Məhkəmə qərarları › İş №1(001)-37/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-37/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-37/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" Şirkətinin nümayəndəsi X3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Şamaxı rayonu, Qurbançı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta-ixtisas təhsilli, işləməyən, Qobustan rayonu, Qurbançı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ulduz küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.1999cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsində ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" şirkətində 10 mart 2020-ci il tarixdən 17 yanvar 2024-cü il tarixədək satış təmsilçisi vəzifəsində işləyərkən, 01 aprel 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək olan dövr ərzində həmin şirkətlə bağlanılmış xx.xx.2020-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin şərtlərinə əsasən, ona şirkət tərəfindən etibar edilmiş əmlakı, maddi və ya digər sərvətləri salamat saxlamaq, o cümlədən qəbul edilmiş ümumi qaydalara əsasən qəbul etdiyi malın hərəkəti barədə mühasibatlığa vaxtaşırı mal-pul hesabatlarını təqdim etmək, satılmış malın dəyərini alıcılardan aldığı gündən gec olmayaraq şirkətə təhvil vermək və digər səlahiyyətlərə malik maddi-məsul şəxs olmaqla, ona etibar olunmuş öz əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talama məqsədilə, xx.xx.2023-cü il tarixli **********6 №li malların yerdəyişməsi sənədi ilə 380,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 1316,40 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 2116,00 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 1656,80 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 1168,00 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 2311,00 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 1011,12 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 1411,60 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 1329,60 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 2142,80 manat, xx.xx.2023-cü il tarixli 5782 №li malların yerdəyişməsi sənədi ilə 1067,60 manat, xx.xx.2023-cü il tarixli **********9 № malların yerdəyişməsi sənədi ilə 988,93 manat, xx.xx.2023-cü il tarixli **********8 №li malların yerdəyişməsi sənədi ilə 914,00 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişməsi sənədi ilə 1268,80 manat,xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 853,60 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişməsi sənədi ilə 526,00 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 690,00 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 403,60 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 613,60 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 963,20 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 1227,60 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişməsi sənədi ilə 850,40 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 804,00 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişməsi sənədi ilə 1425,20 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 588,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişməsi sənədi ilə 688,00 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 1058,16 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 896,96 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 1102,00 manat olmaqla, cəmi 31772,97 manat məbləğində dondurma məhsullarını maddi məsuliyyətə götürməklə Bakı şəhəri, Suraxanı, Sabunçu rayonları və Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində olan müştərilərə 01 aprel 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək olan dövr ərzində sataraq, həmin məhsulların satışından əldə edilmiş 14025,47 manat pul vəsaitinin bir hissəsini - 6174,03 manatını şirkətin xəzinəsinə mədaxil etmiş, göstərilən dövr ərzində müxtəlif vaxtlarda satışdan əldə etdiyi ümumilikdə xeyli miqdar təşkil edən 7851,44 (yeddi min səkkiz yüz əlli bir manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitini isə şirkətin xəzinəsinə mədaxil etməyərək, bundan başqa, həmin dövr ərzində satış məqsədilə müştərilərə çatdırılması üçün maddi məsuliyyətə götürdüyü 3858,71 manat məbləğində dondurma məhsullarını isə müştərilərə verməyərək ələ keçirməklə özgəninkiləşdirərək, əldə etdiyi pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləyib, ona etibar edilmiş ümumilikdə 11710,15 manat (on bir min yeddi yüz on manat on beş qəpik), yəni xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə edərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəmiş və israf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, 10 mart 2020-ci il tarixdən başlayaraq əmək müqaviləsi əsasında rəsmi olaraq "xxxx" şirkətində satış təmsilçisi vəzifəsində işləmişdir. "xxxx" dondurma məhsullarının istehsalı və satışı ilə məşğul olur. Şirkətin hüquqi və faktiki ünvanı ünvan 2 şirkət rəhbəri isə hazırda Adil Məmmədovdur. Satış nümayəndəsi kimi onun vəzifəsi sifarişləri “Redmi” markalı mobil telefona quraşdırılmış terminal vasitəsi ilə qəbul etmək, sifarişləri elektron qaydada terminala yazıb, fakturanı kağıza çıxarıb şirkətə təqdim etmək və bundan sonra malları anbardan çıxarıb şirkətə məxsus yük maşınları ilə yükləyib müştərilərə çatdırmaqdan ibarət olmuşdur. Malların təhvil-təslimi qaimə əsasında aparılırmışdır. “Bazarstore”, “Arazsupermarket”, “Favorit”, “Planet” və “Oba market” şirkətləri ödənişləri yalnız köçürmə yolu şirkətin bank hesabına köçürürmüş. O, isə yalnız kiçik mağazalardan pulları nağd şəkildə alırmış. Ona Suraxanı rayon ərazisi üzrə təxminən 60-a yaxın mağaza təhkim edilmiş, qaydaya əsasən pulları aldıqdan sonra şirkətin kassasına təhvil verirmiş. Həmin vaxt 600 manat əmək haqqı almışdır. Onunla birlikdə işləyən sürücü Yəhya, bölgə müdiri isə Rahib olmuşdur. İşlədiyi müddətdə təqribən 2023-cü ildə ayrı-ayrı vaxtlarda pula ehtiyacı olduğu üçün şirkətə məxsus məhsulları ona təhkim edilmiş ərazi üzrə ticarət nöqtələrinə paylayıb, həmin ticarət nöqtələrindən əldə etdiyi pulları şirkətin kassasına ödəməyərək şəxsi ehtiyaclarına sərf etmiş, lakin onun bu qanunsuz əməlindən nə həmin mağaza sahibləri, nə də onunla birlikdə işləyən bölgə müdiri Rahib və sürücü Yəhyanın məlumatı olmamışdır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, onun əməllərindən şübhələndiyi üçün 2023-cü ilin sentyabr ayında şirkətin bölgə müdiri Şahid7 fəaliyyətində yoxlama aparmağa başlamış, məlum olmuşdur ki, hesabında 11710,15 manat pul və mal çatışmazlığı vardır. Sonradan sərbəst audit təyin olunmuş və onlar birlikdə mağazalara üzləşməyə getmiş, yoxlama nəticəsində ona bildirilmişdir ki, mağalardan əldə etdiyi şirkətə məxsus 7851,44 manat pulu və əlavə olaraq 3858,71 manat məbləğində şirkətə məxsus məhsulu mənimsəmişdir. Lakin, o, hesabında aşkarlanan bu 11710,15 manat çatışmazlıqla razı deyil. Belə ki, o, həmin mağazalardan aldığı pulları şirkətə ödəməyərək şəxsi istifadəsinə xərcləsə də, yük maşınından aşkar edilmiş 3858,71 manat məbləğində mal çatışmazlığı ona aid deyildir, həmin malı mənimsəməmiş, mağazalara paylamışdır. Mağazalardan şirkətə məxsus olan və özünə xərclədiyi pulların miqdarı isə təxminən 6000 manat ola bilər, lakin 3858.71 manat məbləğində mal çatışmazlığının ona aidiyyəti yoxdur. Şirkət sadəcə satış təmsilçisi olduğu üçün maddi məsul şəxs kimi qalıq aşkarlanmış həmin malları mənimsəməsə də, həmin malların pulunu onun ödənilməli olduğunu düşünür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq ona elan olunmuş ittihamda “Akif market” (Biləcəri) mağazasına münasibətdə 22 manat, “Araz market” (Suraxanı) mağazasına münasibətdə 700,84 manat, “Elmir market” (Neftçilər) mağazasına münasibətdə 210,10 manat, “Fuad Arif market” (Qaraçuxur) mağazasına münasibətdə 100 manat, “Namiq market” (Günəşli) mağazasına münasibətdə 3.90 manat, “Şəki market” (Qaraçuxur) mağazasına münasibətdə 230,20 manat məbləğlərində pul vəsaitlərini mənimsədiyini etiraf etmişdir. Ona qarşı irəli sürülmüş ittihamda göstərilən X8, Arzu-Market Balaxanı, Emin market-Sabunçu, Mamed market, Məcid market Rüfət market, Ülviyyə market Vedi Market-Rain mağazalara münasibətdə isə özünü təqsirli bilməyərək həmin mağazaların mal verdikdən sonar bir müddət bağlandığını, lakin həmin mağazalara mal verdiyini, mağaza sahiblərinin həmin mallara görə pulu ödəmədiyini bildirmişdir. “Fidan market” (Ramana) mağazasına münasibətdə isə həmin mağazanın A class mağaza olduğundan ödənişi kart vasitəsi ilə etdiyini, bu hissədə də özünü təqsirli bilmədiyini bildirmişdir. Eyni zamanda onun tərəfindən 1000 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs evli və himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş X6 ifadəsində göstərmişdir ki, "xxxx" şirkəti xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsi tərəfindən verilmiş ********** saylı şəhadətnamə (VEÖN) ilə qeydiyyata alınmışdır. Hal-hazırda Şirkət dondurma məhsullarının istehsalı və satışı ilə məşğul olur. Şirkətin hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvan isə ünvan 3, 9-cu döngədir. Şirkətin hazırda ünvan 4 və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iki anbarı vardır. Təqsirləndirilən şəxs şirkətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Suraxanı, Sabunçu rayonları və Biləcəri qəsəbəsi üzrə 60-a yaxın mağaza təhkim olunmuşdur. Təqsirləndirilən şəxs bu vəzifədə 10 mart 2020-ci il tarixdən işləməyə başlamışdır. Satış təmsilçisi kimi onun vəzifəsi şirkətin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən anbarından təhvil aldığı məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə çatdırmaq və alıcılardan təhvil verdiyi məhsulların ödənişi kimi əldə etdiyi nağd pulu şirkətin kassasına ödəməkdən ibarət olmuşdur. O, nağd şəkildə alıcılardan əldə etdiyi məhsulun satışından gələn gəliri şirkətin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ofisindəki kassasına mədaxil etməli idi. Lakin, Təqsirləndirilən şəxs “Əfqan market” (Ərəblinka) mağazasından əldə etdiyi 410 manat pulun tamamını, “Arif market” (Biləcəri) mağazasından əldə etdiyi 300 manat pulun 22 manatını, “Araz market” (Suraxanı) mağazasından əldə etdiyi 1000.84 manat pulun 700,84 manatını, “Arena Store” (Qaraçuxur) mağazasından əldə etdiyi 1,140,68 manat pulun 67,65 manatını, “Arzu market” (Balaxanı) mağazasından əldə etdiyi 167,76 manat pulun tamamını, “Elmir market” (Neftçilər M.) mağazasından əldə etdiyi 410,10 manat pulun 210,10 manatını, “Emin market” (Sabunçu) mağazasından əldə etdiyi 150,40 manat pulun tamamını, “Fidan market” (Ramana) mağazasından əldə etdiyi 2688,37 manat pulun tamamını, “Fuad Arif market” (Qaraçuxur) mağazasından əldə etdiyi 400 manat pulun 100 manatını, “Mamed market” mağazasından əldə etdiyi 70 manat pulun tamamını, “Məcid market” mağazasından əldə etdiyi 154,06 manat pulun tamamını, “Nadirli market” (Naximov) mağazasında əldə etdiyi 237,83 manat pulun 37,83 manatını, “Namiq market” (Günəşli) mağazasından əldə etdiyi 225,90 manat pulun 3,90 manatını, “Oktay market” mağazasından əldə etdiyi 162 manat pulun tamamını, “Park market” (Sabunçu) mağazasından əldə etdiyi 3379.84 manat pulun 978,84 manatını, “Rüfət market” mağazasından əldə etdiyi 365,84 manat pulun tamamını, “Sadiq market” (Naximov) mağazasından əldə etdiyi 906 manat pulun 206 manatını, “Şəki market” (Qaraçuxur) mağazasından əldə etdiyi 730,20 manat pulun 230,20 manatını, “Ülviyyə market” mağazasından əldə etdiyi 243,14 manat pulun tamamını, “Vedi market” (Razin) mağazasından əldə etdiyi 882,51 manat pulun tamamını, ümumilikdə isə 7851,44 manat pulu şirkətə ödəməyərək mənimsəmişdir. Yuxarıda qeyd edilən mağazalardan 10-u öz fəaliyyətini dayandırdığı üçün onlarla üzləşmə aparılması mümkün olmamışdır. Lakin, həmin şəxslərlə əlaqə saxladıqda, eləcə də mühasibatlıq sənədlərinə baxdıqda Təqsirləndirilən şəxs həmin müştərilərin bəzilərindən aldığı pulun tamamını, bəzilərdən isə aldıqlarının bir hissəsini şirkətə ödəməyərək mənimsəməsi faktı təsdiqlənmişdir. Bunu Təqsirləndirilən şəxs özü də bizə həmin vaxt etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsinə verilmiş şirkətə məxsus yük avtomobilinə baxış keçirdikdə avtomobildə ümumi olaraq 7197,26 manat məhsul olmalı olduğu halda avtomobildən 3338,55 manat dəyərində təmiz yeni dondurma məhsulunu aşkar edilmişdir. Avtomobildən aşkar edilən 3338,55 manat dəyərində təmiz məhsuldan başqa, avtomobildə müəyyən miqdarda xarab olmuş (istifadə müddəti keçmiş və ya biri-birinə bitişmiş) məhsul da olmuş və qalan hissəsi isə olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, çatışmayan məhsulları qaiməsiz sataraq pulunu şirkətin kassasına mədaxil etməmiş, xarab olmuş məhsulları isə mağazalardan geri götürüb əvəzində yeni məhsul vermişdir. Lakin, Talehin xarab olmuş məhsullarla bağlı dedikləri doğru ola bilməzdi. Çünki, məhsul xarab olduqda bu sistemdə “iadə” kimi qeyd olunur və satış təmsilçisinin hesabından çıxılır. Belə aydın olmuşdur ki, Taleh yeni məhsulları mağazalara qaiməsiz satıb pulunu özünə sərf etmiş və mağazalardan xarab olmuş məhsulları avtomobilin portunda saxlayırmış ki, hesabında əksiklik olmasın. Beləliklə onun yalan danışdığı məlum olmuş və Təqsirləndirilən şəxs şirkətə məxsus 11710,15 manat məbləğində əmlakı mənimsəməsi öz təsdiqini tapmışdır. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ticarət nöqtələrinə malları sürücüsü Yəhya ilə birlikdə vermiş, lakin Yəhyanın Talehin bu əməllərindən məlumatı olmamışdır. Talehin ərazisi üzrə bölgə müdiri isə Şahid7 olmuş, mağazalarla da üzləşmələrdə məhz o, iştirak etmişdir. O, həmçinin bildirmişdir ki, "xxxx" şirkəti balaca mağazalardan sifarişləri satış təmsilçiləri vasitəsi ilə yerində mağazaların özündə, böyük mağazalarda isə elektron poçt ünvanı vasitəsi ilə qəbul edir. Məhsulların ödənişini isə böyük mağazalar adətən şirkətin bank hesabına köçürmə yolu ilə, balaca mağazalar isə nağd şəkildə satış təmsilçilərinə verməklə ödəyirlər. "xxxx" bank hesabı isə "xxxx" ASC-dədir. Bundan başqa, sifarişdən kənar formada satış təmsilçiləri adəti üzrə anbardan təhvil aldıqları məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə həmin ticarət nöqtələrinin ehtiyyacı olan qədər sifarişdən kənar da verə bilir. O, həmçinin bildirmişdir ki, 20 mağazadan cəmi 10-u fəaliyyətini dayandırdığı üçün onlarla sonradan əlaqə saxlaya və üzləşmə keçirə bilməmişlər. Həmin mağazaların əlaqə vasitələri hazırda da olmadığı üçün üzləşmələr apara bilmirlər. Lakin, hesab edir ki, Təqsirləndirilən şəxs satış təmsilçisi olduğu üçün həmin mağazalarla bağlı yaranmış çatışmazlıq onun təqsiri ilə əhatə olunduğu üçün Taleh həmin pulları da onlara ödəməlidir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx"-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş X6 əlavə olaraq tərəflərindən verilmiş mülki iddianın təmin edilməsini, onlara dəymiş olan zərərin ödənilməsini, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 09 iyul 2024-cü il tarixli baxış iclasında şahid qismində dindirilmiş Şahid2 əvvəllər “Azərsu" ASC, “Gilan” Holdinq kimi şirkətlərdə işləmiş, ixtisasca iqtisadçıdır, Türkiyənin İzmir şəhərində “Ege” Universitetinin “İqtisadi və idari bilimlər” fakültəsini bitirmişdir. Təxminən 2022-ci ilin may ayından "xxxx" şirkətində audit nümayəndəsi vəzifəsində işləyir, vəzifəsi şirkətdə inventarizasiya siyahılarının aparılması, ekspeditorların təhkim olunmuş ərazilərə malların təhvilinə nəzarət, müştərilərin borc qalıqlarına nəzarət, çatışmazlıqların yoxlanılması və sair məsələlərdən ibarətdir. “Camal LTD" şirkəti ünvan 3, 9-cu döngədə yerləşir. Şirkətin anbarı isə ünvan 4 ünvanında yerləşir. Bu şirkət dondurma məhsulların istehsalı və satışı ilə məşğuldur, şirkət 1999-cu ildən fəaliyyət göstərir. Hazırda şirkətin rəhbəri X4r. Təqsirləndirilən şəxs şirkətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Suraxanı və Sabunçu rayonları üzrə 60-a yaxın mağaza təhkim olunmuşdur. Təqsirləndirilən şəxs bu vəzifədə 10 mart 2020-ci il tarixdən işləməyə başlamışdır. Satış təmsilçisi kimi onun vəzifəsi şirkətin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən anbarından təhvil aldığı məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə çatdırmaq və alıcılardan təhvil verdiyi məhsulların ödənişi kimi əldə etdiyi nağd pulu şirkətin kassasına ödəməkdən ibarət olmuşdur. O, nağd şəkildə alıcılardan əldə etdiyi məhsulun satışından gələn gəliri şirkətin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ofisindəki kassasına mədaxil etməli imiş, lakin Təqsirləndirilən şəxs “Əfqan market” (Ərəblinka) mağazasından əldə etdiyi 410 manat pulun tamamını, “Arif market” (Biləcəri) mağazasından əldə etdiyi 300 manat pulun 22 manatını, “Araz market” (Suraxanı) mağazasından əldə etdiyi 1000,84 manat pulun 700,84 manatını, “Arena Store” (Qaraçuxur) mağazasından əldə etdiyi 1,140,68 manat pulun 67,65 manatını, “Arzu market” (Balaxanı) mağazasından əldə etdiyi 167,76 manat pulun tamamını, “Elmir market” (Neftçilər M.) mağazasından əldə etdiyi 410,10 manat pulun 210,10 manatını, “Emin market” (Sabunçu) mağazasından əldə etdiyi 150,40 manat pulun tamamını, “Fidan market” (Ramana) mağazasından əldə etdiyi 2688,37 manat pulun tamamını, “Fuad Arif market” (Qaraçuxur) mağazasından əldə etdiyi 400 manat pulun 100 manatını, “Mamed market” mağazasından əldə etdiyi 70 manat pulun tamamını, “Məcid market” mağazasından əldə etdiyi 154,06 manat pulun tamamını, “Nadirli market” (Naximov) mağazasında əldə etdiyi 237.83 manat pulun 37,83 manatını, “Namiq market” (Günəşli) mağazasından əldə etdiyi 225,90 manat pulun 3,90 manatını, “Oktay market” mağazasından əldə etdiyi 162 manat pulun tamamını, “Park market” (Sabunçu) mağazasından əldə etdiyi 3379,84 manat pulun 978.84 manatını, “Rüfət market” mağazasından əldə etdiyi 365,84 manat pulun tamamını, “Sadiq market” (Naximov) mağazasından əldə etdiyi 906 manat pulun 206 manatını, “Şəki market” (Qaraçuxur) mağazasından əldə etdiyi 730,20 manat pulun 230,20 manatını, “Ülviyyə market” mağazasından əldə etdiyi 243,14 manat pulun tamamını, “Vedi market” (Razin) mağazasından əldə etdiyi 882,51 manat pulun tamamını, ümumilikdə isə 7851,44 manat pulu şirkətə ödəməyərək mənimsəmişdir. Yuxarıda qeyd etdiyim mağazalardan 10-u öz fəaliyyətini dayandırdığı üçün onlarla üzləşmə aparılması mümkün olmamışdır. Lakin, həmin şəxslərlə əlaqə saxladıqda, eləcə də mühasibatlıq sənədlərinə baxdıqda Təqsirləndirilən şəxs həmin müştərilərin bəzilərindən aldığı pulun tamamını, bəzilərdən isə aldıqlarının bir hissəsini şirkətə ödəməyərək mənimsəməsi faktı təsdiqlənmişdir. Bunu Təqsirləndirilən şəxs özü də onlara həmin vaxt etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsinə verilmiş şirkətə məxsus yük avtomobilinə baxış keçirdikdə avtomobildə ümumi olaraq 7197,26 manat məhsul olmalı olduğu halda avtomobildən 3338,55 manat dəyərində təmiz yeni dondurma məhsulunu aşkar etdik. Avtomobildən aşkar etdiyimiz 3338,55 manat dəyərində təmiz məhsuldan başqa, avtomobildə müəyyən miqdarda xarab olmuş (istifadə müddəti keçmiş və ya biri-birinə bitişmiş) məhsul da var idi və qalan hissəsi isə olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, çatışmayan məhsulları qaiməsiz sataraq pulunu şirkətin kassasına mədaxil etməmiş, xarab olmuş məhsulları isə mağazalardan geri götürüb əvəzində yeni məhsul vermişdir. Lakin, Talehin xarab olmuş məhsullarla bağlı dedikləri doğru ola bilməzmiş. Çünki, məhsul xarab olduqda bu sistemdə “iadə” kimi qeyd olunur və satış təmsilçisinin hesabından çıxılır. Məlum olmuşdur ki, Taleh yeni məhsulları mağazalara qaiməsiz satıb pulunu özünə sərf etmiş və mağazalardan xarab olmuş məhsulları avtomobilin portunda saxlayırmış ki, hesabında əksiklik olmasın. Beləliklə onun yalan danışdığı məlum olmuş və Təqsirləndirilən şəxs şirkətə məxsus 11710,15 manat məbləğində əmlakı mənimsəməsi öz təsdiqini tapmışdır. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ticarət nöqtələrinə malları sürücüsü Yəhya ilə birlikdə vermiş, lakin Yəhyanın Talehin bu əməllərindən məlumatı olmamışdır. Talehin ərazisi üzrə bölgə müdiri isə Şahid7 olmuş, mağazalarla da üzləşmələrdə məhz sonuncu iştirak etmişdir. Məhkəmənin 05 avqust 2024-cü il tarixli baxış iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2013-cü ildən "xxxx" şirkətində işləməyə başlamış, 2021-ci ildən isə bu şirkətdə bölgə müdiri vəzifəsində işləyir. Vəzifəsi həmin şirkətdə işlədiyi zaman ərazidəki mağazalara malların düzgün təhvil-təsliminə nəzarət, satış təmsilçisinin fəaliyyətinin yoxlanması, əsasən onun müştərilərlə malların təhvili və ödənişlərin qəbulu işini düzgün aparmasını yoxlamaqdan ibarətdir. "xxxx" şirkəti ünvan 3, 9-cu döngədə yerləşir və ünvan 4 və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iki anbarı vardır. Bu şirkət dondurma məhsulların istehsalı və satışı ilə məşğuldur və 1999-cu ildən hazırki vaxtadək fəaliyyət göstərir. Hazırda şirkətin rəhbəri X4r. Təqsirləndirilən şəxs şirkətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Suraxanı və Sabunçu rayonları üzrə 60-a yaxın mağaza təhkim olunmuşdur. Təqsirləndirilən şəxs bu vəzifədə 10 mart 2020-ci il tarixdən işləməyə başlamışdır. Satış təmsilçisi kimi onun vəzifəsi şirkətin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən anbarından təhvil aldığı məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə çatırmaq və alıcılardan təhvil verdiyi məhsulların ödənişi kimi əldə etdiyi nağd pulu şirkətin kassasına ödəməkdən ibarət olmuşdur. O, nağd şəkildə alıcılardan əldə etdiyi məhsulun satışından gələn gəliri şirkətin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ofisindəki kassasına mədaxil etməli imiş. Lakin, Təqsirləndirilən şəxs “Əfqan market” (Ərəblinka) mağazasından əldə etdiyi 410 manat pulun tamamını, “Arif market” (Biləcəri) mağazasından əldə etdiyi 300 manat pulun 22 manatını, “Araz market” (Suraxanı) mağazasından əldə etdiyi 1000,84 manat pulun 700,84 manatını, “Arena Store” (Qaraçuxur) mağazasından əldə etdiyi 1,140,68 manat pulun 67,65 manatını, “Arzu market” (Balaxanı) mağazasından əldə etdiyi 167,76 manat pulun tamamını, “Eimir market” (Neftçilər M.) mağazasından əldə etdiyi 410,10 manat pulun 210,10 manatını, “Emin market” (Sabunçu) mağazasından əldə etdiyi 150,40 manat pulun tamamını, “Fidan market” (Ramana) mağazasından əldə etdiyi 2688,37 manat pulun tamamını, “Fuad Arif market” (Qaraçuxur) mağazasından əldə etdiyi 400 manat pulun 100 manatını, “Mamed market” mağazasından əldə etdiyi 70 manat pulun tamamını, “Məcid market” mağazasından əldə etdiyi 154,06 manat pulun tamamını, “Nadirli market” (Naximov) mağazasında əldə etdiyi 237.83 manat pulun 37,83 manatını, “Namiq market” (Günəşli) mağazasından əldə etdiyi 225,90 manat pulun 3,90 manatını, “Oktay market” mağazasından əldə etdiyi 162 manat pulun tamamını, “Park market” (Sabunçu) mağazasından əldə etdiyi 3379,84 manat pulun 978.84 manatını, “Rüfət market” mağazasından əldə etdiyi 365,84 manat pulun tamamını, “Sadiq market” (Naximov) mağazasından əldə etdiyi 906 manat pulun 206 manatını, “Şəki market” (Qaraçuxur) mağazasından əldə etdiyi 730,20 manat pulun 230,20 manatını, “Ülviyyə market” mağazasından əldə etdiyi 243,14 manat pulun tamamını, “Vedi market” (Razin) mağazasından əldə etdiyi 882,51 manat pulun tamamını, ümumilikdə isə 7851,44 manat pulu şirkətə ödəməyərək mənimsəmişdir. Yuxarıda qeyd etdiyim mağazalardan 10-u öz fəaliyyətini dayandırdığı üçün onlarla üzləşmə aparılması mümkün olmamışdır. Lakin, həmin şəxslərlə əlaqə saxladıqda, eləcə də mühasibatlıq sənədlərinə baxdıqda Təqsirləndirilən şəxs həmin müştərilərin bəzilərindən aldığı pulun tamamını, bəzilərdən isə aldıqlarının bir hissəsini şirkətə ödəməyərək mənimsəməsi faktı təsdiqlənmişdir. Bunu Təqsirləndirilən şəxs özü də onlara həmin vaxt etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsinə verilmiş şirkətə məxsus yük avtomobilinə baxış keçirdikdə avtomobildə ümumi olaraq 7197,26 manat məhsul olmalı olduğu halda avtomobildən 3338,55 manat dəyərində təmiz yeni dondurma məhsulunu aşkar etmişlər. Avtomobildən aşkar etdikləri 3338,55 manat dəyərində təmiz məhsuldan başqa, avtomobildə müəyyən miqdarda xarab olmuş (istifadə müddəti keçmiş və ya biri-birinə bitişmiş) məhsul da olmuş və qalan hissəsi isə olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, çatışmayan məhsulları qaiməsiz sataraq pulunu şirkətin kassasına mədaxil etməmiş, xarab olmuş məhsulları isə mağazalardan geri götürüb əvəzində yeni məhsul vermişdir. Lakin, Talehin xarab olmuş məhsullarla bağlı dedikləri doğru ola bilməzmiş. Çünki, məhsul xarab olduqda bu sistemdə “iadə” kimi qeyd olunur və satış təmsilçisinin hesabından çıxılır. Belə aydın olmuşdur ki, Taleh yeni məhsulları mağazalara qaiməsiz satıb pulunu özünə sərf etmiş və mağazalardan xarab olmuş məhsulları avtomobilin portunda saxlayırmış ki, hesabında əksiklik olmasın. Beləliklə Talehin yalan danışdığı məlum olmuş və Təqsirləndirilən şəxs şirkətə məxsus 11710,15 manat məbləğində əmlakı mənimsəməsi öz təsdiqini tapmışdır. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ticarət nöqtələrinə malları sürücüsü Yəhya ilə birlikdə vermiş, lakin Yəhyanın Talehin bu əməllərindən məlumatı olmamışdır. Talehin ərazisi üzrə bölgə müdiri isə o olmuş və mağazalarla aparılan üzləşmələrdə də o, iştirak etmişdir. Məhkəmənin 16 oktyabr 2024-cü il tarixli baxış iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, "xxxx" şirkətində 2017-ci ildən hazırki vaxtadək anbar müdiri vəzifəsində işləyir. "xxxx" şirkəti ünvan 3, 9-cu döngədə yerləşir. Şirkətin iki anbarı vardır, bunlardan biri müdiri Tərlan Abdullayev olan ünvan 4 ünvanında yerləşən anbar, digəri isə onun müdiri olduğu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən anbar. Hər iki anbar icarə müqaviləsi əsasında "xxxx" şirkəti tərəfindən işlədilir. Onun müdiri olduğu Xırdalan şəhərində yerləşən anbar “Zəhmət Ruzi” adlı şirkətin mülkiyyətindədir. Bu şirkət dondurma məhsullarının istehsalı və satışı ilə məşğuldur, şirkət özü isə 1999-cu ildən fəaliyyət göstərir. Hazırda şirkətin rəhbəri X4r. Anbar müdiri kimi onun işi sifariş olunmuş məhsulları satış təmsilçilərinə qaimə ilə təhvil verməkdən ibarətdir. Belə ki, satış təmsilçiləri sürücüləri ilə anbara gəlirlər və satış təmsilçisi anbardakı operatora müştərilərdən aldığı sifarişi kompüterə yazdırır və bundan sonra operator printerdə həmin qaiməni kağız formatında çıxarır və malı təhvil verdikdən sonra o və satış təmsilçisi qaiməni imzalayırlar. Qaimənin bir nüsxəsi onda, bir nüsxəsi isə satış təmsilçisində qalır. Məhsulları yük avtomobilinə satış təmsilçisi özü yükləyir. Təqsirləndirilən şəxs şirkətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Suraxanı və Sabunçu rayonları və Biləcəri üzrə 60-a yaxın mağaza təhkim olunmuşdur. Təqsirləndirilən şəxs bu vəzifədə 10 mart 2020-ci il tarixdən işləməyə başlamışdır. Satış təmsilçisi kimi onun vəzifəsi şirkətin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən anbarından təhvil aldığı məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə çatdırmaq və alıcılardan təhvil verdiyi məhsulların ödənişi kimi əldə etdiyi nağd pulu şirkətin kassasına ödəməkdən ibarət olmuşdur. Taleh nağd şəkildə alıcılardan əldə etdiyi məhsulun satışından gələn gəliri şirkətin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ofisindəki kassasına mədaxil etməli olmuşdur. Lakin, sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mağazalardan əldə etdiyi pulu şirkətə ödəməmiş, şəxsi ehtiyyaclarına sərf etmişdir. Bundan başqa, onu da eşitmişdir ki, onun yük avtomobilində də mal əksikliyi aşkar edilmişdir, lakin məbləğləri dəqiq xatırlamır. O, həmçinin bildirmişdir ki, hər sezonun sonu bütün qaimələri şirkətin mərkəzi ofisinə təhvil verirlər. Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq ələ keçirdiyi pulları hansı formada sərf etməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 179.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və icraat qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli "xxxx" tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış məktubdan görünür ki, "xxxx" şirkətində satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda talaması faktı ilə bağlı məsuliyyətə cəlb olunaraq şirkətə vurduğu 11.710,15(on bir min yeddi yüz on manat on beş qəpik) manat məbləğində ziyanın onun tərəfindən ödənilməsini təmin edilməsi məqsədilə qanuni tədbirlər görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyev tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" şirkətinin satış təmsilçisi Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məqsədilə şirkətin direktorunun müraciəti əsasında araşdırılması aparılması Bakı şəhəri Binəqədi rayon Prokurorluğuna həvalə edilmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatasının xx.xx.2023-cü il tarixli, 67 nömrəli rəyindən görünür ki, şirkətin satış təmsilçisi, maddi məsul şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə öhdəsindəki 11.710,15 manat ehtimal olunnan çatışmazlıq ilkin sənədlərə uyğun olaraq düzgün və ədalətli olduğunu qənaətinə gəlinmişdir. xx.xx.2023-cü il tarixli Audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, şirkətin satış təmsilçisi, maddi məsul şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə öhdəsindəki 11.710,15 manat ehtimal olunnan çatışmazlıq ilə əlaqədar tələblərinə uyğun addımlar atılması təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023xx.xx.2023 tarixlərində pərakəndə satış müştəriləri olan “Əfqan market” (Ərəblinka), “Akif market” (Biləcəri), “Araz market” (Suraxanı), “Arena store” (Qaraçuxur), “Arzu market” (Balaxanı), “Elmir market” (Neftçilər), “Emin market” (Sabunçu), “Fidan market”(Ramana), “Fuad Arif market” (Qaraçuxur), “Mamed market”, “Məcid market”, “Nadirli market” (Naximov), “Namiq market” (Günəşli), “Oktay market”, “Park market” (Sabunçu), “Rüfət market” , “Sadiq market” (Naximov), “Şəki market” (Qaraçuxur), “Ülviyyə market”, “Vedi market” (Razin) mağazaları ilə etdiyi mal dövriyyəsi üzrə kəsir fərqi 7851,44 AZN və maşında mal əksikliyi isə 3858,71 AZN, şirkətə vurduğu ümumi maddi ziyan 11710,15 AZN məbləğində olmuşdur. xx.xx.2020-ci il tarixli, 28 nömrəli Əmrdən çıxarışdan 1184 nömrəli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2020-ci il tarixindən "xxxx" şirkətinə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli, 05 nömrəli Əmrdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müaviləsi ləğv edilmişdir. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1316,40 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 380,00 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1656,80 manat eləyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 2116,00 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1168,00 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1411,60 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1011,12 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 2142,80 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1329,60 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 988,93 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1067,60 manat eləyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1268,80 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 914,00 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 526,00 manat eləyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 853,60 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 403,60 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 690,00 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 963,20 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 613,60 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 850,40 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1227,60 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1425,20 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 804,00 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 688,00 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 588,00 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1102,00 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1058,16 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 896,96 manat dəyərində məhsul təhvil almışdır. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı “Akif market” mağazasının təsdiq etdiyi borc məbləği ilə "xxxx" şirkətində göstərilən borc məbləği arasında 22 manat fərq vardır və bu fakt "xxxx" şirkətinin satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı “Araz market” mağazasının təsdiq etdiyi borc məbləği ilə "xxxx" şirkətində göstərilən borc məbləği arasında 700,84 manat fərq vardır və bu fakt "xxxx" şirkətinin satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı “Arena store” mağazasının təsdiq etdiyi borc məbləği ilə "xxxx" şirkətində göstərilən borc məbləği arasında 67,65 manat fərq vardır və bu fakt "xxxx" şirkətinin satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı “Elmir market” mağazasının təsdiq etdiyi borc məbləği ilə "xxxx" şirkətində göstərilən borc məbləği arasında 210 manat fərq vardır və bu fakt "xxxx" şirkətinin satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı “Fuad Arif market” mağazasının təsdiq etdiyi borc məbləği ilə "xxxx" şirkətində göstərilən borc məbləği arasında 100 manat fərq vardır və bu fakt "xxxx" şirkətinin satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı “Nadirli market” mağazasının təsdiq etdiyi borc məbləği ilə "xxxx" şirkətində göstərilən borc məbləği arasında 37,68 manat fərq vardır və bu fakt "xxxx" şirkətinin satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı “Namiq market” mağazasının təsdiq etdiyi borc məbləği ilə "xxxx" şirkətində göstərilən borc məbləği arasında 3,90 manat fərq vardır və bu fakt "xxxx" şirkətinin satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı “Park market” mağazasının təsdiq etdiyi borc məbləği ilə "xxxx" şirkətində göstərilən borc məbləği arasında 978,84 manat fərq vardır və bu fakt "xxxx" şirkətinin satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı “Sadıq market” mağazasının təsdiq etdiyi borc məbləği ilə "xxxx" şirkətində göstərilən borc məbləği arasında 206 manat fərq vardır və bu fakt "xxxx" şirkətinin satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, alıcı “Şəki market” mağazasının təsdiq etdiyi borc məbləği ilə "xxxx" şirkətində göstərilən borc məbləği arasında 230 manat fərq vardır və bu fakt "xxxx" şirkətinin satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hüquqi şəxs olan "xxxx" şirkəti zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1254 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hesabında 7851,44 manat məbləğində çatışmazlığın yaranması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə ittiham elan edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş 11710,15 manat maddi ziyandan ödəniş etməməsi nəzərə alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2009-cu il tarixli qərardan görünür ki, “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli qərarının 1.3 bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. 4 saylı Xüsusi müəssisədən xx.xx.2009-cu il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın qismən təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara ziddiyət təşkil edən məqamlar da vardır. Belə ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs ona etibar edilmiş ümumilikdə 11710,15 manat, yəni xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə edərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsədiyi və israf etdiyi qeyd olunmuşdur. İttiham aktından və iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs “Əfqan market” (ərəblinka), “Akif market”(Biləcəri), “Araz market” (Suraxanı), “Arena store” (Qaraçuxur), “Arzu market” (Balaxanı), “Elmir market” (Neftçilər), “Emin market” (Sabunçu), “Fidan market”(Ramana), “Fuad Arif market” (Qaraçuxur), “Mamed market”, “Məcid market”, “Nadirli market” (Naximov), “Namiq market” (Günəşli), “Oktay market”, “Park market” (Sabunçu), “Rüfət market”, “Sadiq market” (Naximov), “Şəki market” (Qaraçuxur), “Ülviyyə market”, “Vedi market” (Razin) – ümumilikdə 20 mağazaya münasibətdə özgə əmlakını qulluq mövqeyindən istifadə edərək mənimsəməkdə ittiham olunur. Lakin, məhkəmə iclasında tədqiq olunmuş və iş materiallarına əlavə edilmiş üzləşmə aktları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri əsasında məlum olmuşdur ki, yuxarıda sadalanan mağazalardan yalnız 11-nə, yəni “Akif market”(Biləcəri), “Araz market” (Suraxanı), “Arena store” (Qaraçuxur), “Elmir market” (Neftçilər), “Nadirli market” (Naximov), “Fuad Arif market” (Qaraçuxur), “Namiq market” (Günəşli), “Park market” (Sabunçu), “Sadiq market” (Naximov), “Şəki market” (Qaraçuxur) və “Fidan market” (Ramana) mağazalarına münasibətdə Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirilir. Digər mağazalara, yəni “Əfqan market” (Ərəblinka), “Arzu market” (Balaxanı), “Emin market” (Sabunçu), “Mamed market”, “Məcid market”, “Oktay market”, “Rüfət market”, “Ülviyyə market”, “Vedi market” (Razin) mağazalarına münasibətdə Təqsirləndirilən şəxs törətdiyi əməli təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, pərakəndə satış müştəriləri ilə mal dövriyyəsinin hərəkət cədvəlinə baxış zamanı görünür ki, həmin mağazalar tərəfindən şirkətə heç bir ödəniş olunmamışdır. Həmin mağazaların bağlandığını və Təqsirləndirilən şəxs mənimsəməkdə ittiham olunduğu vəsaitin mağazaların balansında qaldığını ehtimal etməyə kifayət qədər əsaslar vardır. Həmçinin həmin mağazaların nümayəndələri məhkəmə iclasına şahid qismində dəvət edilmələrinə, həmin şahidlərin məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq, onların məhkəmə iclasında iştirakı təmin olunmamış və sözügedən fakt nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı təsdiq olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan mağazalardan “Əfqan market” (Ərəblinka)-410 manat, “Arzu market” (Balaxanı)- 167.76 manat, “Emin market” (Sabunçu)-150.40 manat, “Mamed market”-70 manat, “Məcid market”-154,06 manat, “Oktay market”-162,00 manat, “Rüfət market”,-365,84 manat, “Ülviyyə market”-243,14 manat, “Vedi market” (Razin) mağazasına münasibətdə-882 manat, ümumilikdə 2605,20 manat məbləğində olan hissəsi sübuta yetirilmədiyindən göstərilən hissə ittihamdan çıxarılmalıdır. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs onun tərəfindən hazırki vaxta qədər şirkətə vurulmuş zərərdən 1000 manat ödəniş edildiyini bildirmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi də təqsirləndirilən şəxs tərəfindən 1000 manat məbləğində pul məbləğinin ödənilməsini təsdiq etmişdir. Zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" verilmiş olan mülki iddia ərizəsində təqirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində vurmuş olduğu 11710,15 manat məbləğində pul vəsaitinin 10710,15 manat olan hissəsinin ödənilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 179.2.3 və 179.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi sübuta yetirilir, istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə ittiham tərəfinin CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alması hissəsinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ulduz küçəsi, nömrəsiz fərdi yaşayış evini saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2024-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayətini törədərək işlədiyi şirkətin əmlakını taladığını nəzərə alaraq cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirmək, o cümlədən, onun tərəfindən qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxsə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza olaraq təqsirli bilindiyi AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza, AR CM-nin 46.2-ci maddəsinə əsasən əlavə cəza qismində dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" şirkətinin direktoru Adil Məmmədov tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1 -ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1 -ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş mülki iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" şirkətinin mülki iddiasının qismən təmin edilməsi qənaətinə gəlir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" şirkətinin mülki iddiası qismən təmin edilməli, ona dəymiş maddi zərərə görə 10710,15 manat olan zərərdən 2605,20 manat olan hissə sübuta yetirilmədiyindən müki iddia qismən təmin edilməli, 8104,95(səkkiz min yüz dörd manat, doxsan beş qəpik) manat, müstəqil auditora ödənilmiş 1500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 134(yüz otuz dörd) manat məbləğində pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq "xxxx" şirkətinin xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, CPM-in 197.1.4-cü maddəsinə əsasən məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 02 (iki) il müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ulduz küçəsi, nömrəsiz fərdi yaşayış evini saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddiaçı "xxxx" şirkətinin Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" şirkətinə dəymiş maddi zərərə görə 8104,95(səkkiz min yüz dörd manat, doxsan beş qəpik) manat, müstəqil auditora ödənilmiş 1500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 134(yüz otuz dörd) manat, ümumilikdə 9738,95 (doqquz min yeddi yüz otuz səkkiz manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq "xxxx" şirkətinin xeyrinə ödənilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim : Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar