Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-367/2020 11.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs hüquqi varisi Şahid4 iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Noraşen kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, ailəli, işləməyən, Culfa rayonu, Göydərə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmış, xx xxxxxx 2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasında vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4, 186.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-nin 185.2.4, 186.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdi ki, o, qəsdən qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirməklə daşımış, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmaqla özgənin əmlakını qəsdən zədələyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, mərhum Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksində yerləşən 12 nömrəli binanın qarşısında dayanmış tanışı Zərərçəkmiş şəxs2 məxsus «BMW 740» markalı 99RG740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin ani nəzarətsiz qalmasından istifadə edib sükanı arxasına keçərək hərəkətə gətirməklə avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmış, xx xxxxx 2020-ci ildə saat 03:21-dək həmin nəqliyyat vasitəsini narkotik sərxoşluq vəziyyətində idarə edib ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən yol və post patrul xidməti avtomobilləri tərəfindən təqib edilməyə başlayarkən hərəkəti dayandırmasına dair onların qanuni tələblərinə məhəl qoymayaraq yolunu davam etdirməklə onun yaxalanması məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdiabad yolunun 2-ci kilometrliyində ictimai qaydanın pozulmasının qarşısının alınması üçün əlavə qüvvələr qismində cəlb edilən və yolun hərəkət hissəsini bağlayan polis postunun qarşısında məcburən avtomobili dayandırdıqdan bir neçə saniyə sonra idarə etdiyi mexaniki nəqliyyat vasitəsini silah qismində istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib hakimiyyət nümayəndəsinə müqavimət göstərmək niyyəti ilə avtomobili geriyə hərəkət etdirməklə həmin anda arxa tərəfdən ona çatmış Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş X1 mülkiyyətində olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə təhkim edilərək həmin idarənin Post- Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 idarə etdiyi «Fiat Doblo» markalı 90AP139 dövlət qeydiyyat nişanlı xidməti avtomobilə toqquşduraraq hər iki nəqliyyat vasitəsini qəsdən zədələyib «BMW 740» markalı 99RG740 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 5250 (beş min iki yüz əlli) manat məbləğində xeyli miqdarda, xidməti avtomobilin mülkiyyətçisinə isə 930 (doqquz yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla geriyə dönmə manevrini həyata keçirməyə nail olmuş, yolun əks hərəkət istiqamətinə çıxıb sürəti artırmaqla təhlükəli ziqzaqvari manevrləri icra edərək özünü, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı yol hərəkətinin digər iştirakçılarından üstün tutub səngiməyən polis təqiblərinə baxmayaraq Bakı şəhərinin mərkəzi küçələri istiqamətində gah işıqforun qırmızı, yəni qadağanedici işarəsinə məhəl qoymadan, gah əks hərəkət zolağına daxil olaraq qəza şəraiti yaradıb hərəkətinə davam etməklə ölkə ərazisində yeni yayılmış “Koronavirus” (COVİD-19) epidemiyası ilə mübarizə əleyhinə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş növbəti stasionar polis postuna yaxınlaşdığını görüb saat 03:49-da ünvan 2 saylı ünvanda yerləşən növbəti stasionar polis postunun əməkdaşları tərəfindən qurulan maneəni dəf edərək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinə qədər irəliləmiş, qarşılaşdığı növbəti stasionar polis postunu keçə bilməyəcəyini başa düşdüyündən saat 03:57-də talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırdığı «BMW 740» markalı 99RG740 dövlət qeydiyyat nişanlı minik avtomobilini durduraraq avtomobildən düşüb qaçmağa başlasa da, saat 04:00-da Binəqədi və Xətai Rayon Polis idarələrinin post-patrul xidməti əməkdaşları tərəfindən saxlanıldığı zaman xidməti vəzifələrini yerinə yetirən həmin polis əməkdaşlarının, X9 ünvanına uca səslə qeyri-etik, nalayiq ifadələr səsləndirərək digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, mərhum Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib həmin bıçağı xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksində yerləşən 12 nömrəli binanın qarşısında talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırdığı «BMW 740» markalı 99RG740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sağ yan sərnişin oturacağının üzərinə qoyub xx xxxxx 2020-ci il tarixdə saat 03:57-dək qanunsuz olaraq gəzdirməklə daşımış, həmin tarixdə törətdiyi digər cinayət əməllərinə görə saxlanıldıqdan sonra saat 09:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdiabad şossesində yerləşən cərimə duracağında özünün və hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman qeyd edilən nəqliyyat vasitəsinin sağ yan sərnişin oturacağının üzərindən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ümumi təyinatlı həmin ov bıçağı aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4, 186.1, 221.3 və 228.4-cü maddələri ilə ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdi ki, Zərərçəkmiş şəxs2 ilə təxminən 20 ildir ki, tanış olduğu üçün dostluq münasibətlərində olmuşdur. Zərərçəkmiş şəxs2 Xırdalan şəhəri ərazisində, adını bilmədiyi, lakin əyani olaraq göstərə biləcəyi ünvanda yaşamışdır. O dəfələrlə Əbülfətə məxsus “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini ya pul müqabilində, ya da sadəcə aradakı hörmətə görə təmənnasız götürüb bir qədər idarə etmiş və özünə qaytarmışdır. Aralarında heç vaxt narazıçılıq olmamışdır. Son ərəfələr həm televiziya, həm də digər kütləvi informasiya vasitələrindən xəbər tutmuşdur ki, Azərbaycan Respublikası ərazisində yayılmış Koronavirus (COVİD-19) infkesiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edildiyindən vətəndaşların səhhətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yaşayış sahələrini müstəsna zərurət olmadan tərk etməmək tələb edilmişdir. Evdən çıxmaq üçün müəyyən edilmiş icazə mesajının olmasının da lazım olduğunu bilmişdir. Buna baxmayaraq evdə darıxdığı və şəhərdə gəzinti edib asudə vaxtını keçirmək üçün avtomobil sürmək qərarına gəlmişdir. Bunun üçün xx xxxxx 2020-ci il tarixdə saat 11:00-da yaşadığı evdən çıxıb məhəlləyə düşmüşdür. Yaşayış kompleksində, 12 saylı binanın qarşısında olan siqaret köşkünün qarşısında dostu Zərərçəkmiş şəxs2 görmüş, həmin vaxt sonuncu avtomobilinin içərisində olmuşdur. O Əbülfətin yanına, idarə etdiyi avtomobilin sağ sərnişin oturacağına əyləşərək xahiş etmişdir ki, 50 manat pul müqabilində axşam saat 17 radələrinədək idarə etmək üçün avtomobili ona versin. Əbülfət də buna etiraz etməyib ondan həmin pulu almış və avtomobili idarə etmək üçün sükanı təhvil vermişdir. O da oradan çıxıb gün ərzində avtomobili Abşeron və Binəqədi rayonları ərazisində idarə etmişdir. Əbülfətin avtomobili idarə etmək üçün ona verməsi yalnız aradakı şifahi sövdələşməyə söykənmiş, yəni ona hər-hansı notarial etibarnamə verməmişdir. O idarə etdiyi Əbülfətə məxsus avtomobili çox bəyəndiyi üçün qərara gəlmişdir ki, avtomobili qaytarmayaraq bir müddət də sürsün. Bu barədə Əbülfətin özünə heç bir məlumat verməmiş və avtomobilin geri qaytarılmasına dair Əbülfətin etdiyi sonrakı telefon zənglərinə ümumiyyətlə cavab verməmişdir. Düşünmüşdür ki, arada səmimi münasibətlər olduğu üçün Əbülfət onun barəsində avtomobili icazə olmadan idarə etdiyinə görə hüquq-mühafizə orqanlarına şikayət etməz. Bununla da avtomobil xx xxxxx 2020-ci il tarixdə də bütün gün ərzində onda qalmışdır. xx xxxxx 2020ci il tarixdə saat 02 radələrində həmin avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi- Mehdiabad yolu boyunca hərəkətdə olarkən anidən arxasınca bir neçə yol polisi və postpatrul xidməti avtomobillərinin hərəkət etməsini, ona dayanma işarəsi verməsini görmüşdür. O başa düşmüşdür ki, avtomobili geri qaytarmadığı üçün Əbülfət ondan şikayət etdiyinə görə polis işçiləri onu təqib edir. Həm də ölkədə xüsusi karantin rejimi tətbiq olunsa da o həmin qaydalara riayət etməyərək xüsusi icazə olmadan şəhər ərazisində gəzintiyə çıxmasını dərk etmişdir. Ona görə də qərara gəlmişdir ki, avtomobili saxlamayaraq qarşıya çıxacaq bütün maneələri dəf etsin ki, polis tərəfindən yaxalanmasın. Saat təxminən 02:05-də yüksək sürətlə hərəkət etdiyi yolun qurtaracağında stasionar polis postunun olmasını görüb yaxınlaşaraq dayanmışdır. Təxminən 10-15 saniyə fasilə vermişdir. Həmin vaxt arxasınca gələn polis avtomobillərindən biri arxadan ona çox yaxında dayandı. Buna baxmayaraq o, idarə etdiyi avtomobili geriyə doğru hərəkət etdirmiş, avtomobilin arxa qanadları, fara və qapısı həmin polis avtomobilinə dəymişdir. Ardınca geriyə dönmə manevrini edib gəldiyi istiqamətə yenidən çıxmaq istədiyi zaman yenidən həmin avtomobili zədələmişdir. Ardınca isə oradan çıxıb Binəqədi qəsəbəsinin yolları ilə Azadlıq prospektinə, oradan metronun “28 May” stansiyasının çıxışı tərəfdəki yola gəlmişdir. Həmin ərəfədə bütün yol boyu polis patrulları onu təqib etmişlər. O avtomobili iti təhlükəli manevrlərlə və sürətlə idarə etmişdir ki, polislər bundan çəkinib onu təqib etməkdən imtina etsinlər. O Xətai rayonu ərazisindən keçib Bakı şəhəri, Nərimanov rayonu ərazisinə, “Montin” qəsəbəsi deyilən yerə gəlmişdir. Küçələrin birində yenidən stasionar polis postunu görüb artıq bu dəfə məhəllədən keçə bilməyəcəyini başa düşüb dərhal avtomobili saxlamışdır. Həmin vaxt saat 04 radələri olmuşdur. Cəld avtomobildən düşüb qapıları bağlamış və qaçmağa başlamışdır. Onu təqib edən polis əməkdaşları da arxasınca gəlib bir qədər sonra elə “Montin” deyilən ərazidə, yaşayış sahəsi olan məhəllədə onu yaxalamış və polis avtomobilinə əyləşdirmişlər. O idarə etdiyi avtomobilin qapılarını, düşüb qaçmazdan öncə açar düyməsini sıxaraq kilidləyib bağladığı üçün polislər vaxt itirmədən evokuasiya xidmətinə məxsus yük avtomobilini (evokuator) çağırtdırıb avtomobili həmin yük avtomobilinə qaldırıb aparmışlar. Bundan sonra isə onu Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə aparıb təhvil vermişlər. Nəqliyyat vasitəsini idarə etmək üçün nəzərdə tutulan “B” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Həmin vəsiqə etibarlı olmuş, heç vaxt sürücülük hüququ məhdudlaşdırılmamış, sürücülük hüququndan heç bir zaman məhrum edilməmişdir. xx xxxxx 2020-ci il tarixdə avtomobildən düşüb qaçarkən yaxalandıqdan sonra X9, onu təqib edən polis işçilərinin ünvanına nalayiq söyüşlərdən istifadə etməmişdir. “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı minik avtomobilindəki sağ sərnişin oturacağından aşkar edilmiş bıçağı 2020-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərinin mərkəzində, hazırda xatırlamadığı mağazaların birindən almışdır. Qeyd edilən bıçaqla hər-hansı bir cinayət törətmək məqsədi olmamış, sadəcə bıçaq antiq tipli olduğu üçün və belə qeyri-adi görünüşlü əşyalara həvəsi olduğu üçün yanında saxlamışdır. xx xxxxx 2020-ci il tarixdə, hadisə öncəsi xatırlamadığı saatda yerdən təsadüfən marixuana bükümü tapmış, bükümün içərisində olan ot tərkibli maddələri istehlak etdiyindən, avtomobili idarə edərkən həmin maddənin təsiri altında olmuşdur. xx xxxxx 2020-ci il tarixdə “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən bəlkə də hansısa avtomobilə sürtüb keçmişdir. Lakin hər-hansı piyada şəxsi vurmamışdır. Piyada vurmuş olsaydı bunu dəqiq hiss edərmiş. O Binəqədi-Mehdiabad yolunda olarkən polis avtomobilini vuraraq əzmişdir. Bu anda özünün idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus avtomobil də əzilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən məlum olur ki, “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsus olmuşdur. Həmin avtomobilin qeydiyyat şəhadətnaməsində nəqliyyat vasitəsinin sahibi kimi bacısı Şahid7 göstərilmişdir. Lakin avtomobili nəqliyyat vasitəsinə sərəncam vermə haqqında etibarnamə əsasında o idarə etmiş, avtomobil faktiki olaraq onun mülkiyyətində olmuşdur. Onun rəsmi iş yeri olmadığına görə fərdi qaydada avtomobillərin ticarəti ilə məşğul olmuşdur. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında o, öz istifadəsində olan mobil nömrədən “Zakir” adlı şəxsin, avtomobil tacirinin mobil nömrəsinə zəng edib görüşmək istədiyini bildirmişdir. Belə ki, Zakirlə avtomobil alğı-satqısı mövzusunda söhbət etmək niyyəti olmuşdur. Zakir adlı şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinin ərazisində olduğunu göstərərək onu oraya dəvət etmişdir. O da idarə etdiyi “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaşadığı ünvandan çıxıb Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinə getmişdir. Saat 15 radələrində oraya çatdıqda yaşayış kompleksinin ərazisində yerləşən binalardan birinin qarşısında avtomobili saxlamış və enmişdir. Məhəllədə tanışı Təqsirləndirilən şəxs görmüşdür. Ramazan da əslən Naxçıvan Muxtar Respublikasından, yəni onun yerlisi olduğu üçün yaxın olmasa da normal münasibətləri olmuşdur. O, Ramazanla salamlaşıb hal-əhval tutmuş, bundan sonra isə avtomobildən 3-4 metr aralıda yerləşən köşkə yaxınlaşaraq oradan bir ədəd alışqan almışdır. Ardınca isə avtomobilin içərisindən nəm əski götürüb əvvəlcə qabaq alın şüşəsini, sonra qabaq fara işıqlarını, daha sonra isə əyilərək arxa fara işıqlarının tozunu silməyə başlamışdır. Həmin ərəfədə isə Ramazan avtomobilin həndəvərində gəzişmişdir. O avtomobillə sıx təmasda olduğu üçün açarını yuvadan çıxarmamış, mühərrikini söndürməmişdir. Avtomobilin arxa tərəfində olan zaman Ramazan qəfildən avtomobilin sükanı arxasına keçib hərəkətə gətirmiş və oradan uzaqlaşmışdır. O dərhal öz istifadəsində olan 055 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ya *** *** ** **, ya da 055 *** ** ** saylı mobil nömrələrdən birinə yığıb avtomobili qaçırması ilə bağlı irad tutmuş və tələb etmişdir ki, geri qayıtsın. Ramazan isə ərk edib avtomobili götürdüyünü, bir nəfər şəxslə görüşüb 10-15 dəqiqəyə qayıdacağını bildirmişdir. O orada dayanan zaman Ramazanın “Ağa” (Ağabba) adlı qardaşını görmüş, Ramazanın törətdiyi hadisə barədə danışmışdır. Ramazanın qardaşı tövsiyə etmişdir ki, o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat versin. Çünki qardaşı Ramazan qaçırdığı avtomobillə hadisə törədər, nəticədə problem yaranar. O isə Ağabbaya bildirmişdir ki, yerlilik xatirinə onun 102-yə zəng etməyi ayıb olar, ona yaraşmaz və xahiş etmişdir ki, qardaşına zəng edib xəbərdarlıq etsin ki, avtomobili geri versin. Bundan sonra Ağabba da Ramazana zəng edib bir neçə dəqiqə ərzində söhbət etmişdir. Ramazan qardaşına da bir neçə dəqiqədən sonra gələcəyini bildirmişdir. Bu minvalla Ramazan həm onun, həm də qardaşının sonrakı zənglərinə ya cavab verməmiş, cavab verdiyi hallarda isə yalandan yolda olduğunu, gəlib çatdığını demişdir. O həmin günü saat 22:55-dək Ramazanı qardaşının yanında, avtomobilin qaçırıldığı yerdə gözləmişdir. Lakin Ramazan qanunsuz ələ keçirdiyi avtomobili qaytarmadığı üçün DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra o Abşeron Rayon Polis İdarəsinə çağırılmış və araşdırma başlanmışdır. xx xxxxx 2020-ci il tarixdə ona məlum olmuşdur ki, qaçırdığı avtomobillə xuliqanlıq hərəkətləri edən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaxalanmışdır. X13 bu barədə məlumat verildikdən sonra avtomobilin yerləşdirildiyi cərimə meydançasına getmiş və avtomobilə baxdıqda görmüşdür ki, zədələnməsi nəticəsində ona təxminən 5500 (beş min beş yüz) manat məbləğində ziyan dəymişdir. Əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini heç vaxt idarə etməmişdir. Ramazanla elə yaxın və sıx münasibəti olmamışdır ki, avtomobillin sükanı arxasına keçməyə ixtiyarı olsun. O avtomobilinə qarşı çox həssas yanaşmış, doğma qardaşı belə onun avtomobilini idarə etməmişdir. Avtomobili müvəqqəti idarə etmək üçün Ramazandan heç bir vaxt pul almamışdır. Nəqliyyat vasitəsinə baxış zamanı oturacağın üzərindən aşkar edilərək götürülən bıçağın isə onunla heç bir əlaqəsi olmamış, o heç vaxt üzərində və ya avtomobilində bıçaq daşımadığını göstərmişdir. Qanunsuz ələ keçirilən avtomobilin arxa buferi hadisədən öncə də avtomobildə olmamışdır. Həmin bufer özü tərəfindən təmir məqsədi ilə hadisədən bir neçə gün öncə çıxarılmışdır. Digər zədələr isə Təqsirləndirilən şəxs tərəfindən idarə edilən ərəfədə yaranmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş X1 nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsindən məlum olur ki, Bakı şəhərinin bütün inzibati rayonları üzrə mövcud Polis İdarələrinin post və yol-patrul xidmətini həyata keçirən, habelə digər xidmət sahələrinə təhkim edilmiş avtomobillər Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının hesabında və qanuni mülkiyyətində olmuşdur. Qeyd edilən avtomobillərin xidmət sahəsinə təhkim edilməsi, zəruri ehtiyat hissələri ilə təmin edilməsi, yol-nəqliyyat, habelə sair bədbəxt hadisələr nəticəsində zədələnməsi, sıradan çıxması hallarında nəqliyyat vasitələrinin istismara yararlı vəziyyətə gətirilərək gündəlik xidmətinin bərpasına cavabdeh qurum da məhz Avtomobil Təsərrüfatı olmuşdur. xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinə təhkim edilmiş «Fiat Doblo» markalı ** AP *** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin qaçırılmış «BMW» markalı avtomobil sürücüsü tərəfindən qəsdən vurulması və zədələnməsi barədə də Avtomobil Təsərrüfatı məlumatlı olmuşdur. Hadisə ölkə ərazisində yeni yayılmış «Koronavirus» epidemiyası (COVİD-19) ilə əlaqədar tətbiq edilən karantin rejimi dövründə baş verdiyi üçün, xidmətin çevik və operativ qaydada bərpa edilməsi məqsədi ilə Avtomobil Təsərrüfatının maliyyə dəstəyi ilə Binəqədi Rayon Polis İdarəsinin daxili imkanları hesabına qeyd edilən avtomobil tam təmir etdirilmişdir. «Fiat Doblo» markalı ** AP *** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin zədələnməsi nəticəsində Avtomobil Təsərrüfatına 930 (doqquz yüz otuz) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində cəlb olunmuş mərhum X3 hüquqi varisi X6 məhkəmə prosesində verdiyi ifadəsində qardaşı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda təqsirli olduğunu bildirərək qardaşının istintaq vaxtı rəhmətə getdiyi üçün iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs hüquqi varisi Şahid4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs barəsində iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ərizəyə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs marixuana və opij aşkar olunmuşdur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 02:05 dəqiqədə şübhəli şəxs kimi tutulması qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-252/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin xx xxxxx 2020-ci il tarixdən hesablanması və həbsdə saxlama yeri kimi Azərbaycan Respublikasının Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Şahid5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 228.4 və 69.4-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə 20 faiz dövlət nəfinə tutulmaqla islah işləri, 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 228.4, 66.2, 68.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 4000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3/293 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşikli xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020ci il tarixli, 3/293 saylı ekspert tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanıma barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının nümayəndəsi kimi tanınmaqla cinayət prosesində iştirakıının təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 185.2.4 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay olmaqla, ümumilik 05 (beş) ay müddətinə, yəni xx xxxxxxxx 2020-ci il tarixədək uzadılması qərara alınmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam vermə barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.2.4 və 221.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Şahid5 zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5 xx xxxxx 2020-ci il tarixli 435 saylı ekspert rəyindən görünür ki, 1983-cü il təvəllüdlü vət. Şahid5 məhkəmə-tibbi ekspertizasına və onun adına verilmiş tibbi sənəddə qeyd olunanlara əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun aşağıdakı nəticəyə gəlirəm: Vət. Şahid5 bədənində müəyyən edilmiş xəsarətlər – sağ mil sümüyünün tipik yerinin və dirsək sümüyünün bizvari çıxıntısının qapalı, az yerdəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, iş haqqında qərarda olan məlumatları nəzərə alıb və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – alının sol yarısının, sol gözün tış kənarının, boyunun sol yarısının, döş qəfəsinin sol yarısının ön səthinin, döş qəfəsinin sol yarısının arxa səthinin, sol bazu oynağının arxa səthinin, döş qəfəsinin solyan səthinin, alının sağ yarısının, sağ üzst göz qapağının, burnun ucunun, sağ saidin, sağ diş oynağı nahiyəsinin qanşırları, sol yanaq nahiyyəsinin, çənə nahiyyəsinin, sol baldırın, sol diz oynağı nahiyəsinin sıyrıqları, alının sol yarısının, sol qaşın bayır kənarının, sol diz oynağı nahiyəsinin və sağ baldırın əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sol yanaq nahiyəsinin, çənə nahiyəsinin və sol baldırın sıyrıqları müayinədən 4-5 gün əvvəl, digər xəsarətlər isə müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 2. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən xx.xx.2020-ci il tarixdə yumruq və təpiklə yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. 3. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalozasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni idman avadanlığı olan paralel qollardan yıxılaraq əməllə gələ bilmələri qeyri-mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1260 saylı ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin xx xxxxxx 2015-ci il tarixli 422 №-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, ekspertiza tədqiqatı təqdim edilmiş qüsur aktları üzrə təqribi və təxmini hesablanır. 2-ci sual üzrə: Nəzəri hesablama yolu ilə, “Avto Klub” servis tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ziyan aktına əsasən, 2014-cü il buraxılışlı “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilin təmirbərpa xərci təxminən 930,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 300,00 manat, Təmir-bərpa işlərinin qiyməti – 630,00 manat; 2. Nəzəri hesablama yolu ilə, “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ziyan aktına əsasən, 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təxminən 100,00 manat müəyyən edilir. 3. Nəzəri hesablama yolu ilə, “Zərərçəkmiş şəxs2” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ziyan aktına əsasən, 1998-ci il buraxılışlı “BMW 740” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təxminən 5250,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 3950,00 manat, Təmir-bərpa işlərinin qiyməti – 1300,00 manat; İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020ci il tarixli, 9/1260 saylı ekspert tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna qiymət vermə və ictimai təhlükəli əməli tövsif etmə haqqında” qərardan görünür ki, 1. Təqsirləndirilən şəxs əməlində qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmə, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə (qaçırmaqla) özgənin əmlakını qəsdən zədələyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmə cinayətlərinin tərkibi olduğundan onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 185.2.4, 186.1, 221.3 və 228.4-cü maddələrinə tövsif edilməsi və həmin maddələrlə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilməklə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması.
2. Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz ələ keçirdiyi (qaçırdığı) “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx xxxxx 2020-ci il tarixdə “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə qəsdən bir neçə dəfə toqquşdurub zədələməsi, nəticədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş X2 930 (doqquz yüz otuz) manat məbləğində maddi ziyan vurması epizodu əməlin tövsifi baxımından xuliqanlıq cinayətinin dispozisiyasındakı “özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” barədə olan hissəsinə aid edilməsi.
3. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə talama məqsədi olmadan qanunsuz ələ keçirib (qaçırıb) idarə etdiyi “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini silah qismində istifadə etməklə yol-hərəkəti qaydalarına, ictimai qaydaya, cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına məhəl qoymayaraq davamlı onu təqib edən, həmçinin stasionar postlarda növbəli xidmət aparan polis əməkdaşlarına müqavimət göstərdiyindən, idarə etdiyi avtomobillə həyata keçirdiyi həyati təhlükəli manevrlər, o cümlədən yol verdiyi kobud hüquqpozmalarla nəinki öz, digər vətəndaşların da həyat və sağlamlığını real təhlükəyə etdığı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş X1 mülkiyyətində olan “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə məhz qanunsuz ələ keçirdiyi avtomobilin vasitəsi ilə zərər vurduğu üçün əməlin tövsifi baxımından “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı minik avtomobili müqaviməti qırmağa, məhv etmə və zədələmə xüsusiyyətinə malik olduğuna görə Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasındakı “silah qismində istifadə olunan əşyaların siyahısına aid edilməsi.
4. Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin ideal məcmusu qaydasında törətdilən əməllərdə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət edilən xuliqanlıq cinayətinin tərkibi olsa da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi həmin Məcəllənin 221.3-cü maddəsi ilə tam əhatə edildiyi üçün əməlin əlavə tövsifinə zərurətin olmamasının nəzərə alınması.
5. Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz ələ keçirdiyi (qaçırdığı) və idarə etdiyi “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə xx xxxxx 2020-ci il tarixdə ünvan 2 saylı ünvanın qarşısında yerləşən stasionar polis postunu saat 03:49-da yoxlamadan yayınmaq və hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmək məqsədi ilə ötüb keçən zaman idarə etdiyi avtomobili Şahid2 idarə etdiyi “Hyundai Sonata” markalı ** OH *** aövlət qeydiyyat nişanlı avtomobilə qəsdən toqquşdurması və həmin avtomobillər arasında • aranan təmas nəticəsində sonuncu avtomobilin yolun hərəkət hissəsində dayanan yol- aatrul xidməti əməkdaşı Şahid5 dəyməsi, bununla da Şahid5 yıxılaraq sağlamlığına az ağır zərər vurulması epizodu toplanmış istintaq materialları ilə öz mötəbər təsdiqini tapmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127 və 315-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi.
6. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə qanunsuz idarə etdiyi avtomobili, yolda xidmət aparan polis əməkdaşının sağlamlığına qəsdən zərər vurmaq məqsədi ilə Şahid2 idarə etdiyi avtomobilə toqquşdurması və nəticədə yol-patrul xidməti əməkdaşının az ağır xəsarət alması faktı öz təsdiqini tapmadığı üçün həmin xüsusatlara dair qeydlər Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə elan edilmiş ittihamdan xaric edilməsi.
7. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 məxsus “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan, məhz tamah niyyəti ilə, yəni açıq talama məqsədi ilə ələ keçirməsinə dəlalət edən danılmaz sübutlar məcmusu olmadığından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi.
8. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə başlayan və davam edərək xx xxxxx 2020-ci il tarixdə bitən cinayət əməlləri ölkə ərazisində yeni yayılmış “Koronavirus” (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq edilən karantin dövründə törədilsə də, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena rejiminin pozulmasına, xəstəliklərin yayılmasına səbəb olmadığından və xəstəliklərin yayılması üçün real təhlükə yaratmadığından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1 -ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi.
9. Qüvvədə olan Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Məcəllənin 263.1 və ya 263.1 -1 -ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edildiyi üçün Şahid2 barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi.
10. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinin qeydinə əsasən şahid və zərərçəkmiş şəxs təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdiyi ifadənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunduğu üçün Şahid5 və Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi.
11. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı göstərdiyi xüsusatların yoxlanılması, sağlamlığına zərər vurulması faktı ilə polis əməkdaşlarının əməlləri arasında səbəbli əlaqənin olub-olmaması məsələsinə cinayət-hüquqi müstəvidə qiymət verilməsi üçün material ayrılaraq araşdırma aparılması məqsədi ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi.
12. Təqsirləndirilən şəxs həbsdən azad edildiyi gündən məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilmiş müddət ötmədiyindən 15 aprel və xx xxxxx 2020-ci il tarixli cinayət əməllərinə münasibətdə məhkumluq ödənilməmiş hesab edilməsi və həmin əməllərin CM-in 61.1.1-ci maddəsinin cinayətlərin residivinə aid olan hissəsinin təsiri altına düşməsinin nəzərə alınması.
13. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə talama məqsədi olmadan qanunsuz ələ keçirdiyi (qaçırdığı) avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən təqib olunan zaman bir neçə dəfə svetoforun qırmızı, yəni qadağanedici şarəsinə məhəl qoymadan yol ayrıcını keçməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə həmin Məcəllənin 327.4-cü, nəqliyyat vasitəsini idarə etməyə hüququ olmadan narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə həmin Məcəllənin 334.1-ci və avtoxuliqanlıq hərəkətləri edərək həmin Məcəllənin 511.1 -ci maddələri ilə nəzərdə tutulan inzibati xətalara yol vermiş olsa da qeyd edilən əməllər ona elan edilmiş ittihamla tam əhatə edildiyi üçün barəsində inzibati tənbeh tədbirinin tətbiqinə zərurətin olmamasının nəzərə alınması.
14. xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Şahid10, xx xxxxx 2020-ci il tarixdə Şahid2 ölkə ərazisində yeni yayılmış Koronavirus” (COVİD-19) epidemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi dövründə müvafiq icazə sistemində qeydiyyatdan keçməyərək yaşayış yerini tərk etməklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozduqlarına görə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 -ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı Şəhər Baş Polis İdarəsinin ictimai Təhlükəsizlik İdarəsinə göndərilməsi.
16. Zərərçəkmiş şəxs2 məxsus “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs tərəfindən talama məqsədi olmadan qanunsuz ələ keçirilməklə (qaçırılmaqla) yanaşı xx xxxxx 2020-ci il tarixdə törədilən xuliqanlıq hərəkətləri zamanı silah qismində istifadə edildiyi, səthində cinayətin izlərini saxladığı üçün ittihamın düzgün həllinə, obyektiv həqiqətin müəyyən edilməsinə xidmət etdiyindən maddi sübut hesab edilməsi və saxlanc məqsədi ilə zərərçəkmiş şəxsə qaytarılması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş X1 mülkiyyətində olan “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili səthindəki zədələrə, onların xüsusiyyətinə, əlamətlərinə, mənşəyinə görə mühüm sübutetmə əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut hesab edilərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanması nəzərə alınsın.
17. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdiabad şossesində yerləşən cərimə duracağında “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı qeyd edilən nəqliyyat vasitəsinin sağ yan sərnişin oturacağının üzərində aşkar edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı maddi sübut hesab edilərək Bakı Şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlancı otağına təhvil verilməsi.
18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən istintaq orqanına təqdim edilən və “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin 15 və xx xxxxx 2020-ci il tarixlərində hərəkət istiqamətlərinə dair foto görüntülərin əks edildiyi DVD disk cinayət işinin faktiki hallarını müəyyən etməyə imkan verdiyindən müddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi.
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən istintaq orqanına təqdim edilən və Abşeron, habelə Bakı şəhər ərazisinin müxtəlif nöqtələrində quraşdırılmış müşahidə kameralarının qeydə aldığı video görüntülərdən bəhs edən DVD-R diskdə “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxx 2020-ci il tarixdə müvafiq hərəkət marşrutu, sürücü Təqsirləndirilən şəxs yol verdiyi ictimai təhlükəli əməllər və ittihamın düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edildiyi üçün həmin disk maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə edilməsi.
20. Şahid2 idarə etdiyi “Hyundai Sonata” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs ittiham edilməsinə münasibətdə mühüm süburetmə əhəmiyyəti daşımadığından maddi sunutların siyahısına aid edilməməsi.
21. Təqsirləndirilən şəxs və iş üzrə şahid, yol-patrul xidməti əməkdaşı Şahid5 sağlamlığına vurulan zərərin təyininə dair məhkəmə-tibbi ekspertizasının müvafiq olaraq xx xxxxx 2020-ci il tarixli 435 nömrəli və xx xxxxx 2020-ci il tarixli 616 nömrəli rəyləri ittihamın əsaslılığı ilə bilavasitə səbəbli əlaqədə olmadıqları üçün mötəbər dəlil əhəmiyyəti kəsb edən sübutların siyahısına aid edilməməsi.
22. Şahid2 xx xxxxx 2020-ci il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin səthindəki zədə Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində əmələ gəlmədiyi üçün həmin epizod əsas ittihamdan xaric edildiyindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1260 nömrəli rəyinin “Hyundai Sonata” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilinin qiymətləndirilməsinə dair olan hissəsi mötəbər sübutların siyahısına aid edilməməsi.
23. Təqsirləndirilən şəxs dindirilərkən özünü qismən təqsirli bilərək ifadəsində tanışı Zərərçəkmiş şəxs2 məxsus avtomobili talama məqsədi olmadan ələ keçirmədiyini (qaçırmadığını), sonuncudan həmin avtomobili öz razılığı əsasında 50 (əlli) manat pul müqabilində müvəqqəti sürmək üçün aldığını, xx xxxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onların və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmədiyini göstərsə də qeyd edilən xüsusatlar təsdiqini tapmadığından özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilməsi və sübut növü kimi qəbul edilməməsi.
24. İş üzrə zərərçəkmiş şəxs X7 ifadəsində “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilinin zədələnməsi nəticəsində ona təxminən 5500 manat ziyan vurulması, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1260 nömrəli rəyində isə həmin avtomobilin təmir-bərpa xərcinin 5250 manat təşkil etməsinə dair ziddiyyətlə əlaqədar əlavə dindirilmiş Zərərçəkmiş şəxs2 ekspertiza rəyində qeyd edilən zərər məbləği ilə razılaşmaqla ifadəsində göstərdiyi məbləğin təqribi xarakter daşımasını bildirdiyindən “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində vurulmuş zərərin məbləği 5250 manat kimi qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4, 186.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunması qərara alınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış ifadədən görünür ki, o, ona Azərbaycan Respublikası CM-nin 185.2.4, 186.1, 221.3 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilmir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Şahid4 xx.xx.1983-cü ildə doğulmuşdur, atası Ağabbayev Sultan anası Dünyamalıayeva Gülüstandır. İş materiallarında olan Təqsirləndirilən şəxs arvadı X8 notariat qaydasında təsdiq edilmiş ərizəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs onun əri idi. O, Bakı İstintaq təcridxanasında vəfat etmişdir. O, onun hüquqi varisidir, lakin Naxçıvan Respublikasının Culfa rayon Göydərə kəndində yaşadığı üçün məhkəmədə iştirak edə bilmir, xahiş edir ki, hüquqi varis kimi Təqsirləndirilən şəxs qardaşı Şahid4 cəlb olunsun. İş materiallarında olan Təqsirləndirilən şəxs Sutlan oğlunun hüquqi varisi kimi cəlb olunmuş qardaşı Şahid4 Sulğan oğlunun məhkəməyə təqdim etdiyi ərizədən məlum olur ki, qardaşı Təqsirləndirilən şəxs barəsində iş üzrə bəraət verici əsaslar olmadan cinayət işinə xitam verəsiz. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx xxxxxx 2020-ci il tarixli, xx/xx-6561 nömrəli xüsusi məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı İstintaq Təctidxanasında saxlanıldığı kamerada intihar edərək ölmüşdür. Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi açılmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4, 186.1, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələrlə və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.2.4, 186.1, 221.3 və 228.4-cü maddələri ilə tövsif edilmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Azərbaycan Respublikası CPM-nin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2010-cu il tarixli Qərarında olan hüquqi mövqeyində qeyd olunmuşdur ki, barəsində cinayət təqibinə xitam verilmiş şəxsin hüquqlarının müdafiəsinə gəldikdə X15 Avropa Konvensiyasının 2-ci maddəsi istintaq orqanları üçün istintaq gedişində yaxın qohumlar tərəfindən konkret istintaq hərəkəti ilə bağlı edilmiş bütün tələbləri təmin etmək öhdəliyi yaratmasa belə (Ramasahi və digərləri Niderlanda qarşı iş üzrə xx xxx 2007-ci il tarixli qərar), Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə ölmüş şəxsin yaxın qohumları, hər bir halda, qanuni maraqlarının təmin olunmasının tələb etdiyi dərəcədə bütün işlər üzrə prosesə cəlb olunmalıdırlar. Avropa Məhkəməsi bir sıra işlər üzrə qərarlarında vurğulamışdır ki, ölmüş şəxsin yaxın qohumlarının prosesə cəlb edilməsi, onlara cinayət işinin materialları ilə tanış olmaq imkanının verilməsi və müvafiq məlumatlarla təmin edilməsi vacibdir (Güleç Türkiyəyə qarşı iş üzrə xx xxxx 1998ci il tarixli qərar). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsi isə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsinin haqlı olduğunu müəyyən edir. Qeyd olunanlar məhkəmədə belə nəticəyə gəlməyə əsas verir ki, hər kəsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsizliyini sübut etmək hüququ Konstitusiyanın məhkəmə müdafiəsini və təqsirsizlik prezumsiyasını təmin edən 60 və 63cü maddələrinin, eləcə də Konvensiyanın səmərəli istintaq hüququnu və ədalətli məhkəmə araşdırması hüququnu təmin edən 2 və 6-cı maddələrinin müddəalarına zidd olaraq məhdudlaşdırılmasın. Digər tərəfdən, ölmüş şəxsin yaxın qohumlarının qanuni maraqlarını nəzərə almadan cinayət təqibinə CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi cinayət prosessual qanunvericiliyinin vəzifələrinə də xələl gətirmiş olar. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 185.2.4, 186.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlandığı kamerada intihar edərək vəfat etdiyindən, onun hüquqi varisi qismində cinayət prosesinə cəlb edilmiş qardaşı Şahid4 və müdafiəçisi cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirdiyi üçün Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.2.4, 186.1, 221.3 və 228.4-cü maddələri ilə başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 43.3-1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması və Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş X1 mülkiyyətində olan “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilinBakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə təhvil verilməsi nəzərə alınmalı,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş bir ədəd yaddaşında foto görüntülər olan DVD və bir ədəd yaddaşında video görüntülər olan DVD-R disklər cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus Bakı şəhər BPİ-nin maddi sübutların saxlancı otağında saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 164 (yüz altmış dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, istintaq zamanı və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində istintaq zamanı və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39 və 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4, 186.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus “BMW 740” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması və Daxili İşlər Nazirliyi Maddi- Texniki Təminat Baş X1 mülkiyyətində olan “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilinBakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş bir ədəd yaddaşında foto görüntülər olan DVD və bir ədəd yaddaşında video görüntülər olan DVD-R disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus və Bakı şəhər BPİ-nin maddi sübutların saxlancı otağında saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 164 (yüz almış dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Göstərilmiş 45 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən: Vüqar Məmmədov