Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-362/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Amazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs , avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, o, 18 noyabr 2024-cü ildə saat 09 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 11-ci kilometrində idarə etdiyi TOFAŞ ŞAHİN minik markalı 99NX048 dövlət qeydiyyat nişanlı avtomobillə Sulutəpə dairəsi istiqamətində 20- 30 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, nəqliyyat axınlarının birləşdiyi istiqamətləndirici adacıqda dayanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edərək keçib getməli, lazım gəldikdə isə avtomobili həmin piyadaya çatmadan dayandırmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun ortasında bütöv ağ xətlə nişanlanmış üçbucaq şəkilli sahədə dayanmış və hərəkətsiz vəziyyətdə olan 2001-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin ön sol fara hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ qasıq sümüyünün sınıqları xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 noyabr 2024-cü il tarixdə saat 9:00-da çiskinli və yağışlı havada yanacaq doldurma məntəqəsindən çıxdıqda zərər çəkmiş şəxs piyada üç yolun birləşməsində yolun orta hissəsindən aşağı istiqamətdə getmişdir. O, zərər çəkmiş şəxsə çatan vaxtı maşına tərəf dönmüş, döndükdə avtomobilinin sol farası istiqamətində dəymişdir. Həmin vaxt zərər çəkmiş şəxs yerə yıxılmış, o, sonuncunu xəstəxanaya aparmışdır. Xəstəxanada zərər çəkmiş şəxsə tibbi yardım göstərilmişdir. Bir gün sonra zərər çəkmiş şəxsin qardaşı zəng edib, ağrıları olduğunu demiş, xəstəxanaya aparmağı təklif etmişdi. O, zərər çəkmiş şəxsi “İstanbul” klinikasına aparmış, orada MRT olunmuş, sınıq aşkar edilmişdir. Həkim baxdıqdan sonra əməliyyatlıq olmadığını, bir ay yatdıqdan sonra düzələcəyini demişdir. O, da zərər çəkmiş şəxsin ailəsinə, özünə, qardaşına əlindən gələn köməkliyi etmiş, hər gedəndə 50-60 manata yemək alıb aparmışdır. Ancaq iyirmi beş gündən sonra ondan polisə şikayət etmiş, ondan pul tələb etmişlər. O, da kartlarında ümumilikdə 400 manat pul göndərmiş, 200 manatlıq bazarlıq etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı o, yanacaq doldurma mərkəzindən çıxıb Sulutəpə istiqamətində hərəkət etmişdir. Onun nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmamışdır. O, zərər çəkmiş şəxsə əlindən gələn köməkliyi göstərmişdir. O, hadisə barədə polisə məlumat verməmişdir. O, hadisədən sonra zərər çəkmiş şəxsi Nəsrəddin Tusi adına klinikaya aparmışdır. “İstanbul” klinikasında zərər çəkmiş şəxsdə sınıq xəsarəti olduğunu öyrənmişdir. Zərər çəkmiş şəxs özü ona polisə məlumat verməməsini demiş, öz aralarında həll etməyi təklif etmişdir. O, zərər çəkmiş şəxsə düzələn vaxta kimi baxacağını demişdir. Hadisədən sonra o, xəstələnmiş, 15 gün evdə yatmışdır. O, əvvəllər nəqliyyat vasitəsi ilə hər hansı hadisə törətməmişdir. Hal-hazırda zərər çəkmiş şəxslə barışmış, sonuncuya dəymiş zərər onun tərəfindən ödənilmişdir. O, məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 noyabr 2024-cü il tarixdə piyada qoşa yol ilə yanacaq doldurma məntəqəsinin yaxınlığında, ağ xətlə zolaqlanmış sahədə dayanıb maşınların keçməyini gözləyərkən təqsirləndirilən şəxs maşını ilə onun sağ ayaq nahiyyəsinə dəymişdir. Bundan sonra onu maşına əyləşdirib xəstəxanaya aparmışlar. Xəstəxanada ilkin tibbi müayinə olunduqdan sonra heç nə olmadığını bildirmişlər. Daha sonra səhərisi gün ağrıları başlamış, buna görə də onu “İstanbul” klinikasına aparmışlar. Həmin klinikada məlum olmuşdur ki, ayağında iki yerdə sınıq var. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən hadisədən sonra 400 manat yardım edilmiş, lakin hadisədən sonra 4 ay işləyə bilmədiyi üçün ona 8000 manat ziyan dəymişdir. O, hadisə vaxtı tək olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmiş və sonuncudan şikayət və tələbi yoxdur. O, təqsirləndirilən şəxs barəsində CM-in 263.1-ci maddəsi ilə aparılmış cinayət təqibinə xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, əri Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olmuşdur. İbrahimxan yanacaqdoldurma məntəqəsindən çıxıb, 30-40 km/saat sürətlə hərəkət edirkən, zərər çəkmiş şəxs yolun ortasında olmuşdur. İbrahimxan idarə etdiyi avtomobil zərər çəkmiş şəxsə dəydikdən sonra onlar sonuncunu xəstəxanaya aparmışlar. Həmin anda çox qorxmuş, heç kəsə hadisə barədə məlumat verməmişlər. Onlar zərər çəkmiş şəxsə maddi dəstək göstərmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərər çəkmiş şəxsə 2 dəfə 200 manat pul göndərmiş, ərzaqlar almışlar. Hadisə xx.xx.2025-ci il tarixdə saat doqquza işləmiş Sulutəpə dairəsi adlanan ərazidə baş vermişdir. Hadisə vaxtı o, ön sərnişin oturacağında əyləşmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, həmçinin ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yolnəqliyyat hadisəsi 18 noyabr 2024-cü il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 11-ci kilometrində avtomobil yolunda baş vermişdir. xx.xx.2024-cü il tarixli, 2474 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsin rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi yardım üçün “İstanbul NS Klinikası”na müraciət edərkən ona qoyulmuş “sağ qasıq sümüyünün sınıqları” diaqnozu bərk küt əşyanın (əşyaların) təsirindən mələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində -mələ gələ bilərdilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü i tarixli məktubundan görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə xx.xx.2033-cü il tarixədək müddətə etibarlı olan BA 081528 nömrəli «B C D CE» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. xx.xx.2025-ci il tarixli, 8/06 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, “TOFAŞ ŞAHİN” minik markalı 99NX048 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “TOFAŞ ŞAHİN” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİnin MSY-dən azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncuya dəymiş zərəri ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməlidir. Belə ki, CM-in 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “TOFAŞ ŞAHİN” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, CPM-in 197.1.4-cü maddəsinə əsasən məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 39, 41, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış “Tofaş Şahin” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-362/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-362/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver