Məhkəmə qərarları › İş №1(001)-356/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-356/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-356/2025 03.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs1 bacısı oğlu Elnur Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılan cinayət işi üzrə sonuncunun həbsdən azad olunması məsələsini həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Məkan” adlı kafedə 2000 manat, 2023-cü ilin may ayının ortalarında eyni ünvanda 2 dəfəyə olmaqla cəmi 6000 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb həmin pul vəsaitindən 1.000 manat olan hissəsini Elnur Əhmədovun hüquqlarını müdafiə edən vəkil X6 xidmət haqqı kimi ödəyib qalan pul vəsaitini ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 7.000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs2 faktiki mülkiyyətində olan “Mercedes Benz 230” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili 10.000 manat məbləğə alaraq qısa müddət ərzində dəyərini ödəyəcəyi barədə razılığa gələrək 2024-cü ilin mart ayının sonlarında həmin avtomobilə dair Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən ünvan 3ili ələ keçirib dəyərini ödəməyərək, Zərərçəkmiş şəxs2 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 tanımışdır. Yusif onun qayınatasının dostudur. Yusiflə əvvəllər aralarında heç bir söz-söhbət və narazılıq olmamışdır. Yusifin 1997-ci il istehsalı Mercedes markalı avtomobili olmuşdur. 2023-cü ilin aprel ayının əvvəllərində Yusif avtomobili 9000 manata satmaq istəmişdir. Yusiflə avtomobili almaq barədə razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən Yusifə 4000 manat pul verəcək, qalan 5000 manat pului isə hissə-hissə verəcək. Buna görə də lizinq işinə baxan Elçin adlı şəxslə danışmış, Elçin avtomobili alıb ona lizinq yolu satmalı idi. Elçin də gəlib avtomobilə baxmış, avtomobilə 5000 manat pul verəcəyini bildirmişdir. Həmin pulu Yusifə vermişdir. X7 gəlmə “Hundai Elantra” markalı avtomobil istəmişdir. Həmin avtomobilin ilkin ödənişi kimi Yusiflə avtomobilin pulunu özünün götürməsi barədə razılaşmışdır. Yusif onun işlətdiyi Məkan kafesində ona 5000 manat pul vermişdir. Lakin pulu götürdükdən sonra ABŞ-dan avtomobil gətirməmişdir. Daha sonra Yusifin bacısı oğlu Elnur narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmişdir. 2023-cü ilin may ayının əvvəllərində Yusif Elnuru həbsdən azad etdirmək istəmişdir. Buna görə vəkil tutmaq istəmişdir. Ondan vəkil soruşan da tanıdığı vəkil olmasını demişdir. Vəkilə vermək üçün 8000 manat Yusifə pul verməli olduğunu demişdir. Yusif əvvəlcə ona Tahir adlı vəkilə çatdırmaq üçün 2000 manat pul vermişdir. Həmin pulun 1000 manatını Tahir adlı vəkilə vermişdir. 1000 manatını isə özündə saxlamışdır. Daha sonra Yusif 2000, 1000 və 3000 manat olmaqla manat olmaqla ona 6000 manat pul vermişdir. Həmin pulları vəkilə verməsi üçün Yusif ona versə də o həmin pulları vəkilə verməmiş, pullar onda qalmışdır. Yusif ondan pulu istəyən zaman hissə-hissə Yusifə 3000 manat pul qaytarmışdır. Hazırda Yusifə 4000 manat qaytarmalı olduğu pul qalmışdır. Yusifdən pulları vəkilə vermək üçün almışdır. Həmçinin Yusifən almış olduğu Mercedes markalı avtomobili satmışdır. Belə ki, Binəqədi rayonu S.S.Axundov küçəsində yerləşən Məkan adlı kafeni icarəyə götürüb işlətmişdir. Kafeni işlədən zaman kafeyə müştəri qismində gələn Xanhüseynlə tanış olmuşdur. Həmin vaxt Mercedes markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 2023-cü ilin dekabr ayında Xanhüseynlə söhbət zamanı ona demişdir ki, əgər idarə etdiyi avtomobil satmaq istəsə, o ala bilər. Avtomobili satmaq qərarına gəlmişdir. Belə ki, avtomobilin qiymətini 10000 manata razılaşmışlar. Şərtləri belə olmuşdur ki, əvvəlcə Xanhüseyn ona 5500 manat pul verir, əlavə olaraq avtomobilin təmir işləri üçün 500 manat verir, sonra isə qalan 4500 manat pulu 9 ay müddətinə hər ay 500 manat olmaqla ödəyir. Şərtlərlə razılaşmış və Xanhüseyn həmin avtomobili kürəkəninə almaq istədiyini demişdir. Bundan sonra 2023-cü ilin dekabr ayından 2024-cü ilin aprel ayına qədər olan müddətdə Xanhüseyn ona hissə-hissə 5500 manat pul vermişdir. Daha sonra Xanhüseyn ona kürəkəninə etibarnamə verməsini demişdir. Avtomobili sürücülük etibarnaməsi ilə idarə etməsini bildirmişdir. Avtomobili əl krediti ilə almışdır. Elçinə avtomobil üçün etibarnamə verməsini xahiş etmiş, Elçin də avtomobilin pulu ödəndikdən sonra etibarnamə verəcəyini demişdir. Bu barədə Xanhüseynə demiş, Xanhüseyn də razılaşmışdır. Daha sonra birlikdə notariusa getmişlər. Xanhüseyn 7000 manat pulu ona vermiş, pulu Xanhüseynin yanında Elçinə vermişdir. Elçinin adından Xanhüseynə etibarnamə verilmişdir. Bundan sonra Xanhüseyn avtomobili kürəkəni Gərayın adma keçirtmişdir. Təxminən 15 gün sonra Gəray və Xanhüseyn onun işlədiyi kafeyə gəlmiş, avtomobilin xərcləri olduğunu demiş və avtomobili geri qaytarmaq istədiklərini bildirmişlər. Lakin o avtomobili geri qaytarmaq üçün pulunun olmamasını demişdir. Xanhüseyn demişdir ki, problem deyil, az-az pulu qaytararsan. Sonra isə Xanhüseyn ona sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə vermişdir. O isə həmin avtomobili 2013-cü il model “Kia-Forte” markalı avtomobil ilə barter etmişdir. Mercedes markalı avtomobili barter edən zaman onun qiymətini 6500 manat hesablamış, qalan pulu isə 28 ay 500 manatdan razılaşmışdır. Həmçinin də avtomobili qiymətindən əlavə avtomobilin ada keçməsi, usta xərcləri və s. bu işlər üçün Xanhüseynə 2000 manat borcludur. Ancaq avtomobilin qiymətini 10000 manata razılaşmışlar. Xanhüseyn və onun kürəkəni Gərayı aldadıb avtomobilini ələ keçirməmişdir. Onlara söz vermişdir ki, avtomobili satıb pulunu verəcək. Çünki onlar avtomobili satıb pulunu verməsini demişdirlər. Pulu olmadığı üçün Gərayın pulunu verə bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, cinayət işi üzrə 1-ci epizod üzrə Zərərçəkmiş şəxs1 dəymiş zərəri tamamilə ödəmiş, 2-ci epizod üzrə zərərçəkmiş şəxs X3 dəymiş zərərdən 900 (doqquz yüz) manat məbləğində ödəniş etmişdir. Eyni zamanda ona elan edilmiş 2-ci epizod üzrə özünü təqsirli bilmədiyini, Xanhüseyn və Gərayı aldatmadığını, onların pulunu mənimsəmədiyini, avtomobillə bağlı onların arasında yaranan mübahisənin mülki mübahisə olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 5-ci PB-nə Dəyanətlə bağlı şikayəti özü etmişdir. Oğlu Elmarın 1997-ci il istehsalı olan “Mercedes benz” markalı avtomobili satırmışlar. Məqsədləri Mercedes satıb Hyundai markalı avtomobil almaq olmuşdur. 2023-cü ilin aprel ayının əvvəllərində Dəyanətin əvvəl işlətdiyi Məkan kafesinə getmişdir. Orada Dəyanət ondan avtomobili satıb-satmamasını soruşmuşdur. Dəyanətə satmasını, Hyundai markalı avtomobil almaq istəməsini demişdir. Dəyanət onun ABŞ-da şəriklərinin olmasını, Hyundai markalı avtomobil gətirmələrini bildirmişdir. Avtomobili ona satmasını xahiş etmişdir. Dəyanətlə razılaşmış və avtomobili 9000 manata Dəyanətə satmışdır. Dəyanətin pulu olmadığı üçün həmin avtomobili lizinq yolu ilə almaq istəmişdir. Belə ki, Dəyanət ona 4000 manat verməli olmuş, qalan 5000 manat pulu avtomobili lizinqə salıb elə verəcəyini bildirmişdir. Dəyanətlə bu barədə razılaşmışdır. Bundan sonra Dəyanət Elçin adında bir nəfəri çağırmış, həmin şəxs 5000 manat ona pul vermişdir. Avtomobilin pulunu Dəyanət lizinq yolu ilə Elçinə verməli olmuşdur. Daha sonra, yəni özünün pulunu aldıqdan sonra Dəyanət ona bildirmişdir ki, Hyundai markalı avtomobili almaq üçün pul beh göndərməlidir. Dəyanətə 2014-2015-ci il istehsalı olan Hyundai markalı avtomobil istədiyini bildirmiş və Məkan kafesində Dəyanətə 5000 manat pul vermişdir. Həmçinin Dəyanətin ona verməli olduğu 4000 manat pulu da götürməmiş, beh kimi Dəyanətdə qalmışdır. Ümumilikdə Dəyanətə 9000 manat pul vermişdir. Bundan sonra Dəyanət iki aya avtomobilin Bakı şəhərində olacağını bildirmişdir. Təxminən 1 ay sonra bacısı oğlu X8 narkotik vasitə istifadəsinə görə həbs edilmişdir. Elnurun barəsində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə getmişdir. Dəyanətlə söhbət zamanı ona demişdir ki, onun vəkil tanışı var. O, Elnuru həbsdən çıxara bilər. Onunla danışıb bir söz deyəcəyini demişdir. Bundan sonra Dəyanət onu işlətdiyi kafeyə dəvət etmişdir. Elnurun həbsdən azad edilməsi üçün 12000 manat pul lazım olmasını demişdir. Dəyanətə o qədər pulunun olmamasını bildirmişdir. Daha sonra Dəyanət 10000 manata razılaşmışdır. 2023-cü ilin may ayının əvvəllərində həmin söhbətdən 2 gün sonra 2000 manat pul tapmışdır. Həmin 2000 manat pulu Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən Məkan adlı kafedə Dəyanətə vermişdir. Daha sonra Dəyanət 3000 istəmişdir. Bir həftə aralığında iki dəfəyə 3000 olmaqla 6000 manat Dəyanətə pul vermişdir. X12 adında şəxsi vəkil tutmuşdur. Daha sonra Elnurun vəkili Tahir adlı şəxs Elnura bildirmişdir ki, onu həbsdən azad etmək mümkün deyildir. Minimum 4 il ona iş düşür. Elnur ona bu barədə demişdir. Bundan sonra Tahirin yanma getmişdir. Dəyanət ona demişdir ki, guya Tahirə 2000 manat pul vermişdir. Tahirdən bu barədə soruşduqda Dəyanətin ona 1000 manat vəkil kimi xidmət göstərməsi üçün pul verməsini bildirmişdir. Sonra Dəyanətin yyanına gedib bunun səbəbini soruşmuşdur. Dəyanət də ona qabaqdan gəlmişlik etməyə başlamış və nə üçün onsuz getməsini soruşmuşdur. İşi özünün həll edəcəyini demişdir. Bundan sonra isə Dəyanət ona hisə-hissə olmaqla 3000 manat pul qaytarmışdır. Dəyanətə avtomobil almaq üçün 9000 manat, bacısı oğlu Elnuru həbsdən azad etmək üçün isə 8000 manat, ümumilikdə 17000 manat pul vermişdir. Dəyanət də həmin puldan ona 3000 manat pul qaytarmış, qalan 14000 manat qalmışdır. Pulların hamısını Dəyanətin işlədiyi Məkan adlı kafedə vermişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdə qayınatası Xanhüseynlə söhbət zamanı ona özünə avtomobil almaq istəməsini bildirmiş və 2023-cü ilin dekabr ayında Xanhüseyn söhbət zamanı dostunda ağ rəngli Mercedes markalı avtomobil olmasını, 1997-ci ilin avtomobili və məsləhətli avtomobil olmasını bildirmişdir. O isə Köhnə avtomobil almaq istmədiyini demişdir. Xanhüseyn də ona əgər xoşun gəlməsə sonra biz pulunu verib səndən alarıq demişdir. Həmçinin Xanhüseyn ona avtomobili 10000 manata kredit yolu ilə alacaqlarını bildirmişdir. 5500 manat pul əvvəlcədən verəcəklərini, qalan 4500 manat pulu isə hissəhissə, yəni hər ay 500 manat olmaqla ödəyəcəklərini bildirmişdir. Bir müddət sonra razılaşmışdır. Bundan sonra Xanhüseynə 5500 manat pul vermişdir. Daha sonra ona avtomobili kredit yolu iləalmağın mümkün olmadığını, 4500 manat pul pödəməli olduğunu demişlər. Bundan sonra Xanhüseynə 4500 manat pul vermişdir. Xanhüseyn narahat olma, əgər avtomobili bəyənməsən səndən aldığın qiymətə alacam demişdir. Həmin gündən təxminən 10 gün sonra Xanhüseyn ona zəng edərək avtomobili onun adına keçirmək üçün gəlməsini tələb etmişdir. Onunla birlikdə Baş Dövlət yol polisi İdarəsinə getmişdir. Orada Xanhüseyn və sonradan tanıdığı Dəyanətlə görüşmüş, onun almaq istədiyi Mercedes Benz markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin evakuatorda gəldiyini görmüşdür. Bunun səbəbini soruşan zaman ona avtomobil texniki baxışdan keçmədiyini, həm də cərimələrinin olduğunu bildirmişlər. Ona görə evakuatorda gətirilib ki, yolda polis saxlayıb cərimə meydançasına yerləşdirməsin. Avtomobili onun adına qeydiyyata alan zaman məlum olmuşdur ki, avtomobilin 400 manat cəriməsi vardır. Dəyanət cəriməni ödəmək üçün ondan 400 manat pul istəmişdir. Ona 400 manat pul vermişdir. Daha sonra 350 manat avtomobili adına keçirmək üçün pul vermişdir. Bundan sonra təxminən 1 həftəyə yaxın avtomobili idarə etmişdir. Avtomobili idarə edən zaman avtomobilin sağlam avtomobil olmamasını görmüşdür. Xanhüseynə avtomobili geri qaytarmaq istəməsini demişdir. Birlikdə Dəyanətin işlədiyi kafeyə getmiş və Dəyanətə avtomobili qaytarmaq istədiklərini bildirmişlər. Dəyanət də pulunun olmamasını demişdir. Avtomobili özünün idarə edəcəyini, Astara rayonunda pay torpaq sahəsi olmasını, həmin torpaq sahəsini satıb onun pulunu verəcəyini demişdir. Daha sonra 2024-cü ilin mart ayının sonlarında Dəyanətə sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə vermişdir. Dəyanət bundan sonra onu aldatmışdır. Dəfələrlə onunla əlaqə saxlamış, pulunu istəmiş, lakin o hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonra isə vermiş olduğu etibarnamə əsasında Dəyanətin onun avtomobilini satmasını və ona pul vermədiyini eşitmişdir. Bundan sonra onun qayınatası Xanhüseyn də polisə şikayət etmişdir. Hazırda da özü də Dəyanətdən şikayətçidir. Avtomobilin dəyəri 10000 manatdır. Dəyanət ona 10000 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 8 aydır ki, tanıyır. Dəyanətlə münasibəti həmişə normal olmuş, əvvəllər aralarında heç bir söz-söhbət və narazılıq olmamışdır. Dəyanətin Mercedes markalı **-HV- *** dövlət qeydiyyat nişanlı avtomobili var idi. Söhbət zamanı Dəyanət həmin avtomobili satmasını bildirmişdir. Kürəkəni Zərərçəkmiş şəxs2 da özünə avtomobil almaq istəmişdir. Özü və oğlu Gəraya məsləhət Dəyanətdə Mercedes markalı avtomobil olmasını və onu almağı məsləhət görmüşlər. Həmçinin Dəyanət avtomobili kredit yolu ilə satdığını bildirmişdir. Belə ki, Dəyanət həmin avtomobili 10000 manata satırdı, əvvəlcə ona pulun yarısını verməli idik, qalan pulu isə hər ay 500 manat olmaqla ödəmək barədə razılaşmışlar. Bu səbəbdən Gəray ilkin olaraq 5500 manat pul vermişdir. Həmçinin Dəyanətə avtomobilin təmirinə 500 manat, siğortasına isə 150 manat vermişdir. Yəni 650 manat pulu öz cibindən vermişdir. Daha sonra avtomobil üçün etibarnamə istəmişdir. Dəyanət avtomobilin öz adına olmadığını, kreditdə olduğunu, bu səbəbdən əlavə olaraq 7000 manat məbləğində pul verməli olduğunu, həmin pulu verdikdən sonra avtomobili onların adına keçirəcəyini bildirmişdir. Gəray Dəyanətin bu sözündən sonra 4500 manat pul vermiş, o özü də üzərinə 2500 manat pul qoymuşdur. Ümumilikdə Dəyanətə 12650 manat pul vermişdir. Pulu ödədikdən sonra avtomobili Gərayın adma keçirmişlər. Həmin vaxt avtomobilin cəriməsi olmuş və texniki baxışının da vaxtı bitmişdir. Gəray da əlavə olaraq Dəyanətə buna görə 450 manat pul vermişdir. Həmin pulun 400 manatını Dəyanət qaytarmışdır. Avtomobili Gəray idarə etdikdən bir neçə gün sonra geri qaytarmışdır. Avtomobilin nasaz olduğunu bildirmişdir. Birlikdə avtomobili aparıb Dəyanətə qaytarmışlar. Dəyanət avtomobili özünə götürməsini bildirmişdir. Astara rayonunda atasının torpaq sahəsi olduğunu, satıb onların pulunu verəcəyini demişdir. Lakin Dəyanət avtomobili götürdükdən sonra pulu verməmişdir. Həmçinin də avtomobili başqasına satmışdır. Ondan dəfələrlə pul istəsələr də Dəyanət pullarını verməmişdir. Buna görə də şikayət etmişlər. Bundan başqa Dəyanətlə avtomobili 10000 manata razılaşmışlar. Əvvəlcə 5500 manat Gəray vermişdir. Dəyanət avtomobilin təmiri üçün ondan 500 manat, siğortası üçün isə 150 manat almışdır. Həmin pulu odan borc kimi almış və avtomobil yekunda satılan zaman ona çatan puldan çıxacağını bildirmişdir. Daha sonra avtomobili ada keçirən zaman məlum olmuşdur ki, avtomobil Dəyanətin adına deyil, başqa şəxsə məxsusdur. Həmin şəxs 7000 manat pul istəyir. Gəray 4500 manat pul vermişdir. Ondan da Dəyanət 2500 manat borc istəmişdir. Həmin pulun üzərinə 2500 manat qoyub ümumilikdə 7000 manat pulu Dəyanətlə birlikdə avtomobilin sahibinə vermişdir. Gəray avtomobil üçün 10000 manat pul vermişdir. Qalan pulu isə Dəyanətə özü borc vermişdir. Məhkəmə iclasında Şahid ifadə verən zaman təqsirləndirilən şəxs tərəfindən azırki vaxta qədər zərərçəkmiş şəxsə 900 manat pul ödənilməsini İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və araşdırma aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli olduğu üçün həmin tarixdə, saat 21:40 radələrində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimat təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraatda olan ********* saylı cinayət işinə birləşdirilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Axundov X4 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Bundan başqa, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm ləğv edilərək, CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində açılmış ********* nömrəli cinayət işinə xx.xx.2023-cü il tarixdə CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Abşeron rayon Məhkəməsinin 1(012)-106/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin 1(012)-361/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2024-cü il tarixli üzləşdirmə protoklundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Şahid ifadəsində göstərdiyi xüsusatları təsdiq edib Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin tələbllərini pozduğu üçün və istintaqdan yayındığı üçün tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə axtarışı elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 12:15 radələrində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittihamın həcmində və məzmununda dəyişiklik edilərək, o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-829/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli üzləşdirmə protoklundan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı şahid Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edib Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittihamın həcmində və məzmununda dəyişiklik edilərək, o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-975/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni 26 fevral 2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittihamın həcmində və məzmununda dəyişiklik edilərək, o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, şahid ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə və hadisə yerinə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli ayrıca cinayət işi ayrılmışdır. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs sürücülük hüququ olduqda nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək etmək üçün icazə verilmişdir. Məhkəmə iclasında Müdafiəçi Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli etibarnamənin verildiyini və aralarındakı məsələnin mülki qaydada mübahisələndirilməli olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi faktının ittiham aktından çıxarılması barədə vəsatət qaldırmışdır. Məhkəmə, müdafiəçi tərəfindən verilmiş vəsatətə tənqidi yanaşıb, təqsirləndirilən şəxsin ifadəsinin cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığını hesab edir və hazırki cinayət işi üzrə CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 cinayət nəticəsində dəymiş ziyanın tam olaraq ödənilməsini, Zərərçəkmiş şəxs2 dəymiş zərərdən 900 (doqquz yüz) manat məbləğində ödəniş etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli olduğu üçün saat 21:40 radələrində tutulmuş, xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-829/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-975/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni 26 fevral 2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, ********* nömrəli cinayət işi üzrə 25 iyun 2024-cü il tarixdən 27 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və həbsdə saxlanıldığı 04 (dörd) ay 2(gün) müddət həbsdə və ya ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş dələduzluq nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 mülki iddiasının təmin edilməsi qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 məhkəməyə iddia ərizəsi təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə onun mülkiyyətində olan "Mercedes Benz 230" markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobili 10.000 manat məbləğə alaraq qısa müddət ərzində dəyərini ödəyəcəyi barədə razılığa gələrək 2024-cü ilin mart ayının sonlarında həmin avtomobilə dair Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən ünvan 4li ələ keçirib dəyərini ödəməyərək, ona 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs 10.000 (on min) manat, dövlət rüsumu kimi ödənilmiş 120 manat, ümumilikdə 10120 (on min yüz iyirmi) manat pul vəsaitinin tutularaq ödənilməsi barədə mülki iddianın təmin olunmasına dair məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki iddiaçı) Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 dəymiş zərərdən 900 manat ödəməsi nəzərə alınaraq Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməli, ona dəymiş maddi zərərə görə 9220 (doqquz min iki yüz iyirmi) manat pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 385 (üç yüz səksən beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və həbsdə saxlanıldığı 04 (dörd) ay 2(iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 dəymiş maddi zərərə görə 9220 (doqquz min iki yüz iyirmi) manat pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq X2 xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 385 (üç yüz səksən beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar