Məhkəmə qərarları › İş №1(001)-360/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-360/2020

02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-360/2020 02.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Məhkəmə iclas Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşaqlar olan, orta təhsilli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2009cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2010-cu il tarixdə isə cəzasının sonu ilə azad edilmiş, Kəpəz rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2013-cü ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış,xx xxxxxxx 2013-cü il tarixdə isə cəzasının sonu ilə azad edilmiş, Yevlax rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2də müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, yaşayış sahəsinə qanunsuz daxil olaraq soyğunçuluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə tamah niyyəti ilə xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yol küçəsində yerləşən 7 saylı evdə yanğının baş verməsidən istifadə edib evə qanunsuz daxil olaraq-evin yataq otağında olan dolabdan 480 manat dəyərində 01 ədəd 585 (qızıl) əyarlı, 7,39 çəkidə üzük, 84 manat dəyərində 01 ədəd 925 (gümüş) əyarlı, 13,98 çəkidə sırğa cütü və kulon dəsti, 12 manat dəyərində 01 ədəd 925 (gümüş) əyarlı, 2,97 çəkidə sırğa taylı, 28 manat dəyərində 01 ədəd 925 (gümüş) əyarlı, 4,60 çəkidə üzük, 23 manat dəyərində 01 ədəd 925 (gümüş) əyarlı, 3,91 kulonlu boyunbağı, 27 manat dəyərində 01 ədəd 925 (gümüş) əyarlı, 4,55 çəkidə boyunbağı, 5 manat dəyərində 01 ədəd əlvan metal (bijuteriya), 14,36 çəkidəqolbaq, 10 manat dəyərində 01 ədəd əlvan metal (bijuteriya), 3,73 çəkidə sırğa cütü, 12 manat dəyərində 01 ədəd əlvan metal (bijuteriya), 21,82 çəkidə sırğa cütü, 8 manat dəyərində 01 ədəd əlvan metal (bijuteriya), 7,61 çəkidə sırğa cütü, 6 manat dəyərində 01 ədəd əlvan metal (bijuteriya), 4,66 çəkidə üzükdən ibarət ümumilikdə 695 manat məbləğində qızıl-zinyət əşyalarını talayan zaman Zərərçəkmiş şəxs onu görüb dayanmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs taladığı qızıl-zinyət əşyaları ilə oradan qaçıb uzaqlaşmaq istəyərkən Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməyərək soyğunçuluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Hal-hazırda ailəlidir və 4 azyaşlı övladı vardır. Əvvəllər o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 234, 180-ci maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsilə Yevlax rayon məhkəməsi tərəfindən 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2016-cı il tarixdə azadlığa çıxdıqdan sonra maddi durumu pis vəziyyətdə olduğundan iş tapmaq məqsədilə Bakı şəhərinə gəlmiş və burada ailəsi ilə birlikdə müxtəlif ünvanlarda kirayə yaşamağa başlamışdır. Sonuncu ünvan isə Binəqədi rayonu, Xocasən qəsəbəsi, fərdi nömrəsiz evdə ailəsi ilə birlikdə kirayə yaşamışdır. Hadisə ilə bağlı bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində evdə olan zaman pəncərədən bayıra baxarkən bayırda yanğın olduğunu görmüşdür. Bu zaman o, yanğın baş verən ünvana yaxınlaşıb evə daxil olaraq ikinci mərtəbəyə qalxmışdır. Bu zaman ondan başqa burada ev sahibi də var idi. O, həmin vaxtı yaranmış vəziyyətdən istifadə edərək yataq otağında olan paltar dolabın qapısını açıb paltarları boşaldan zaman paltarların arasından qızıl-zinyət əşyaları yerə düşmüş və o, həmin vaxt həmin qızıl-zinyət əşyalarını götürüb cibinə qoymuşdur. Bu vaxtı isə ev sahibinin onun qızıl-zinyət əşyalarını götürdüyünü görüb otaqdan bayıra çıxıb qaçmağa başlamışdır. Ev sahibi onu arxadan səsləyib dayanmasıni tələb etsə də, lakin o, buna əhəmiyyət verməmjşdir. Daha sonra isə adını sonradan Səyavuş olduğunu bildiyi şəxs onu saxlayıb üzərində nə olduğunu soruşanda o, sonuncuya heç bir əşya olmadığını bildirib cibində olan qızıl-zinyət əşyaların bir qismini sonuncuya verib geri itələyib həyət tərəfə qaçan zaman ayağı yanğınsöndürən su nasosunun alətinə ilişdiyindən yerə yıxılmışdır. Nəticədə isə ayağa qalxıb qaçmağa davam edən zaman bayırda olan polis əməkdaşları onu saxlamışlar. Bu zaman üzərində olan qalan bir qisim zinyət əşyalarınıpolis əməkdaşlarına təqdim etmişdir. Daha sonra isə onu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər və o, qeyd olunan polis bölməsində etmiş olduğu əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, həmin qızıl-zinyət əşyalarını oğurlamaq istəmişdir. Onun məqsədi həmin qızıl-zinyət əşyalarını oğurlayıb sataraq pul əldə etmək olmuşdur. Ona heç bir fiziki təsir göstərilmədiyini və onun da kiməsə fiziki təsir göstərmədiyini bildirmişdir. O, birinci dəfə həmin ünvana gəldiyini bildirmişdir. Törətdiyi əmələ görə səmimi peşmanlıq hissi keçirir, himayəsində dörd yetkinlik yaşına çatmayan övladı vardır, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində qonşuluqda yerləşən taxta yeşik sexində baş vermiş yanğın hadisəsi zamanı yaşadığı ev də ciddi şəkildə ziyan görmüşdür. Belə ki, qeyd olunan tarixdə taxta yeşik sexindən bir nəfər tanımadığı şəxs yaşadığı evin həyətinə daxil olaraq yanğın baş verdiyini demişdir. Bu zaman o, evin pəncərəsindən bayıra baxarkən qonşuluqda yerləşən taxta yeşik sexində yanğın baş verdiyini və yanğının sürətlə yayılaraq yaşadığı ev istiqamətində yönəldiyini görmüşdür. O, su ilə taxta yeşikləri söndürməyə çalışan zaman ətrafda olan tanımadığı şəxslər də ona köməklik etməyə başlamışdırlar. Həmin vaxtı o, FHN- nin qaynar xəttinə yanğın barəsində məlumat vermişdir. Yanğınsöndürən əməkdaşlar gələnə kimi o, yanğının söndürülməsi üçün nəzərdə tutulmuş balonu gətirmək məqsədilə evin ikinci mərtəbəsindən birinci mərtəbəsinə düşmüşdür. Bu zaman tanımadığı bir nəfər şəxsin evə daxil olaraq ikinci mərtəbəyə qalxdığını görmüş, düşünmüşdür ki, həmin tanımadığı şəxs də köməklik etməyə gəlmişdir. O, bir qədər sonra evin ikinci mərtəbəsinə qalxıb yanğın söndürməyə çalışan zaman bir nəfər tanımadığı şəxsin, adının sonradan Teymur olduğunu bildiyi şəxsin paltar dolabını açaraq anasına məxsus olan qızıl-zinyət əşyalarını götürüb cibinə yığdığını görmüş və bunu anlayan sonuncu isə evin birinci mərtəbəsinə qaçmağa başlamışdır. Daha sonra isə o, sonuncunun dayanmasını tələb etsə də, sonuncu onun dediklərinə məhəl qoymadığını görüb qaçmağa davam etmişdir. Nəticədə isə o, Teymur adlı şəxsi yaxalayıb sonuncudan nə götürdüyünü soruşmuş, sonuncu isə heç bir əşya götürmədiyini bildirsə də, o, buna inanmayaraq üst-başını yoxlayan zaman Teymur adlı şəxs cibində olan qızıl-zinyət əşyalarının bir qismini ona təqdim edib, onu geri itələyərək qaçmağa başlamışdır. O, sonradan qaça bilmədiyi üçün arxasıyca yenidən səsləməyə başlamışdır. Həmin vaxtı isə orada olan polis əməkdaşları Teymur adlı şəxsi yaxalayıb sonuncunun cibində olan qızıl-zinyət əşyalarını ona təqdim etmiş, o da həmin qızıl-zinyət əşyalarının özünəməxsus olduğunu bildirmişdir. Bildirmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödənmiş, əməli törədən Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Qızıl-zinyət əşyaları istintaqda ona geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-də sahə inspektoru vəzifəsində işləyən polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində təhkim olunmuş Binəqədi rayonu, Xocasən qəsəbəsində iş yoldaşı əməliyyat müvəkkili Şahid2lə birlikdə xidmət apararkən işlədiyi bölmənin Növbətçi Hissəsindən məlumat daxil olmuşdur ki, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsinin baş vermişdir. Onlar da təcili olaraq qeyd olunan ünvanda baş vermiş yanğın hadisəsinin olduğu yerə yaxınlaşmışdır. Yanğın hadisəsinin baş verdiyi evin həyətinə daxil olan zaman alovun evin ikinci mərtəbəsinə qalxdığını görmüşdürlər. Bir qədər sonra isə ev sahibinin bir nəfər tanımadığı şəxsin arxasıyca qaçaraq dayanmasını tələb edərək səslədiyini görüb dərhal şübhəli şəxsi saxlamışdırlar. Həmin şəxsin üzərində nə olduğunu soruşan zaman sonuncu şalvarının cibində olan bir qisim qızıl- zinyət əşyalarını onlara təqdim etmişdir, daha sonra təqdim olunan qızıl-zinyət əşyalarını ev sahibinə göstərən zaman ev sahibi olan Zərərçəkmiş şəxs həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Bu zaman onlar da şübhəli şəxs olan Təqsirləndirilən şəxs etmiş olduğu cinayət əməli barəsində aidiyyəti üzrə Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişdir. Qeyd olunan polis bölməsində olan zaman yanğın hadisəsi zamanı ev sahibinə qarşı törətmiş olduğunu cinayət əməlini edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Teymu Məmmədov etmiş olduğu cinayət əməlini səmimi şəkildə etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu faktı müəyyən edilmişdir, sərxoşluq əlamətləri aşkara çıxarılmamışdır. İş materiallarında olan “Maddi sübutların götürülməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində ağ qaşları olan 02 ədəd qadın sırğaları və 01 ədəd qadın boyunbağı kulonunu təqdim etmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-551/2020 №li, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilməsi və həbsetmənin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2010-cu il tarixdə isə cəzasının sonu ilə azad edilmiş, Kəpəz rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2013-cü ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış,xx xxxxxxx 2013-cü il tarixdə isə cəzasının sonu ilə azad edilmiş, Yevlax rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamə və vəsiqə surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2015ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan övladları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/1210-9/2197 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş məmulatlardan: 01 ədəd 585 (qızıl) əyarlı, 7,39 qram çəkidə üzük, 01 ədəd 925 (gümüş) əyarlı, 13,98 qram çəkidə sırğa cütü və kulon dəsti, 01 ədəd 925 (gümüş) əyarlı, 2,97 qram çəkidə sırğa taylı, 01 ədəd 925 (gümüş) əyarlı, 4,60 qram çəkidə üzük, 01 ədəd 925 (gümüş) əyarlı 3,91 qram çəkidə kulonlu boyunbağı, 01 ədəd 925 (gümüş) əyarlı 4,55 qram çəkidə boyunbağı, 01 ədəd əlvan metal (bijuteriya), 14,36 qram çəkidə qolbaq, 01 ədəd əlvan metal (bijuteriya), 3,73 qram çəkidə sırğa cütü, 01 ədəd əlvan metal (bijuteriya), 21,82 qram çəkidə sırğa cütü, 01 ədəd əlvan metal (bijuteriya), 7,61 qram çəkidə sırğa cütü, 01 ədəd əlvan metal (bijuteriya), 4,66 qram çəkidə üzük. Məmulatlar üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 695,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020ci il tarixli, 6/1210-9/2197 saylı ekspert tədqiqatının dəyəri 109,50 (yüz doqquz manat əlli qəpik) manat təşkil etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məxsus qəbzdən görünür ki, 01 ədəd 585 (qızıl) əyarlı, 7,39 qram çəkidə üzük, 01 ədəd 925 (gümüş) əyarlı, 13,98 qram çəkidə sırğa cütü və kulon dəsti, 01 ədəd 925 (gümüş) əyarlı, 2,97 qram çəkidə sırğa taylı, 01 ədəd 925 (gümüş) əyarlı, 4,60 qram çəkidə üzük, 01 ədəd 925 (gümüş) əyarlı 3,91 qram çəkidə kulonlu boyunbağı, 01 ədəd 925 (gümüş) əyarlı 4,55 qram çəkidə boyunbağı, 01 ədəd əlvan metal (bijuteriya), 14,36 qram çəkidə qolbaq, 01 ədəd əlvan metal (bijuteriya), 3,73 qram çəkidə sırğa cütü, 01 ədəd əlvan metal (bijuteriya), 21,82 qram çəkidə sırğa cütü, 01 ədəd əlvan metal (bijuteriya), 7,61 qram çəkidə sırğa cütü, 01 ədəd əlvan metal (bijuteriya), 4,66 qram çəkidə üzükdən ibarət qızıl-zinyət əşyalarını təhvil almışdır. İş materiallarında olan “Sübutlara hüquqi qiymət verilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29, 180.1-ci maddəsindən 29, 180.2.3cü maddəsinə tövsif edilərək ona yenidən ittiham elan edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etmək istədiyi qızıl-zinyət əşyalarının iş üzrə maddi sübut kimi tanınması və qeyd edilən qızıl-zinyət əşyalarının saxlanılması üçün qəbzlə Zərərçəkmiş şəxs təhvil verilməsinin nəzərə alınması, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın 695 manat hesab edilməsi və s. qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 180.2.3-cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və təklifi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğu iş materialları, şahidin ifadəsi, ekspertiza rəyi və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29,180.2.3-cü maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarxili Plenum Qərarının 4-cü bəndini qeyd etməyi zəruri hesab edir. Belə ki, qərarda qeyd olunmuşdur ki, özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməldir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbirlər görmüşlərsə (məsələn, hüquqazidd hərkətlərin dayandırılmasını tələb etmişlərsə) bu zaman təqsirli şəxs Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadəsi ilə də təsdiq olunmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi evdə qızıl əşyaları götürərkən görmüş, qaçarkən dayanmasını bildirmiş, onun arxasınca getmişdir. Məhkəmə bu xüsusatı xüsusilə vurğulayaraq hesab edir ki, ibtidai istintaq orqan tərəfindən haqlı olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun hesab edərək hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin etmiş hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilirlər. Məhkəmə qeyd etmək istəyir ki, hazırda itiham olunduğu cinayəti töərədərkən Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı tarixindən 2 il keçdiyi üçün o, məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin şərh edilməsi haqqında xx xxxxxx 2012-ci il tarixli Qərarında olan hüquqi mövqeyindən məlum olur ki, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət cəzası törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanuni ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və fərdi xarakter daşıyır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi” mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki, iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş üzrə maddi sübut 695 manat dəyərində 01 ədəd 585 (qızıl) əyarlı, 7,39 qram çəkidə üzük, 01 ədəd 925 (gümüş) əyarlı, 13,98 qram çəkidə sırğa cütü və kulon dəsti, 01 ədəd 925 (gümüş) əyarlı, 2,97 qram çəkidə sırğa taylı, 01 ədəd 925 (gümüş) əyarlı, 4,60 qram çəkidə üzük, 01 ədəd 925 (gümüş) əyarlı 3,91 qram çəkidə kulonlu boyunbağı, 01 ədəd 925 (gümüş) əyarlı 4,55 qram çəkidə boyunbağı, 01 ədəd əlvan metal (bijuteriya), 14,36 qram çəkidə qolbaq, 01 ədəd əlvan metal (bijuteriya), 3,73 qram çəkidə sırğa cütü, 01 ədəd əlvan metal (bijuteriya), 21,82 qram çəkidə sırğa cütü, 01 ədəd əlvan metal (bijuteriya), 7,61 qram çəkidə sırğa cütü, 01 ədəd əlvan metal (bijuteriya), 4,66 qram çəkidə üzüyün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,50 (yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN 700326621, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005, VÖEN **********, müxbir–hesab AZ41NA BZ********************, SWİFT-BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir . Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 695 manat dəyərində 01 ədəd 585 (qızıl) əyarlı, 7,39 qram çəkidə üzük, 01 ədəd 925 (gümüş) əyarlı, 13,98 qram çəkidə sırğa cütü və kulon dəsti, 01 ədəd 925 (gümüş) əyarlı, 2,97 qram çəkidə sırğa taylı, 01 ədəd 925 (gümüş) əyarlı, 4,60 qram çəkidə üzük, 01 ədəd 925 (gümüş) əyarlı 3,91 qram çəkidə kulonlu boyunbağı, 01 ədəd 925 (gümüş) əyarlı 4,55 qram çəkidə boyunbağı, 01 ədəd əlvan metal (bijuteriya), 14,36 qram çəkidə qolbaq, 01 ədəd əlvan metal (bijuteriya), 3,73 qram çəkidə sırğa cütü, 01 ədəd əlvan metal (bijuteriya), 21,82 qram çəkidə sırğa cütü, 01 ədəd əlvan metal (bijuteriya), 7,61 qram çəkidə sırğa cütü, 01 ədəd əlvan metal (bijuteriya), 4,66 qram çəkidə üzük saxlanılması üçün qəbzlə sahibinə, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,50 (yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN 700326621, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005, VÖEN **********, müxbir–hesab AZ41NA BZ********************, SWİFT-BİK CTREAZ22 hesabına keçirilməlidir. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar