Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-369/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Rövşən İntiqam oğlunun katibliyi, Dövlət İttihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər –Zərərçəkmiş şəxs4 Əlihüseyn oğlunun, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qızının Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay , Binəqədi rayonu, Ü.Hacıbəyov küçəsi 10/12 mənzil 6 ünvanında qeydiyyatda olmaqla Səbail rayonu, Həsən Abdullayev küçəsi, ev 13 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində metronun 20 Yanvar stansiyası ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzi arasında sərnişin daşıma fəaliyyəti ilə məşğul olan 211 nömrəli marşurut avtobusunun daxilində, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzi qarşısında olan “Elit” ticarət cərgəsinin yaxınlığındakı avtobus dayancağına çatan zaman həmin avtobusda ayaq üstə dayanan Zərərçəkmiş şəxs1 əl çantasından içərisində 1126 manat pul olan 10 manat dəyərində qara rəngli “adsız” qadın pul qabını gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 1136 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzində yerləşən təsərrüfat malları bazarının 3-cü sıra ilə 4-cü sıra arasında yerləşən “Yusif elektrik” mağazasının qarşısında dayanmış Zərərçəkmiş şəxs4 Əlihüseyn oğluna məxsus “Sobol” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerindən Zərərçəkmiş şəxs4 məxsus 1 ədədnin qiyməti 40 manat olan 80 manat qiymətində 2 ədəd uşaq yataq ötrüyü (adyal), 1 ədədnin qiyməti 20 manat olan 60 manat qiymətində 3 ədəd uşaq üçün qalın yataq örtüyü (adyal), 1 ədədnin qiyməti 15 manat olan 45 manat qiymətində 3 ədəd uşaq dəsamlı, 1 ədədinin qyməti 12 manat olan 48 manat qiymətində 4 dəst uşaq üçün paltarı, 1 dəstinin qiyməti 20 manat olan, 40 manat qiymətində uşaq bükmək üçün 2 ədəd dəsti, 1 ədədinin qiyməti 5 manat olan 32 manat qiymətində 4 ədəd uşaq üçün papağı,1 ədədinin qiyməti 7 manat olan 14 manat qiymətində 2 ədəd uşaq üçün tül pərdəni, 1 ədəd 50 manat qiymətində tuül pərdəni, 1 cütünün qiyməti 50 manat olan 200 manat qiymətində 4 cüt ev ayaqqabısını, 1 cütünüın qiyməti 10 manat olan 40 manat qiymətində 4 cüt ev ayaqqabısını, 1 ədədinin qiyməti 15 manat olan uşaq üçün 30 manat qiymətində 2 ədəd uşaq paotarını, 1ədəd 70 manat qiymətində yataq dəstini, 1 ədəd 70 manat qiymətində yataq örtüyünü (adyal), 1 ədəd 460 manat qiymətində uşaq arabası, 1 ədədinin qiyməti 5 manat olan 50 manat qiymətində uşaq alt paltarını, 1 ədədnin qiyməti 30 manat olan 60 manat qiymətində 2 ədəd uşaq önlüyünü, 1 cütünün qiyməti 1 manat olan 10 manat qiymətində 10 cüt uşaq corabını gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Əlihüseyn oğluna ümumilikdə 1177 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxx 2020-ci il tarixdə saat 18 radələrində 165 saylı marşrut xətti üzrə işləyən sərnişin avtobusunda sərnişin sıxlığından istifadə edib, ayaq üstə dayanmış sərnişin Zərərçəkmiş şəxs3 əl çantasından içərisində 350 manat nağd pul, şəxsiyyət vəqsiəqəsi və «Kapital Bank»a aid kart olan 12 manat dəyərində pul qabını gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 362 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxx 2020-ci il tarixdə saat 19 radələrində 165 saylı marşrut xətti üzrə işləyən sərnişin avtobusunda sərnişin olan Zərərçəkmiş şəxs2 cibindən içərisində bir ədəd 100, bir ədəd 50, bir ədəd 20 və iki ədəd 1 manatlıq əskinaslar, 2 manat dəyərində metro kartı olmaqla cəmi 172 manat pul olan 2 manat dəyərində qəhvəyi rəngli, üzərində «BOY Pardino» markalanma yazısı yazısı olan pul qabını gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 176 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, xx xxx 2020-ci il tarixdə istntaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- təmiz çəkisi 1,878 qram olan, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı»na daxil edilmiş kustar üsulla hazırlanmış heroin narkotik vasitə əldə edib üstündə saxlayaraq daşımış və həmin gün saat 19 radələrində Binəqədi rayonu, «Hollywood» şadlıq sarayının yaxınlığında xidmət aparan Binəqədi RPİ-nin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilib üstünə baxış keçirilərkən əynində olan gödəkçənin sağ yan çöl cibindən naməlum mənbədən satış məqsədi olmandan qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı həmin heroin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkən şəxslərə vurulmuş maddi ziyanı hələ istintaq dövründə tamamilə ödəmişdir. Hazırda əməlindən peşmandır.Himayəsində 82 yaşlı qoca anası var, ikisi birgə yaşayır və taksi fəaliyyəti ilə məşğul olaraq anasına baxır, ondan başqa anasına baxacaq heç bir kəsi yoxdur. O, vurulmuş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, himayəsində yaşlı anasının olmasını və evdə tək gəlir yerinin özünün olmasını nəzərə alıb məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyində olan Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət X6 müəllimə işləyir, Təqsirləndirilən şəxs tanımır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 11 radələrində “Sədərək” Ticarət Mərkəzinə getmək məqsədilə Yeni Yasamal yaşayış massivində yerləşən “Bazarstore” mağazasının qarşısındakı dayanacaqda 211 saylı avtobusa minmiş, avtobusda çoxlu sərnişinlər olmuş, sərnişinlər bir-birilərinə sıx məsafədə dayanmışlar.O, avtobusun orta qapısı tərəfdə ayaq üstə dayanmış, əlində qara rəngli çanta olmuşdur.“Meyvəli” Ticarət Mərkəzi ərazisindən keçərkən qarşıdakı dayancaqdan keçəndən sonra arxa tərəfində dayanmış orta yaşlı kişi avtobusdan düşmüş, onun hərəkətləri şübhə yaratsa da, həmin vaxt çantadan oğurluq olmasına inanmamışdır. Son dayancaqda, yəni “Elit” Ticarət cərgəsinin qarşısındakı dayanacağında düşən zaman əlini çantaya atanda görmüşdür ki, çantanın ağzı açıqdır, pul kisəsi də çantada yoxdur. Bu zaman avtobusun sürücüsünə bildirmişdir ki, çantamdan oğurluq olub, ona görə də yol pulunu verə bilmir. Bundan sonra çantadan oğurluq olması barədə Azərbaycan Respublikası DİN-in “102” Zəng Mərkəzinə məlumat vermişdir.Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, çantasından oğurluq edən şəxsi üzdən görsəm tanıyar. Oğurlanmış pul kisəsi də qara rəngdə olmuş, üzərində heç bir yazı olmamış, içərisində 1126 manat nağd pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, atası və anasının adlarına olan Beynəlxalq Banka aid 2 ədəd təqaüd kartları olmuşdur.Təqaüd kartlarının içərisində pul olduğu üçün təcili olaraq valideynlərinə bu barədə məlumat vermiş və onlar bankla əlaqə saxlayaraq hesabı bağlatdırmışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, çantasınlan pul kisəsi oğurlandığına görə Qaradağ RPİ-nin 10-cu PB-nə gələrək bu barədə ərizə və izahat yazmışdır. Oğurlanmış pul kisəsini 10 manata almış, pul kisəsinin içərisində olan pul məbləğlərindən 11 əskinaz 100 manatlıq pul əskinazı idi, 1 əskinaz 20 manatlıq əskinaz idi, qalan əskiazlar isə 1 manatlıq əskinazlar idi. Oğurluq nəticəsində ümumilikdə 1136 manat maddi ziyan dəymişdir.Ona dəymiş ziyan hələ istintaq dövründə tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Əlihüseyn oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə özünə məxsus «SOBOL» markalı, ** BJ *** dövlət qeydiyyat niaşanlı avtomobillə Sabirabad rayonundan çıxıb saat 09 radələrində «Sədərək» Ticarət Mərkəzinə gəlmiş, avtomobili «Şirniyyat» bazarında dayanacaqda saxlamışdır.Onunla birlikdə həyat yoldaşı Nəzakət Kərimova və baldızı İpək İmanova da olmuşdur.Maşını dayanacaqda saxlaıyıb bazardan 2 ədəd-birinin qiyməti 40 manat olan uşaq yataq ötrüyü (adyal), 3 ədəd birinin qiyməti 20 manat olan uşaq üçün qalın yataq brtüyü (adyal), 3 ədəd uşaq dəsmalı 1-nin qiyməti 15 manat, uşaq üçün 4 dəst paltar 1-nin qiyməti 12 manat, uşaq bükmək üçün parça 2 ədəd, birinin qiyməti 20 manat, 2 ədəd uşaq üçün paltar, 1-nin qiyməti 15 manat, uşaq üçün papaq 4 ələd, birinin qiyməti 5 manat, uşaq üçün 2 ədəd yastıq, birinin qiyməti 7 manat, uşaq çarpayısı üçün tül pəpdə 1 ədədinin qiyməti 50 manat, 4 cüt ev ayaqqabısıbirinin qiyməti 10 manat, uşaq üçün 2 ədəd paltar, birinin qiyməti 15 manat, uşaq üçün 1 ədəd yataq dəsti 70 manat, 1 ədəd uşaq çarpayı örtüyü (adyal) qiyməti 70 manat, 1 ədəd uşaq aparabası 460 manat, uşaq alt paltarı 10 ədəd birinin qiyməti 5 manat, uşaq öotüyü 2 ədəd birinin qiyməti 30 manat, 10 cüt corab qiyməti 10 manat olan əşyları alaraq maşina qoymuşdur.Sonra isə avtomobili «Sədərək» Ticarət Mərkəzinin təsərrüfat malları bazarının 3-4-cü sırasında «Yusif elektrik» mağazasının qarşısında saxlamışdır.Həmin vaxt bir nəfər tanımadığı şəxs maşını saxlamaq üçün kömək etmişdir. .Ona dəymiş ziyan tam olaraq ödənilmişdir .Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat radələrində yaşadığı evdən çıxaraq Binəqədi rayonu. Cəfər Xəndan küçəsində yerləşən «Grand market»in yaxınlığında 165 saylı sərnişin avtobusuna minib Azadlıq prospekti ilə Azadlıq metrostansiyasının yaxınlığına tərəf gedib, orada yerləşən Notariat kontorunun qarşısında avtobusdan enidikdən sonra əynində olan göy rəngli cins şalvarın arxa sol cibində qəhvəyi rəngli pul kisəsinin olmadığını aşkar etmişdir. Avtobusda hərəkətdə olarkən yanında dayanan bir nəfər şəxsin pul kisəsini oğurladığından şübhələnərək qışqıraraq ətrafdakı insanları köməyə çağırmış, həmin vaxt yaxınlıqda mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşı olduğunu bildirmişlər.Baş vermiş hadisə barəsində polis əməkdaşlarına məlumat vermiş və onlarla birlikdə onların maşınına minərək həmin avtobusun arxası ilə getmiş, onlar ’’Hollywood” şadlıq sarayının qarşısında avtobusu saxlatdıqdan sonra polis əməkdaşları avtobusun icərsində əlamətlərini çöldən göstərdiyim şəxsi avtobusdan düşürüb onunla birlikdə 4-cü PŞ- nə gətirmişlər.Orada onun şəxsiyyəti müəyyən olunmuş, onun Təqsirləndirilən şəxs olması müəyyən olunduqdan sonra üzərinə baxış keçirilən zaman onun oğurladığı, içərisində bir ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq və iki ədəd 1 manatlıq pul olan pul qabı aşkar olunaraq götürülmüşdür. Zərərçəkmiş şəxs2 həmçinin göstərmişdir ki, oğurlanmış pul kisəsini 10 manata almış, onun içərisində olan metro kartını isə 2 manata almışdır.Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, fərdi evlərdə təmizlik işləri görür, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən bir qadının evində təmizlik işləri gördükdən sonra oradan çıxaraq M.Rəsulzadə qəsəbəsi istiqamətində evinə getmək üçün 165 saylı marşrut xətti üzrə işləyən sərnişin avtobusuna minmişdir.Həmin vaxt avtobusda çoxlu sərnişin olduğu üçün ayaq üstə dayanmış, təxminən 15-20 dəqiqədən sonra Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən «Araz Market»in yaxınlığında dayanacaqda avtobusdan düşüb həmin marketə girib, müxtəlif ərzaq məhsulları alaraq ödəniş üçün kassaya yaxınlaşmış və çantasını açıb pul qabını götürmək istədikdə pul qabının oğurlandığını aşkar etmişdir.Pul qabının harada oğurlanmasını fikirləşəndə yadına düşmüşdür ki, avtobusda yanında əynində qırmızı rəngli köynək olan bir nəfər kişi dayanmış, bir neçə dəfə ona toxunmuş və onda pul qabını oğurlamışdır.Oğurlanmış pul qabının içərisində 350 manat pul, şəxsiyyət vəsiqəsi, «Kapital Bank»a aid plastik kart olmuş, həmin kartın hesabında pul olmamışdır.Pul qabını təxminən bir il əvvəl 12 manata almışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin PPXB-də polis nəfəri işləyir, hazırda Binəqədi RPİ-nin CAŞ-nə ezam olunmuş və orada xidmət aparır.xx xxx 2020-ci il tarixdə saat 18:30-da o, digər polis əməkdaşı Şahid4la birlikdə Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospektində yerləşən 11 saylı Notariat kontorunun qarşısında xidmət apararkən bir nəfərin uca səslə polis qışqıraraq kömək edilməsi barədə səsini eşidib ona yaxınlaşdıqda və o, bildirdi ki, 165 saylı sərnişin avtobusunda şalvarının cibindən içərisində 172 manat pul olan pul qabı oğurlanmışdır.Həmin şəxsi, yəni Zərərçəkmiş şəxs2 maşına mindirib 165 saylı sərnişin avtobusunun dalınca gedərək avtobusu «Hollywood» şadlıq sarayının yaxınlığında saxladıb, Zərərçəkmiş şəxs2 göstərdiyi şəxsi, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtobusdan düşürərək 4-cü PŞ-nə gətirib raport yazaraq təhvil vermişlər.Bundan sonra araşdırmanın aparılması PŞ-nin təhqiqiqatçısı N. N.Axundazədəyə tapşırılmış və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə vəkil və iki nəfər hal şahidi dəvət olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman o və polis nəfəri Şahid4la birlikdə iki nəfər hal şahidi də iştirak etmişdir.Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq vəzifələri izah edilmiş, həmçinin Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qadağan edilmiş və varsa, könullü olaraq təqdim etsin.O, bildirmişdir ki, üzərində qanunuz heç nə yoxdur.Bundan sonra onun üzərinə baxış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sağ yan çöl cibindən şəffaf selofan bükülüsü aşkar edilmiş, həmin bükülü açıldıqda içərisində toz halında spesifik iyə malik maddə olması məlum olmuş, eyni zaman gödəkçənin sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon və qara rəngli şalvarın arxa cibindən qəhvəyi rəngli üzərində «BOY Pardino» yazısı olan pul qabı aşkar olunmuşdur.Həmin pul kisəsi açıldıqda içərisində metro kartı, bir ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq, iki ədəd bir manatlıq pul əskinasları olması müəyyən olunmuşdur.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən götürülmüş nakrotik maddəyə bənzər maddəni, həmçinin pul qabının kimə məxsus olması barədə soruşulsa da, o, heç bir izahat verməmiş, ondan götürülmüş içərisində narkotik vasitəyə bənzər maddə olan bükülü zərfə qoyularaq möhürlənmiş, həmçinin ondan götürülmüş pul qabı da zərfə qoyularaq möhürlənmişdir.Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş, protokolu digər iştirak edən şəxslər imzalasa da, Təqsirləndirilən şəxs imzalamaqdan imtina etmişdir.Bundan sonra o və Şahid4 öz xidməti ərazilərinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrındə yaşadığım evə getmək uçun Azadlıq metrostansiyasından çıxaraq Binəqədi rayonu, Azadlıq prospektində piyada keçidi ilə yolu keçib dayanacağa tərəf getdikdə polis əməkdaşları yaxınlaşaraq oğurluq əməlində şübhəli bilmən şəxsin saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində gətirdiklərini və üzərinə baxış keçirilməsində iştirak etməyini xahiş etmilər, onların xahişi ilə razılaşaraq 4-cü Polis Şöbəsinə gəlib orada oğurluq əməlində şübhəli bilinən şəxsin üzərinə baxış keçirilməsində iştirak etmişdir.Baxış zamanı həmin şəxsin əynində olan qara rəngli gödəkçənın sağ yan çibindən 1 ədəd şəffaf selofana bükülmüş içərisində toz halında olan spesifik iyə malik büküm aşkar edilərək götürülmüşdür. Bundan əlavə həmin gödəkçənın sağ yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefon, qara rəngli şalvarının sağ arxa cibindən qəhvəyi rəngli pul kisəsi və sağ qolundan qara rəngli saat aşkar olunmuşdur. Pul kisəsi açıldıqda içərisindən bir ədəd metro kartı. 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq. 1 ədəd 20 manatlıq, 2 ədəd 1 manatlıq kağız pul əskınazları olmaqla ümumilikdə 172 manat pul aşkar edilmişdir. Həmin şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə, eləcə də pul kisəsi qablaşdırılaraq möhürlənməklə götürülmüşdür.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və pul kisəsini nə vaxt və haradan əldə etməsi soruşulduqda o narkotik vasitə və pul kisəsi barədə heç bir məlumat verməmiş, tərtib edilmiş protokolu da imzalamaqdan imtina etmişdir.Sonra isə o və digər hal şahidi, həmçinin baxışda iştirak edən polis əməkdaşları protokolu imzalamışlar. Məhkəmə iclasında Məmmədov Şahid1 şahid qismində elan olunmuş ifadəsindən görünür ki, onun ifadəsi Elsəvər Yusifovun ifadəsilə eyni məzmunludur. Cinayət işi materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli, 6/626 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə…» əl yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,878 qram maddə kütləsi kustar üsulla hazılanmış narkotik vasitə-heroindir.. Cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizanın xx.xx.2020-ci il tarixli, 1996 №-li rəyi ilə müəyyən edilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur.Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizanın xx.xx.2020-ci il tarixli, 9/2577 №-li rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «Boy Pardino» sözləri olan 11,5 x 9,5 sm ölçülü dəri materialdan hazırlanmış qəhvəyi rəngli pul kisəsinin 2020-ci il may ayına olan orta bazar qiyməti təxminən 2,0 manat müəyyən edilir. Cinayət işi materiallarında olan tutma protokolundan göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildə faktiki olaraq tutulmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Qaradağ RPİ-nin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs X1 ödənilməli olan məbləğ 200 manat məbləğində pul Bakı Şəhər BPİ-nin Maliyyə Plan Şöbəsinin depozit hesabına köçürülməsi qərara alınmış və xx.xx.2020-ci il tarixli **********20 nömrəli məktubla Bakı Şəhər BPİ-nin Maliyyə Plan Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında zərərçəkmiş şəxs X3 tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.2.2, 177.2.5 və 234.1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 30, 158.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir.X2 şəhəri Basman Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. X2 şəhəri Presnen Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. X2 şəhəri Tversk Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 02 ilə endirilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikas Milli Məclisinin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 01 il 06 ay saxlanılmışdır, xx.xx.2016-cı ildə cəzasının son ilə azad olunmuşdur.Türkiyə Respublikası Bakırköy 6 Sülh Cəza Hakimliyi tərəfindən xx.xx.2017-ci ildə həbs edilmiş xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikasının Bakırköy 27 Asliye Cəza Məhkəməsi tərəfindən azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdur. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə səmimi peşmançılığı, dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, öz əməlinə mənfi münasibəti, himayəsində yaşlı anasının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxsna təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Bu səbəbdən hökmün icrası Səbail rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar – ekspertiza təhqiqatından sonra qalan 1,828 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzərində “Boy Pardino” sözləri olan qəhvəyi rəngli pul kisəsi sahibinə qaytarılmalıdır. İş üzrə zərərçəkmiş şəxs X1 ödənilməsi üçün Bakı Şəhər BPİ-nin Maliyyə Plan Şöbəsinin depozit hesabına köçürülmüş 200 manat məbləğində pul sahibi X1 qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 159 manat Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 60 (altmış) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5–ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il 10 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxshəbsdə saxlanıldığı 5 ay 11 gün müddət hazırki cəzanın müddətindən bir günə iki gün hesabı ilə hesablanaraq çıxılmaqla üzərində qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Səbail rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin və qeyd olunan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut-ekspertiza təhqiqatından sonra qalan 1,828 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, üzərində “Boy Pardino” sözləri olan qəhvəyi rəngli pul kisəsi sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxs X1 ödənilməsi üçün Bakı Şəhər BPİ-nin Maliyyə Plan Şöbəsinin depozit hesabına köçürülmüş 200 manat məbləğində pul sahibi-X1 qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza xərci 159 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq (Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına köçürülsün Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat xidmət haqqı ödənilsin. Xidmət haqqının ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-369/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-369/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver