Məhkəmə qərarları › İş №1(001)-363/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-363/2025

19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-363/2025 19.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli şəhəri, M.Ə.Sabir küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Araşdırma zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdə, saat 18:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrində idarə etdiyi “Hyundai İX-35” minik markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamalayan piyada keçidində keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıdakı piyada keçidinə soldan daxil olub 2,5 metr məsafə qət etmiş piyada 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobillə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan alnın hematoması, sağ təpə sümüyünün sınığı, gözün hərəkəi sinirinin travmatik neyropatiyası və postravmatik ensefalopatiya ilə müşaiyət olunmuş baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sağ bazu sümüyü başının yerdəyişmiş parçalı sınığı və önə doğru çıxığı, 7-ci boyun fəqərəsinin sağ-yan çıxıntısının yerdəyişməyən sınığı, sağ kürək sümüyünün qəlpəli, yerdəyişmiş sınığı, sağ tərəfli hematoraksla müşaiyət olunmuş sağ ağciyərin travması, diafraqmanm cırılması, sağ böyrəyin hematoması, sağ oma və sağ qasıq sümüklərinin yerdəyişmiş paıçalı sınıqları, sağ oturaq sümüyünün az yerdəyişmiş xətti sınığı və sağ baldır sümüklərinin qəlpəli yerdəyişən sınıqları xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2022-ci ildə xx.xx.2032-ci ilədək etibarlı olan «B1 B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 21 dekabr 2024-cü ildə, saat 18:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrində idarə etdiyi “HYUNDAİ İX-35” minik markalı, **-ZG- *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun soldan birinci zolağı ilə Bakı şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən bir az öndə və sağda hərəkətdə olan avtomobil tormoz etdiyi üçün ani olaraq diqqəti həmin avtomobilə yönəlmiş, həmçinin hava qaranlıq olduğundan qarşıdakı piyada keçidini də görməmişdir. Önə baxdıqda bir nəfər piyada qadının piyada zolağına daxil olub yolu soldan sağa doğru keçdiyini görmüşdür. Dərhal ayağını tormoza atmış, lakin məsafə çox az olduğu üçün avtomobili tam dayandıra bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin piyada qadını, yəni sonradan tanıdığı Zərərçəkmiş şəxs piyada zolağında vurmuşdur. Bundan sonra avtomobili dayandırmış, hadisə yerinə polis əməkdaşları gələrək xəsarət almış Zərərçəkmiş şəxs yol patrul xidməti avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə iş yoldaşları Şahid3, Şahid1 və Şahid2 olmuşdur, başqa yük olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, həmin yol nəqliyyat hadisəsini ehtiyatsızlıqdan törətmişdir, törətdiyi əməldən səmimi peşmançılıq çəkir, hər bir halda həmin yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs xəsarət almışdır. O hadisə baş verdiyi gündən zərərçəkmiş şəxsin yanında olmuş, zərərçəkmiş şəxsin xəstəxana və müayinə xərclərini həm özünə, həm də yoldaşına ödəmiş, hadisə nəticəsində zərərçəkmiş şəxsin mobil telefonu yararsız hala düşdüyündən ona yeni mobil telefon almış, zərərçəkmiş şəxsi bu yaxınlarda da həkimə aparmış və həkim tərəfindən ona yazılmış dərmanların alınma xərclərini üstlənmiş, bacısı ilə birlikdə zərərçəkmiş şəxsin yaşadığı evə getmiş, həmin vaxt zərərçəkmiş şəxsə 200 manat məbləğində bazarlıq etmişdir. Zərərçəkmiş şəxsin sağlamlığına məhz onun əməli nəticəsində zərər dəydiyindən o ümumiyyətlə dəymiş zərərin ödənilməsindən boyun qaçırtmır, hazırda ekspeditor vəzifəsində işləyir və aylıq təxminən 360 manat məbləğində əmək haqqı alır, həmin əmək haqqı kartını da bir il müddətində zərərçəkmiş şəxsə verməyə hazırdır. Aylıq əmək haqqının məbləği az olduğundan ona ancaq 2000-3000 manat məbləğində kredit ayrıla bilər. Banka kredit götürülməsi üçün müraciət edib ona atrılan kredit məbləğini də zərərçəkmiş şəxsə ödəməyə hazırdır. Zərərçəkmiş şəxsə və onun ərinə göndərdiyi pul vəsaitləri bank hesablarından çıxarışlarla da öz təsdiqini tapır. Dogər qeyd etdiyi halları da, zərərçəkmiş şəxs özü təsdiq edə bilər. Eyni zamanda, onkoloji xəstədir, yaxın günlərdə həkim müayinəsindən keçmiş, lakin aylıq qazancı kifayət qədər olmadığından və onu zərərçəkmiş şəxs üçün xərclədiyindənözü əməliyyat oluna bilməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 21 dekabr 2024-cü ildə axşam saatlarında Bakı-Şamaxı yolunda pivə zavodunun yanında piyada keçidindən yolu əks tərəfə piyada keçməyə başlayaraq yolun Şamaxı rayonu istiqamətinə olan hissəsinə keçib Bakı şəhəri istiqamətinə olan hissəsinə daxil olaraq təxminən 2-3 metr məsafə qət etmişdir ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan “HYUNDAİ İX-35” minik markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil onu piyada zolağında vuraraq sağ ayağından, qabırğalarından, çiynindən sınıq xəsarətləri və bədəninin digər nahiyələrindən xəsarətlər almışdır. Sonradan bilmişdir ki, onu vuran avtomobili hadisə zamanı sürücü Təqsirləndirilən şəxs idarə etmişdir. Hazırda müalicəsi ev şəraitində davam edir. Təqsirləndirilən şəxsin ifadəsi doğrudur, belə ki, sonuncu həqiqətən də, onun xəstəxana xərclərini, həkim tərəfindən yazılmış dərman xərclərini və digər xərcləri ödəmişdir, lakin məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən ona ödənilə biləcək 2000-3000 manat məbləğini qəbul etmir, ona dəymiş ziyanın tam ödənilməsini istədiyindən hazırda da Təqsirləndirilən şəxs ilə barışmamış və onun cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs eyni zamanda bildirmişdir ki, o evlidir, Bakı şəhərində kirayədə azyaşlı oğlu və əri ilə birlikdə yaşayır. Həmin yol-nəqliyyat hadisəsi baş verənə qədər o Sədərək ticarət mərkəzində satıcı kimi işləmiş və 500 manat əmək haqqı almışdır. Yol-nəqliyyat hadisəsindən sonra sağlamlığına ağır zərər vurulduğundan o hazırda heç bir yerdə işləmir, evdə tək işləyən əridir. Həmin hadisə baş verdikdən sonra müalicə xərcləri üçün həyat yoldaşı da xeyli məbləğdə borc götürmüşdür. Onun uşağı azyaşlıdır, bağçaya gedir, hər ay bağçaya 1560 manat ödəniş edir. Hadisə vaxtı qolundan xəsarət aldığından uşağına da baxa bilmir, onu qucağına ala bilmir. Bakı şəhərində kirayədə qaldığından, hazırda evdə tək işləyən əri olduğundan maddi vəziyyətləri ağırdır. Bu səbəbdən zərərçəkmiş şəxsin təklif etdiyi məbləğlə razılaşmır. O yalnız ona dəymiş olan ziyanın ödənilməsini tələb edir. Bununla bağlı təqsirləndirilən şəxslə aralarında bir neçə dəfə danışıqlar olmuşdur, lakin aralarında razılıq əldə olunmamışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,21 dekabr 2024-cü ildə, saat 18:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrində iş yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi “HYUNDAİ İX-35” minik markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa otuıacaqua sağ tərəfdə özü, sol ləıəfiııdə ış yuluaşı Şahid2 və qabaq sağ oturacaqda digər iş yoldaşı Şahid3 sərnişin qismində oturaraq Bakı şəhəri istiqamətində hərəkət edərkən hava qaranlıq olmuşdur. Ani olaraq Nailə tormoz edib avtomobili dayandıraraq yolu keçən piyadanı vurduğunu demişdir. Bundan sonra avtomobildən yerə düşmüşlər və məlum olmuşdur ki, Nailə idarə etdiyi avtomobillə yolu keçən qadını vurmuşdur. Bundan sonra, xəsarət almış qadını polis avtomobili ilə Bakı şəhərindəki KTM-ə aparmışlar. Cinayət işi üzrə digər şahidlər Şahid2 və Şahid3 məhkəmə baxış iclasında iştirak etməmələri nəzərə alınaraq, cinayət işi üzrə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət alması faktına görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillər və sxemdən görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrində törədilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 2/71486 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2024-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 043624 nömrəli “B1 B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2025-ci il tarixli, 8/58 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai İX35” avtobus markalı, **-ZG-*** dövlət qeydiyyat nişan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2025-ci il tarixli, 239 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - alının hematoması, sağ təpə sümüyünün sınığı, gözün hərəkəi sinirinin travmatik neyropatiyası və postravmatik ensefalopatiya ilə müşaiyət olunmuş baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sağ bazu sümüyü başının yerdəyişmiş parçalı sınığı və önə doğru çıxığı, 7-ci boyun fəqərəsinin sağyan çıxıntısının yerdəyişməyən sınığı, sağ kürək sümüyünün qəlpəli, yerdəyişmiş sınığı, sağ tərəfli hematoraksla müşaiyət olunmuş sağ ağciyərin travması, diafraqmanın cırılması, sağ böyrəyin hematoması, sag oma və sağ qasıq sümüklərinin yerdəyişmiş parçalı sınıqları, sağ oturaq sümüyünün az yerdəyişmiş xətti sınığı və sağ baldır sümüklərinin qəlpəli yerdəyişən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən, yəni yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2024-cü il tarixdə əmələ gəlmişdir, dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmişdir. 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və bu barədə zərərçəkmiş şəxsə və onun qanuni nümayəndəsinə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İX35” minik markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut növü kimi qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan və xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus bank kartlarına xx.xx.2024-cü il tarixdə "xxxx" ASC mobil tətbiqi vasitəsilə xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində, "xxxx" ASC vasitəsilə xx.xx.2025-ci il tarixində 250 manat, xx.xx.2025-ci il tarixində 20 manat, xx.xx.2025-ci il tarixində 30 manat, xx.xx.2025-ci il tarixində 100 manat, xx.xx.2025-ci il tarixində 200 manat, xx.xx.2025-ci il tarixində 300 manat xx.xx.2025-ci il tarixində 90 manat, xx.xx.2025-ci il tarixində 50 manat, xx.xx.2025-ci il tarixində 300 manat və xx.xx.2025-ci il tarixində 63 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışlardan və digər müayinə sənədlərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs boğaz nahiyəsində düyün aşkar edilmişdir və o, onkoloji xəstədir. "xxxx" MMC tərəfindən verilmiş 12 may 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin Cəmiyyətdə satış meneceri vəzifəsində işləyir və aylıq əmək haqqı 400 manat məbləğində təşkil edir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, aralarında barışıq əldə olunması üçün cəhd etməsini, hadisə baş verən zaman zərərçəkmiş şəxsə dəymiş zərərdən ödəniş etməsini, zərərçəkmiş şəxsə hadisə nəticəsində mobil telefonu zədələndiyi yeni mobil telefon almasını, bayram günlərində maddi yardım edərək evlərini getməsini, hadisədən sonra xəstəxana və dərman xərclərini qarşılamasını, bundan başqa Təqsirləndirilən şəxs onkoloji xəstə olmasını və boğaz xərçəngindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, yol nəqliyyat hadisəsi baş verərkən zərərçəkmiş şəxsdə yardım göstərməsini, hadisə baş verdikdən sonra da zərərçəkmiş şəxsə müalicə olunması üçün maddi yardım göstərməsi və onunla maraqlanması kimi halları nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Hyundai İX-35» markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 42 (qırx iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 42 (qırx iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əli iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Hyundai İX-35» markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 42 (qırx iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar