Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-357/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin vəkili: Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxx 1975-ci ildə Cəbrayıl rayonu Alıkeyxalı kəndlində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Cəbrayıl rayonu Alıkeyxalı kəndlində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsində yerləşən geyim mallarının satışını həyata keçirən «Adres» adlı mağazanın qarşısında qardaşı Zərərçəkmiş şəxs avtomobilinə baxdığına görə iradını bildirdikdən sonra sonuncunun onun avtomobilinə tüpürməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə Ehirbar İbişovun baş nahiyəsinə və təpiklə diz nahiyəsinə vuraraq üzün sağ yanaq nahiyəsinin sıyrığı, boyunun sağ yan səthinin qançsırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyin və sol diz oynağı nahiyəsinin oynaqda hərəkət məhdudluğu ilə müşaiəyət olunan dərialtı hematoması kimi xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə posulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ehtibar doğma qardaşıdır. Bir neçə müddətdir aralarında narazılıq olduğundan münasibətləri yoxdur, danışmırlar. Hazırda 10 yaşı olan oğlu Yusifdə qan xəstəliyi olduğundan tez-tez onu həkimə aparmalı olur. 22 aprel 2021-ci il tarixdə saat 09 radələrində özünə məxsus Vaz-2104 markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oğlu Yusifi həyat yoldaşı Mədinə Məmmədova həkimə aparanda, aptekdən dəman almaq üçün Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində Sulutəpə dairəsi deyilən yerin yaxınlığında avtomobili yolun kənarında saxlayaraq aptekə getmiş, Yusiflə, həyat yoldaşı isə maşında qalmışdır. Dərman alıb maşına qayıdanda böyük qardaşı Ehtibarın özünə məxsus Prado markalı avtomobillə onun maşınının arxasında saxladığını, düşüb onun maşınının içərisinə boylandığını görüb Ehtibara iradını bildirdikdə, Ehtibar yaxşı etdiyini bildirdikdə sükan arxasına oturanda Ehtibar yaxınlaşıb pəncərədən ona tüpürmüşdür. Belə olanda aşağa düşmüş, Ehtibar onu söydüyündən yaxa-yaxaya tutaraq bir-birlərinə əl-qol atmışlar. Oraya gələn tanımadığı şəxslər onları ayırmış, öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Ehtibarın hansı şəraitdə, necə sol diz nahiyyəsindən yüngül dərəcəli xəsatər almasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailədə bir bacı, dörd qardaşırlar. İslam ailədə ən kiçiyidir. Təxminən 20 il olar ki, İslamlın səhvindən onun münasibəti pisləşmiş, həmin vaxtdan heç bir səbəb olmadan İslam yerli-yersiz onu və ailə üzvlərini nəlayiq ifadələrlə söyüb təhqir edir. Bütün bunlara baxmayaraq heç vaxt İslamın sözlərinə əhəmiyyət verməmişdir. 22 aprel 2021-ci il tarixdə saat 09 radələrində üzünü təraş etdirmək üçün özünə məxsus Prado markalı **-OM- *** dövlət qeydiyyat nişanlı avtomobi ilə Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsi yaxınlığında yerləşən bərbərə gəlmiş, avtomobildən düşəndə qardaşı İslamın Vaz- 2104 markalı avtomobilinın dayandığını, İslam isə o biri tərəfdən avtomobilinə tərəf gəldiyini görmüş, İslam onu görən kimi onun və ailə üzvlərinin ünvanına nəlayəq, yəni yazılması mümkün olmayan ifadələr işlətməyə başlamış, İslama iradını bildirdikdə o daha da ifadə olunası mümkün olmayan nəlayiq söyüşlərlə söyüb maşınının sükanı arxasına oturanda, İslama yaxınlaşıb, böyük qardaş kimi nəlayiq ifadələr işlətməməyi, ayıb olduğunu, adamların kənardan baxırqlarını, qardaşların biri-biri ilə belə davranışının yaxşı hal olmadığını bildirmiş, deyilənlərə məhəl qoymayaraq İslam daha da kəskin ifadələrlə söyəndə böyük qardaş kimi ərk edib ona tərəf tüpürmüş, İslam söyə-söyə maşından düşüb onun üzünə tüpürüb, söyüş söyməkdə davam edərək, yaxasından tutub onu əli ilə vurmaq istədikdə, onu sakitləşdirməyə çalışmış, İslama küçədə belə hərəkətlər etməməsini demiş, eyni zamanda özünü müdafiə etməyə çalışmış və maşına oturub oradan uzaqlaşmaq istəmiş, lakin İslam ondan əl çəkmədiyindən oraya toplaşan şəxslər və həmçini də tanıdığı makler işləyən Şəmi onları ayıran zaman İslam bir dəfə ayaqla onun sol diz qapağına güclü zərbə vurmuş, oraya toplaşan şəxslər İslamı ondan kənarlaşdırmış, İslam Vaz-2104 markalı avtomobilinə əyləşib oradan uzaqlaşmış, o da Binəqədi RPİ-nin 40-cı PB-yə gəlib İslamın qanunsuz hərəkətləri ilə bağlı ərizə yazmış, aldığı xəsarətlə bağlı keşirilmiş məhkəmə-tibbi ekspertizanın 22 aprel 2021-ci il tarixli 528 nömrəli rəyi ilə yüngül dərəcəli bədən xəsarəti aldığı məlum olmuş, İslamın barəsində qanunun tələblərinə uyğun tədbir görülməsini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı mülki iddia təqdim edərək iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə dairəsi yaxınlığında yaranmış mübahisə zəminində qardaşı Zərərçəkmiş şəxs yumruqla və təpiklə vuraraq ona bədən xəsarəti yetirmiş, eyni zamanda onun insa kütləsi içərisində şərəf ləyaqətini alçaldan ifadələr işlədərək, ona qarşı ciddi qanun pozuntusu icra etmişdir. X1 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş “Yügül bədən xəsarəti”nə dair Məhkəmə tibbiekspertizanın 528 saylı, xx.xx.2021-ci il tarixli qərarını və hadisəni qeydə alan video görüntülər cinayət işi materialında hal-hazırkı mülki iddianı təsdiq edən sübutlardandır. Həmin xəsarət nəticəsində müalicələrə (dizin müalicəsi və digər) ümumilikdə 1000 manat pul vəsaiti xərclənmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin zərərçəkmişin ünvanına etdiyi qeyri-etik ifadələr nəticəsində dərin stress, həyəcan və mənəvi izdirab keçirmişdir. Beləliklə, təqsirləndirilən tərəf olan Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs maddi olaraq 1000 manat, mənəvi olaraq 5000 manat zərər vurmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsində ev alqı-satqısı ilə məşğul olur. Oturduğu ofis Sulutəpə dairəsi deyilən ərazidə yerləşir. Həmin yerdə oturduğu ofisdən başqa market, aprek, bərbərxana obyektləri olduğunu, Sulutəpə qəsəbəsində yaşayan əslən Cəbrayıl rayonundan olan Ehtibar adlı şəxsi tanıdığını, Ehtibarın tez-tez Sulutəpə dairəsinə gəlib, orada bərbərxanada üzünü təraş etdirdiyini bildirmişdir. 22 aprel 2021-ci il tarixdə saat 09 radələrində Ehtibar kişi özünə məxsus Prado markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sulutəpə dairəsinə gələndə o marketdə olmuşdur. Bu zaman sonradan adını bildiyi Ehtibarın qardaşı İslam ağ rəngli Vaz-2104 markalı avtomobildən düşüb, Ehtibarın üzünə tüpürərək onu ifadə olunması mümkün olmayan nəlayəq söyüşlərlə söyüb Ehtibarı vurmaq istəmiş, o və orada olan digər şəxslər onlara yaxınlaşıb, onları ayırmağa çalışmışdır. Bu vaxt İslam Ehribarın ayağından təpikə vuraraq Ehtibarın ünvanına nəlayiq söyüşlər söyərək özünün Vaz-2104 markalı avtomobilinə oturub söyüşlər söyərək davam etdirərək avtomobilini sürüb oradan uzaqlaşmışdır. İş materiallarında olan: 230040330 nömrəsli cinayət işi 30 mart 2023-cü il tarixdə qəsdən Təqsirləndirilən şəxs yüngül zərər vurulması faktına görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başlanılaraq, istintaqı aparılmışdır. 07 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 07 aprel 2017-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bir ədəd CD diskə baxış keçirilən zaman məlum olmuşdur ki, Zərərçəkmiş şəxs 22 aprel 2021-ci il tarixdə səhər saatlarında Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsi deyilən ərazidə özünə məxsus Prado markalı avtomobildən düşən zaman sol tərəfində ağ rəngli VAZ-2104 markalı avtomobil dayanıb, Zərərçəkmiş şəxs avtomobilindən düşən zaman VAZ-2104 markalı avtomobilə yaxınlaşan Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ünvanına işlətdiyi ifadələr səbəbindən sonuncu Təqsirləndirilən şəxs avtomobilinə əyləşən zaman ona yaxınlaşır, Təqsirləndirilən şəxs, avtomobildən düşərək, Zərərçəkmiş şəxs üzünə tüpürür və əli ilə Ehtibarın yaxasından tutaraq Zərərçəkmiş şəxs itələyir, İslam əli ilə bir neçə dəfə Ehtibarın sifət və boyun nahiyəsinə vurur, hadisə yerinə gələn şəxslər onları aralayır, Təqsirləndirilən şəxs, VAZ-2104 markalı avtomobilinə əyləşərək oradan uzaqlaşır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X3 rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 528 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərüzün sağ yanaq nahiyəsinin sıyrığı, boyunum sağ yan səthinin qançsırı, sol diz oynağı nahiyəsinin oynaqda hərəkət hərəkət məhdudluğu ilə müşaiəyət olunan dərialtı hematoması küt əşyanın (əşyaların) təsirindən ilkin müayindən bir neçə saat əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sol diz oynağı nahiyəsinin oynaqda hərəkət məhdudluğu ilə müşaiəyət olunan dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqu üçün dərəcələri təyin edilmir. “06” aprel 2023-cü il tarixli qərarla 22 aprel 2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsində yerləşən geyim mallarının satışını həyata keçirən «Adres» adlı mağazanın qarşısında baş vermiş hadisəni özündə əks etdirmiş 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınaraq disk cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il tarixdə doğulmuş yetkinlik yaşına çatmayan uşağı X6 və xx.xx.2013-cü il tarixdə doğulmuş azyaşlı uşağı X7 vardır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləmir və 1216,31 (min iki yüz on altı manat, 31 qəpik) manat yaşa görə əmək pensiyası alır. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli olaraq CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və zərərçəkmiş şəxs və şahid ifadəsi, həmçinin iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı tərəflər arasında olan münasibətin düşmənçilik xarakterli olduğu və təqsirləndirilən şəxsin qardaşına olan kini və aqressiyası bariz şəkildə müəyyən edildiyindən onların münasibətinin xarakteri təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsini istisna etmir və o özünü təqsirli bilməməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin həmin əməli xx.xx.2021-ci il tarixdə törətdiyi müəyyən edilir. Onun törətmiş olduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Belə olduğu təqdirdə əməlin törədildiyi vaxtdan cinayət işinə baxıldığı və yekun qərar çıxarıldığı hazırkı vaxtda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Lakin hazırkı iş üzrə təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən gizlənməmişdir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Bu yanaşma Konstitusiya Məhkəməsinin aşağıda qeyd edilən qərarında da öz əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhi qanunverici tərəfindən normaya verdiyi məna ilə uzlaşmalı, belə şərh yalnız normada ifadə edilənləri aydınlaşdırmağa və dəqiqləşdirməyə xidmət etməlidir. Şərh qüvvədə olan normalara əlavə və dəyişiliklər etmir və edə bilməz. Bu mənada CM-in 75-ci maddəsinin mətni ilə mənası arasında açıq-aşkar fərq olmadığı üçün genişləndirici şərhi də yolverilməzdir. Konstitusiya Məhkəməsinin həmin qərarlarında da qeyd edildiyi kimi, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin hesablanması yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət məsuliyyətindən azad etmə müddətlərinin hər hansı başqa qaydada hesablanmasının müəyyən olunması qanunvericinin müstəsna səlahiyyətindədir. CM-in 75ci maddəsinin mətni ilə mənası arasında açıq-aşkar fərq olmadığı üçün genişləndirici şərhi yolverilməzdir. Yəni cinayət məsuliyyətinə cəlb etmə müddətinin əvvəlinin hesablanması, axımının dayanması, bərpa edilməsi və bu müddətin bitməsi vaxtı həmin maddədə açıq aydın qeyd edilib. Belə olduğu təqdirdə şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayanması və bərpa edilməsi məsələsinin hər hansı başqa formada başa düşülməsi, genişləndirici şərhi və ya bu məsələdə Cinayət-Prosessual Məcəlləsinin müddəalarının tətbiqi yolverilməzdir, bu məsələlər yalnız və yalnız Cinayət Məcəlləsi ilə tənzimlənir. Belə olduğu təqdirdə Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, riayət edilməli məsələlər kimi məhkəmə CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). AR CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin iş üzrə təqsirləndirilən şəxs özünü təqsirli bilmir, cinayət təqibinə xitam verilməsinə razılığı yoxdur. Ona görə də iş üzrə cinayət təqibinə xitam verilə bilməz və cinayət məsuliyyətinə cəlb edilib, cəza təyin edilməməklə barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəməyə cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddia verilmişdir. İş materiallarından, o cümlədən təqdim edilmiş iddia ərizəsindən görünür ki, mülki iddiaçı ona maddi zərər vurulmasını təsdiq edən sənədləri təqdim edə bilməmişdir. Məhkəmə istintaqı zamanı da mülki iddiaçı onda maddi zərərin məbləğini müəyyən etməyə imkan verən sənədlərin mövcud olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Plenumunun Qərarında formalaşdırdığı mövqeyə görə sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında formalaşdırdığı mövqeyə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, nə qədər ki mülki iddiaçı tərəfindən ona vurulduğu iddia edilən 1000 manat məbləğində ziyanın mövcudluğunu təsdiq edən sübutlar məhkəmə təqdim edilməyib mülki iddia həmin hissədə təmin edilə bilməz. Digər tərəfdən məhkəmə hesab edir ki, mülki iddiaçının ona 5000 manat məbləğində mənəvi zərər vurulması ilə bağlı iddiası işin faktiki halları, onun keçirdiyi mənəvi və fiziki iztirabların dərəcəsi, təqsirləndirilən şəxsin ailə və maddi vəziyyəti, himayəsində xəstə uşağının olması nəzərə alınmaqla həmin hissədə mülki iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Qanunun 8.1.1-ci bəndinə görə iddia qiyməti 1.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Yuxarıda qeyd edilən normanın tələbinə uyğun olaraq iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 80,40 manat puldan 30 manat məbləğində pul mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o cəzadan azad olunmalı, habelə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş 1000 manat maddi zərərin, 5000 (beş min) manat mənəvi zərərin əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə mülki iddiası qismən təmin olunmalı, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80,40 (səksən manat 40 qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 72 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75-1.1 və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1 və 351-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz manat) manat, ümumilikdə 530 (beş yüz otuz manat) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 12 (on iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 72 (yetmiş iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-357/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-357/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver