Məhkəmə qərarları › İş №1(001)-361/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-361/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-361/2025 04.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyası, Nijnevartovsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, şəxsiyyəti istintaqa məlum olmayan şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən, naməlum şəraitdə qanunsuz olaraq 1 ədəd T1102-22CN00447 nömrəli, zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olmaqla yivli odlu silah hesab olunan Sarsılmaz-9SC modelli tapançanı, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan 12 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan həmin kalibrli Sarsılmaz-9SC modelli tapançanın komplekt hissəsi sayılan darağı və zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olmaqla döyüş sursatı sayılan 9 ədəd patronu dayısı X1 idarə etdiyi “Mercedes Benz” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa oturacaqda əyləşməklə üzərində olan çantada saxlayaraq daşıyıb gəzdirən zaman 04 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin postunun həmin vaxt xidmət aparan əməkdaşları tərəfindən qeyd olunan nəqliyyat vasitəsi saxlanıldıqdan sonra üzərində olan çantanı gizlətməyə çalışmaqla özünü şübhəli aparması səbəbindən aidiyyəti üzrə raportla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək təhvil verilmiş və orada həmin tarixdə, saat 17:50-də üzərində axtarış aparılan zaman çiynində asılı olan qara rəngli dəri çantanın içərisindən 1 ədəd T1102-22CN00447 nömrəli, zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olmaqla yivli odlu silah hesab olunan Sarsılmaz-9SC modelli tapançanı, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan 12 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan həmin kalibrli Sarsılmaz-9SC modelli tapançanın komplekt hissəsi sayılan darağı və zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olmaqla döyüş sursatı sayılan 9 ədəd patron aşkar edilərək götürülmüşdür.

2. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 228.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Proses iştirakçılarının ifadələri:

3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-in 228.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-in 228.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, silahı sosial şəbəkədə ünsiyyət qurduğu, tanımadığı bir adamdan almışdır. Adamın adının David olduğunu, üzdən dağıstanlıya bənzədiyini, onunla rus dilində danışdığını, həmin şəxsin silahla bağlı poliqonda atış paylaşdığını, bu zaman silahı görərək bəyəndiyini, əgər olarsa o da bu silahdan istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs silahı David adlı şəxsin konum atdığı yerdən gedib götürdüyünü, və silahı pul qarşılığında almadığını bildirmişdir. Daha sonra ona verilən suallara cavab olaraq onu da qeyd etmişdir ki, David adlı şəxsi ümumiyyətlə tanımır, onunla ancaq instagram sosial şəbəkəsi ilə əlaqə saxlamış və həmin şəxsin öz dediyinə görə o Türkiyədə yaşayır. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, indi adını xatırlamadığı səhifədə poliqonda paylaşım etmişdilər. David adlı şəxs də həmin poliqonda olmuş, atış paylaşmışdır. Sosial şəbəkədə ilk öncə Davidin onun əvvəllər getdiyi poliqona getməsi diqqətini cəlb etmişdir. “Rəy bölməsində” belə bir silah olarsa istədiyini bildirmişdir. Sadəcə ona demişdir ki, silah burda olsa idi o da istəyərdi. 2-3 gün sonra yenə Davidlə danışan zaman sonuncu ona demişdir ki, nömrə ver konum atıram sənə get silahı götür. O da konum atmış, Qaradağdan yolun kənarından gedib silahı götürmüşdür. Silahı götürdükdən sonra evdə zirzəmidə maşının ehtiyat təkərinin içərisinə saxlamışdır. 5-6 ay ərzində silah təkərin içərisində qalmışdır. Daha sonra təqsirləndirilən şəxs bildirmişdir ki, o, bəzi vaxtlar rayonda da qalır. Rayona gedəndə düşünmüşdür ki, silahı aparıb rayonda torpağa basdırsın. Onu əldə etdikdən sonra heç bir şəkildə istifadə etməmişdir. Silahı əldə edənədək silah ona maraqlı gəlsə də sonradan ona silah maraqsızlaşmışdır. Lakin rayona gedərkən xx.xx.2024-cü il tarixində onu yolda saxlamışlar. O, dayısı Qayıbxanov Sultan, dayısı oğlu Qayıbxanov Ramiz ilə birlikdə dayısının Mercedes markalı 438 dövlət qeydiyyat nişanlı avtomobili ilə rayona gedərkən polis əməkdaşları tərəfindən Ekologiya postunda saxlanıldığını, həmin vaxt silahın əlindəki çantada olduğunu, çantadan powerbank (daşınabilən batareya) götürərkən polisin ondan şübhələndiyini və tutulduğunu bildirmişdir. Sonda Təqsirləndirilən şəxs silahdan anlayışının olmadığını, silahı sadəcə hərbi xidmətdə olarkən istifadə etdiyini, mühafizəçi kimi çalışanda da silahının olmadığını, silahda neçə patronun olduğunu belə xatırlamadığını, silahı aparıb basdıracağını David adlı şəxslə ünsiyyət yaratmaq üçün istifadə etdiyi telefonun (İPHONE 13 PRO MAX) isə koda düşdüyündən həmin telefonu ehtiyat hissəsi kimi satdığını, istintaqda isə şəxsi axtarış zamanı götürülən telefonun yeni telefon olduğunu bildirərək, özünü qismən yəni CM-in 228.2.1-ci maddəsi ilə deyil, CM-in 228.1-ci maddəsi təqsirli bildiyini bildirmişdir.

4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ona elan edilmiş CM-in 228.2.1-ci maddəsi ilə deyil, CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır:

5. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Baş X16 İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə YPX-nin postunun baş inspektoru vəzifəsində işləyən X5 ifadəsində göstərmişdir ki, 04 noyabr 2024-cü il tarixdə saat 16:00 radələrində postun qarşısında xidmət apararkən Mercedes markalı **-FG-*** nömrəli avtomobil nəzarət yoxlama məqsədilə tərəfindən saxlanılmışdır. Sürücünün sənədlərinə baxış keçirən zaman arxa oturacaqda əyləşən əlində çantası olan sərnişin özünü şübhəli aparmış, ona görə də Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarını dəvət etdiklərini və ondan sonra şəxsi Abşeron Polis İdarəsinə təhvil verdiklərini bildirmişdir. Daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, sonradan ona bəlli olmuşdur ki, həmin şəxsin çantasında silah, daraq və patronlar olmuşdur. Həmçinin ifadəsinə onu da əlavə etmişdir ki, onlar avtomobili saxlayan zaman avtomobildə əyləşənlər şok vəziyyətdə olmuş və avtomobili nəyə görə saxladıqlarına da təəcüblənmişlər.

6. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, hadisə 2024-cü ilin qış fəslində olmuşdur. Şəxs X16 İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirmişdilər. Bölmədə təhqiqatçının otağında ona hüquq və vəzifələri izah olunduqdan sonra, ona üzərində olan əşyaları təqdim olunması təklif edilmişdir. Şəxsin üzərində qara çanta olmuş və çantanın içindən odlu silah və telefon adaptrı çıxmışdır. Şəxsin üzərində xarici istehsal, Türkiyə istehsalı olan silah aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə silahı başqa ölkədən gətizdirmiş, ona silahın qoyulduğu yer göndərilmiş, o isə silahı qoyulduğu yerdən gedib özü götürmüşdür. Lakin nə məqsədlə gətirtdiyini bizə deməmişdir.

7. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, şəxsi 2024-cü ilin noyabrında Ekologiya postunun əməkdaşları saxlamışlar. Şəxs özünü şübhəli apardığına görə onu Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. İdarədə təhqiqatçının otağında vəkilin, təhqiqatçının və onların iştirakı ilə şəxsin üzərində axtarış keçirilmişdir. Şəxsin qara çantası olmuşdur. Şəxs qara çantanı onlara təqdim etmişdir. Qara çantanın içərisində silah və silahın içində isə patron olmuşdur. Şəxsə silahı necə əldə etməsi sualını verdikdə o, silahı David adında dostu tərəfindən Türkiyədən göndərildiyini və ona göndərilən konum əsasında Qaradağ rayonundan gedib götürdüyünü bildirmişdir. Dəqiq xatırlamasa da silahın İsrail və ya Türkiyə istehsalı olduğunu ifadəsinə əlavə etmişdir.

8. Məhkəmə iclasına şahid qismində çağırılmış şahidlər X6 və X1 (Rusiya Federasiyanında olması əsası ilə) məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

9. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.

10. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 04 noyabr 2024-cü il tarixdə saat 17:20-də məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.

11. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən 1 (bir) ədəd 9 mm kalibrli Sarsılmaz-9SC modelli tapança silahı, 1 (bir) ədəd daraq və 9 (doqquz) ədəd patron aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş baxış keçirilməsi haqqında protokoldan və fotoşəkildən görünür ki, Şahid2 məxsus **-GF-*** dövlət qeydiyyat nişanlı “Mecedes-benz E220” markalı nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobilin üzərində heç bir zədə hissələri aşkar edilməmişdir. Avtomobilin arxa sərnişin yerində sərnişin Təqsirləndirilən şəxs məsxus 01 ədəd qara rəngli çanta aşkar edilmişdir. Avtomobilin baqaj hissəsində heç bir qanunla dövriyyəsi qadağan edilmiş bir əşya(lar) aşkar edilməmişdir.

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1673 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd T1102-22CN00447 №-li silah zavod ilə Türkiyə Respublikasında istehsal olunmuş 9 mm kalibrli “Sarsılmaz-9SC” markalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 12 ədəd 9x19 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Sarsılmaz-9SC” modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 09 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin alibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Qeyd: təqdim edilmiş 9 ədəd 9x19 mm kalibrli patronlardan 03 ədədi ekspertimental atəş zamanı istifadə edilmişdir.

13. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

14. İfadələrin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, istintaq hərəkətinə başlamazdan qabaq Təqsirləndirilən şəxs hadisə yerini, hadisənin baş vermə ardıcıllığını göstərmək təklif olundu və o, təkliflə razılaşdı. Bundan sonra biz yuxarıda qeyd olunan iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs təklifi ilə DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə YPX postu istiqamətində hərəkət edərək getdik. Bakı Sumqayıt yolunun Sumqayıt şəhəri istiqamətində gedən zolağı ilə hərəkət edən zaman Ekoloji Nəzarət üzrə YPX postuna yaxınlaşdıqda Təqsirləndirilən şəxs avtomobili saxlamağı təklif etdi. Həmin yerdə Aydın Səfər avtomobildən enərək sözügedən hadisə yerini göstərib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində dayısı Şahid2 idarə etdiyi Mercedes markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Qusar rayonu istiqamətində hərəkətdə olarkən hamının Ekologiya postu kimi tanıdığı X16 postunda polis əməkdaşları tərəfindən dayısının nəqliyyat vasitəsi işarə verilərək saxlanılmış. Polis əməkdaşları onlara yaxınlaşıb dayısından sənədləri soruşaraq avtomobilin salonuna baxdıqda onun əlində tutduğu çantada odlu silah olan tapanca olduğundan mən həyəcanlanmış və çantanı polislərin nəzərindən yayındırmağa cəhd etmişdir. Lakin polislər şübhələnib onun və avtomobildə olanların anket məlumatlarını soruşduqda o onlara yayındırıcı cavablar verməyə başlamış, bundan sonra polislər artıq onun çantada qanunsuz əşya gizlətdiyindən şübhələnib onu, habelə sürücü dayısı Sultanla onun oğlu Ramizi Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Bununla da ifadənin yerində yoxlanılması başa çatdı. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması protokolu yerində tərtib edilməsi mümkün olmadığı üçün Abşeron RPİ-də xidməti otağımda protokol tərtib olunmuşdur. İstintaq hərəkəti zamanı “İphone” markalı mobil telefon ilə fotoşəkillər çəkildi. İstintaq hərəkəti keçirilən zaman maraq doğurucu predmet, əşya aşkar edilib götürülmədi, istintaq hərəkətinin iştirakçıları tərəfindən heç bir qeyd, şikayət daxil olmadı.

15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-774/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 04 noyabr 2024-cü il tarixdən saat 17:20dən hesablanmışdır.

16. Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, təqdim edilmiş bir ədəd DVD diskdə 1 ədəd qovluq vardır. DVD diskinə köçürülmüş 16 dəqiqə 46 saniyəlik video görüntü 04 noyabr 2024-cü il tarixdə saat 17:50-dən 18:07-dək olan müddət ərzində olan anı fiksə etmişdir. Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 4 ay əvvəl Türkiyə Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan David adlı dostunun “whatsapp” sosial platforması ilə ona göndərdiyi məkan vasitəsilə Qaradağ rayonunda xatırlamadığı yerdən 01 ədəd T1102-22CN00447 №-li, zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 9 mm kalibrli Sarsılmaz-9SC modelli tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 12 ədəd 9x19 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Sarsılmaz-9SC modelli tapançaların komplekt hissəsi olan, istifadəyə yararlı daraq və 09 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli, atəş üçün yararlı patronu qanunsuz olaraq əldə edib, daşımış, saxlamış və üzərində gəzdirmiş, xx.xx.2024-cü il tarixdə saat 16:08 radələrində DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə YPX postunun əməkdaşları tərəfindən onun da içərisində olduğu, dayısı Şahid2 məxsus **-GF-*** dövlət qeydiyyat nişanlı “Mecedes-benz E220” markalı nəqliyyat vasitəsi saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 17:50-dən 18:07-dək üzərində şəxsi axtarış keçirilərkən ondan qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd tapança silahı, bir ədəd tapança silahına məxsus daraq və doqquz ədəd tapança patronu aşkar edilib götürülmüşdür.

17. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

18. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 01 ədəd 9 mm kalibrli T1102- 22CN00447 nömrəli Sarsılmaz-9SC modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 80/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, yəni 04 aprel 2025-ci il tarixədək uzadılmışdır.

20. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 (bir) ədəd “Sarsılmaz-9SC” modelli tapança, həmin silaha aid 1 (bir) ədəd daraq və 9 (doqquz) ədəd 9x19 mm kalibirli patronu və üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 (bir) ədəd disk iş üzrə maddi sübut qismində tanınmış, 1 (bir) ədəd “Sarsılmaz-9SC” modelli tapança, həmin silaha aid 1 (bir) ədəd daraq və 6 (altı) ədəd 9x19 mm kalibirli patronu məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 1 (bir) ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.

21. ********* nömrəli cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən CM-in 228.2.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır.

22. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 228.2.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur.

23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 247/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 24 aprel 2025-ci il tarixədək uzadılmışdır.

24. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs (David adlı şəxs) müəyyən edilmədiyindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır.

25. Bakı şəhər Səbail rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində rayon prokurorluğunun icraatında hər hansı bir material araşdırılmamış, cinayət işi istintaq olunmamışdır.

26. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkəmənin icraatında Təqsirləndirilən şəxs hər hansı işdə proses iştirakçısı kimi qeydə alınması müəyyən edilməmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

27. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

28. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlarla müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

29. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

30. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilməmiş, Təqsirləndirilən şəxs əməlinin cinayət qanunu ilə tövsifində səhvə yol verilmişdir.

31. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində, 28-ci maddəsinin İ və İİ hissələrində, 60-cı maddəsinin İ hissəsində, 63-cü maddəsində, 67-ci maddəsində, 71-ci maddəsinin İ və İİ hissələrində, 127-ci maddəsinin Vİİ və İX hissələrində hər kəsin toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, hər kəsin azadlıq hüququnun yalnız qanunda nəzərdə tutulmuş qaydada məhdudlaşdırılması, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi, hər bir təqsirləndirilən şəxsin təqsirinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olması və s. nəzərdə tutulmuşdur.

32. Qeyd olunan prinsiplərin təmin edilməsi və şəxsin törətdiyi cinayətə görə məsuliyyətinin fərdiləşdirilməsi məqsədilə cinayətin tövsifi mühüm hüquqi əhəmiyyətə malikdir.

33. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

34. Bu qərarla Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

35. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə təqsirləndirilən şəxs CM-in 228.2.1-ci maddəsinə görə məsuliyyət daşıyır. CM-in 34.2-ci maddəsinə müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət dedikdə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 6 may 2022-ci il tarixli Plenum Qərarında CM-in 34.2-ci maddəsinə münasibətdə belə izah verilir ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs verdiyi ifadələrdən müəyyən edilmişdir ki, o sosial şəbəkə vasitəsilə əlaqə saxladığı “David adlı şəxs”dən silah istəmiş sonuncu isə ona silahın olduğu yerin adresini göndərərək gedib götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs silahı David adlı şəxsin köməkliyi ilə əldə etdiyini, aralarında silaha görə ödəniş verilməsi və ya birgə fəaliyyət üçün sövdələşmə olmadığını, ümumiyyətlə onu tanımadığını bildirmişdir. Məhkəməyədək mərhələdə istintaq dövründə də cinayət işi üzrə təqsriləndirilən şəxsə CMin 228.1-ci maddəsi ilə ittiham verilmiş, daha sonra ittiham aktı tərtib edilərək, təsdiq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Lakin ittiham aktı sübutlara düzgün hüquqi qiymət verilməməsi əsası ilə təsdiq edilmədən geri qaytarılmışdır. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini istintaqa qaytaran zaman “şəxsiyyəti istintaqa bəlli olmayan David adlı şəxs” ifadəsinə sübutların qiymətləndirilməsi zamanı düzgün hüquqi qiymət verilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilmədiyini bildirmişdir. Bundan sonra istintaq müddəti uzadılmış, başqa müstəntiq tərəfindən cinayət işi icraata qəbul edilmiş, vəkil və tərcüməçi yenidən təqsirləndirilən şəxsə təqdim edilmiş, daha sonra isə sübutlar yenidən qiymətləndirilərək cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi və “David adlı şəxsə münasibətdə” isə ayrıca icraata cinayət işinin ayrılması haqqında qərar qəbul edilmişdir. Onu da qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxsin əməli əvvəlki əsaslandırılmalar əsasında, heç bir yeni hala, sübuta istinad edilmədən, əlavə olaraq heç bir yeni istintaq hərəkəti həyata keçirilmədən CM-in 228.1-ci maddəsindən, CM-in 228.2.1ci maddəsinə tövsif edilmiş, yenə də “şəxsiyyəti istintaqa bəlli olmayan David adlı şəxs” ifadəsindən istifadə etməklə həmin şəxs barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, istintaq dövründə “şəxsiyyəti istintaqa bəlli olmayan David adlı şəxs”lə bağlı icraatı ayrılan cinayəti işi müstəntiqin xx.xx.2025-ci il tarixli qərarı ilə cinayəti törədənin şəxsiyyəti bəlli olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 85, 53.1.1 və 277-ci maddələrinin tələləbləri rəhbər tutularaq dayandırılmışdır.

36. Məhkəmə bildirmək istəyir ki, nə məhkəməyədək mərhələdə istintaq orqanı tərəfindən, nə də məhkəmə istintaqı müddətində ittiham tərəfindən məhkəməyə təqsirləndirilən şəxsin əməlində CM-in 228.2.1-ci maddəsinin tərkib əlamətlərinin olmasına dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin silahı “David adlı tanımadığı (və ya istintaqda qeyd edildiyi kimi David adlı dostundan) şəxsdən” əldə etməsi onun əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi faktını təsdiqləmir. Belə ki, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarının 9-cu bəndində nəzərdə tutulur ki, CM-in 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Göstərilən predmetlərin müvafiq icazə olmadan təqsirkarın idarə etdiyi nəqliyyat vasitəsində olması işin konkret hallarından asılı olaraq onları qanunsuz saxlama, daşıma və ya gəzdirmə kimi tövsif olunmalıdır. Qərarın 13-cü bəndində isə göstərilir ki, CM-in 228.2.1-ci maddəsi ilə məsuliyyət odlu silahın, döyüş sursatının və partlayıcı maddələrin və qurğuların qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərin qabaqcadan əlbir olmuş iki və ya daha çox şəxs tərəfindən (birgə icraçı kimi) törədilməsi zamanı yaradılır. Həm Ali Məhkəmənin, həm də Konstitusiya Məhkəməsinin Plenum qərarları təhlil edilərkən belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs silahı əldə edib, saxlamış, daşımış, üzərində gəzdirmiş olsa da onun bu hərəkətləri birgə icraçı kimi David adlı şəxslə həyata keçirməsi sübuta yetirilmir, belə ki, onların birgə icraçı kimi cinayətin obyektiv cəhətini icra etməsinə dair hər hansı bir sübut olmamaqla, yalnız ehtimal və şübhələrə əsaslanır. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1 – 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

37. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

38. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi isə ittiham tərəfinin üzərinə düşür.

39. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalıdır. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdirlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin.

40. Qeyd edilən məsələlərlə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenumunun 35ci bəndində də münasibət bildirilərək göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın.

41. X15 29-cu bəndində göstərilir ki, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyrimüəyyən ifadələrlə misal üçün “məlum olmayan”, “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla təsvir edilməsinə yol verilməməli, cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir. Məhkəmə bu hissəyə münasibətdə bildirmək istəyir ki, təsirləndirilən şəxs X8 ilkin olaraq CM-in 228.1-ci maddəsi ilə ittiham edilən istintaq müddətində müstəntiq silahın təsirləndirilən şəxs tərəfindən kimdən əldə edilməsi ilə bağlı zəruri araşdırmanın aparılması məqsədilə əməliyyat tapşırığı vermiş, lakin verilmiş əməliyyat tapşırığına cavab gələrək (istintaq materialları səhifə 143) müstəntiqə bildirilmişdir ki, verilmiş tapşırıq əsasında bir sıra əməliyyat tapşırıqları həyata keçirilsə də xx.xx.2024-cü il tarixində saat 16:08 radələrində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Sarsılmaz-9SC” modelli tapança silahını, 1 (bir) ədəd darağı, 9 (doqquz) ədəd patronu hansı məqsədlə, nə vaxt, hardan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan sonra, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ittiham aktını elan edilmiş ittiham üzrə CM-in 228.1-ci maddəsi ilə təsdiqləməkdən imtina etmiş, iş istintaqa yenidən araşdırma üçün geri qaytarılsa da, cinayət işləri Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan “David” adlı şəxsə münasibətdə ayrıca icraata ayrılmış, Təqsirləndirilən şəxs CM-in 228.2.1-ci maddəsi ilə yeni ittiham elan edilərək ittiham aktı məhkəməyə göndərilmişdir. İş məhkəməyə göndərilənədək yeni istintaq mərhələsində qabaqcadan əlbirliyə dair hər hansı bir sübut və sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə istintaqında da ittiham tərəfi təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan şəxs kimi David adlı şəxslə birgə icraçı kimi rollarının nədən ibarət olmasına dair sübut təqdim edə bilməmiş, məhkəmə tərəfindən ayrılmış icraatla bağlı verilən sorğu əsasında isə müəyyən edilmişdir ki, qrupun digər üzvü hesab edilən “şəxsiyyəti istintaqa məlum olmayan David adlı şəxs” statusunda olmaqla onun barəsində cinayət işi CPM-in 53.1.1-ci maddəsinə görə (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda) dayandırılmışdır.

42. Qeyd olunanlardan məlum olur ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında (yəni “David” adlı şəxslə birgə) qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etməsi, saxlaması, daşıması və gəzdirməsini təsdiq edən mötəbər sübutlar əldə edib qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında (yəni “David” adlı şəxslə birgə) törətməsi kimi qiymətləndirilməsi və əməlin CM-in 228.2.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Çünki, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham əsasında sonuncunun, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli CM-in 228.2.1-ci maddəsinə tövsif edilə bilməz.

43. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs CM-in 228.2.1-ci maddəsində nəzərdə tutulan – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə etməsi, saxlaması, daşıması və gəzdirməsini təsdiq edən mötəbər sübutların olmamasını, habelə məhkəmə istintaqında yeni mötəbər sübutların ittiham tərəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 228.2.1-ci maddəsindən həmin Məcəllənin 228.1-ci maddəsinə tövsif edilməsi qanuni və əsaslı olar.

44. CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

45. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

46. CPM-in 21.3-cü maddəsində göstərilir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

47. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

48. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

49. “X11 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X7 Haqqında” X3 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X4 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir.

50. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir.

51. CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir.

52. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

53. Beləliklə, məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.2.1-ci maddəsindən həmin Məcəllənin 228.1-ci maddəsinə tövsif edilməli və ona CM-in 228.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinə görə ədalətli cəza təyin edilməlidir.

54. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

55. CM-in 7-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

56. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi predmetin odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. İş materiallarından görünür ki, zəruri ekpertiza keçirilərək şübhəli əşyanın istifadəyə yararlı silah olduğu ilə bağlı rəy əldə edilmişdir.

57. CM-in 228-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. CM-in 228-ci maddəsi ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi, həmçinin təmir edilmiş, yararsız odlu silahların və ya odlu silah vəziyyətinə gətirilmiş təlim silahlarının qanunsuz dövriyyəsi zamanı da yaranır. Bundan başqa, CM-in 228-ci maddəsində nəzərdə tutulan predmetlərin həm şəxsin öz təşəbbüsü ilə, həm də digər şəxslərin məsləhəti əsasında, eləcə də müəyyən növ silahı təhvil verməni vətəndaşların öhdəliyi qismində müəyyən edən müvafiq hakimiyyət orqanlarının tövsiyəsinə görə təhvil verilməsi könüllü təhvil vermə kimi qiymətləndirilməlidir.

58. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 228.1-ci maddəsinin tərkib əlamətləri olmaqla, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, CM-in 228-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulan cinayət məsuliyyətindən azad olunma üçün könüllü təhvil vermə halı Təqsirləndirilən şəxs əməlində mövcud deyildir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.

59. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur.

60. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

61. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddələrinin tələbləri nəzərə alınmalıdır.

62. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

63. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

64. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.

65. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

66. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsi ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyindən, ona törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir.

68. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.

69. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

70. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 04 noyabr 2024-cü il tarixdə saat 17:20-dən məhdudlaşdırılmaqla həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-774/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanma müddətinin əvvəli 04 noyabr 2024-cü il tarixdən saat 17:20-dən hesablanmışdır. Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-80/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 aprel 2025-ci il tarixədək, daha sonra isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-247/2025 nömrəli qərarı ilə sonuncunun həbsdə saxlanılma müddəti 24 aprel 2025-ci il tarixədək uzadılmış və Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır.

71. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

72. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.

73. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.

74. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 04 noyabr 2024-cü il tarixdən hesablanmalıdır.

75. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

76. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.

77. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.

78. CPM-in 289.8.3 və 289.8.4-cü maddələrinə əsasən ittiham aktına müstəntiqin xüsusi müsadirə olunması təklif edilən əmlak barədə, habelə mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə arayışları əlavə edilir. Cinayət işinə əlavə edilmiş arayışdan görünür ki, iş üzrə hər hansı bir mülki iddia yoxdur.

79. CPM-in 346.1.18, 346.1.19-cu maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə digər məsələlərlə yanaşı, həmçinin “cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə “hansı əmlakın xüsusi müsadirə edilməli olduğunu” müzakirə etməli, CPM-in 353.4.12-ci maddəsinə görə isə ittiham hökmünün nəticəvi hissəsində xüsusi müsadirə edilən əmlakın siyahısını göstərməlidir. Xüsusi müsadirənin tətbiq edilməsini nəzərdə tutan ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində xüsusi müsadirənin zəruriliyi, o cümlədən əmlakın cinayətin törədilməsi zamanı alət və vasitə kimi istifadə olunması sübutlar gətirilməklə əsaslandırılmalıdır.

80. 2005-ci il Varşava Konvensiyasının 1-ci maddəsinin “c” bəndinin mənasına görə cinayətin alət və vasitələrinə cinayətin törədilməsi zamanı və yaxud ictimai təhlükəli nəticənin əldə edilməsi üçün istifadə olunmuş və yaxud istifadə edilməsi nəzərdə tutulmuş predmetlər aid edilməlidir.

81. Beləliklə, məhkəmə qeyd edilənləri CM-99-1 və CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsində saxlanca verilmiş 1 (bir) ədəd “T1102-22CN00447” nömrəli Türkiyə Respublikasında istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olmaqla yivli odlu silah hesab olunan Sarsılmaz-9SC modelii tapança və onun komplekt hisssələri olan 1 (bir) ədəd daraq (sandıqça) və 6 (altı) ədəd 9X19 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməli və Daxili İşlər Nazirliyinə təhvil verilməli, həmçinin 9X19 mm kalibrli 3 (üç) ədəd patronun eksperimental atəş zamanı istifadə edilməsi nəzərə alınmalı, iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. 82.“V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi).

83. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında isə göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır.

84. Beləliklə, məhkəmə hesab edir ki, məhkənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmışdır. Bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara tam uyğun gəlir.

85. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 318, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsindən, həmin məcəllənin 228.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 04 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd “T1102-22CN00447” nömrəli Türkiyə Respublikasında istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olmaqla yivli odlu silah hesab olunan Sarsılmaz-9SC modelii tapança və onun komplekt hisssələri olan 1 (bir) ədəd daraq (sandıqça) və 6 (altı) ədəd 9X19 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməklə Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 9X19 mm kalibrli 3 (üç) ədəd patronun eksperimental atəş zamanı istifadə edilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar