Məhkəmə qərarları › İş №1(001)-366/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-366/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-366/2024 28.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1993-cü il tarixdə Ağdam rayonu, Ətyeməzli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olmaqla ünvan 3, N.Tusi adına 2 saylı yataqxanada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 20 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,431 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 16:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında saxlanılaraq ünvan 2nında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 17:50-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,431 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 41 saylı binanın qarşısındakı saxlanc yeri olan dəmir köşkə qanunsuz daxil olaraq, oradan dəyəri 350 manat olan 1 ədəd üzərində markalanma göstəricisi olmayan göy rəngli prefaratoru, dəyəri 20 manat olan 1 ədəd “Kzubr 1200 VT" markalı laqondanı, dəyəri 25 manat olan 1 ədəd "İnterskol Şum-125/900 900 vt" markalı laqondanı, dəyəri 35 manat olan 1 ədəd "Atec" markalı laqondanı, dəyəri 250 manat olan 1 ədəd «Bosch» markalı böyük ölçülü laqondanı, dəyəri 30 manat olan 1 ədəd "İnterskol DU-750 ER" 750 VT markalı direli, dəyəri 50 manat olan 1 ədəd kiçik ölçülü direli, dəyəri 180 manat olan 1 ədəd “Bosch” markalı kiçik ölçülü preforatoru, dəyəri 100 manat olan 1 ədəd “Candan” markalı plastmas boru birləşdirən qaynaq aparatını, 1 ədədinin dəyəri 0.50 manat olmaqla 600 ədəd 300 manat dəyərində plastmas küncüklər və boru birləşdiricilərini, dəyəri 120 manat olan 1 ədəd “Markos” markalı hidroforu ilə birlikdə su nasosunu, 1 ədədinin dəyəri 7 manat olmaqla 120 ədəd 840 manat dəyərində plastmas materialdan olan su kranlarını, dəyəri 150 manat olan 1 ədəd açar dəstini, dəyəri 50 manat olan 1 ədəd yiv açan aləti və dəyəri 350 manat olan 1 ədəd "DXD- Mariow" markalı su matorunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2.850 (iki min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 234.1ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir, ifadəsini oxuyub imzalamış, ifadəsində nə yazılıbsa doğru yazılmışdır. Təqribən 4 ildir narkotik vasitədən istifadə edir, polis əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisində saxlanılıb bölməyə aparılmışdır. Saxlanılarkən üzərində heroin olmuş, həmin heroini 20 manat müqabilində 2 bükümdə almış, bükümlərdən birini istifadə etmiş, biri isə daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Oğurluqla bağlı onu qeyd edə bilər ki, dəmir köşkün qapısı bağlı olsa da, köşkün bir kənarı çürük, digər kənarı isə deşik olmuşdur. Bu səbəbdən həmin köşkün divarını dağıtmağa yaxud qırmağa ehtiyac olmamış, sadəcə əlini ataraq alətləri ordan götürmüşdür. Saxlanıldıqdan sonra oğurladığı alətlərin bir hissəsini polisə vermiş, qalan alətləri isə saxlanmamışdan əvvəl Sabunçu bazarında dəyər-dəyməzinə satmışdır. Su motoru, qarışıq açarlar və laqondanı geri qaytarmışdır. Təqsirləndirilən şəxs son sözündə gəncliyinin cəzaçəkmə müəssisələrində keçdiyini, ona verilmiş ittihamda göstərilən əməlləri etdiyini, etdiyi əməllərdən peşman olduğunu, atasının Qarabağ müharibəsi qazisi olduğunu, indiyə qədər qədər ailəsinə xeyirli övlad olmadığını, azadlığa çıxaraq ailəsininə layiqli övlad olmaq istədiyini qeyd edərək ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Saxlanc yerini səhər açanda görmüşdür ki, oradan ona məxsus əşyalar oğurlanmışdır. Həmin köşkün qırağında bir balaca çürük yer var olmuş, həmin yeri bağlamaq üçün oraya dəmir taxtalar qoymuşdur. Oğurluq zamanı isə həmin taxtalar içəriyə tərəf itələnmişdir. Köşkə daxil olduqdan sonra aparatların hamısının götürüldüyünü, qıfılın isə qırılmadığını müəyyən etmişdir. Özü tikinti sahəsində işlədiyi üçün həmin köşkə ayda bir dəfə getmişdir. Aparatları isə həmin köşkə qoymuşdur. 3 ədəd kiçik, 1 ədəd böyük laqondası oğurlanmış, həmin alətlərdən ikisi nasaz vəziyyətdə, qalan isə saz vəziyyətdə olmuşdur. Böyük aparatı isə təzə almışdı. Bundan başqa vint bağlayan drellər, pereparator və komplekt açarları oğurlanmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, ondan oğurlanmış əşyaların bir qismi ona qaytarılmış, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs Dərnəgül qəsəbəsi ərazisində 20 yanvar 2024-cü il tarixdə saxlamışlar. Əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri keçirilmiş və şəxsin yerini müəyyən etmiş və sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs 5-ci polis bölməsinə dəvət etdikdən sonra bölmədə üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmiş və Təqsirləndirilən şəxs özü üzərində narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində olan heroini təqdim etdikdən sonra narkotik vasitə istifadəçisi olduğunu, lakin heç bir zaman satışını həyata keçirmədiyini, üzərindən aşkar olunmuş heroini xəstə olduğu üçün şəxsi istifadəsi üçün almasını bildirmişdir. Təqsirləndirilən şəxs istər saxlanıldığı zaman, istərsə də bölmədə olan zaman sonuncuya qarşı hər hansı bir təzyiq və yaxud kobud rəftar olmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 oğlu bildirmişdir ki, Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru vəzifəsində çalışır. xx.xx.2024-cıı il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin kiber cinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, xx.xx.1993-cü ildə Ağdam rayonu, Ətyeməzli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olan və ünvan 3, N.Tusi adına 2saylı Yataqxanada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə raport ilə müraciət edilmiş, həmin mötəbər məlumat əsasında Şahid1 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan ünvan 3 ünvanının yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona narkotik vasitənin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə getməsini təklif etmişlər. Həmin şəxs bundan imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Yalçın Zeynalova həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, baş təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, baş təhqiqatçı tərəfindən həmin büküm açılaraq və içərsində maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin bükümdə olan heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papani” adlanan yerdə 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, daha sonra iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” qərardan görünür ki, fakta görə AR CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “baxış haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 41 saylı binanın qarşısındakı saxlanc yeri olan dəmir köşkə baxış keçirilmiş və 2 ədəd foto şəkil protokola əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 32, N.Tusi adına 2 saylı Yataqxananın zirzəmisindən götürülmüş əşyalara baxış zamanı müəyyən edilmişdir ki, həmin əşyalar 01 ədəd Kzubr markalı laqonda, 01 ədəd İnterskol markalı direl, 01 ədəd İnterskol markalı laqonda, 01 ədəd Mariow markalı su matoru, 01 ədəd üzərində markası olmayan göy rəngli pereparator, 01 ədəd Atec markalı laqondadır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvəvli xx.xx.2024-cü il tarixdən, saat 16:00-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, barəsində axtarış və ya götürmənin aparıldığı Təqsirləndirilən şəxs götürülməli olan əşya və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Azərbaycan Respublikası CPM-nin 247.1.9-cu maddəsinə əsasən şəxsi axtarış nəticəsində şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində 01 ədəd şəffaf sellofana bükülmüş bükümü cibindən çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış: ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş, o, 01 ədəd şəfaf sellofona bükülmüş bükümün içərisində olan vasitənin el arasında "kakos" deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, həmin bükümü xx.xx.2024- cü il tarixdə saat səhər saatlarında öz istifadəsi üçün Nəsimi rayonu, Papanin deyilən ərazidən tanımadığı şəxsdən 20 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan əlavə olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş şəffaf sellofana bükülmüş büküm elektron tərəzidə çəkilmiş və tərəzidə 0.52 qr. göstərmişdir. Azərbaycan Respublikası CPM-nin 247.1.8-ci maddəsinə əsasən Şəxsi axtarış aparılarkən "Panasonic" markalı videokameradan istifadə edilmiş və çəkiliş İştirakçılara nümayiş etdirilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16/2-6/389 saylı rəyindən görünür ki, "Azərbaycan Respublikası DİN Zərflər üçün №174" dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs (imza)" yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,431 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, 3-6-16/2- 6/389 nömrəli məhkəmə ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,431 qram kütlə qəbul edilmiş, 0,050 qram tədqiqat üçün istifadə edilmiş, 0,381 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı 20 yanvar 2024-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin xidməti otağında Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götrürmədən əvvəl iştirakçıların tərkibi elan olunaraq hüquqları izah edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanır. Şəxsi axtarış keçirilməzdən əvvəl iştirakçılarin tərkibi elan edilir, Təqsirləndirilən şəxs və iştirakçılara hüquq və vəzifələri izah edilir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs axtarış qərarı ilə tanış edilərək üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur. Büküm açıldıqda içərisində qəhvəyi rəngli toz halında maddənin olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki maddənin adını deməklə təqdim etməsi təklif olunur o, həmin 01 ədəd bükümün içərisində olan maddənin “heroin” deyilən narkotik vasitə olduğunu bildirir, ondan həmin bükümü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə, o, bildirir ki, narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdə tanımadığı şəxsdən 20 manat müqabilində alaraq öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub- olmaması sual edilir, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılır, onun geyindiyi paltarların ciblərinə və ayaqqabılarına baxılır, lakin hər hansı bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm zərdə qablaşdırılır, Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənir və üzəriləri iştirakçılar tərəfindən imzalanır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 yanvar 2024-cü il tarixli, 384 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd kağız zərfdə qablaşdırılmış 01 ədəd bükümdə 0,431 qram narkotik vasitə heroindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalmış 0,381 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmış, narkotik vasitə olan 0,381 qram heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə AR CM-nin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasını çəkib qurtardığı üçün azad olunmuşdur. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə 3 ay, 20 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il, 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl şərti olaraq həmin cəzadan azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-469/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 2 il, 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-570/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının 4 ay, 4 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” qərardan görünür ki, ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində həmin küçədə yerləşən dəmir köşk görmüşdür. Həmin köşkün ətrafına baxdıqdan sonra o, köşkün bir tərəfinin aşağı hissəsində dəlik olduğunu, oradan həmin köşkün içərisinin göründüyünü və köşkün içərisində ağ rəngli kisə, sellofan torba görmüşdür. Bundan sonra həmin torbanın içərisinə baxan zaman oradan təmir alətlərinin, su matorunun olmasını və sellofan torbada isə plasmas materialdan olan boru birləşdiricilərinin olmasını görərərək həmin əşyaları götürərək oranı tərk etmişdir. Oğurladığı əşyaları yaşadığı Bakı Şəhəri, Binəqədi Rayonu, Dərnəgül Qəsəbəsi, A.Gəarybəyli küçəsi 37, N.Tusi adma 1 Saylı Yataqxananın zirzəmisində gizlətmişdir. xx.xx.2024-cü il tarixdə həmin əşyalardan bir neçəsini Sabunçu rayonu ərazisində yerləşən «Rus bazarı» adlanan yerdə 52 manat müqabilində əvvəllər tanımadığı şəxsə satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani şəkildə göstərərək təsdiqləmişdir. 2 ədəd foto şəkil çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təklif edilmişdir ki, 01 ədəd "Kzubr" markal laqonda, 01 ədəd “Atec” markalı laqonda, 01 ədəd "İnterskol DU-750 ER"markal direl, 01 ədəd "İnterskol " markal laqonda, 01 ədəd DXD-Mariow markalı DXD-1 model su matoru, 01 ədəd göy rəngli prefaratorları diqqətlə nəzərdən keçirsin. Zərərçəkmiş şəxs 09 ədəd laqondaları nəzərdən keçirib sırada soldan-sağa 01 və 03 rəqəmləri ilə, 03 ədəd direlləri nəzərdən keçirib sırada soldan-sağa 02 rəqəmi ilə, 03 ədəd su matorları nəzərdən keçirib sırada soldan-sağa 01 rəqəmi ilə, 03 ədəd prefaratorları nəzərdən keçirib sırada soldan-sağa 02 rəqəmi ilə, ilə qeyd olunmuş əşyaları göstərib, əşyaların əl damından oğurlandığını, həmin əşyaları, ölçüləri, rəngləri və digər parametrlərinə görə tanıdığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1857 saylı rəyindən görünür ki, 01 ədəd “Kzubr 1200 VT" markalı laqondanın dəyəri 20 manat, 01 ədəd "İnterskol DU-750 ER" 750 VT markalı direlin dəyəri 30 manat, 01 ədəd "İnterskol Şum-125/900 900 vt" markalı laqondanın dəyəri 25 manat, 01 ədəd "DXD-Mariow" markalı DXD-1 model 220-240 Volt su matorunun dəyəri 350 manat, 01 ədəd üzərində markalanma göstəricisi olmayan göy rəngli prefaratorun dəyəri 350 manat, 01 ədəd "Atec" markalı laqondanın dəyəri 35 manat müyyən edilmişdir. Ekspertiza təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 540,00 manat müəyyən olunur. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 234.1-ci maddəri ilə yenidən ittiham elan edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,381 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınmaqla Binəqədi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi, həmçinin bir ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Oğurluq hadisəsi nəticəsində müəyyən edilmiş əşyalar üzrə ziyan ekspertiza rəyinə uyğun hesablanmış, müəyyən edilməmiş əşyalar üzrə isə zərər çəkmiş şəxsin bildirdikləri əsas götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş 01 ədəd “Kzubr 1200 VT" markalı laqonda, 01 ədəd "İnterskol DU-750 ER" 750 VT markalı direl, 01 ədəd "İnterskol Şum- 125/900 900 vt" markalı laqonda, 01 ədəd "DXD-Mariow" markalı DXD-1 model 220-240 Volt su matoru, 01 ədəd üzərində markalanma göstəricisi olmayan göy rəngli prefarator, 01 ədəd "Atec" markalı laqonda qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “Kzubr 1200 VT" markalı laqonda, 01 ədəd "İnterskol DU-750 ER" 750 VT markalı direl, 01 ədəd "İnterskol Şum- 125/900 900 vt" markalı laqonda, 01 ədəd "DXD-Mariow" markalı DXD-1 model 220-240 Volt su matoru, 01 ədəd üzərində markalanma göstəricisi olmayan göy rəngli prefarator, 01 ədəd "Atec" markalı laqonda Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-115/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-352/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-366/2024 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Xaləddin oğlu tərəfindən ona dəymiş ziyanın ödənilmiş, onunla barışmış və ona qarşı hər hansı şikayət, iddia və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsii ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,431 qram olan narkotik vasitə – heroin xeyli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.3 və 234.1-ci -cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən təqsiləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini və vurulmuş ziyanı ödəməsini, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməllərini etiraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1- ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Belə ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli və xx.xx.2017-ci il tarixli hökmləri üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-469/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək az ağır cinayət əməlini törətdiyinə görə cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 2 il, 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)570/2023 saylı qərarı ilə 4 (dörd) ay, 4 (dörd) gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Lakin göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-469/2022 saylı hökmü üzrə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən 20 yanvar 2024-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, xx.xx.2024-cü il tarixdə isə AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən göstərilən cinayət əməllərini törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, cinayətin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının yarısından az olmamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında, CM-in 65.2-ci maddəsi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə etməsi, vurulmuş ziyanı ödəməsi və törətdiyi cinayət əməllərini etiraf edərək peşman olması) və ağırlaşdıran hal (əməlində cinayətin residivinin olması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 65.2-ci maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktik məhdudlaşdırıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, 01 ədəd “Kzubr 1200 VT" markalı laqonda, 01 ədəd "İnterskol DU-750 ER" 750 VT markalı direl, 01 ədəd "İnterskol Şum- 125/900 900 vt" markalı laqonda, 01 ədəd "DXD-Mariow" markalı DXD-1 model 220-240 Volt su matoru, 01 ədəd üzərində markalanma göstəricisi olmayan göy rəngli prefarator, 01 ədəd "Atec" markalı laqondanın zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan, tədqiqatlardan sonra qalıq qalan 0,381 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ümumilikdə 164 (yüz altmış dörd) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdən 22 yanvar 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, daha sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin 2 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 42 (qırx iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 42 (qırx iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdən 22 yanvar 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir ) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0.381 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilinin görüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd "Kzubr 1200 VT" markalı laqonda, 01 ədəd "İnterskol DU-750 ER" 750 VT markalı direl, 01 ədəd "İnterskol Şum-125/900 900 vt" markalı laqonda, 01 ədəd "DXD-Mariow" markalı DXD-1 model 220-240 Volt su matoru, 01 ədəd üzərində markalanma göstəricisi olmayan göy rəngli prefarator, 01 ədəd "Atec" markalı laqondanın zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 164 (yüz altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar