Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-36/2022 17.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakı ilə 28 avqust 2003-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli rayonu,Şahverdili kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Kristal Abşeron» yaşayış massivi, 6-cı blok, 8-ci mərtəbə, 63-cü mənzildə yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-443/2021 saylı, xx.xx.2021ci il tarixli qərarına əsasən barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 631/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş, 16 iyul 2021-ci il tarixdə barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, cinayət törədərkən yetkinklik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının əvvəllərində saat 21:00 radələrində xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Kristal Abşeron” yaşayış massivi, 6-cı blok, 8-ci mərtəbə, 63-cü mənzilə gələrək orada sonuncunun on dörd yaşına çatmamasını bilə-bilə mənzilin qonaq otağında seksual xarakterli hərəkətlərlər edərək öz cinsiyyət orqanının Zərərçəkmiş şəxs ağız boşluğuna salmış və seksual xarakterli hərəkətlərləri davam etdirərək otaqda yerləşən divanda sonuncunun könüllü istəyi ilə arxa keçəcək nahiyəsindən qeyri təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş CM-in 152.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Şahverdili kəndində yaşayır.Atası Nizami polis işçisi olmuş və hazırda təqaüddədir, anası evdar qadındır.Özündən kiçik qardaşı vardır, hər ikisi “Cudo” idman növü ilə məşğul olurlar.İdmanla məşğul olduqları üçün qardaşı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Kristal Abşeron» yaşayış massivində yerləşən binanın 6-cı blokunun 8-ci mərtəbəsində qalır.Həmin mənzilin dəqiq nömrəsini bilməsə də lift vasitəsi ilə 8-ci mərtəbəyə qalxdıqdan sonra liftlə üzbəüz qapı qaldığı mənzildir.Qaldığı mənzil 3 otaqdan ibarətdir. Həmin mənzilin daxil olarkən dəhliz vardır.Dəhlizin sağ tərəfindən sanitar qovşaq, sol tərəfində isə yataq otaqları yerləşir.İşin mahiyyəti ondan ibarətdir ki, 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Kristal Abşeron»-a məxsus binanın həyətində yerləşən turnikdə idman edərkən yaşadığı məhəllədə yaşayan üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi bir nəfər qız onun idman etdiyi yerin yanında oturacaqda əyləşdiyini görmüşdür. O, məşq edə-edə ara bir həmin qıza nəzər salırmış.Həmin qız əlində nəsə içirmiş və içdiyi içkinin qabını zibil qabına atmışdır.Amma nə içdiyinə fikir verməmiş, turnikdən düşdükdən sonra yürüşünü binanın ətrafına davam etdirmək üçün hərəkətə başlamışdır. Bu zaman həmin qız oturduğu yerdən duraraq ona yaxınlaşmış və onunla birlikdə yürüş edərək söhbət etməyə başlamışdır. Belə ki, həmin qız ona yaxınlaşmaqla ilk növbədə adını, daha sonra yaşını soruşmuş, o, da həmin qıza adının Şəmsi olduğunu, 17 yaşı olduğunu və 18 yaşı olacağını demişdir. Daha sonra həmin qız onun yaşadığı ünvanı soruşmuş, o da ona yaşadığı ünvanı demişdir. Onların arasında bu kimi söhbətlər olmuşdur, aralarında olan söhbət zamanı o da həmin şəxsin adını soruşmuş, həmin qız ona adının İlahə olduğunu demişdir.Daha sonra o, təkrar turnik məşqini davam etdirmək üçün binanın digər tərəfində yerləşən turnikdə məşq etməyə başlamışdır. İlahə isə onun məşqinə baxaraq suallarını verməyə davam etmişdir. O, isə İlahənin suallarına cavab verərək məşqini davam etdirmişdir.Daha sonra İlahə ona yaxınlaşmış və ondan xoşlandığını demişdir.O, isə İlahəyə onu tanımadığını demişdir.İlahə isə onu tanıdığını bildirmiş və ona yaxınlaşaraq qucaqlamaq istəmiş, o, isə geri çəkilmiş və İlahənin üzərindən spirt qoxusu gəlmişdir. O, İlahəyə içkili olduğunu sual vermiş, İlahə isə bildirmişdir ki, artıq 4 şüşə pivə içkisi içmiş, İlahədən “sənin neçə yaşın var ki içki içirsən” soruşmuş, İlahə ona artıq 18 yaşı olduğunu, bu yaxınlarda 19 yaşı olacağını bildirmişdir.O, İlahənin içkili olduğunu bilib ona kobud şəkildə “məndən uzaq dur, məşq edirəm, sən mənə mane olursan” sözlərini demiş, İlahə ona hədə-qorxu kimi “görərsən sən” sözünü demiş, o, da cavab olaraq İlahəyə “sən mənə heç nə edə bilməzsən” sözlərini demişdir.Bundan sonra, İlahə oradan çıxıb getmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, heç bir cinayət əməli törətmədiyini nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan olunmuş ifadəsinə əsasən məlum olur ki, anket məlumatlarında göstərilən ünvanda X16, nənəsi Şahid3 və qardaşı Həsən Məmmədov ilə birlikdə yaşayır. Qardaşı Həsən və özü Bakı şəhəri, 297 nömrəli tam orta məktəbdə oxuyurlar. X14 anası Bakir Könül 2011-ci il tarixdə boşanmışdır. Boşandıqdan sonra anası onu və qardaşı Həsəni nənəsi Şahid3 yanında qoyaraq Avstriya dövlətinə getmişdir. Artıq 6 ilə yaxın müddətdir ki, anası Avstriya dövlətində yaşayır. O, anası ilə təsadüfən telefonla danışır. X16 və nənəsi Şahid3 ilə münasibəti normaldır. Babası ilə nənəsi onunla normal davranır, ona qarşı xoş ünsiyyət qururlar, daim nəyəsə ehtiyacı yaransa, babası ilə nənəsi onun tələblərini sevərək yerinə yetirirlər. Həyətdə olan zaman bir nəfər oğlanın binanın həyətində turnikdə məşq etdiyini görmüşdür. Həmin vaxt o, “Hell” enerji içkisi içirmiş. O, həmin oğlanın məşq etdiyi yerə gedib orada olan oturacaqda əyləşmişdir. Həmin oğlan turnikdə məşq edərkən tez-tez ona baxıb gülümsəyirmiş. Bu zaman həmin oğlan ona yaxınlaşıb adının Şəmsi olduğunu demiş, o da Şəmsi adlı şəxsə adının İlahə olduğunu deyən zaman Şəmsi ona “sənin adını artıq bilirəm” sözünü demişdir. Şəmsinin görünüşü çox xoşuna gəlmiş və onunla tanış olmaq istəmişdir. Bundan sonra o, Şəmsi ilə birlikdə binanın ətrafında piyada gəzməyə başlamış, Şəmsi ilə xoş söhbət etdikdən sonra Şəmsi ona bildirmişdir ki, ondan çox xoşu gəlir. Həmin vaxt Şəmsi ona təklif etmişdir ki, onların evinə gedib orada filmə baxaraq söhbət etsinlər. O da Şəmsinin təklifi ilə razılaşmışdır. Təxminən saat 21:00 radələrində Şəmsi ilə birlikdə Şəmsinin yaşadığı binanın 6-cı blokundan içəri daxil olmuş, orada liftə minib binanın 8-ci mərtəbəsinə qalxmışdır. O, Şəmsinin yaşadığı mənzilin nömrəsini görməsə də, həmin mənzilin liftlə üzbəüz yerləşməsini görmüşdür. Onlar mənzilə daxil olmuş, mənzilə daxil olarkən sağ tərəfdən hamam-tualet, ondan sonra qonaq otaqı, sol tərəfdə isə iki otaq olmuşdur. Onlar Şəmsi ilə birlikdə qonaq otaqına girmiş, həmin vaxt Şəmsinin adını bilmədiyi qardaşı evdə olmuş, onları görən kimi evdən çıxıb getmişdir. Orada o, Şəmsi ilə dodaq-dodağa öpüşməyə başlamış, bu zaman Şəmsi əlləri ilə onun bədəninə toxunmağa başlamışdır.O, da əli ilə Şəmsinin cinsiyyət orqanını şalvarından çıxartmış, Şəmsi cinsiyyət orqanını onun ağzına salmış, onun cinsiyyət orqanını ağzına alıb öpdükdən sonra Şəmsi onu divanda otuzdurmuş, həmin vaxt o, divanda arxa hissəsi Şəmsiyə tərəf olmaqla əyilmiş, Şəmsi isə Öz cinsiyyət orqanını onun arxa keçəcək nahiyəsinə soxmuş, həmin vaxt o, möhkəm ağrılar hiss etmiş, Şəmsi onunla qeyri təbii yolla cinsi əlaqədə olarkən onun arxa nahiyəsinə boşalmış, daha sonra o, Şəmsi ilə sağollaşıb onun yaşadığı mənzildən çıxıb getmişdir. Məhkəmə iclasında şahid X8 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, anket məlumatlarında göstərilən ünvanda yaşayır, 2006-cı il tarixdə Qafil Məmmədov ilə nikaha daxil olmuş, Qafil Məmmədovla ailə həyatı qurduqdan sonra iki övladı olmuşdur.Belə ki, qızı xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və oğlum xx.xx.2010-cu il təvəllüdlü X7r. 2010-cu ilin dekabr ayında Qafil Məmmədovla rəsmi boşanmışdır.Yaşadıqları müddət ərzində uşaqlarına o, özü himayədarlıq etmişdir. xx.xx.2015-ci il tarixdə Türkiyə Respublikası vətəndaşı Bakir Alişan ilə rəsmi nikaha daxil olmuş. 2016-cı il tarixdə o, həyat yoldaşı ilə birlikdə Avstriya Respublikası Sankt Pölten şəhərinə gedib orada yaşamağa başlamışdır. Qızı Zərərçəkmiş şəxs və oğlu Həsən Məmmədov atası Yasin və anası Nazilənin himayəsində qalmış, 2019-cu il qızı Zərərçəkmiş şəxs məktəbə getmədiyini bilmiş, bunun üçün də 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək olan müddət ərzində anası Nazilə və qardaşı Hüseyn Sahibli ilə aralarında telefon danışıqlarında sözlə mübahisə olmuş, mübahisənin də səbəbi Zərərçəkmiş şəxs ilə əlaqə saxlamağa çalışsa da anası ondan küsülü olduğu üçün danışa bilməmiş, Hüseynlə telefonda danışarkən onunla mübahisə etdiyindən anası, atası və qardaşından DİN-nin “instagram” sosial şəbəkəsinə rəsmi müraciət etmiş, müraciəti əsasında araşdırma aparıldığını bilib Azərbaycana gəlmiş, qızı Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra ona aydın olmuşdur ki, qardaşı, anası və atasının bu işlərdə günahının olmadığını bilmiş, Zərərçəkmiş şəxs ilə söhbət zamanı ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Şəmsi adlı biri ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşamış, X15 onun doğma qızıdır.Qızı Könül 2006-cı ildə X11 ilə ailə həyatı qurmuşlar.Bu nikahdan 2007-ci il tarixdə Zərərçəkmiş şəxs və 2010-cu ildə X9 dünyaya gəlmişdir.2011-ci il tarixdə qızı Könül əri Qafil Məmmədovdan rəsmi olaraq boşanmışdır.2013-cü il tarixdə qızı Könül Türkiyə Respublikasına getmişdir.Könül orada Türkiyə Respublikası vətəndaşı Əli Basmana ərə getmişdir.Könülün düzgün yolda olmadığı üçün onunla münasibətləri yaxşı olmamışdır.2015-ci il tarixdə qızı Könül milliyyətcə türk olan Avstriya Respublikası vətəndaşı olan Alışan Bakıra ərə getmiş və hal-hazırda Avstriyada yaşamış, Könül Bakirin övladları İlahə və Həsən onun himayadarlıq edərək özü baxmış, nəvələri ilə çox gözəl münasibəti olmuş, nəvələrini fahişəliyə sövq edilərək spirtli içkilər və narkotik vasitələr qəbul etməyə heç vaxt məcbur etməmiş, Könül qızı İlahənin Şəmsi adlı şəxslə cinsi əlaqədə olmasını bildikdən sonra aralarında münasibətlər daha da pisləşmiş, bunun üçün də Könül onlardan şikayət etmişdir. Zərərçəkmiş şəxs 2021-ci ilin mart ayının ortalarında Şəmsi adlı şəxslə qeyri təbii yolla cinsi əlaqədə olmasını Zərərçəkmiş şəxs ilə söhbət zamanı onun özündən eşitmişdir və Könül Bakıya gəldikdə İlahə anası Könülə özü öz istəyi ilə Şəmsi ilə qeyri təbii yolla cinsi əlaqədə olduğunu demişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş iafdəsinə əsasən məlum olur ki, o, həyat yoldaşı Şahid2 istintaqa vermiş olduğu ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 08 aprel 2021-ci il tarixli, 160 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində, o cümlədən cinsiyyət üzvlərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi.Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermədi.Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyritəbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmətibbi ekspertizasının 13 iyul 2021-ci il tarixli, 317 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəməpsixoloji ekspertizasının 29 iyun 2021-ci il tarixli, 11/189 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təliqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur.Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaşına, əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional halında iş üçün hüquqi əhəmiyyət kəsb edən dəyişikliklər baş verməmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 iyun 2021-ci il tarixli, 1300 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qərarda qeyd edilən hadisəni törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən olunmayıb.Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onda gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən fızioloji affekt vəziyyətində olmamışdır.Təqsirləndirilən şəxs əqli və psixi inkişaf xüsusiyyətləri normaya uyğun olduğundan, o, öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs anası X8 Binəqədi Rayon Polis İdarəsi vasitəsilə məhkəməyə ünvanladığı ərizəyə əsasən məlum olur ki, təqsirləndirilən şəxs tərəfindən onun qızına vurulmuş ziyan ödənilmişdir, onlar təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin müavini, polkovnik Azad Qasımov tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, 33/3590 saylı cavab məktubuna əsasən məlum olur ki, X2 dəfə dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır.X15 xx.xx.2021-ci tarixdə çıxış. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin müavini, polkovnik Azad Qasımov tərəfindən verilmiş 06 may 2022-ci il tarixli, 93/1700 saylı cavab məktubuna əsasən məlum olur ki, xx.xx.2007-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs və xx.xx.1959-cu il təvəllüdlü, Şahid3 sonuncu dəfə dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır.Zərərçəkmiş şəxs xx.xx.2021-ci tarixdə çıxış, Şahid3 xx.xx.2015-ci il tarixdə giriş. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli, 062-18352-1222 saylı məhkəməyə ünvanladığı cavab məktubuna əsasən məlum olur ki, məcburi gətirilməsi tələb olunan şəxslər – Şahid3 və X4 qeyd olunan ünvanda yaşamadıqlarına görə və hansı ünvana köçdükləri barədə heç bir məlumat olmadığına görə məcburi gətirilmə qərarının icrasını təmin etmək mümkün olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 152.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi təqsirləndirilən şəxsin onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, Təqsirləndirilən şəxs CM-nin 152.2-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan mötəbər sübutlarla, ekspertiza rəyləri və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir . Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 152.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu, ağırlaşdıran halların isə olmamasını, ilk dəfə cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, habelə yaşını, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək, CM-nin 152.2-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Baxılan cinayət işi üzrə məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, ağırlaşdıran halların isə olmamasını, o cümlədən təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, yaşını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alaraq, təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədə uyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, həmçinin Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdən 25 iyun 2021-ci il tarixədək həbsdə olduğu və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək «ev dustaqlığı»nda olduğu cəmi 2 (iki) ay 6 (altı) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxsin cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, yaşını, ilk dəfə cinayət törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti təyin edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirməli, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Bundan əlavə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, müdafiəçi X12 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 82 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdən 25 iyun 2021-ci il tarixədək həbsdə olduğu və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək «ev dustaqlığı»nda olduğu cəmi 2 (iki) ay 6 (altı) gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və ona 2 (iki) il sınaq müddəti təyin edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs oğlunun üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. 1(001)-36/2022 saylı cinayət işi üzrə müdafiəçi X6 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı cəmi 82 saat vaxt sərf etmişdir, buna görə də, hüquqi xidmətin dəyəri 492 (dörd yüz doxsan iki)) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-36/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-36/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver