Məhkəmə qərarları › İş №1(001)-366/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-366/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-366/2021 27.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Ələsgərova (Kılmamas) Qüdrət Mansır qızının, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, 09 avqust 1959-cu ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, ev 1-də (inzibati bina) qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində 25 may 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsi maraq niyyətilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 000 manat məbləğində borc pulu və 30,00 manat ödənilmiş dövlət rüsumunu Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2(001)-7971/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 3(001)-535/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 28 yanvar 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək borcunu ödəməməklə qeyd edilən məbləğdə tələbkara maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, 2020-ci lin mart ayına qədər xırda biznes fəaliyyəti ilə məşğul olmuş və həmin vaxtdan sonra pandemiya ilə əlaqədar gördüyü xırda biznes fəaliyyəti dayanmışdır.1997-ci il tarixdən 2017-ci ilin iyun ayına qədər Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində qadın xəz dəri geyimlərinin satışı ilə məşğul olmuşdur. 2014-cü ilin axırlarında və 2015-ci ilin əvvələrində devalivasiya səbəbindən gördüyü biznes fəailiyyətində iflasa uğradından biznes fəaliyyətini təmamilə dayandırmışdır.Həmin ərəfədə karqoda qadın xəz dəri geyimləri (şubalar) olduğu üçün həmin mala görə 3000,00 manat məbləğində pul ödəməli imiş. Bu səbəbdən də pula ehtiyacı oldugu ucun hazırda rəhmətə getmiş tanışı Oktaya müraciət edərək borca pul istəmişdir.Tanışı Oktay isə Yeganə adlı qadin tanisi olduğunu və həmin qadının faizə pul verdiyini ona bildirmişdir.Ona təcili pul lazım olduğu üçün tanışı Oktaya razılıq vermiş və sonuncu həmin qadına zəng edəndən sonra Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən Yeganə adlı xanımın yaşadığı evlərinə getmişlər.Orada o, Yeganə xanımdan 3 000,00 manat məbləğində pulu beş faizlə borca alaraq əvəzində 10 000,00 manat dəyərində qızıl boyun bağını girov vermişdir.Bundan sonra qeyd edilən məbləği karqoya verərək orada qalan malını təhvil almışdır.Bundan sonra Yeganə adlı xanımla birlikdə Bakı şəhəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Moskva” univermağına gedərək girova qoyduğu qızıl boyunbağını sataraq borca aldığı 3 000,00 manat məbləğində pulu qaytarmışdır.Həmin vaxtdan sonra bir neçə dəfə ona pul lazım olduğu üçün Yeganə adlı xanımdan borca pul götürmüş və sonradan Yeganə adlı xanımın əsl adının Kılmamas olmasını bilmişdir. Kılmamas adlı qadından borca aldığı məbləği rəsmiləşdirməkdən ötrü sonuncunun təşəbbüsü ilə 18 aprel 2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 51 saylı Dövlət Notariat Kontoruna gedərək 20000,00 manat məbləğində borca pul alması barədə aralarında kredit müqaviləsi bağlamışlar.Aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən qeyd olunan məbləği 2017-ci ilin yanvar ayının 31-dək Kılmamas adlı xanıma qaytaracağını öz öhdəsinə götürmüşdür.Sonradan gördüyü biznes fəaliyətində iflasa uğradığına görə borclu olduğu məbləği qaytara bilmədiyi üçün Kılmamas adlı qadın onun barəsinə aidiyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmə tərəfindən ondan 20 000,00 manat məbləğində borc pulun və ödənilmiş 30,00 manat dövlət rüsumunun ondan alnaraq Kılmamas Ələsgərovaya ödənilməsinə dair 11 oktyabr 2017-ci il tarixli, 2(001)-7971/2017 saylı qətnamə çıxarılmışdır.Məhkəmə qətnaməsində sonra o, Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və Ali Məhkəməyə şikayət vermiş və qeyd edilən məhkəmələr tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2(001)-7971/2017 saylı qətnaməsi qüvvədə saxlanılmışdır.Bütün bunlara baxmayaraq məhkəmə qətnaməsi üzrə Kılmamas Ələsgərovaya borclu olduğu 20 000,00 manat puldan istintaq müddətində 250,00 manat məbləğində ödəniş etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs artıq bütün borcunu ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını bildirmiş və borcunu ödəməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Ələsgərova (Kılmamas) Qüdrət Mansır qızı bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2016-cı ilin əvvəllərindən tanıyır və onunla tanışlığına səbəb sonuncunun Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində qadınlar üçün xəz dərili gödəkçələrin satışı ilə məşğul olması olub.Qeyd olunan ərəfədə özünə gödəkçə almaqdan ötrü “Sədərək” ticarət mərkəzinə gedərək Təqsirləndirilən şəxs işlədiyi mağazaya girərək özünə xəz dərili gödəkçə almışdır.Həmin vaxtı Təqsirləndirilən şəxslə aralarında səmimi münasibət yaranmış və sonuncu ona qolsuz gödəkçəni hədiyyə vermişdir.Hətta Təqsirləndirilən şəxs ona xeyir işlərə gedən zaman gəlib xəz dərili gödəkçə götürüb istifadə edə biləcəyini bildirmişdir.Bundan sonra aralarında yaranmış münasibətə görə o, Təqsirləndirilən şəxs bir qardaş kimi inanmağa başlamışdır.2016-cı ilin mart ayında Təqsirləndirilən şəxs gördüyü biznes fəaliyyətində iflasa uğradığından xaricdən gətirdiyi xəz dərili gödəkçələrin karqoya pulunu ödəyə bilmədiyi üçün 20000,00 manat məbləğində borca pul lazım olduğunu ona bildirmişdir. O, Təqsirləndirilən şəxs bir qardaş kimi inandığı üçün yox deməyərək qeyd edilən məbləği bir neçə ay müddətinə qaytarmaq şərti ilə faizsiz olaraq sonuncuya borca vermişdir.Amma bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs ilə aralarında notarial qaydada borc müqaviləsi bağlamaq qərarına gəlmişdir.18 aprel 2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 51 saylı Dövlət Notariat Kontoruna Təqsirləndirilən şəxs ilə birlikdə gedərək sonuncunun ondan 20 000 manat məbləğində borca pul alması barədə aralarında kredit müqaviləsi bağlamışlar.Aralarında bağlanmış kredit müqaviləsinin şərtlarinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən məbləği 2017-ci ilin yanvar ayının 31-dək ona qaytarmağı öz öhdəsinə götürmüşdür.Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs qeyd edilən vaxtdan xeyli müddət keçməsinə baxmayaraq heç bir ödəniş etmədiyi üçün məcburiyyət qarşısında qalaraq sonuncunun barəsində 2017-ci ilin qış aylarında aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.Qeyd edilən rayon məhkəməsində işə baxılan zaman Təqsirləndirilən şəxs 20000 manat məbləğində borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair 11 oktyabr 2017-ci il tarixli, 2(001)-7971/2017 saylı qətnamə çıxarılmışdır.Məhkəmə qətnaməsindən sonra Təqsirləndirilən şəxs Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və Ali Məhkəməyə kasasiya şikayət verməsinə baxmayaraq qeyd olunan rayon məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən müvafiq icra hərəkətlərinin aparılmasına baxmayaraq Təqsirləndirilən şəxs ona olan borcunu ödəməkdən qərəzli olaraq yayınmağa başlamışdır.Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə tənbeh növü təyin edilmişdir.Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsindən sonra qeyd olunan məbləğdən 250 manat məbləğində ödəniş etdiyini bildirərək borclu qaldığı məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Ələsgərova (Kılmamas) Qüdrət Mansır qızı qalan borcunun da təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2(001)-7971/2018 saylı qətnaməsi əsasən verilmiş icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs 20 000 manat məbləğində borc pulun və 30,00 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir.İcra vərəqəsi 24 oktyabr 2018-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tutaraq 25 oktyabr 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir.Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir.İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq qurumlara, həmçinin elektron icra sisteminin bazasına (mülkiyyətində daşınmaz əmlak, pensiya, təqaüd alıb-almaması, vergi ödəyicisi olub-olmaması ilə bağlı) sorğular edilmiş, lakin alınmış cavablarda borclunun adına tələbin yönəldilə biləcəyi heç bir daşınmaz əmlak, pul vəsaitləri müəyyən olunmamışdır. Elektron icra sisteminin bazasına edilmiş sorğular nəticəsində borclu Təqsirləndirilən şəxs adına **- LD-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı avtomobil qeydiyyatdan keçmiş və həmin avtomobilin üzərinə həbs qoyulması barədə 28 fevral 2019-cu il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdimatla müraciət edilmişdir.Məhkəmənin 28 mart 2019-cu il tarixli, 8(001)-564/2019 saylı qərardadına əsasən **-LD-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı avtomobilin üzərinə həbs qoyulmuşdur.Bundan başqa borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar 08 oktyabr 2019-cu il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş və məhkəmənin 29 oktyabr 2019-cu il tarixli, 8(001)-1134/2019 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İcra sənədinin icrası ilə bağlı borclunun izahatı alınarkən borcu ödəməməsinin səbəbini maddi imkanının olmaması və işsiz olması kimi qeyd etmişdir. Bu səbəbdən borclunun işlə təmin olunması üçün 12 mart 2020-ci il tarixdə Dövlət Məşğulluq Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon Əmək və Məşğulluq Mərkəzinə borclunun iş axtaran kimi qeydyyata götürülməsi barədə məktub göndərilmiş və mərkəzin 07 may 2020-ci il tarixli məktubunda borclu Təqsirləndirilən şəxs “X7” MMC-də əmək haqqı 250,00 manat olmaqla Sosial işçi işi təklif olunmuş və lakin borclu səhhəti ilə əlaqədar işləmək iqtidarında olmadığını bildirərək təklif olunan işdən imtina etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq borclu Bakı Şəhəri Binəqədi Rayon İcra şöbəsinə gəlməmiş və bu barədə heç bir üzürlü səbəb göstərməmişdir.Borclu Təqsirləndirilən şəxs məlumat vermədən yaşayış yerini dəyişdiyinə görə onun yaşadığı yeri müəyyən etmək mümkün olmadığı üçün barəsində 18 iyul 2019-cu il tarixdə axtarış qərarı qəbul edilərək Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə gönərilmiş və 16 avqust 2019-cu il tarixdə barəsində 40255 saylı axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs 31 yanvar 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə təhvil verildikdən sonra izahatı alınaraq ona icra sənədinin icra edilməsi təklif edilmişdir, lakin o, icra məmurlarının qanuni tələblərini yerinə yetirməmiş və icra sənədi üzrə 20 000 manat borcdan heç bir ödəniş etməmişdir.Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq inzibati protokol tərtib edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin 31 yanvar 2020-ci il tarixli, 3(001)-535/2020 saylı qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.Görülmüş icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs 500 manat məbləğində inzibati cərimə ödətdirilmiş və 05 may 2020-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 3(001)- 535/2020 saylı qərarının icraatına xitam verilmişdir. Borclunun 17 sentyabr 2020-ci il tarixdə onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə biləcəyi barədə izahatı alınaraq ona yeni müddət təyin edilməsi barədə və borcu ödəməyəcəyi tədqirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq təqdim edilmişdir.Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə 20 000 manat borcundan cəmi 250 manat ödəniş etmişdir.Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası ilə bağlı borc məbləğinin tam ödənilməsi ondan tələb olunmuş və ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə təkrar xəbərdarlıq edilmişdir.Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclsında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində gəstərilənləri təsdiq etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Ələsgərova (Kılmamas) Qüdrət Mansır qızının məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona 20 000 manat tam ödənilmiş, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən məlum olur ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs, şahidlərin ifadələri, iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, məhkəmə baxışı gedişatında təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2(001)- 7971/2018 saylı qanuni qüvvəüyə minmiş qətnaməsini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, CM-nin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən məlum olur ki, Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyinə göərə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən CM-nin 73.2 və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən (məhkəmə qətnaməsi tam icra edildiyinə görə) cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar