Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-359/2022 15.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 35 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 16 yanvar 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Daş Bazarının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlayaraq daşımış, 17 yanvar 2022-ci il tarixdə, saat 11:30-da ünvan 1 ünvanında Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-nin 43-cü PB-yə gətirilmiş, orada saat 13:10-da üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sol yan cibindəki bir ədəd qara rəngli pul qabının içərisindən bir ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 1,147 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci il fevral ayının əvvəllərində icarəyə götürərək işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən avtotəmir sexinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımış, 06 fevral 2022-ci il tarixdə, saat 23:20-da Astara-Ələt-Bakı yolunun 112-ci kilometrliyində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 5 ünvanda yerləşən Biləsuvar RPŞ-yə gətirilmiş, orada 07 fevral 2022-ci il tarixdə saat 00:05-də üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 1,097 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci il fevral ayının ortalarında Bakı şəhəri Binəqədi rayonu, Gülüstan qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib saxlayaraq daşımış, 24 fevral 2022-ci il tarixdə, saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, Baksol massivində yerləşən «Baksol» marketin yaxınlığında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 7 ünvanda yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilmiş, orada saat 22:30-da üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 3,347 qram tünd qəhvəyi rəngli, qətranabənzər, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ay olar ki, psixotrop maddə olan metafetamindən istifadə edir. 17 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi döngə 15-də yaşadığı evin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarışın keçirilməsinə etirazı olmaması barədə ərizə yazdıqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli pul kisəsini, həmin gödəkcənin sağ yan cibindən bir ədəd «Samsung» markalı ağ rəngli mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra masanın üzərinə qoyduğu pul kisəsi iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman pul kisəsinin içərisindən ağ rəngli kütlə olan bir ədəd şəffaf rəngli sellofan bükülü aşkar olunmuşdur. Ondan həmin şəffaf rəngli sellofan bükülüdəki ağ rəngli kütlənin nə olduğu soruşulduqda, o, həmin ağ rəngli kütlənin psixotrop maddə olan metamfetamin olduğunu onu tutulmazdan bir gün əvvəl axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən daş bazarı adlanan yerin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra protokol tərtib olunmuş və iştirakılar tərəfindən protokol imzalanmışdır. Bundan başqa 2022-ci il fevral ayının əvvəllərində icarəyə götürərək işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən avtotəmir sexinə gedən zaman zibil qablarının yanında yerdən siqaret kağızına bükülmüş bir ədəd bükülü tapmışdır. Həmin bükümü götürüb açmış və içərisində narkotik vasitə heroin olmasını görüb bükümü əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Məqsədi həmin heroini gələcəkdə istifadə etmək olmuşdur. 06 fevral 2022-ci il tarixdə «Turbo.az» saytında avtomobillərə baxarkən «VAZ-2106» markalı bir avtomobilin satıldığını görmüş, buna görə də həmin avtomobili satan şəxslə əlaqə saxlayıb avtomobilə baxmaq istədiyini bildirmişdir. Həmin şəxs Biləsuvar rayonunda yaşamasını demişdir. Buna görə 07 fevral 2022-ci il tarixdə saat 18 radələrində dostları Şahid12 və Şahid11 onunla birlikdə Biləsuvar rayonuna getmələrini xahiş etmişdir. Bundan sonra Şahid11 idarə etdiyi «Opel Astra» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna yola düşmüşlər. Biləsuvar rayonuna çatan zaman bir neçə gün əvvəl tapdığı narkotik vasitə heroin də əynindəki şalvarın cibində olmuşdur. Yol haqqı kimi Elşənə 50 manat pul verəcəkdi. Həmin gün saat 20 radələrində Biləsuvar rayonuna çatmışlar və adını dəqiq xatırlamadığı şəxslə görüşüb onun satdığı «VAZ-2106» markalı avtomobilə baxmışlar. Lakin həmin avtomobil xoşuna gəlməmiş, buna görə də avtomobili almamışdır. Bundan sonra saat təxminən 23 radələrində Bakı şəhərinə qayıtmağa başlamışlar. Ələt- Astara yolunun Biləsuvar rayonundan keçən hissəsinə hərəkətdə olan zaman YPX əməkdaşları Şahid11 avtomobili saxlamaq işarəsi vermişlər. Elşən də avtomobili yolun kənarında saxlamışdır. Bundan sonra əvvəlcə YPX əməkdaşları, daha sonra mülki paltarda olan bir neçə polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmiş və üzərlərində narkotik vasitə şübhəsi olmasını bildirib onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkili və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edildikdə o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Təqdim etdiyi büküm açılıb baxıldıqda bükümdə narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə ona məxsus olmuş, heç kimə satmaq və ya vermək niyyəti olmamışdır. Üzərində narkotik vasitə gəzdirməsindən Şahid11 və Şahid12 məlumatı olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən avtomobilə və onun üzərinə baxış keçirilsə də, qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa 24 fevral 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmazdan bir həftə əvvəl Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində dayancaqdakı zibil qabının yanından, yerdən bir ədəd sellafona bükülmüş büküm tapmışdır. Sellafon bükümü açdıqda, içərisində tiryək olduğunu görmüş və həmin bükümü əynindəki göy rəngli parça materialından olan gödəkcənin sağ yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixində axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Baksol massivində yerləşən Baksol marketin yaxınlığında olan zaman Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, onu 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Otaqda olan zaman müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Üzərinə şəxsi axtarış və götürmə hərəkətinin keçirləcəyi bildirilmiş, o, buna etiraz etməmiş və bu zaman müdafiəçi keçiriləcək hərəkətin icrası zamanı iştirak etmək istəmədiyini bildirmişdir. Daha sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı ona üzərində hər hansı qanuni dövriyyəsi qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması soruşulmuş, bu zaman o, əynindəki göy rəngli parça materialından olan gödəkcənin sağ yan cibindən şəffaf sellafona bükülmüş bir ədəd bükümü təqdim etmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümdə nə olduğu soruşulduqda həmin kütlənin narkotik vasitə olan tiryək olduğunu, onu yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra həmin tiryək qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayət əməllərindən peşman olduğunu, himayəsində uşaqlarının olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanıdır. Təqsirləndirilən şəxs adlı şəxsin Binəqədi rayonu ərazisində narkotik maddələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 24 fevral 2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞnin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Baksol massivində yerləşən Baksol marketin yaxınlığında olan zaman müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, onu Binəqədi RPİ-nin 4-cü PŞ-yə dəvət etmişlər. Polis şöbəsində olan zaman videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki maddə narkotik vasitə tiryəkdir və onu təxminən bir həftə əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində dayanacağın yanındakı zibil qabının yanından tapmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində qeyd etmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. Təqsirləndirilən şəxs adlı şəxsin Binəqədi rayonu ərazisində narkotik maddələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 17 yanvar 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis leytenantı Şahid4 ilə birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 11:30-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının yaxınlığında olan zaman müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Polis şöbəsində olan zaman videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli «Samsung» markalı mobil telefonu və həmin gödəkçənin sol yan cibindən isə bir ədəd qara rəngli pul kisəsini təqdim etmişdir. Daha sonra qara rəngli pul kisəsinə baxış keçirilən zaman həmin pul kisəsinin içərisindən bir ədəd şəffaf sellofana bükülmüş bükülü aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki maddə psixotrop maddə metamfetamindir və onu şəxsi istifadəsi üçün bir gün əvvəl axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Daş Bazarının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 (otuz) manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru Şahid4, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid3 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Biləsuvar rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində qeyd etmişdir ki, Biləsuvar rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantıdır. Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 06 fevral 2022-ci il tarixdə tərəfimdən əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, CAB-ın əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid7 və polis baş leytenantı Şahid8, DYPB-nin YPX inspektorları, polis serjantları Şahid10 və Şahid9 daxil edilmişdir. 06 fevral 2022-ci il tarixdə saat 23:10 radələrində Təqsirləndirilən şəxs içərisində olduğu «Opel Astra» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə sonra həmin avtomobil Ələt-Astara yolunun 112-ci kilometrliyində hərəkətdə olan zaman DYPB-nin YPX inspektorları polis serjantları Şahid10 və Şahid9 tərəfindən «Saxla» işarəsi ilə saxlanılmışdır. Bundan sonra o və əməliyyat qrupunun digər üzvləri həmin avtomobildə sərnişin kimi əyləşmiş Təqsirləndirilən şəxs, habelə avtomobilin sürücüsü və digər bir sərnişinə üzərilərində, habelə avtomobildə narkotik vasitə olması şübhəsini izah edərək RPŞ-yə dəvət etmişlər. RPŞ-də Təqsirləndirilən şəxsla birlikdə şübhəli şəxs kimi saxlanılaraq gətirilmiş «Opel Astra» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Şahid11, avtomobildə sərnişin kimi əyləşmiş digər sərnişinin isə Şahid12 olmasını müəyyən edilmişdir. RPŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs TB-nin təhqiqatçısı Vüsal Adışov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid8, KTQ-nin baş ekspert-kriminalisti polis kapitanı Şahid6 və vəkil Mehman Mütəllimovun iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümünü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Şahid6 və vəkil Fədai Quliyevin iştirakı ilə videoçəkiliş aparılmaqla Şahid12 üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilkin olaraq Şahid12 üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Şahid12 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Tərəflərindən Şahid12 üzərinə şəxsi axtarış keçirilsə də, lakin sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxs qismində saxlanılaraq gətirilmiş Şahid11 üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olması şübhəsinə görə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid8, KTQ-nin baş ekspert-kriminalisti polis kapitanı Şahid6 və vəkil Əli Hüseynovun iştirakı ilə videoçəkiliş aparılmaqla Şahid11 üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilkin olaraq Şahid11 üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Şahid11 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Tərəflərindən Şahid11 üzərinə şəxsi axtarış keçirilsə də, lakin sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Son olaraq isə CAB-ın əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid7 və polis baş leytenantı Şahid8, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Şahid6, vəkillər Əli Hüseynov, Mehman Mütəllimov, Fədai Quliyev, şübhəli şəxs qismində saxlanılmış Şahid11, Şahid12 və Təqsirləndirilən şəxs iştirakları ilə Şahid11 idarə etdiyi «Opel Astra» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olması şübhəsinə görə həmin avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı ilkin olaraq şübhəli şəxslər Şahid11, Şahid12 və Təqsirləndirilən şəxs həmin avtomobildə narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etmələri təkilf edilmişdir. Lakin həmin şəxslər avtomobildə özlərinə aid qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişlər. Budan sonra tərəflərindən avtomobilə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şahid11, Şahid12 və Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış, habelə Şahid11 idarə etdiyi «Opel Astra» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokolları tərtib edilmişdir. Həmin protokolların doğruluğunu imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Biləsuvar rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid8 və Biləsuvar rayon X4-tədqiqatlar qrupunun baş inspektorkriminalisti Şahid6, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid5 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasına çağırılmış şahidlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4cü Polis Şöbəsinin CA üzrə kiçik inspektoru Şahid2, Biləsuvar rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid7, Biləsuvar rayon Polis Şöbəsinin DYPB-nin inspektorları Şahid10 və Şahid9, eləcə də Şahid11 və Şahid12 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri gəzdiməsi, istifadə etməsi və saxlaması barədə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/1177 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №173” dairəvi möhür əksi və “...Kərimov V-imza;... 4-imzalar” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir (1) ədəd polietilen bükümdəki təmiz çəkisi – 3,347 qram tünd qəhvəyi rəngli qətranəbənzər, spesifik iyə malik maddə kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: Tiryəkin təmiz çəkisi – 3,347 qram, tədqiqata sərf olundu – 0,1 qram, qalıq – 3,247 qram. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə videçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni masanın üzərinə qoyub, həmin bükümün içərisindəki tünd qəhvəyi rəngli maddənin narkotik vasitə tiryək olduğunu, onu bir həftə əvvəl yaşadığı evin yaxınlığından tapdığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatətin müdafiəsindən imtina edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 234.1ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib zərində gəzdirməsi barədə Binəqədi RPİ-nin 43-cü PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-in əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sol yan cibindəki bir ədəd qara rəngli pul qabının içərisindən bir ədəd şəffaf sellofana bükülmüş maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/296 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... (imza) Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,147 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 1,147 qram, tədqiqata sərf olundu – 0,050 qram, qalıq – 1,097 qram. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə videçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli gödəkcənin sol yan cibindəki bir ədəd qara rəngli pul qabının içərisindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb masanın üzərinə qoymuş, həmin bükülünün içərisindəki ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin olduğunu və onu bir gün əvvəl axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən daş bazarı adlanan yerin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatətin müdafiəsindən imtina edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədirinin şərtlərini pozması səbəbindən barəsində axtarış elan edilməklə tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin İŞ-nə təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-220/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay 25 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 234.1ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar RPŞ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 19/160 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülü...” sözləri imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmziz çəkisi – 1,097 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroinin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,097 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 1,047 qram. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Biləsuvar rayon prokuroru, ədliyyə müşaviri Camal Bağırov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatətin müdafiəsindən imtina edilmiş və saxlanıldığı Biləsuvar RPŞ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli, 1572 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-430/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 may 2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir büküm 1,097 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 1,047 qram olan narkotik vasitə heroin saxlanılması üçün Biləsuvar rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir büküm 1,147 qram olan psixotrop maddə metamfetamin və bir büküm 3,347 qram olan narkotik vasitə tiryək maddi sübut kimi tanınaraq, ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 1,097 qram olan psixotrop maddə metamfetamin və bir büküm 3,247 qram olan narkotik vasitə tiryək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, eləcə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 3 (üç) ədəd disk iş üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-529/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 09 iyun 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmənin şəxsi məlumatlara dair portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X9 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qramdan 50 qramadək, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini təkrar törətməsini CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 yanvar 2022-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək, 06 fevral 2022ci il tarixdən 08 fevral 2022-ci il tarixədək və 24 fevral 2022-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək olmaqla, ümumilikdə 6 (altı) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu ümumilikdə 6 (altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, axtarışda olan Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin İŞ-nə təhvil verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 220/2022 nömrəli qərarı ilə barəsində 1 ay 25 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-430/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 25 may 2022-ci il tarixədək uzadılmış, bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-529/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 09 iyun 2022-ci il tarixədək uzadılmış və sonuncu 01 mart 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 1,097 qram psixotrop maddə olan metamfetamin və 3,247 qram olan narkotik vasitə olan tiryək, Biləsuvar rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,047 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X11 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu ümumilikdə 6 (altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 1,097 qram psixotrop maddə olan metamfetamin və 3,247 qram olan narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,047 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-359/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-359/2022
15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver