Məhkəmə qərarları › İş №1(001)-365/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-365/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-365/2023 13.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1977-cı ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə saat 21:00 radələrində idarə etdiyi texniki cəhətdən saz olan Ford Tranzit” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «X9» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, həmin tələblərə riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, tədbirlər görməyərək Bakı şəhəri, Binəqədi rayonu, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən yolu Meyvəli bazar istiqamətində hərəkətdə olarkən yolu sağdan sola doğu keçən piyada X6 görərək avtomobili sola istiqamtləndirib əks hərəkət zolağına çıxartmış və avtomobilin qabaq hissəsi ilə piyada X6 vuraraq - sağ təpə-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı və baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşaiyət olunan başın sağ təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sol təpə nahiyəsinin və ənsə nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin qançırı, sağ gicgah nahiyəsinin qançırlı sıyrığı, sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol bud-çanaq oynağının qapalı sınığı, sağ və sol qasıq və qalça sümüklərinin sınıqları, hər iki böyrək və böyrək ətrafı toxumalara qansızmalar, sağ baldır nahiyəsinin əzilmiş yarası, sol qaşüstü nahiyənin, sağ qulaq seyvanı nahiyəsinin, sağ əlin arxa səthinin, sol bud nahiyəsinin qançırları, burun əsasının, sağ qulaq seyvanı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ milbilək oynağı nahiyəsinin, sağ əlin İV-V barmaqlarının, sağ və sol dirsək oynağı nahiyələrinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, sol said nahiyəsinin, sol əlin ll-lll barmaqlarının, sol diz oynağı nahiyəsinin, sol ayağın iç topuğunun sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirməsi nəticəsində sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar səbəbindən ehtiyatsızlıqdan 04 noyabr 2022-ci il tarixdə xəstəxanada ölməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun nəqliyyat vasitəsi idarə etmək üçün «B-C» kateqoriyalı sürücülük vəsiqəsi vardır. 2015-ci il tarixdə “Ford Tranzit” markalı **- VD-*** dövlət nömrə nişanlı avtomobili almış və həmin avtomobili idarə edir. 04 noyabr 2022-ci il tarixdə saat 21:00 radələrində idarə etdiyi avtomobilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən yolu Meyvəli bazar istiqamətində hərəkətdə idi. Onun hərəkət etdiyi yol iki tərəfli hərəkət üçün nəzərdə tutulmuş və hər bir istiqamət üçün bir zolaq mövcud olmuşdur. Yolun ona aid olan tək zolaqlı yolda sürəti təxminən 50-60 km/s idi, belə ki həmin zaman hava şəraiti normal olsa da, hava qaranlıq idi. Bir anda yolun ona aid olan hərəkət hissəsində bir qadının dayandığını görmüşdür. Həmin zaman piyada ilə aralarında təxminən 10-15 metr məsafə var idi. O, piyadanı gördüyü an tormoz əyləcini basmışdır. Piyada qadın avtomobilini görüb bir neçə addım arxaya, daha sonra irəli addımlamağa başlamışdır. O, bunu görüb tomoz əyləcini buraxmayaraq sükanı sola burmuş və yolun əks istiqamətinə çıxmışdır. Piyada qadın isə yolu sağdan sola iti yerişlə keçməyə başlamışdır. O, piyadanı vurmamaq üçün sükanı sola bursada piyadanı avtomobilin qabaq ön hissəsi ilə vurmuşdur. Zərbə nəticəsində piyada avtomobilin kapotunun üzərinə yıxlmışdır. Avtomobili dayanbdırmış, avtomobil dayanan zaman piyada avtomobilin kapotunun üzərindən yerə yıxılmışdır. Dərhal avtomobildən düşüb piyada yaxınlaşmış və onun aldığı xəsarətlərdən vəfat etdyini aşkar etmişdir. Hadisənin istəmədən baş verdiyini etiraf edən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını, ona dəyən ziyanı ödədiyini və dolanışığının sürücülükdən olduğunu qeyd edərək bunların nəzərə alınmasını və barəsində mümkün qədər yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, xx.xx.1971-cü il təvəllüdlü X3 onun bacısıdır. Anası Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olsa da qardaşı X4 ilə birlikdə ünvan 1 ünvanında yaşayırmış. xx.xx.2022-ci il tarixdə anası evdən çıxmış və geri qayıtmamışdır. Bu səbəbdən onlar onu axtarmağa başlamışlar. xx.xx.2022-ci il tarixdə onlara məlum olmuş ki, bacısı X3 Bakı şəhəri, Binəqədi rayonu Mehdiabad yolunda avtomobil tərəfindən vurulub KTM-nə yerləşdirilmiş və həkimlərin səyinə baxmayaraq xəstəxanada vəfat etmişdir. Ona məlum olmuş ki, bacısı “Ford Tranzit” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüçüsü Təqsirləndirilən şəxs vurmuş və xəstəxanaya çatdırmışdır. Hadisənin hansı şəraitdə baş verməsindən onun xəbəri yoxdur. Lakin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmiş, ibtidai istintaq dövründə verdiyi notarial qaydada təsdiq edilmiş ərizəsinin nəzərə alınmasının xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220041291 №-li cinayət işi 04 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə başlanmışdır. 15 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 164 saylı ekspert rəyindən görünür ki, 1.Mərhum F.M.Məmmədova xx.xx.2022-ci il tarixdə saat 21:30-da “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Periorbital hematoma. Çanaq sümüklərinin sınığı. Sol bud sümüyünün sınığı” A/T 50/20mm.c.st, Nəbzi periferiyada əllənmir. İntubasiya olundu və STA qoşuldu. xx.xx.2021-ci il tarixdə, hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər

1. Sol bud sümüyünün sınığı.

2. Mərhum F.M.Məmmədova meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - sağ təpə-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı və baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşaiyət olunan başın sağ təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sol təpə nahiyəsinin və ənsə nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin qançırı, sağ gicgah nahiyəsinin qançırlı sıyrığı; - sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması; - sol bud-çanaq oynağının qapalı sınığı; - sağ və sol qasıq və qalça sümüklərinin sınıqları; - hər iki böyrək və böyrək ətrafı toxumalara qansızmalar; - sağ baldır nahiyəsinin əzilmiş yarası; - sol qaşüstü nahiyənin, sağ qulaq seyvanı nahiyəsinin, sağ əlin arxa səthinin, sol bud nahiyəsinin qançırları; - burun əsasının, sağ qulaq seyvanı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin İV-V barmaqlarının, sağ və sol dirsək oynağı nahiyələrinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, sol said nahiyəsinin, sol əlin ll-lll barmaqlarının, sol diz oynağı nahiyəsinin, sol ayağın iç topuğunun sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün X10 PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il saat 21:30-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhumə F.M.Məmmədova ölümünə səbəb qaraciyərin zədələnməsi nəticəsində kəskin qanitirmə olmuşdur. Mərhum F.M.Məmmədova meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə avtotexniki ekspertizasının xx.xx.2022-ci il tarixli 8/3093 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Tranzit” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinini tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi RPİ DYPŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 059-44499 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN BDYPİ-nin X2 xx.xx.2021-ci il tarixdə qeydə alınmış «B1, B» kateqoriyalı BB206477 nömrəli sürücülük vəsiqəsinin (etibarlıq müddəti xx.xx.2026-cı il) olması müəyyən edilmişdir. Hal-hazırda həmin sürücülük vəsiqəsi aktiv olmaqla Təqsirləndirilən şəxs hər hansı bir müddətdə hüquqdan məhrum edilməsi barədə məlumat mövcud deyildir. İş üzrə “Ford Tranzit” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs qaytarılmışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmaması barədə ərizəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X9” Azərbaycan Respublikası Qanununun 50-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərinhəyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – “Ford Transit” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsiniAzərbaycanRespublikasınındövlətbüdcəsivəsaitihesabınatəminetməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – “Ford Transit” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar