Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-356/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Rövşən İntiqam oğlunun katibliyi, Dövlət İttihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs ASC-nin “Abşeron Sukanal” idarəsinin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, məhkum edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Tin. 108 ünvanında qeydiyyatda olmaqla Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 22:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Topaz” mərc oyunları məntəqəsinin giriş qapısından daxil olaraq orada olan oturacağın üzərindən Şahid təhkim olunmaqla Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC-nin “Abşeron Sukanal” idarəsinə məxsus 160 manat dəyərində Tayvan istehsallı, “Nomu S 10” markalı mobil terminal və 450 manat dəyərində Tayvan istehsallı, “Bixolon SPP-R300BK” markalı printeri gizli talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin “Abşeron Sukanal” idarəsinə ümumilikdə 610 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət üzrə özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki xx xxxxxxx 2019-cu il tarixdə saat 22:30 radələrində Xırdalan şəhərində marşrut avtobuna əyləşərək yaşadığı Çiçək qəsəbəsində yerləşən evə getmək məqsədi ilə başqa bir avtobusa əyləşməkdən ötrü Sulutəpə dairəsində avtobusdan enmişdir. Ac olduğu üçün üzü Sulutəpə qəsəbəsinə doğru piyada enməyə başlamışdır. Yolun solunda “Dönər evi” görüb dönər almaq istəmiş, lakin növbə böyük olduğu üçün birazda aşağı enməyə davam etmişdir. Piyada gedən zaman bir nəfər şəxsin orada yerləşən “Topaz” mərc oyunları kubunda əyləşərək oyun oynadığını və həmin şəxsin yanında masada mobil telefon və oturacağın üzərində bir ədəd çanta olduğunu görmüşdür. Düşünmüşdür ki, həmin şəxs mərc oyunlarını kağız vərəqəyə yazıb qurtardıqdan sonra yerindən durub həmin vərəqi mərci qəbul edən şəxsə təqdim edən zaman sonuncuya məxsus çantanı oğurlasın. Biraz gözlədikdən sonra həmin şəxsin ayağa durmaq istədiyini görüb “Topaz” klubuna daxil olmuşdur. Həmin şəxs o, düşündüyü kimi əlindəki vərəqlə bir yerdə klubun digər tərəfinə doğru mərci təqdim etməyə gedən zaman onun əyləşdiyi masaya yaxınlaşıb oturacağın üzərində olan çantanı götürüb klubdan çıxmışdır. Lakin mobil telefonu götürməmişdir, çünki mobil telefonu oğurladığı halda polis əməkdaşları tərəfindən tutulma ehtimalı daha çox olardı. Həmin vaxt onu heç kim görməmiş, orada olan şəxslərin başı oyun yazmağa qarışıq olmuşdur. O, Sulutəpə dairəsində marşrut avtobusuna əyləşərək yaşadığı Çiçək qəsəbəsinə getmişdir. Çiçək qəsəbəsində avtobusdan enib biraz məhəllə daxili yolla getdikdən sonra həmin çantanı açdıqda orada bir ədəd printer, bir ədəd Zərərçəkmiş şəxs ASC-yə məxsus ödəmə terminalı və sənədlər aşkar etmişdir. Həmin əşyaların dəyəri olmadığı üçün satıb qazanc əldə edə bilməyəcəyindən orada olan zibil qutusuna atmışdır Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin “Abşeron Sukanal” idarəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC-nin X1 hüquqşünas işləyir. Şahid 2019-cu ilin iyun ayından Abşeron rayon Su-kanal idarəsində nəzarətçi vəzifəsində işləyir. Nəzarətçi kimi vəzifə funksiyalarına fiziki şəxslərin istifadə etdiyi suya görə yaranmış borclarının ödənilməsi məqsədi ilə onlara bildiriş verməkdən ibarətdir. Belə ki, o, abonentlərin yaşadıqları evlərinə gedən su xəttində quraşdırılmış sayğaclara baxıb su sərfiyyatını müəyyən etdikdən sonra bidirişi abonentə ödəniş etmək üçün təqdim edir. Abonentlərin yaşadıqları evlərə gedən su xəttində quraşdırılmış sayğaclara xüsusi cihaz olan “Nomu S10” terminalı vasitəsi ilə baxıb su sərfiyyatı müəyyən edilir. Şahid deməsinə görə o, xx.xx.2019-cu il tarixdə saat 09:00-dan 19:00-a kimi ona təhkim olunduğu marşrut üzrə Saray qəsəbəsində işdə olub abonentlərə su sərfiyyatına görə bildirişləri vermişdir. Həmin gün saat 19:00-da işdən çıxıb Saray qəsəbəsində “Cəbrayıl” marketin yanında 501 saylı marşrut avtobusuna minib Sumqayıt-Bakı yolunda Bakı şəhəri istiqamətində ekoloji yol polisinin yanında həmin avtobusdan düşərək Sulutəpə qəsəbəsində dördyol deyilən əraziyə piyada gəlib həmin ərazidə yerləşən “Sarvan” kafesi ilə üzbəüz olan “Topaz” mərc oyunlarının fəaliyyət göstərdiyi otağa saat təxminən 20:10 radələrində daxil olub “Samsunq A 6” markalı mobil telefonunu həmin otaqda enerji yığmaq üçün elektrik şəbəkəsinə qoşmuşdur. Bundan sonra Tayvan istehsallı, “Nomu S 10” markalı mobil terminal və Tayvan istehsallı, “Bixolon SPP-R300BK” markalı printeri yanına qoymuşdur. Daha sonra topaz oynamağa başlamışdır. Təxminən saat 22:50 radələrində mobil telefonuna və çantasına nəzarət edəndə çantasının yerində olmadığını, lakin enerji yığmaq üçün qoyduğu mobil telefonun yerində olduğunu aşkar etmişdir. Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC-nin X2 məxsus Tayvan istehsallı, “Nomu S 10” markalı mobil terminal və Tayvan istehsallı, “Bixolon SPP-R300BK” markalı printerin oğurlanması nəticəsində idarəyə ümumilikdə 610 manat maddi ziyan dəymişdir. Belə ki, Tayvan istehsallı, “Nomu S 10” markalı mobil terminalın dəyəri 160 manat, Tayvan istehsallı, “Bixolon SPP-R300BK” markalı printerin dəyəri isə 450 manat təşkil edir.Dəymiş ziyan hələ də ödənməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2019cu ilin iyun ayından Abşeron rayon Su-kanal idarəsində nəzarətçi vəzifəsində işləyir. Nəzarətçi kimi vəzifə funksiyalarına fiziki şəxslərin istifadə etdiyi suya görə yaranmış borclarının ödənilməsi məqsədi ilə onlara bildiriş verməkdən ibarətdir. Belə ki, o, abonentlərin yaşadıqları evlərinə gedən su xəttində quraşdırılmış sayğaclara baxıb su sərfiyyatını müəyyən etdikdən sonra bidirişi abonentə ödəniş etmək üçün təqdim edir. Abonentlərin yaşadıqları evlərə gedən su xəttində quraşdırılmış sayğaclara xüsusi cihaz olan “Nomu S10” terminalı vasitəsi ilə baxıb su sərfiyyatı müəyyən edilir. xx.xx.2019-cu il tarixdə saat 09:00-dan 19:00-a kimi ona təhkim olunduğu marşrut üzrə Saray qəsəbəsində işdə olub abonentlərə su sərfiyyatına görə bildirişləri vermişdir. Həmin gün saat 19:00-da işdən çıxıb Saray qəsəbəsində “Cəbrayıl” marketin yanında 501 saylı marşrut avtobusuna minib Sumqayıt-Bakı yolunda Bakı şəhəri istiqamətində ekoloji yol polisinin yanında həmin avtobusdan düşərək Sulutəpə qəsəbəsində dördyol deyilən əraziyə piyada gəlib həmin ərazidə yerləşən “Sarvan” kafesi ilə üzbəüz olan “Topaz” mərc oyunlarının fəaliyyət göstərdiyi otağa saat təxminən 20:10 radələrində daxil olub “Samsunq A 6” markalı mobil telefonunu həmin otaqda enerji yığmaq üçün elektrik şəbəkəsinə qoşmuşdur. Bundan sonra içərisəində “Nomu S10” terminalı, həmin terminal aparatının printeri, xidməti vəsiqəsini, işlə əlaqədar qeydiyyat apardığı qeyd dəftəri, marker (flamaster) və qələm olan süni dəri materialından olan qara rəngli çantanı enerji yığmaq üçün şəbəkəyə qoşduğu mobil telefonun yanına qoyaraq topaz oynamağa başlamışdır. Arada enerji yığmaq üçün qoyduğu mobil telefona və çantaya nəzarət etmişdir. Təxminən saat 22:50 radələrində o, növbəti dəfə mobil telefonuna və çantasına nəzarət edəndə çantanın yerində olmadığını, lakin enerji yığmaq üçün qoyduğu mobil telefonun yerində olduğunu aşkar etmişdir. Ondan başqa topazda olan tanımadığı şəxslərdən və topazda işləyənlərdən çantası ilə əlaqədar soruşmuş, lakin onlar çantadan xəbərləri olmadıqlarını bildirmişlər. Sonra topazda olan müşahidə kamerasına baxmışlar. Məlum olmuşdur ki, müşahidə kamerası onun çantasının təxminən 25-30 yaşlarında əynində gödəkçə olan bir oğlan tərəfindən götürüldüyünü qeydə almışdır. Çantasını götürən həmin şəxsi tanımır, birinci dəfə onu müşahidə kamerasının qeydə aldığı görüntülərdə görmüşdür. “Nomu S10” terminalı və həmin terminal aparatının printeri X3 idarəsinə məxsus olmaqla ona təhkim olunub və istifadəsində olmuşdur. Beləliklə həmin əşyaların oğurlanması nəticəsində maddi ziyan X3 idarəsinə dəymişdir. Ona məxsus olan xidməti vəsiqə, işlə əlaqədar qeydiyyat apardığı qeyd dəftəri, marker (flamaster), qələm və çantanın onun üçün heç bir dəyəri olmadığı üçün bununla bağlı ona maddi ziyan dəyməmiş, şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmış, xx xxxx 2020-ci il tarixli qərarla isə təzələnmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış protokolundan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Topaz” mərc oyunları məntəqsinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin görüntülərə baxdıqdan sonra Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən “Topaz” mərc oyunları məntəqəsinin qarşısında və içəridə görünən şəxsin onun özü olduğunu və məntəqədəki masaların birinə yaxınlaşaraq oradakı oturacağın üzərində olan çantanı oğurlayaraq hadisə yerindən uzaqlaşdığını bildirmişdir Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu xüsusatları hadisə yerində, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Topaz” mərc oyunları məntəqəsinin qarşısında əyani olaraq göstərməklə təsdiq etmişdir Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/2556 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəində qeyd edilən malların istifadədə olunması nəzərə alınmaqla 2019-cu ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 610,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir(Tayvan istehsallı, “Nomu S 10” markalı mobil terminal-160,0 manat və Tayvan istehsallı, “Bixolon SPP-R300BK” markalı printer-450,0 manat). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı obyektiv sübutların məcmusu ilə - faktla bağlı toplanmış ilkin təhqiqat araşdırması materialları, əldə edilmiş maddi sübutlar, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi və işin konkret halları ilə tamamilə sübuta yetirilmişdir.Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 1772.2-ci maddələr ilə təqsirli bilinib şərti maliyyə vahidinin 100 misli məbləğində cərimə edilmişdir.xx.xx.2009-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir.Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdur. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə səmimi peşmançılığı, öz əməlinə mənfi münasibəti onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın aşağı həddə tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Bu səbəbdən hökmün icrası Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar- 18 ədəd yanğın siqnalzasiyası, 03 ədəd spot, 01 ədəd qara rəngli çantada üzərində “ARL-300” markalanma yazısı olan olan aparat, 01 ədəd ağ rəngli üzərində “Safe Life MP-8” markalanma yazısı olan siqanlzasiya aparatı,02 ədəd qəhvəyiqara rəngli dolab sahibi-“xxxx” MMC-ə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 50 saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığının məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23 00-dan səhər saat 06°°-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq (Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE**********000208850) hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat xidmət haqqı ödənilsin. Xidmət haqqının ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-356/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-356/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver