Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-36/2024 22.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə təkrar xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, CM-in 126-cı maddəsində (qəsdən sağlamlığa ağır zərər vurma) nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 18 mart 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən dairəvi avtomobil yolunda, yəni ictimai yer hesab edilən küçədə avtobus sürücüsü Zərərçəkmiş şəxs1 ünvanına heç bir əsaslı səbəb olmadan nalayiq söyüşlər söyməklə təhqir edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək yumruğu ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir dəfə qəsdən vurub alt dodağın sağ yarısının və selikli qişasının əzilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya və sol qulaq sırğalığının sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə zor tətbiq edərək qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bundan başqa, o, 05 may 2023-cü il tarixdə saat 15 radələrində ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin Respublika Reabilitasiya Mərkəzinin inzibati binasına gələrək «İİ Vətən müharibəsi» iştirakçısı olduğunu təsdiq edən tibbi və digər zəruri sənədləri təqdim etmək üçün müraciət etdiyi mərkəzin baş təlimatçısı Zərərçəkmiş şəxs2 onun növbəsiz həkim qəbuluna aparılmasının təşkil edilməsini mübahisə etməklə tələb edərkən heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 ünvanına nəlayiq söyüşlər söyməklə təhqir edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, mərkəzdə çalışan personal heyyət və ora müraciət edən şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmaqla cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək yumruğu ilə Zərərçəkmiş şəxs2 sifət nahiyyəsinə iki dəfə qəsdən vurub sonuncunun həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində (qəsdən sağlamlığa ağır zərər vurma) nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş çənənin sağ mental və sol oynaq nahiyəsinin sınıqları ilə müşayiət edilən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə zor tətbiq etmə ilə müşayiət edilən təkrar qərəzli hərəkətlər, yəni təkrar xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.2.1ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 sentyabr 2020-ci ildə könüllü olaraq İİ Vətən Müharibəsi döyüşlərinə qatılmış, müharibənin sonunadək döyüşlərdə iştirak etmiş, müharibə başa çatdıqdan sonra vətənin müdafiəsi, sərhədlərin qorunmasında iştirak etmiş və 31 dekabr 2020-ci il tarixdə təxris olunmuşdur. Müharibədən sonra kəskin ağır şəxsiyyət pozğunluğu, şəxsiyyətin davamlı dəyişikliyi, psixopatabənzər F62.0 diaqnozlu xəstəliyi ilə əlaqədar həkim komissiyası tərəfindən müayinə edilərək müvafiq rəy almışdır. 18 mart 2023-cü il tarixdə saat 12 radələrində Həmzə Babaşov küçəsində park etdiyi “Chevrolet Cruze” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib arxaya doğru hərəkət etdikdə zəif bir toxunuşla sonradan adını Zərərçəkmiş şəxs1 olduğunu bildiyi avtobus sürücüsü işləyən şəxsə toxunmuşdur. Bundan sonra o, avtomobildən düşdükdə Zərərçəkmiş şəxs1 onunla kobud danışdığına görə o, ovcunun içərisi ilə üz nahiyəsindən vurub Elşəni yerə yıxmış və daha sonra avtomobilinə əyləşərək hadisə yerini tərk etmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs1lə barışmış, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Bundan əlavə sağlamlığı ilə bağlı zəruri sənədləri toplayıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə təqdim etmiş və istifadəsində olan mobil telefon nömrəsinə gələn zəngdən sonra 05 may 2023-cü il tarixdə saat təxminən 14 radələrində həmin mərkəzə gəlmişdir. Müharibədən sonra onda səbirsiz davranış psixoloji pozuntusu yarandığı üçün o, mərkəzə gəldiyi ilk andan etibarən orada çalışan əməkdaşlara, həkim, eləcə də sənədlərinin növbədən kənar qəbuluna buraxmalarına mədəni şəkildə xahiş etmişdir. İlk əvvəl ona əhəmiyyət verilməmiş daha sonra orada xidmət göstərən polis əməkdaşları vasitəsi ilə istəyi süni şəkildə uzadılmışdır. O, yarım saat qəbul edilmədikdən sonra əvvəllər tanımadığı, özünü ona mərkəzdə çalışan əməkdaş kimi təqdim edən adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 səbirsiz olduğunu, psixoloji gərginlik keçirdiyini, növbədən kənar qəbul edilməyini, onu istiqamətləndirməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 isə ona gözləməli olduğunu və müraciət edəcəyi yeri özünün tapmalı olduğunu demişdir. Bu vaxt o, anidən özündən çıxıb hərəkətlərini idarə edə bilməyəcək şəkildə oturduğu stuldan qalxaraq sağ əli ilə Zərərçəkmiş şəxs2 sifətinin sol tərəfindən bir dəfə vurmuş, daha sonra sakitləşməyib təkrar sağ əli ilə Zərərçəkmiş şəxs2 sifətinin sol nahiyəsindən vurmuşdur. Həmin şəxs zərbələrin təsirindən əli ilə üzünü tutmuş və kənara çəkilmişdir. O, isə özündən çıxmış, səbirsiz olaraq yüksək səslə qışqırırmış və həmin vaxt mərkəzdə xidmət göstərən polis əməkdaşları onu sakitləşdirmişlər. Polis əməkdaşlarının müdaxiləsindən sonra onu 7-ci Polis bölməsinə aparmışlar və o, orada izahat vermişdir. O, Zərərçəkmiş şəxs2 ilə barışmağa cəhd göstərmiş, lakin sonuncu onunla barışmaqdan imtina etmişdir. İİ Vətən Müharibəsində iştirak etməsini, ailə vəziyyətini və səhhəti nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 23 fevral 2022-ci il tarixdən "xxxx" MMC-də 18 saylı xətt üzrə hərəkət edən “Otokar” markalı avtobusda sürücü kimi işləməyə başlamışdır. 18 mart 2023-cü il tarixində saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən dairəvi avtomobil yolunda 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların sonuncu dayanacağında olmuşdur. O, həmin vaxt idarə etdiyi “Otokar” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtobusun qarşısında dayanmış, bu zaman “Chevrolet Cruze” markalı **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobil arxaya doğru hərəkət edərək ona toxunub dayanmışdır. O, həmin avtomobil idarə edən adını sonradan bildiyi Təqsirləndirilən şəxs onu vurduğuna görə iradını bildirdikdə, sonuncu maşından düşüb ona doğru gələrək törətdiyi əmələ görə üzr istəmək əvəzinə onunla kobud şəkildə danışıb onu təhqir etmiş, sonra da qəfildən bir yumruq zərbəsi ilə ağız nahiyəsindən vuraraq onu yerə yıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs onun xəsarət alaraq yerdə uzandığına məhəl qoymayaraq və ona heç bir köməklik göstərmədən öz avtomobilinə oturub hadisə yerindən uzaqlaşmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrinin üzvü kimi 44 günlük “Vətən Müharibəsi”nin iştirakçısı olmuş və həmin müharibə zamanı aldığı xəsarətlər nəticəsində ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. O, Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin baş təlimatçısı olsa da təxminən 31 oktyabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, yəni Əlillərin Bərpa və Reablitasiya Mərkəzinə təhkim edilmiş və elə həmin vaxtdan da qeyd etdiyi Mərkəzin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski 134 ünvanında yerləşən inzibati binasında işləmişdir. Vəzifə səlahiyyətləri çərçivəsində onun əsas vəzifəsi qeyd etdiyi mərkəzin inzibati binasının iş zalında müraciət edən şəxslərə istiqamət və məlumat verməkdən, onlara sənədlərin yığılmasında, problemlərin həllində köməklik edilməsindən ibarət olmuşdur. 05 may 2023-cü il tarixdə saat 15 radələrində Mərkəzin inzibati binasının vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş hissəsində olduğu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs iş zalında ucadan danışaraq orada qəbula gəlmiş digər vətəndaşları narahat edib növbəsiz olaraq komissiyaya həkim qəbuluna salınmasını tələb etdiyini görmüşdür. Ona görə də o, bunu müşahidə etdikdən sonra Təqsirləndirilən şəxs yaxınlaşıb sakitliyə riayət etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs vətəndaşların qəbulu zalında toplaşmış digər şəxslərə açıqca hörmətsizlik edərək nalayiq söyüşlər söyməkdə davam edərək heç səbəb olmadan səsküy salmış, mərkəzin əməkdaşlarına, o cümlədən orada işləyən və oraya müraciət etmiş şəxslərə, habelə qadın əməkdaşlara qarşı kobudluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs hamıya sərt reaksiya verməklə yanaşı, masa arxasında olan əməkdaşlardan növbəsiz və təcili olaraq həkim qəbuluna salınmasını tələb edərək əməkdaşlar üçün nəzərdə tutulmuş yerdə oturub var qüvvəsi ilə qışqırmışdır. Tanımadığı əməkdaş ona yaxınlaşaraq kömək istədiyindən o, Rəvana yaxınlaşıb təkrarən sakitləşməyə çalışmışdır, lakin Rəvan yerindən duraraq ona yaxınlaşıb qəfildən sağ əli ilə sol çənə nahiyəsinə zərbə vurmuş və o, aldığı zərbənin ağrısından çənəsini tutaraq geriyə çəkiləndə Rəvan yenə də onun üstünə gələrək nə isə ucadan deyərək qışqırırmışdır. Sonra Rəvan qəfildən bu dəfə sol əli ilə onun sağ sifət nahiyəsindən vurmuş və bu zaman zalda olan adamlar, o cümlədən polis əməkdaşları tez araya girərək Rəvanı tutub yenə də onu vurmağa qoymamışdırlar. Hal-hazıradək Təqsirləndirilən şəxs ilə barışmamış və sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin fevral ayına qədər Dayanaqlı və Operativ Sosial Təminat Agentliyində sosial agent kimi çalışsa da qeyd edilən tarixdən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində tibb qeydiyyatçısı kimi işləmişdir. Həmin vaxtdan da agentliyin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski 134 ünvanında yerləşən inzibati binasında işləmişdir Vəzifə səlahiyyətləri çərçivəsində vətəndaşları əyani tibbi müayinəyə dəvət etmək və sonra da müvafiq sənədləri toplayıb tibbi komissiyaya təqdim etməkdən ibarət olmuşdur. 05 may 2023-cü il tarixində saat 14 radələrində o, iş yerində, yəni qeyd etdiyi agentliyin inzibati binasının vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş hissəsində olduğu zaman adını sonradan Təqsirləndirilən şəxs kimi onun əyləşdiyi masaya yaxınlaşaraq kobud saat 14:30-a tibbi müayinəyə dəvət edildiyi demişdir. O, Təqsirləndirilən şəxs tibbi müayinədən keçmək üçün canlı növbə tutmalı olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs nə onu, nə də digər əməkdaşları eşitmək istəməmiş, hay-küy salaraq və zalda münaqişə yaradaraq heç kəsi gözləməyəcəyini və saat 14:30-da tibbi müayinəyə girəcəyini demişdir. Təqsirləndirilən şəxs iş zalında ucadan danışaraq orada qəbula gəlmiş digər vətəndaşları narahat edib növbəsiz olaraq komissiyaya həkim qəbuluna salınmasını tələb etmiş, hətta bir neçə dəfə tibbi komissiyanın yerləşdiyi otağın qapısına yaxınlaşaraq qapını açmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs vətəndaşların qəbulu zalında toplaşmış digər şəxslərə açıqca hörmətsizlik edərək nalayiq söyüşlər söymüşdür. Təqsirləndirilən şəxs hamı ilə ucadan mübahisə etmiş və sərt reaksiya vermişdir. Təqsirləndirilən şəxs tez-tez onun iş masasına yaxınlaşaraq növbəsiz, təcili həkim qəbuluna salinmasmı kobud şəkildə tələb edib əməkdaşlar üçün nəzərdə tutulmuş yerdə oturub var səslə çığırırmış. Ona görə də o, həmin vaxt iş fəaliyyətini davam etdirə bilmədiyindən zalda vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş digər masa arxasında çalışan Zərərçəkmiş şəxs2 ağlaya-ağlaya yaxınlaşaraq kömək istəmişdir. Bu zaman iş masasının arxasında əyləşmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 də müraciət edərək təcili növbəsiz tibbi müayinəyə salmağı tələb etmişdir. Cavabında Zərərçəkmiş şəxs2 Rəvanı sakitləşdirməyə çalışmışdır. Bu zaman o, qəfildən tappıltı səsi eşitmiş və dönüb baxdıqda Namiqin əli ilə çənə nahiyəsini tutduğunu, Rəvanın isə ucadan qışqıra-qışqıra Namiqin üstünə getdiyini görmüşdür. Təqsirləndirilən şəxs heç kimə məhəl qoymayıb öz aqressiv hərəkətlərini davam etdirmişdir. O, Təqsirləndirilən şəxs qışqırtısından ani olaraq özünü sanki itirmiş, həmin vaxt kimsə onu geri çəkmişdir və bu zaman Təqsirləndirilən şəxs yenə də qəfildən bu dəfə sol əli ilə Zərərçəkmiş şəxs2 sağ sifət nahiyyəsindən vurmuşdur. Bu zaman zalda olan adamlar, o cümlədən polis əməkdaşları tez araya girərək Təqsirləndirilən şəxs tutub yenə də Namiqi vurmağa qoymamışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2012-cu ildən X3 xidmət etməyə başlamışdır. Həftənin hər günü saat 09.00-dan saat 18.00-dək onunla birlikdə 6 polis nəfəri Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski 134 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iş zalında xidmət aparmışlar. Xidməti fəaliyyəti sözügedən dövlət təşkilatının inzibati binasının mühafizəsini təşkil etmək, eləcə də təşkil edilmiş ekspertiza müayinələri üçün müraciət edən müharibə iştirakçıları ilə personal heyətin arasında yarana biləcək hər hansı xoşagəlməz hadisələrə anında müdaxilə etməkdən ibarət olmuşdur. 05 may 2023cü il tarixində saat 14:30 radələrində o, xidməti yerində, yəni agentliyin inzibati binasının vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş korpusunda olduğu zaman adını sonradan Təqsirləndirilən şəxs kimi bildiyi şəxs tibbi müayinəyə gələn şəxslərin qeydiyyatını aparan əməkdaş Şahid1un əyləşdiyi masaya yaxınlaşaraq saat 14:30-a telefonla tibbi müayinəyə dəvət edildiyini bildirmiş, gözələyə bilmədiyindən növbəsiz tibbi müayinədən keçirilməsini tələb etmişdir. Həmin gün agentlikdə məhz psixoloji-tibbi komissiyaya dəvət olunmuş şəxslərin müayinəsi keçirilmiş və həmin gün zalda əsasən psixoloji durumlarında problemlər olan şəxslər toplanmışdılar. O, bunu gördükdə Təqsirləndirilən şəxs bildirmişdir ki, qeydiyyatdan keçdikdən sonra sonuncu digərləri kimi canlı növbə tutub gözləməlidir, yoxsa başqaları onun növbəsiz girməsinə imkan verməyəcək. Təqsirləndirilən şəxs iş zalında ucadan danışaraq orada qəbula gəlmiş digər vətəndaşları narahat edib növbəsiz olaraq komissiyaya həkim qəbuluna salınmasını tələb etmiş, hətta bir neçə dəfə tibbi komissiyanın yerləşdiyi otağın qapısına yaxınlaşaraq açmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs vətəndaşların qəbulu zalında toplaşmış digər şəxslərə açıqca hörmətsizlik edərək heç nədən səs-küy salmış, iş ahəngini pozmuş və agentliyin digər əməkdaşlarına qarşı kobudluq edirmişdir. Təqsirləndirilən şəxs ucadan mübahisə etmiş və hamıya sərt reaksiya vermiş, sonra zalda vətəndaşların qəbulunu həyata keçirən əməkdaşlar üçün nəzərdə tutulmuş yerdə əyləşmişdir. Onlar Təqsirləndirilən şəxsm hər şeyi anlayıb öz növbəsini gözlədiyini düşünmüşlər. Bundan sonra o, zalda öz xidməti işləri ilə məşğul olarkən qəfildən zalda hay-küy və çaxnaşma qalxdığını eşitmiş, dönüb baxanda görmüşdür ki, agentliyiin əməkdaşı Zərərçəkmiş şəxs2 əli ilə çənə nahiyəsini tutmuş, Rəvan isə ucadan qışqıra-qışqıra üstünə gedir. Ona görə də tez Təqsirləndirilən şəxs yaxınlaşaraq qollarına girib yenə də Zərərçəkmiş şəxs2 vurmağa qoymamışlar və Təqsirləndirilən şəxs sakitləşdirməyə nail olmuşlar. Sonra isə Binəqədi RPİ-nin 7-ci PB-nin növbətçi hissəsinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişlər və Təqsirləndirilən şəxs həmin polis bölməsinə aparmaq üçün əməkdaşların göndərilməsini xahiş etmişlər. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş polis əməkdaşları Təqsirləndirilən şəxs özləri ilə zaldan çıxarıb bölməyə aparmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 oğlu Şahid3 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri X4 Alayının 2-ci patrul bölüyünün polis nəfəri vəzifəsində işləmişdir. 05 may 2023-cü il tarixində saat 14:50 radələrində avtopatrulda digər polis nəfəri, polis serjantı Şahid5la birlikdə Bakı şəhəri, Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati ərazisində xidmət aparan zaman Binəqədi RPİ-nin 7-ci PB-nin Növbətçi Hissəsindən efirlə onlara bildirmişlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində, bir nəfər şəxs həmin qurumun işçisini döyərək xəsarət yetirmişdir. Ona görə də, onlar dərhal xidməti avtomobildə həmin yerə yaxınlaşmış və agentliyin inzibati binasının girişində bir xeyli adamın toplandığını görmüşlər. Həmçinin burada mühafizə polisinin əməkdaşlarını da görmüşlər və onlardan xəsarət yetirən şəxsin harada olduğunu soruşduqda, onlar həmin şəxsin içəridə vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş zalda olduğunu və çox aqressiv davrandığını demişlər. Onlar mühafizə polisinin əməkdaşlarına qəbulda olan vətəndaşları bayıra çıxarmalarını demişlər. Bir neçə dəqiqə sonra içəridə olan insanlar çölə çıxmış, o, Şahid5la birlikdə zala daxil olaraq qəbul üçün nəzərdə tutulmuş masa arxasında oturmuş, əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edərək Binəqədi RPİ-nin 7-ci PB-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs oturduğu yerdə başını qaldıraraq nə üçün bölməyə getməli olduğunu soruşduqda, mərkəzin əməkdaşını vuraraq xəsarət yetirdiyinə görə polisə şikayət edildiyini demişdir. Təqsirləndirilən şəxs cavabında onlarla razılaşmayıb bu mərkəzdə onu gözlətdiklərindən və işinə baxılmamasından şikayət etmişdir. Bununla belə Təqsirləndirilən şəxs onlara müqavimət göstərməyib onlarla birlikdə zaldan çölə çıxaraq burada dayanmış xidməti patrul avtomobilinə əyləşmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs xəsarət yetirdiyi şəxsi də götürüb xidməti polis avtomobilinə otuzduraraq Binəqədi RPİ-nin 7-ci PB-yə gətirmişlər. Burada məlum olmuşdur ki, xəsarət alan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baş təlimatçı kimi çalışan Zərərçəkmiş şəxs2, xəsarət yetirən şəxs isə Təqsirləndirilən şəxsdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 Musa oğlu Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin Respublika Reabilitasiya Mərkəzinin inzibati binasında baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə saat 19:40-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli, 815 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər - çənənin sağ mental və sol oynaq nahiyəsinin sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X5” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 18:27-dən bir qədər əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsi (yumruq və s.) ilə endirilmiş zərbənin ( zərbələrin) təsirindən əmələ gələ bilərdilər. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 221.1-ci maddəsindən həmin məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzər təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 127.2.3 və 221.1ci maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 221.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi CM-in 127.2.3 və 221.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən dairəvi avtomobil yolunda baş vermişdir. xx.xx.2023-cü il tarixli, 501 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər - alt dodağın sağ yarısının və selikli qişasının əzilmiş yaraları, sol qulaq sırğalığının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X5” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 15:00-dan bir qədər əvvəl əmələ gəlmişlər. Qeyd olunan xəsarətlərdən alt dodağın sağ yarısının və selikli qişasının əzilmiş yaraları həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sol qulaq sırğalarının sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsi (əl barmaqlarının dırnağı, yumruq və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi və eləcə də öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzər təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 221.1-ci maddəsi ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 127.2.3 və 221.1-ci maddələrindən həmin məcəllənin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzər təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-468/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəl 05 may 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin sədr müavini Ramin Rzayev tərəfindən verilmiş ərizəyə əlavə edilmiş həmin Agentliyin inzibati binasının qəbul zalında quraşdırılmış videomüşahidə kameraları tərəfindən qeydə alınmış hadisənin videogörüntüləri olan “Kingston” markalı üzərində «DTSE9 8 GB» yazıları həkk edilmiş bir ədəd yaddaş kartına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir kartda “xx.xx.2023 17:32 MP4 174696 KB” yazıları olan “1” və “xx.xx.2023 17:36 MP4 18827 KB” yazıları olan “2” adlı fayllar vardır. 26 dəqiqə davam edən “1” adlı faylı açıldıqda həmin görüntülərin monitorun sağ yuxarı hissəsində zaman xronometrajı ilə müşayiət edildiyi, yəni ekranda tarix və saat olduğu görünür. Həmin görüntülər 05 may 2023-cü il tarixdə saat 14:24-dən saat 15:46-ya qədər olan zaman kəsiyində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş zalında baş vermiş hadisələri əks etdirir. Belə ki, həmin fayl açıldıqda əynində qara rəngli şalvar və futbolka olan hündür boylu, idman görkəmli, başı keçəl, saqqallı bir şəxsin zalda ucadan danışaraq orada qəbula gəlmiş digər vətəndaşları narahat edib onu növbəsiz komissiyaya həkim qəbuluna salınmasını tələb etdiyi, sakitliyə riayət etməyib səs-küy salması, burada ictimai asayişi qorumaq üçün cəlb edilmiş polislərə, habelə qadın əməkdaşlara qarşı kobudluq etməsi, onu sakitliyə və nizam-intizama riayət etməyə çağıran polis əməkdaşları ilə ucadan mübahisə edərək onların çağırışlarıma sərt reaksiya verməsi, masa arxasında olan qadın əməkdaşlardan uca səslə onu növbəsiz, təcili həkim qəbuluna salmasını tələb edərək əməkdaşlar üçün nəzərdə tutulmuş yerdə oturması müşahidə edilir. Həmin görüntülərin saqqallı keçəl şəxsin yerindən duraraq əynində kostyum olan şəxsə yaxınlaşıb qışqıraraq qəfildən sağ əli ilə sonuncunun sol çənə nahiyəsinə zərbə vurduğu, həmin şəxsin aldığı zərbənin ağrısından çənəsini tutaraq geriyə çəkiləndə həmin saqqallı keçəl şəxsin yenə də üstünə gedərək nə isə ucadan qışqırdığı, yenə də qəfildən bu dəfə sol əli ilə sağ sifət nahiyəsindən vurduğu, bu zaman zalda olan adamların, o cümlədən polis əməkdaşlarının tez araya girdikləri, bu zaman onun nə isə çığırdığı və həmin saqqallı keçəl şəxsin polis əməkdaşları tərəfindən sakitləşdirildiyi və xuliqanlıq əməlinə son qoyulduğu müəyyən edilmişdir. Baxış keçirilən “2” adlı faylı açıldıqda həmin görüntülərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş zalında cərəyan edən hadisələri əks etdirdiyi müəyyən edilmişdir. Belə ki, həmin fayl açıldıqda monitorun yuxarı sağ tərəfində: “xx-xx-2023” tarixi müəyyən edilir. Həmin görüntülərdə saqqallı keçəl şəxsin yerindən duraraq əynində kostyum olan şəxsə yaxınlaşıb qışqıraraq qəfildən sağ əli ilə sonuncunun sol çənə nahiyəsinə zərbə vurduğu, həmin şəxsin aldığı zərbənin ağrısından çənəsini tutaraq geriyə çəkiləndə həmin saqqallı keçəl şəxsin yenə də üstünə gedərək nə isə ucadan qışqırdığı, yenə də qəfildən bu dəfə sol əli ilə sağ sifət nahiyəsindən vurduğu, bu zaman zalda olan adamların, o cümlədən polis əməkdaşlarının tez araya girdikləri müəyyən edilmişdir. Baxış zamanı xuliqanlıq cinayət əməlinin 05 may 2023-cü il tarixdə saat 15.00 radələrində təxminən 16 dəqiqə ərzində baş verdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 videokadrlarda görünən əynində qara rəngli şalvar və futbolka olan hündür boylu, idman görkəmli, başı keçəl, saqqallı şəxsin Təqsirləndirilən şəxs, əynində göy rəngli kostyum olan şəxsin isə özü olduğunu bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü tarixli 7698 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2022-xx.xx.2022-ci il tarixdə həmin xəstəxanada stasionar müalicədə, 02.002.2023-xx.xx.2023-cü il tarixdə gündüz stasionar şöbəsində müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixli, 1465 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvü şəxsiyyətin pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyətin pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda göstərilən hallara görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli CM-in 21 və ya 22- ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, müvafiq hökmün və qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-187/2023 nömrəli hökmü ilə CM-in 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs CM-in 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)- 218/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə tövsif edilən əməli CM-in 127.1-ci maddəsinə tövsif edilmiş, o, CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-569/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni 05 avqust 2023-cü il tarixədək müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin Respublika Reabilitasiya Mərkəzinin inzibati binasında quraşdırılmış kameralar vasitəsilə qeydə alınmış görünütülərin əks olunduğu 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-499/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixli, 98 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU” F07.0 formasında psixi pozuntu müəyyən edilir. Bunu anamnestik məlumatlar və tibbi sənədlər (anamnestik məlumatlara görə İİ Qarabağ müharibəsində döyüşlərdə iştirak etdiyi zaman kontuziya alması, aldığı kontuziyadan sonra onda hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, tez oyanıq vəziyyətə düşməsini, əsəbilik, yuxu pozuntusu, baş ağrıları meydana gəlməsi, bununla əlaqədar müayinə və müalicələrdə olması, belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müayinə olunaraq “Posttravmatik stress pozuntusu, psixopatabənzər davranışla” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində xx.xx.2023-cü il tarixdə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunaraq ona “Posttravmatik stress pozuntusu, uzunmüddətli depressiv əlamətlərlə” diaqnozu qoyulması, xx.xx.2023-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, psixopatabənzər davranışla, uzunmüddətli depressiv əlamətlərlə” diaqnozunun müəyyən edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”də müayinədə olması və onda “Üzvi şəxsiyyət pozuntusu” diaqnozunun müəyyən edilməsi), hal-hazırki müayinənin nəticələri (əhval ruhiyəsinin dəyişkən olması, emosional qeyri-sabitliyi, əsəbiliyi və s.) sübut edir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Üzvi şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə 'ifadə olunmamışdır ki, o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin hərəkətləri idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan şəxsiyyət dəyişikliyinin kəskinləşməsi ehtimalının olması nəzərə alınaraq nəzarət altında saxlanması, ev şəraitində müalicəsinin davam etdirilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət işi üzrə istintaq hərəkətlərində iştirak edə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu hazırda kompensasiya vəziyyətindədir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 -ci və 22-ci maddələrinin təsir altına düşmür. Zərərçəkmiş şəxs2 səciyyələndirən sənədlərin surətindən görünür ki, o, müharibə veteranıdır, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalı” təltif edilmişdir. Təqsirləndirilən şəxs səciyyələndirən sənədlərin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə “Laçının azad olunmasına görə”, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalı” təltif edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun təqsirləndirildiyi CM-in 127.2.3 və 221.2.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-468/2023 nömrəli qərarı ilə barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-569/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni 05 avqust 2023-cü il tarixədək müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 499/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, aza lığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 2 (iki) ay 15 (on beş) müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 1 (bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə aılınmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 2 (iki) ay 15 (on beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-36/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-36/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver