Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-359/2025 10.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Məhkəmə iclasının katibi: X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X7 X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən xüsusi ittiham qaydasında şikayət verilmişdir. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X7 xüsusi ittiham qaydasında şikayətində göstərmişdir ki, X8 (1988-ci il təvəllüdlü) sosial şəbəkələrdə öz saxta Tik-tok səhvələrində X3 az yaşlı qızı X2 (2012-ci il təvəllüdlü) foto şəkillərini paylaşaraq, üzərinə pis səslər yükləyərək nalayiq sözlər yazaraq 2024-cü il noyabr ayı daxil olmaqla öz çirkin hərəkətlərinə davam etmişdir. X3 ailə üzvlərindən həyat yoldaşı: X4 (1974-cü il təvəlüdlü) oğlu: X9 (2000-ci il təvəllüdlü), X3 özü də daxil olmaqla fotolarının üzərinə əxlaqdan kənar nalayiq təhqirlər yazaraq şərəf və ləyaqətlərini alçaldaraq mütəmadi paylaşımlar edir. X8 birdən çox saxta profillər açaraq ailə üzvülərini şantaj və təhqirlərini davam etdirir. Dəfələrlə 102 xidmətinə, Binəqədi rayon, Biləcəri qəsəbəsi 6-cı polis bölməsinə müraciət edilsə də, X8 haqqında heç bir ölçü götürülməmişdir. Göstərilənlərə əsasən, X8 haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 bildirmişdir ki, X8 onun ailəsi və özü barəsində sosial media platformalarında nalayiq paylaşımlar etmişdir. Bununla bağlı onun tərəfindən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət etmişdir. Daha sonra bölmədən ona ərizəsinin prokurorluğa göndərilməsi bildirilmiş, prokurorluqdan isə ona bir sənəd nömrəsi deyilmişdir. Hazırda tələbi X8 tərəfindən edilmiş paylaşımların silinməsindən ibarətdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, X1 şəhərində yaşayır, lakin sonuncunun yaşadığı ünvanı dəqiq olaraq bilmir. X8 onlar barəsində nalayıq məlumatları “İnstaqram” və “Tik-tok” sosial şəbəkələrində paylaşmışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hazırlıq iclasının keçirilməsi qaydası məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə cinayət prosesi tərəflərinin məhkəmənin hazırlıq iclasının keçirilməsi qaydasına dair təkliflərini nəzərə ala bilər. Cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə də baxılır. Qeyd edilməsi zəruridir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 şəhəri, Kəpəz rayonu, Məmməd Məmmədyarov küçəsi, ev 23 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, xüsusi ittihamçının mövqeyinə görə X8 onun və ailə üzvlərinin barəsində “İnstagram” və “Tiktok” sosial şəbəkələrində, yəni internet informasiya ehtiyatlarında nalayiq ifadələr işlətmişdir ki, hansılarının hüquqi ünvanı Azərbaycan Respublikasını ərazisində deyil, xaricdə yerləşir. Buna görə də hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ həmin sosial şəbəkənin hüquqi ünvanı və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin yaşayış ünvanıdır. Sosial şəbəkələrin hüquqi ünvanı müəyyən edilmədikdə və yaxud həmin hüquqi ünvan Azərbaycan Respublikasında yerləşmədikdə isə, məlumatı yayan şəxsin yaşayış yeri üzrə ərazi aidiyyəti müəyyən edilməlidir. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Belə olduğu təqdirdə “Tiktiok” və “İnstagram” tətbiqlərinin məxsus olduğu qurumun hüquqi ünvanı xaricdə yerləşir, Azərbaycan Respublikası ərazisində yerləşmir. Ona görə də hazırkı şikayətə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. X5 portal məlumatlarından müəyyən edilmişdir ki, onun yaşayış ünvanı ünvan 2şayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun) 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Bundan başqa analoji xüsusi ittiham qaydasında şikayət üzrə Yasamal Rayon Məhkəməsi ilə Gəncə Şəhər Məhkəməsi arasında olan işə baxılma yeri barədə fikir ayrılığına Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə aydınlıq gətirilmişdir. Həmin qərarda şəxsin hazırkı yaşadığı yerin onun “olduğu yer” kimi qəbul edilməli olduğu, xüsusi ittiham qaydasında şikayətə isə şəxsin şəxsiyyət vəsiqəsində yaşayış yeri kimi göstərilən ünvan üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalı olduğu göstərilmişdir. Belə olduğu təqdirdə, CPM-nin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də CPM-nin 300.1.4-cü maddəsindəki qərardır. Belə ki, CPM-nin 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. CPM-nin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin CPM-nin 302.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. CPM-nin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən CPM-nin 299.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətə baxılarkən ilk öncə şikayətin həmin məhkəməyə aid olubolmaması müəyyən edilməli, şikayətin həmin məhkəməyə aid olması müəyyən edildikdən sonra isə xüsusi ittiham qaydasında şikayətin məzmununun CPM-nin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması yoxlanılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmənin icratına daxil olmuş xüsusi ittiham qaydasında şikayətin aidiyyatı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi deyil, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri üzrə Gəncə Şəhər Məhkəməsi olduğundan şikayətin məzmununun CPM-in 293.3.1- 293.3.7-ci maddələrinə uyğun olmasını yoxlamaq da həmin məhkəmənin səlahiyyətinə aiddir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300, 302-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-359/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-359/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver