Məhkəmə qərarları › İş №1(001)-362/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-362/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-362/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 onun barəsində “İnstaqram” platformasında yayımlanan postda yalan və böhtan xarakterli fikirlər söyləmiş, onu ağır cinayət törətməklə ittiham edərək böhtan atmış, şəxsi və işgüzar nüfuzunu ləkələmişdir. Həmin dövrdə o, K.Ümüdovanın əməlinə ciddi fikir verməmiş, öz səhvini dərk edib üzr istəyəcəyini düşünmüşdür. Buna baxmayaraq Kəmalə Ümüdova təkrarən, cəmiyyətdə və kollektivdə onun barəsində mənfi fikir yaratmaq fikrinə düşmüş, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış, ağir cinayət törətməkdə ittiham edərək, böhtan atmış, şəxsi və işgüzar nüfuzunu ləkələməklə yenidən öz qanunsuz əməllərinə davam etmişdir. X2 qeyd olunan böhtan atma əməli Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaratdığı üçün onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətə məhkəmə hazırlıq iclasında baxılması 27 may 2024-cü il tarixə təyin edilmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış xüsusi ittiham qaydasında şikayət vermiş X3 məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə hazırlıq iclası 04 iyun 2024-cü il tarixə təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada növbəti dəfə məlumatlandırılmış xüsusi ittihamçı X3 təkrarən məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə öncədən məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X3 məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.8, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar