Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-369/2025 28.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasının Orenburq şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə
2. xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 2/5 Fatmayı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 31 oktyabr 2024-cü il tarixdə saat 13:57-də Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyət yanı sahəsinə hasardan aşma yolu ilə və evin giriş qapısının kilidini kəlbətinlə kəsmək yolu ilə qanunsuz daxil olaraq oradan, Zərərçəkmiş şəxs məxsus 1 ədəd 50 manat dəyərində İran istelsalı olan “Plan” markalı elektrik samovarı 1 ədəd bağlamada dəyəri 90 manat olan Türkiyə istehsalı olan elektrik kabelini gizli talayıb Zərərçəkmiş şəxs 140 ( yüz qırx ) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir.
2. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək 01 noyabr 2024-cü il tarixdə saat 01:02-də, yenidən həmin tarixdə saat 02:57-də Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyət yanı sahəsinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq oradan, Zərərçəkmiş şəxs məxsus 1 ədəd 60 manat dəyərində "Gepas” markalı ət çəkən maşını, 5 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 15 manat dəyərində metal məcməyiləri, 3 ədəd hər birinin dəyəri 10 manat olan ümumilikdə 30 manat dəyərində metal məcməyiləri, 50 ədəd hər birinin dəyəri 5 manat olan ümumilikdə 250 manat dəyərində Pakistan istehsalı olan müxtəlif ölçü və rənglərdə cins şalvarları, 2 ədəd hər birinin dəyəri 15 manat olan ümumilikdə 30 manat dəyərində “HM” markalı kişi idman şalvarlarını, 50 cüt hər cütünün dəyəri 3 manat olan ümumilikdə 150 manat dəyərində Pakistan istehsalı olan müxtəlif rənglərdə yun corabları, 7 cüt hər cütünün dəyəri 5 manat olan ümumilikdə 35 manat dəyərində “Energy” markalı qadın corablarını, 30 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 90 manat dəyərində Pakistan istehsalı olan müxtəlif ölçülü və modelli şortları, 2 dəst hər birnin dəyəri 10 manat olan ümumilikdə 20 manat dəyərində “Luy Jao” markalı çimərlik dəstlərini, 20 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 60 manat dəyərində zeytun tərkibli İran istehsalı olan sabunları, 15 ədəd hər birinin dəyəri 10 manat olan ümumilikdə 150 manat dəyərində Pakistan istehsalı olan tenis roketkalarını, 10 qutu hər qutuda 4 ədəd olmaqla və hər qutunun dəyəri 10 manat olan ümumilikdə 100 manat dəyərində “Energy” markalı tenis toplarını,10 qutu hər qutuda 6 ədəd olmaqla və hər qutunun dəyəri 15 manat olan ümumilikdə 150 manat dəyərində Pakistan istehsalı olan lələkli badminton toplarını, 1 qutu içərisində 12 ədəd olmaqla ümumilikdə 20 manat dəyərində ağ lələkli badminton toplarını, 4 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 12 manat dəyərində balınc üzlərini, 30 ədəd hər birinin dəyəri 10 manat olan ümumilikdə 300 manat dəyərində Pakistan istehsalı olan müxtəlif ölçü və modelli klassik kişi köynəklərini,5 ədəd hər birinin dəyəri 15 manat olan ümumilikdə 75 manat dəyərində “Black Jeans” markalı kişi köynəklərini, 20 ədəd hər birinin dəyəri 5 manat olan ümumilikdə 100 manat dəyərində Pakistan istehsalı olan müxtəlif ölçü və modelli qısaqol kişi köynəklərini, 20 ədəd hər birinin dəyəri 5 manat olan ümumilikdə 100 manat dəyərində Pakistan istehsalı olan müxtəlif ölçü və modelli uşaq köynəklərini,30 ədəd hər birinin dəyəri 10 manat olan ümumilikdə 300 manat dəyərində Pakistan istehsalı olan müxtəlif ölçü və modelli qadın idman geyimlərini, 3 ədəd hər birinin dəyəri 25 manat olan ümumilkdə 75 manat dəyərində İran istehsalı olan ütüləri, 4 ədəd hər birinin dəyəri 25 manat olan ümumilikdə 100 manat dəyərində müxtəlif markalı müşahidə kameralarını, 5 ədəd hər birinin dəyəri 15 manat olan ümumilikdə 75 manat dəyərində İran istehsalı olan su kranlarını, 1 ədəd dəyəri 150 manat olan 193x288 sm ölçülü, 2 ədəd hər birinin dəyəri 120 manat olan ümumilikdə 240 manat dəyərində 173x268 sm ölçülü və 2 ədəd hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 153x248 sm ölçülü İran istehsalı olan xalçalarını,1 ədəd 20 manat dəyərində 140x170 sm ölçülü adyalı, 1 ədəd bağlamada dəyəri 70 manat olan İran istehsalı olan elektrik kabelini, 1 ədəd bağlamada dəyəri 90 manat olan Türkiyə istehsalı olan elektrik kabelini, 1 ədəd 100 manat dəyərində diplomatik plastik çantanı, 1 ədəd 80 manat dəyərində İran istehsalı olan çəhrayı rəngli parça materialdan təkərli yük çantasını, 4 ədəd hər birinin dəyəri 50 manat olan ümumilikdə 200 manat dəyərində böyük ölçülü Türk istehsalı olan qara rəngli parça materialdan yük çantalarını, 100 ədəd hər birinin dəyəri 2 manat olan ümumilikdə 200 manat dəyərində Çin istehsalı olan mətbəx suvenirlərini gizli talayıb Zərərçəkmiş şəxs cəmi 3.557 (üç min beş yüz əlli yeddi) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir.
3. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək 02 noyabr 2024-cü il tarixdə saat 02:29-da Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyət yanı sahəsinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq oradan, Zərərçəkmiş şəxs məxsus 3 ədəd hər birinin dəyəri 150 manat, ümumilikdə dəyəri 450 manat 193x288 sm ölçülü İran istehsalı olan xalçalarını gizli talayıb Zərərçəkmiş şəxs cəmi 450 (dörd yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir.
4. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək 01 noyabr 2024-cü il tarixdə saat 01:02-də, yenidən həmin tarixdə saat 02:57də Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyət yanı sahəsinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq oradan, Zərərçəkmiş şəxs məxsus 1 ədəd 60 manat dəyərində "Gepas” markalı ət çəkən maşını, 5 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 15 manat dəyərində metal məcməyiləri, 3 ədəd hər birinin dəyəri 10 manat olan ümumilikdə 30 manat dəyərində metal məcməyiləri, 50 ədəd hər birinin dəyəri 5 manat olan ümumilikdə 250 manat dəyərində Pakistan istehsalı olan müxtəlif ölçü və rənglərdə cins şalvarları, 2 ədəd hər birinin dəyəri 15 manat olan ümumilikdə 30 manat dəyərində “HM” markalı kişi idman şalvarlarını, 50 cüt hər cütünün dəyəri 3 manat olan ümumilikdə 150 manat dəyərində Pakistan istehsalı olan müxtəlif rənglərdə yun corabları, 7 cüt hər cütünün dəyəri 5 manat olan ümumilikdə 35 manat dəyərində “Energy” markalı qadın corablarını, 30 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 90 manat dəyərində Pakistan istehsalı olan müxtəlif ölçülü və modelli şortları, 2 dəst hər birnin dəyəri 10 manat olan ümumilikdə 20 manat dəyərində “Luy Jao” markalı çimərlik dəstlərini, 20 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 60 manat dəyərində zeytun tərkibli İran istehsalı olan sabunları, 15 ədəd hər birinin dəyəri 10 manat olan ümumilikdə 150 manat dəyərində Pakistan istehsalı olan tenis roketkalarını, 10 qutu hər qutuda 4 ədəd olmaqla və hər qutunun dəyəri 10 manat olan ümumilikdə 100 manat dəyərində “Energy” markalı tenis toplarını,10 qutu hər qutuda 6 ədəd olmaqla və hər qutunun dəyəri 15 manat olan ümumilikdə 150 manat dəyərində Pakistan istehsalı olan lələkli badminton toplarını, 1 qutu içərisində 12 ədəd olmaqla ümumilikdə 20 manat dəyərində ağ lələkli badminton toplarını, 4 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 12 manat dəyərində balınc üzlərini, 30 ədəd hər birinin dəyəri 10 manat olan ümumilikdə 300 manat dəyərində Pakistan istehsalı olan müxtəlif ölçü və modelli klassik kişi köynəklərini,5 ədəd hər birinin dəyəri 15 manat olan ümumilikdə 75 manat dəyərində “Black Jeans” markalı kişi köynəklərini, 20 ədəd hər birinin dəyəri 5 manat olan ümumilikdə 100 manat dəyərində Pakistan istehsalı olan müxtəlif ölçü və modelli qısaqol kişi köynəklərini, 20 ədəd hər birinin dəyəri 5 manat olan ümumilikdə 100 manat dəyərində Pakistan istehsalı olan müxtəlif ölçü və modelli uşaq köynəklərini,30 ədəd hər birinin dəyəri 10 manat olan ümumilikdə 300 manat dəyərində Pakistan istehsalı olan müxtəlif ölçü və modelli qadın idman geyimlərini, 3 ədəd hər birinin dəyəri 25 manat olan ümumilkdə 75 manat dəyərində İran istehsalı olan ütüləri, 4 ədəd hər birinin dəyəri 25 manat olan ümumilikdə 100 manat dəyərində müxtəlif markalı müşahidə kameralarını, 5 ədəd hər birinin dəyəri 15 manat olan ümumilikdə 75 manat dəyərində İran istehsalı olan su kranlarını, 1 ədəd dəyəri 150 manat olan 193x288 sm ölçülü, 2 ədəd hər birinin dəyəri 120 manat olan ümumilikdə 240 manat dəyərində 173x268 sm ölçülü və 2 ədəd hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 153x248 sm ölçülü İran istehsalı olan xalçalarını,1 ədəd 20 manat dəyərində 140x170 sm ölçülü adyalı, 1 ədəd bağlamada dəyəri 70 manat olan İran istehsalı olan elektrik kabelini, 1 ədəd bağlamada dəyəri 90 manat olan Türkiyə istehsalı olan elektrik kabelini, 1 ədəd 100 manat dəyərində diplomatik plastik çantanı, 1 ədəd 80 manat dəyərində İran istehsalı olan çəhrayı rəngli parça materialdan təkərli yük çantasını, 4 ədəd hər birinin dəyəri 50 manat olan ümumilikdə 200 manat dəyərində böyük ölçülü Türk istehsalı olan qara rəngli parça materialdan yük çantalarını, 100 ədəd hər birinin dəyəri 2 manat olan ümumilikdə 200 manat dəyərində Çin istehsalı olan mətbəx suvenirlərini gizli talayıb Zərərçəkmiş şəxs cəmi 3.557 (üç min beş yüz əlli yeddi) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir.
5. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək 02 noyabr 2024-cü il tarixdə saat 02:29-da Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyət yanı sahəsinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq oradan, Zərərçəkmiş şəxs məxsus 3 ədəd hər birinin dəyəri 150 manat, ümumilikdə dəyəri 450 manat 193x288 sm ölçülü İran istehsalı olan xalçalarını gizli talayıb Zərərçəkmiş şəxs cəmi 450 (dörd yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir.
6. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Proses iştirakçılarının ifadələri:
7. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 bildirmişdir ki, oğurluq hadisəsi törətdiyi evə ilk dəfə tək getmiş, həyətin ot-alaq basdığını görərək yaşayış olmadığını müəyyən etmiş, samovar və kabel oğurlamışdır. Daha sonra evdə yaşayış olmadığını dəqiqləşdirmiş, evdə qutularda əşyaların olduğunu və bunu təkbaşına daşımağın mümkün olmayacağını görərək onların oğurlanması üçün Hüseynə təklif etmiş həmin evə birgə gedərək, birinci dəfə oradan pal-paltar, daha sonra isə 2 ədəd xalça oğurlamışlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, evdən birdəfəlik əşyaların daşınması mümkün deyildi, əşyalar qutularda və çox idi, ona görə də əşyaları hissə-hissə daşımışlar. Daha sonra bildirmişdir ki, samovar və kabeli metalom əşya alınan yerə aparmış, şəxsiyyət vəsiqəsi tələb edildiyinə görə sata bilməmişdir. Daha sonra onları əzib lom dəmir qiymətinə 20-30 manata satmışdır. Hüseynlə birlikdə oğurladıqları əşyaları isə Sabunçuda “bit bazarında” təxminən 300 manata satmışlar. Təqsirləndirilən şəxs Hüseynin özünə də geyinmək üçün şalvar-köynək götürdüyünü, həmin evdən oğurluq etməyin onun fikri olduğunu, kirayə qaldıqları evdən çıxan və ekspertizaya verilən əşyaların isə oraya sonradan qoyulduğunu, orada heç qalmadıqlarını, o əşyaları götürmədiklərini ifadəsinə əlavə etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, onların qəbul etdikləri hissədə zərəri ödəməyə hazır olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir.
8. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Nahid onun əvvəllər işlədiyi yerə gəlib-gedirmiş. Nahid ona zəng edərək bildirmişdir ki, yaşayış olmayan ev vardır və ora girilməlidir. O da razılaşmışdır. Onlar evdə yaşayış olmadığından əşyaları hissə-hissə rahatlıqla daşıya bilmişlər. Əşyalar qutularda olmuşdur. Həmin evdən 2 ədəd xalça və 4 ədəd çantada pal-paltar götürmüşlər. Oğurladıqları pal-paltardan 2 ədəd şalvar və köynək də özünə götürdüyünü bildirən təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq əşyaları təxminən 270-300 manata satmışlar, başqa əşya olmamışdır. Kirayə qaldıqları evdən çıxan əşyalar oraya sonradan qoyulmuşdur. Onları götürməmişlər, heç orda artıq yaşamırdılar da. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, onların qəbul etdikləri hissədə zərəri ödəməyə hazır olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir.
9. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Xaqan Dadaşov küçəsi, ev 16-da qeydiyyatda olmaqla, Xıdır Mustafayev küçəsi, ev 8-də yaşayır. Evi satdığına görə malları təzə tikiliyə daşımışlar. Onlara zəng gəlmişdir ki, pəncərələrinizi açıq qoymusunuz, onlar da cavab vermişlər ki, biz açmamışıq. O, bu malları sentyabrda həmin evə köçürtdüyünü, lakin bacısı rəhmətə getdiyindən başlarının qarışıq olduğunu və təzə evə köçmədiklərini bir müddət evi sahibsiz qoyduqlarını ifadəsinə əlavə etmişdir. Daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq edilmiş tikili ünvan 3 ünvanında yerləşən nömrəsiz evdir. Hadisə ilə bağlı onlara qonşu Vəfadar zəng etmişdir. Həmin malları o evə 166 yük daşıma xidməti vasitəsi ilə daşımışlar. Malların hamısı bağlı qutularda olmuşdur. Ev taxta qapılı olduğuna görə qapını rezin açar ilə bağlamışlar. Təqsirləndirilən şəxslər həmin açarı kəsib evə girmişlər. Evdən yaşayış olmadığından onlar evə rahatlıqla daxil olmuş, hətta evdə yeyib-içmişlər, vaxt keçirmişlər daha sonra hissə-hissə əşyaları oğurlamışlar. Evə daxil olanda bütün qutuların ağızının açıldığını, evin alt-üst olduğunu görmüş, dərhal da polis çağırmışlar. Bu malların evlilik dövründə satılmaq məqsədilə alındığını, lakin sonradan İran vətəndaşı olan keçmiş əri ilə aralarında əmlakla bağlı yaranan mübahisə ilə əlaqədar məhkəmənin qətnamə qəbul edərək həmin əşyaları keçmiş ərinə qaytarılmalı olmasının üzərinə öhdəlik kimi qoyulmasını, bu əşyaların dəyərinə görə gələcəkdə cavabdeh olacağını bildirərək məhkəmədən hüquqlarının müdafiə edilməsini və zərərçəkən şəxs kimi tanınan statusuna xitam verilməməsini xahiş etmiş, təqsirləndirilən şəxslərdən isə şikayətçi olduğunu, ona dəyən zərəri tam məbləğdə tələb etdiyini ifadəsinə əlavə edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğurluq hadisəsinin baş verdiyi ev Sulutəpə qəsəbəsi, döngə 21-də yerləşir. Ev anasının evi olmuş və təmirdə olduğundan orada yaşayış olmamışdır. Oğurlanan əşyalar məhkəmənin anasının keçmiş həyat yoldaşı Davud Cəmşidiyə məhkəmə qaydasında verilmiş əşyalar idi. Əşyalar işlənməmişdi və qutuda idi. Satış üçün nəzərdə tutulmuşdu. 166 yük daşıma xidməti ilə gətirilmişdi. Davud Cəmşidi gəlib götürməli idi. Bir otaq bütünlüklə həmin əşyalar ilə dolu idi. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər neçə gün evə gedib-gəlmişlər, evdə yeyib-içib daha sonra isə əşyaları hissə-hissə daşımışlar. Sonda şahid bildirmişdir ki, anası həmin əşyalara görə məsuliyyət daşıyır və əşyaları keçmiş əri tələb edəcəkdir.
11. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X4 2 ildir ki, tanıyır. Onlar qonşudurlar. Onun evində təmir işləri də görmüşdür. Mehriban xanımın evi onun evindən marketə gedən yolun üstündə yerləşir. Noyabr ayında günortadan sonra həmişə getdiyi yolla marketə gedərkən görmüşdür ki, Mehriban xanımgilin evinin pəncərəsi açıqdır. O da Mehriban xanımın qızı Polina xanıma zəng edib bu barədə məlumat vermişdir. Həmin günü axşam tərəfi polislər gəlmiş və məlum olmuşdur ki, evdə oğurluq hadisəsi olmuşdur. Daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, polislər gələndə o da hadisə baş verən evə getmişdir, həmin vaxt evdə əşyalar dağınıq vəziyyətdə olmuşdur.
12. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı X16 ifadəsində göstərmişdir ki, ona hazırda məhkəmə iclasında məlum olmuşdur ki, zərərçəkmiş xanım həyat yoldaşından boşanmışdır və oğurlanan əşyalar onun keçmiş həyat yoldaşına məxsus olmuşdur. Oğurlanmış əşyaların siyahısı zərərçəkmiş şəxsin ifadəsi əsasında hazırlanmışdır. Ekspert rəyi ilə siyahıda olan əşyaların qiymətləri müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, 8 ədəd xalça oğurlanmışdır. Ekspert rəyində də xalçalar qeyd olunmuşdur. Zərərçəkmiş şəxsin ifadəsini dəqiqləşdirmək üçün yenidən ifadəsini alınmışdır. Zərərçəkmiş şəxs bildirmişdi ki, 8 ədəd xalçanın üçü böyük ölçülü, ikisi kiçik ölçülü, digərləri isə orta ölçülüdür. Hətta yekun ittiham veriləndə xalçaların qiymətləri aşağı qeyd olunmuşdur. Təqsirləndirilən şəxslərin evindən maddi sübut kimi götürülmüş əşyalar ekspertizaya təqdim olunmuşdur. Təqsirləndirilən şəxslərin evindən 1 ədəd xalça 1 ədəd ədyal, pal-paltar, mətbəx suvenirləri, tennis topları və digər xırda əşyalar çıxmışdı. Zərərçəkmiş şəxs deyir ki, 8 ədəd xalça oğurlanmışdır, lakin təqsirləndirilən şəxslər etiraf etmişdir ki, onlar 3 ədəd xalça oğurlamışlar, ikisini satmışlar və biri isə evdə qalmışdır. Dəymiş ziyanın dəqiqləşdirilməsi ilə bağlı üzləşdirmə istintaq hərəkəti də keçirilmişdir. Təqsirləndirilən şəxslər ifadələrində bildirmişlər ki, onlar oradan ən çox 1000 manat dəyərində oğurluq etmişlər, onu da dəyər dəyməzinə 300 manata satmışlar. Maddi sübut kimi götürülən əşyalar 580 manat dəyərdindədir, özlərinin satdıqları isə dediklərinə görə 300 manatlıq idi. Təqsirləndirilən şəxs özü mənə demişdir ki, onlar həmin ünvandan 4885 manatlıq əşya oğurlamamışlar. Buna görə də dəqiqləşdirmələr aparılmışdır. Lakin hər iki tərəf verdikləri ifadələri təsdiqləmiş və ziddiyyət olduğu kimi qalmışdır. Maddi sübutları təhqiqatçı təqsirləndirilən şəxsin kirayə qaldığı evdən götürmüşdür.
13. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X8 ifadəsində göstərmişdir ki, qeyd olunan məhkəmə qərarı əmlaklarla bağlı 19 sentyabr 2022-ci il tarixdə qəbul olunmuşdur. Sözügedən məhkəmə qərarı 112 adda əmlakla bağlı olmuşdur. Tərəflər qarşılıqlı iddia vermişlər. Biz həmin əmlaklarla bağlı Maştağa qəsəbəsində məktəbli küçəsi 127 ünvanda olmuşduq. Orada əmlaklara baxış keçirilmişdi. Məhkəmə qərarında qeyd olunan əmlakları müəyyən etmişdik, olmayan əşyalar isə pullar idi. Sadəcə olaraq 2023-cü ildə Mehriban xanım Məştağa qəsəbəsindəki evi satıb Xocəsən qəsəbəsinə gələndə bildirdi ki, o köçür. O da tələbkara bildirmişdir ki, əşyaları gedib götürsün. Lakin həmin vaxtı onların maşınla bağlı iddiaları olmuşdur. Tələbkar da əmlakları götürməmişdir. Mehriban xanım isə əmlakları maşına qoyub Maştağadan çıxardıb Xocasənə aparmışdır. Qeyd edilən əmlaklarla bağlı o özü ünvana 2022-ci ildə baxış keçirən zaman akt tərtib etmişdir. CM-in 303-cü maddəsinə əsasən də bildirmişdir ki, əmlaklar üzərində məsuliyyəti Mehriban xanım daşıyır. Tələbkar gəlmədiyinə görə Mehriban xanım isə arayış vermədiyinə görə icra işini aidiyyatı üzrə göndərə bilməmişdir. Siyahıya alınmış əşyalar həm aktlaşdırılmışdır, həm də videoçəkilişlə qeydə alınmışdır. İran vətəndaşı son vaxtlar gedən İran-İsrail müharibəsinə görə Bakıya qayıtmışdır. İddianın təmini tədbiri ilə bağlı əmlaklar üzərinə həbs də qoyulmuşdur. Əmlaklarla bağlı yekun qərar çıxmışdır. Yekun məhkəmə qərarı ilə iddianın təmini tədbiri arasında olan əmlaklar arasında heç bir fərq yoxdur. İcra məmuru dəfələrlə tələbkara əmlaklarını götürməyi təklif etdiyini, xanımın özünün də dəfələrlə tələbkara əşyalarını gəlib götürməsi ilə bağlı xəbərdarlıq etdiyini, lakin sonuncunun əşyaları gəlib götürmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
14. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır.
15. CD diskin götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs evindən baş vermiş oğurluq faktı ilə əlaqədar tərəfindən təqdim edilən və özündə oğurluq faktının törədilməsinin görüntülərini əks etdirən 2 ədəd disk istintaqa təqdim edilmiş və həmin disklər cinayət işinin materiallarına əlavə edilmişdir.
16. Təqdim etmə və maddi sübutları götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, 23 noyabr 2024-cü il tarixində tərtib edilmiş Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi nömrəsiz fərdi yaşayış evindən oğurluq etmiş Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində nömrəsiz fərdi yaşayış evində Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı əşyalardan 2 ədəd kişi idman şalvarı Təqsirləndirilən şəxs2 iştirakı ilə götürülmüşdür.
17. Təqdim etmə və maddi sübutları götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi nömrəsiz fərdi yaşayış evindən oğurluq etmiş Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi nömrəsiz fərdi yaşayış evində Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı əşyalardan 6 ədəd plastik qabın içərisində 4 ədəd olmaqla tenis topları, 6 ədəd hər birnin içərisində 6 ədəd olmaqla lələkli tenis topları, 1 ədəd tenis raketkası, 4 ədə suvenir, 5 cüt yun corab, 2 ədəd dməir mətbəx əşyası, 2 ədəd qadın idman geyimləri, 2 ədəd kişi idman geyimi, 3 ədəd klassik köynək, 3 ədəd qısaqol köynək, 01 ədəd xalça və 4 ədəd qadın şortu Təqsirləndirilən şəxs1 iştirakı ilə götürülmüşdür.
18. Video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısından bir nəfər şəxsin fərdi yaşayış evinə daxil olaraq 1 saat sonra evdən oğurladığı əşyaların çantalara doldurulmuş şəkildə çıxıb getməsi görsənmişdir. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur.
19. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.
20. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.
21. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
22. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 901/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablanmışdır.
24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 900/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablanmışdır.
25. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəni bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin baş vermə mexanizmini əyani şəkildə təsvir etmişdir.
26. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəni bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin baş vermə mexanizmini əyani şəkildə təsvir etmişdir.
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 Şəxsin xx.xx.2025-ci il tarixli, 2404 nömrəli Ambulator X6 rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – burun sümüyünün sol qanadında yerinidəyişən, sağ qanadında yerini dəyişməyən sınıqları ilə müşayiət olunan burun belinin qançır şişkinliyi və əzilmiş yarası, sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sağ gicgah nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən zərərçəkənin qeyd etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, sol dirək oynağı nahiyəsinin kəsilmiş yarası isə sınmış kafel parçasının kəsici kənarının təsirindən, zərərçəkənin qeyd etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Təqsirləndirilən şəxs1 sol bazu oynağı nahiyəsinin və sol said nahiyəsinin çapırları kəsilmiş deşilmiş yaraların izi olub, kəsici əşyanın (alətin) təsirindən müayinədən ən azı 1,5 il əvvəl əmələ gələ bilərdilər.
28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 Şəxsin xx.xx.2025-ci il tarixli, 2404 nömrəli Ambulator X6 rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər – sol said nahiyəsinin kəsilmiş yaraları və kəsilmiş yaraların izləri olan çapıqları kəsici kənara malik əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, zərərçəkənin qeyd etdiyi tarixdə, yəni səthi kəsilmiş yaralar 22.1.2024-cü il tarixdə, kəsilmiş yaraların izləri olan çapıqlar isə müayinədən ən azı 6 ay əvvəl əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini, istiqamətlərini və bədənin əlçatan nahiyələtində yerləşmələrini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi üçün xarakterikdir. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər şəxsin öz boyu hündürlüyündən yıxılaraq kəsici kənara malik əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkün deyildir.
29. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 1 (bir) ədəd 193 sm enində 288 sm uzunluğunda xalça, 1 (bir) ədəd 140 sm enində, 170 sm uzunluğunda adyal, 1 (bir) ədəd yeni ECKO markalı idman şalvarı, 2 (iki) ədəd “Black Jeans” markalı köynək, 2 (iki) ədəd “LUYJAO” markalı çimərlik dəsti, 1 (bir) ədəd idman şalvarı, 4 (dörd) ədəd balınc üzü, 1 (bir) ədəd “Fox” markalı idman şalvarı, 7 (yeddi) cüt corab, 4 (dörd) ədəd “Black Jeans” markalı köynək, 2 (iki) ədəd idman şalvarı, 2 (iki) ədəd tennis roketkası, 4 (dörd) ədəd mətbəx suveneri, 6 (altı) qutu tennis topu, 1 qutuda 12 ədəd badminton topu Zərərçəkmiş şəxs təqdim edilmiş və sonuncu təqdim edilmiş əşyalar arasından ona məxsus olan dreli əyani şəkildə göstərmişdir.
30. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-979/2016 nömrəli hökmü ilə CM-in 32.5,177.2.1, 32.5,177.2.2, 32.5,177.2.5, 177.2.1, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, təyin edilmiş cəzanın əvvəli 10 yanvar 2016-cı il tarixdən hesablanmış və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir.
31. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.
32. Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, baxış keçirilən 01 ədəd CD diskdə 2 ədəd 1,4 MB həcmdə video faylın olduğu müəyyən edildi. Baxış zamanı istintaq üçün sübut əhəmiyyətli aşağıdakı hallar müəyyən olunmuşdur: 1-ci video faylda 2 nəfər şəxsin yol ilə əllərində heçnə olmadan piyada hərəkət etdiyi , həmin vaxt video kamera cihazında saatın 04:34 olduğu görünür.2-ci video kadrda isə saatın 05:02 olduğu və birinci video faylda olan şəxslərin əllərində xalçaların olduğu görünür. Baxış keçirilən 2-ci 01 ədəd CD diskdə 8 ədəd İMG_5573, İMG_5574 İMG_5575, İMG_5576, İMG_5577, İMG_5578, İMG_5579, İMG_5580 adlı video faylın olduğu görünür.Həmin diskdə İMG_5573 adlı video fayla daxil olduqda 2 dəqiqə 08 saniyəlik videogörüntünün olduğu,videogörüntüdə tarixin xx.xx.2024-cü il tarixinin göstərdiyini saatın isə 02:57 olduğu görünür.Video görüntünün 40-cı saniyəsində 2 nəfər şəxsin evə hasardan daxil olduğu, evin digər kamera görüntüsündə isə həmin şəxslərin evə daxil olduğu görünür.Həmin diskdə İMG_5574 adlı video fayla daxil olduqda faylda 2 dəqiqə 55 saniyəlik video görüntünün olduğu, videogörüntüdə tarixin xx.xx.2024-cü il tarixinin göstərdiyini saatın isə 03:35 olduğu görünür həmin görüntülərdə 2 nəfər şəxsin əlində qara rəngli çantalarla evi hasardan tərk etmələri görünür. Həmin diskdə İMG_5575 adlı video fayla daxil olduqda faylda 4 dəqiqə 59 saniyəlik video görüntünün olduğu, videogörüntüdə tarixin xx.xx.2024-cü il tarixinin göstərdiyini saatın isə 13:57 olduğu görünür həmin görüntülərdə 1 nəfər şəxsin hasardan evə daxil olması, evin həyətində evə boylanıb baxması və sonra həmin evə giriş qapısından daxil olması görünür. Həmin diskdə İMG_5576 adlı video fayla daxil olduqda faylda 3 dəqiqə 11 saniyəlik video görüntünün olduğu, videogörüntüdə tarixin xx.xx.2024-cü il tarixinin göstərdiyini saatın isə 14:19 olduğu görünür həmin görüntülərdə 1 nəfər şəxsin əlində qara rəngli çanta ilə evdən çıxması və evin həyətindən hasardan çıxması görünür. Həmin diskdə İMG_5577 adlı video fayla daxil olduqda faylda 32 saniyəlik video görüntünün olduğu, videogörüntüdə tarixin xx.xx.2024-cü il tarixinin göstərdiyini saatın isə 02:22 olduğu görünür həmin görüntülərdə 2 nəfər şəxsin evin giriş qapısından çıxaraq evin həyətindən dayanmaları görünür. Həmin diskdə İMG_5579 adlı video fayla daxil olduqda 1 dəqiqə 28 saniyəlik videogörüntünün olduğu,videogörüntüdə tarixin xx.xx.2024-cü il tarixinin göstərdiyini saatın isə 01:02 olduğu görünür.Video görüntünün 10-cu saniyəsində 2 nəfər şəxsin evə hasardan daxil olduğu, evin digər kamera görüntüsündə isə həmin şəxslərin evə daxil olduğu görünür. Həmin diskdə İMG_5580 adlı video fayla daxil olduqda faylda 3 dəqiqə 20 saniyəlik video görüntünün olduğu, videogörüntüdə tarixin xx.xx.2024-cü il tarixinin göstərdiyini saatın isə 02:30 olduğu görünür həmin görüntülərdə 2 nəfər şəxsin saat 02:29-da evə hasardan daxil olmaları və saat 02:53-də evin həyətindən əllərində "yüklə" hasardan çıxmaları görünür. Baxışda iştirak etmiş Təqsirləndirilən şəxs2, videokarda görüntülənən şəxsin özü olduğunu yanında olan şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu təsdiq etdi.Qeyd olunan evə Təqsirləndirilən şəxs1 tək bir dəfə daxil olmasını, onunla birlikdə isə 2 dəfə qanunsuz daxil olmasını bildirdi.
33. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 135/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinun uzadılmasına dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs2 barəsində 23 aprel 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir.
34. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 134/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 23 aprel 2025-ci il tarixədək uzadılmışdır.
35. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/513 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 18 adda malların cədvəldə qeyd edilən xüsusatları və istifadə olunmaması nəzərə alınmaqla 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 580 (beş yüz səksən) manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları, xüsusatları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.
36. Cinayət işinin başlanımasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Xidməti araşdırmalar idarəsində toplanmış 2559-C-24 nömrəli material üzrə cinayət işinin başlanması hissəvi rədd edilmiş və bu barədə müvafiq məlumat verilmişdir. Təqsirləndirilən şəxs1 az ağır dərəcəli bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədi ilə materialdan ayrılmış material aidiyyəti üzrə göndərilmişdir.
37. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan yeni ittiham elan olunmuşdur.
38. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan yeni ittiham elan olunmuşdur.
39. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd üzəri naxışlı 193 sm enində 288 sm uzunluğunda xalça, 1 (bir) ədəd 140 sm enində, 170 sm uzunluğunda adyal, 1 (bir) ədəd yeni ECKO markalı ağ rəngli XL ölçülü idman şalvarı, 1 (bir) ədəd qara rəngli “Black Jeans” markalı XL ölçülü ağ yaxalıqlı köynək, 2 (iki) ədəd “LUYJAO” markalı XL ölçülü çimərlik dəsti, 1 (bir) ədəd “Black Jeans” markalı L ölçüdə üzərində “Porgressive” yazılı köynək, 1 (bir) ədəd üzərində “Yuventus” yazısı olan idman şalvarı, 4 (dörd) ədəd balınc üzü, 1 (bir) ədəd “Fox” markalı M ölçülü idman şalvarı, 7 (yeddi) cüt ikisi yaşıl rəngli, biri göy rəngli, dördü sarı rəngli “Enerjy” markalı corab, 2 (iki) ədəd ağ rəngli “Black Jeans” markalı XL ölçüdə köynək, 2 (iki) ədəd ağ rəngli damalı “Black Jeans” markalı M ölçüdə köynək, 2 (iki) ədəd üzərində “Yuventus” yazısı olan HM markalı ağ və göy rəngli idman şalvarı, 2 (iki) ədəd “ZHAOJENG” markalı tennis roketkası, 4 (dörd) ədəd 10 sm ölçüdə mətbəx suveneri, 6 (altı) qutu hər qutuda 6 (altı) ədəd olmaqla ləkəli badminton topu, 6 (altı) qutu hər qutuda 4 (dörd) ədəd olmaqla “ENRGY” markalı tennis topu, 1 (bir) qutuda 12 (on iki) ədəd ağ lələkli badminton topu və 2 (iki) ədəd disk cinayət işi üzrə maddi sübut qismində tanınmış, əşyalar Zərərçəkmiş şəxs təhvil verilmiş, 2 (iki) ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.
40. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 305/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 13 may 2025-ci il tarixədək uzadılmışdır.
41. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 304/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlanılma müddəti 13 may 2025-ci il tarixədək uzadılmışdır.
42. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 1542/2022 nömrəli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs, X2, X12 və X20 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda sadalanan əmlaklar çıxılmaqla, Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmurları Rəşad Mustafayev və Amil Əmirov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda sadalanan əşyaların cavabdeh Zərərçəkmiş şəxs alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin e261754/2022-4-33-004 nömrəli icra işindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1542/2022 nömrəli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraat başlanılmış və tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
43. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
44. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
45. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək, həmin sübutlara və müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
46. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin CM-in 177.2.1 və 177.2.3-cü maddələri üzrə törədilməsi onların etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilsə də, ibtidai istintaq orqanının təqsirləndirilən şəxslərin əməlində CM-in 177.2.2ci maddəsinin olmasına dair gəldiyi nəticə əsassız olduğundan öz təsdiqini tapmamışdır.
47. Belə ki, CM-in 177.1 ci maddəsinə görə oğurluq, yəni özgə əmlakının gizli yolla talama kimi ifadə edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür.
48. Eyni Qərarın 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti bitmiş hesab edilir.
49. CM-in 34.2-ci maddəsinə müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət dedikdə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 6 may 2022-ci il tarixli Plenum Qərarında CM-in 34.2-ci maddəsinə münaibətdə belə izah verilir ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir.
50. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 10-cu bəndində göstərilir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının barəsindəki sübutlara qiymət verilməlidir.
51. Məhkəmə onu da bildirmək istəyir ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Zərərçəkmiş şəxs evinə gizlin daxil olmaqla talama cinayətini töətmişlər. Plenum Qərarının 19-cu bəndində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada daxil olmaq başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-in 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-in 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-in 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur.
52. Qanunvericiliyin izahından da göründüyü kimi, təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində qabaqcadan razılıq əldə etməklə birgə icraçı kimi Zərərçəkmiş şəxs evinə qanunsuz daxil olmaqla vahid niyyətlə oğurladıqları əşyalara münasibətdə CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri yaranmışdır.
53. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 38-ci bəndində göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilsə də onların əməllərində CM-in 177.2.2-ci maddəsi təkrar olaraq oğurluq cinayətinin törədilməsi mövcud olmamışdır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan və davam edən cinayətlərin anlayışını vermir. Lakin qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır. Onu da qeyd etmək lazımdır ki, bu cinayətlər məhkəmə təcrübəsində də tanınır. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilir ki, cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Eyni məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli Plenum Qərarında daha ətraflı izah verilərək bildirilmişdir ki, davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur.
54. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında müraciətdə qaldırılan məsələ üçün böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). CM-in 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, həm də Ali Məhkəmənin Plenumunun izahından çıxış edən məhkəmə hazırki cinayət əməlinə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus evə evdə yaşayış olmadığı arxayınçılığı ilə davamlı olaraq vahid niyyətlə daxil olaraq oğurluq etmişlər. Qeyd edilən hal təqsirləndirilən şəxslər tərəfindən verilən ifadələrlə də öz təsdiqini tapmışdır. Belə ki, hər iki təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz ifadələrində göstərmişlər ki, evdən birdəfəlik əşyaların daşınması mümkün deyildi, əşyalar həm qutularda idi və həm də çox idi, ona görə də əşyaları əvvəlcə qutudan çıxarmış, daha sonra isə hissə-hissə daşımışlar. Beləliklə də, təqsirləndirilən şəxslərin əməli bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olmaqla, vahid qəsdlə əhatə olunan davam edən talama cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs kimi, evə daxil olmaqla törədilmişdir.
55. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evinə daxil olaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmələri epizodları üzrə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlardan CM-in 177.2.2-ci maddəsi və həmin maddəyə dair müddəalar xaric edilməlidir.
56. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
57. Məhkəmə müdafiə tərəfinin Zərərçəkmiş şəxs statsusuna xitam verilməsi ilə bağlı tələblərinə də münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə bildirir ki, Zərərçəkmiş şəxs kimi statsusuna xitam verilməsi məqsədmüvafiq deyildir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən oğurluq üçün daxil olunmuş ev Zərərçəkmiş şəxs məxsus olsa da oğurlanan əşyalar Zərərçəkmiş şəxs deyil, keçmiş həyat yoldaşı X15 Latifa məxsus olmuşdur. Belə ki, tərəflər boşandıqdan sonra daşınar əşyalarla bağlı mübahisə yaranmış daha sonra Yasamal Rayon Məhkəməsində X2 tərəfindən “əmlak tələbinə dair” iddia qaldırılmışdır. İddia tələbinə baxılanadək Yasamal Rayon Məhkəməsinin MTT (004)-14/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizələri təmin edilmiş və məhkəmədə iddia ərizəsi verilənədək 1 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək qərardadın təsviri hissəsində sadalanan əmlakların siyahıya alınması, həmin əmlakların istismar edilməsi, satılması, dəyişdirilməsi və sair formada özgəninkiləşdirilməsi Zərərçəkmiş şəxs qadağan edilmişdir. Bundan sonra cavabdeh Zərərçəkmiş şəxs könüllü olaraq, bəzi əşyaları iddiaçılara geri qaytarmış və bu barədə xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Aktdan isə o da müəyyən olunmuşdur ki, iddiaçılara məxsus əmlakların bir çoxu mövcud olmamışdır. Daha sonra Yasamal Rayon Məhkəməsində X15 Latif tərəfindən “əmlak tələbinə dair” iddia tələbi qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli aktla sadalanan əmlaklar çıxılmaqla Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmurları Rəşad Mustafayev və Amil Əmirov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda sadalanan əşyalar cavabdeh Zərərçəkmiş şəxs alınaraq iddiaçı X1 verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclas zalına dəvət edilən icra məmuru Rəşad Mustafayev bildirmişdir ki, tərəfindən icra tələbinin könüllü icrası ilə bağlı cavabdeh Zərərçəkmiş şəxs bildiriş verilmiş ona məsuliyyəti barədə xəbərdarlıq da elan edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs Məştağa qəsəbəsindəki evi satıb Xocəsən qəsəbəsinə gələndə xəbərdarlıq etmişdir ki, o köçür. Bu zaman tələbkara bildirilmişdir ki, əşyaları gedib götürsün. Lakin həmin vaxtı onların maşınla bağlı iddiaları olduğundan tələbkar da əmlakları götürməmiş, X2 İran İslam Respublikasının vətəndaşı olduğundan uzun müddət Azərbaycanda olmamışdır. Zərərçəkmiş şəxs isə əmlakları maşına qoyub Maştağadan çıxardıb Xocasənə aparmışdır. Bu iş üzrə icra tədbirləri hələ də sistemdə açıq olaraq qalmaqdadır. Əmlaklar qətnamədə göstərildiyi kimi tələbkara qaytarılmalı, olmayan əşyalar ilə bağlı isə tələbkarın zərərin əvəzini tələb etmək hüququ vardır. Məhkəmə ilk öncə bildirmək istəyir ki, oğurluq cinayəti talama cinayəti olmaqla mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakın gizlin qanunsuz olaraq götürülməsidir. Bu cinayətdə həmin əşyanı götürən şəxsin bir məqsədi olur, o da əşyanı gizlin olaraq talamaq. Əşyanın kimə məxsus olması haqqında məlumatlı olubolmamasının cinayəti törədən şəxs üçün heç bir fərqi olmadığı kimi işin tövsifinə də təsir etmir. Digər tərəfdən məhkəmə Mülki Məcəllənin 166.1-ci maddəsinə əsasən bildirmək istəyir ki, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. MM-nin 182.2-ci maddəsinə görə daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Əşyanın mülkiyyətçinin sahibliyindən iradəsinə zidd şəkildə çıxması dedikdə bu istənilən formada ola bilər – oğurluq, soyğunçuluq, digər talama formaları, itirmə və s. Belə hallarda əşyanı əldə edən üçüncü şəxs onu bilmədən əvəzli şəkildə alsa belə, vicdanlı sayılmır və mülkiyyəti qazanmış hesab edilmir. Yəni, bu vəziyyətdə qanunverici əldə edəni deyil, mülkiyyətçini qoruyur. Bu qayda əşyanı üçüncü şəxsdən almış sonrakı əldə edənlərə də eynilə tətbiq olunur. Hər bir halda əşyanın mülkiyyətçisinin əşyanı geri tələb etmək hüququnu və ya ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu özündə saxlayır. Beləliklə qeyd edilənləri ümumiləşdirirək məhkəmə bildirir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1542/2022 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs sahibliyində olan siyahı üzrə bir sıra daşınar əşyaların mülkiyyətçisi kimi X2 müəyyən edilərək onun geri qaytarılması öhdəliyi Zərərçəkmiş şəxs üzərinə qoyulduğundan, hər bir halda o əşyaların Zərərçəkmiş şəxs məxsus evdən oğurlanaraq götürülməsi halında X2 qarşısında Zərərçəkmiş şəxs məsuliyyət daşıyacaqdır. Hazırki cinayət işində məhkəmə iclas zalında təqsirləndirilən şəxslərin hər biri sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildikləri evə daxil olduqlarını və o evdə heç kimin yaşamadığına arxayın olduqları üçün vahid niyyətlə ümumilikdə 3 dəfə olmaqla oğurluq etdiklərini bu zaman 2 xalça və pal-paltar apardıqlarını etiraf etmişlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə də Zərərçəkmiş şəxs kimi statusu qanuna zidd olmamaqla, onun zərərçəkmiş şəxs kimi statusuna xitam verilməsinə də hər hansı bir əsas yaratmır.
58. Məhkəmə vurulmuş zərərin məbləğinə münasibətdə isə bildirmək istəyir ki, məhkəmə istintaqı zamanı zərərçəkən tərəfindən bildirilmişdir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd üzəri naxışlı 193 sm enində 288 sm uzunluğunda xalça, 1 (bir) ədəd 140 sm enində, 170 sm uzunluğunda adyal, 1 (bir) ədəd yeni ECKO markalı ağ rəngli XL ölçülü idman şalvarı, 1 (bir) ədəd qara rəngli “Black Jeans” markalı XL ölçülü ağ yaxalıqlı köynək, 2 (iki) ədəd “LUYJAO” markalı XL ölçülü çimərlik dəsti, 1 (bir) ədəd “Black Jeans” markalı L ölçüdə üzərində “Porgressive” yazılı köynək, 1 (bir) ədəd üzərində “Yuventus” yazısı olan idman şalvarı, 4 (dörd) ədəd balınc üzü, 1 (bir) ədəd “Fox” markalı M ölçülü idman şalvarı, 7 (yeddi) cüt ikisi yaşıl rəngli, biri göy rəngli, dördü sarı rəngli “Enerjy” markalı corab, 2 (iki) ədəd ağ rəngli “Black Jeans” markalı XL ölçüdə köynək, 2 (iki) ədəd ağ rəngli damalı “Black Jeans” markalı M ölçüdə köynək, 2 (iki) ədəd üzərində “Yuventus” yazısı olan HM markalı ağ və göy rəngli idman şalvarı, 2 (iki) ədəd “ZHAOJENG” markalı tennis roketkası, 4 (dörd) ədəd 10 sm ölçüdə mətbəx suveneri, 6 (altı) qutu hər qutuda 6 (altı) ədəd olmaqla ləkəli badminton topu, 6 (altı) qutu hər qutuda 4 (dörd) ədəd olmaqla “ENRGY” markalı tennis topu, 1 (bir) qutuda 12 (on iki) ədəd ağ lələkli badminton topu ona qaytarılsa da, ittiham aktında qeyd edilən digər əşyalar hələ də tapılaraq geri qaytarılmamış, ona vurulan zərərin əvəzi isə ödənilməmişdir. Lakin məhkəmə istintaqı zamanı ifadə verən hər iki təqsirləndirilən şəxs ittihamda və zərərçəkmiş şəxsin ifadəsində qeyd edilən ümumi məbləğlə, yəni vurulumuş zərərin dəyəri kimi göstərilən 4147 (dörd min yüz qırx yeddi) manatla razılaşmamış, evdən yalnız 2 ədəd xalça və 4 çanta pal-paltar apardıqlarını və bu əşyaların cəmi dəyərinin 200-300 manat arası Sabunçuda “bit bazarı”nda satdıqlarını bildirmişlər. Beləliklə də, məhkəmədə vurulmuş maddi ziyanla bağlı tərəflərin verdikləri ifadələr əsasında yaranmış ziddiyyətli hallar nə ittiham tərəfinin, nə də müdafiə tərəfinin təqdim etdiyi sübutlarla aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs mülki iddia vermədiyindən və qeyd edilən mübahisəli məsələ məhkəmə istintaqının da əsassız uzanmasına səbəb olacağından zərərçəkmiş tərəf bu xüsusatlarla bağlı gələcəkdə mülki qaydada məsələni mübahisələndirməklə yekun nəticə əldə edə bilər.
59. Beləliklə məhkəmə, qeyd edilənləri nəzərə alara bildirir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə olan əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr üzrə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.
60. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur.
61. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).
62. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
63. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
64. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.
65. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2026-ci il tarixli, 1(001)-979/2016 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.3, 32.5, 177.2.1, 32.5, 177.2.2, 32.5, 177.2.3 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, təyin edilmiş cəzanın əvvəli 10 yanvar 2016-cı il tarixdən hesablanmışdır. Hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 əv 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini isə 31 oktyabr 2024cü il, 01 noyabr 2024-cü il və 02 noyabr 2024-cü il tarixlərdə, yəni qeyd olunan cinayət işi üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir.
66. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəsdən az ağır və ağır cinayət əməllərini törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonuncu məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir.
67. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
68. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
69. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
70. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır.
71. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır.
72. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını CMin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır.
73. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir.
74. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.
75. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
76. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 18 sentyabr 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 9-cu maddələrində təsbit olunmuş ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma kimi qəbul oluna bilməz. Belə cəza əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymət olmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin “heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz” tələbini pozmur.
77. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.
78. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
79. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
80. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir.
81. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 23 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-901/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-134/2025 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 23 aprel 2025-ci il tarixədək uzadılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-305/2025 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 13 may 2025-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 23 noyabr 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur.
82. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.
83. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablanmalıdır.
84. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
85. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir.
86. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
87. Məhkəmə, digər Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
88. Məhkəmə, bildirir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.
89. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
90. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (ilk dəfə cinayət əməlini törətməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, qrupun digər üzvü olan Təqsirləndirilən şəxs1 tərəfindən cinayəti törətməyə meyilləndirilməsini də nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.
91. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
92. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
93. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.
94. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
95. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.
96. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evi ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
97. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 23 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-900/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-135/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinun uzadılmasına dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs2 barəsində 23 aprel 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalından azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-304/2025 nömrəli qərarı ilə ev dustaqlığında saxlanılma müddəti 13 may 2025-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 23 noyabr 2024-cü il tarixdən hazırkı vaxtadək ümumilikdə 8 (səkkiz) ay 5 (beş) gün müddətində həbsdə və ev dustaqlığında olmuşdur.
98. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.
99. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.
100. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
101. Beləliklə, Təqsirləndirilən şəxs2 23 noyabr 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 8 (səkkiz) ay 5 (beş) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır.
102. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
103. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.
104. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.
105. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.
106. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd üzəri naxışlı 193 sm enində 288 sm uzunluğunda xalça, 1 (bir) ədəd 140 sm enində, 170 sm uzunluğunda adyal, 1 (bir) ədəd yeni ECKO markalı ağ rəngli XL ölçülü idman şalvarı, 1 (bir) ədəd qara rəngli “Black Jeans” markalı XL ölçülü ağ yaxalıqlı köynək, 2 (iki) ədəd “LUYJAO” markalı XL ölçülü çimərlik dəsti, 1 (bir) ədəd “Black Jeans” markalı L ölçüdə üzərində “Porgressive” yazılı köynək, 1 (bir) ədəd üzərində “Yuventus” yazısı olan idman şalvarı, 4 (dörd) ədəd balınc üzü, 1 (bir) ədəd “Fox” markalı M ölçülü idman şalvarı, 7 (yeddi) cüt ikisi yaşıl rəngli, biri göy rəngli, dördü sarı rəngli “Enerjy” markalı corab, 2 (iki) ədəd ağ rəngli “Black Jeans” markalı XL ölçüdə köynək, 2 (iki) ədəd ağ rəngli damalı “Black Jeans” markalı M ölçüdə köynək, 2 (iki) ədəd üzərində “Yuventus” yazısı olan HM markalı ağ və göy rəngli idman şalvarı, 2 (iki) ədəd “ZHAOJENG” markalı tennis roketkası, 4 (dörd) ədəd 10 sm ölçüdə mətbəx suveneri, 6 (altı) qutu hər qutuda 6 (altı) ədəd olmaqla ləkəli badminton topu, 6 (altı) qutu hər qutuda 4 (dörd) ədəd olmaqla “ENRGY” markalı tennis topu, 1 (bir) qutuda 12 (on iki) ədəd ağ lələkli badminton topunun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı və 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanımalıdır.
107. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır.
108. Məhkəmə bildirmək istəyir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Qeyd edilən və CPM-in 180.2-ci maddəsini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı iddia vermək hüquqlarının olması izah edilməlidir.
109. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt, sərf etmişdir.
110. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
111. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
112. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 40 (qırx) hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
113. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.
114. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).
115. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
116. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
117. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 318, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi və həmin maddəyə dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (doqquz) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin.
2. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi və həmin maddəyə dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 noyabr 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 8 (səkkiz) ay 5 (beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evi ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd üzəri naxışlı 193 sm enində 288 sm uzunluğunda xalça, 1 (bir) ədəd 140 sm enində, 170 sm uzunluğunda adyal, 1 (bir) ədəd yeni ECKO markalı ağ rəngli XL ölçülü idman şalvarı, 1 (bir) ədəd qara rəngli “Black Jeans” markalı XL ölçülü ağ yaxalıqlı köynək, 2 (iki) ədəd “LUYJAO” markalı XL ölçülü çimərlik dəsti, 1 (bir) ədəd “Black Jeans” markalı L ölçüdə üzərində “Porgressive” yazılı köynək, 1 (bir) ədəd üzərində “Yuventus” yazısı olan idman şalvarı, 4 (dörd) ədəd balınc üzü, 1 (bir) ədəd “Fox” markalı M ölçülü idman şalvarı, 7 (yeddi) cüt ikisi yaşıl rəngli, biri göy rəngli, dördü sarı rəngli “Enerjy” markalı corab, 2 (iki) ədəd ağ rəngli “Black Jeans” markalı XL ölçüdə köynək, 2 (iki) ədəd ağ rəngli damalı “Black Jeans” markalı M ölçüdə köynək, 2 (iki) ədəd üzərində “Yuventus” yazısı olan HM markalı ağ və göy rəngli idman şalvarı, 2 (iki) ədəd “ZHAOJENG” markalı tennis roketkası, 4 (dörd) ədəd 10 sm ölçüdə mətbəx suveneri, 6 (altı) qutu hər qutuda 6 (altı) ədəd olmaqla ləkəli badminton topu, 6 (altı) qutu hər qutuda 4 (dörd) ədəd olmaqla “ENRGY” markalı tennis topu, 1 (bir) qutuda 12 (on iki) ədəd ağ lələkli badminton topunun Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alısın. İş üzrə sübut növü kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2, qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs1 tutularaq X7 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova