Məhkəmə qərarları › İş №1(001)-365/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-365/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-365/2024 01.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Naxçıvan MR, Şahbuz rayonu, Badamlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatını və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayaraq üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən, naməlum şəraitdə qanunsuz olaraq yivli odlu döyüş silahı hesab edilən, saz vəziyyətdə olan, atəş açmaq üçün yararlı, üzərindəki nömrəsi silinmiş, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, 1 ədəd “Makarov” (“PM”) konstruksiyalı tapançanı, atəşə yararlı, zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 6 ədəd patronu və “Makarov” (“PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı olan 1 ədəd sandıqçanı və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,450 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd bükümdə əldə edərək saxlamaqla üzərində daşıyan zaman 21 fevral 2024-cü il tarixdə, saat 22:50-də Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən “İşıq Muzeyi” adlanan binanın yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən həmin polis bölməsinə aparılmış və orada 22 fevral 2024-cü il tarixdə, saat 01:30-da üzərinə şəxsi axtarış keçirilərkən, belin sağ arxa tərəfindən şəffaf rəngli sellofana bükülmüş, üstü şəffaf yapışqanlı sellofan lentə sarılmış yivli odlu döyüş silahı hesab edilən, saz vəziyyətdə olan, atəş açmaq üçün yararlı, üzərindəki nömrəsi silinmiş, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, 1 ədəd “Makarov” (“PM”) konstruksiyalı tapança, atəşə yararlı, zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 6 ədəd patron və “Makarov” (“PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı olan 1 ədəd sandıqça və həmin bükülüyə yapışdırılmış formada digər bükümdə 1 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,450 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanıldığı zaman üzərində nə narkotik vasitə, nə də silah olmamışdır. O, taksi sürücüsü kimi Kamili düşürdükdən sonra çıxıb getmişdir. Bir az aralandıqdan sonra polislər onu saxlayıb, böməyə aparmışlar. Daha sonra bölmədə Kamili də görmüşdür. Kamilin üzərindən narkotik vasitə aşkar olunmuşdur, lakin bu barədə Kamil ona nəsə deməmişdir. Onun həmin narkotik vasitədən xəbəri olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, bölmədə olan zaman ona silahı və narkotik vasitəni boynuna götürməklə bağlı təziq edərək onu döymüşlər. Döyülməyi ilə bağlı prokurorluğa və vəkilinə məlumat verməmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsindən əvvəl prokurorun onu qəbul etdiyini lakin, ona təziqlər olması və döyülməyi barədə prokurora məlumat vermədiyini bildirmişdir. Bundan başqa barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılanda da bu barədə məlumat verməmiş, sadəcə işə baxan məhkəmə qarşısına çıxmağı gözləmişdir ki bu barədə məlumat versin. Müdafiəçisinə də qorxudan heç nə bildirməmişdir. Onu döyüb təzyiq etdikləri üçün cinayət əməlini törətməsi barədə ifadə vermişdir. Kamin onun avtomobilindən düşdüyü üçün onu da saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in istintaq şöbəsinin müstəntiqi, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, halhazırda Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində müstəntiq vəzifəsində çalışsa da, Təqsirləndirilən şəxs saxlanılan zaman Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. İşlədiyi bölməyə 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi və eləcə də odlu silahı əldə edərək üzərində gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumat əsasında əməliyyat tədbirləri keçirilməsi barədə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 və PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid3 daxil olmuşlar. Beləliklə, keçirilən əməliyyat tədbirləri nəticəsində 21 fevral 2024-cü il tarixdə saat 22:30 radələrində onlar gəlib ünvan 4 ünvanda yerləşən “İşıq muzeyi” adlanan binanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunu 43-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman sonuncunun yanında həmçinin Şahid4 adlı şəxs də olmuşdur. Onlar hər iki şəxsi bölməyə aparmışlar. Şahid4 da üzərində narkotik vasitə aşkar edilmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs 01 ədəd izole edilmiş silah, ümumilikdə 06 ədəd patron və 01 ədəd silahın darağı, həmçinin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxs ilə danışdığını və narkotik maddəni şəxsi istifadəsi üçün, silahı isə silaha marağı olduğu üçün istəməsini, qarşılığında isə “Həsən” adlı şəxsin kartına 200 manat məbləğində pul göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan əşyalar ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bölmədə şəxsə qarşı hər hansı bir zorakılıq, fiziki və mənəvi təziq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 43cü Polis Bölməsinin sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi və eləcə də odlu silahı əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və həmin qrupun tərkibinə o da daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs ilə yanaşı digər şəxsin də adı var idi. Keçirilən əməliyyat tədbirləri nəticəsində 21 fevral 2024-cü il tarixdə, saat 22:30 radələrində onlar gəlib ünvan 4 ünvanda yerləşən “İşıq muzeyi” adlanan binanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs və Şahid4 yaxınlaşaraq həmin şəxsləri polis bölməsinə dəvət etmişlər. Bölmədə olan zaman şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd silah və 01 ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Silah Təqsirləndirilən şəxs belində sellofan bükülüdə olmuş, həmin silah olan bükülünün içərisində də ayrı bir bükümdə narkotik vasitə heroin olmuşdur. Təqsirləndirilən şəxs silah olan bükülünü belindən özü çıxarıb təqdim etmişdir, həmçinin sonuncu narkotik vasitəni öz istifadəsi üçün aldığını da bildirmişdir. O, Qalibin saxlanılmasında iştirak etsə də, şəxsi axtarış istintaq hərəkətində olmamış, saxlanılan digər şəxsin, yəni Kamilin üzərinə keçirilən baxışda iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 43cü Polis Bölməsinin sahə rəisi Şahid3 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 fevral 2024-cü il tarixdə, saat 22:30 radələrində ünvan 4 ünvanda yerləşən “İşıq muzeyi” adlanan binanın yaxınlığında Təqsirləndirilən şəxs və Şahid4 saxlayaraq polis bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən 1 ədəd silah, 6 ədəd patron, sandıqça və narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs saxlayan zaman onunla birlikdə əməliyyat qrupunun digər üzvləri, yəni Şahid2 və Şahid1 olmuşdur. Bölmədə üzərindən aşkar edilmiş qadağan olunmuş əşyaları Təqsirləndirilən şəxs şəxsən özü təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 fevral 2024-cü il tarixdə səhər saat 11 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Lalllar” fabrikinin yaxınlığında olan zaman tanımadığı şəxsin narkoman olduğunu ehtimal edib sonuncuya yaxınlaşaraq narkotik maddə olub-olmadığını soruşduqda həmin tanımadığı şəxs ona üzərində 01 büküm narkotik maddə olduğunu və ona sata biləcəyini bildirmişdir. Aralarında olan razılığa əsasən o, həmin tanımadığı şəxsdən narkotik maddəni 20 manat müqabilində əldə edərək oradan yaşadığı evə geri qayıtmışdır. Həmin almış olduğu narkotik maddə əynində olan tünd rəngli cins şalvarın cibində saxlamışdır ki, münasib vaxt və məkan olduqda istifadə edə bilsin. Həmin gün axşam saat 21 radələrində yaşadığı məhəllədə olan zaman Qalib ondan xahiş etmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisinə getməli olduğunu və onunla birlikdə qeyd olunan ünvana gedib-qayıtmağı təklif etmiş, o da sonuncunun təklifini yerə salmamışdır. 21 fevral 2024-cü il tarixdə axşam saat 22:30 radələrində ünvan 6 ünvand yerləşən “İşıq muzeyi” adlanan yerin yaxınlığında olan zaman Qalib ondan sonuncunu burada gözləməsini xahiş etmişdir. Təxminən 20 dəqiqə keçdikdən sonra Qalib ona yaxınlaşan zaman bir neçə mülik geyimdə olan tanımadığı şəxslər onlara yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra onların polis əməkdaşları olduqlarını öyrənmişlər. Polis əməkdaşları onlara bildirmişlər ki, narkotik vasitə və ya psixotrop maddələrin, həmçinin də odlu silahın qanunsuz dövriyyəsində şübhəlidirlər və üzərilərinə baxış keçirmək istəyirlər. Buna görə də onları Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər, qeyd olunan polis bölməsində olan zaman onları ayrı-ayrı otaqlara dəvət etmişlər. Belə ki, polis bölməsində olan zaman orada müdafiəçi ilə təmin olunması hüququ izah edilmiş və o, bu hüququndan istifadə etmək istədiyini bildirmişdir. Ona dövlət hesabına müdafiəçi dəvət edilərək, təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə ona və yaxınlarına məlumat verilmişdir. Bundan sonra ona video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə məlumat verilmişdir. O, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına və video çəkilişə etiraz etməmişdir. Onların iştirakları ilə onun üzərinə şəxsi axtarışdan öncə üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi barədə bildirildikdə o, əynindəki tünd rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra şalvarının ciblərini açmağı tələb olunduqda hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü açıldıqda bükülünün içərisində olan qəhvəyi rəngli maddəni göstərərək onun narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Lallar” fabrikinin yaxınlığında 20 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya əşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən narkotik maddə qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. Sonradan isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən narkotik maddə və 01 ədəd “Makarov” markalı silah aşkar edilmişdir, Qalibin narkotik maddə və silahı haradan əldə etməsi və üzərində narkotik maddə və silah olması barədə heç bir məlumatı olmamış, Qalib ona narkoik maddə verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:50-də radələrində CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhudlaşdırıldığı 21 fevral 2024-cü il, saat 22:50-dən tutulmuş hesab edilmişdir. şəxsi axtarış və götürmə aparılması haqqında 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, o, bel nahiyəsinin sağ tərəfinə gizlətdiyi 01 ədəd izole edilmiş silahı çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra şalvarının ciblərini açmağı tələb olunduqda hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 01 ədəd izole edilmiş silah açıldıqda içəsində ümumilikdə 06 ədəd patron və 01 ədəd silahın darağı silahdan ayrıldıqdan sonra həmin silahın üzərində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü açıldıqda bükülünün içərisində olan qəhvəyi rəngli maddəni göstərərək onun narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxs ilə danışdığını və narkotik maddəni şəxsi istifadəsi üçün, silahı isə silaha marağı olduğu üçün istəmiş, qarşılığında isə “Həsən” adlı şəxsin hesabında olan karta 200 manat məbləğində pul göndərdiyini bildirmişdir. Bundan sonra həmin 01 ədəd bükülmüş halda içərisində olan narkotik maddəyə bənzər maddənin çəkisini və tərkibini, 01 ədəd silahın markası və modelini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik vasitə olan bir ədəd bükülü və bir ədəd silah zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanıb. Şəxsi axtarış və götürmə xidməti iş otağında, təbii işıqlandırma şəraitində aparılıb. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1054 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 243” dairəvi möhür əksləri olan, “1. Təqsirləndirilən şəxs “imza” “ və digər ad, soyad, imzalar qeyd edilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,450 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr ’’-in siyahısına (Siyahı İ) daxildir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,450 qram maddə qəbul olunmuş, 0,100 qram maddə nümunə götürülmüş, 0,350 qram maddə geri qaytarılmışdır. Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/423 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiliklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlardan 05 ədədi zavod üsulu ilə Rusiya dövlətində, 01 ədədi isə zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, döyüş surstaı hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Rəyin tədqiqi hissəsindən görünür ki, silahn və patronların atəşə yararlı olub-olmamasını müəyyən etmək üçün, tədqiqata təqdim edilmiş 06 ədəd 9x18 mm kalibrli patronlardan ixtiyari seçmə yolu ilə 03 ədədi tədqiq edilən silahın darağına doldurularaq silaha taxılmış və ondan eksperimental atəşələr açılmışdır. təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-128/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Madd sübutun tanınması haqqında 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə tədqiqatdan sonra qalıq qalan 0,350 qram narkotik vasitə - heroin, 01 ədəd “Makarov” markalı odlu döyüş silahı və onun komplekt hissələri olan 01 ədəd daraq və 03 ədəd 9mm kalibrli patronlar sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, CD diskdə videogörüntü vardır. Videogörüntüyə baxış zamanı şəxsin üzərinə axtarış istintaq hərəkəti xx.xx.2024- cü il tarixdə başlanılır. Şəxsi axtarışın keçirilməsi ilə əlaqədar təhqiqatçı polis mayoru Nahid Məmmədov tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Təhqiqatçmm iş otağında sağ və sağ tərəfdə stulda polis əməkdaşları və onun sol tərəfindəki stulda Təqsirləndirilən şəxs əyləşmişdir. Onlar özlərini təqdim etdikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmasında müdafiəçinin iştirakı olmadan videoçəkiliş edilməsinə etirazının olmadığını öyrəndikdən sonra ona üzərində qeyri qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub olmamasını, varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs bel nahiyəsinin sağ tərəfinə gizlətdiyi 01 ədəd izole edilmiş silahı çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra şalvarının ciblərini açmağı tələb olunduqda hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 01 ədəd izole edilmiş silah açıldıqda içəsində ümumilikdə 06 ədəd patron və 01 ədəd silahın darağı silahdan ayrıldıqdan sonra həmin silahın üzərində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü açıldıqda bükülünün içərisində olan qəhvəyi rəngli maddəni göstərərək onun narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxs ilə danışdığını və narkotik maddəni şəxsi istifadəsi üçün, silahı isə silaha marağı olduğu üçün istəmiş, qarşılığında isə “Həsən” adlı şəxsin hesabında olan karta 200 manat məbləğində pul göndərdiyini bildirmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən bükülmüş halda olan qəhvəyi rəngli kütlə, yəni narkotik maddəyə bənzər vasitə və 01 ədəd silah qablaşdırılaraq zərfə qoymaqla üzəri möhürlənərək imzalanır. Bundan sonra keçirilən hərəkət protokolaşdırılır və şəxslər tərəfindən imza edilir. Şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə yekunlaşır. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinmiş, ona AR CM-nin 178.2.2, 178.2.3, 178.2.4-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə 5000 manat cərimə cəzası, AR CM-nin 32.4,312.2-ci maddəsi ilə 8500 manat cərimə cəzası təyin edilmiş, AR CM-nin 66.3-cü maddəsinə əsasən 10000 manat cərimə cəzasına məhkum edilmiş, AR CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılma müddəti nəzərə alınaraq üzərində qəti olaraq 2000 manat cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsinin xx.xx.2024-cü il tarixli, 2207 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunmur, NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-3/651 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapançadır - yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yaralıdır, detallarının üzərində dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov (PM)”, “PA-62”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş surstaı hesab edilir, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sandıqça “Makarov” (PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır və istifadəyə yararlıdır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü Ayla Hüseynova adlı azyaşlı övladı var. sübutların qiymətləndirilməsi haqqında 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. 0,350 qram narkotik vasitə - heroin, 01 ədəd “Makarov” markalı odlu döyüş silahı olan tapança və onun komplekt hissələri olan 01 ədəd daraq və 03 ədəd 9mm kalibrli patronlar sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Şəxsi axtarış aparılmasını və maddi sübutun götürülməsini əks etdirən videogörüntünün olduğu disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 24 aprel 2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Hüseynov X2 rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93 saylı ünvanda yerləşən “İşıq Muzeyi” adlanan binanın yaxınlığında üzərindən aşkar edilmiş “Makarov” markal tapança və narkotik vasitə olan heroini götürdüyü yeri əyani olaraq göstərmiş və iki ədəd foto şəkil şəkilərək həmin protokola əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-344/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 10 iyun 2024cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-365/2024 saylı, xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə məhkəməyə verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntü 22 fevral 2024-cü il tarixli şəxsi axtarış və baxış keçirilməsi haqqında protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsiilə bağlı hüquqimünasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar,habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.aid edilir (13-cü bənd). «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,450 qram olan narkotik vasitə – heroin xeyli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində silah və narkotik vasitə olmadığını, ona təzyiqlər göstərildiyindən və döyüldüyündən etirafedici ifadə verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 22 fevral 2024-cü il tarixdə şübhəli şəxs qsimində, 23 fevral 2024-cü il və 23 aprel 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində dindirilərkən o törətdiyi cinayət əməllərini səmimi etiraf edərək bu barədə ətraflı ifadələr vermişdir. Bundan başqa təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat verilməmişdən əvvəl ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun onu şəxsən qəbul etdiyini bildirmişdir. Lakin təqsirləndirilən şəxs həmin zaman da ona təziqlər olmasını, döyülməsini bidlirməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs hakim qarşısına da çıxarılanda hazırda qeyd etdikləri barədə hər hansı məlumat verməmiş, həmin məhkəmə iclasında verdiyi izahatında özünü təqsili bildiyini, ilk dəfə cinayət törətməsini, daimi yaşayış yeri və azyaşlı uşağının olmasını qeyd edərək barəsindəki vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Daha sonra təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 20 gün müddətinə uzadılmasına dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılarkən 17 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında da ibtidai istintaq zamanı təziqlərə məruz qalması və döyülməsi barədə məhkəməyə hər hansı məlumat verməmişdir.Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında döyülməsi və təziqlərə məruz qalması barədə məlumat vermək üçün hakim qarşısına çıxmağı gözlədiyini bildirsə də göründüyü kimi o iki dəfə hakim qarşısına çıxarılarkən bu barədə hər hansı məlumat verməmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən video-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs belin sağ arxa tərəfindən şəffaf rəngli sellofana bükülmüş, üstü şəffaf yapışqanlı sellofan lentə sarılmış yivli odlu döyüş silahı hesab edilən, saz vəziyyətdə olan, atəş açmaq üçün yararlı, üzərindəki nömrəsi silinmiş, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, 1 ədəd “Makarov” (“PM”) konstruksiyalı tapançanı, döyüş sursatı hesab edilən 6 ədəd patronu və “Makarov” (“PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan 1 ədəd sandıqçanı və xeyli miqdarda təmiz çəkisi 0,450 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini təqdim edərək silah və narkotik vasitəni “İranlı” deyə adlandırdığı şəxsdən ümumilikdə 200 manat müqabilində almasını bildirmişdir. Həmçinin narkotik vasitəni şəxsi istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadənsini özünü müdafiə xarakterli və təqsirləndirildiyi cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 70/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. CM-nin 83.3.2-ci maddəsinin tələblərinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 21 fevral 2024-cü il tarixdə, yəni məhkum olunduğu cinayət əməlinə görə təyin edilmiş cəriməni cəzasını icra etdikdən 1 il müddət keçmədən törətmişdir. AR CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd edilənlərə əsaəsən də Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir, buna görə də cinayətlərin residivi sonuncunun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal (himayəsində azyaşlı övladının olması) və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktik məhdudlaşdırıldığı tarixdən, yəni 21 fevral 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd “Makarov” markalı odlu döyüş silahı olan tapança və onun komplekt hissələri olan 01 ədəd daraq və tədqiqatlardan sonra qalıq qalmış 03 ədəd 9mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, tədqiqatlardan sonra qalıq qalan 0,350 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 153 (yüz əlli üç) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut– Bakı şəhəri Binəqədi RPİ-nin saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,350 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRi dövlətində istehsal olunmuş “Makarov” konstruksiyalı PM modelli yivli od silahı və onun komplekt hissələri olan 01 ədəd daraq, tədqiqatlardan sonra qalıq qalmış 03 ədəd 9mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 153 (bir yüz əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar