Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-367/2021 11.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Binəqədi Rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.3, 177.2.4, 178.2.2, 66.2, 69.3-cü maddələri ilə 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 30.12.2020-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin 30.12.2020-ci il tarixli qərarı ilə cəzası 02 il 06 aya endirilmiş və cəzası çəkilmiş hesab edilərək azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 06.04.2021-ci il tarixdə saat 03.00 radələrində şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Aslan” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən adsız mağazasına əvvəlcədən aralarında olan razılaşmaya görə “Aslan” adlı şəxs ərzaq mağazasının qapısını özü ilə gətirdiyi dəmir parçası sındırıb qanunsuz daxil olmuş, o isə kənar şəxs gələrsə bu barədə məlumat vermək üçün mağazanın qarşısında puskuda dayanmış, “Aslan” adlı şəxs isə maqazinin içərisindən 1700 manat dəyərində müxtəlif markalı siqaretlər, soyuducuda yeləşən 300 manat dəyərində energetik içkilər, 40 manat dəyərində “Manqalüstü” markalı sosiska, 30 manat dəyərində “İmperial” markalı kolbasa, rəflərdə qoyulmuş hər biri 1 manat təşkil edən 25 ədəd üzərində “EZZ BUTENE FUEL” yazıları olan 18 ml qaz flakonlar və 2 manat dəyərində qaz flakonlarının saxlanılması üçün nəzərdə tutulmuş 25 gözlü 11 sm x 11 sm ölçüdə plastik qab, hər biri 0,70 manat təşkil edən 40 ədəd “Criket” markalı alıqşan, hər biri 0,20 manat təşkil edən 80 ədəd polietilen sellofanlar, hər biri 4 manat təşkil edən 20 ədəd “ELYANORA MALAKİ” markalı ətirləri və saxlanc yeri hesab olunan kassa aparatından 430 manat nəğd pulu gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2651 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailəsiylə birlikdə yaşayır.O, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkumluğu olmuşdur.O, 30.12.2020-ci il tarixdə cəza çəkdiyi 14 saylı X4 azadlığa çıxmışdır. O, azadlığa çıxdıqdan sonra heç yerdə işləmirmiş.O, cəzaçəkmə müəssisəsində cəza çəkən zaman orada Abbasov Aslan adlı şəxslə münasibəti yaranmışdır.O, azadlığa çıxdıqdan sonrada onunla əlaqəsini kəsməmişdir.Belə ki, azadlıqda olan zaman onunla tez-tez görüşürmüş.Bundan başqa onların olduqları cəzaçəkmə müəssisəsində Şahid adlı şəxsdə olmuşdur.X5 rayonunda yerləşən evdə qalırmış.Onlar çox zaman Aslanla birlikdə Məmmədağaya məxsus evdə yığışıb çay içir və söhbət edirlərmiş. 05.04.2021-ci il tarixdə o və Aslan tanışları Məmmədağanın evinə getmişlər. Orada oturub çay içib söhbət etdikdən sonra o, Aslana çöldə gəzməyi təklif eləmişdir. Aslan və o, Məmmədağayla sağollaşıb çölə çıxmışlar.06.04.2021-ci il saat təxminən 01.00 radələrində çöldə gəzən zaman o, Aslana pul lazım olduğunu bildirmiş və pulu tapmadığından ona oğurluq etmək təklifi eləmişdir.Aslan onunla razılaşmış və onlar oğurluq etmək qərarına gəlmişlər.O, oğurluq etmək üçün yaşadığı “Xutor” qəsəbəsinə gəlmişdir.Orada bir qədər gəzib maqazin və ya obyekt axtarmışlar.Həmin gün saat təxminən 02:30 radələrində o, yaşadığı evin yaxınlığında yerləşən ərzaq maqazinin olduğunu görmüşdür.O, Aslana həmin maqazinə girməyi təklif eləmişdir.Aslan onunla razılaşmış və ətrafda heç kimin olmadığını görmüşlər.Bu zaman o və Aslan maqazinin qapısına yaxınlaşmışlar.Həmin vaxt maqazinin qapısı çöl tərəfdə dəmir jalüzlə örtülmüşdür.O, həmin jalüzü qaldırmış və plastik qapı olduğunu görmüşdür. Bu zaman Aslan cibindən çıxardığı dəmir parçası ilə plastik qapını açmaq istəmişdir.O, Aslanın yanında durub ətrafa baxırmış ki, heç kim gəlməsin.Bir neçə dəqiqə sonra Aslan qapını açmış və içəri daxil olmuşdur. O, isə çöldə dayanaraq ətrafa baxırmış ki, kimsə yaxınlaşsa məlumat versin.Təxminən 20- 25 dəqiqə sonra Aslan əlində 3 ədəd sellofan torbalara doldurulmuş əşyalarla çölə çıxmışdır.Bir qədər irəli gəldikdən sonra o, Aslana məxsus mobil telefonla *2111 taksi şirkətinə zəng edərək Yasamal rayonu ərazisində yerləşən “Saf su” deyilən əraziyə sifariş vermişdir. Təqribən 5-6 dəqiqə sonra sifariş veridyi taksi gəlmiş və onlar birlikdə Məmmədağaya məxsus evə getmişlər. Onlar Məmmədağanın yaşadığı evə çatdıqda qapını döymüşdür.Məmmədağa onlardan sellofan torbalarda ne olduğunu soruşmuşdur.Aslan həmin sellofan torbalarda olanın ərzaq məhsulları olduğunu və özü gətirdiyini bildirmişdir.O, Aslanla birlikdə otağa keçmişlər.O, sellofanları açanda görmüşdür ki, onun içərisində kolbasa, müxtəlif markalı siqaretlər, ətirlər və plastmas qablarda maye qaz var imiş. Kolbasaları o, soyuducuya qoymuşdur ki, sonra istifadə etsinlər. Siqaretləri isə Aslan ona satacağını bildirmişdir.Bundan başqa, Aslan oradan pul da götürmüşdür. Aslan ona 5 manatlıqlar və qəpiklər vermişdir.Təxminən ona 40 manat pul vermişdir. Həmin zaman Məmmədağa yanlarında yox imiş. Onlar gələndə Məmmədağa harasa getmişdir.Bundan sonra ertəsi gün Aslan siqaretləri də götürüb harasa getmişdir.Təxminən bir neçə saatdan sonra qayıdıb ona 100 manat pul vermişdir ki, siqaretdən ona düşən paydır.Həmin oğurluqdan ona 140 manat pul qalmışdır.Bundan başqa maqazində oğurlanmış ətirlər və plastmas qabda olan maye qazlar evdə saxlayırmış və lazım olanda istifadə edirmiş.O, Aslanı tutulmamışdan təxminın 4-5 gün əvvəl görmüşdür.Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq oğurluq əməlini tanışı Aslan Abbasovla birlikdə törətdiyini, oğurluq zamanı maqazinin qapısnı birlikdə açdığını, Aslan içəri daxil olduqdan sonar çöldə dayanaraq ətrafı müşahidə etdiyini, aralarında qabaqcadan razılaşma olduğunu, onların və Aslanın hərəkətlərini qıraqdan heç kimin görmədiyini, onların oğurluq əməli barədə heç kimin məlumatı olmadığı və heç kimin onlara köməkli etmədiyini, taksi sürücüsünün bu barədə heç bir məlumatı olmadığını, taksinin sifarişlə gəldiyini, tanışı Məmmədağaya məxsus evə daxil olan zaman Aslan əlində olan əşyaların özünə məxsus olduğunu, evdə pul bölən zaman yanlarında heç kimin olmadığını, siqaretlər Aslan adlı tanışı satdığını bildirmişdir.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində market işlədirmiş.Həmin marketi o, hər gün saat 11-də bağlayıb səhər saat 09:00-da açırmış. 05.04.2021-ci il tarixdə saat 23:00-da mən maqazini bağlayıb evə getmişdir.Ertəsi gün o, evdən işə gələn zaman müəyyən etmişdir ki, marketin qapısı açıqdır və dərhal polisə məlumat vermişdir.Bundan sonra hadisə yerinə polislər gəlmişlər.Qeyd etmişdir ki, maqazindən 1 700 manat dəyərində müxtəlif markalı siqaretlər, 300 manat dəyərində energetik içkilər, 130 manat nəğd pul qəpik formasında, 300 manat nəğd pul, 40 manat dəyərində “Manqalüstü” markalı sosiska, 30 manat dəyərində “İmperial” markalı kolbasa, hər biri 1 manat olan 25 ədəd alışqan doldurmaq üçün maye qaz, hər biri 0,70 manat olan 40 ədəd “Criket” markalı alışqan, hər biri 0,20 manat təşkil edən 80 ədəd polietilen sellofanlar, hər biri 4 manat təşkil edən 20 ədəd “Elyanor” firmsında olan ətirlər oğurlanmışdır.Baş vermiş hadisə zamanı ona ümumilikdə 2649 manat maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödəmədiyini, ondan şikayətçi olduğunu bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşamışdır.O, əvvəllər məhkum olunmuşdur. Cəza çəkmə müəssisəsində cəza çəkən zaman o, Aslan və Tale adlı şəxslərlə tanış olmuşdur.2020-ci ildə azadlığa buraxıldıqda o, yenidən onlarla əlaqə saxlayır və onlar tez-tez görüşürlərmiş. O, son zamanlar tək qalır.Aslan və Tale çox zaman bir yerdə olurlarmış.Sonuncu dəfə 05.04.2021-ci il tarixdə Tale və Aslan o, yaşadığı evə gəlmişlər.Həmin zaman evdə ondan başqa heç kim olmamışdır.Aslan və Tale onun yaşadığı evə gəlmişlər və çay içib bir qədər söhbət etdikdən sonra onlar harasa getmişlər. Onların hara getmələri barədə Məmmədağanın məlumatı olmamışdır.06.04.2021-ci il tarixdə saat təxminən 05.00 radələrində Aslan və Tale onun evinə gəlmişlər.Tale və Aslan evə gələn zaman əllərində sellofan torbalar olmuşdur.O, həmin torbalarda nə olduğunu bilməmişdir. Aslandan həmin torbaların içərisində nəyin olduğunu soruşduqda Aslan ona özünə məxsus olduğunu və aldığını bildirmişdir.O, onların içərisində nə olduğunu bilmədən çölə siqaret çəkməyə çıxmışdır.Təxminən 10-15 dəqiqə sonra o, içəri daxil olmuşdur.Bu zaman stolun üstündə kolbasa və siqaretlər var imiş.O, ondan bunun hardan gətirdiklərini soruşduqda Aslan özü aldığını və özünə məxsus olduğunu bildirmişdir.Bundan başqa, Aslan Taleyə ətir və bir neçə plastik flakonda maye qazlar var imiş.Tale onları evdə saxlamış və bildirmişdir ki, alışqanın qazı bitəndə doldurarlar.Həmin əşyaların oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır.Onun Tale və Aslanın oğurluq əməlləri barədə heç bir məlumatı olmamış onlarla oğurluqda iştirak etməmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 08.07.2021-ci il tarxili 9/4174 saylı rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5,60 manat müəyyən edilir.Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində götərilmişdir. Digər 2 ədəd üzərində “EZZ BUTENE FUEL” yazıları olan 18 ml flakonlarının təxminən 90%-dən çox hissəsi istifadə olunduğu üçün qiymətləndirmə aparılmadı.Malların qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: 1) üzərində “EZZ BUTENE FUEL” yazıları olan 18 ml qaz flakonu (təxminən 60% hissəsi istifadə olunmuş vəziyyətdə) – 01 ədədi 0,40 manat; 2) üzərində “EZZ BUTENE FUEL” yazıları olan 18 ml qaz flakonu (təxminən 30% hissəsi istifadə olunmuş vəziyyətdə) – 01 ədədi 0,70 manat; 3) üzərində “EZZ BUTENE FUEL” yazıları olan 18 ml qaz flakonu (təxminən 90% hissəsi istifadə olunmuş vəziyyətdə) – 02 ədədi qiymətləndirmək mümkün olmadı; 4) üzərində “EZZ BUTENE FUEL” yazıları olan 18 ml qaz flakonu – 02 ədədi 2 manat (01 ədədin qiyməti- 1 manat); 5) istifadə olunmuş qaz flakonlarının saxlanılması üçün nəzərdə tutulmuş 25 gözlü 11 sm x 11 sm ölçüdə plastik qab – 01 ədədi 2 manat; 6) istifadə olunmuş, üzərində “ELYANORA MALAKİ” yazısı olan ətir qabı – 01 ədədi 0,50 manat. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 29.12.20214-cü il tarixdə Gəncə hərbi məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nın 338.1, 62-ci maddələrinə əsasən barəsində 200 manat cərimə cəzası təyin edilmişdir. Bundan başqa o, 16.10.2018-ci il tarixdə Binəqədi rayon məhkəmsinin hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3,177.2.4,178.2.2, 66.2, 69.3-cü maddələri iə barəsində 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.30.12.2020ci il tarixdə Qaradağ rayon Məhkəməsinin 30.12.2020-ci il tarixli qərarı ilə cəzası 02 il 06 aya endirilib və cəzası çəkilmiş hesab edilərək azad olunmuşdur.Qüvvədə olan Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdən sonra məhkumluğu ödənilmiş sayılır.Lakin Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı müddətdən 2 ildən az müddət keçdiyindən onun məhkumluğu ödənilməmiş və məhkum edilmiş hesab edilməlidir. Bundan başqa qüvvədə olan Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayəti tərdilməsi cinayətin residivini yaradır.Odur ki, Təqsirləndirilən şəxs əməlindən cinayətlərin residivi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Plenumunun 27.12.1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməldən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən aradan qaldırılması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətin residivini CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ilkin izahat və ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə tam təsdiqini tapır, buna görə də, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli bilinməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 14.04.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Vəliyev tərəfindən qəbul olunmuş 14.04.2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 14.04.2021-ci il tarixdə tutulmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğuna görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 06 ədəd «EZZ BUTENE FUEL» yazıları olan 18 ml qaz flakonlarını, 01 ədəd qaz flakonların saxlanılması üçün nəzərdə tutulmuş 25 gözlü 11 sm x 11 sm ölçüdə plastik qab və 01 ədəd üzərində «ELYANORA MALAKİ» yazısı olan boş ətir qabının sahibi - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 14.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 06 ədəd «EZZ BUTENE FUEL» yazıları olan 18 ml qaz flakonlarını, 01 ədəd qaz flakonların saxlanılması üçün nəzərdə tutulmuş 25 gözlü 11 samX11 sm ölçüdə plastik qab və 01 ədəd üzərində «ELYANORA MALAKİ» yazısı olan boş ətir qabının sahibi - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-367/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-367/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver