Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-358/2025 28.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada işləyən,əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri,Sabunçu rayonu, Zabrat qəsəbəsi fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2024-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən fərdi yaşayış evinin həyətində olan köməkçi yaşayış evinin pəncərəsinin üzərində olan dəmir barmaqlığı dəmir alət ilə sındıraraq pəncərəni sıxmaqla açıb qanunsuz daxil olmaqla, oradan sonuncuya məxsus 200 manat dəyərində olan 01 ədəd "Hoffman" markalı, "32F3100" markalı istifadə olunmuş televizoru, 35 manat dəyərində olan 01 ədəd "Hauwei" markalı, "EchoLife HG8145V5" modelli istifadə olunmuş modern aparatı, 80 manat dəyərində olan 01 ədəd Çin istehsalh "Hikvison" markalı, "DS-7104Hİ-F1" modelli yeni DVR-ı, 400 manat dəyərində olan 01 ədəd Çin istehsalh "LG" markalı, "XBOOM 360 RP4B" modelli yeni dinamiki, 700 manat dəyərində olan 01 ədəd Türkiyə istehsalh "ElectroTech" markalı, "H9052P13İS-HP-BLACK GLASS" modelli yeni qaz peçini, 340 manat dəyərində olan 01 ədəd Türkiyə istehsalh "ElectroTech" markalı yeni aspiratoru, 50 manat dəyərində olan 01 ədəd yeni qapı nizamlayıcı qurğunu, 200 manat dəyərində olan 01 ədəd Türkiyə istehsalı üzərində "CAMAK 0,75 Kw 230V" yazıları olan istifadə olunmuş su nasosunu, 200 manat dəyərində olan 01 ədəd üzərində "SPP 250E 220-240V Head Max 18 m" yazıları olan istifadə olunmuş su nasosunu, 1 ədədinin dəyəri 5.20 manat olan ümumi məbləği 31.20 manat təşkil edən 06 ədəd üzərində "Siemens B20" yazıları olan yeni elektrik açarları, 1 ədədinin dəyəri 5.80 manat olan ümumi məbləği 23.20 manat təşkil edən 04 ədəd üzərində "Siemens B25" yazıları olan yeni elektrik açarları, 1 ədədinin dəyəri 5.50 manat olan ümumi məbləği 33 manat təşkil edən 06 ədəd üzərində "Siemens В16" yazıları olan yeni elektrik açarları, 45 manat dəyərində olan 01 ədəd üzərində "Siemens C63" yazıları olan 3-lü yeni elektrik açarı, 32 manat dəyərində olan 01 ədəd üzərində "Siemens C40" yazıları olan 3-lü yeni elektrik açarı, 15 manat dəyərində olan 01 ədəd Çin istehsallı üzərində "S-360-12 200-220V" yazıları olan qida blokunu, 35 manat dəyərində olan 01 ədəd üzərində "Kür LCD" yazıları olan istifadə olunmuş monitoru, 100 manat dəyərində olan 01 ədəd Türkiyə istehsallı "REDLİNE" markalı, "RT-7008 XVR" modelli yeni DVR-ı, 1 ədədinin dəyəri 3 manat olan ümumi məbləği 15 manat təşkil edən 05 ədəd gümüşü rəngli çay qaşığını, 1 ədədinin dəyəri 3 manat olan ümumi məbləği 12 manat təşkil edən 04 ədəd gümüşü rəngli yağ bıçağını, 1 ədədinin dəyəri 3 manat olan ümumi məbləği 51 manat təşkil edən 17 ədəd xörək qaşığını, 5 manat dəyərində olan 01 ədəd böyük ölçülü qaşığı, 1 ədədinin dəyəri 3 manat olan ümumi məbləği 36 manat təşkil edən 12 ədəd çəngəli, 4 manat dəyərində olan 01 ədəd şirniyyat qaşığını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 2642.40 (iki min altı yüz qırx iki manat qırx qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, mebel ustası kimi işləmişdir. Həmin müddətdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində kirayədə yaşamışdır. O, “Honda insight” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq yolu ilə almışdır. İlkin ödəniş olaraq 1500 manat pul vermişdir. Hər ay isə 508 manat ödəniş etmiş, o ilk iki ayı ödəmişdir. Lakin sonrakı ayları ödəyə bilmədiyi üçün 4000 manat borcu yaranmışdır. O isə oğurluq edib həmin borcu ödəmək qərarına gəlmişdir. 20 dekabr 2024cü ildə saat 2 radələrində idarə etdiyi “Honda insight” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Binəqədi rayonu Goradil bağlar massivində evlərin arası ilə hərəkət etmişdir. Həmin vaxt işıqları söndürülmüş olan ev diqqətini çəkmişdir. O avtomobili həmin evin yaxınlığında saxlayıb hasara yaxınlaşdır. Evin yan tərəfində olan hasardan tullanaraq həyətə daxil olmuşdur. Evdə heç kim olmamışdır. Daha sonra evin arxasında olan pəncərəyə yaxınlaşmışdır. Pəncərənin üzərində dəmir barmaqlıq olmuş, həyətdən tapdığı irihəcimli qayçı ilə həmin dəmir barmaqlığı sındırmışdır. Daha sonra pəncərəni açıb içəri daxil olmuşdur. Həmin ev qaranlıq olduğu üçün hansı otaqdan nə götürdüyünü dəqiq xatırlamamışdır. Lakin həmin evdən ümumilikdə 1 ədəd televizor, 1 ədəd vayfay modern aparatı, 1 ədəd dviyar, 1 ədəd musiqi səsgücləndirici aparatı, 1 ədəd mətbəx üçün nəzərdə tutulan qaz peçini və aspiratoru, 2 ədəd su nasosunu, 3 ədəd cərəyan rubilnikini, 1 ədəd kamera üçün nəzərdə tutulmuş monitor və yaddaş qurğusunu, 5 ədəd gümüşü çay qaşığını, 4 ədəd gümüşü yağ bıçağını, 17 ədəd qaşığı, 1 ədəd böyük ölçülü qaşığı, 12 ədəd çəngəli və 1 ədəd şirniyyat qaşığını hissə-hissə idarə etdiyi avtomobilə yükləmişdir. O həmin evdən saat 5 radələrində çıxmışdır. Təxminən 2-3 saat müddətində oğurladığı əşyaları idarə etdiyi avtomobilə yükləyib qurtarmışdır. Oradan çıxdıqdan sonra kirayədə yaşadığı Zabrat qəsəbəsində yerləşən evə gəlmişdir. Oğurladığı əmlakı kirayədə yaşadığı evə yığmışdır. xx.xx.2024-cü ildə Xətai rayonu Əhmədli qəsəbəsi ərazəsində olarkən Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları onu saxlamışlar. Onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman ondan Binəqədi rayonu Goradil bağlar masssivi ərazisindən X3 yaşadığı evdən oğurluq edib-etmədiyini soruşmuşlar. O etdiyi cinayətini polis əməkdaşlarına danışmışdır. Oğurladığı əmlakı isə polis əməkdaşlarına təqdim etmişdir. O, həmin oğurluq cinayətini tək törətmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki və psixi zor tətbiq edilməmişdir. Etdiyi oğurluq cinayətindən peşmandır. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs şikayətçi deyil, ona görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.1). Maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəbinə Həsənovanın bağ evindən oğurladığı 1 ədəd televizor, 1 ədəd vayfay modern aparatı, 1 ədəd dviyar, 1 ədəd musiqi səsgücləndirici aparatı, 1 ədəd mətbəx üçün nəzərdə tutulan qaz peçini və aspiratoru, 2 ədəd su nasosunu, 3 ədəd cərəyan rubilnikini, 1 ədəd kamera üçün nəzərdə tutulmuş monitor və yaddaş qurğusunu, 5 ədəd gümüşü çay qaşığını, 4 ədəd gümüşü yağ bıçağını, 17 ədəd qaşığı, 1 ədəd böyük ölçülü qaşığı, 12 ədəd çəngəli və 1 ədəd şirniyyat qaşığını Binəqədi RPİ-nin 43-cü PB-yə təqdim etmişdir (cild 1,i.v.17-22). Tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.37). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.54). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.72-73). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/184 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 21 adda malların 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2242,40 manat müəyyən olunur. Təqdim edilmiş digər 02 adad malların qiymətinə və satışına dair məlumat əldə etmək mümkün olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakılardır: 200 manat dəyərində olan 01 ədəd "Hoffman" markalı, "32F3100" markalı istifadə olunmuş televizor; 35 manat dəyərində olan 01 ədəd "Hauwei" markalı, "EchoLife HG8145V5" model istifadə olunmuş modern aparatı; 80 manat dəyərində olan 01 ədəd Çin istehsallı "Hikvison" markalı, "DS-7104Hİ- Fl" modelli yeni DVR-ı; 400 manat dəyərində olan 01 ədəd Çin istehsallı "LG" markalı, "XBOOM 360 RP4B" modelli yeni dinamiki; 700 manat dəyərində olan 01 ədəd Türkiyə istehsallı "ElectroTech" markalı, "H9052P13İS-HP-BLACK GLASS" modelli yeni qaz peçi; 340 manat dəyərində olan 01 ədəd Türkiyyə istehsallı "ElestroTech" markalı yeni aspirator; 50 manat dəyərində olan 01 ədəd yeni qapı nizamlayıcı qurğu; bir ədədinin dəyəri 5 manat 20 qəpik olan ümumi məbləği 31 manat 20 qəpik təşkil edən 06 ədəd üzərində "Siemens B20" yazıları olan yeni elektrik açarları; bir ədədinin dəyəri 5 manat 80 qəpik olan ümumi məbləği 23 manat 20 qəpik təşkil edən 04 ədəd üzərində "Siemens B25" yazıları olan yeni elektrik açarları; bir ədədinin dəyəri 5 manat 50 qəpik olan ümumi məbləği 33 manat təşkil edən 06 ədəd üzərində "Siemens В16" yazıları olan yeni elektrik açarları; 45 manat dəyərində olan 01 ədəd üzərində "Siemens C63" yazıları olan 3-lü yeni elektrik açarı; 32 manat dəyərində olan 01 ədəd üzərində "Siemens C40" yazıları olan 3-lü yeni elektrik açarı; 15 manat dəyərində olan 01 ədəd Çin istehsallı üzərində "S-360-12 200-220 V" yazıları olan qida bloku; 35 manat dəyərində olan 01 ədəd üzərində "Kür LCD" yazıları olan istifadə olunmuş monitoru; 100 manat dəyərində olan 01 ədəd Türkiyə istehsallı "REDLİNE" markalı, "RT- 7008 XVR" modelli yeni DVR; bir ədədinin dəyəri 3 manat olan ümumi məbləği 15 manat təşkil edən 05 ədəd gümüşü rəngli çay qaşığı; bir ədədinin dəyəri 3 manat olan ümumi məbləği 12 manat təşkil edən 04 ədəd gümüşü rəngli yağ bıçağı; bir ədədinin dəyəri 3 manat olan ümumi məbləği 51 manat təşkil edən 17 ədəd xörək qaşığı; 5 manat dəyərində olan 01 ədəd böyük ölçülü qaşığı; bir ədədinin dəyəri 3 manat olan ümumi məbləği 36 manat təşkil edən 12 ədəd çəngəli; 4 manat dəyərində olan 01 ədəd şirniyyat qaşığı (cild 1, i.v.88-92). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda dəyişikliklər edilərək ona Azərbaycan Resnuhliv CM-in 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmis polisin nəzrəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu olan, məhkumluğu ödənilməmiş hesab edilmiş və Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən om əməlində cinayətlərin residivinin olması nəzərə alınmış, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd "Hoffman" markalı, "32F3100" markalı televizor, 01 ədəd "Hauwei" markalı, "EchoLife HG8145V5" modelli modem aparatı, 01 ədəd Çin istehsallı "Hikvison" markalı, "DS- 7104Hİ-F1" modelli yeni DVR, 01 ədəd Çin istehsallı "LG" markalı, "XBOOM 360 RP4B" modelli yeni dinamik, 01 ədəd Türkiyə istehsallı "ElectroTech" markalı, "H9052P13İS-HP-BLACK GLASS" modelli yeni qaz peçi, 01 ədəd Türkiyyə istehsallı "ElestroTech" markalı yeni aspirator, 01 ədəd yeni qapı nizamlayıcı qurğu, 06 ədəd üzərində "Siemens B20" yazıları olan yeni elektrik açarları, 04 ədəd üzərində "Siemens B25" yazıları olan yeni elektrik açarları, 06 ədəd üzərində "Siemens В16" yazıları olan yeni elektrik açarları, 01 ədəd üzərində "Siemens C63" yazıları olan 3-lü yeni elektrik açarı, 01 ədəd üzərində "Siemens C40" yazıları olan 3-lü yeni elektrik açan, 01 ədəd Çin istehsallı üzərində "S-360-12 200-220 V" yazıları olan qida bloku, 01 ədəd üzərində "Kür LCD" yazıları olan istifadə olunmuş monitoru, 01 ədəd Türkiyə istehsallı "REDLİNE" markalı, "RT-7008 XVR" modelli yeni DVR, 05 ədəd gümüşü rəngli çay qaşığı, 04 ədəd gümüşü rəngli yağ bıçağı, 17 ədəd xörək qaşığı, 01 ədəd böyük ölçülü qaşığı, 12 ədəd çəngəli, 01 ədəd şirniyyat qaşığı, üzərində "CAMAK 0,75 Kw 230V yazıları olan Türkiyə istehsalı istifadə olunmuş 01 ədəd su nasosu və üzərində SPP 250E 220-240V Head Max 18 m" yazıları olan istifadə olunmuş 01 ədəd su nasosu maddi sübut kimi tanınmış, maddi sübutlar saxlanılması üçün zərərçəkmiş şəxs Şəbinə Həsənovaya təhvil verilmişdir (cild 1, i.v.103-109). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 1, i.v.113-114). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 2678 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli AR CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etməkvə onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, i.v.208-211). Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyi zaman anlaqlı olmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış Tələbnamədən və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-212/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, i.v.79-81, 97-102). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.3-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinun 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə maddi sübutlar – 01 ədəd “Hoffman” markalı, “32F3100” markalı televizor, 01 ədəd “Hauwei” markalı, “EchoLife HG8145V5” modelli modem aparatı, 01 ədəd Çin istehsallı “Hikvison” markalı, “DS-7104Hİ-Fİ” modelli yeni DVR, 01 ədəd Çin istehsallı “LG” markalı, “XBOOM 360 RP4B” modeili yeni dinamik, 01 ədəd Türkiyə istehsallı “ElectroTech” markalı, “H9052P 1 31S-HP-BLACK GLAS S” modelli yeni qaz peçi, 01 ədəd Türkiyə istehsallı “ElestroTech” markalı yeni aspirator, 01 ədəd yeni qapı nizamlayıcı qurğu, 06 ədəd üzərində “Siemens B20” yazıları olan yeni elektrik açarları, 04 ədəd üzərində “Siemens B25” yazıları olan yeni elektrik açarları, 06 ədəd üzərində “Siemens B16” yazıları olan yeni elektrik açarları, 01 ədəd üzərində “Siemens C632 yazıları olan 3-lü yeni elektrik açan, 01 ədəd üzərində “Siemens C40” yazıları olan 3-lü yeni elektrik açarı, 01 ədəd Çin istehsallı üzərində “S-360-12 200-220 V” yazıları olan qida bloku, 01 ədəd üzərində “Kür LCD” yazıları olan istifadə olunmuş monitor, 01 ədəd Türkiyə istehsallı “REDLİNE" markalı, “RT-7008 XVR” modelli yeni DVR, 05 ədəd gümüşü rəngli çay qaşığı, 04 ədəd gümüşü rəngli yağ bıçağı, 17 ədəd xörək qaşığı, 01 ədəd böyük ölçülü qaşıq, 12 ədəd çəngəl, 01 ədəd şirniyyat qaşığı, üzərində “CAMAK 0,75 Kw 230V” yazıları olan Türkiyə istehsalı istifadə olunmuş 01 ədəd su nasosu və üzərində “SPP 250E 220-240V Head Max 18 m” yazıları olan istifadə olunmuş 01 ədəd su nasosun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 34 (otuz dörd) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – 01 ədəd “Hoffman” markalı, “32F3100” markalı televizor, 01 ədəd “Hauwei” markalı, “EchoLife HG8145V5” modelli modem aparatı, 01 ədəd Çin istehsallı “Hikvison” markalı, “DS-7104Hİ-Fİ” modelli yeni DVR, 01 ədəd Çin istehsallı “LG” markalı, “XBOOM 360 RP4B” modeili yeni dinamik, 01 ədəd Türkiyə istehsallı “ElectroTech” markalı, “H9052P 1 31S-HP-BLACK GLAS S” modelli yeni qaz peçi, 01 ədəd Türkiyə istehsallı “ElestroTech” markalı yeni aspirator, 01 ədəd yeni qapı nizamlayıcı qurğu, 06 ədəd üzərində “Siemens B20” yazıları olan yeni elektrik açarları, 04 ədəd üzərində “Siemens B25” yazıları olan yeni elektrik açarları, 06 ədəd üzərində “Siemens B16” yazıları olan yeni elektrik açarları, 01 ədəd üzərində “Siemens C632 yazıları olan 3-lü yeni elektrik açan, 01 ədəd üzərində “Siemens C40” yazıları olan 3-lü yeni elektrik açarı, 01 ədəd Çin istehsallı üzərində “S-360-12 200-220 V” yazıları olan qida bloku, 01 ədəd üzərində “Kür LCD” yazıları olan istifadə olunmuş monitor, 01 ədəd Türkiyə istehsallı “REDLİNE" markalı, “RT-7008 XVR” modelli yeni DVR, 05 ədəd gümüşü rəngli çay qaşığı, 04 ədəd gümüşü rəngli yağ bıçağı, 17 ədəd xörək qaşığı, 01 ədəd böyük ölçülü qaşıq, 12 ədəd çəngəl, 01 ədəd şirniyyat qaşığı, üzərində “CAMAK 0,75 Kw 230V” yazıları olan Türkiyə istehsalı istifadə olunmuş 01 ədəd su nasosu və üzərində “SPP 250E 220-240V Head Max 18 m” yazıları olan istifadə olunmuş 01 ədəd su nasosunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 34 (otuz dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 254 (iki yüz əlli dörd) (24 saat x 6 AZN + 10 saat x 11AZN) manat manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökm verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-358/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-358/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver