Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-365/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, Tərcüməçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Gürcüstan Respublikası, Kutaisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017--ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 228.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 mənzil 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində 0,205 qram çəkidə aldığı 01 ədəd bükümdə narkotikvasitəheroiniəldə edib daşıyaraq üzərində saxlamış, BinəqədiRPİ-nin 6-cı PolisBölməsininəməkdaşlarıtərəfindənkeçirilmişəməliyyat-axtarıştədbirlərinəticəsində xx xxx 2020-ci iltarixdəsaat 14:00 radələrindəünvan 2 ünvanın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərinə baxışkeçirilənzamanəynində olan göy rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 0,205 qram olan 01 ədəd bükümdə olmaqla qara rəngli kağıza bükülmüş tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri 3, Hərbi Şəhərcik ev 2, mənzil 4-də yaşamışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidə adını bilmədiyi və tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün adını “kakos” kimi bildiyi qara rəngli kağıza bükülmüş 01 büküm narkotik vasitəni almışdır. O, həmin narkotik vasitəni öz istifadəsi üçün almışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində ünvan 3 ünvanın qarşısından keçən zaman iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları kimi təqdim etmiş və onu narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli olduğunu bildirərək, onlarla birlikdə polis bölməsinə getməyini tələb etmişlər. O, isə onlara etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə getmişdir. 6-cı polis bölməsində ona müdafiəçi və tərcüməçi təqdim edilərək hüquq və vəzifələri izah edilmiş və video görüntü ilə üzərinə baxış keçirilmişdir. Polis əməkdaşları üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. O, etiraz etməyib əynində olan göy rəngli cins şalvarının sağ yan cibində qara rəngli kağıza bükülmüş bir ədəd qara rəngli kağıza bükülü vəziyyətdə olan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan bir ədəd qara rəngli kağıza bükülmüş bükümün içində nə olduğunu soruşduqda o polisə bildirmişdir ki, bir ədəd qara rəngli kağıza bükülmüş bükümün içində adını “Kakos” kimi bildiyi narkotik maddə vardır. Təqdim etdiyi içərisində narkotik vasitə-kakos olan bir ədəd qara rəngli kağıza bükülmüş bükümü onun, polis işçilərinin və mütəxəssisin iştirakı ilə çəkiliş aparılmaqla götürülərək qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokol imzalanmazdan əvvəl onun tərəfindən protokola əlavə və düzəlişlər etmək, təklif və iradlarını bildirmək hüququ izah olunmuşdur. Protokola əlavə və düzəlişlərinin, təklif və iradlarının olmadığını bildirdikdən sonra protokol o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Adını “kakos” kimi bildiyi həmin narkotik vasitəni xx xxx 2020-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu “Papanin” deyilən ərazidə adını bilmədiyi və tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Rezo Kaxaberoviç narkotik vasitə olan heroini çəkmək yolu ilə istifadə etdiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını, onu öz istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zorun tətbiq edilmədiyini, narkotik vasitəni aldığı şəxsi tanımadığını bildirmişdir. O, əməlindən peşiman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Rezo adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan və bölmənin müavini Şahid2la birlikdə məlumat əsasında saat 14 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hüseynzadə küçəsi istiqamətinə getmişlər. Həmin vaxt Rezo adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və onu görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə özünü təqdim etməsini bildirdikdə həmin şəxs xx xxxxxxxx 1994-cü ildə Gürcütsan Respublikasında anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, hərbi şəhərcik küçəsi ev 2, mənzil 4-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları tərəfindən Rezo Kaxaberoviçə izah edildi ki, o, narkotik vasitə olan heroinin qanunsuz saxlanılmasında şübhəlidir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə getməyi təklif edilmişdir. Rezo Kaxaberoviç heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getməsinə razılıq vermişdir. Daha sonra R.Kaxaberoviç və polis əməkdaşları 6-cı polis bölməsinə gəldikdə PB-nin baş təhqiqatçısı polis mayoru Kamandar Ələsgərovun xidməti otağında video çəkiliş ilə R.Kaxaberoviçin hüquqları izah edilmiş və üzərinə baxış keçirilmişdir. R.Kaxaberoviç bildirmişdir ki, üzərində 01 bükümdə narkotik maddə olan «heroin» vardır. Sonra R.Kaxaberoviç, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş bükümü və “Nokia” markalı mobil telefon və 10 manatlıq pul əskinazını çıxardıb təqdim etmişdir. Şifahi sorğu-sualına cavab olaraq, Rezo Kaxaberoviç bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş maddə narkotik vasitə olan heroindir və üzərindən çıxan narkotik vasitəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadə üçün 20 manata aldığını və öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən açıldıqda, daxilində qəhvəyi rəngli, spesifik iyli kütlə olduğu müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin büküm olduğu kimi bağlanılmış, iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Rezo Kaxaberoviçin üzərinə baxış keçirilmiş, lakin baxış zamanı onun üzərindən əməliyyat marağı kəsb edən başqa əşya, maddə və ya predmet aşkar olunmamışdır. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nın rəis müavini polis mayoru Şahid2 ifadəsindən məlum olur ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması qərara alınmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/638 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi-0,205 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in l Siyahısına daxildir. Tədqiqata sərf edildi- 0,05 qr., qalıq-0,155 qr. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki,6/638 saylı, xx.xx.2020-ci il tarixli ekspertiza rəyi üzrə aparılmış tədqiqatının dəyəri 114,00 (yüz on dörd ) manat təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında” 4(001)-405/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 03 (üç) ay müəyyən edilməsi, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu tarixdən, yəni xx.xx.2020-ci il saat 14:00dan hesablanması və s. qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan “maddi sübut kimi tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ümumi ilkin çəkisi 0.205 qram olmuş, lakin təhqiqat zamanıaparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.155 qram çəkidə narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə maddi sübut kimi tanınması və saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 2075 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ümumi ilkin çəkisi 0,205 qram olmuş və maddi sübut kimi tanınaraq, kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,155 qram çəkidə narkotik vasitə olan heroinin saxlanılması üçün Bİnəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd “DVD” formatlı diskin sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi və s. qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2016-cı ildən hesablanması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahid ifadələri ilə, DVD markalı disklərə keçirilmiş video baxışla və iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən cəzasının sonu ilə azad edilsə də, həmin tarixdən iki il keçmədiyi üçün onun məhkumluğuödənilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,155 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 01 ədəd DVD- formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir . Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza təhqiqatından sonra ümumi qalıq çəkisi 0,155 qram 1 ədəd bükümdə olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-365/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-365/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver