Məhkəmə qərarları › İş №1(001)-37/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-37/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-37/2022 04.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, Barlı kəndində qeydiyyatda olan və Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi ev 23, mənzil 23 ünvanında yaşamış, ünvan 2-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, 02.03.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi rayon məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07.03.2021-ci il tarixdə saat 03.00 radələrində istirahət etdikləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 1 mədəndə yerləşən “Vulkan” adlı oteldə yerləşən 52 saylı otaqda qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduqdan sonra Zərərçəkmiş şəxs yaşadığı evə getməsini tələb etməsi səbəbindən aralarında yaranmış şəxsi mübahisə zamanı sonuncunun sağ və sol bazu, həmçinin sağ və sol bud hissələrindən bir neçə dəfə sillə ilə vurub sağ bazunun ön hissəsinin, sol bazunun arxa hissəsinin, sağ budun bayır səthinin yuxarı 1/3-nin qançırları, sol budun bayır səthinin aşağı 1/3-nin dərialtı hematoması xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yolunda yerləşən “Həkəri” kafesindən tanımış, 06 mart 2021-ci il tarixdə saat 20 radələrində həmin kafedə müğənni kimi oxuduğu zaman Esmira ilə tanış olmuş, Esmira da həmin kafedə müğənni kimi oxumuş, birlikdə bir neçə mahnı oxuduqdan sonra saat 21.00 radələrində oxumaq üçün Nizami rayonu ərazisində yerləşən “X-Lady” kluba dəvət etmişdir.Bu barədə Esmiraya bildirmiş, onunda kluba getməsini istəmiş, Esmira razılaşmış, onunla birlikdə “Həkəri” kafesindən çıxaraq “X-Lady” kluba getmiş, saat 21:30 radələrində “X-Lady” kluba çatmış, həmin klubda saat 00:00 kimi oxumuş, həmin klub bağlandığından oradan çıxmalı olmuş, həmin klubda Coşqun adlı bir şəxslə tanış olmuş, həmin vaxtı Coşqun ona təklif etmişdir ki, içkilidir, əgər istəsə onun avtomobilini idarə etsin.Burdan çıxıb başqa yerdə oturub yeyib içsinlər demiş, həmin vaxtı Coşqunun yanında Aişən adlı tanışı olmuş, bu barədə Esmiraya təklif etmiş, Esmira da getməyə razı olmuş, hara gedəcəklərini bilməmişdir.Bundan sonra, Coşqunun “Land Rover” markalı avtomobilinə əyləşmiş, Coşqun qabaq oturacağda, Aişən arxa sağ oturacaqda, Esmira isə arxa sol oturacağda əyləşmiş, avtomobili idarə edərək Coşqunun verdiyi istiqamətlə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi, 1 mədəndə yerləşən “Vulkan” adlı otelin qarşısına gəlmiş, Coşqun “hər yer bağlıdır və burda yeyib içəcəyik” demiş, dördü də otelə daxil olmuş, oteldə iki nömrə otaq götürmüş, həmin otaqlar birbirindən ayrı yerdə yerləşmiş, dördü bir otağa yığışmış, stolda əyləşərək yemək sifariş etmiş, süfrəyə kabab, meyvə şirəsi və 500 qram spirtli içki gəlmiş, özü içki içməmiş, lakin Coşqun, Aişən və Esmira həmin spirtli içkini içib bitirmiş, həmin günü saat 02:00 radələrində Coşqun və Aişən otaqdan çıxaraq digər otağa getmiş, otaqda Esmira ilə qalmış, birlikdə qaldıqda Esmiraya ondan xoşu gəldiyini demiş, onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir.Esmira buna razı olaraq onunla ilə cinsi əlaqədə olmuş, cinsi əlaqədə olub qurtardıqdan sonra Esmira onu evlərinə aparmasını təklif etmiş, Esmiraya “yuxum gəlir, həmçinin də avtomobil Coşqunundur, o, da öz otağında yatır və bu gün oteldə qalaq, səhər birlikdə oteldən çıxarıq” demişdir.Belə olan halda Esmira təkidlə evə getməlidir demiş, onu aparıb evlərinə düşürtməyi xahiş etmiş, belə olan halda Esmira ilə aralarında mübahisə yaranmış, Esmiranı sillə ilə qol və baldır hissələrinə iki-üç dəfə vurmuş, daha sonra Esmira yatmışdır.07 mart 2021-ci il tarixdə saat 09:00 radələrində tanışları Coşqun, Aişən və Esmira oteldən çıxaraq “Land Rover” markalı avtomaşına minib oradan çıxıb getmiş, gedərkən Esmiranı yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Qurtuluş 93 ünvanına aparmış, Esmira maşından düşərək evinə getmiş, daha sonra Esmiranın ondan şikayət etdiyini bilmişdir.Bu hadisədən Coşqun və Aişənin xəbəri olmamışdır.Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını nəzərə alaraq, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 06.03.2021-ci il tarixdə axşam saatlarında işlədiyi kafedə Məryam adlı müğənni qadının vasitəsilə Nicat adlı müğənni ilə tanış olmuş, həmin günü Nicatla bir neçə dəfə mahnı oxuduqdan sonra onunla iş yoldaşı kimi münasibətləri yaranmış, həmin günü saat 21.00 radələrində Nicat Nizami rayonu ərazisində yerləşən “X-lady” adlanan kluba mahnı oxumağa dəvət etmişdir.Nicatın bu təklifini qəbul edib onunla həmin kluba getmiş, klubda mahnı oxumuş, orada Nicat onu Coşqun və Aişənlə tanış etmiş, həmin günü saat 00:00-da həmin klubdan çıxmış, Nicat “Coşqun sərxoşdu, onun maşınını idarə edəcəm və səni evə düşürdükdən sonra onları yola salacam” demiş, Nicatla razılaşmışdır.Coşqunun “Land Rover” markalı avtomobilinə əyləşmiş, avtomobili Nicat idarə etmiş, Binəqədi yolu istiqamətində yerləşən bir yerə gəlmiş, gəldiyi yeri tanımamış, maraqlandıqda Vulkan otel olduğunu bilmiş, Nicat da otelə hansı səbəbdən gəldiyini soruşmuş, Nicat “restorandı yemək yeyib çıxacayıq” demiş, Nicatla razılaşmışdır.Coşqun yemək sifariş etmiş, hər biri yemək yemiş, spirtli içki qəbul etmiş, bir qədər canlı bir neçə Azərbaycan xalq mahnılarını ifa etmiş, həmin vaxtı Coşqun Aişənlə otaqdan çıxaraq başqa otaqa keçmiş, otaqda Nicatla qalmışdır.Nicat “səndən xoşum gəlir, səninlə cinsi əlaqədə olmaq istəyirəm” demiş, belə olan halda kefi yaxşı olduğundan Nicatla öz razılığı ilə iki dəfə cinsi əlaqə olmuşlar.Cinsi əlaqədə olduqdan sonra Nicata evə getmək istəməsini demiş, Nicat isə yuxusu gəldiyini, səhər açılsın gedərik demiş, belə olan halda Nicatla aralarında mübahisə baş vermişdir.Mübahisə zamanı Nicat sillə ilə sol və sağ qolundan, sol və sağ bud nahiyyələrindən sillə ilə bir neçə dəfə vurmuş, bundan sonra çarpayının birində uzanıb yatmış, Nicat da çarpayının kənarında yatmış, səhər açılmış, 07.03.2021-ci il tarixdə saat 09:00-da Coşqunla Aişənin yatdıqları otaqın qapısını döyərək Coşquna onu evə aparsın demiş, belə olan halda Coşqun və Aişən otaqdan çıxmış, dördü də avtomobilə əyləşərək onu evinə düşrmüşdür.O, evdə bədəninə baxdıqda sol və sağ qolunda, sağ və sol budunda xəsarətlər almasını görmüş, bunu görəndə özünü bağışlamamış, Nicatın onun başına oyun açmasını fikirləşmiş, belə olan halda Nicat barəsində Bnəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət etmiş, ərizə verərkən Nicatdan hirsli olduğu üçün Nicat tərəfindən oteldə zorlanmasını bildirmişdir.Amma hazırda bildirir ki, Nicatla öz razılığı ilə cinsi əlaqədə olmuş, Nicat ona cinsi əlaqədə olarkən heç bir zor tətbiq etməmiş, Nicatdan acıqlı olduğu üçün ilkin olaraq belə izahat vermişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir və ondan heç bir şikayət və tələbi yoxdur, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X4 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli 129 saylı məhkəmə-tibbi ekspertiza rəyə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs sağ bazunun ön hissəsinin, sol bazunun arxa hissəsinin, sag budun bayır səthinin yuxarı 1/3-nin qançırları, sol budun bayır səthinin aşagi 1/3-nin dərialtı hematoması müəyyən edildi.Bu xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir və qərarda göstərilən tarixdə əmələ gəlmişdirlər. İş materiallarında olan cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və müdafiəçinin çıxışını dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, habelə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməli, habelə, zərərçəkmiş şəxsin barışıq ərizəsini nəzərə alaraq, cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 128-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək zərər çəkmiş şəxslə barışdığına və zərər çəkmiş şəxsin ondan şikayət və tələbləri olmadığına görə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən məlum olur ki, ünvan 2-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, 02.03.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən CM-nin 128 və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar