Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-369/2023 20.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, özünü avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib, sonuncuya 20.000 manat müqabilində xarici ölkədən “Hyundai Santafe” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin sentyabr aynın əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Palmali” restoranında 5.000 manat pulunu, xx.xx.2021-ci il tarixdə Bakı şəhər 43 saylı notariat ofisində sonuncuya məxsus 7.000 manat dəyərində “Mercedes Benz ML 320” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilini, 2021-ci ilin oktyabr ayından noyabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda və Bakı şəhərində müxtəlif yerlərdə, sonuncu dəfə isə Bakı şəhəri Həsən Əliyev küçəsində terminal vasitəsilə kart hesabına köçürmə yolu ilə ümumilikdə 8.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda, ümumilikdə 20.000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədilə tanışı Şahid1 etibarından sui-istifadə edərək, sonuncuya özünü Gürcüstan Respublikasının Poti şəhərindən müxtəlif avtomobillər gətirib Bakı şəhərində satmaqla, avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib, sonuncuya Gürcüstan Respublikasının Poti şəhərindən 4.000 manat müqabilində “Chevrolet Cruze” və 6.000 manat müqabilində “Hyundai Elantra” markalı avtomobillər gətirəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə Şahid1 yaşadığı ünvan 1 ünvanda 10.000 manat pulunu alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Şahid1 etibarından sui-istifadə edərək, sonuncunun həyat yoldaşı X9 adına olan 4.700 manat dəyərində “Mercedes Benz A160” markalı **-FP- *** dövlət qeydiyyat nişanlı avtomobili 4.700 manata satıb əvəzində Gürcüstan Respublikasından avtomobil gətirməsinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən 28 saylı notariat ofisində həmin avtomobili baş etibarnamə ilə X1 sonra 4700 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs Şahid1 4.700 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, özünü avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib sonuncuya Gürcüstan Respublikasından 19.500 manat müqabilində “Hyundai Elantra” və “Chevrolet Cruze” markalı avtomobillər gətirəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə 5.000 manat və 3.500 manat olmaqla, ümumilikdə 8.500 manat pulu kart hesabına köçürtdürməklə, bir neçə gün sonra isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük idarəsinin həyətində üzərində müxtəlif markalı avtomobillər olan yük avtomaşınlarını göstərərək artıq avtomobillərin burada olmasım, 15-20 gün ərzində avtomobillər gömrük olunduqdan sonra avtomobilləri verəcəyini bildirib həmin tarixdə 11.000 manat pulu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük idarəsinin qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda, ümumilikdə 19.500 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədilə tanışı Şahid1 etibarından sui-istifadə edərək, sonuncuya məxsus 22.000 manat dəyərində “Mitsubishi Pajero” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili 22.000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda,yerləşən 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisində öz adına baş etibarnamə almaqla ələ keçirib, xx.xx.2021-ci il tarixdə həmin avtomobili Şahid9 satmış, daha sonra Şahid1 məxsus ələ keçirdiyi qeyd olunan avtomobilinin pulunun müqabilində əlavə olaraq 1500 manat pul verməsi təqdirdə özünə məxsus 2015-ci il buraxılışlı “Mercedes Benz C-250” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili 23.500 manata salacağı adı ilə xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda 1500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş şəxs Şahid1 xeyli miqdarda, ümumilikdə 23.500 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, sonuncuya məxsus «Hyundai Elantra» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili servisə aparıb təmir etdirmək adı ilə yalan vəd verib aldadaraq, 2021-ci ilin dekabr ayında Abşeron rayonu, Masazır qəsəbəsində 1000 manat pulunu, xx.xx.2021-ci il tarixdə isə Bakı şəhəri, Binəqədi rayonu 48 saylı notariat ofisində 18.000 manat dəyərində “Hyundai Elantra” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib digər şəxsə satmaqla, Zərərçəkmiş şəxs3 xeyli miqdarda, ümumilikdə 19.000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəqiq tarix yadında olmasa da, Şahid12 ilə Beyləqan rayonunda tanış olmuşdur. Belə ki, həmin zamanlar Vəliməhəmməd Beyləqan rayonunda avtoyuma məntəqəsində yuyucu işləmişdir. Özü də həmin zamanlar avtomobilini həmin avtoyuma məntəqəsində yuduzduran zaman Vəliməhəmmədlə tanış olmuşdur. Vəliməhəmmədlə aralarında söhbət zamanı ona aylıq 500 manat pul müqabilində özünün və ailəsinin sürücüsü kimi işləməsini təklif etmiş, Vəliməmməd də onunla razılaşmışdır. Həmin vaxtlar Abşeron rayonu, Xırdalan şəhərində Gənclər şəhərciyində hazırda ünvanını bilmədiyi bir mənzildə kirayədə yaşamışlar. 2021-ci ilin oktyabr-noyabr aylarında Vəliməhəmmədlə birlikdə Abşeron rayonu Xırdalan şəhərində qeyd etdiyi mənzilə gəlmiş, Vəliməhəmməd onun yaşadığı evdə onun üçün ayırdığı otaqda tək yaşamışdır. Vəliməhəmmədə avtomobil alqı-satqısı ilə məşğul olduğunu, həmçinin özünə məxsus “Rent A Car”-ı olduğunu bildirmişdir. Vəliməhəmməd onun yanında sürücü kimi işləməyə başladıqdan sonra onun özünə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini götürmüşdür. Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin sentyabr ayında Araz adlı tanışı vasitəsilə tanış olmuşdur. Belə ki, Araz onun avtomobil alveri ilə məşğul olduğunu bildiyindən və Cəfər də ona avtomobilini satıb yeni avtomobil almaq istədiyini bildirdiyi üçün onun mobil nömrəsini sonuncuya vermişdir. Cəfər ona zəng vurub özünə məxsus avtomobilini satmaq istədiyini və yeni avtomobil almaq istədiyini bildirdikdə ona köməklik göstərə biləcəyini demişdir. Cəfərlə 2021-ci ilin sentyabr ayında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Palmali” restoranında görüşüb danışmışlar. Cəfər özünə məxsus olan “Mersedes Benz ML320” markalı **-XU-*** qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini və “Hyundai Santafe” markalı avtomobil almaq istədiyini bildirmiş, həmin zaman ona köməklik göstərə biləcəyini demişdir. Həmçinin Cəfərə bildirmişdir ki, Hyundai Santafe markalı avtomobili xarici ölkədən 20.000 manat pulun müqabilində 3 ay ərzində gətirə bilər. Cəfərlə aralarında olan razılaşmaya əsasən sonuncu ona özünə məxsus olan “Mersedes Benz ML320” markalı **-XU-*** qeydiyyat nişanlı avtomobili 7.000 manat müqabilində ona verəcəkdi, qalan 13.000 manat pulu isə avtomobil gələnədək hissə-hissə verəcəkdi. Dəqiq tarix yadında olmasa da, bir neçə gün sonra yəni, 2021-ci ilin sentyabr ayının əvvəllərində Cəfərlə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Palmali” restoranında görüşmüşlər, həmin zaman Cəfər ona ikilikdə 5.000 manat pul vermiş, bir müddət sonra isə yəni, 2021-ci ilin oktyabr ayının əvvəllərində Cəfər özünə məxsus “Mersedes Benz ML320” markalı **-XU-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Həsən Əliyev küçəsində görüşüb ona verib bildirmişdir ki, etibarnaməni ona Elçin adlı şəxs verəcəkdir. Cəfər avtomobili ona verdikdən sonra Vəliməhəmməd ilə görüşmüş və ona bildirmişdir ki, bir nəfər şəxsdən avtomobil alır, həmin avtomobili satıb əvəzində onun üçün yeni avtomobil gətirəcəkdir. Vəliməhəmməd də onun avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildiyi üçün ona inanırdı. Elçin adlı şəxslə əlaqə saxlamış və üçü birlikdə yəni, özü, Vəliməhəmməd və Elçin adlı şəxs Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə 43 saylı notariat kontorunda görüşmüşlər. Elçinə Cəfərə məxsus avtomobil üçün Vəliməhəmmədin adına etirbanamə verməsini bildirmiş, Elçin Vəliməhəmmədin adına etibarnamə verdikdən sonra getmişdir. Bir neçə gün sonra həmin avtomobili Vəliməhəmmədlə birlikdə Sumqayıt avtomobil bazarına satmaq üçün aparmışdır. Sumqayıt avtomobil bazarında tanımadığı şəxsə özünə məxsus olduğunu deyib 4900 və ya 5000 manata satmışdır. Avtomobili Vəliməhəmmədin adma sənədləşdirdiyi üçün sonuncuya avtomobili satdığı şəxsə etibarnamə verməsini bildirmiş və birlikdə Sumqayıt şəhərində hazırda yadında qalmayan notariusa gedib avtomobili satdığı şəxsin adına sənədləşdirmişlər. Bundan başqa Şahid1 ilə 2021-ci ilin may ayında tanış olmuşdur. Onunla aralarında münasibət yaxşı olduğundan ailəvi də tanışlıqları olmuşdur. Həmin ərəfədə İlkin ona qardaşı üçün avtomobil almaq istədiyini bildirmiş, İlkinə Gürcüstan Respublikasının Poti şəhərindən “Chevrolet Cruze” və “Hyundai Elantra” markalı avtomobilləri gətirə biləcəyini, həmin avtomobillərdən “Chevrolet Cruz” üçün 4000 manat, “Hyundai Elantra” üçün 6000 manat pul vermək lazım olduğunu bildirmişdir. Həmçinin İlkinlə aralarında olan razılaşmaya əsasən avtomobillər gəldikdən sonra gömrük rüsumlarını özləri ödəməli idi. İlkinlə razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə İlkin ona yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi 48 ünvanında yerləşən mənzildə 10.000 manat pul vermiş, İlkinə təxminən 20 gün ərzində avtomobillərin Bakı şəhərinə gətiriləcəyini bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra İlkinlə aralarında olan söhbət zamanı İlkin ona həyat yoldaşının adına olan “Mercedes Benz A16Q” markalı **-FP-*** qeydiyyat nişanlı avtomobili satmaq istədiyini demişdiri. İlkinlə həmin avtomobili 4700 manat pul müqabilində ona verməsi, əvəzində isə Gürcüstan Respublikasından avtomobil gətirəcəyi və gömrük rüsumunu İlkinin özü ödəməsi barədə razılaşmışlar. Bundan sonra İlkindən avtomobili götürmüşdür ki, aparıb bazarda satsın. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə avtomobili Sumqayıt avtomobil bazarına aparmış, orada əvvəlcədən tanımadığı, sonradan adım bildiyi Müşviq adlı şəxs avtomobilə baxıb bəyənmiş, onunla həmin avtomobili hazırda yadında qalmayan məbləğə danışıb razılaşmışlar. Müşviq adlı şəxsin şəxsiyyət vəsiqəsini etibarnamə vermək üçün götürmüş, bundan sonra həmin günü İlkinə avtomobili satdığını və etibarnamə vermək lazım olduğunu demiş, həmin günü özü, İlkin və həyat yoldaşı Yasamal rayon Məhkəməsinin qarşısında “Monalit Plaza” binasında notariusa getmişlər və orada avtomobili Müşviq adlı şəxsin adma sənədləşdirmişdir. Sonradan bilmişdir ki, Müşviq həmin avtomobili alverçi Şahid11, sonuncu da Aynurə Allahverdiyevaya satmışdır. Lakin, həmin şəxslərin heç birini tanımır, qeyd olunan avtomobilin Müşviqdən sonra həmin şəxslərə satılması ilə bağlı özünün heç bir rolu olmamışdır. Bir neçə gün sonra İlkinlə söhbət zamanı sonuncu özünə məxsus 2008-ci il buraxılışlı, “Mitsubishi Pajero” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirdikdə ona həmin avtomobili 22 000 manata sata biləcəyini, uzağı iki gün sonra avtomobili satıb pulunu verəcəyini bildirmiş və onunla razılaşmışdır. Buna görə xx.xx.2021-ci il tarixdə “ASAN-3” xidmətində yerləşən notariusda İlkin ona həmin avtomobil üçün baş etibarnamə verməklə yanaşı avtomobili də həmin yerdə ona vermişdir. Özü isə İlkinə ertəsi gün avtomobili bazara çıxardacağını uzağı iki günə avtomobili satıb pulunu ona çatdıracağım vəd etmişdir. Lakin, pula ehtiyacı olduğundan həmin avtomobili 18100 manat pul müqabilində satmışdır. xx.xx.2021-ci il tarixdə “Masazır dairəsi” adlanan yerdə yerləşən “FF” avtosalona gedib orada avtomobilin özünə məxsus olmasım bildirib, satılması barədə razılaşdıqdan sonra Şahid9 adına Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunda baş etibarnamə əsasında özünə məxsus olduğunu deyib satmışdır. İlkin ona zəng vurub pulunu tələb etdikdə isə yalandan ona avtomobili sürdükdə Xırdalanda qəza törətdiyini, avtomobilin buferini əzdiyini və buna görə də ona 2-3 gün möhlət verməyini xahiş etmişdir. Həmin günlərdə İlkinə 2015-ci il buraxılışı olan “Mersedes C-250” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil gətirib qiymətinin 23500 manata olduğunu bildirdikdə İlkin həmin avtomobili almağa razılaşmış və özündən ona baş etibarnamə verməyini tələb etmişdir. İlkin ona Yasamal rayonu, Sosial Evlərdə yaşadığı mənzildə xx.xx.2021-ci il tarixdə 1500 manat pul vermişdir ki, ona məxsus satmış olduğu avtomobilin qiyməti 22000 manat və əlavə olaraq 1500 manat verməklə, 23500 müqabilində ona “Mersedes C-250” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili versin. Özü isə İlkinə ertəsi gün baş etibarnamə verəcəyini vəd etsə də bunu etməmişdir. Belə ki, həmin avtomobilə görə baş etibarnamə vermək iqtidarında deyildi. Qeyd olunan avtomobil özünə məxsus olsa da, həmin ərəfədə tərəfindən girova qoyulduğundan avtomobil başqa şəxsin adına keçirilmişdir. Buna görə də İlkin həmin avtomobili sənədsiz idarə etmişdir və bir neçə gün sonra avtomobili ona geri qaytarıb pulunu tələb etmişdir. Özü də pulları xərclədiyi üçün ona hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt qazanmışdır. Sonradan İlkinə 3.500 manat pul qaytarmışdır. Bundan başqa Qarabağ müharibəsi iştirakçısı Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin dekabr ayının əvvəli Bakı şəhəri 20 Yanvar metrotansiyasının yaxınlığında yerləşən “Huqqa” adlı restoranda Vəliməhəmmədin vasitəsi ilə tanış olmuşdur. Belə ki, Vəliməhəmmədlə Sənan həmin restoranda əvvəlcədən görüşüb əyləşmişdirlər. Özü də Vəlməhəmməddən harada olmasını soruşduqda sonuncu həmin restoranda olduğunu bildirdimişdir. Həmin restorana getdikdən sonra Vəliməhəmmədlə Sənanın birlikdə əyləşdiklərini görmüş, həmin zaman Vəliməhəmməd onu Sənanla tanış etmişdir. Söhbət zamanı Sənana avtomobil alveri ilə məşğul olduğunu bildirmişdir. Həmçinin Sənan hərbçi olduğu üçün ona atasının guya Beyləqan rayon ərazisində yerləşən hərbi hissədə polkovnik olduğunu demişdir. Sənan ondan avtomobillər barədə maraqlandıqda, Sənana Gürcüstan Respublikası ərazisindən 19.500 manat pulun qarşılığında “Hyundai Elantra” və “Chevrolet Cruze” markalı avtomobilləri gətirə biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Sənana zəng vurub ona etmiş olduğu təklif ilə maraqlanıb maraqlanmadığını soruşduqda Sənan ona atasının həmin təkliflə razı olmayacağını bildirdikdə ona atasını razı sala biləcəyini demişdir. Daha sonra özü, Sənan və Vəliməhəmməd Xaçmaz rayonu, İzmayılovka qəsəbəsinə getmişlər. Orada əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Elman adlı şəxsin işlətdiyi mağazanın qarşısında Sənan atası Əhmədlə görüşmüşdür. Əhmədə avtomobil alqı-satqısı ilə məşğul olduğunu və 19.500 manat pulun müqabilində Gürcüstan Respublikasından onun oğlu Sənan üçün “Hyundai Elantra” və “Chevrolet Cruze” markalı avtomobilləri gətirə biləcəyini demiş, Əhmədlə biraz söhbət zamanı sonuncu ona inanmışdır. Bundan sonra özü, Sənan və Vəliməhəmməd birlikdə Bakı şəhərinə qayıtmışlar. Səhəri günü Sənana zəng vurub pulun bir hissəsini göndərməsini demiş, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə aid adına olan sonu ****6378 ilə bitən kart nömrəsinə Sənangil ilkin olaraq 5000 manat, bir neçə dəqiqə sonra yenə də həmin karta 3500 manat olmaqla ümumilikdə 8500 manat pul göndərmişlər. Həmin pulu hazırda xatırlamadığı yerdə “Kapital Bank ASC-yə aid bankomat vasitəsilə çıxartmışdır. Bundan təxminən 1 həftə sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük idarəsinin qarşısında Zərərçəkmiş şəxs2la görüşmüş və orada Sənana belində müxtəlif markalı avtomobillər olan tırları göstərib avtomobillərin artıq gəldiyini, lakin içəri keçməyə icazə verilmədiyini, avtomobillər gömrük olunduqdan sonra təhvil veriləcəyini bildirib geri qalan pulu Sənandan tələb etmişdir. Sənan da ona həmin yerdə avtomobil gətirilməsi üçün qalan 11000 manat pulu vermişdir. Həmin zaman yanlarında ikisindən başqa heç kəs olmamışdır. Bununla da Sənandan ümumilikdə 19.500 manat pulalmışdır. Sonradan Sənan ondan şikayət etdiyi üçün ona 1000 manat pul qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 Ramiz qızını həmyerlisi kimi tanımışdır. 2021-ci ilin dekabr ayında Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “3 Palma” adlı restoranda Ayşənlə rastlaşmış, söhbət əsnasında avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Ayşən özünə məxsus avtomobilin nasaz olduğunu, avtomobilin təmirə ehtiyacı olduğunu bildirdikdə ona avtomobilini təmir etdirmək üçün servisə aparmaqda köməklik edə biləcəyini demişdir. Bir neçə gün sonra Abşeron rayonu Masazır qəsəbəsində hazırda yadında qalmayan yerdə görüşüb ona 1000 manat məbləğində pul vermişdir ki, avtomobilini servisə aparıb təmir etdirsin. Ayşənə bildirmişdir ki, avtomobili idarə etmək üçün ona etibarnamə verməsi lazımdır. Ayşən onu tanıdığı üçün razılaşmış və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsinin qarşısındakı 48 saylı notariat kontorunda baş etibarnamə vermişdir. Həmin etibarnamə Zərərçəkmiş şəxs3 adından həmin ərəfədə onun sürücüsü işləmiş Vəliməhəmmədin adına verilmişdir. Belə ki, Vəliməhəmmədə həmin avtomobili satmaq fikrini olması barədə heç nə deməmişdir. Daha sonra özü, Vəliməhəmməd və Ayşən Masazır qəsəbəsində “Palma 3” restoranında olarkən kənara keçib Cavid adlı avtomobil alqı-satqısı ilə məşğul olan şəxsə zəng vurub “Hyundai Elantra” markalı **-NA-*** qeydiyyat nişanlı avtomobili satmaq istədiyini demiş və onu həmin restorana dəvət etmişdir. Cavid həmin restorana gəldikdən sonra ona avtomobilin münasibətdə olduğu qadının adına olduğunu, onun avtomobilini satıb xaricdən yeni avtomobil gətirəcəyini bildirmişdir. Cavid avtomobilin sənədlərinə baxmaq istədikdə ona sürücüsü kimi təqdim etdiyi və onlardan biraz aralıda olan Vəliməhəmmədi çağırıb avtomobilin sənədlərini gətirməsini demişdir. Vəliməhəmməd avtomobilin sənədlərini gətirmiş və Cavid baxdıqda avtomobilin Vəliməhəmmədin adına olmasını görüb inanmışdır. Sonra Cavid bildirmişdir ki, bir nəfər Zahid adlı avtomobil alqısatqısı ilə məşğul olan şəxslə danışmışdır, avtomobili ona göstərmək lazımdır. Bundan sonra Vəliməhəmmədlə birlikdə gedə biləcəklərini demiş və sonuncunu kənara çəkib bildirmişdir ki, avtomobil Ayşənin razılığı ilə xaricdən ona yeni avtomobil gətirmək məqsədilə satılır, avtomobili Cavidlə birlikdə hara desə aparsın. Sonradan Zahid onunla əlaqə saxlayıb avtomobili bəyəndiyini və 12.500 manata alacağını, 1000 manat Vəliməhəmmədə beh verəcəyini dedikdə onunla razılaşmışdır. Səhəri günü Vəliməhəmmədə avtomobili Zahidin yanına aparıb ona etibarnamə verməsini və pulu alıb ona göndərməsini bildirmiş, bir neçə saat sonra Vəliməhəmməd ona zəng vurub notariusda avtomobil üçün etibarnamə verdiyini, Zahidin ona 11.500 manat pul verdiyini dedikdə ona həmin puldan 7500 manat pulu bankomat vasitəsilə göndərməsini bildirmişdir. Vəliməhəmməd ona həmin günü 7500 manat kart hesabına göndərmiş, qalan 4500 manat pulu da yaşadıqları evdə ona vermişdir. Bundan bir neçə dəqiqə sonra Ayşən Vəliməhəmmədə zəng vurub avtomobilinin harada olmasını soruşduqda sonuncu da ondan Ayşənin ona məxsus avtomobilinin satılmasından xəbəri varmı deyə soruşmuş, həmin zaman Vəliməhəmmədə Ayşənin xəbəri olmadığını demişdir. Sonra Ayşən videogörüntülü ona zəng vurmuş, qeyd olunan məsələ ilə bağlı sözlə mübahisə etdikdən sonra telefonu söndürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda tğrətdiyi cinayət əməlindən peşmançılıq çəkir, həmin avtomobil və pulları ələ keçirməyinə səbəb çarəsizliyi olmuş, çünki anası onkoloji xəstə, uşaqları isə ürək qüsurlü olduqları üçün onların müalicəsinə görə pula ehtiyacı olmuşdur. Qeyd olunan dələduzluq hadisələri ilə bağlı əldə etdiyi pulları anasının və uşaqlarının xəstəliyi ilə bağlı xərcləmişdir.Bundan əlavə cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyandan hazırki vaxta qədər qismən ödəniş etdiyini, göstərilən halın da nəzərə alınmasını və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 il əvvəl «Mercedes Benz ML» 320» markalı **- XU-*** dövlət nömrə nişanlı avtomobil almışdır. Lakin, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olduğu üçün avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. Bunun üçün dostu Şahid5 xahiş etmişdir ki, avtomobili onun adına rəsmiləşdirsin. Elçin onunla razılaşdığı üçün qeyd edilən avtomobilin qeydiyyat şəhadənaməsini onun adına rəsmiləşdirmiş, lakin avtomobil ona məxsus olduğundan özü istifadə etmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində özünə məxsus olan «Mercedes Benz ML320» markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomobilini sataraq yeni avtomobil almaq qərarına gəlmişdir. Həmin ərəfədə bu barədə Araz adlı tanışına bildirmiş, sonuncu da ona bildirmişdir ki, avtomobil alqı-satqısı ilə məşğul olan Radil adlı şəxs var və Radilin nömrəsini ona verərək müraciət edə biləcəyini demişdir. Radil ilə ilk öncə mobil telefon vasitəsilə danışdıqdan sonra görüşüb avtomobil barədə söhbət etdiklərində Radil ona avtomobilinin satılmasında və yeni avtomobil alınmasında köməklik edə biləcəyini bildirmişdir. Radilə «Hyundai Santafe» markalı avtomobil almaq istədiyini dedikdə Radil cavab olaraq xarici dövlətdən 20000 manat müqabilində həmin markalı avtomobil gətirdə biləcəyini demişdir. Həmçinin Radil bildirmişdir ki, avtomobil 3 ay müddətində gətiriləcəkdir. Danışıqlarına əsasən, Radilə özünə məxsus avtomobili verib 7000 manata hesablayacaqdı və qalan 13000 manat pulu isə avtomobil gələnədək hissə-hissə ödəyəcəkdi. Qısa zaman sonra 2021-ci ilin sentyabr ayının əvvəllərində Radil ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Palmali» restoranda görüşmüşlər, orada Radilə 5000 manat nağd pul vermiş, 2021-ci ilin oktyabr ayının əvvəllərində Radil onunla Həsən Əliyev küçəsində görüşmüş və orada özünə məxsus avtomobili Radilə verib bildirmişdir ki, etibarnamə verilməsi üçün Elçin adlı şəxslə görüşsün. Bundan sonra Radil ilə Elçini biri-birilərilə əlaqələndirmiş, həmçinin Elçinə bildirmişdir ki, Radillə görüşüb etibarnamə versin. Sonradan Elçin ona demişdir ki, Radil ilə Şamaxinka adlanan ərazidə görüşmüşlər, həmin zaman Radilin yanında Vəliməhəmməd adlı şəxs olmuş, orada 43 saylı notariat kontorunda Elçinin adından Vəliməhəmmədin adına etibarnamə verilmişdir. Həmçinin Radil əvvəlcədən ona bildirmişdir ki, etibarnamə onun sürücüsü olan Vəli adlı şəxsin adına veriləcəkdir. Daha sonra 2021-ci ilin oktyabr ayından noyabr ayınadək olan müddət ərzində Radilə müxtəlif tarix, yer və məbləğlərdə olmaqla pulun qalan hissəsi olan 8000 manatı hissə-hissə ödəmişdir. Bununla da Radilə ümumilikdə tam olaraq 20000 manat pul ödəmişdir. Artıq 3 ay zaman tamamlanmışdı və Radildən avtomobil barədə maraqlandıqda sonuncu ona qısa müddətdə avtomobilin gətiriləcəyini vəd verirdi. Lakin uzun müddət keçməsinə baxmayaraq Radil müxtəlif bəhanələrlə vaxtı uzatmış, sonradan eşitmişdir ki, Radil ondan başqa şəxsləri də eyni üsulla pul alaraq aldatmış və barəsində şikayət edilmişdir. Buna görə özü də Radil barəsində şikayət etmişdir. Radilə konkret olaraq ilk dəfə 5000 manat pulu 2021-ci ilin sentyabr ayının əvvəlində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Palmali» restoranda ikisinin iştirakı ilə vermiş, daha sonra özünə məxsus avtomobili X29 küçəsində verib sonradan o, Elçinlə görüşərək etibarnamə almış və Radil həmin avtomobili 7000 manata hesablamışdır. Daha sonra qalan 8000 manat pulu isə 2021-ci ilin oktyabr ayından noyabr ayınadək olan müddət ərzində müxtəlif yerlərdə Radilə təklikdə vermiş, həmçinin müxtəlif yerlərdə ödəmə terminalları vasitəsilə ona məxsus olan kart hesabına ödəmişdir. Sonuncu dəfə Həsən Əliyev küçəsində yerləşən marketdə «eManat» terminalı vasitəsilə Radilin kart hesabına 2.000 manat pul ödəmişdir. Ödədiyi pullara dair bir neçə qəbzlərin şəkilləri onda qalmışdır, lakin həmin təqdim etdiyi qəbzlər Həsən Əliyev küçəsində yerləşən marketdə «eManat» terminalı vasitəsilə Radilə ödədiyi sonuncu pul deyildir. Sonuncu ödədiyi pula dair qəbz onda qalmayıb. Həmçinin pulları göndərdiyi Radilin kart hesabını da hazırda xatırlamır. Araz onda heç bir vəd verməmiş və ya pul almamışdır. Avtomobil dəyişmək istədiyini bildirdikdə, Araz sadəcə Radil adlı şəxs tanıdığını və onun avtomobil alqı-satqısı ilə məğul olduğunu bildirib onu tanış etmişdir. Həmçinin Vəliməhəmməd adlı şəxs də ona heç bir vəd verməmiş, sadəcə etibarnamə onun adına verilmişdir. Bu barədə Radil ona əvvəlcədən bildirdikdə etiraz etməmişdir. Radil tərəfindən aldanıldığını bildikdən, həmçinin Radil ona məxsus avtomobili sataraq pulu özünə götürdüyündən pulunu tələb etdikdə sonuncu sonradan ona 8600 manat pul qaytarmışdır. Hazırda Radilin ona 10600 manat borcu vardır. Ona dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona dəymiş ziyan tam ödənilmədiyindən Radildən şikayətçidir, vurulmuş ziyanın tam olaraq ödənilməsini, verilmiş mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayında özünə məxsus olan “Hyundai Elantra” markalı **-NA-*** qeydiyyat nişanlı avtomobili satmaq istəmişdir. Həmin vaxtlar əvvəllər tanıdığı, Təqsirləndirilən şəxs ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Palma” adlı restoranda rastlaşmış, onunla hal-əhval tutub söhbət edən zaman avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Radilə özünə məxsus avtomobilin nasaz olduğunu və təmirə ehtiyacı olduğunu dedikdə Radil bildirmişdir ki, avtomobilini təmir etdirmək üçün servisə aparmaqda ona köməklik göstərə bilər. Buna görə də, avtomobili idarə etmək üçün ondan etibarnamə istəmişdir. Radili tanıdığı üçün ona güvənmiş və onunla razılaşmışdır. Bir neçə gün sonra Radil ilə Abşeron rayonu, Masazır qəsəbəsində görüşmüş və ona avtomobilini aparıb təmir etdirməsi üçün hazırda dəqiq xatırlamadığı bir yerdə 1000 manat pul vermişdir. Həmin zaman Radil avtomobili idarə edib servisə aparmaq üçün etibarnamə lazım olduğunu dedikdə Radilə avtomobili idarə etmək üçün etibarnamə verə biləcəyini bildirmişdir. Səhəri günü Radil və onun yanında olan Vəliməhəmməd adlı şəxslə birlikdə Baş X35 İdarəsinin yaxınlığında yerləşən notariat kontoruna getmişlər. Radil ondan özünə məxsus sənədləri alıb etibarnamə yazdırmaq üçün notarisun inzibati binasına getmiş və bir neçə dəqiqə sonra onu sənədi imzalamaq üçün çağırmış, bundan sonra notariusun inzibatin binasına daxil olub etibarnamə üçün sənədi imzalamışdır. Bundan sonra avtomobili Masazır qəsəbəsi, Qurtuluş 93 ünvanında Radilə təmir etdirməsi üçün təhvil vermişdir. Bir neçə gün sonra avtomobilin başqa bir şəxs tərəfindən idarə edilməsini görüb Radilə zəng vurmuş, lakin sonuncu onun zənginə cavab verməmişdir. Bundan sonra Radilin sürücüsü Vəliməhəmmədə zəng vurmuş, sonra isə Radil ilə əlaqə saxladıqda sonuncu bildirmişdir ki, avtomobilini satmışdır, əvəzində ona yeni avtomobil gətirəcəkdir. Avtomobili satdığı üçün Radil ilə sözlə bir qədər mübahisə etmiş, lakin həmin vaxt Radil ona yeni avtomobil gətirəcəyinə inandırmışdır. Bir müddət ondan avtomobilini tələb etsə də, Radil ona hər dəfə müxtəlif bəhanələr gətirərək avtomobilini və ya pulunu geri qaytarmamışdır. Sonradan bilmişdir ki, Radil onun etibarından sui-istifadə edib sürücüsü Vəliməhəmməd avtomobilini idarə edib təmirə aparmaq məqsədilə sonuncunun adına etibarnamə almış, daha sonra isə avtomobilini avtomobil alqı-satqısı ilə məşğul olan tanımadığı şəxslərə satmışdır. Qeyd olunan avtomobilinin dəyəri 18.000 manatdır, Radil həmin avtomobilini və 1000 manat nağd pulunu ələ keçirməklə, ümumilikdə ona 19.000 manat dəyərində maddi ziyan vurmuşdur. Ona dəymiş ziyan hazırki vaxtadək ödənilmədiyindən Radildən şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Şahid1 ifadəsində göstərmişdir ki, o, kəşfiyyatçı istehkamçı olaraq 44 günlük vətən müharibəsində vuruşmuş, Suqovuşan qəsəbəsi işğaldan azad olunan zaman Azərbaycan bayrağını yüksəkliyə qaldırmışdır. Həmin videogörüntülər bütün Azərbaycanda yayımlandığından tanınmışdır. Müharibə qurtardıqdan sonra bir çox insanlar ona zəng vuraraq öz münasibətlərini və təşəkkürlərini bildirmişdirlər. Belə zəng edənlərdən biri də, Təqsirləndirilən şəxs olmuş və onun anasının xərçəng xəstəsi olduğunu, anasının ilk dəfə onun videogörüntülərini gördükdən sonra onunla görüşmək istədiyini bildirib onu öz evlərinə dəvət etmişdir. Radil ilk dəfə onu 2021ci ilin may ayında öz evlərində anası ilə görüşdürmüşdür. Bundan bir müddət sonra Radillə aralarında mehriban münasibətləri yaranmış, sonuncu ona bildirmişdir ki, Gürcüstan Respublikasının Poti şəhərindən müxtəlif avtomobillər gətirib Bakı şəhərində satır. Özü də həmin vaxtlar qardaşı üçün avtomobil almaq istədiyindən 12000 manat pulu olmuşdur. Radillə söhbət zamanı sonuncu bildirmişdir ki, qardaşı üçün Gürcüstan Respublikasının Poti şəhərindən “Chevrolet Cruze” və “Hyundai Elantra” markalı avtomobilləri gətirə bilər, “Chevrolet Cruze” markalı avtomobil üçün 4000 manat, “Hyundai Elantra” markalı avtomobil üçün 6000 manat pul vermək lazımdır. Həmin zaman Radillə razılaşmış, eyni zamanda aralarında olan razılaşmaya əsasən avtomobillərin gömrük rüsumlarını özü ödəyəcəkdi. Bu məqsədlə Radilə xx.xx.2021-ci il tarixdə yaşadığı ünvan 1-də 10.000 manat pul vermişdir. Həmin zaman Radillə aralarında özünə məxsus və həyat yoldaşına məxsus avtomobilləri satmaq barədə hər hansı bir söhbətləri və razılaşmaları olmamışdır. Radil 10.000 manat pulu aldıqdan sonra avtomobilin 20 günə Bakı şəhərində olacağını bildirmişdir. Bir neçə gün sonra Radillə söhbət zamanı həyat yoldaşı Nailə Zeynalovanın adına olan “Mercedes Benz A160” markalı **-FP-*** qeydiyyat nişanlı avtomobili 4700 manat müqabilində satıb əvəzində Gürcüstan Respublikasından avtomobil gətirməsi və gömrük rüsumunu özü ödəyəcəyi barədə razılaşmışlar. xx.xx.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qarşısında “Monalit Plaza” binasında notariusda həmin avtomobil üçün etibarnamə vermişlər. Bundan sonra Radillə yenə də söhbət zamanı özünə məxsus “Mitsubishi Pajero” markalı **-RP-*** qeydiyyat nişanlı avtomobili 22.000 manata satmaq istədiyini bildirmiş, Radil də ona təklif etmişdir ki, onun avtomobilini özü sata bilər, həmçinin təklif etmişdir ki, ona avtomobili satması üçün etibarnamə versin, uzağı iki gün sonra avtomobili satıb 22.000 manat pulunu verəcəkdir. Radillə razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə Radilə özünə məxsus “Mitsubishi Pajero” markalı **-RP-*** qeydiyyat nişanlı avtomobili satıb pulunu verməsi üçün “ASAN-3” xidmətində notariusda etibarnamə vermiş, Radil isə səhəri günü avtomobili bazara çıxaracağını, uzağı iki günə avtomobili satıb pulunu verəcəyini bildirmişdir. Radilin vəd etdiyi müddət keçdikdən sonra ona zəng vurduqda sonuncu bildirmişdir ki, avtomobili ondan götürüb idarə edən zaman Xırdalan şəhərində qəza törətmişddir, avtomobilin buferini əzdiyi üçün düzəltdirmək məqsədilə ondan 2-3 gün vaxt istəmişdir. Həmin zaman Radilə inanıb etiraz etməmişdir. Həmin günlərdə Radil ona təklif etmişdir ki, 2015-ci il buraxılışlı “Mercedes C-250” markalı **-FU-*** qeydiyyat nişanlı avtomobili, avtomobilinin pulunun müqabilində 1500 manat ona əlavə verməklə, yəni ümumilikdə 23.500 manata həmin avtomobili ona sata bilər. Radillə razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə yuxarıda qeyd etdiyi yaşadığı mənzildə Radilə 1500 manat pul vermişdir. Radil isə səhəri günü həmin avtomobil üçün etibarnamə verəcəyini vəd etsə də, vədinə əməl etməmiş və avtomobili etibarnamə olmadan idarə etmişdir. Nəhayət avtomobili təxminən iki həftə etibarnamə olmadan idarə edərkən Salyan postunda avtomobili saxlanılmış və Laçın rayon məhkəməsi tərəfindən avtomobilə həbs qoyulduğu bildirilərək, avtomobil əlindən alınmışdır. Bundan sonra Radilə zəng vurmuş, lakin sonuncu onun telefonlarına cavab verməmişdir. Buna görə də, Radilin yaşadığı evinə gedib onunla söhbət zamanı Radil ona söz vermişdir ki, iki üç günə onun pulunu geri qaytaracaq, həmçinin həmin müddət ərzində Poti şəhərindən avtomobillər gələcəkdir. Lakin, Radil onu aldatdığı üçün xx.xx.2022-ci il tarixdə Radilə verdiyi baş etibarnaməni ləğv etdirmiş, daha sonra Radilin ona məxsus avtomobili kimə satması ilə maraqlandıqda ona məlum olmuşdur ki, avtomobili etibarnamə ilə MirŞahid9 verilmişdir. X7 maşın bazarında görüş zamanı Mirmahmudun “114 Cars” avtomobil salonunda işlədiyini və Radildən avtomobilin 18.100 manata aldığını müəyyənləşdirmişdir. Sonradan həyat yoldaşının ağır xəstəliyə düçar olması ilə bağlı lombarda girov qoyduğu qızılları geri götürmək üçün avtosalonun sahibi kimi özünü təqdim etmiş Gündüz adlı şəxslə 12.000 manat pulun müqabilində avtomobili onların adına sənədləşdirməyi barədə razılaşmışlar. Lakin, sonradan Gündüz onun şərtlərilə razılaşmamış, bundan sonra müxtəlif instansiyalara şikayətlər etmiş və “Mitsubishi Pajero” markalı **-RP-*** qeydiyyat nişanlı avtomobilini 28-ci PB-nin həyətindən təhvil almışdır. Radillə birinci dəfə 10.000 manat pul müqabilində Gürcüstan Respublikasından “Chevrolet Cruze” və “Hyundai Elantra” markalı avtomobilləri gətirmək üçün razılaşdıqdan sonra, hər dəfə ayrı-ayrı vaxtlarda həyat yoldaşının adına olan və özünün adına olan avtomobilləri satmaq və əvəzində avtomobil gətirməsi barədə razılaşmışdırlar. Qeyd olunan pullar və avtomobillər özünə məxsus olduğu üçün həmin hadisələr nəticəsində maddi ziyan ona vurulmuşdur. 22000 manat dəyərində M”itsubishi Pajero” markalı **-RP-*** qeydiyyat nişanlı avtomobil, 4700 manat dəyərində “Mercedes Benz Al60” markalı **-FP-*** qeydiyyat nişanlı avtomobil və 11500 manat nağd verməklə, ümumilikdə 38200 manat Radilə pul və əmlak vermişdir. Şikayətlərindən sonra 22000 manat dəyərində “Mitsubishi Pajero” markalı **-RP-*** qeydiyyat nişanlı avtomobilini geri almış, bundan başqa Radil ona 3500 manat pul qaytarmışdır. Hazırki vaxtda Radilin ona verməli olduğu pulun məbləği 8000 manat təşkil edir. Ona dəymiş ziyan hazırki vaxtadək ödənilmədiyindən Radildən şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla 2-ci qrup əlildir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Bundan öncə N saylı hərbi hissədə kiçik gizir kimi xidmət aparmışdır. 2020-ci ilin sentyabr ayında ikinci vətən müharibəsi başlandıqdan sonra onları Beyləqan rayonuna göndərmişlər. Həmin ərəfələrdə adını sonradan öyrəndiyi Vəli kimi müraciət etdikləri Vəliməhəmməd adlı şəxs onlara köməklik etmək məqsədi ilə bir neçə dəfə ərzaq gətirmişdir. Həmin vaxt Vəliməhəmmədlə tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır. 2021-ci ilin dekabr ayının əvvəli Bakı şəhərində olan zaman 20 Yanvar metrostansiyasmın yaxınlığında yerləşən «Huqqa» restoranında Vəliməhəmməd ilə zəngləşib görüşmüş, həmin vaxt söhbət əsnasında Vəliməhəmməd ona bildirmişdir ki, Beyləqan rayonu, 2-ci Aşıqlı kənd sakini Təqsirləndirilən şəxs özünə məxsus «088 Rent A Car» avtosalonu vardır və o, həmin şəxsin sürücüsü işləyir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs onların yanına gəlmiş və onlarla bir masada əyləşib söhbət etməyə başlamışdır. Həmin vaxt söhbət əsnasında Radil demişdir ki, atası Beyləqan rayonu ərazisində yerləşən hərbi hissədə polkovnik rütbəli hərbi qulluqçudur. Hansı ki, sonradan ona məlum olmuşdur ki, onun atası hərbi hissədə fəhlə işləyir. Daha sonra Radil bildirmişdir ki, ona Gürcüstan Respublikası ərazisindən 19.500 manat pulun qarşılığında “Hyundai Elantra” və “Chevrolet Cruze” markalı avtomobilləri gətirə bilər. Bu zaman Radilin təklifi ona sərfəli gəldiyi üçün ona xəbər edəcəyini bildirib mobil nömrəsini götürmüşdür. Bundan bir neçə gün sonra Radil ona zəng edib təklifi ilə bağlı ondan xəbər soruşduqda bildirmişdir ki, atası onun təklifi ilə razı olmayacaqdır. Lakin Radil də demişdir ki, Xaçmaz rayonuna gedib özü atasını razı salacaqdır. Bunun üçün də xx.xx.2021-ci il tarixdə Bakı şəhərində Radil ilə görüşüb özü, Vəliməhəmməd və Radil birlikdə Xaçmaz rayonu, İzmayılovka qəsəbəsinə getmişlər. Həmin qəsəbə ərazisində yerləşən Elman adlı şəxsin işlətdiyi mağazanın qarşısında atası ilə Radil söhbət etməyə başlamışdır. Həmin vaxt Elman özü də orada idi və artıq söhbətdən xəbərdar idi. Söhbət əsnasında Radil, atası Şahid2 da ona Gürcüstan Respublikası ərazisindən avtomobil gətirə biləcəyini bildirmişdir. Həmin vaxt Radil müxtəlif andlar içərək atasının da etibarını qazanmışdır. Bundan sonra özü, Vəliməhəmməd və Radil birlikdə Bakı şəhərinə qayıtmışlar. Səhəri günü Radil pulun bir hissəsini istədiyi üçün atasına bildirmişdir ki, ona məxsus puldan Radilin kart hesabına 8500 manat pul göndərsin. Bunun üçün də atası Şahid2 xx.xx.2021ci il tarixdə Xaçmaz rayonu, N.Nərimanov küçəsində yerləşən mağazadakı «eManat» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan sonu *****6378 ilə bitən kart nömrəsinə 5000 manat, bir neçə dəqiqə sonra 3500 manat olmaqla, ümumilikdə ona məxsus 8500 manat pulu ödəmişdir. Atası Radilin kart hesabına göndərdiyi pullar özünə məxsus olmuşdur. Bundan təxminən 1 həftə sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük idarəsinin qarşısında Təqsirləndirilən şəxsla görüşmüş və onun idarə etdiyi həmin zaman deməsinə görə özünə məxsus, lakin sonradan məlum olmuşdur ki, «088 Rent A Car» məxsus “Mercedes Gelandewagen” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş, həmin vaxt Radil ona Baş Gömrük idarəsinin həyətində belində müxtəlif markalı avtomobillər olan TİR-ları göstərərək artıq avtomobillərin burada olmasını bildirmişdir. Avtomobillərə baxmaq istəsə də, içəri keçməyə icazə verilmədiyini, 15-20 gün ərzində avtomobillər gömrük olunduqdan sonra özü ona gətirəcəyini vəd verib onu əmin etdikdən sonra əvvəlcədən Radil ilə razılaşdıqları ümumi 19.500 manat puldan qalan özümə məxsus 11.000 manat pulu Radilə vermişdir. Həmin zaman yanlarında kənar heç kəs olmamışdır. Bundan sonra Radil ona “Chevrolet Cruze” markalı avtomobilin 05 yanvar 2022-ci il tarixdə, 4-5 gün sonra isə “Hyundai Elantra” markalı avtomobilləri ona gətirəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs söz verdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq ondan hər hansı bir xəbər ala bilməmişdir. Daha sonra Radil ilə bir neçə dəfə telefon əlaqəsi saxlamış, lakin hər dəfə Radil ona müxtəlif bəhanələr gətirərək avtomobillərin bir neçə günə gələcəyini vəd etmişdir. Lakin yanvar ayının sonlarına kimi gözləsə də heç bir nəticə olmadığı üçün bununla bağlı Beyləqan rayon polis şöbəsinə şikayət etmək qərarına gəlmişdir. Avtomobillərin gətirilməsinə dair Vəliməhəmməd ona hər hansı bir vəd verməmiş və ümumiyyətlə Radilin işinə qarışmamışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə 20000 manat borcu var idi. 2022-ci ildə ona olan borcundan 6300 manat pul vermişdi, yerdə qalan 13700 manat məbləğində pulu isə aylıq 400 manat olmaqla ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs pona ödənilməmiş qalan 10000 manat borcu vardır. Ona dəymiş maddi ziyan tam olaraq ödənilmədiyindən o Radildən şikayətçidir. Məhkəmə iclasında Şahid5 ifadə verərək bildirmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 2008-ci il tanıyır, aralarında dostluq münasibətləri vardır. Təxminən 3-4 il əvvəl Cəfər ona müraciət edərək Naxçıvan MR qeydiyyatı olduğuna görə Bakı şəhərində avtomobilin onun öz adına rəsmiləşdirilməsi mümkün olmadığından ona məxsus «Mercedes Benz ML 320» markalı **-XU-*** nömrə nişanlı avtomobilini onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan sonra ona razılığını bildirmiş və Cəfərə məxsus həmin avtomobilin qeydiyyat şəhadətnaməsini adına rəsmiləşdirilmişdir. Daha sonra 2021-ci ilin okytabr ayının əvvələrində Cəfər ona özünə məxsus avtomobili sataraq yeni avtomobil alacağını, avtomobilin sənədləşdirilməsi üçün lazım olacağını bilimişir. Belə olub Cəfərin deməsi ilə «Şamaxinka» adlanan ərazidə yerləşən 43 saylı notariat kontorunun qarşısında Radil adlı şəxslə görüşmüşdür. Həmin şəxsin yanında Vəli adlı şəxs olmuş, həmin şəxsləri ilk dəfə idi ki, görmüşdür. Həmin şəxslərlə Cəfərin deməsi ilə görüşmüş və Cəfərə məxsus avtomobilə dair həmin şəxslərə etibarnamə vermişdir. Radil bildirmişdir ki, etibarnamə Vəlinin adına veriləcəkdir. Buna görə 43 saylı notrait kontoruna daxil olub orada Cəfər məxsus «Mercedes Benz ML 320» markalı **-XU-*** nömrə nişanlı avtomobilə dair Vəlinin adına etibarnamə verilmişdir. Sənədləşmə zamanı bilmişdir ki, həmin şəxs Şahid12dur. Həmin şəxsin adına baş etibarnamə rəsmiləşdikdən sonra oradan çıxmışlar. Sonradan bilmişdir ki ,Radil adlı şəxs Cəfəri aldatmış, avtomobilini və əlavə olaraq pulunu alaraq xaricdən avtomobil gətirməsinə söz vermiş, lakin hazırki vaxta qədər avtomobili və pulunu qaytarmamışdır. Hadisə nəticəsində ona heç bir zərər vurulmamışdır. Qeyd etdiyi kimi «Mercedes Benz ML 320» markalı **-XU-*** nömrə nişanlı avtomobil onun adında qeydiyyatda olsa da, faktiki olaraq Cəfərə məxsus olmuşdur. Məhkəmə iclasında Şahid4 ifadə verərək bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə “Turbo.az” avtomobil alqı-satqısı saytında “Hyundai Elantra” markalı avtomobilin satışı elanını görüb elanın sahibi Zahid adlı şəxs adı altında ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış, özünü Zahid kimi təqdim edən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayonda olduğunu, avtomobilə orada baxa biləcəyini demişdir. Buna görə də, avtomobilə baxmaq üçün həmin tarixdə deyilən ünvana getmiş, orada avtomobili Zahid və yanında olan Cavid adlı şəxs həmin yerə onun baxması üçün gətirmişlər. Həmin zaman onların yanında bir nəfər də qadın olmuşdur. Avtomobilə baxıb bəyəndikdən sonra almaq istədiyini bildirmiş və Zahid adlı şəxslə həmin avtomobili almaq üçün 14.550 manata razılaşmışlar. Zahid həmin qadını təqdim edib avtomobilin sahibi olduğunu demiş, bundan sonra Sumqayıt şəhəri, 13-cü mirkrorayonda yerləşən notariat kontoruna getmişlər. Həmin notariat kontorunda avtomobilə baş etibarnaməsi olan Gündüz adlı şəxs həmin yerə gəlib avtomobil üçün ona baş etibarnamə vermişdir. Bundan sonra təxminən bir ay avtomobili idarə etmiş, xx.xx.2022-ci il tarixdə Ayşən adlı qadın yaşadığı ünvana gəlib bildirmişdir ki, avtomobil ona məxsusdur, belə ki, avtomobili təmir etdirmək adı ilə aldadıb ondan alıb satmışlar. Bundan sonra Binəqədi RPİ-nin 6-cı PB-də aparılan təhqiqat araşdırması zamanı Vəliməhəmməd adlı şəxslə bölmənin qarşısında rastlaşmış, sonuncu orada ona bildirmişdir ki, Radil adlı şəxsin dostudur, Məhkəmə iclasında Şahid10 ifadə verərək bildirmişdir, o, əvvəllər avtomobil alqısatqısı ilə məşğul olmuşdur. Həmçinin həmin işlə məşğul olan Şahid6 da tanıyır. 22 dekabr 2022-ci il tarixdə Cavid ona zəng vurub “Hyundai Elantra” markalı avtomobil satıldığını bildirib almaq istədiyini soruşduqda ona avtomobilə baxdıqdan sonra ala biləcəyini bildirmiş, həmçinin, avtomobilə baxmaq üçün Sumqayıt şəhərinə gətirmələrini xahiş etmişdir. Həmin günü axşam radələrində Cavid və yanında olan əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Vəliməhəmməd adlı şəxslə Sumqayıt şəhərində hazırda yadında qalmayan bir yerdə görüşmüşlər. “Hyundai Elantra” markalı **-NA-*** qeydiyyat nişanlı avtomobilə baxmış, Cavid bildirmişdir ki, avtomobil 12.500 manata satılır. Özü də razılaşmış və ona beh olaraq 1000 manat pul vermişdir. Eyni zamanda həmin zaman qardaşı Gündüzün şəxsiyyət vəsiqəsini Vəliməhəmmədə vermişdir ki, onun adına baş etibarnamə yazdırsın. Cavidə isə vasitəçilik etdiyi üçün kart hesabına 100 manat pul göndərmişdir. Səhəri günü Vəliməhəmmədlə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində görüşmüşlər, sonuncu ona avtomobil üçün baş etibarnaməni təqdim etmişdir. Həmin vaxt avtomobilin satılması üçün “Turbo.az” saytında elan yerləşdirmiş, həmin günü Qulam adlı şəxs ona zəng vurub avtomobili almaq üçün baxmaq istədiyini bildirdikdə Qulam ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində görüşmüşlər, Vəliməhəmməd isə onu çayxanada gözləmişdir ki, onun pulunu versin. Bundan sonra Qulama avtomobili göstərmək üçün getmiş, sonuncu avtomobilə baxıb bəyənmiş və onunla həmin avtomobili 14.500 manata danışıb razılaşmışlar. Sonra qardaşı Gündüzə zəng vurub onu Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində notariat kontoruna çağırmışdır ki, Qulama etibarnamə versin. Qulam isə avtomobil üçün ödəyəcəyi pulu evdən götürüb notariat kontoruna gələcəyini deyib getmişdir. Daha sonra Vəliməhəmmədi çayxanadan götürmüş və birlikdə notariat kontoruna getmişlər. Orada Qulamdan 14.500 manat pulu götürmüş və qardaşı da Qulama baş etibarnamə vermişdir. Həmin zaman Vəliməhəmmədə 11.500 manat pul vermişdir, çünki əvvəlcədən beh olaraq 1000 manat da vermişdir. Vəliməhəmməd 7500 manat pulu bankomat vasitəsilə kiməsə göndərmiş, bundan sonra öz işləri üçün çıxıb getmişdir. Təxminən bir ay sonra Qulam ona zəng vurub bildirmişdir ki, bir nəfər qadın etibarnaməni ləğv etdirib avtomobilin ona məxsus olmasını bildirmişdir. Daha sonra polisə dəvət olunanda ona məlum olmuşdur ki, əslində həmin avtomobil Ayşən adlı qadına məxsus olmuşdur, belə ki, əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Radil adlı şəxs Ayşənin etibarından sui istifadə edib onu aldadaraq etibarnamə ilə avtomobili ələ keçirmişdir. Həmin zaman Vəliməhəmməd ona avtomobilin ona məxsus olmasını deməmişdir. Eyni zamanda avtomobilin qiymətini onunla razılaşmamışdır. Həmin yerə gələndə Cavid bildirmişdir ki, avtomobili 12.500 manata satırlar, buna görə də, həmin günü beh olaraq 1000 manat pulu Vəliməhəmmədə vermiş, səhəri günü isə avtomobili Qulama satıb qalan 11.500 manat pulu yenə də Vəliməhəmmədə vermişdir. Həmin vaxtadək Radil ilə görüşməmiş və onunla aralarında hər hansı bir söhbət olmamışdır. Şahid4 ifadəsində dedikləri yalandır. Qulam avtomobili alan zaman yanlarında Cavid və üzündə bir nəfər tibbi maska olan qadın olmamışdır. Həmçinin Qulama həmin avtomobilin hər hansı bir qadına məxsus olmasını deməmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid2, Şahid8, Şahid9, Şahid3, X8, Şahid6, Şahid11 və Şahid12 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 220041168 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 19 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal RPİ-də CM-in 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. “Elektron notariat sistemi” çıxarışından görünür ki, **-RP-*** qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şahid1 tərəfindən Təqsirləndirilən şəxs etibar edilmiş və etibarnamə üzrə səlahiyyətlər ona həvalə edilmişdir. Daha sonra həmin avtomobil Təqsirləndirilən şəxs tərəfindən Şahid9 etibar edilmişdir. Etibarnamə üzrə verilmiş sorğudan görünür ki, **-RP-*** qeydiyyat nişanlı, “MİTSUBİSHİ PAJERO” minik markalı avtomobil X20 tərəfindən Şahid1 etibar edilmişdir. Etibarnamə üzrə verilmiş sorğudan görünür ki, **-RP-*** qeydiyyat nişanlı, “MİTSUBİSHİ PAJERO” minik markalı avtomobil X11 tərəfindən X6 etibar edilmişdir. Etibarnamə üzrə verilmiş sorğudan görünür ki, **-RP-*** qeydiyyat nişanlı, “MİTSUBİSHİ PAJERO” minik markalı avtomobil Şahid1 tərəfindən X3 etibar edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. 13 iyulı 2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi iə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona ittiham elan edilmiş və barəsində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. 220096066 saylı cinayət işi 27 iyul 2022-ci il tarixdə ərazi aidiyyəti üzrə baxılması üçün Binəqədi RPİ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs2 “eManat” terminalı vasitəsilə Təqsirləndirilən şəxs ayrı-ayrılıqda 5000 və 3500 manat məbləğində ödənişlər etmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Gömrük İdarəsinin qarşısında baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub ittiham elan edilməsindən ötrü barəsində axtarış elan edilmiş və iş üzrə icraat Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 4(002)-91/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 may 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 hadisənin ünvan 6 ünvanında yerləşən “Rahat” marketdə baş verdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 çikayəti üzrə Təqsirləndirilən şəxs barəsində toplanmış HK1-827 saylı material və Binəqədi RPİ-də istintaqı aparılan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və istintaqı aidiyyət üzrə Binəqədi RPİ-nə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs1 “eManat” terminalı vasitəsilə Təqsirləndirilən şəxs ayrı-ayrılıqda 1400 və 300 manat məbləğində ödənişlər etmişdir. “Elektron notariat sistemi” çıxarışından görünür ki, Şahid5 tərəfindən **-XU-*** qeydiyyat nişanlı, “MERCEDES BENZ ML320” minik markalı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Şahid12 etibar edilmişdir. Etibarnamə üzrə verilmiş sorğudan görünür ki, **-XU-*** qeydiyyat nişanlı, “Mercedes Benz ML320” minik markalı avtomobil Şahid12 tərəfindən X21 etibar edilmişdir. Etibarnamə üzrə verilmiş sorğudan görünür ki, **-XU-*** qeydiyyat nişanlı, “Mercedes Benz ML320” minik markalı avtomobil X12 tərəfindən X10 etibar edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddəylə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.2.4-cü maddəsi ilə Qaradağ RPİ-də cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə şəxs icraat tutulana kimi dayandırılmışdır. Etibarnamə üzrə verilmiş sorğudan görünür ki, **-FP-*** qeydiyyat nişanlı, “MERCEDES BENZ A160” minik markalı avtomobil Şahid11 tərəfindən X4 etibar edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Rasim qızı və Şahid4 müraciətləri əsasında toplanmış ilkin yoxlama materialı üzrə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2021-ci il tarixli etibarnamədən və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, **-FP-*** qeydiyyat nişanlı, “MERCEDES BENZ A160” minik markalı avtomobil X17 tərəfindən 7000 manat məbləğində Şahid7 satılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görürün ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilib bir icraatda istintaqın davam etdirilməsi üçün Binəqədi RPİ-nə aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görürün ki, ********* cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilib bir icraatda istintaqın davam etdirilməsi üçün Binəqədi RPİ-nə aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə istinatıq aparılan ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, **-NA-*** qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobil Zərərçəkmiş şəxs3 tərəfindən etibarnamə üzrə səlahiyyətləri Şahid4 verilmişdir. “Elektron notariat sistemi” çıxarışından və etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən **-NA-*** qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək X13 etibar edilmişdir. “Elektron notariat sistemi” çıxarışından və etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən **-NA-*** qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Şahid4 etibar edilmişdir. “Elektron notariat sistemi” çıxarışından və etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən **-NA-*** qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Şahid12 etibar edilmişdir. Hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən BDYPİ-nin inzibati həyətində baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Şahid4 etibarnamə üzrə səlahiyyətləri X22 etibar etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması üçün barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair ********* və ********* nömrəli cinayət işləri icraata qəbul edilmiş və ********* nömrə altında istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay 05 gün müddətinə, yəni 16 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Binəqədi Rayon Məhkəməsinin 4(001)-909/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay müddətinə uzadılmışdır. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şahid4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid4 təqdim etdiyi Kompakt diskə baxış keçirilmiş və iş üçün əhəmiyyətli hər hansı bir videogörüntünün və fotoşəkillərin olması aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək qətimkan tədbirinin şərtləri ona elan edilmişdir. xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, **-XU-*** qeydiyyat nişanlı, “Mercedes Benz ML320” minik markalı avtomobil Şahid5 tərəfindən Şahid12 etibar edilmiş və etibarnamə üzrə səlahiyyətlər ona həvalə edilmişdir. xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, **-FP-*** qeydiyyat nişanlı, “Mercedes Benz A160” minik markalı avtomobil X17 tərəfindən X5 etibar edilmiş və etibarnamə üzrə səlahiyyətlər ona həvalə edilmişdir. “Elektron notariat sistemi” çıxarışından görünür ki, **-RP-*** qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şahid1 tərəfindən Təqsirləndirilən şəxs etibar edilmiş və etibarnamə üzrə səlahiyyətlər ona həvalə edilmişdir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 2731 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı pxisi xəstəliyin əlamətləri aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şahid ifadələri, zərərçəkmiş şəxslətin ifadələri, üzləşdirmə protokolları, təqdim edilmiş səsyazmalar olan 1 ədəd CD disk, təqdim edilmiş 02 ədəd CD disklərə baxış protokolları, məhkəmə fonoskopik ekspertizasının rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 1(001)-369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və məhkəmə iclaslarından yayındığı üçün barəsində axtarış elan edilərək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin X16 təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. xx.xx.2022-ci il tarixli tibbi arayışdan görünür ki, X18 “Aortal stenoz, ağırlaşma qan dövranı çatışmazlığı” diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Çıraqova Xatun Babaş qızına “”Sol süd vəzinin xərçəngi. Sol tərəfli radikal mastektomiya əməliyyatından sonrakı vəziyyət. PKT-dan sonrakı hal” diaqnozu qoyulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs evli olmasını, himayəsində xəstə və yetkinlik yaşına çatmayan övladları olmasını, CM-in 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Qaradağ Rayon Məhkəməsinin 4(002)-91/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 may 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 909/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay müddətinə uzadılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək qətimkan tədbirinin şərtləri ona elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və məhkəmə iclaslarından yayındığı üçün barəsində axtarış elan edilərək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin X16 təhvil verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixə qədər (yəni 5 ay) müddətində həbsdə olmuş, daha sonra onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və 14 noyabr 2023-cü il tarixdə tutulmuşdur. 14 noyabr 2023-cü il tarixdən hazırki vaxta qədər həbsdədir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 noyabrdan hazırki vaxta qədər həbsdə olması nəzərə alınmalı, həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 12 may 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 5 (beş) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş dələduzluq nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasının qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi təqdim edərək, bildirmişdir ki, hazırki cinayət işi üzrə xx.xx.1990cı ildə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, özünü avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib, sonuncuya 20.000 manat müqabilində xarici ölkədən "Hyundai Santafe" markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq. 2021-ci ilin sentyabr ayının avvəllərində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Palmali" restoranında 5.000 manat pulunu, xx.xx.2021 -ci il tarixdə Bakı şəhər 43 saylı notariat ofisində sonuncuya maxsus 7.000 manat dəyərində "Mercedes Benz ML 320" markalı 90- XU-946 dövlət qeydiyyat nişanlı avtomobilini, 2021-ci ilin oktyabr ayından noyabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda və Bakı şəhərində müxtəlif yerlərdə, sonuncu dəfə isə Bakı şəhəri Həsən Əliyev küçəsində terminal vasitəsilə kart hesabına köçürmə yolu ilə ümumilikdə 8.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda, ümumilikdə 20.000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Şahid1 etibarından sui-istifadə edərək, sonuncuya özünü Gürcüstan Respublikasının Poti şəhərindən müxtəlif avtomobillər gətirib Bakı şəhərində satmaqla, avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib, sonuncuya Gürcüstan Respublikasının Poti şəhərindən 4.000 manat müqabilində "Chevrolet Cruze" və 6.000 manat müqabilində "Hyundai Elantra" markalı avtomobillər gətirəcəyinə dair yalan vəd verib aldadaraq. xx.xx.2021-ci il tarixdə Şahid1 yaşadığı ünvan 1 ünvanda 10.000 manat pulunu alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Şahid1 etibarından sui-320» markalı ** XU *** nömrə nişanlı avtomobilini sataraq avtomobilin pulunu və əlavə verdiyi pulu ələ keçirmiş və yeni avtomobil alınmasını təmin etməmişdir. İttiham aktı ilə tanış olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs etibarımdan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə mənim etibarımdan sui-istifadə edərək, özünü avtomobil alqısatqısı ilə məşğul olan şəxs kimi təqdim edərək, ona 20.000 manat müqabilində xarici ölkədən "Hyundai Santafe" markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Palmali" restoranında 5.000 manat pulumu, xx.xx.2021-ci il tarixdə Bakı şəhər 43 saylı notariat ofisində mənə məxsus 7.000 manat dəyərində "Mercedes Benz ML 320" markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilimi, 2021-ci ilin oktyabr ayından noyabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda və Bakı şəhərində müxtəlif yerlərdə, sonuncu dəfə isə Bakı şəhəri Həsən Əliyev küçəsində terminal vasitəsilə kart hesabına köçürmə yolu ilə ümumilikdə 8.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş şəxs olaraq ona xeyli miqdarda, ümumilikdə 20.000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bununla əlaqədar olaraq bildirir ki, o, fərdi sahibkar olaraq təmir işi ilə məşğul olur. Ödənişlər edərək mal-material alınması işlərini aparır və alınmış mal-materiala görə işlər aparır. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirdiyindən sahibkarlıq fəaliyyətində də çətinliklər yaranmışdır. Ona ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğuna görə o hüquqlarının müdafiəsi və dəyən maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəməyə mülki iddia ərizəsi ilə müraciət etdikdən sonra Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanla bağlı qismən ödəniş edilmişdir. Hazırda Radil tərəfindən ona ödənilməmiş qalan ziyanın məbləği 10600 manatdır. Bu səbəbdən, 10600 manat pul məbləğinin ona ödənilməsini xahiş etmişdir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilməli, ona dəymiş maddi zərərə görə 10600 manat pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərə görə 10600 (on min altı yüz) manat pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-369/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-369/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver