Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-369/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, tərcüməçi Camal Bədəlovun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxx 2001-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu ərazisində fərdi tikili yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə, xx xxxxxxxx 2001-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu ərazisində fərdi tikili yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni kirayə fərdi yaşayış evi axtarmaq bəhanəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində yerləşən fərdi yaşayış evlərinin qapısını döyərək evlərdə şəxsin olub-olmamasını yoxlamaqla həmin küçədə yerləşən 8 saylı fərdi yaşayış evinin qapısının kilidli olmasını və evdə şəxsin olmamasına əmin olduqdan sonra özləri ilə gətirdikləri dəmir parçası ilə taxta qapının qıfılını sındıraraq qapını açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 1 ədədinin dəyəri 500 manat olan 2 ədəd 585 əyarlı Türkiyə istehsalı qızıl qadın üzüyünü, dəyəri 800 manat olan 1 ədəd 750 əyarlı İtaliya istehsalı olan qızıl qadın üzüyünü, dəyəri 200 manat olan 1 ədəd qızıl klonu, 1 ədədinin dəyəri 50 manat olan 2 ədəd gümüş qadın üzüyünü, dəyəri 70 manat olan 1 ədəd gümüş qadın üzüyünü, dəyəri 20 manat olan 1 ədəd gümüş sepi, dəyəri 20 manat olan 1 ədəd gümüş bilərziyi, dəyəri 30 manat olan 1 ədəd “Samsung” markalı qulaqcığı və 100 manat məbləğində metal pul sikkələrini gizli olaraq talamaqla oradan uzaqlaşıb əldə etdikləri əmlakı Təqsirləndirilən şəxs2 ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs qızma 2.340 (iki min üç yüz qırx) manat məbləğində maddi ziyan vuraraq Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun xalası oğludur. Təxminən 10 gün bundan qabaq anası xəstə olduğu üçün xalası oğlu Həsənlə birlikdə Yevlax rayonundan Bakı şəhərinə işləməyə gəlmişdir ki, işləyib pul əldə edərək anasına dərman alsın. 24 fevral 2024-cü il tarixdə gəzə-gəzə Binəqədi rayonuna gəlmişdir və M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində beş mərtəbəli binanın yan hissəsində taxta qapısı qıfılla bağlı olan kiçik bir ev görmüşdür. Evin qapısının qıfılla bağlı olduğunu gördükdən sonra evdə kimsənin olmadığına tam əmin olmuşdur və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt saat 16 radələri olmuşdur. Ev bir otaqdan ibarət olmuşdur. Evə daxil olduqdan sonra paltar şkafını axtarmağa başlamış və şkafdan 3 ədəd qızıl üzük, 1 ədəd qızıl klon, 3 ədəd gümüş üzük, 1 ədəd gümüş sep, 1 ədəd gümüş bilərzik, 1 ədəd qulaqcıq və şüşə bankada olan qəpik pulları götürüb oradan uzaqlaşaraq getmişdir. Səhəri günü Yasamal rayonunda bacısı Sevincin yanına getmiş və anası xəstə olduğu üçün onun qızıllarının satılmasında köməklik etməsini xahiş etmişdir ki, satılan qızıllarla dərman alsın. Sevinc ondan qızılların kimə məxsus olduğunu soruşduqda o, bir daha qızılların anası Fatmaya aid olduğunu demişdir. Bundan sonra o və X4 metro stansiyasının yaxınlığında qızıl alqı-satqı mağazasına getmişlər və orada bacısı Sevincin şəxsiyyət vəsiqəsi ilə 3 ədəd qızıl və 1 ədəd klonu 1020 manata satmışlar. Əldə olunmuş puldan o, Sevincə pul təklif etsə də Sevinc pul götürməmişdir. Lakin o, yenə də təkidlə evinə getməsi üçün ona 20 manat pul vermişdir. O, oğurluqdan əldə olunmuş pula anası Fatmanın müalicəsi üçün dərman almışdır. Daha sonra o, Cəlilabad rayonunda Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanıldıqda etdiyi oğurluğu səmimi olaraq etiraf etmişdir. Anası xəstə olduğu üçün həmin oğurluğu etmişdir ki, pul əldə etsin və anasını müalicə etsin. Həmin evdən 3 ədəd qızıl üzük, 1 ədəd qızıl klon, 3 ədəd gümüş üzük, 1 ədəd gümüş sep, 1 ədəd gümüş bilərzik, 1 ədəd qulaqcıq və şüşə bankada olan 19 manat qəpik pul oğurlamışdır. Qızıl üzükləri və klonu 1020 manata satmış, qəpik pulları xəcləmiş, qulaqcıq və gümüş üzükləri, sep və bilərziyi isə tullamışlar. Bacısı Sevincin qızılların oğurluq olduğundan xəbəri olmamışdır. O, bacısı Sevincə qızılların anasına məxsus olduğunu bildirmişdir. Həmin qızılları satan zaman onun oğurluq olduğunu qızıl alan şəxsə bildirməmişdir. Yuxarıda qeyd etdiyi oğurluq əməlindən başqa heç bir cinayət törətməmiş, etdiyi əməldən isə səmimi olaraq peşman olmuşdur. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində ddindirilmiş Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirmişdir ki, o həmin oğurluq əməlini təl törətmişdir, xalası oğlu Həsənin həmin oğurluq hadisəsi ilə heç bir əlaqəsi olmamışdır, xalası oğlu Həsən nə həmin evdən oğurluq edən zaman nə də qızılları satan zaman onun yanında olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, cinayətin törədilməsində iştirak etməmişdir. Nə həmin evdən oğurluq edilən zaman, nə də qızılları satan zaman o xalası oğlu Maksimin yanında olmamışdır. Cinayət işi üzrə Şahid3 da məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən zaman evdən oğurluq edən iki nəfər şəxsi də görsə də, onlardan birinin Maksim olduğunu dəqiq xatırladığını, digər şəxsi yəni onun olubolmadığını da xatırlamadığını bildirmişdir. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınaraq, barəsində başlanılmış cinayət işi üzrə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxaraq işə getmişdir. Evdən çıxan zaman evin qapısını qıfılla bağlamışdır. Saat 19:36-da qonşusu İradə ona zəng edərək evdə olduğunu soruşduqda ona hələ işdən qayıtmadığını bildirmişdir. Həmin vaxt İradə ona evin qapısının açıq olduğunu bildirdikdə o, İradəyə əri Azərin Tərtər rayonuna getdiyini, evdə olmadığını deyib gedib evə baxmasını bildirmişdir. İradə qapıdan evə daxil olaraq evin dağınıq olduğunu dedikdə onunla videogörüntülü danışmış və evin səliqəsinin pozulduğunu gördükdə artıq evdən oğurluq olduğunu bilmiş, buna görə də, işdən evə qayıtmışdır. İşdən evə qayıdan zaman evin səliqəsinin pozulduğunu, şkafdakı əşyaların dağıdıldığını gördükdə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra Binəqədi rayon polis idarəsinin əməkdaşları gələrək müəyyən sənədləşmə aparmışlar və yaşadığı evdən hər birinin qiyməti 500 manat olan 585 əyarlı Türkiyə istehsallı iki ədəd qadın üzüyü, 1 ədəd 800 manat dəyərində 750 əyarlı İtaliya istehsalı olan qadın üzüyü, bir ədəd 200 manat dəyərində olan qızıl klon, hər birinin 50 manat dəyəri olan iki ədəd və 1 ədəd 70 manat dəyəri olan gümüş qadın üzükləri, 20 manat dəyərində gümüş sep, 20 manat dəyəri olan gümüş bilərzik, 30 manat dəyərində Samsung markalı qulaqcıq və 100 manat xırda qəpik pul oğurlanmışdır. Yaşadığı evdən hər birinin qiyməti 500 manat olan 585 əyarlı Türkiyə istehsallı iki ədəd qadın üzüyü, 1 ədəd 800 manat dəyərində 750 əyarlı İtaliya istehsalı olan qadın üzüyü, 1 ədəd 200 manat dəyərində qızıl klon, hər birinin 50 manat dəyəri olan iki ədəd və 1 ədəd 70 manat dəyəri olan gümüş qadın üzükləri, 20 dəyərində gümüş sep, 20 manat dəyəri olan gümüş bilərzik, 30 manat dəyərində Samsung markalı qulaqcıq və 100 manat xırda qəpik pul oğurlanmışdır. Ümumilikdə isə ona oğurluq nəticəsində 2340 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırki vaxta qədər ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 24 fevral 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman qapı döyülmüşdür. O, qapını açan zaman bir nəfər oğlan təxminən iki metr aralıda üzünü əynindəki gödəkcə ilə örtmüş cavan oğlanı göstərərək xalası oğlu olduğunu deyib kirayə ev axtardıqlarını bildirmişdir. O, burada kirayə ev olmadığını, üzbəüz evdə də qonşu yaşadığını bildirib qapını bağlamışdır. Sonradan saat 19 radələrində o, həyətə çıxdıqda qonşu Təranənin qapısının açıq olduğunu görmüşdür. O, Təranəyə zəng edərək evdə olduğunu soruşduqda o, hələ işdən qayıtmadığını bildirmişdir. Həmin vaxt o, Təranəyə evinin qapısının açıq olduğunu bildirdikdə o, əri Azərin Tərtər rayonuna getdiyini, evdə olmadığını deyib ondan evə baxmasını xahiş etmişdir. O, qapıdan evə daxil olaraq evin dağınıq olduğunu Təranəyə dedikdə sonuncu onunla videogörüntülü danışmış və evin səliqəsinin pozulduğunu gördükdə artıq evdən oğurluq olduğunu bilmişlər. Sonradan bilmişdir ki, Təranənin evindən oğurluq edən şəxslər ondan kirayə ev soruşanlar olmuşdur.Şahid3 ifadə verən zamanı bildirmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 üzünü görmüşdür.Digər şəxsin Təqsirləndirilən şəxs2 orada olub-olmamasını dəqiq deyə bilməz. Məhkəmə iclasına Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdən Bakı şəhərində Memar Əcəmi metrostansiyasmın yaxınlığında qızıl alqı-satqısı ilə məşğul olur. 25 fevral 2024-cü il tarixdə saat təxminən 18 radələrində mağazada olan zaman iki nəfər oğlan və bir nəfər qadın mağazaya gəlmişlər və onlar analarının xəstə olduğu üçün 3 ədəd qızıl üzük və bir ədəd qızıl klonu satmaq istədiklərini bildirmişlər. O, həmin şəxslərdən qızılların oğurluq olub-olmadığını soruşduqda həmin şəxslər qızılların analarına məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Şahid1 şəxsiyyət vəsiqəsini götürüb qızıl və briliantların alışının aktı kitabında qeydiyyat aparmış və qızılın alış qiymətini hesablayaraq həmin şəxslərə 1020 manata ala biləcəyini demişdir. Həmin şəxslər onunla razılaşdıqdan sonra onlardan qızılı almışdır. O, həmin şəxslərdən 2 ədəd 585 əyarlı Türkiyə istehsalı, 1 ədəd 750 əyarlı İtaliya istehsalı üzük və 1 ədəd isə qızıl klon almışdır. Həmin şəxslərdən qızılların oğurluq olub-olmadığını soruşduqda həmin şəxslər analarının xəstə olduğunu, qızılların da analarına məxsus olduğunu satıb dərman almaq istədiklərini bildirmişlər. O, qızılları aldıqdan sonra onları yeni qızıl istehsal etmək üçün əritməyə vermişdir. Həmin qızılı alan zaman Şahid1 adından sənədləşmə aparmışdır. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qızılları ona təqsirləndirilən şəxslər Maksim və Həsən satmışlar. Onlar həmin vaxt anaları xəstə olduqları üçün qızılları təcili satmaq istədiklərini bildirmişlər, şəxsiyyət vəsiqələri olmadığından bacısının şəxsiyyət vəsiqəsini təqdim etmişlər və onun əsasında həmin qızılları almışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən faktla bağlı CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 4 ünvanında baş vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 20:35-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan və arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evindən etdiyi oğurluq nəticəsində əldə etdiyi pulla aldığı 01 ədəd Redmi markalı telefonu istintaq orqanına təqdim etmiş və iş üzrə maddi sübut qismində tanınaraq Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Qızıl və Brilyantların alışının akt kitabı”ndan olan çıxarışdan görünür ki, xx.xx.2024cü il tarixdə 583 əyyar üzük, 750 əyyar üzük, 585 əyyar klonun alışı ümumilikdə dəyəri 1020 manat olmaqla Şahid1 adına rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-149/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-151/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-362/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Maksim oğlunun həbsdə saxlanılma müddəti 15 (on beş) gün, yəni 16 iyun 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni 21 iyun 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 177.2.3, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 05 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır.xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmlə və xx.xx.2022-ci il tarixli qərar ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 iştirakı ilə onun ifadəsini dəqiqləşdirmək məqsədilə həmin ifadə yerində yoxlanmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 iştirakı ilə onun ifadəsini dəqiqləşdirmək məqsədilə həmin ifadə yerində yoxlanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qızına vurulmuş maddi xiyanın ümumilikdə 2340(iki min üç yüz qırx) manat olması nəzərə alınmış və Təqsirləndirilən şəxs1 oğurluq yolu ilə əldə etdiyi pula alaraq əldə etdiyi və saxlanıldıqdan sonra könüllü olaraq təhqiqat orqanına təqdim etdiyi 01 ədəd “redmi” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə cinayət işi üzrə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında olan ziddiyyətlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri və ifadələrində göstərilən xüsusatlar cinayət işinin materiallarına əlavə edilmiş digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmadığından məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini özünümüdafiə xarakterli hesab edir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qəbul edir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittihamda qeyd olunan əməlləri törətməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CMin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli plenum qərarının 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə təqsirləndirildikləri maddələr cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilməmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 faktiki azadlığı 01 mart 2024-cü il tarixdə saat 20:35-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və 02 mart 2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-149/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay həbs qətimkan tədbiri seçilmiş, Binəqədi Rayon Məhkəməsinin 4(001)-362/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsə saxlanılma müddəti 15 (on beş) gün müddətinə uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza müddətinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 59.1.13-cü maddəsinə əsasən gənc olmasını və törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli əmələ görə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 faktiki azadlığı 01 mart 2024-cü il tarixdə saat 20:35-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və 02 mart 2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Binəqədi Rayon Məhkəməsinin 4(001)- 151/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay həbs qətimkan tədbiri seçilmiş, Binəqədi Rayon Məhkəməsinin 4(001)-361/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsə saxlanılma müddəti 20 (iyirmi) iyirmi gün müddətinə uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirən şəxslərin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs evindən etdiyi oğurluq nəticəsində əldə etdiyi pulla aldığı 01 ədəd “Redmi” markalı telefon realizə edilməli və satışından əldə olunan vəsait zərərçəkmiş şəxsə ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 təqdim etdiyi hesabatlara əsasən onlar iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə hər biri ayrı-ayrılıqda 70 (yetmiş) saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat, ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2nna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Maddi sübut hesab edilərək Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanc yerində saxlanılan təqsirləndirən şəxslərin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs evindən etdiyi oğurluq nəticəsində əldə etdiyi pulla aldığı 01 ədəd “Redmi” markalı telefon realizə edilsin və satışından əldə olunan vəsait zərərçəkmiş şəxsə ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-369/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-369/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver