Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-368/2022 25.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 244-1.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə xx xxxx 1966-cı il tarixdə Laçın rayonu, Mığıdərə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 244-1.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 tamah məqsədilə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və saxlama barədə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, Təqsirləndirilən şəxs2lə birgə işlətdikləri Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fəaliyyət göstərən “Həkəri” adlı kafedə fərdi otaqların birində 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən qumarxana, yəni pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış, 24 yanvar 2022-ci il tarixdə həmin kafedəki fərdi otaqların birində müştərilər Şahid1, Şahid2, Şahid3 və Şahid4 zəruri şərait yaradıb pul uduşlu “Poker” qumar oyunlarının keçirilməsi üçün yer təşkil edərək saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 yanvar 2022-ci il tarixdə, saat 22:24-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fəaliyyət göstərən “Həkəri” adlı kafedə fərdi otağa baxış keçirilən zaman otaqda müştərilərin qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 3075 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 02 dəst oyun kartı aşkar edilərək götürülmüşdür.
2. Təqsirləndirilən şəxs2 tamah məqsədilə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və saxlama barədə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, Təqsirləndirilən şəxs1lə birgə işlətdikləri Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fəaliyyət göstərən “Həkəri” adlı kafedə fərdi otaqların birində 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən qumarxana, yəni pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış, 24 yanvar 2022-ci il tarixdə həmin kafedəki fərdi otaqların birində müştərilər Şahid1, Şahid2, Şahid3 və Şahid4 zəruri şərait yaradıb pul uduşlu “Poker” qumar oyunlarının keçirilməsi üçün yer təşkil edərək saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 yanvar 2022-ci il tarixdə, saat 22:24-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fəaliyyət göstərən “Həkəri” adlı kafedə fərdi otağa baxış keçirilən zaman otaqda müştərilərin qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 3075 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 02 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, o, dayısı oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə şərikli olaraq Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Həkəri” adlı kafeni “Əbülfət” adlı şəxsdən aylıq 1000 manata icarəyə götürmüşlər. O və Məzahir həmişə kafedə olmaqla kafeyə nəzarət etmişlər. Kafedə üç nəfər ofisant işləyir, onlara gündəlik 12-15 manat əmək haqqı verilir. Şahid5 da kafedə ofisant işləyir, Şahid1 onun dostu və həmkəndlisidir. O, Şahid1lə dost olduğundan dəfələrlə öz işçilərinə tapşırmışdır ki, Şahid1 və onun dostlarına yaxşı xidmət göstərsinlər. Bir dəfə Elşən ona kafedə öz dostları ilə yeyib içdikdən sonra öz aralarında qumar oynamaq istəyi ilə bağlı fikir bildirmiş, o, isə bu barədə Təqsirləndirilən şəxs2 demiş, lakin o bu işin düzgün iş olmadığını oynamağa icazə verməməsini demiş, o da Məzahirə Elşənin dostu olduğunu, heç bir problem olmayacağını bildirmişdir. Onun bu sözündən sonra Məzahir heç bir şey deməmişdir. Bundan sonra Elşən bir neçə dəfə tanışları ilə gəlib yeyib içdikdən sonra qumar oynamışlar. 24 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində Elşən və onunla birlikdə tanışları dörd nəfər şəxs kafeyə gəlmişlər. Onları kabinetdə yerləşdirdikdən sonra yemək yemişlər. Axşam saat 22 radələrində bir neçə polis əməkdaşı kafeyə daxil olmuşlar. Həmin zaman o kafenin içərisində Məzahirlə siqaret çəkərək söhbət etmişlər. Polislə onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlara kafedə qumar oyunları təşkil edildiyini və baxış keçirmək istədiklərini bildirmişlər. Onlar da baxış keçirilməsinə etiraz etmədiklərini demişlər və videoçəkiliş aparılmaqla kafedəki Elşəngil əyləşdiyi kabinetə daxil olmuşlar. Kabinetdə Şahid1 və tanımadığı üç nəfər tanışının qumar oynadıqları aşkar edilmişdir. Masanın üzərində iki dəst oyun kartı və 3075 manat pul vəsaiti aşkar edilmiş və götürülmüşdür. Bundan sonra onları Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə qeyd edilənlər barədə protokol tərtib edilmiş, protokolu imzaları ilə təsdiq etmişlər. Qeyd edilənlər barədə izahat verdikdən sonra sərbəst buraxılmışdır. O, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Laçın rayonundan məcburi köçkün kimi Bakı şəhərində yerləşdikdən sonra kafe icarəyə götürərək işlətmişdir. Bibisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə şərikli olaraq Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Həkəri” adlı kafeni Əbülfət adlı şəxsdən aylıq 1000 manata icarəyə götürmüşlər. Aralarında heç bir rəsmi sənədləşmə olmamışdır. O və Qədir həmişə kafedə olmaqla kafeyə nəzarət etmişlər. Kafedə üç nəfər ofisant işləyir. Onlara da gündəlik 12-15 manat əmək haqqı verilmişdir. Şahid5 da ofisant işləyir. Şahid1 Təqsirləndirilən şəxs1 tanışı və onlarla həmyerlidir. Elşən bir neçə də öz tanışları ilə kafeyə gəlib yemək yeyib içmişlər. Onunla elə bir tanışlığı və münasibəti olmamışdır. Qədirlə söhbətlərin birində Qədir ona Elşənin yemək yedikdən sonra öz tanışları ilə kafedə qumar oynamaq istədiklərini bildirmişdir. O Qədirə həmin işin düzgün iş olmadığını, ondan gələn gəlirin haram pul olduğunu bildirmişdir. Lakin Qədir ona Elşənin onun dostu olduğu üçün onlara oynamayın deyə bilmədiyini bildirmişdir. Bu söhbətdən başqa aralarında bu məsələ ilə bağlı başqa bir danışıq olmamışdır. Onun kafedə qumar oynanılmasından qətiyyən xəbəri olmamışdır. 24 yanvar 2022-ci il tarixdə onu evdən çağırmışlar, kafeyə gəlmiş, kafedə polis əməkdaşlarını görmüş, onlara kafedə qumar oyunları təşkil edildiyini və baxış keçirmək istədiklərini bildirmişlər. Onlar da baxış keçirilməsinə etiraz etmədiklərini demişlər və videoçəkiliş aparılmaqla kafedəki Elşəngil əyləşdiyi kabinetə daxil olmuşlar. Kabinetdə Şahid1 və tanımadığı üç nəfər tanışının qumar oynadıqları aşkar edilmişdir. Masanın üzərində iki dəst oyun kartı və 3075 manat pul vəsaiti aşkar edilmiş və götürülmüşdür. Bundan sonra onları Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə qeyd edilənlər barədə protokol tərtib edilmiş, protokolu imzaları ilə təsdiq etmişlər. Qeyd edilənlər barədə izahat verdikdən sonra sərbəst buraxılmışdır. Deyilənlərin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş CMin 244-1.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisi olmaqla sonuncu ilə yaxın dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs1 Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Həkəri” kafesini icarəyə götürərək işlədir. O da bir neçə dəfə tanışları ilə həmin kafeyə gedib yeyib içmişlər. 24 yanvar 2022-ci il tarixdə də o tanışları Şahid2 və onun tanışı X3, eləcə də Şahid3 və Şahid4 ilə birlikdə həmin kafeyə getmişlər. Saat 18 radələrində oturub yemək yeyib spirtli içki olan araq da içmişlər. Həmin gün saat 21 radələrində yeyib içdikdən sonra o, ofisanta pul vermiş və onlara qumar oynamaq üçün kart dəstləri alıb gətirmişdir. Ofisanta masanı yığışdırmasını tapşırmışlar və kart oynamağa başlamışlar. Oyun zamanı seka pulu deyilən pulu da yığıb kafenin hesabını bağlamışlar. Oyuna əsasən 5-10 manatla oynamışlar. Digər oynayanlar da onun tanışları olmuşdur. Onlar bir neçə oyun oynadıqdan sonra saat 22 radələrində otağa bir neçə mülki geyimli polis əməkdaşı daxil olmuşdur. Onlar özlərini təqdim etmişlər. Həmin zaman onlar qumar oynamışlar, masada iki dəst kart və 3000 manata yaxın pul vəsaiti olmuşdur. Polis əməkdaşları baxış keçirmişlər və kart dəstlərini və 3075 manat pulu qablaşdıraraq götürmüşlər və onu da baş idarəyə dəvət etmişlər. Baş idarədə qeyd edilənlər barədə protokol tərtib edilmiş, protokola imza etmişlər və qeyd edilənlər barədə izahat vermişdir. Həmçinin ona verilən sullara cavab olaraq bildirmişdir ki, qumar oynamaları barədə kafenin müdirləri olan Təqsirləndirilən şəxs1 və onun şəriki Təqsirləndirilən şəxs2 deyil, onlara qulluq edən ofisianta məlumat vermişdir. O, tanışlarına qumar oynamaq üçün müdriyyətdən icazə alacağını bildirmişdir. İstintaq zamanı ifadəsini oxumadan qol çəkdiyi üçün ifadəsində qeyd olunan “Qədirlə söhbət etməsi və ona qumar oynamaq istədiyini bildirməsi, Qədirin də problem olmadığını, oyanaya biləcəklərini bildirməsi kimi” ifadələr verməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir tanıyır, onunla arasında normal münasibəti olmuşdur. 2022-ci ilin yanvar ayının əvvəllərində Elşənlə görüşən zaman uzun müddətdir görüşmədiklərini və birlikdə hansısa bir kafedə yemək yemək qərarına gəlmişlər. Həmin zaman Elşən bildirmiş ki, onun Laçın rayonundan olan həmyerliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Həkəri” adlı kafeləri vardır. Orada yaxşı yemək verirlər. Həmin zaman onlar həmin kafeyə getmək barədə razılaşmışlar. Kafeyə gedərkən Elşən tanımadığı bir neçə nəfər tanışı da olmuşdur. Həmin kafeyə getdikdən sonra orda yemək yeyib spirtli içki qəbul etdikdən sonra Elşən təklif etmişdir ki, orada qumar oynasınlar və yığılmış “seka” deyilən pulla da hesabı ödəsinlər. O kafe müdriyyətinin qoymayacağını bildirdikdə, Elşən bu məsələ ilə bağlı nə dediyini xatırlamır. Onlar qumar oynamağa başlamışlar. Oyuna əsasən 5-10 manatla oynamışlar. Təxminən bir neçə dəfə həmin kafedə yemək yedikdən sonra qumar oynamışlar. Həmin vaxt o, özü ilə birlikdə dostu Şahid3 da aparmışdır. O da onlarla birlikdə yemək yedikdən sonra qumar oynamışdır. Ondan başqa Elşənin tanışı Şahid2 onlarla oynamışdır. Sonuncu dəfə 24 yanvar 2022-ci il tarixdə Elşənlə danışmışlar və yenidən gedib həmin kafedə qumar oynamaq qərarına gəlmişlər. 24 yanvar 2022-ci il tarixdə də Elşən ona həmin “Həkəri” kafesinə gəlməsini bildirmişdir. Onunla qumar oynayan Şahid2 da gələcəyini bildirmişdir. Həmin zaman o dostu Şahid3lə birlikdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Həkəri” adlı kafeyə getmişdir. Həmin zaman kafedə Şahid1, Şahid2 və onunla birlikdə Ricay adlı şəxs olmuşdur. Onlar kafedə kabinetlərin birində əyləşmişlər, saat 18 radələrində oturub yemək yeyib spirtli içki olan araq da içmişlər. Saat 21 radələrində ofisanta masanı yığışdırmasını tapşırmışlar və kart oynamağa başlamışlar. Həmin zaman Ricay Əhmədov kart oynamamışdır, o və digər 3 nəfər oynamışdır. Onlar bir neçə oyun oynadıqdan sonra saat 22 radələrində otağa bir neçə mülki geyimli polis əməkdaşı və kafenin müdirləri Qədir və onun şəriki Məzahir daxil olmuşlar. Onlar özlərini təqdim etmişlər. Həmin zaman onlar qumar oynamışlar və masada iki dəst kart, və 3000 manat yaxın pul vəsaiti olmuşdur. Polis əməkdaşları baxış keçirmişlər və kart dəstlərini və 3075 manat pulu qablaşdıraraq götürmüşdür. Onları da baş idarəyə dəvət etmişlər. Baş idarədə qeyd edilənlər barədə protokol tərtib edilmiş, protokola imza etmişlər və qeyd edilənlər barədə izahat vermişdir. Qanunsuz olaraq qumar oyunlarında iştirak etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və 3 000 manat cərimə edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onların qumar oynamalarına Elşənlə kafenin müdriyyəti arasında razılıq olub-olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid4 uzun müddətdir tanıyır. 24 yanvar 2022-ci il tarixdə Layiq ona Elşən adlı dostunun tanışlarının kafesinə onlarla birlikdə gedib yeyib içməyi, bildirmiş, o isə razılaşmışdır. Onlar kafedə kabinetlərin birində əyləşmişlər, saat 18 radələrində oturub yemək yeyib spirtli içki olan araq da içmişlər. Həmin kafeyə getdikdən sonra orda yemək yeyib spirtli içki qəbul etdikdən sonra Elşən təklif etmişdir ki, orada qumar oynasınlar və yığılmış “seka” deyilən pulla da hesabı ödəsinlər. O, kafe müdriyyətinin qoymayacağını bildirdikdə, Elşən müdriyyətin xəbəri olduğunu özləri icazə verdiklərini, problem olmayacağını bildirmişdir. Saat 21 radələrində ofisanta masanı yığışdırmasını tapşırmışlar və kart oynamağa başlamışlar. Oyuna əsasən 5-10 manatla oynamışlar, yığılan pula da hesabı bağlamışlar. O və digər 3 nəfər oynamışdır. Onlar bir neçə oyun oynadıqdan sonra saat 22 radələrində otağa bir neçə mülki geyimli polis əməkdaşı və kafenin müdirləri Qədir və onun şəriki Məzahir daxil olmuşlar. Onlar özlərini təqdim etmişlər. Həmin zaman onlar qumar oynamışlar və masada iki dəst kart, və 3000 manat yaxın pul vəsaiti olmuşdur. Polis əməkdaşları baxış keçirmişlər və kart dəstlərini və 3075 manat pulu qablaşdıraraq götürmüşdür. Onları da baş idarəyə dəvət etmişlər. Baş idardə qeyd edilənlər barəd protokol tərtib edilmiş, protokola imza etmişlər və qeyd edilənlər barədə izahat vermişdir. Qanunsuz olaraq qumar oyunlarında iştirak etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və 3 000 manat cərimə edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəlcədən Qədir və Məzahiri tanımadığını, onları həmin kafedə gördüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun tanışıdır. 24 yanvar 2022-ci il tarixdə, saat 6 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Həkəri” adlı kafeyə getmişdir. Kafeyə gedərkən Elşən tanımadığı bir neçə nəfər tanışı da olmuşdur. Həmin kafeyə getdikdən sonra onlar kafedə kabinetlərin birində əyləşmişlər və orda yemək yeyib spirtli içki olan araq içdikdən sonra Elşən təklif etmişdir ki, orada qumar oynasınlar və yığılmış “seka” deyilən pulla da hesabı ödəsinlər. Buna görə də onlar qumar oynamağa başlamışlar. Oyuna əsasən 5-10 manatla oynamışlar. Saat 21 radələrində ofisanta masanı yığışdırmasını tapşırmışlar və kart oynamağa başlamışlar. O və digər 3 nəfər oynamışdır. Onlar bir neçə oyun oynadıqdan sonra saat 22 radələrində otağa bir neçə mülki geyimli polis əməkdaşı və kafenin müdirləri Qədir və onun şəriki Məzahir daxil olmuşla, özlərini təqdim etmişlər. Həmin zaman onlar qumar oynamışlar və masada iki dəst kart və 3000 manat yaxın pul vəsaiti olmuşdur. Polis əməkdaşları baxış keçirmişlər, kart dəstlərini və 3075 manat pulu qablaşdıraraq götürmüşdür. Onları da baş idarəyə dəvət etmişlər, orada qeyd edilənlər barəd protokol tərtib edilmiş, protokola imza etmişlər və qeyd edilənlər barədə izahat vermişdir. Qanunsuz olaraq qumar oyunlarında iştirak etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və 3 000 manat cərimə edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onların kart oynamalarına Elşənlə kafenin müdriyyəti arasında razılıq olub-olmaması barədə məlumatı olmamış, eləcə də, kafenin müdirləri Qədir və Məzahiri tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə tanışdır, onlarla qonşuluqda yaşayırlar. Təqsirləndirilən şəxs2 və Qədir Vediyev Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yer icarəyə götürərək “Həkəri” adlı kafe işlədirlər. Ailəsinə maddi kömək olmaq üçün orda gündəlik ofisant olaraq işləyir. Gündəlik 12 manat əmək haqqı verirlər. O səhər saat 08 radələrindən axşam saat 24 radələrinədək kafedə işləyir. Kafedə ondan başqa 3 nəfər də ofisant işləyir. 2022-ci ilin əvvəllərindən bir neçə dəfə müdir Təqsirləndirilən şəxs1 tanışları olan Şahid1 və onunla birlikdə gələn şəxslərə qulluq etmişdir. Onlar kafedə yemək yeyib sipirtli içki qəbul etdikdən sonra kartla qumar oyunları oynamışlar. Ondan başqa digər ofisantlar da onlara qulluq etmişdir. Yəni həmin kabinetə təkcə o qulluq etməmişdir. 24 yanvar 2022-ci il tarixdə də Şahid1 öz tanışları ilə yenə də kafedə yemək yeyib içmişlər. Bundan sonra onlar masanı yığışdırmasını bildirmişlər. O masanı yığışdırmış və çay gətirmişdir. Bundan sonra onlar qumar oynamağa başlamışlar. O, ofisant işlədiyindən onlara heç nə deməmişdir. Onlara heç vaxt kart almamışdır. 24 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində otağa kafenin müdirləri Qədir və onun şəriki Məzahir, eləcə də bir neçə mülki geyimli polis əməkdaşı daxil olmuşlar. Polis əməkdaşları özlərini təqdim etmişlər. Həmin zaman otaqda qumar oynamışlar. Polis əməkdaşları baxış keçirmişlər və kart dəstlərini və masanın üzərində sayını bilmədiyini pulu qablaşdıraraq götürmüşlər. Qumar oynayan şəxsləri və onu da baş idarəyə dəvət etmişlər. Baş idardə qeyd edilənlər barədə protokol tərtib edilmiş, protokola imza etmişlər və qeyd edilənlər barədə izahat vermişdir. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, Elşən kafenin müdiri Təqsirləndirilən şəxs1lə həmkəndli və dost olduğu üçün kafedə kart oynamalarına müdirin icazə verdiyini ehtimal etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İşlədiyi Baş İdarəyə 24 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsində fəaliyyət göstərən “Həkəri” adlı kafedə qumar oyunlarının oynanılması üçün yer təşkil edilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə idarənin baş əməliyyat müvəkkili Şahid6 və əməliyyat müvəkkili Şahid7 Rafael oğlu daxil edilmişdir. Bundan sonra zəruri prosessual hərəkətləri keçirilməsi üçün təhqiqatçının iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fəaliyyət göstərən “Həkəri” adlı kafenin qarşısına gəlmişlər. 24 yanvar 2022-ci il tarixdə tədbirin keçirilməsinə başlamışlar və saat 22:24 radələrində kafeyə daxil olmuşlar. Qabaqcadan şəxsiyyətləri texniki tədbirlərlə müəyyən edilmiş kafenin müdirləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kafenin həyətində dayanmışdır. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxslərin şəxsiyyətlərini dəqiqləşdirmişlər. Həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi özlərini təqdim edərək kafeni şərikli işlətdiklərini bildirmişlər. Onlara daxil olmuş əməliyyat məlumatı barədə məlumat vermişlər və tədbirin keçiriməsi barədə qərarla tanış etmişlər. Onlar kafenin kabinetinə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra onlar kafedəki kabinetlərin birinə daxil olmuşlar. Kabinetdə 6 nəfər şəxs olmuşdur. Onlardan biri kabinetə qulluq edən ofisant, digər 5 nəfər isə masa arxasında oturmuşdur. Onlardan 4 nəfər qumar oynamışdır. Bir nəfər isə oyuna baxmışdır. Baxış zamanı masanın üzərində 02 dəst poker qumar oyunu oynamaq üçün kart və 3075 manat pul vəsaiti aşkar edilmişdir. Sorğu zamanı oyunçular da yemək yedikdən sonra müdriyyətin razılığı ilə qumar oynadıqlarını, “seka” pulu deyilən pulla da yedikləri yeməyin hesabını ödədiklərini bildirmişlər. Bundan sonra əhəmiyyət kəsb etdiyindən 02 dəst oyun kartı və 3075 manat pul vəsaiti götürülmüşdür. Baxışda iştirak edən şəxslər izahatlarının alınması üçün Baş İdarəyə dəvət edilmişlər. Baş İdarədə izahatları alındıdan sonra sərbəst buraxılmışlar. Həmçinin qumar oyunları oynayan 4 nəfər şəxsə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər birinə 3 000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, Şahid7 Rafael oğlu məzuniyyətdə olduğu üçün prosesdə iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şahid6 iş ezamı ilə bağlı prosesdə iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid6 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilli Şahid7 Rafael oğlunun məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 244- 1.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 yanvar 2022-ci il tarixdə, saat 22:24 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Həkəri” adlı kafeyə baxış keçirilmiş, baxış zamanı otaqda müştərilər Şahid1, Şahid2, Şahid3 və Şahid4 pul uduşlu “Poker” qumar oyunları oynamaları müəyyən edilmiş və masa üzərindən həmin qumar oyunlarından əldə edilmiş 3075 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 02 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. (i.v. 13-15) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v. 55) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v. 75) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cüi maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 87-88) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cüi maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 98-99) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)–90/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 123-125) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)–91/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan seçilməsindən imtina edilmiş, barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlanma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 126-131) 02 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 aya endirilməklə 26 fevral 2022-ci tarixədək müəyyən edilmişdir. (i.v. 135-138) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(005)-99/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin KSPSM və MDQMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid6 tərəfindən qəbul edilmiş və İdarənin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. (i.v. 141) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(001)-134/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin KSPSM və MDQMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid6 tərəfindən qəbul edilmiş və İdarənin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. (i.v. 144-146) 22 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 ay olmaqla 26 mart 2022-ci il tarixdək uzadılmışdır. (i.v. 162-164) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. (i.v. 165-166) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. (i.v. 167-168) 28 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ləğv edilərərək Təqsirləndirilən şəxs1 həbsdən azad edilmiş və həmin tarixdə tərəfimdən Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 178-183,189-190) Laçın rayon İcra Hakimiyyəti başçısının Laçın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. (i.v. 194) 23 aprel 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla 26 iyun 2022-ci il tarixədək uzadılmışdır. (i.v. 207-208) 26 aprel 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlanılma müddəti başa çatdığından barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 209-210) 068294 saylı vəsiqədən gprünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranıdır. (i.v. 214) Laçın rayon İcra Hakimiyyəti başçısının Laçın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (i.v. 214) xx.xx.2022-ci il qərardan görünür ki, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı qeydə alınmış video görüntülərin əks olunduğu DVD disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə olunmuşdur. 3075 manat məbləğində pul və 02 dəst oyun kartları maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək 02 dəst oyun kartı Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutların saxlanılması kamerasına və 3075 manat pul vəsaiti isə Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmişdir. (i.v. 223-231) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cüi maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmişdir. (i.v. 234-235) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cüi maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmişdir. (i.v. 245-246) 032374 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs2 qardaşı X1 İİ qrup Qarabağ müharibəsi əlili olmuşdur. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2 adlı az yaşlı övladı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi Təqsirləndirilən şəxs1 etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək “Həkəri” adlı kafedə qumar oynanılmasından qətiyyən xəbərinin olmaması ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 244-1.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 244-1.2.4-cü maddəsi cinayətin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağın olması, müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində azyaşlı uşağın olması, müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 01 ay 02 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fərdi evdə yerləşən ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət törətməsini, müharibə veteranı olması, qardaşının İİ qrup Qarabağ əlili olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət törətməsini, müharibə veteranı olmasını, qardaşının İİ qrup Qarabağ əlili olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu 03 ay müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 244-1.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fərdi evdə yerləşən ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 132 və CM-in 99-1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 02 dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmiş 3075 manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməlidır. Eyni zamanda baxış keçirilməsi və əşyaların götürülməsi zamanı qeydə alınmış video görüntülərin əks olunduğu DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 55 saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 55 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 55 saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 55 saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 55 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 55 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Bakı şəhəri, ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 1 (bir) ay 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 26 iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Bakı şəhəri, ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 02 dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmiş 3075 manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış baxış keçirilməsi və əşyaların götürülməsi zamanı qeydə alınmış video görüntülərin əks olunduğu DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Mahirə Kərimova