Məhkəmə qərarları › İş №1(001)-356/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-356/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-356/2023 19.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisı 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Əli oğlunun iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Bayramov küçəsi, ev 16-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 xx.xx.1970-ci il tarixdə Zəngilan rayonu, Nəcəflər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Zəngilan rayonu, Nəcəflər kəndində qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, X21 yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Binəqədi rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 10 may 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən yük avtomobillərinin qarajında tanışı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan şəxslərlə əlbir olub cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs2 ona borca verdiyi 1300 manat pulu geri istəməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı bir qrup şəxs tərəfindən ictimai yerdə ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayiş etdirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 əl zərbələri ilə vurub yerə yıxmaqla qapalı kəllə-beyin travması, başın tüklü hissəsində təpə nahiyəsinin mərkəzinin cüzi şişkinlik fonunda qançırı xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri, istintaqa məlum olmayan naməlum şəxslər isə Zərərçəkmiş şəxs1 təpiklə vurmaqla boyunun arxa səthinin sol yarısının yuxarı 1/3-nin sıyrığı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmiş, o isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 əl zərbələri ilə vurub yerə yıxmaqla baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəlləbeyin travması, sol gicgah nahiyəsinin qançırı xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri, istintaqa məlum olmayan naməlum şəxslər isə Zərərçəkmiş şəxs2 təpiklə vurmaqla sol qulaq seyvanının ön səthinin, sol yanağın yuxarı və aşağı yarısının, boyunun ön səthinin sağ yarısının aşağı 1/3-nin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 10 may 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən yük avtomobillərinin qarajında tanışı Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan şəxslərlə əlbir olub cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 borca verdiyi 1300 manat pulu Zərərçəkmiş şəxs2 geri istəməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı bir qrup şəxs tərəfindən ictimai yerdə ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayiş etdirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 əl zərbələri ilə vurub yerə yıxmaqla baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol gicgah nahiyəsinin qançırı xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri, istintaqa məlum olmayan naməlum şəxslər isə Zərərçəkmiş şəxs2 təpiklə vurmaqla sol qulaq seyvanının ön səthinin, sol yanağın yuxarı və aşağı yarısının, boyunun ön səthinin sağ yarısının aşağı 1/3-nin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmiş, o isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 əl zərbələri ilə vurub yerə yıxmaqla qapalı kəllə-beyin travması, başın tüklü hissəsində təpə nahiyəsinin mərkəzinin cüzi şişkinlik fonunda qançırı xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri, istintaqa məlum olmayan naməlum şəxslər isə Zərərçəkmiş şəxs1 təpiklə vurmaqla boyunun arxa səthinin sol yarısının yuxarı 1/3-nin sıyrığı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, hadisə pul üstündə olmuşdur. Zahiri uzunmüddətdir ki, tanıyır. Belə ki, birlikdə işləmişlər və sonra işlər qane etmədiyindən ayrılmalı olmuşdurlar. Onun 1300 manat borcu olmuş, eyni zamanda Rusiya Federasiyasında 65 gün qalmışdır. Bunun da başlıca səbəbi yükləri verə bilməmələri olmuşdur. Hadisə də bunun əsasında yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulu ondan istəyirdilər. Ona bildirmişdirlər ki, orada qalmaqla bağlı olan xərclərini, həmçinin digər xərclərini maaşından verməli, həm də borcunu qaytarmalıdır. O da öz növbəsində bildirmişdir ki, sürücü Rusiya Federasiyasında artıq qalırsa həmin məbləği sürücü öz cibindən ödəməməlidir. Onlar isə borcu verməkdə təkid etmişdirlər. Mübahisədə bunun üstündə yaranmışdır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, belə bir məsələ var, gedək və aydınlaşdıraq. Bundan sonra gələrək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaxınlaşıb bildirmişdirlər ki, gedib çayxanada oturub söhbət edək. Onlar çayxanada səs-küy olduğunu bildirdiklərindən qırağa çəkilmişlər. Zahir onları qaraja dəvət etmiş, qarajda söhbət etməyə başladıqdan sonra aralarında mübahisə yaranmışdır. Əvvəl sadəcə 4 nəfər olsalar da, sonradan başqa adamlar da gəlmişdirlər. Münaqişə zamanı hər iki tərəf bir-birinə sillə və yumruq atmışdır. Səslərinə qıraqdan gələn adamlar onları ayırmışdırlar. Hadisə təsadüfən baş vermişdir. Onların dava etmək niyyəti olmamışdır. O da yüngül xəsarət almışdır. Hadisə olan zaman 4 nəfər olmuşlar, onlardan başqa heç kim olmamışdır. Hal-hazırda da barışıq əldə olunmuş, borcunu ödəmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Söydərək oğlu və Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyanı ödədiyini, hazırda onlarla barışdığını və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqdar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Mehmanla yas yerində olduqları zaman Mehmanın telefonuna zəng edib Mehmanı çağırmışdırlar. Mehman ondan ağsaqqal kimi getməyini xahiş etdiyi üçün o da Mehmanla getmişdir. Mübahisənin səbəbi Mehmanın onlardan 1300 manat borc pul götürməsi olmuşdur. Bunun əvəzində Mehman 54 gün onlara işləmişdir. Rusiya Federasiyasında 54 gün qalmağa məcbur olmuşdur. Onlar mal tapa bilmədikləri üçün Mehman orda qalmağa məcbur olmuş, öz cibindən pul xərcləmişdir. Mehmanda həmin xərcləri onlardan istəmişdir. Həmin adamlarda bununla razılaşmadılar. Axşam vaxtı görüşmüşdürlər. Çay içməyi təklif edərək orada söhbət etməyi təklif etsələr də, onlar razılaşmamış, orada səs-küy yarana biləcəyini bildirmişdirlər. Münaqişə birinci Zahirlə Mehman arasında yaranmış, Zahir birinci kobud ifadələr işlətmiş, daha sonra dava düşmüşdür. Zahir onu vurduğundan o da Zahiri vurmuşdur. Əmiraslan onun qabırğasına vurmuşdur. O da Əmiraslanın çənəsinə vurmuşdur. Ayağında qəlpə yarası olduğundan ayaqla heç kimə zərbə vurmamışdır. Hadisə yük avtomobillərinin dayanacağında baş vermişdir. Dayanacağın içəri tərəfində yerləşən çayxananın qabaq hissəsində söhbət edirdilər. Çayxanada oturanlar onları görsələr də səslərini eşitmirdilər. Dava düşəndə çayxanada olan adamlar gəlib onları ayırmışdırlar. Hadisə olan zaman 4 nəfər olmuşlar, onlardan başqa heç kim olmamışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Söydərək oğlu və Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyanı ödədiyini, hazırda onlarla barışdığını və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqdar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Mehmanla əvvəllər birlikdə işləmiş, aralarında heç bir problem olmamışdır. Ona və Əmiraslana məxsus bir neçə yük avtomobilini tanış sürücülərə etibar edərək yük avtomobillərinə mal yükləyərək müxtəlif ölkələrə göndərmişdirlər. Qayıdanda da həmin yük avtomobillərinə müxtəlif mallar yükləyərək Azərbaycana gətirmişdirlər. Bütün malların sifarişini həm daxildə, həm də xaricdə təşkil etmişdirlər. Həmin yük avtomobillərinə dair sürücülərə idarə etməyə etibarnamə vermişdirlər. Mehman da sürücülərdən biri olmuşdur. İlk əvvəl Mehmana 600 manat borc vermişdir. Bəzən əvvəlcədən də pul götürürdü. Sürücü getdiyi yerdən danışılmış məbləği götürərək onlara gətirib verməli idi. Mehman aldığı məbləği tam gətirmirdi. Aralarında olan borc 2500-3000 manata çatmışdı. Axırıncı dəfə Mehman Qazaxıstana yük aparıb gəlmişdir. Bundan sonra olan borcu hesablamışlar və Mehmanın ona borcu 1300 manat qalmışdır. O, Mehman qayıdıb gəldikdən sonra Mehmanla əlaqə saxlayaraq görüşməyi təklif etmişdir. Görüş zamanı Mehmana kişi kimi danışmadığını bildirmişdir. Bundan sonra mübahisə başlamış və Mehman ona yumruq atmış, beləcə dava düşmüşdür. Ona birinci Mehman və Seyfəddin zərbə vurmuşdur. İlk əvvəl Mehman və Seyfəddini görmüşdür. Həmin vaxtı bir nəfər də tanımadığı sürücülərdən oraya yaxınlaşmış və Mehmanla salamlaşıb görüşmüşdür. Dava düşən zaman yıxılmamaq üçün həmin adamın yaxasından tutmuşdur. Hər ikisi yerə yıxılmış, yerdə olduğu zaman yenədə onları vurmağa davam etmişdirlər. Yerdə olduğu zaman zərbə endirənləri görə bilməmiş, lakin əvvəldən Mehman və Seyfəddin onu vurmuşdular. Dava düşən kimi ətrafdan 15 nəfər də onlara yaxınlaşmış, Əmiraslan da yerə yıxılmışdı. Əmiraslanı da vururdular. Onları vuranlardan 5 nəfər dava qutardıqdan sonra Mehmanın avtomobilinə əyləşərək çıxıb getmişdirlər. Onu yalnız Mehman və Seyfəddin vurmuş, gələn digər şəxslər Əmiraslana zərbələr endirmişdilər. O özü isə heç kimə xəsarət yetirməmişdir. Halhazırda aralarında barışıq əldə olunmuşdur və ona olan borc da ödənmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X18 tərəfindən ona dəymiş olan ziyanın ödənildiyini, hazırda onlarla barışdığını və onlardan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 Söydərək oğlu ifadəsində göstərmişdir ki, Mehmanın pul borcu yaranmışdı. Təxmini 2500-3000 manat olardı. Sonradan bu məbləğ 1300 manata qədər endirildi və sonda onun verəcəyi məbləğ 1300 manat olmuşdur. Mehman onlara bildirdi ki, bir reys də gedib-gəldikdən sonra borcunu qaytaracaq. O, qayıtdıqdan sonra zəng edərək Mehmandan borcunu qaytarmasını tələb etmişdirlər. Görüş təyin edib və görüşmüşdürlər. İlk əvvəl Zahir Mehmana bildirdi ki, söhbəti kişi kimi et, kişi kimi danış. Bu zaman Mehman cavab verdi ki, mən kişi kimi danışmıram?- bundan sonra dava düşmüşdür. Zahir də əvvəllər yıxılıb belini qırmışdı. Hadisə zamanı ondan qorxdu ki, Zahirə bir şey olar və ona görə də onları sakitləşdirmək üçün araya girmişdir. Bu zaman Seyfəddin onunla dava etməyə başlamişdır. Orada tanımadıqları şəxslər də olmuşdur. Həmin şəxslər dava düşdükdən sonra gəlmişdilər. Münaqişə yaranmamışdan əvvəl onları orda görməmişdir. Hətta Mehmanın yanında olan bir nəfər şəxsi əvvəllər də Mehmanla birgə görmüşdür. Hal-hazırda aralarında barışıq əldə olunmuşdur və ona olan borc da ödənmişdir. Heç bir şikayət və tələbi yoxdur. Ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X18 tərəfindən ona dəymiş olan ziyanın ödənildiyini, hazırda onlarla barışdığını və onlardan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, CM-in 128-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə cəlb edilməli olan şəxs müəyyən olunana kimi icraatın dayandırılması qərar alınmışdır. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Anar Ağayarovun icraatına qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, X7 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, X3 barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələri barədə olan ********* saylı cinayət işindən xuliqanlıq etmiş bir qrup naməlum şəxslərin barəsində həmin maddə ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmiş, mövcud cinayət işində olan müvafiq sənədlərin əsilləri və digər sənədlərin kserosurətləri çıxarılaraq ayrılmış cinayət işinə əlavə edilmiş, ayrılmış cinayət işində xuliqanlıq etmiş naməlum şəxslərin əməlinə hüquqi qiymət verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməllər Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən yük avtomobillərinn qarajında baş vermişdir. xx.xx.2022-ci il tarixli, 915 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, 932 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, 897 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 oglunun bədəni üzərində aşkar edilmiş xəsarətlər- baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, sol gicgah nahiyəsinin, sol qulaq seyvanının ön səthinin, sağ yarısının aşağı 1/3-nin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcələrinə görə baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması və sol gicgah nahiyəsinin qançırı ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərərvurmaya aiddirlər. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2022-ci il tarixli, 898 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Söydərək oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər-baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, başın tüklü hissəsində təpə nahiyəsinin mərkəzinin cüzi şişkinlik fonunda qançırı, boynun arxa səthinin sol yarısının yuxarı 1/3-nin sıyrığı, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə əl, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcələrinə görə baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması və sol gicgah nahiyəsinin mərkəzinin cüzi şişkinlik fonunda qançırı ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərər vurmaya aiddirlər. Boyunun arxa səthinin sol yarısının yuxarı 1/3in sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olmadığı üçün dərəcəsi təyin edilmir. xx.xx.2022-ci il tarixli, T 279/2022 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 istər ilkin, istərsə də təkrar məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və ya onun izi aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli CD-yə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən yük avtomobillərinin qarajında bir-biriləri ilə mübahisə edən şəxslərə ətrafdan 4-5 nəfər şəxs yaxınlaşır. Təxminən bir dəqiqə ərzində baş verən mübahisədən sonra tərəflərin ərazini tərk etdiyi görünür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş münaqişənin görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işi üzrə sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Qobu Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli Tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Oqtay oğlunun həyat yoldaşı X2 mərkəzdə E11.4 Şəkərli Diabet tip İİ diaqnozu ilə dispanser qeydiyyatdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli Tibbi-Sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqindən görünür ki, Təqsirləndirilən şəxs1 Oqtay oğlunun övladı xx.xx.2001-ci il təvəllüdlü X4 G80.1 Diplegik spastik serebral iflic, Diplegik spastik diaqnozu qoyulmuş və onun birinci dərəcəli əlilliyi var. Zəngilan Rayon Hərbi Komisarlığı tərəfindən verilmiş M/V seriyalı 078584 saylı xx.xx.2009-cu il tarixli vəsiqənin surətindən Təqsirləndirilən şəxs2 müharibə veteranıdır. Abşeron İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyininin xx.xx.2023-cü il tarixli 1631 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Qobu qəsəbəsi, yeni məhəllədə qeydiyyatsız yaşayır 1979-cu il təvəllüdlü X19, 20.06.998-ci il təvəllüdlü X14, xx.xx.2000-ci il təvəllüdlü X8, xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 ibarət ailə tərkibi var. Həmin arayışda qeyd edilənlər “AZEMİS” elektron məhkəmə informasiya sitemindən çıxarış ilə də təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs1 Söydərək oğlu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmışlar və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmışlar və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Xuliqanlıq cinayətinin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Cinayətin subyektiv cəhətinin əlamətləri təqsirləndirilən şəxslərin əməlində mövcuddur. Belə ki, təqsirləndirilən şəxslər zərər çəkmiş şəxslərə xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozmuş, həmin pozuntunu ictimai yerdə törədərək cəmiyyətə açıqca hörmətsizlik etmiş və zərər çəkmiş şəxslər üzərində zor tətbiq etmişdirlər. Əməlin törədildiyi yerin ictimai yer olması, ətrafda digər insanların olması, zərər çəkmiş şəxslərə zor tətbiq edilməsi tərəflərin izahatları, iş üzrə maddi sübut kimi tanınmış və hadisənin görüntülərini özündə əks etdirən CD-yə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş disk, ekspert rəyləri, həmçinin digər iş materialları ilə öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 hadisə zamanı yüngül xəsarət almasına dair verdiyi ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təhqiqat orqanı tərəfindən müvafiq ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi eksperizasından keçirilmiş, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bu fakt cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 915 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsinin ekspert rəyi ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadına əsasən xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 221.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə təqsirləndirilən şəxslər həmin Cinayət Məcəlləsinin 221.2.1-ci maddaəsində göstərilən cinayət əməlləri törətməkdə təqsirlidirlər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.2-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxslərə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər iki zəzərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Söydərək oğlu ilə barışması, zəzərçəkmiş şəxslərin təqsiləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələblərinin olmaması, törətdikləri əməlləri səmimi etiraf edərək əməllərindən peşman olmaları təqsirləndirilən hər iki şəxsə münasibətdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs1 həyat yoldaşı X1 Şəkərli Diabet tip İİ diaqnozu ilə dispanser qeydiyyatda olması, himayəsində olan xx.xx.2001-ci il təvəllüdlü övladı Təqsirləndirilən şəxs1 Oqtay oğlunun birinci dərəcəli əlil olması da Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 müharibə veteranı olması və onun himayəsində xx.xx.2018-ci il təvəllüdlü X11 adlı azyaşlı övladının olması da Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 faktiki olaraq "xxxx" MMC-də sürücü işlədiyindən ona təqsirli bilindiyi CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu halda onun günün müəyyən saatlarında yaşadığı mənzili, habelə yaşadığı şəhər hüdudlarını tərk etməyə məhdudiyyət qoyulacaqdır ki, bu da onun faktiki olaraq məşğul olduğu sürücülük fəaliyyətini həyata keçirməsinə mane olaraq qazanc əldə etməsinə və ailəsinin normal dolanışığını təmin etməkdə və himayəsində olan birinci dərəcəli əlil övladının saxlanılmasına çətinlik törədəcəkdir. Bu səbəbdən də ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərtdə tutulmuş alternativ cəzalardan islah işləri növündə cəza təyin edilməsi həm məhkumun islah olunmasına, həm də onun ailəsinin həyat şəraitinə təsiri müsbət olacaqdır. Məhkəmə Təqsirləndirilən şəxs2 da münasibətdə onun təqsirli bilindiyi CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının da tətbiq edilməsi məqsədəmüvafiq hesab etmir. Belə ki, şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu halda onun da günün müəyyən saatlarında yaşadığı mənzili, habelə yaşadığı şəhər hüdudlarını tərk etməyə məhdudiyyət qoyacaqdır ki, bu da onun faktiki olaraq hər hansı fəaliyyətlə məşğul olmasına və qazanc əldə etməsinə, ailəsinin normal dolanışığını təmin etməsinə çətinlik törədəcəkdir. Himayəsində azayaşlı övladının olması, müharibə iştirakçısı olması səbəbindən Təqsirləndirilən şəxs2 da təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi həm məhkumun islah olunmasına, həm də onun ailəsinin həyat şəraitinə təsiri müsbət əks olunacaqdır. Məhkəmədə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onların qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Məhkəmə, CM-in 49-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməli və hər ay qazancının iyirmi faizi dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-ci maddəsinə əsasən islah işləri növündə cəzanı icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43-cü maddəsinə əsasən islah işləri növündə cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir. İcra məmuru islah işləri növündə cəzaya məhkum olunmuş şəxs barəsində hökmün surətini və göstərişi aldıqdan sonra üç gün müddətində hökmün surətini və müəyyən edilmiş formada bildirişi işəgötürənə göndərir. Məhkum əvvəlki iş yerindən getdikdə və heç yerdə işləmədikdə, icra məmuru məhkuma üç ay müddətində işə girməyi təklif edir və zəruri olduqda ona işə düzəlməkdə kömək edir. Göstərilən müddətdə məhkum üzrlü səbəblər olmadan işə girmədikdə, onun barəsində bu Məcəllədə nəzərdə tutulmuş tədbirlər tətbiq edilir. İşsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Təqsirləndirilən şəxs1 təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməli və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Şirinov X10 İcrası Məcəlləsinin 43-cü maddəsinə əsasən üç ay müddətində işə girməli, təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməli və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş islah işləri cəzasının icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş islah işləri cəzasının icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanununi qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, baş vermiş münaqişənin görüntülərini özündə əks etdirən və iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış ) saat, müdafiəçi Bakı şəhəri Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat, vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat, Bakı şəhəri, Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat, vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri, Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yaz altmış) manat, Təqsirləndirilən şəxs2 oğluna göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri, Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yaz altmış) manat, ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə islah işləri cəzası təyin edilməklə hər ay qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasının icrası yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə islah işləri cəzası təyin edilməklə hər ay qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs2 oğlunun cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasının icrası yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə sübut kimi tanınmış baş vermiş münaqişənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə aınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar