınlığında görüb onu saxlamışdırlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 4-cü polis şöbəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri, Vəkillər kollegiyasının 11 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Özünün, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə Binəqədi RPİ-nin KTQ-nun ekspert-kriminalisti X4 videoçəkiliş aparması ilə Binəqədi RPİ-nin 4-cü PŞ- nin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış və götürmə keçirilmişdir. Baş təhqiqatçı Şəhliyar Hacıyev şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd korpusu boz rəngli, ekranı qara rəngli olan “Huawei” markalı mobil telefonu, sağ yan cibindən isə 01 ədəd “Kent" markalı siqaret qutusunun içərisində olan ağ rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra şəxsin üzərində əməliyyat müvəkkili Şahid2 tərəfindən axtarış keçirilmiş və üzərində hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi əşyanın “patı” adlandırılan psixotrop maddə olduğunu, şəxsi istifadəsi məqsədi ilə “İnstagram” sosial şəbəkəsində əlaqə saxladığı tanımadığı şəxsin hazırda xatırlamadığı bank hesabına 20 manat köçürdükdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Dəmiryol küçəsində işarələnmiş yerdən götürməklə əldə etdiyini bildirmişdir. Daha sonra baş təhqiqatçı Şəhliyar Hacıyev şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümü elektron tərəziyə qoyaraq qablaşdırma ilə birgə çəkisinin 0,41 qram olduğunu müəyyən etmiş, zərfə qoyaraq möhürləməklə qablaşdırmışdır. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonu da maddi sübut əhəmiyyətli hesab edərək qablaşdırmaqla götürmüşdür. İştirakçıların hər biri zərfin üzərini imzalamış və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalandı. Bundan başqa Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən onun büküldüyü sellofan ilə birlikdə kütləsinin elektron tərəzidə 0,41 qram, lakin müvafiq tədqiqat zamanı həmin maddənin təmiz çəkisinin, yəni büküldüyü sellofan olmadan çəkisinin 0,342 qram olması iş üzrə ziddiyyətli hal kimi sayıla bilməz. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi RPİ-nin 4-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 21 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da saxlanılaraq, Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş və orada Təqsirləndirilən şəxs üzərində olan əşyaları könülü təqdim etmək təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən üzərinə Kent yazısı yazılmış 01 ədəd siqaret qutusunu təqdim etmişdir. Həmin qutunun içərisinə baxan zaman ağ rəngli sellafon aşkar edilmiş və sellafonun içərisində ağ rəngli kristal formalı psixotrop maddə olan metanfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 22 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,342 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Diskə baxış keçirilməsi barədə” 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən üzərinə Kent yazısı yazılmış 01 ədəd siqaret qutusunu təqdim etmişdir. 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi İsaq Həsənovun xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ZR CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respubika Narkoloji X9 şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli 412 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, təmiz çəkisi 0,342 qram (tədqiqatdan sonrakı çəkisi 0,302 qram) olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə 25 yanvar 2024-cü il tarixli qərar ilə maddi sübut hesab edilərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılığını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 21 yanvar 2024-cü il tarixdə saat 20:30-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 23 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs qimində cəlbetmə haqqında qərar ona xx.xx.2024-cü ildə müdafiəçisinin iştirakı ilə elan olunmuş, ittihamın mahiyyəti izah edilmiş və qərarın surəti təqdim edilmişdir. Daha sonra təqsirlədirilən şəxs saat 11:20-dən 12:10-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə Binəqədi rayon prokurorluğuna müraciət edilmiş, 23 yanvar 2024-cü il tarixli qərar ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 21 yanvar 2024-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,302 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,302 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-354/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-354/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver