Məhkəmə qərarları › İş №1(001)-37/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-37/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-37/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Zəngilan rayonu, Bartaz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Bartaz kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 keçmiş əri Ceyhun Hüseynovdan boşanması və aliment tələbi ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində davam edən məhkəməyə guya vəzifədə işləyən tanışları vasitəsi ilə təsir edəcəyini, həmçinin Zərərçəkmiş şəxs3 hərbçi olan keçmiş ərindən yuxarı əmək haqqı aldığı üçün daha yüksək alimentin alınmasına dair qətnamə qəbul edilməsinin tezləşdirilməsinə nail olacağı adı ilə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda öz cinayətkar maraqlarından çıxış etməklə 2022-ci ilin mart ayının ortalarında günorta saatlarında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 fərdi yaşayış evində 6200 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni 6200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 və atası Zərərçəkmiş şəxs2 guya tibb işçisi olan anası Şahid3 rəfiqəsi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) baş həkimi vəzifəsində çalışan, əslində heç bir tanışlığı olmayan şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs1 həmin doğum evində tibb bacısı kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda öz cinayətkar maraqlarından çıxış edərək 2022-ci ilin iyul ayının sonlarında günorta saatlarında ünvan 3 ünvanında yerləşən “Çətir” restoranının qarşısında Zərərçəkmiş şəxs2 1100 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 1100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 və atası Zərərçəkmiş şəxs2 qızının əvvəllər tibb bacısı kimi işlədiyi «X1» tibb klinikasında xəstənin ölümü ilə əlaqədar baş vermiş hadisədə guya Zərərçəkmiş şəxs1 təqsirli olduğunu, bu faktla bağlı cinayət işinin istintaq edildiyini, qeyd olunan iş sonuncunun xeyrinə həll edilməyəcəyi halda əvvəlcədən vəd verdiyi vəzifəyə təyin etdirə bilməyəcəyini, həmçinin Zərərçəkmiş şəxs1 gələcək həyatında problem yaranacağını bildirib, bu işi guya polisdə işləyən atasının yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə həll edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin avqust ayının ortalarında axşam saatlarında Zərərçəkmiş şəxs2 ünvan 4 ünvanında yerləşən evinin yaxınlığında 6400 manat pulunu, bundan sonra eyni məqsəd və adla 2022-ci ilin oktyabr ayının əvvəllərində axşam saatlarında ünvan 4 ünvanındakı evinin yaxınlığında Zərərçəkmiş şəxs2 6000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda, yəni 12400 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 məxsus olan 08 iyul 2022-ci ildə 2888,96 manata aldığı, işlənməsini nəzərə alaraq 2500 manat dəyərində qiymətləndirdiyi İphone 13 pro 128 GB markalı **********56865 imei kodlu mobil telefon cihazında cüzi nasazlıq yarandığını əvvəlcədən bilib, guya Zərərçəkmiş şəxs1 şəxsi münasibətlərdən irəli gələrək qısqandığı üçün sonuncunun mobil telefonu aldığı mağazaya getməsini istəmədiyini bildirib, həmin mobil telefonu aldığı mağazada təmir etdirib, nasazlığı aradan qaldırmaqla qısa müddətdə geri qaytaracağına dair yalan vəd verib aldadaraq həmin mobil telefonu qutusu ilə birlikdə 2022-ci ilin avqust ayının son günlərində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində Xətai metrostansiyasının yaxınlığında etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirib, 2022-ci ilin sentyabr ayının ortalarında 1800 manat pul müqabilində sataraq şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs1 2500 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində, törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödədiyini, onlarala barışıq əldə etdiyini və hazırda ona arşı heç bir şikayət və tələbin olmadığını qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayında «X1»də tibb bacısı işlədiyi zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Məhəmməd rəfiqəsi Zərərçəkmiş şəxs3 sevgilisi olmuşdur. Məhəmmədi Fatimə ilə birlikdə görüb tanımışdır. Bir-birinin telefon nömrələrini bilmişlər. Məhəmmədlə arada sırada zəngləşib, görüşmüşlər. Bu aralarda bir-birini tanımışlar. Sonradan Məhəmmədin rəfiqəsi ilə münasibətləri ona məlum olmayan səbəbdən soyumuşdur. Məhəmməd ona Xətai rayonunda Leyla Şıxlinskaya klinikasının yaxınlığında yaşadığını, atasının polis işçisi, anasının isə həkim olduğunu demiş və evlərinin yerini ona göstərmişdir. Lakin Məhəmmədin mənzilində olmamışdır. Sonradan bilmişdir ki, bunların hamısı yalandır. Elmlər Akademiyası metrostansiyasının yaxınlığında qaçqınların müvvəqqəti olaraq məskunlaşdığı yataqxanada yaşadığını bilmişdir. 2022-ci ilin fevral ayından 2022-ci ilin sentyabr ayına kimi Bakı şəhərində yerləşən Leyla Şıxlinskaya adına xəstəxanada tibb bacısı işləmişdir. Həmin vaxt Məhəmməd anası vasitəsi ilə kiməsə maksimum 3000-4000 manat hörmət etmək şərti ilə onu 6 saylı doğum evində tibb bacısı kimi işə düzəldə biləcəyini demişdir. Anasının hər gün təxminən 50-100 manat arası pul qazandığını, bir neçə vaxtdan sonra onun da bu cür pullar qazana biləcəyini deyərək onu şirnikləndirmişdir. O, bu təklifi atasına da demiş və bunu verə biləcəyi ilə razılaşdıqdan sonra Məhəmmədə bu pulu verə biləcəyini deyərək Məhəmmədin təklifini qəbul etdiyini, həmin yerdə işə düzəlmək istədiyini demişdir. Məhəmmədin təkidi ilə işlədiyi klinikadan işdən çıxmışdır. Məhəmməd söz verdiyi işi düzəltmək üçün ondan sənədlərinin surətini və ilkin olaraq 1100 manat pul istəmişdir. Bildirmişdir ki, anasının rəfiqəsi 6 saylı doğum evinin baş həkiminə verəcək. Bundan sonra isə yenə də gərək olan pulu deyəcək. Bu təklif onu qane etdiyi üçün bununla razılaşmış, 2022-ci ilin iyul ayının son günlərində günorta saatlarında o, işdə olduğuna görə atası ilə zəngləşmiş, məsələni atasına izah etmiş, Məhəmmədi istiqamətləndirməyi ilə atası ilə evlərinin yaxınlığında yerləşən “Çətir” adlanan restoranının qarşısında görüşmüşlər. Atası həmin vaxt Məhəmmədin ondan istədiyi 1100 manat pulu, sənədlərinin əsilləri və surətlərini orada Məhəmmədə vermişdir. Birazdan Məhəmməd ona zəng vuraraq pulu və sənədləri atasından götürdüyünü demişdir. Sonra Məhəmməd ondan işində o vaxta kimi hər-hansı bir problem olub-olmadığını soruşmuşdur. O, Məhəmmədə heç bir hadisə olmadığını bildirmişdir. Bundan bir az sonra Məhəmməd ona zəng edərək onun işlədiyi müddətdə hansısa ölüm hadisəsinin baş verdiyini, bununla bağlı adında iş olduğunu deyərək, onun diplomunda problem olduğunu, bunun üçün işinin alınmayacağını bildirmişdir. O, əvvəllər «X1»də tibb bacısı işlədiyi zamanlarda ölüm hadisəsi baş vermişdir. O, həmin vaxt çox həyacanlı bir vəziyyət yaşamışdır. Çünki ölümlə bağlı gecə özü həkinə məlumat verməmişdir. Lakin sonradan bunun elə də ciddi bir qəbahət olmadığını bilmişdir. Bundan başqa məlumat verildiyini, orada tibb persenalının əlindən gələni etdiyini, lakin insanın həyatını xilas edə bilmədiklərini bilmişdir. O, bu hadisədə özünü günahkar hesab etmişdir. Sonradan analiz etmişdir ki, bu hadisəni rəfiqəsi Fatimə Məhəmmədə demişdir. Məhəmməd bu hadisədən məlumatlı olmuş və onu aldadaraq ondan əlavə pul tələb etmək üçün bunu düşünmüşdür. Aradan bir neçə gün keçdikdən sonra Məhəmməd ona bildirmişdir ki, işlədiyi zaman orada xəstə öldüyünə görə günahı onda bildiklərindən doğum evinə onu işə götürməyəcəklər. Diplomu dondurulmuşdur. Xəstənin ölümü ilə əlaqədar polisdə məsələnin həll edilməsi və diplomun dondurulmasını aradan götürmək üçün əvvəlcə 10.000 manat pul lazım olduğunu deyərək onu qorxutmuşdur. Məhəmməd polisdə yüksək vəzifədə olan atasının bu işlə maraqlandığını, vəzifəli şəxslərə xahiş etdiyini, sakitcə bu işlə bağlı onun adını təmizləyəcəyini deyərək onu və atasını tam olaraq aldatmışdır. Əgər səslərini çıxarsalar ciddi problem ola biləcəyini, həm indi həm də gələcək həyatında ciddi problem olacağını deyərək bu işin yalnız pulla həll olunacağını demişdir. Bu pulları hissə-hissə də verə biləcəyi ilə bağlı atasının kimlərisə razı saldığını deyərək bu pulu hissə-hissə ödəməyə onları razı salmışdır. 2022-ci ilin avqust ayının 10-da atası Azərbaycan Beynəlxalq bankından 4000 manat kredit götürmüşdür. Həmin pulun üstünə anası Şahid1 kredit kartından 1134 manat nağdlaşdırmışlar. Evdən də üzərinə əlavə pul qoyaraq 6400 manat pul düzəltmiş və həmin pulu 2022-ci ilin avqust ayının ortalarında axşam saatlarında atası ilə birlikdə Biləcəri qəsəbəsində yaşadığ evin yaxınlığında Məhəmmədə vermişlər. Məhəmməd yenə də narahat olmamalarını deyərək, bu işi həll etdikdən sonra dərhal işini düzəldəcəyini deyərək getmişdir. Bundan sonra Məhəmmədlə yenə də mütamadi olaraq görüşmüşlər. 2022-ci ilin avqust ayının sonlarında Məhəmmədlə birlikdə olduğu zaman 08 iyul 2022-ci ildə 2888.96 manata aldığı «İphone 13 pro» 128 GB markalı **********56865 imei kodlu telefonun arada bir sönüb yanmışdır. Zavod qüsuru olmuşdur. O, telefonu baxdırmaq üçün aldığı mağazaya aparmaq istəmişdir. Bu zaman Məhəmməd ona demişdir ki, “səni qısqanıram. Sən narahat olma mən aparıb telefonu tanışlarıma və ya həmin mağazada baxdıraram”. Məhəmməd elə bir vəziyyət yaratmışdır ki, guya onu qısqanır. Onun harasa getməsini istəmir. Həmin vaxtlar Məhəmməd ********** nömrəsini işlətmişdir. O, Məhəmmədə tam olaraq inandığı üçün həmin günü səhərisi nömrəsini telefondan çıxararaq telefonu qutusuyla birlikdə ona vermişdir. Məhəmməd telefonu qutusuyla birlikdə ondan istəmişdir. Məhəmməd telefonu düzəltdirmək üçün ondan almışdır. Telefonu 2022-ci ilin avqust ayının son günlərində axşam saatlarında Bakı şəhərində «Xətai» metrostansiyasının yanında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində Məhəmmədə vermişdir. Bundan sonra Məhəmməd demişdir ki, guya ki, telefona baxdırmışdır. Təxminən 2 ay ustada qalmalıdır. Ona müvəqqəti istifadə etməyi üçün təxminən 100 manat dəyərində olan bir telefon gətirmişdir. Bundan sonra Məhəmməd ondan qaçmağa başlamışdır. Telefon zənglərinə cavab verməməyə başlamışdır. Gah hərbi xidmətə apardıqlarını, gah atasının yol-nəqliyyat hadisəsində xəsarət aldığını, gah rəhmətə getdiyini, gah xalasının rəhmətə getdiyini, gah digər işlərə başı qarışdığını deyərək müxtəlif bəhanələrlə onu və atasını aldatmağa başlamışdır. Lakin qaçmağla yanaşı ümidini də kəsməmişdir. Məhəmməd onlara deyirmiş ki, guya işi ilə bağlı Zəngilanı gedib-gəlir. Məhəmməd ona Dövlət Təhlükəsizlik xidmətində məxfi şöbədə çalışdığını demişdir. Sentyabr ayının 13-də Məhəmmədlə «VhatsApp»la əlaqə saxlamışdır. Məhəmməd ona demişdir ki, xidməti işi ilə əlaqədar müharibə bölgəsindədir, ermənilər hücüm edib, müharibədədir. Bakı şəhərinə gələ bilmir 24 sentyabr tarixdə evinin yanında Məhəmmədlə görüşmüş, Məhəmmədin sol qolu və sağ əli bintlə bağlanmışdır. Sol qolu boynundan asılmışdı. Məhəmməd ona müharibədə yaralandığını və Bakı şəhərində hərbi hospitalda bir gün yatdığını söyləmişdir. O, tibb bacısı işlədiyindən görmüşdür ki, onun qolları bintlə bağlanmışdır. Məhəmmədin həqiqətən də müharibədə xəsarət aldığını güman etmişdir. Məhəmmədlə aralarında narazılıq baş vermişdir. Məhəmməd çıxıb getmişdir. Bundan sonra Məhəmmədlə bir neçə dəfə telefon əlaqəsi saxladıqda Məhəmməd hər dəfə müxtəlif bahənələr gətirmişdir. 26 sentyabr 2022-ci il tarixdə Məhəmmədlə əlaqə saxlayanda atasının avtoqəzaya uğradığını söyləmişdir. Bundan sonra yenə də işi ilə bağlı olan məsələ üçün əlavə pul verilməyi deyərək əlavə pul istədiklərini bildirmişdir. Təcili 6000 manat pul lazım olduğunu demişdir. 2022-ci ilin oktyabr ayının 4-də atası yenə də bankdan 5100 manat kredit götürmüşdür. Həmin pulun üstünə 900 manatda pul düzəltmişlər və 6000 manat pulu 2022-ci ilin oktyabr ayının təxminən 5 və ya 6 tarixlərində axşam saatlarında yaşadığı evin yaxınlığında atasıyla birlikdə Məhəmmədə vermişlər. Bununla da onlar Məhəmmədə hissə-hissə olmaqla 13.500 manat nağd pul və işlənməsini nəzərə almaqla 2500 manat dəyərində «İphone 13 pro 128 GB» markalı **********56865 imei kodlu telefonunu vermişlər. Son pulu aldıqdan bir neçə gün sonra Məhəmmədlə əlaqə saxlayanda atasının öldüyünü xəbər vermişdir. Onları yas məclisinə dəvət edəcəyini bildirməsinə baxmayaraq xəbər verməmişdir. Bundan sonra Məhəmmədlə əlaqə saxladıqda Məhəmməd ona bildirmişdir ki, aldığı 13500 manat pulun üstünə atası 21500 manatda pul qoyub kiməsə vermişdir. İndi də onlardan 21500 manat pul tələb etməyə başlamışdır. Belə olduğu halda o da Məhəmmədə verdiyi pulu istəmişdir. Sonra isə aydın olmuşdur ki, Məhəmməd onları aldadaraq pulu ələ keçirmişdir. Məhəmməd onların cəmi 13500 manat pulunu, 2500 manat dəyərində telefon cihazı olmaqla ümumi 16000 manat pullarını ələ keçirmişdir. Sonradan bilmişdir ki, bunların hamısı yalandır. Məhəmməd heç birdə işləməmişdir. Anası evdar qadındır. Atası anası ilə birlikdə yaşamır. Atası rəhmətə getməmişdir. Bunların hamısını yalandan uyduraraq onları aldatmışdır. Məhəmmədlə yazışmalar, işə düzəltməyi üçün ona yazdıqlarını, səs yazılarını o, flaşkarta köçürərək istintaqa təqdim etmişdir. Məhəmmədə verilmiş pulların içərisində ona aid olan pul olsada atasına məxsus olması kimi qiymətləndirilməsinə etirazı yoxdur. Məhəmmədə verdiyi telefon isə ona məxsus olmuşdur. O, Məhəmməddən şikayəçidir. Atası ilə bərabər ona vurduğu maddi ziyanın qaytarılması üçün Məhəmmədin cinayət məsuliyyətinə cəlb edilməsini, onlara vurulmuş maddi ziyanın qaytarılması üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhəmməd ona işə düzəltməyi üçün onları aldatmış və bu qədər pullarını ələ keçirmişdir. Ona verilmiş suallar ətrafında cavab olaraq göstərmişdir ki, Məhəmməd onun işinin hansı orqanda araşdırıldığını deməmiş, bu işin məxfi olduğunu demişdir. Bu barədə heç kimə məlumat vermək «olmaz» deməklə onu qorxutmuşdur. Buna görə də onlar bu barədə heç nə maraqlanmadan Məhəmmədə bu pulları vermişdir. Məhəmməd anasının Zərifə Əliyeva adına göz xəstəlikləri inistutunda göz həkim işlədiyini, lakin 6 saylı doğum evinin baş həkimi ilə rəfiqə olduğunu, atasının polisdə yüksək vəzifədə işlədiyini demişdir. Bunlardan başqa məlumat verməmişdir. Onlarla heç bir münasibət yaratmağa imkan verməmişdir. Məhəmmədə verilmiş 1100 manatdan başqa işə düzəltmək adı ilə onlardan pul almamışdır. Məhəmməd onlardan onu işə düzəltmək adı ilə 1100 manat, işini polisdən həll etmək adı ilə 12400 manat pul almışdır. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. Qızı ilə birlikdə yaşayır. Qızı 2021-ci ilin dekabr ayına kimi «X1»də tibb bacısı işləmış, sonra isə Bakı şəhərində yerləşən Leyla Şıxlinskaya adına xəstəxanada tibb bacısı işləmişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Məhəmməd Fidana anasının rəfiqəsinin müdir işlədiyi, yaxşı qazancı olacağı Bakı şəhər 6 saylı doğum evində maksimum 4000 manat pul vermək şərti ilə mamaça tibb bacısı kimi işə düzəldəcəyinə dair söz vermişdir. Qızı bu barədə ona demişdir. O, qızı ilə razılaşmışdır. Məhəmməd ilkin olaraq söz verdiyi işi düzəltmək üçün qızının sənədlərinin surətini və ilkin olaraq 1100 manat pul istəmişdir. Bildirmişdir ki, sənədləri və pulu anasının rəfiqəsi 6 saylı doğum evinin baş həkiminə verəcəkdir. Bundan sonra isə yenə də gərək olan pulu deyəcəkdir. Bu təklif onları qane etdiyi üçün Məhəmmədlə razılaşmışlar. Buna görə də 2022-ci ilin iyul ayının son günlərində günorta saatlarında o, evdə olduğu zaman qızı işdən zəng vuraraq məsələni ona izah etmişdir. X2 qəsəbəsində Mehdi Hüseynzadə küçəsi 24/1 ünvanında yerləşən «Çətir» restoranının qarşısında görüşmüşlər. Məhəmmədə Fidanın sənələdinin əsillərini, surətlərini və 1100 manat pul vermişdir. Məhəmmədlə ilk dəfə orada tanış olmuşdur. İlk baxışdan onda normal bir insan təəsüratı bağışlamışdır. Az bir müddət söhbət etmişlər. Hər şeyin yaxşı olacağını deyərək Məhəmməd pulu və sənədləri götürüb getmişdir. Sonra eşitmişdir ki, Fidan əvvəllər işlədiyi yerdə hansısa problem olmuşdur. Hansısa xəstə ölmüşdür. Guya bu işdə Fidanı da günahlandırırlar. Məhəmməd polisdə yüksək vəzifədə işləyən atasının vasitəsi ilə bu işi həll edəcəyini bildirmişdir. O, bildirmişdir ki, «gedim həmin klinikaya, görüm nə işdi. Hansı polis qızını axtarır». Nə isə Məhəmməd elə bir vəziyyət yaratmışdır ki, onlar səslərini çıxarmasın. 10.000 manatla bu işə həll edəcəkdi. O, demişdir ki, «daha vara yoxa baxmayaq kredit də götürsək bu işi həll edək». X10 sözlərinə arxalanmışdır. Guya qısa müqddətdə iş düzələcəkdir. Qız yeni işdə hər gün işləyəcək yaxşı qazanc əldə edəcək, bu borc 2-3 ay ərzində qaytarılacaqdır. Nə isə bununla razılaşmışdır. 2022-ci ilin avqust ayının 10-da Azərbaycan Beynəlxalq bankından 4000 manat kredit götürmüş, həmin pulun üstünə arvadı Şahid1 kredit kartından 1134 manat nağdlaşdırmış, evdən də üzərinə əlavə pul qoyaraq 6400 manat pul düzəltmiş və həmin pulu 2022-ci ilin avqust ayının ortalarında axşam saatlarında qızı Fidanla birlikdə Biləcəri qəsəbəsində yaşadığ evin yaxınlığında Məhəmmədə vermişlər. Məhəmməd yenə də narahat olmamamağı deyərək, bu işi həll etdikdən sonra dərhal işini düzəldəcəyini demiş və getmişdir. Bundan sonra eşitmişdir ki, iş biraz gecikir. Məhəmməd işləri ilə bağlı Qarabağa gedib-gəlir. Müəyyən işlər görür. Lakin alınacaqdır. Qızı rahat danışırmış, o elə düşünürmüş ki, tezliklə iş alınacaqdır. Bundan sonra yenə də qızından eşitmişdir ki, Məhəmmədin işləri çoxdur. Bu iş hələ həll olunmayıb. Gah eşitmişdir ki, Məhəmmədi hərbi xidmətə aparıblar. Gah atasının yolnəqliyyat hadisəsində xəsarət aldığını, gah rəhmətə getdiyini, gah xalasının rəhmətə getdiyini, gah digər işlərə başı qarışdığını deyərək müxtəlif bəhanələrlə vaxt xeyli uzanmışdır. Lakin onlar yenə də işin düzələcəyi ümudi ilə yaşamışlar. Məhəmməd guya Dövlət Təhlükəsizlik xidmətində məxfi şöbədə çalışdığını deyərək vaxt uzatmışdır. 2022-ci ilin sentyabr ayında Fidan Məhəmmədlə əlaqə saxlayanda sonuncu xidməti işi ilə əlaqədar müharibə bölgəsində, olduğunu ermənilərin hücum etdiyini, müharibədə olduğunu demiş, yenə də narahat olmamağı deyərək ümid vermişdir. Nəhayət 24 sentyabr tarixdə eşitmişdir ki, Məhəmməd gəlmiş əlindən yaralanmışdır. 26 sentyabr 2022-ci il tarixdə eşitmişdir ki, Məhəmmədin atası avtoqəzaya uğramışdır. Bundan sonra yenə də Fidan demişdir ki, Məhəmməd 6000 manat pul istəyir. 6000 manat verilsə bu iş yekunlaşacaq və işi düzəlcək. Təcili 6000 manat pul lazım olduğunu demişlər. 2022-ci ilin oktyabr ayının 4-də yenə də bankdan 5100 manat kredit götürmüşdür. Həmin pulun üstünə 900 manatda pul düzəltmiş və 6000 manat pulu 2022-ci ilin oktyabr ayının təxminən 5 və ya 6 tarixlərində axşam saatlarında yaşadığı evin yaxınlığında qızı Fidanla birlikdə Məhəmmədə vermişlər. Bununla da onlar Məhəmmədə hissə-hissə olmaqla 13500 manat nağd pul vermişlər. Sonradan eşitmişdir ki, Məhəmməd bu pullardan başqa qızı Fidanın 3000 manata yaxın pul ödəyərək aldığı, işlənməsini nəzərə almaqla 2500 manat dəyərində İphone 13 pro 128 GB markalı **********56865 imei kodlu telefonunu yaranmış cüzi qüsuru alındığı mağazaya göstərmək adı ilə qutusu ilə birlikdə aldadaraq almış və geri qaytarmamışdır. Son pulu aldıqdan bir neçə gün sonra Məhəmmədlə əlaqə saxlayanda atasının öldüyünü xəbər vermiş, onları da yas məclisinə dəvət edəcəyini bildirməsinə baxmayaraq xəbər verməmişdir. O, həmin vaxt artıq şübhələnmişdir. Bunun yalançı olduğunu onları aldatdığını düşünmüşdür. Bundan sonra Məhəmmədlə əlaqə saxladıqda Məhəmməd guya onlardan aldığı 13500 manat pulun üstünə atası 21500 manatda pul qoyub kiməsə verdiyini deyərək indi də onlardan 21500 manat pul tələb etməyə başladıqda onlar Məhəmməddən pulu tələb etmişlər. Sonra isə aydın olmuşdur ki, Məhəmməd onları aldadaraq pullarını ələ keçirmişdir. Məhəmməd onların cəmi 13500 manat pulunu, qızı Fidanın isə 2500 manat dəyərində telefon cihazı olmaqla ümumi 16.000 manat pulunu ələ keçirmişdir. Sonradan bilmişlər ki, bunların hamısı yalandır. Məhəmməd heç bir yerdə işləməmişdir. Anası evdar qadındır. Atası anası ilə yaşamır. Atası rəhmətə getməmişdir. Bunların hamısını yalandan uydurmuş və onları aldatmışdır. X8 səs yazıları, yazışmaları vardır. Onları istintaqa təqdim etmişdir. Məhəmmədə verilmiş pullar ona məxsusdur. Telefon isə qızına aiddir. Lakin vurulmuş maddi ziyanın ona vurulması kimi qiymətləndirilə bilər. Hazırda Məhəmməd onlara 16000 manat maddi ziyan vurmuşdur. Heç bir pul qaytamamışdır. Yalandan söz vermişdir ki, guya ki, hissə-hissə olmaqla nəsə qaytaracaq. Lakin heç bir pul qaytarmamışdır. O, məcbur edib güclə qızını diplomunu və şəxsiyyət vəsiqəsini Məhəmməddən almışdır. 2022-ci ilin oktyabr ayının 13-də Məhəmməd ona zəng edərək qızının sənədlərini Biləcəri qəsəbəsində yaşadığı evin yaxınlığında yerləşən «Oba» marketdə əşya saxlanılan yeşikdə qoyduğunu söyləmişdir. O, marketə gedərək sənədləri götürmüşdür. Bundan sonra Məhəmməd yoxa çıxmışdır. Məhəmmədlə bir neçə dəfə telefon əlaqəsi saxlamışdır. Yenə də Məhəmməd müxtəlif bəhanələr gətirərək aldığı pulu qaytarmadığından o, məcburiyyət qarşısında qalaraq polis bölməsinə müraciət etmişdir. Ona və qızına qarşı dələduzluq edərək 13500 manat pulu və 2500 manat dəyərində mobil telefon cihazını ələ keçirmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etməklə vurduğu maddi ziyanın qaytarılmasına köməklik olunmasını xahiş etmişdir Bankdan götürdüyü pulların və arvadının kartından çıxarışını təqdim istintaqa etmişdir. Ona verilmiş suallar ətrafında cavab olaraq göstərmişdir ki, qızım Fidan demişdir ki, Məhəmməd deyir ki, gərək bu işi kimsə bilməsin. Kimsə bilsə çox ciddi problem yaranar. O da buna görə heç nə ilə maraqlanmamışdır. Buna görə də onlar bu barədə heç nə maraqlanmadan Məhəmmədə pulları vermişlər. O, Məhəmmədlə danışdığı zaman Məhəmməd anasının Zərifə Əliyeva adına göz xəstəlikləri instutunda göz həkim işlədiyini, lakin 6 saylı doğum evinin baş həkimi ilə rəfiqə olduğunu, atasının polisdə yüksək vəzifədə işlədiyini demişdir. Bunlardan başqa məlumat verməmişdir. Onlarla heç bir münasibət yaratmağa imkan verməmişdir. Məhəmməd onun qızını işə düzəltmək adı ilə 1100 manat, qızının guya işini polisdən qurtaracağı adı ilə yalandan vəd verib aldadaraq 12400 manat pul almışdır. Bundan əlavə Məhəmməd qızı Fidanın 2500 manat dəyərində mobil telefon cihazını aldadaraq ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ildən başlayaraq onlayn tibb ləvazimatların və dərman vasitələrinin satışı ilə məşğuldur. 2017-ci ildə X4 ilə ailə həyatı qurmuşdur. Bu nigahdan 2018-ci ildə doğulmuş Duyğu adlı qızı vardır. Bir müddət Ceyhunla birlikdə yaşamışdır. Xasiyyətləri uyğun gəlmədiyinə görə 2022-ci ilin əvvəllərində ayrılmaq qərarına gəlmişdir. Ceyhun hərbiçi olduğuna görə onlar Naxçıvan Muxtar Respublikasında yaşamışlar. 2022-ci ilin əvvəlində o, qızı ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Anası ilə qeydiyyatda olduğu ünvanda yaşamağa başlamışdır. 2022-ci ilin yanvar ayında ərindən boşanmağı ilə bağlı Bakı şəhər Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. 2022-ci ilin yanvar ayının sonlarında sosial şəbəkədə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onlar mütamadi olaraq görüşməyə başlamışlar. X5 uzun illərdir ki, tanıyır. Fidala həm yerlidir, həm də qonşuluqda yaşayır. Uzun illərdir ki, bir-birini tanıyır. Anaları rəfiqədir. O, Məhəmmədlə tanış olduğu zamanlarda eyni zamanda Məhəmmədi rəfiqəsi Fidanla da tanış etmişdir. Məhəmmədlə tez-tez görüşmüşdür. Məhəmməd ona daimi olaraq hədiyyəllər, əsasən gül dəstələri bağışlamışdır. Məhəmməd onunla ciddi bir münasibət qurmaq istəməsini deyirmiş. Məhəmmədin deməsinə görə varlı bir ailənin övladı olmuşdur. Deməsinə görə maddi imkanları çox əla imiş. Valideyinləri barədə ilkin olaraq ona məlumat verməmişdir. Onlar demək olar ki, hər gün görüşmüşlər. Müxtəlif yerlərə getmişlər. Fidan da arada bir onlarla birlikdə olmuşdur. Ceyhun isə mütamadi olaraq onu narahat etmiş, evinə gəlmiş, boşanmaq istəmədiyini deyirmiş. Məhəmməd onun telefonuna zənglər edərək mütamadi olaraq narahat etmişdir. Bu arada Məhəmmədə ərindən boşanmağıyla bağlı məhkəməyə müraciət etdiyini, Məhəmməddən aliment tələb etdiyini, Ceyhunun məhkəmə proseslərinə gəlmədiyini, qızının sonuncunun himayəsində qalmasını tələb etdiyini, eyni zamanda onu narahat etdiyini demişdir. Bu işin tezliklə bitməsini istədiyini bildirmişdir. Bundan bir neçə gün sonra Məhəmməd ona bildirmişdir ki, valideyinləri vasitəsi ilə tanıdığı yüksək vəzifədə işləyən tanışları vardır. Onların vasitəsi ilə məhkəmədə ona kömək edə biləcəyini, qısa müddətdə onu boşayacaqlarını, yüksək aliment kəsdirəcəyini, bunun üçün Binəqədi rayon məhkəməsinin hakiminə və vəkilə ümumi olaraq 6000 manat pul verilməli olduğunu demişdir. O, bununla bağlı evdə anası Şahid2 ilə məsləhətləşmişdir. Ceyhun onları mütamadi olaraq narahat etməsinin qarşısını almaq üçün Məhəmmədin bu təklifini qəbul etməyə qərar vermişlər. Məhəmmədə zəng vuraraq razı olduğunu dedmişdir. 2022-ci ilin mart ayının ortalarında günorta saatlarında Məhəmmədlə yaşadığı evdə, yəni ünvan 6 ünvanında anasının şahidliyi ilə görüşmüşlər. Həmin vaxt bu işin görülməsi üçün Məhəmmədə 6000 manat pul vermişdir. Məhəmməd bildirmişdir ki, əlavə 200 manatda verməsini, kiməsə verməli olduğunu bildirmişdir. Anası 200 manat da gətirmişdir. Məhəmmədə cəmi 6200 manat pul vermişlər. Həmin pullar ona məxsus olan pullar olmuşdur. Məhəmməd söz vermişdir ki, maksimum 1 aya kimi bütün bu işlər yekunlaşacaqdır. Məhkəmə onları boşayacaqdır. Ona yüksək aliment kəsiləcəkdir. Məhəmməd həmin vaxt ********** nömrəsini işlədirmiş. Bundan sonra Məhəmməd çıxıb getmişdir. Bu hadisədən 1 ay təxminən keçmişdir. Məhəmməd ondan pulu alandan sonra elə bil ki, onunla münasibətləri nisbətən soyumağa başlamışdır. Məhəmməd onunla teztez görüşdüyü zamanlar Fidana da hansısa hədiyyələr almışdır. Məhəmməd Fidanı onun rəfiqəsi kimi çox istədiyini deyirmiş. Lakin rəfiqəsi Fidanla Məhəmməd ondan gizli sevişirək eşq yaşayırlarmış. 2022-ci ilin aprel ayının əvvəllərində o, onları birlikdə görmüş və bu işləri təsadüfən bilmişdir. Bundan sonra məhkəmə prosesləri olduğu kimi davam etmişdir. Məhəmmədin yalançı olduğunu, onu aldadaraq ona qarşı dələduzluq etdiyini bilmişdir. Onun boşanma işi 2022-ci ilin oktyabr ayının 19-na kimi çəkmişdir. Yəni Məhəmmədin bu işlərdə heç bir rolu olmamışdır. O, Fidanla Məhəmmədi birlikdə görəndən sonra Məhəmməddən pulumu geri verməsini tələb etmişdir. Məhəmməd ondan gizlənməyə başlamışdır. Rəfiqəsi isə ondan tamamilə uzaqlaşmışdır. Demək olar ki, danışmamışlar. Sonradan eşitmişdir ki, Məhəmməd Fidanı da aldatmış və 13500 manat pullarını və bir ədəd mobil telefonunu dələduzluqla ələ keçirmişdir. Bu yaxınlarda isə Məhəmmədə cinayət işinin başlandığını eşitmiş və ərizə ilə müraciət etmişdir. Məhəmməd onu aldadaraq 6200 manat pulunu ələ keçirmişdir. Pulunun alınaraq özünə qaytarılması üçün tədbirlər görülməsini xahiş etmişdir. Ona verilmiş suallar ətrafında cavab olaraq göstərmişdir ki, Məhəmmədin onunla və anasıyla Whatsapp ani mesajlaşma sistemində yazışmaları vardır. O, həmin yazışmaları skrin edərək hər ehtimala qarşı sübut kimi saxlamışdır. Həmin yazışmalarda Məhəmmədin ondan pul alması və onu aldatması açıq aydın görünür. Bu faktla bağlı əvvəllər müraciəti olmamışdır. Dəfələrlə müraciət etməyi qərarlaşdırsa da Fidangilin müraciətinin bir nəticəsi olmadığını gördüyünə görə müraciət etməmişdir. Sonra isə cinayət işi başlandığını bilmiş və müraciət etmək qərarına gəlmişdir. Fidanın əvvəllər işlədiyi klinikada ölüm baş verməsi, bununla bağlı Fidanın özünü günahkar hesab etməsi barədə Məhəmmədə o, məlumat vermişdir. Bu sadəcə söhbəti əsnasında olmuşdur. O, sonradan bilmişdir ki, Məhəmməd bundan istifadə edərək Fidanı aldatmışdır. Həmin zaman birinci növbədə hələ də güman etmişdir ki, Məhəmməd ona kömək edəcəkdir. Məhəmməd bu barədə kiməsə məlumat verməməyini ona möhkəmmöhkəm tapşırmışdır. Bu yazışmalarda da vardır. İkinci də həmin arada Fidan özü onunla bütün münasibətləri kəsmişdir. Onlar demək olar ki, Məhəmmədə görə danışmamışlar. Fidan həmin vaxtlar guya Məhəmmədə ərə gedəcəkmiş. Buna görə də o, Məhəmməd tərəfindən aldaıldığını Fidana deyə bilməmişdir. O, bu barədə Fidana deyəndə isə artıq Fidanın aldanıldığını bilmişdir. Buna görə də bu işin nə ilə bitəcəyini gözləmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı onun Fidanı işə düzəltmək adı ilə əvvəlcə onlardan 400 manat pul istəmişdir. Sonra isə bunun üçün 1200 manat pul tələb etmişdir. Sonra 200-300 manat, ondan sonra 1500-2000 manata, daha sonra isə iş üçün tələb edilən məbləğ 7500 manata çıxmışdır. 10 gün sonra Təqsirləndirilən şəxs verilmiş pul az olduğundan işin alınmadığını, əgər 6000 manat daha verilməsə pulun geri qaytarılacağını bildirmişdir. Onlar da inanıb Təqsirləndirilən şəxs əlavə 6000 manat verməklə ümumilikdə 13500 manat pul vermişlər. Daha sonra Təqsirləndirilən şəxs qızı Fidanın telefonunu aparmışdır. Təqsirləndirilən şəxs qızından və yoldaşınan ümumilikdə 13500 manat pul almış və əlavə 2500 manatlıq qızının telefonunu alıb satmışdır. Pullar onlar tərəfindən Məhəmmədə verilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs3 boşanması üçün Təqsirləndirilən şəxs 6200 manat pul vermişlər. Bugünə sabaha pulu verər deyə əlaqə saxlayıb gözləsələr də Təqsirləndirilən şəxs pulu qaytarmamışdır. Bir müddət keçdikdən sonra polisdən evə gəlib onlardan Məhəmməd adlı oğlanı tanıyıb-tanımadıqlarını soruşmuşlar. Onlar isə Məhəmməd ilə çoxdan əlaqələrinin olmadığını bildirmişlər. Polislər Hafiz adlı şəxsin Məhəmməddən şikayətçi olduğunu, Məhəmmədin hafizə pul atdığını, işdə onların da adının keçdiyini bildirmişlər. O, polislərə Məhəmmədin onlara da pul atdığını, lakin şikayətçi olmadıqlarını bildirmişdir. Qızı Fatimə boşanan zaman boşanma işinin tezləşdirilməsi üçün Məhəmmədə pul verilmişdir. Xətaidən oları çağırmışlar ki, gəlib onlar da ərizə versinlər. Pulu qızı Fatimə verdiyi üçün o, bu işə qarışmamışdır. Pulları geri qaytarılmadığı üçün fatimə şikayət etmək qərarına gəlmişdir. X13 ilə görüşüb ona istədiyi 6200 manat pulu vermişdir. Məhəmməd məhkəmədə sadiq adında tanışının olduğunu və pulu ona verəcəyi adı iləonları aldadıb pul almışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Materiala əlavə edilmiş yaddaş daşıyıcısı (flaşkarta) baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə istifadə etdikləri mobil telefonlarla internet üzərindən sonuncunun istifadəsində olmuş ********** nömrəsi ilə Whatsapp ani mesajlaşma sistemində apardıqları, skrin edilərək istintaqa təqdim edilmiş yazışmalara baxış keçirilmiş və bu barədə müvafiq protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məlumata baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə istifadə etdikləri mobil telefonlarla internet üzərindən sonuncunun istifadəsində olmuş ********** nömrəsi ilə Whatsapp ani mesajlaşma sistemində apardığı, skrin edilərək istintaqa təqdim edilmiş yazışmalara baxış keçirilmiş və bu barədə müvafiq protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından barəsində tutuma tətbiq edilməklə axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Üzləşdirmədə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmədə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmədə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-415/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddəti əvvəli 22 iyun 2023-cü il tarixdən hesablanmışdır. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş maddi zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş maddi zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-415/2023 nömrəli qərarı ilə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddəti əvvəli 22 iyun 2023cü il tarixdən hesablanmış və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdən hazırkı vaxtadək tutulduğu və həbsdə olduğu 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 90 (doxsan) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 90 (doxsan) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 90 (doxsan) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 540 (beş yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdən hazırkı vaxtadək tutulduğu və həbsdə olduğu 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 90 (doxsan) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 540 (beş yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar