Məhkəmə qərarları › İş №1(001)-355/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-355/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-355/2022 04.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 müqavilə üzrə müdafiəçisi, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə

1. xx xxxxxx 1995-ci ildə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sərdarov küçəsi, ev 7, mənzil 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, mədən 2, fərdi yaşayış evi ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 -ci (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair

2. 09 avqust 1996-cı ldə Füzüli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 (bir) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, çəkilməmiş 05 (beş) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası qalmış, məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Mahmudlu-2 kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 -ci (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair

3. xx xxxx 1989-cu ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Dədəqorqud qəsəbəsi, yeni yaşayış massivində fərdi evdə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi:

Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə təkrarən saxlanc yerlərinə qanunsuz daxil olaraq özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə təkrarən saxlanc yerlərinə qanunsuz daxil olaraq özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 23 dekabr 2021-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi özünə məxsus əmlakı saxladığı hasarlanmış saxlanc yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 73 ünvanda yerləşən qapı-pəncərə sexinin həyətyanı sahəsinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq oradan 4.000 (dörd min) manat dəyərində 1 ədəd “Palmeyi” markalı “Storeks”adlı, üzərində “Somfy Orea 50 RTS 55/17” yazısı olan mühərriklə işləyən kölgəlik pərdəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 27 dekabr 2021-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi özünə məxsus əmlakı saxladığı hasarlanmış saxlanc yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 73 ünvanda yerləşən qapı-pəncərə sexinin həyətyanı sahəsinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub oradan 600 (altı yüz) manat dəyərində 1 ədəd 7 metr uzunluğunda alminium materialdan olan profili gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 - tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 23 dekabr 2021-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi özünə məxsus əmlakı saxladığı hasarlanmış saxlanc yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, Korpus 73 ünvanda yerləşən qapı-pəncərə sexinin həyətyanı sahəsinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq oradan 4.000 (dörd min) manat dəyərində 1 ədəd “Palmeyi” markalı “Storeks”adlı, üzərində “Somfy Orea 50 RTS 55/17” yazısı olan mühərriklə işləyən kölgəlik pərdəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 dekabr 2021-ci il tarixdə səhər saat 09:20-dən 09:30-dək olan müddət ərzində Zərərçəkmiş şəxs2 özünə məxsus olan əmlakı saxladığı hasarlanmış saxlanc yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 ünvanında yerləşən həyətyanı sahəsində aparılan tikintiyə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub oradan hər birinin dəyəri 90 manat olan 45 ədəd aşağı hissəsi 50 mm, yuxarı hissəsi 40 mm diametrli yivli dəmir dirəklərini və dəyəri 100 manat olan 20 metr uzunluğunda 4 kvt-lıq misdən olan elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 4150 (dörd min yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 - tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 27 dekabr 2021-ci il tarixdə axşam saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi və özünə məxsus olan əmlakı saxladığı hasarlanmış saxlanc yeri olan Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73 üvanda yerləşən qapı-pəncərə sexinin həyətyanı sahəsinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub oradan 600 (altı yüz) manat dəyərində 1 ədəd 7 metr uzunluğunda alminum materialdan olan profili gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 –cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir.Törətdiyi cinayət əməlləri ilə bağlı bildirmişdir ki, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşaraq əlbir olub birlikdə 23 dekabr 2021-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs1 işlədərək özünə məxsus əmlakı saxladığı hasarlanmış yer olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 73 ünvanda yerləşən qapı-pəncərə sexinin həyətyanı sahəsinə hasardan aşmaq yolu ilə daxil olaraq oradan bir ədəd “Palmeyi” markalı “Storeks”adlı mühərrikli kölgəlik pərdəni gizli olaraq talayıb oğurluq etmişdir. Həmin kölgəlik pərdəni ciyinlərində qaldıraraq sexdən təxminən 50-60 metr uzaqlaşdırdıqdan sonra İntiqam zəng vuraraq əmisi X5 çağırmışdır ki, onları avtomobili ilə gəlib aparsın.Şamo ağ rəngli VAZ 2106 markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomaşınla 15 dəqiqə sonra yaxınlaşmışdır.Onlar həmin oğurladıqları “Storeks” kölgəlik pərdəni həmin avtomaşının ban hissəsində olan yük yerinə yükləyərək Dərnəgüldə yerləşən “Ulduz” metrosunun yaxınlığında metal qəbuluna aparmışdırlar.Orada İntiqam danışıq apararaq pərdəni satmaq istədiyini bilmiş və həmin metal alan şəxs alminium pərdəni tərəzidə çəkərək 290 manat qiymət etdiyini demiş və İntiqam da razılaşaraq həmin pərdəni 290 manata satmışdırlar.Həmin pulun 30 manatını sürücüyə, 125 manatını ona vermiş, qalan pulu isə İntiqam özünə götürmüşdür. Həmin əldə olunan pulları öz şəxsi maddi təlabatları üçün xərcləmişdir.Şamoya pərdəni oğurladıqları barədə onlar heç nə deməmişdirlər.Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub onunla birlikdə 27 dekabr 2021-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 işlədərək özünə məxsus əmlakı saxladığı hasarlanmış saxlanc yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 73 ünvanda yerləşən qapıpəncərə sexinin həyətyanı sahəsinə hasardan aşmaq yolu ilə daxil olub oradan bir ədəd alminium materialdan olan 7 metr uzunluğunda profili gizli olaraq oğurlamışdırlar.Səhəri gün saat 07:00 radələrində onlar Elizbarla birlikdə axşam oğurladıqları alminium profili satmaq üçün metal qəbununda işləyən Nurlan adlı şəxsə zəng vuraraq bildirmişdir ki, alminium profil var və onu satmaq istəyir. Nurlan da öz növbəsində almaq istədiyini bildirərək Qazel markalı avtomaşınla gələrək həmin profili maşına yükləyərək işlədiyi Binəqədi rayonu DSK yolunda yerləşən metal qəbulu sexinə aparmışdırlar, orada tərəzidə çəkərək 170 manata satmışdırlar və əldə olunan pulu yarı yarıya bölmüşdülər.Əldə olunan pulları öz şəxsi maddi təlabatları üçün xərcləmişdir.Oğurluq etməklərini heç kim görməmişdir.Bundan başqa heç bir oğurluq etmədiyini bildirmişdir.Birinci dəfə sexdən oğurluq edəndə orada uzun alminium profilini görmüş və bu səbəbdən də ikinci dəfə oraya oğurluq üçün getmişdir.İikinci oğurluq vaxtı İntiqam olmadığı üçün onunla getməmişdir və o, Elizbarı görmüş, bir neçə dəqiqə söhbət etdikdən sonra Elizbarla birlikdə qərarlaşdırmış və gedib alminium profili həmin sexdən oğurlamışdırlar.Tanışı Nurlana satdığı əmlakın oğurluq olmasını sonuncu bilməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətməsini, gənc olmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir.Törətdiyi cinayət əməlləri ilə bağlı bildirmişdir ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşaraq əlbir olub birlikdə 23 dekabr 2021-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs1 işlədərək özünə məxsus əmlakı saxladığı hasarlanmış yer olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2ci mədən, korpus 73 ünvanda yerləşən qapı-pəncərə sexinin həyətyanı sahəsinə hasardan aşmaq yolu ilə daxil olaraq oradan bir ədəd “Palmeyi” markalı “Storeks”adlı, mühərriklə işləyən kölgəlik pərdəni gizli olaraq talayıb oğurluq etmişlər.Əmisi Şamonu avtomobili ilə çağıraraq oğurladıqları həmin pərdəni “Ulduz” metrosunun yaxınlığında metal qəbuluna apararaq orada 290 manata satmış, pulu aralarında bölmüşdürlər.Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 dekabr 2021-ci il tarixdə saat 09:20-dən 09:30-dək olan müddətdə Zərərçəkmiş şəxs2 etibarnamə əsasında götürüb özünə məxsus olan əmlakı saxladığı hasarlanmış yer olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 ünvanında yerləşən həyətyanı sahəsininə hasardan aşmaq yolu ilə daxil olub oradakı tikintinin içərisindən 45 ədəd yivli dəmir dirəklərini və 20 metr uzunluğunda 4 kv-lıq misdən olan elektrik naqilini gizli olaraq talayıb oğurluq etmişdir.Heç kim onların oğurluq etdiklərini görməmişdir. Əmisi Şamo da onların oğurluq etdiklərini bilməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, gənc olmasını, vurulmuş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs3 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir.Törətdiyi cinayət əməlləri ilə bağlı bildirir ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub birlikdə 27 dekabr 2021-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi və özünə məxsus olan əmlakı saxladığı hasarlanmış yer olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 73 ünvanda yerləşən qapı-pəncərə sexinin həyətyanı sahəsinə hasardan aşmaq yolu ilə daxil olub oradan bir ədəd alminium materialdan olan 7 metr uzunluğunda profili gizli olaraq oğurlamışdırlar. Səhəri gün saat 07:00 radələrində Elnurla birlikdə axşam oğurladıqları alminium profili satmaq üçün Elnur metal qəbununda işləyən Nurlan adlı şəxsə zəng vuraraq bildirmişdir ki, alminium profil var satmaq istəyir.Nurlan da öz növbəsində profili ala biləcəyini bildirmişdir. Odur ki, Elnur Nurlana olduqları ünvanı bildirmişdir.Nurlan Qazel markalı nömrə nişanını xatırlamadığı avtomaşınla gələrək həmin profili maşına yükləmiş, sonra onlar profili Nurlanın işlədiyi Binəqədi rayonu DSK yolunda yerləşən metal qəbulu sexinə aparmışdılar, orada profili tərəzidə cəkərək 170 manata Nurlana satmışlar və əldə olunan pulu Elnurla yarı yarıya bölmüşlər. Həmin əldə olunan pulları öz şəxsi maddi təlabatları üçün xərcləmişdir. Nurlana profilin oğurluq olduğunu deməmişdirlər. Bildirmişdir ki, o və Elnur sexə daxil olmaqda məqsədləri hər hansısa bir qiymətli əşyaları oğurlayıb sataraq pul əldə etmək olmuşdur.Heç kim onların oğurluq etdiklərini görməmişdir. Bundan başqa heç bir oğurluq etməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, evli olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, vurulmuş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən iki il olar ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sonunda ikinci Mədəndə yerləşən dostu Şahid7 məxsus həyətyani sahəsində olan bir mərtəbəli tikilidə aliminium qapı-pəncərə, perqola sistemi, cam-balkon sisteminin hazırlanması işi ilə məşğuldur. İlkin araşdırma zamanı izahatda və ifadədə “Eklip” şirkətinin ustası olmasını göstərilsə də bu səhvdir, o, fərdi qaydada ustadır, sadəcə həmin ərazi əvvəl orada fəaliyyət göstərmiş, hazırda işləməyən “Eklip” şirkətinin deposu kimi tanınır. İşlətdiyi bütün avadanlıq və alətlər şəxsən özünə məxsusdurlar. O, cümlədən oğurlanmış əmlak da ona məxsus olmuşdur.Hadisə ilə bağlı bildirmişdir ki, 23 dekabr 2021-ci il tarixdə saat 23:30 radələrində işlətdiyi və özünə məxsus olan əmlakı saxladığı hasarlanmış həyətdə saxlanc yeri olan qapı-pəncərə sexinin həyətyanı sahəsinə cinayətkarlar hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq oradan 4.000 (dörd min) manat dəyərində 1 ədəd “Palmeyi” markalı “Storeks”adlı mühərrikli kölgə pərdəni gizli olaraq talayıb ona maddi ziyan vurmaqla oğurluq etmişlər.İstintaq zamanı həmin oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında törətdikləri ona məlum olmuşdur.İstintaq zamanı həmin pərdənin bir hissəsi olan mühərrik aşkar olunmuş və gedib onu görəndə öz əmlakı kimi dərhal tanımışdır. Bundan başqa, 27 dekabr 2021-ci il tarixdə saat 22:00 radələrində işlətdiyi və özünə məxsus olan əmlakı saxladığı hasarlanmış saxlanc yeri olan qeyd edilən qapı-pəncərə sexinin həyətyanı sahəsinə təqsirləndirilən şəxslər hasardan aşmaq yolu ilə qanunsuz daxil olub oradan 600 (altı yüz) manat dəyərində 1 ədəd 7 metr uzunluğunda alminium materialdan olan profili gizli olaraq talayıb ona maddi ziyan vurmaqla oğurluq etmişdirlər. İstintaq zamanı həmin oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında törtdikləri ona məlum olmuşdur. O, 27 dekabr 2021-ci il tarixdə səhər saatlarında işə gələrkən sexin həyətində açıq havada olan “storeksin” (kölgəlik pərdənin) naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir.Daha sonra o, bu barədə DİN-102 zəng sistemi mərkəzinə məlumat vermişdir.Həmin ərazini dostu Zakir ona heç bir müqavilə olmadan bir dost kimi vermişdir və buna görə ondan icarə pulu almamışdır.O, fərdi qaydada işlədiyi üçün VÖEN hələ ki almamışdır.O bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı 01 ədəd türkiyə istesalı olan “Palmeyi” markalı 4 000 manat dəyərində mühərrikli kölgə pərdə sistemi oğurlanmışdır və 01 ədəd 600 manat dəyərində təxminən çəkisi 50-60 kq olan alminium materialdan ibarət profil (navalca) oğurlanmaqla ümumilikdə ona 4600 manat məbləğində maddi ziyan dəymişdir.Ona məxsus həmin materialların qaiməsi lazım olmadığından saxlamamışdır.Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir və barışıq əldə olunmuşdur. Belə ki, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021ci il tarixdə saat 09:30 radələrində Binəqədi rayonu Binəqədi şossesi 53 ünvanda yerləşən mülki etibarnamə ilə ona məxsus olan hasarlanmış tikinti obyektinə işə gedən zaman 01 nəfər naməlum şəxsin tikinti obyektinin hasarından aşaraq uzaqlaşdığını görmüş, dərhal obyektdəki müşahidə kameralarına baxarkən həmin şəxsin hasarlanmış obyektə hasardan aşaraq ərazidən 45 ədəd dəmir dirəkləri və 20 metr uzunluğunda 4-lük mis naqillərini oğurlandığını aşkar etmişdir.Dəmir dirəklərin hər biri 90 manat təşkil etməklə, 4050 manat və elektirik naqilləri ümumilikdə 100 manat təşkil etməklə, ümumilikdə ona dəymiş maddi ziyan 4.150 manat olmuşdur. Onun tələbi özünə məxsus olan 45 ədəd dəmir dirək və 20 metr uzunluğunda 04 ədəd elektirik mis naqilini geri qaytarılmasından ibarətdir.O, iş yerinə gedəndə oğurluq etmiş şəxsin üzünü görməmiş, uzaqdan görmüşdür ki, həmin şəxsi uzaqdan uzaqlaşdığını görmüş, sonradan kameraya baxanda, həmin şəxsin dəmir dirəkləri apardığını görmüş, lakin həmin şəxsin üzünü görməmiş və müşahidə kamerasında üzü görünməmişdir.Onun tikinti obyektinə dair mülki etibarnamə verilməsi barədə etibarnaməsi olmuş, tikinti obyektində mühafizə xidməti olmuş, hadisə günü obyektində mühafizəçi «Nurlan» və «İlham» adlı şəxslər olmuşlar. İstintaq zamanı zəruri xüsusatların aydınlaşdırılması üçün əlavə dindirilərkən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Binəqədi şossesi 53 ünvanında yerləşən hasarlanmış ərazidə inşa etdirdiy tikinti obyektində xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində 4150 manat dəyərində ona məxsus əmlakının oğurlanması barədə əvvəl verdiyi ifadəsini təsdiq edir.Aparılmış istintaq zamanı ona məlum olmuşdur ki, oğurluğu Təqsirləndirilən şəxs2 adlı şəxs törətmişdir.Hadisə baş verən yerin ərazisi çox böyük olmaqla 7 hektardır, ərazidə tikinti, kotlovan, yardımçı binalar vardır. O, oğurluq edən şəxsi çox uzaqdan, özü həyətin giriş hissəsində olanda görmüşdür, bu şəxs isə həyətin sonunda olmuş və əlindəki tikintidə istifadə edilən dəmir dirəklərini tikintinin qurtardığı yerdəki hasarın digər tərəfinə ataraq özü də tez hasardan atlayaraq çıxıb getmişdir. Həmin şəxs onu heç görməmişdir, o, da bu şəxsi səsləməmiş və ya təqib etməmişdir. O, həmin yerə çatanda artıq hasarın arxasında heç kimi görməmişdir. O, belə başa düşür ki, oğurluq etmiş Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 09:20 radələrində hasardan atlayaraq tikintinin ərazisinə daxil olaraq tikintinin hasara yaxın hissəsində olan yerdə istifadə edilən dəmir dirəklərini və mis naqilini qısa müddət ərzində hissə-hissə hasarın digər tərəfinə atmış və sonda özü də oradan atlayaraq oğurlamışdır.O, ilkin ifadə verdikdən sonra istəmişdir ki, videokamera görüntüsünü diskə köçürərək istintaqa təqdim etsin, lakin bu zaman texniki səbəbdən videogörüntü diskə yazılmamışdır və eyni zamanda kameranın yaddaşından da pozulmuşdur.Odur ki, həmin görüntü hazırda yoxdur. Həmin ərazidə mühafizə etmiş Şahid5 Həşim oğlu və Şahid6 baş vermiş oğurluqda iştirakları və ya səhlənkarlıqları istintaq zamanı hərtərəfli araşdırılmışdır, həmçinin o, özü də İlham və Nurlanla söhbət etmişdir, müəyyən etmişdir ki, onlar gecələr, yəni saat 18:00-dən səhərisi gün saat 08:00dək obyekti mühafizə etməlidirlər.Oğurluq isə saat 9:20-dən 9:30-dək, yəni o, obyektə gələn zaman baş vermişdir.Odur ki, mühafizəçilərin bu oğurluqdan heç xəbərləri olmamış, heç bir səhlənkarlığa yol verməyiblər və onlardan tələbi yoxdur.Tikintidən oğurlanmış naqil 20 metr uzunluğunda 4 kvt-lıq misdən olan elektrik naqili olmuşdur, onun dəyəri 100 manat təşkil edir. Ona məxsus olan oğurlanmış 45 ədəd dəmir dirəklərin hər birinin dəyəri 90 manat olmuşdur. İstintaq zamanı təyin edilərək keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/77 saylı, 07 yanvar 2022-ci il tarixli rəyi ilə tanış olmuşdur və onun nəticələri ilə razı deyil. Belə ki, ondan oğurlanmış dəmir dirəklər yaxşı, işlək vəziyyətdə olunmuş və hər birinin bazar qiyməti 90 manat təşkil edir. Ekspertizaya isə dirəklər oğurlanaraq pis vəziyyətə salındıqdan sonra tapılıb təqdim edildiyindən onlar istifadə edilmiş vəziyyətdə ən aşağı qiymətlə qiymətləndirilmişdir.Odur ki, istintaq zamanı həmin əmlakın real qiyməti, yəni hər birinin dəyərinin 90 manat kimi ittihama daxil edilməsini, cinayət əməli nəticəsində ona məxsus dirəklərin və naqilin oğurlanması ilə ümumilikdə 4150 manat dəyərində maddi ziyanın vurulmasının qeyd edilməsini xahiş etmişdir. İstintaq zamanı həmin dəmir dirəklərin bir hissəsi aşkar olunmuş və onları görəndə öz əmlakı kimi dərhal tanımışdır. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir və barışıq əldə olunmuşdur. Belə ki, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, heç bir yerdə işləmir, arvadı Binəqədi rayonu 99 saylı tam orta məktəbdə xadimə işləyir. Ona məxsus olan «VAZ 2106» markalı **-BS-*** dövlət nömrə nişanlı avtomaşınla arada taksi faliyyəti ilə məşğul olaraq, çörək pulu qazanır. O, 23 dekabr 2021-ci il tarixdə saat 23:00 radələrində evdə olan zaman yatmaq istəyərkən ona məxsus olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng olunmuş, o, telefona cavab verdikdə həmin nömrədən zəng vuran qardaşı oğlu İntiqam ona avtomaşını ilə Beton zavod istiqamətində getməsini bildirmiş və o, İntiqamdan soruşmuşdur ki, nə əsasla gəlməlidir? İntiqam ona bildirmişdir ki, dəmir tullantılar yığmışdır, onları Dərnəgüldəki metal əritmə məntəqəsinə aparmaq lazımdır. O da, İntiqamın çağırışına əsasən sonuncunun dediyi yerə getmiş və orada olarkən görmüşdür ki, İntiqamın yanında üzdən tanıdığı və qonşuluqda yaşayan «Elnur» adlı şəxs də vardır. O, həmçinin görmüşdür ki, yerdə bir ədəd 05 metr uzunluğunda bağlama vardır. İntiqam və Elnur həmin bağlamanı yerdən qaldıraraq avtomaşının banında olan yük yerinə qoymuşdurlar. O, həmin bağlamanı iplə bərkidərək haraya aparmaq lazım olduğunu soruşmuş, İntiqam bildirmişdir ki, Dərnəgül istiqamətində gedəcəklər. O, avtomaşını Dərnəgül istiqamətində idarə edərək getmiş, Dərnəgül ticarət mərkəzinin yaxınlığında, Ulduz metrosu istiqamətində gedərək metal qəbulu məntəqəsinə yaxınlaşmışlar. İntiqam bir nəfər satıcıya yaxınlaşaraq, həmin bağlamanı satmaq istədiyini bildirmiş, aralarında razılaşma edərək satmışdır. Həmin puldan İntiqam ona 30 manat pul vermiş, sonra onlar birlikdə Binqədi rayonu X7 yanına getmişlər. İntiqamla Elnur avtomaşından düşərək getmiş, o, yaşadığı evə qayıtmışdır. Sonra xx.xx.2021-ci il tarixdə səhər saatlarında qardaşı oğlu İntiqam ona zəng vuraraq, «Zəngəzur» şadlıq sarayı istiqamətində gəlməyini bildirmişdir. O, İntiqamın dediyi ünvana getdikdə, İntiqam və «Elnur» adlı şəxsin birlikdə olduqlarını görmüş, həmin şəxslər 09 ədəd dəmir dirəkləri avtomaşına yükləyərək X7 yaxınlığındakı metal qəbulu məntəqəsənə aparmışlar, orada sataraq ona 15 manat pul vermişlər.Bundan başqa, onun İntiqam və Elnurla arasında heç bir dəmir daşımasında fəaliyyəti olmamışdır və həmin materialların oğurluq olmasını bilməmişdir.İntiqam ona bildirmişdir ki, həmin malları pulla mühafizəçidən almışdır.O, gecə saatları və səhər tezdən hansı mühafizəçinin qardaşı oğlu İntiqama mal satdığını soruşmuş, lakin İntiqam demişdir ki, o, mühafizəçiyə pulunu verib mal almışdır. O, həmin malların oğurluq olduğunu bilməmiş, xx.xx.2021-ci il tarixdə bağlama apararkən, həmin bağlamanın təzə olduğunu bilməmiş, həmin dəmir dirəkləri ona məxsus avtomaşına yükləyən zaman Elnur İntiqamla birlikdə olmuş, dəmir dirəkləri Elnurla bərabər yükləmişdirlər. Lakin metal qəbulu məntəqəsinə gedərkən Elnur onlarla birgə getməmiş, İntiqam və o, birlikdə getmişdirlər. İntiqam dəmir dirəkləri satarkən, məntəqədə işləyən «Nuru» adlı şəxs həmin dirəklərin oğurluq olmasını bilməmişdir və o, İntiqamın mis kabel satmasının şahidi olmamışdır. Şahid2 əlavə ifadəsində göstərmişdir ki, ona məxsus avtomobilə dəmir dirəkləri yükləyən zaman Elnur İntiqamla birlikdə olmuş, İntiqam Elnurla birlikdə dəmir dirəkləri avtomobilə yükləmiş, lakin metal qəbulu məntəqəsinə gedərkən Elnur onlarla getməmiş, İntiqam və o, birlikdə getmişdirlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid7 ifadəsində göstərmişdir ki, ailə vəziyyəti və yaşayış şəraiti nəzərə alınaraq 23 iyun 1999-cu il tarixdə Binəqədi RİH-nin başçısının 470 nömrəli sərəncamı ilə ona Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 73 ünvanda 500 kv. metr həyət sahəsi ayrılmışdır ki, orada ailəsinə ev tiksin. O, müvafiq qeydiyyat sənədləri alaraq həmin ərazini daşla hasarlanmış və açarla bağlanan dərvaza qoymuşdur. Sonra o, həyətdə tikintiyə başlayaraq bir mərtəbəli tikilini ucaltmışdır, lakin sonra maddi vəziyyəti imkan vermədiyindən ev tikə bilməmişdir. Təxminən 2 il əvvəl dostu Zərərçəkmiş şəxs1 ondan xahiş etmişdir ki, boş qalmış tikilidə ona icazə versin ki, fərdi qaydada işləyib qapı-pəncərə düzəltsin. O, görmüşdür ki, ərazi boşdur, nəzarətsiz qalıb, odur ki, razılaşmışdır və Səbuhi orada qapı-pəncərə sexi kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin həyəti o, Səbuhiyə bir dost kimi pul almadan vermişdir ki, o tikiliyə nəzarət edə bilsin. Bununla bağlı aralarında heç bir müqavilə bağlanmamışdır. Lakin Səbuhinin hansı əsaslarla işləməsi, VÖEN-nin olub-olmaması onu maraqlandırmamışdır, çünki düşünürdü ki, əgər sex açıq şəkildə fəaliyyət göstərirsə, deməli sənədləri qaydasında olmalıdır. Sonra ona məlum olmuşdur ki, həmin ərazidən 2 dəfə oğurluq baş vermişdir və Səbuhiyə məxsus əmlaklar oğurlanmışdır. İstintaq zamanı ona məlum olmuşdur ki, 23 dekabr 2021-ci il tarixdə saat 23:30 radələrində Səbuhinin işlətdiyi və özünə məxsus olan əmlakı saxladığı adına olan hasarlanmış həyətə cinayətkarlar hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq oradan 4.000 (dörd min) manat dəyərində 1 ədəd “Palmeyi” markalı “Storeks”adlı kölgə pərdəliyini gizli olaraq talayıb oğurluq etmişlər. Həmin oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdikləri ona məlum olmuşdur. Bundan başqa, 27 dekabr 2021-ci il tarixdə saat 22:00 radələrində Səbuhinin işlətdiyi və özünə məxsus olan əmlakı saxladığı həmin hasarlanmış saxlanc yeri olan qeyd edilən qapı-pəncərə sexinin həyətyanı sahəsinə cinayətkarlar hasardan aşmaq yolu ilə qanunsuz daxil olub oradan 600 (altı yüz) manat dəyərində 1 ədəd alminium materialdan olan 7 metr uzunluğunda profili gizli olaraq talayıb oğurluq etmişdirlər. İstintaq zamanı həmin oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında törətdikləri ona məlum olmuşdur. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 adlı şəxsləri əvvəllər tanımamış və Binəqədi rayon ərazisində onlarla rastlaşmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 06 ay olar ki, Bakı şəhəri Nərimanov rayonu metronun «Ulduz» stansiyasının yaxınlığında icarə əsasında əlvan metal qəbulu məntəqəsini işlədir və 01 aya yaxın olar ki, Şahid4 satıcı olaraq işə qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə onun işçisi Şahid4 aliminium materialdan olan kölgəlik pərdəni 180 manata ağ rəngli «VAZ 2106» markalı avtomaşında olan üç nəfər şəxs tərəfindən satıldığını bildirmişdir. Təxminən xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları və həmin kölgəlik pərdəliyi satan şəxslər birlikdə onun iş yerinə gedərək həmin kölgəlik pərdənin onların aldıqları və təqdim etməsini istəmişdirlər. O, həmin pərdəliyin artıq əritməyə verildiyini və onlarda olmadığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları onlarda kölgəlik pərdəyə dair hər hansısa bir kəsinti və ya parçası olmasını soruşduqda, o, kölgəlik pərdədən yalnız təxminən 70 sm uzunluqda bir ədəd dəmir parça qaldığını bildirmiş və həmin detalı polis əməkdaşlarına təqdim etmişdirlər. O, izahat vermək üçün Polis bölməsində olan zaman həmin kölgəlik pərdənin onun tərəfindən alnması barədə izahat vermişdir. Həmin kölgəlik pərdəni o deyil, işçisi Şahid4 almış, Ömər bildirmişdir ki, kölgəlik pərdəni «VAZ 2106» markalı avtomaşınla gətirmişlər, o, «VAZ 2106» markalı avtomaşının olmasını Ömərdən öyrənmişdir. X6 hal-hazırda Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edir. O və işçiləri aldıqları materialın növü və adını qeydiyyat kitabında qeyd edirlər, metalı satan şəxslərdən şəxsiyyətini müəyyən edən sənəd tələb edirlər, kölgəlik pərdəni satan şəxslərin ad-soyadını Ömər kitabda qeyd etmişdir. Onun metal qəbulu məntəqəsini işlətməsi barədə yalnız VÖEN sənədləri vardır, həmin məntəqədə Şahid4 işləməsi barədə əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, metro «Ulduz» stansiyası yaxınlığında metal qəbulu məntəqəsində 01 aya yaxın olar ki, satıcı olaraq işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə ağ rəngli «VAZ 2106» markalı avtomaşında olan tanımadığı bir sürücü və yanında olan iki nəfər şəxs aliminium materialdan olan kölgəlik pərdəni satmaq istədiklərini bildirmişlər və o, həmin kölgəlik pərdəni tərəzidə çəkərək 180 manata almışdır. Təxminən xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları və həmin kölgəlik pərdəlik satan şəxslər birlikdə onun iş yerinə gedərək, həmin kölgəlik pərdənin onlar tərəfindən alındığını və təqdim etməsini istəmişlər.O, bildirmişdir ki, həmin pərdəlik artıq əritməyə verilmişdir və onlarda yoxdur.Bundan sonra həmin polis əməkdaşları onlarda kölgəlik pərdəyə dair hər hansısa bir kəsinti və ya parçanın olmasını soruşduqda o, kölgəlik pərdədən bir ədəd təxminən 70 sm uzunluğunda dəmir parçası qaldığını bildirərək, həmin detalı polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşları onu izahat vermək üçün Polis şöbəsinə dəvət etmişlər. O, həmin kölgəlik pərdənin köhnə və əzik olduğu üçün almış, həmin kölgəlik pərdənin oğurluq olmasını bilməmişdir.O, aldığı heç bir metalın qeydiyyatını aparmamış, metalı satan şəxslərdən şəxsiyyətini müəyyən edən sənəd tələb edir və kölgəlik pərdəni satan şəxslərdən də sənəd tələb etmişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi X7 yaxınlığında yerləşən əlvan metalların qəbulu məntəqəsində heç bir müqavilə bağlamadan «Əhməd» adlı şəxsə aylıq 250 manat ödəməklə işlədir. xx.xx.2021-ci il tarixdə ***-***-**-** nömrəsindən onun istifadəsində olan 051 441-04-01 nömrəsinə zəng olunaraq, aliminium profil olduğu bildirilmiş, o, Elnur adlı şəxslə danışaraq sonuncunun dediyi ünvana getmiş və orada iki hissəyə bölünmüş təxminən 5-6 metr uzunluğunda aliminium profilləri idarə etdiyi «Qazel» markalı avtomaşına yükləyərək, birlikdə onun iş yerinə aparmışlar. O, həmin profili tərəzidə çəkərək 60 kq olduğunu bildirmiş, «Elnur» adlı şəxsə 170 manat pul vermişdir.Elnur və Elizbar pulu aldıqdan sonra çıxıb getmişdir.Bundan sonra xx.xx.2021-ci il tarixdə əvvəllər tanıdığı İntiqam 09 ədəd dəmir dirəkləri ağ rəngli «VAZ 2106» markalı avtomaşınla onun işlədiyi yerə apararaq satmaq istədiyini bildirmiş, o, həmin dəmir dirəklərə 120 manat ödəməklə dirəkləri almışdır. Bundan təxminən 02 saat sonra, yəni xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları və həmin dəmir dirəkləri və profili satan şəxslər birlikdə onun iş yerinə gedərək, satılan dəmir və profili onun aldığını bildirmişlər və təqdim etməsini istəmişlər. O, həmin aliminium profili əritməyə verdiyini, dəmir dirəklərin isə onun iş yerində olduğu deyərək, həmin dirəkləri polis əməkdaşlarına təqdim etdikdən sonra izahat vermək üçün Polis şöbəsinə dəvət edilmişdir. O, Polis Şöbəsində olarkən profil və dəmir dirəkləri özünün aldığını bildirmişdir. O, ümumiyyətlə aldığı dirək və profilin alınmasına dair heç bir qeydiyyat aparmamış, lakin 05 yanvar 2022-ci il tarixdən başalayaraq, qeydiyyat aparır, metalı satan şəxslərdən heç bir sənəd tələb etməmişdir. Onun metal qəbulu məntəqəsini işlətməsinə dair heç bir sənədi yoxdur.İntiqam həmin dirəkləri ona satdığı zaman tək olmuş, yanında yalnız yaşlı bir sürücü olmuş, metalların oğurluq olmasını bilməmişdir. O, dirəklər və profil köhnə olduğu üçün oğurluq olmasından şübhələnməmiş, şübhələnsəydi, həmin mallar almazdı. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 2018-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində mühafizəçi işləyir, Binəqədi rayonu Binəqədi şossesi 53 ünvanda yerləşən hasarlanmış tikinti obyektində mühafizəçi olaraq işdə olmuş, həmin xidmət xx.xx.2021-ci il tarixdən saat 18:00-dan xx.xx.2021-ci il tarixinə saat 08:00 radələrində bitir. Həmin günü o, Nurlanla birlikdə işdə olarkən tikinti materialları gətirildiyindən onların xidməti ərazisinin yeri dəyişdirilmişdir. O və onunla birlikdə xidmətdə olan Nurlan həmin oğurluq hadisəsinin baş verməsini görməmişlər. Həmin vaxt o, səhər saatlarına kimi ərazidə gəzmiş və orada olan materiallara nəzarət etmişdir. Həmin ərazi çox böyük olduğundan o, həmin oğurluq hadisəsinin baş verməsini görməmiş və heç bir səs eşitməmişdir. Onlar işdən çıxaraq evə getdikdən sonra saat 11:00 radələrində iş yerindən onlara zəng vuraraq işə çağırmış və bildirmişlər ki, ərazidə dəmir dirəklər oğurlanmışdır. O, oğurluq barədə məlumatlı olmamış və səhər Nurlanla birlikdə onlar işdən çıxaraq evə getmişdirlər. Məhkəmə iclasında Şahid6ov oğlunun elan olunuş ifadəsinə əsasən məlum olur ki, 2018ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində mühafizəçi işləyir, Binəqədi rayonu Binəqədi şossesi 53 ünvanda yerləşən hasarlanmış tikinti obyektində mühafizəçi olaraq işdə olmuşdur. Həmin xidmət xx.xx.2021-ci il tarixdən saat 18:00-dan xx.xx.2021-ci il tarxinə saat 08:00 radələrində bitir.Həmin günü onlar işdə olan zaman tikinti materialları gətirildiyindən, onların xidməti ərazisinin yeri dəyişdirildiyindən o və onunla birlikdə xidmətdə olan İlham həmin oğurluq hadisəsinin baş verməsini görməmişlər və həmin vaxt o, səhər saatlarına kimi İlhamdan ayrı olaraq ərazidə gəzmiş, orada olan materiallara nəzarət etmiş, lakin oğurluq olması barədə heç bir məlumatı olmamışdır.Həmin ərazi çox böyük olduğundan, o, həmin oğurluq hadisəsinin baş verməsini görməmiş və heç bir şübhəli səs eşitməmişdir.Onlar işdən çıxaraq evə getdikdən sonra saat 11 radələrində iş yerindən ona zəng vuraraq onu işə çağırmış və bildirmişlər ki, ərazidə dəmir dirəklər oğurlanmışdır. Onun oğurluq barədə heç bir məlumatı olmamışdır və səhər onlar İlhamla birlikdə işdən çıxaraq, öz evlərinə getmişlər. İş materiallarında olan Zərərçəkmiş şəxs1 06 iyun 2022-ci il tarixli məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 20 iyun 2022-ci il tarixli məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 yanvar 2022-ci il tarixli tələbnamədən və Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Osmanov X2 Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-51/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, məhkum Təqsirləndirilən şəxs2 cəzası «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci hissəsi tətbiq edilməklə 1 (bir) il azadılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 28 iyun 2022-ci il tarixli cavab məktubuna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixə qədər çəkilməmiş cəzası 05 ay 04 gün olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 yanvar 2022-ci il tarixli tələbnaməyə və Təqsirləndirilən şəxs3 barəsində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli hökmünə əsasən məlum olur ki, o, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarına əsasən, onun cəzasından Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ittihamdan xaric edilməklə, cəzası 04 (dörd) il müddətinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzası 03 (üç) il 09 (doqquz) ay müddətinə endirilmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir.Odur ki, Təqsirləndirilən şəxs3 yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivi vardır. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/77 saylı, 07 yanvar 2022-ci il tarixli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 01 ədəd istifadədə olmuş, açıldıqda təxminən 3,80 metr olan, aşağı hissəsi 50 mm, yuxarı hissəsi 40 mm diametrli, yivli dəmir dirək -19,00 manat, 01 ədəd göy rəngli üzərində “Somfy Orea 50 RTS 55/17” yazıları olan istifadədə olmuş, normal vəziyyətdə olan pərdə mühərriki - 50,00 manat təşkil edir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə cinayət törətməsini, vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs3 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Republikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 AR CMnin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və gənc olmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 11 yanvar 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixədək həbsdə olduğu - cəmi 05 (beş) ay 23 (iyirmi üç) gün müddət CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Rasim Məmmədov tərəfindən qəbul edilmiş 11 yanvar 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 11 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.Həmçinin, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 4(001)- 34/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində 11 yanvar 2022 –ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Binəqədi rayonu, mədən 2, fərdi yaşayış evində çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı yer üzrə Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirməlisi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və gənc olmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 11 yanvar 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixədək həbsdə olduğu – cəmi 05 (beş) ay 23 (iyirmi üç) gün müddət CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası - CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplanmalı, ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İş-nin müstəntiqi, polis kapitanı Rasim Məmmədov tərəfindən qəbul olunmuş 11 yanvar 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 11 yanvar 2022-ci il tarixdə tutulmuşdur. Həmçinin, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 4(001)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində 11 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 2 ünvanda yerləşən evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı yer üzrə Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, lakin əməlində cinayətin residivi olduğuna görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 11 yanvar 2022-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Rasim Məmmədov tərəfindən qəbul olunmuş 11 yanvar 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs3 11 yanvar 2022-ci il tarixdə tutulmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cinayətin residivi olduğuna görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs1 məxsus kölgəlik pərdənin mühərrikinin və Zərərçəkmiş şəxs2 məxsus 09 ədəd dəmir dirəklərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 11 yanvar 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixədək həbsdə olduğu - cəmi 05 (beş) ay 23 (iyirmi üç) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, mədən 2, fərdi yaşayış evi ünvanında çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 11 yanvar 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixədək həbsdə olduğu – cəmi 05 (beş) ay 23 (iyirmi üç) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 02 (iki) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası - CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplanmaqla, ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı ünvan 2 ünvanda çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs2 oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. 3.Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 11 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs1 məxsus kölgəlik pərdənin mühərrikinin və Zərərçəkmiş şəxs2 məxsus 09 ədəd dəmir dirəklərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar