Məhkəmə qərarları › İş №1(001)-369/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-369/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-369/2022 04.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(007)-181/2010 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, «ünvan 3 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozma, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 14 dekabr 2021-ci il tarixdə saat 07:00 radələrində etibarnamə əsasında idarə etdiyi X8 məxsus texniki cəhətdən saz olan TOYOTA PRİUS markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «X9» Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməli olduğu halda, həmin tələblərə riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, tədbirlər görməyərək Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi ilə hərəkət edib, Ş.Məmmədova küçəsinə sağa dönmə əməliyyatı apararkən, piyada keçidi ilə hərəkət hissəsini sağdan sola doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurub sol bazu sümüyünün cərrahi boynunun və böyük qabarının yerdəyişmiş sınıqları, sol incik sümüyünün başının sınığı, sağ bud nahiyyəsinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətlərinin yetirilməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2006-cı ildən taksi fəaliyyəti ilə məşğul olur, təxminən 6 aydır ki, “Uber” şirkətində işləyərək “Toyota-Prius” markalı, **-BC- *** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə idarə edir.14 dekabr 2021-ci il tarixdə saat 07:00 radələrində şirkətdən daxil olmuş sifarişə əsasən müştərinin yanına “Gənclik” metrostansiyası istiqamətinə getmək üçün Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə hərəkətdə olarkən Ş.Məmmədova küçəsinə döndüyü zaman avtomobilin şüşələri tərlədiyi üçün həmin küçə ilə yerüstü piyada keçidi ilə yolu keçmək istəyən əvvəllər tanımadığı adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs maşının qabağ sol hissəsi ilə onun arxa sol hissəsindən toxunduğundan həmin qadın müvazinətini itirərək sol böyrü üstdə yerə yıxılmış, dərhal maşını saxlayıb yerə düşərək həmin qadına yaxınlaşaraq onu ayaq üstə qaldırıb xəstəxanaya aparmaq istəmiş, lakin yolda qadının öz xahişi ilə onu işlədiyi Binəqədi rayonu 40 saylı körpələr evinə çatdırmış və istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini vermişdir ki, nəsə lazım olsa ona zəng vursun. Təxminən 1 saat keçdikdən sonra Afət xanım ona zəng edərək xəstəxanaya getmək istədiyini bildirmişdir.O, bir neçə dəqiqədən sonra körpələr evinə gəlib Afət xanımı, onun bacısı və tanımadığı başqa qohumunu götürərək keçmiş “Nəsimi Bazarı”nın yanında yerləşən “Travmatologiya” xəstəxanasına aparmış, orada həkimlər tərəfindən Afət xanımın sol çiyin hissəsinə gips və sol ayağına sarğı qoyulmuşdur.Xəstəxanadan Afət xanımı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz 2 adlanan yaşayış massivinə aparmış, özü isə işinə qayıtmışdır.Bundan sonra, həmin günü axşam vaxtı Afət xanımın qohumları ona zəng edərək evlərinə gəlməyi tələb etmişdirlər.O, onların evlərinə gəldikdə, evdə olan Afət xanımın qızı Şəfiqə və digər qohumları onlara bir dəfələlik 1500 manat pul verməyi tələb etmişlər, o, isə buna imkanı olmadığını dedikdə, Şəfiqə xanım onunla kobud danışaraq hadisə barədə polisə məlumat verəcəyini bildirmişdir.Sonradan məlum olmuşdur ki, 15 dekabr 2021-ci il tarixdə Afət xanımın qızı Şəfəq Binəqədi RPİ-nə gedərək onun barəsində şikayət ərizəsi yazmışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ailəli olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 40 saylı körpələr evində musiqi müəlliməsi vəzifəsində çalışır.Hər gün yaşadığı evdən çıxıb avtobusa minərək “Azadlıq” metrosunda dayanacaqda düşüb Ş.Məmmədova küçəsi ilə üzü “Kəmalə-Nərmin” şadlıq evi istiqamətində yolu keçib daha sonra digər avtobusa minərək işlədiyi bağçaya gedir.14 dekabr 2021-ci il tarixdə saat 07.00 radələrində yaşadığı evdən çıxıb 179 saylı avtobusla “Azadlıq” metrostansiyasına gələrək dayanacaqda düşüb piyada üzü “Kəmalə-Nərmin” şadlıq evi istiqamətinə gedərkən Ş.Məmmədova küçəsində yerüstü piyada keçidi ilə yolu keçmək istədiyi zaman S.S.Axundov küçəsi ilə hərəkət edən və Ş.Məmmədova küçəsi istiqamətinə dönən “Toyota-Prius” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsi ilə piyada keçidin üstündə onu sol tərəfindən vurub yerə yıxmışdır.Nəticədə o, sol ayaq və sol çiyin nahiyyəsindən xəsarət almışdır.Avtomobili idarə edən sonradan adını bildiyi Elməddin adlı şəxs onu maşına mindirib onun xahişi ilə onu işlədiyi körpələr evinə aparmış və istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini vermiş ki, nəsə bir kömək lazım olsa zəng etsin. O, təxminən 1 saat ərzində bağçada qalandan sonra bacısı X2 iş yerinə gəlmiş və o, sürücü Elməddinə zəng edərək bağçaya çağırandan sonra onunla birlikdə “Nəsimi Bazarın” yanında yerləşən “Travmatologiya xəstəxanası” na getmişlər və orada onun sol çiyin nahiyəsinə gips və sol ayağına sarğı qoymuşlar.Bundan sonra ağrıları keçmədiyindən ailə üzvləri Elməddini evə dəvət etmişdir ki, onun müalicəsi ilə bağlı fikrini öyrənsinlər, lakin Elməddin onu hər hansı bir müalicə etməyə imkanı olmadığından, sadəcə gündəlik qazancından onun üçün 15 manat pul ayırmağa imkanı olduğunu bildirmişdir.Bununla da, həmin şəxsin məsuliyyətdən boyun qaçırtmaq istədiyini anlayaraq 15 dekabr 2021-ci il tarixdə qızı Cabbarlı X6 RPİ-nə gedərək hadisə ilə bağlı ərizə və izahat yazmışdır.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs oğlu təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, dəymiş ziyanın ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən Şahid Xaliq qızı bildirmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır.Belə ki, anası Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 40 saylı körpələr evində musiqi müəlliməsi işləyir.Hər gün yaşadıqları evdən çıxıb avtobusa minərək “Azadlıq” metrosunda dayanacaqda düşüb Ş.Məmmədova küçəsi ilə üzü “Kəmalə-Nərmin” şadlıq evi istiqamətində yolu keçib daha sonra digər avtobusa minərək işlədiyi bağçaya gəlir.14 dekabr 2021-ci il tarixdə saat 07.00 radələrində anası evdən çıxıb 179 saylı avtobusla “Azadlıq” metrostansiyasına gələrək dayanacaqda düşüb piyada üzü “Kəmalə-Nərmin” şadlıq evi istiqamətinə yollanaraq Ş.Məmmədova küçəsində yerüstü piyada keçidi ilə yolu keçmək istəyərkən S.S.Axundov küçəsi ilə hərəkət edən və Ş.Məmmədova küçəsi istiqamətinə dönən “Toyota-Prius” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil qabağ sağ hissəsi ilə piyada keçidin üstündə anasını sol tərəfindən vurub yerə yıxmışdır.Nəticədə anası sol ayaq və sol ciyin nahiyəsindən xəsarət almışdır.Avtomobili idarə edən Elməddin adlı sürücü anasını maşına mindirib anasının xahişi ilə onu işlədiyi körpələr evinə aparmış və istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini vermişdirdir ki, sonra anasına zəng edərək hal-əhvalını öyrənsin.Anası təxminən 1 saat ərzində bağçada qalandan sonra xalası X2 anasının iş yerinə gələrək sürücü Elməddinlə birlikdə anası Afəti keçmiş “Nəsimi Bazarının” yanında yerləşən “Travmatologiya xəstəxanası”na aparmışlar və orada anasının sol çiyin hissəsinə və sol ayağına sarğı qoyulmuşdur.Bundan sonra, anasının ağrıları keçmədiyindən onlar Elməddini evə dəvət etmişdirlər ki, onun anasının müalicəsi ilə bağlı fikrini öyrənək, lakin həmin şəxs hər hansı bir müalicə etməyə imkanı olmadığından, sadəcə gündəlik qazancından anası üçün 15 manat pul ayırmağa imkanı olduğunu bildirmişdir.Bu minvanla həmin şəxsin məsuliyyətdən boyun qaçırtmaq istədiyini anlayaraq 15 dekabr 2021-ci il tarixdə o, özü Binəqədi RPİ-nə gələrək hadisə ilə bağlı ərizə və izahat yazmışdır.Bu günə kimi Elməddin anasının müalicəsi üçün heç bir dərman almamış və pul xərcləməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçinin çıxışını, zərərçəkmiş şəxsi, şahidi və dövlət ittihamçısının çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmiş və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2101 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol bazu sümüyünün cərrahi boynunun və böyük qabarının yerdəyişmiş sınıqları, sol incik sümüyünün başının sınığı, sağ bud nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi xx.xx.2021-ci il tarixdən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə avtotexniki ekspertizasının xx.xx.2022-ci il tarixli 8/817 saylı ekspert rəyindən görünür ki, İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Toyota Prius markalı, 77BC502 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan yol nəqliyyat hadisəsinin video görüntülərinə baxış protokolundan görünür ki, 14 dekabr 2022-ci il tarixdə saat 07:02-də TOYOTA PRİUS markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa dönmə əməliyyatı apararkən, piyada keçidi ilə hərəkət hissəsini sağdan sola doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurur. İş materiallarında olan Binəqədi RPİ-nin DYPŞ-si tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli 059-19324-1122 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN BDYPİ-nin X3 xx.xx.2016-cı il tarixdə qeydə alınmış «B, C» kateqoriyalı AC058458 nömrəli sürücülük vəsiqəsinin olması müəyyən edilmişdir. Hal-hazırda sürücülük vəsiqəsi aktiv olmaqla Təqsirləndirilən şəxs hər hansı bir müddətdə hüquqdan məhrum edilməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkmiş və məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi, iş üzrə keçirilmiş eskpertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263.1-cimaddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin (yeni redaksiya) qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, CM-nin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işinə xitam verildiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri də ləğv edilməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut 1 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə maddi sübut - «Toyota Prius» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi – Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X5 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən CM-nin 263-cü və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən (zərərçəkmiş şəxslərlə barışdığına və vurulmuş ziyanı tamamilə ödədiyinə görə) cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – «Toyota Prius» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi – Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 1 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X5 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar