Məhkəmə qərarları › İş №1(001)-370/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-370/2020

20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-370/2020 20.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1988-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN-nin PX-nin Bakı İT-da saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1982-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN- nin PX-nin Bakı İT-da saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1995-ci il təvəllüdlü, Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında da qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN-nin PXnin Bakı İT-da saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs3 ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış evinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabacadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Binəqədi rayonu Hökməli qəsəbəsi Dağ yerində yerləşən iki mərtəbəli evə pəncərədən qanunsuz daxil olaraq, 1-ci mərtəbədə mətbəxdə olan 01 ədəd 350 manat dəyərində 54 ekran televizoru, pilləkanın alt hissəsində 01 ədəd 80 manat dəyərində “MAX” markalı su nasosunu, evin ikinci mətəbəsində yataq otağında olan 4 ədəd hər biri 200 manat olmalqa ümumilikdə 800 manat dəyərində xalçaları və 1 ədəd 25 manat dəyərində pərdəni gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 1255 (bir min iki yüz əlli beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını talama məqsədilə xx.xx.2020-ci tarixdə gecə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi YYS ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin zirzəmisinin dəmir qapısının kilidini sındırmaqla içəri qanunsuz daxil olmuş oradan 50 manat dəyərində 30 metr uzunluğundakı rezin şlanqı, 1 ədəd 50 manat dəyərində “marqus” markalı su nasosunu, 1 ədəd 30 manat dəyərində tikinti arabasını, 1 ədəd 40 manat dəyərində elektrik drelini, 1 ədəd 5 manat dəyərində baltanı, 2 ədəd ümumilikdə 10 manat dəyərində inşaatda istifadə olunan kəsəri, 1 ədəd 5 manat dəyərində taxta kəsmək üçün istifadə edilən əl mişarını, 1 ədəd 15 manat dəyərində elektrik cəryanını ölçmək üçün aparatı, həmin evin plastik pəncərəsinin dəmir barmaqlığını sındırıb evə qanunsuz daxil olaraq oradan 1 ədəd 400 manat dəyərində qara rəngli, “Samsung” markalı televizoru, 1 ədəd 80 manat dəyərində elektrik sobasını, 1 ədəd 150 manat dəyərində “Beko” markalı tozsoranı, 1 ədəd 30 manat “Dijisat” markalı peyk antenasının aparatını, 1 ədəd 50 manat dəyərində elektrik əl mişarını, 1 ədəd 150 manat dəyərində elektrik tənzimləyicisini, 1 ədəd 600 manat dəyərində kilimi, 3 ədəd ümumilikdə 200 manat dəyərində xrustal vaza qabını, 1 qutu 50 manat dəyərində bıçaq dəstini və 100 manat dəyərində ərzaq məhsullarının gizli yolla talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 2015 (iki min on beş) manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını talama məqsədilə xx.xx.2020-ci tarixdə gecə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi YYS ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmuş oradan 02 ədəd hər biri 50 manat olmaqla 100 manat dəyərində 30 litrlik su bitonu, 01 dəd içərisində 4,50 manat dəyərində 10 kq buğda dəni olan 50 manat dəyərində 20 litrlik su bitonunu və 01 ədəd 55 manat dəyərində “Markos K-61 M” markalı su nasosunu gizli yolla talamaqla Zərərçəkmiş şəxs5 ooğluna ümumilikdə 199,50 (bir yüz doxsan doqquz manat əlli qəpik) manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış evinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tamah niyyətilə özgənin əmlakını talama məqsədilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Binəqədi rayonu Hökməli qəsəbəsinə yerləşən fərdi tikilmiş evin hasardan keçməklə evin giriş qapısının sağ tərəfində olan plastik pəncərədən evə qanunsuz daxil olub oradan, 1 ədəd 150 manat dəyərində plastik qapını, 1 ədəd 100 manat dəyərində plastik pəncərəni, hər biri 6 manat olmaqla 25 ədəd ümumilikdə 150 manat dəyərində kasa qabları, 01 ədəd 50 manat dəyərində xalçanı, 01 ədəd 500 manat dəyərində xalça toxunması üçün olan dəzgahı, 01 ədəd 50 manat dəyərində “JVC” markal televizoru və 01 ədəd 100 manat dəyərində samivarı gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs7 cəmi 1100 (bir min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabacadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Binəqədi rayonu Hökməli qəsəbəsi Dağ yerində yerləşən iki mərtəbəli evə pəncərədən qanunsuz daxil olaraq, 1-ci mərtəbədə mətbəxdə olan 01 ədəd 350 manat dəyərində 54 ekran televizoru, pilləkanın alt hissəsində 01 ədəd 80 manat dəyərində “MAX” markalı su nasosunu, evin ikinci mətəbəsində yataq otağında olan 4 ədəd hər biri 200 manat olmalqa ümumilikdə 800 manat dəyərində xalçaları və 1 ədəd 25 manat dəyərində pərdəni gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 1255 (bir min iki yüz əlli beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabacaqdan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanına qapıdan qanusnuz daxil olaraq oradan 1 ədəd 35 manat dəyərində elektrik şitini, bir metri 1 manat olmaqla 90 manat dəyərində 03 top elektrik naqilini, 100 manat dəyərində 50 metr uzunluğunda su borularını, 06 ədəd hər biri 5 manat olmaqla ümumilkdə 30 manat dəyərində arko su krandlarını, 130 manat dəyərində 15 kv metr lambirini və 2 ədəd hər biri 8 manat olmaqla 16 manat dəyərində alçipanı materialını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 401 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədilə xx.xx.2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs6 yaşadığı Bakı şəhəri Binəqədi rayonu Çiçək qəsəbəsi 5-ci paralel küçə ara məhəllədə fərdi yaşayış evi ilə üzbəüz məhəllə tərəfdən daş hasara söykənikli vəziyyətdə düzülmüş 70 kv metr ölçüdə ümumilikdə 1000 manat dəyərində aqlay daşını, 2 ədəd tumba daşlarını və “kabançik” deyilən bəzək hissələrini gilzi olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədilə xx.xx.2020-ci tarixdə saat təxminən 17 radələrində Zərərçəkmiş şəxs4 məxsus Baı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi YYS ünvanında yerləşən fərdi yaşayış evinin hasarının üzərindən keçməklə qanunsuz daxil olub həyətdə olan vanna otağından 1 ədəd 100 manat dəyərində yer deşən (perefarator) aparatını, 1 ədəd 80 manat dəyərində santexnik ütüsünü,1 ədəd 260 manat dəyərində elektrik tənzimləyicisinin gizli yolla talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 440 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış evinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını talama məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabacaqdan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Binəqədi rayonu Hökməli qəsəbəsinə yerləşən fərdi tikilmiş evin hasardan keçməklə evin giriş qapısının sağ tərəfində olan plastik pəncərədən evə qanunsuz daxil olub oradan, 1 ədəd 150 manat dəyərində plastik qapını, 1 ədəd 100 manat dəyərində plastik pəncərəni, hər biri 6 manat olmaqla 25 ədəd ümumilikdə 150 manat dəyərində kasa qabları, 01 ədəd 50 manat dəyərində xalçanı, 01 ədəd 500 manat dəyərində xalça toxunması üçün olan dəzgahı, 01 ədəd 50 manat dəyərində “JVC” markal televizoru və 01 ədəd 100 manat dəyərində samivarı gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs7 cəmi 1100 (bir min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını talama məqsədilə xx xxxxx 2020ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Binəqədi rayonu Hökməli qəsəbəsinə yerləşən fərdi tikilmiş evin hasardan keçməklə evin giriş qapısının sağ tərəfində olan plastik pəncərədən evə qanunsuz daxil olub oradan hərbirinin dəyəri 02 ədəd 100 manat dəyərində xalçanı gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs7 cəmi 100 (bir yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını talama məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabacaqdan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanına qapıdan qanusnuz daxil olaraq oradan 1 ədəd 35 manat dəyərində elektrik şitini, bir metri 1 manat olmaqla 90 manat dəyərində 03 top elektrik naqilini, 100 manat dəyərində 50 metr uzunluğunda su borularını, 06 ədəd hər biri 5 manat olmaqla ümumilkdə 30 manat dəyərində arko su krandlarını, 130 manat dəyərində 15 kv metr lambirini və 2 ədəd hər biri 8 manat olmaqla 16 manat dəyərində alçipanı materialını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 401 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələriilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 1 il müddətinə azadlıqdan məhrum edilərək 2016-cı il tarixdə azadlığa buraxılmışdır. O, uzun müddətdir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman narkotik vasitələrin təsirindən bədənində ağrıları qalxmışdır. Həmin narkotik vasitəni almaq üçün üstündə pulum olmamışdır. Buna görə də, düşünərək belə qərara gəlmişdir ki, gecə saatlarında yaşadığı Hökməli qəsəbəsində yerləşən yaşayış olmayan həyət evlərinə daxil olub oradan oğurluq etsin. Buna görə də, xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı Hökməli qəsəbəsində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1la görüşüb yaşadıqları qəsəbədə yerləşən sahibsiz evlərdən oğurluq etmək qərarına gəlmişlər. Onlar qəsəbənin ara küçələrini gəzib işıqları sönmüş olan ev görmüşlər. Onlar həmin evin ətrafını nəzərdən keçirib orada yaşayışın və kimsənin olmadığını müəyyən etmişlər. Onlar həmin hasarsız evin həyətinə daxil olub evin pəncərəsinin açıq olduğunu görmüşlər. O, Nicatla birlikdə həmin evin açıq pəncərəsindən evə daxil olub otaqlardan qiymətli əşyalar axtarmağa başlamışlar. Onlar oradan bir ədəd plazma televizor, 2 ədəd xalça və bir ədəd də su nasosunu götürərək həmin əşyaları evə daxil olduqları pəncərədən bayıra çıxartmışlar. Sonra onlar həmin əşyaları əllərində daşıyaraq Nicatın Hökməli qəsəbəsində yaşadığı evinə aparıb yığmışlar. Onlar həmin günün səhəri oğurladıqları əşyaları müştəri taparaq satmışlar. Bundan başqa, o, xx.xx.2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində yaşadığı evdən çıxıb qəsəbədə küçələrlə hərəkət edərək yaşayış olmayan evlərin olduğunu axtarmışdır. O, gəzəndə arxa tərəfi boş sahə, işıqları sönülü olan bir evi görmüşdür. Həmin ev onun diqqətini cəlb etmişdir. O, həmin evin sağ və sol tərəflərinə nəzər edib orada yaşayış olmadığını görmüşdür. O, oğurluq edəcəyi evin arxasında, içərisində yarımçıq tikilisi olan həyətə daxil olaraq oğurluq edəcəyi evin hasar divarına qalxıb üstü betonlanmış su hovuzunun üstündən həyətə düşmüşdür. O, qiymətli əşyalar götürmək üçün ilk növbədə həyəti axtarmalı olmuş və evin qarşısında həyətə açılan zirzəminin dəmir qapısının dəmir kilidlə bağlandığını görmüşdür. O, ilk öncə düşünərək həmin zirzəmiyə daxil olmaq qərarına gəlmişdir. Həmin həyəti gəzib balaca dəmir parçası tapıb sözügedən zirzəminin dəmir kilidini qıraraq içəri daxil olmuş və orada bir çox qiymətli tikinti əşyalarını görmüşdür. Həmin əşyalardan 1 ədəd su nasosu, 1 ədəd laqonda, 2 ədəd drel, 2 ədəd elektrik cəryanını çoxaldan aparat, 1 ədəd tikinti arabasını götürüb həmin əşyalarıda onun içərisinə yığıb həyətin bir kənarına aparmışdır. Sonra evə daxil olmaq qərarına gəlmişdir. O, üstü örtülü su hovuzunun üstünə qalxıb zirzəminin kilidini qırdığı dəmir parçası ilə evin dəmir barmaqlıqlarını sındırıb pəncərəyə bərkidilmiş plastik setkanı çıxarıb həmin evin zirzəmisindən götüdüyü vint açanla (avtyorka) plastik pəcərənin kilid yerinə müdaxilə etməklə açıb evə daxil olmuşdur. O, evin otaqlarını gəzərək qiymətli əşyalar axtarmağa başlamışdır. Orada olan otaqların birindən 1 ədəd üst qutusu Samsung yazısı olan özü “LG” markalı televizoru, 1 ədəd kilim və 1 ədəd elektrik sobasını götürərək həmin əşyaları bir-bir evə daxil olduğu pəncərədən bayıra çıxartmışdır. Sonra özü də həmin yerdən bayıra çıxıb götürdüyü əşyaları və həmin evin zirzəmisindən arabanın üstünə yığılmış əşyaları da bir-bir evin arxasında olan boş həyətə yığıb əl arabasının üstünə yükləmişdir. Bundan başqa, o, su hovuzunun üstündə olanda qonşu həyətdə 2 ədəd aliminum boçqası görmüşdür. O, həmin boçqaları da götürmək qərarına gəlmişdir. O, qərarını qətiləşdirib su hovuzunun üstündən qonşu həyətə tullanıb həmin 2 ədəd boş olan aliminum boçqaları götürüb həyətin taxta qapısını açaraq evin qabağına tərəf getmişdir. Onun qabax tərəfə getməkdə əsas məqsədi yola çıxmaq olmuşdur. O, sağasola baxıb qabax tərəfin qapısının bağlı olduğunu, eyni zananda əlavə olaraq 1 ədəd də içərisində buğda olan aliminum boçqanı görmüşdür. O, növbəli şəkildə həmin 3 ədəd aliminum boçqaları götürüb həmin evin arxa tərəfinə daşıyaraq oğurlayaraq yığdığı əşyaların yanına aparıb qoymuşdur. O, həmin əşyaların bir dəfəyə daşınmasının mümkünsüz olduğunu görüb və həmin əşyaları iki dəfəyə araba ilə daşıyıb yaşadığı evin arxa tərəfində yaşayış olmayan evə aparıb yığmışdır. Sonra o, həmin əşyaları satmaq üçün müştəri axtarmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək oğurladığı əşyaları aşkar edib həmin əşyalarla birlikdə onu 40-cı polis bölməsinə aparmışlar. O, Zərərçəkmiş şəxs3məxsus bağ evindən 1 ədəd Beko markalı toz soranlı, 3 ədəd xrustal vazanı, 1 bağlama bıçaq dəstini və 100 manat dəyərində ərzaq məhsulları da oğrlanmışdır. O, həmin bağ evindən oğurluq edən zaman 1 ədəd də klim əşyası götürmüş və həmin klim əşyasını qohumu Elçin adlı şəxsə 40 manata satmışdır. Elçin həmin əşyanın oğurluq olduğunu bilməmçişdir. O, Elçinə həmin klimi dostunun gətirib satdığını demişdir. Elçində baxıb bəyənərək almışdır. O, həmin satdığı əşyasından əldə etdiyi 40 manat pula narkotik vasitə alaraq istifadə etmişdir. O, narkotik vasitəni Xocəsən qəsəbəsindən maraqlanaraq tanımadığı şəxsdən alıb istifadə etmişdir. Onlar oğurladığı əşyaları onların yaşadığı qəsəbədə yaşayan narkotik vasitələrin satışı ilə məşğul olan “Vasqa” ləqəbli şəxsə satmışlar. Onlıar həmin əşyaları aparıb “Vasqa”ya verəndə “Vasqa”ya onlara qarşılığında 8-10 büküm narkotik vasitə heroin vermişdir. Zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildiyi üçün ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələriilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki,xx.xx.2019-cu il tarixdə narkotik vasitələri qanunsuz olaraq istifadə etdiyinə görə AR.CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixdə barəsində azadlığın məhdutlaşdırılması cəzası seçilərək azadlığa buraxılmışdır. Özü Bakı şəhərində və yaşadığı Hökməli qəsəbəsində müxtəlif ünvanlarda fəhlə işləmişdir.Üstümdə pulu olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. O, həmin yaşadığı Hökməli qəsəbəsində ara küçələri gəzərək yaşayış olmayan evlər axtarmışdır. Onun həmin evləri axtarmaqda məqsədi həmin evlərə daxil olub oradan oğurluq etmək olmuşdur. Buna görə də, o, xx.xx.2020-ci il tarixdə saa 20 radələrində qohumu və bir qəsəbədə yaşadığı Ariflə birlikdə görüşüb qəsəbədə yaşayış olmayan evlərdən oğurluq etmək qərarına gəlmişdir. Onlar həmin qəsəbəni gəzib axşam vaxtı olduğundan işıqları sönmüş ev görmüşlər və həmin evdə heç kimin olmadığını başa düşmüşlər. O, Ariflə birlikdə həmin işıqları sönülü olmuş evin hasırından həyətə tullanmışlar və həmin evin pəncərəsinin açıq olduğunu görmüşlər. Onlar bir yerdə həmin açıq olan pəncərədən evə daxil olmuş və evdə qiymətli əşyalar axtarmağa başlamışlar. Onlar bir yerdə həmin açıq olan pəncərədən evə daxil olaraq evdə qiymətli əşyalar axtarmağa başlamışlar. Onlar biz həmin evdən 1 ədəd televizor, 1 ədəd xalça götürərək həmin daxil olduqları pəncərədən bayıra çıxartmışlar və həmin evin arxa tərəfindən 1 ədəd xalça toxunan dəzgah (ona bəzən xana da deyilir) götürüb evdən kənara çıxartmışlar. Sonra o, Arifə “sən məni gözlə və əşyaların yanında ol” sözlərini demişdir. Bir neçə dəqiqə sonra o, qəsəbə tərəfdən yol ilə keçən Qaz 24 10 markalı nömrəsini xatırlamadığı və sürücüsünü tanımadığı avtomobili saxladaraq ona əşyalarımı kirayədə qaldığı evdən götürüb digər evə aparacağını deyib həmin avtomobil ilə Arifin gözlədiyi yerə gəlmişdir. Orada əşyaları həmin avtomobilin yük yığılan yerinə və dam hissəsinə yükləyib Arifə onunla görüşəcəyəyini deyərək Ariflə sağollaşıb getmişdir. Sonra o, həmin əşyaları yaşadığı evə aparıb evin arxa tərəfinə yığmış və üzərini də parça ilə örtmüşdür. Sonra bildiiyinə görə Arif xx xxxxx 2020-ci il tarixdə özü həmin evə tək daxil olmuş və oradan 2 ədəd xalça oğurlamışdır. Bundan başqa o, xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində Hökməli qəsəbəsində yaşayaraq tanıdığı Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadıqları qəsəbədə görüşüb Hökməli qəsəbəsində yerləşən sahibsiz evlərdən oğurluq etmək qərarına gəlmişlər. Onlar həmin vaxt gecə saatlarında Hökməli qəsəbəsinin ara küçələrini gəzərək sahibsiz evlər axtarırmışları ki, ora daxil olub oğurluq etsinlər. Həmin vaxtda Samuranla hasar divarı olamyan iki mərtəbəli və pəncərəsi açıq olan evin olduğunu görmüşlər. Həmin ev dağ tərəfdə yerləşmişdir. Onlar həmin evi kənardan seyr edib tam əmin olmuşlar ki, evdə heç kim yaşamır. Sonra o, Samuranla birlikdə həmin evin hasarsız həyətinə daxil olub açıq olan pəncərəsindən evə daxil olmuşlar. Qiymətli əşyalar əldə etmək üçün evin otaqlarını axtarmağa başlamışlar. Həmin vaxt onlar həmin evdən 1 ədəd plazma televizor, 4 ədəd xalça və 1 ədəd su matoru götürərək həmin əşyaları daxil olduqları pəncərədən bayıra çıxarıb əllərində daşıyaraq onun Hökməli qəsəbəsində yaşadığı evinə yığmışlar. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə Samuranla birlikdə həmin əşyaları yaşadığı evdən götürüb yaşadıqları qəsəbədə “Vasqo” ləqəbli şəxsə satmışlar. “Vasqo” ləqəbli şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Onlar həmin əşyaları “Vasqo”ya satanda “Vasqo” onlara 30 manat nağd pul, 8-9 büküm də narkotik vasitə olan heroin vermişdir. Bundan başqa o, qohumu Ariflə birlikdə xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində Binəqədi rayonu Çiçək qəsəbəsi yaxınlığında vişka deyilən yer tərəfdə iki mərtəbəli içərisi yeni tikili və təmirə başlanılacaq vəziyyətdə olan evdən oğurluq etmişlər. O, həmin evə dəmir daravaza kimi qapıdan daxil olmuşdur. İçəridən 10 ədəd lambirin, 1ədəd alçipan material, elektrik şiti, elektrik naqilləri, su borularını oğurlamışdır. Bundan başqa, o, xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Binəqədi rayonu Çiçək qəsəbəsində ara məhəllədə yol kənarında hasara düzülmüş aqlay daşları oğurlamışdır. Həmin daşları da tanımadığı şəxsə və xatırlamadığı yerə satmışdır. Əldə etdiyi pula narkotik vasitə alıb çəkmişdir. Həmin narkotik vasitə olan heroini Samuranla birlikdə istifadə edərək bitirdiyi üçün istintaq təqdim edə bilməmişdir. O, etiraf etdiyi oğurluq hadisələrindən başqa oğurluq etməmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 17 radələrində həmin qəsəbədə bir ev onun diqqətimi cəlb etmişdir. Həmin evin hasar qapısının bağlı olduğunu görmüşdür. O, qapını bir az döydükdən sonra heç kimin cavab vermədiyini görüb həmin hasardan evin həyətinə tullanmışdır. Həyətdə olan evə daxil olmaq istədikdə həmin evin qapılarının bağlı olduğunu görmüşdür. O, qapını sındırıb içəri girmək qərarına gəlmiş və həyətdə evin qapısını sındırmaq üçün dəmir parçası axtarmağa başlamişdir. Həmin vaxt həyətdə qapısı açıq olan hamamın içərisində 1 ədəd santexnik ütüsü, 1 ədəd drel aparatını görmüşdür. O, həmin vaxt evə daxil olamaq fikrindən daşınıb hamamda olan həmin əşyaları götürüb hasardan bayıra tullanıb əşyaları əlinlə daşıyaraq yaşadığı evinə aparıb qoymuşdur. Sonra o, həmin əşyaları qonşusu Eldar adlı şəxsə ümumilikdə 25 manata satmışdır. Oğurladığı əşyalardan əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərin əksəriyyətinə vurulmuş ziyan ödənildiyi üçün ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələriilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun anasının əmisi nəvəsidir. Nicat ondan yaşda böyükdür. İşsiz olduğu üçün pula ehtiyacı olmuşdur. Həmin vaxtlarda Nicatla görüşmüşdür. Nicat ona oğurluq etmək üçün bir iki ev olduğunu ona deyərək bir yerdə oğurluğa getməyi təklif etmişdir. O da Nicatla razılşadır. Təxminən xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində Nicatla görüşərək Hökməli qəsəbəsinin içəri tərəflərinə getmişlər və orada Nicat ona bir həyət evini göstərib orada heç kim yaşamadığını demişdir. Nicat hasardan aşıb evin həyətinə düşərək qapını içəridən açnış və o da içəri keçmişdir. Həmin həyətdə olan bir mərtəbə tikili evin açıq olan plastik pəncərəsindən içəri daxil olmuşlar. Oradan bir ədəd televizor və 1 ədəd xalça götürmüşlər. Həmin əşyaları evin bayırınba çıxaranda evin arxa tərəfində xalça toxunan dəzgah görmüşlər və dəzgahı da oğurlamaq qərarına gəlmişlər. Bundan sonra həmin əşyaları evdən bayıra çıxardıb evdən bir qədər aralı məsafəyə yığmışlar. Orada o, dəzgahın yanında gözləmişdir. Nicat gedib maşın tapıb gətirəcəyini bildirmişdirk. Təxminən 20 dəqiqə sonra Nicat qara rəngli Qaz 24 markalı avtomobil ilə gəlmişdir.Maşın köhnə vəziyyətdə olmuşdur. Dəzgahı maşının üstünə, televizorla xalçanı isə maşının içərisinə qoymuşlar. Sonra o, kəndin içərisi ilə evə doğru qalxmış, Nicat isə maşınla getmişdir. Nicatın gətirdiyi maşının sürücüsünü tanımamışdır. Həmin adam kənd adamı olmamışdır. Təxminən 1 saat sonra Nicat ona 1 çetdə 1 qramdan az şüşə gətirib vermişdir. Nicat narkotik vasitə satan olmamış və Nicat narkotik vasitəni kimdənsə alıb gətirmişdir. Bundan 2-3 gün sonra, yəni xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində o, yenə həmin evə getmiş və hasardan aşıb evin həyətinə düşmüşdür. Həyətdə olan tikili evə yaxınlaşmışdır. Evin griş qapısından ən sağda olan plastik pəncərədən evə daxil olmuşdur. İçəridəki otağa daxil olmuş, iki dənə xalça götürüb evdən çıxmışdır. Hasardan xalçaları bayıra atdıqdan sonra özü də hasardan aşıb xalçaları götürüb yaşadığı evin həyətinə gedərək xalçaları qaraja gizlətmişdir. Xalçalardan biri balaca vişnə, açıq qırmızı rəngdə olmuşdur. Digəri isə böyük olmuşdur. Xalçaları satmaq istəmişdir. Həmin gün axşam evin yaxınlığında tanımadığı taksi sürücülərinin söhbtinə qulaq şahidi olmuşdur. Həmin şəxslərdən kiminsə Hökməli kənd sakininin evinə girib xalça oğurladığını danışdıqlarını eşitmişdir. Ev yiyəsinin kənd sakini olduğunu eşidəndən sonra xalçaları satmamışdır. O nə Nicatla həmin evə nə də ki, özü tək gedəndə oradan qapı pəncərə oğurlamamışdır. Bəlkə də Nicat onsuz gedəndə oradan qapı və pəncərə götürmüş, ya başqa kimsə girib oğurlamışdır. Ancaq o, nə qapı, nə də ki, pəncərə oğurlamamışdır. Təxminən xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində Hökməli kəndindən Çiçək qəsəbəsi yaxınlığında olan tərəfdə “Vişka” deyilən yerin yanında iki mərtəbəli ev tərəfə Nicatla birlikdə getmişdir. O, evin bayırında dayanmış, Nicat isə evə daxil olmuşdur. O, Nicatın evə necə daxil olduğunu bilməmişdir. Çünki o, biraz məsafədə dayanmışdır. Nicat həmin evdən 20 dəqiqə sonra çıxmış və o da evin qarajının qapısı tərəf getmişdir. Həmin vaxt Nicatın əlində elektrik şiti, biraz elektrik naqilləri, hansı ki, naqillərin içərisi mis olmuş, 10 ədəd lambirin olmuşdur. Qohumları tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildiyi üçün ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəlidir, ailə üzvləri Nərimanov rayonunda yaşayırlar. O da arada bir ailəsinə baş çəkir. Özü 2016-cı ilin aprel döyüşlərində MN-in N saylı hərbi hissəinin Haramı düzü deyilən ərazidə döyüşlərdə iştirak etmiş və yaralanmışdır, 1-ci qrup əlildir. MN-in qospitalında hər 3 aydan bir müalicə qəbul edir. 2020-ci ilin fevral ayının 9dan aprel ayının 20-nə qədər qospitalda müalicə qəbul edib orada qalmışdır. Aprel ayının 20-si yaşadığı evə gəlməzdən öncə qonşuluqda yaşayan qohumları ona zəng edib evindən oğurluq olmasını demişlər. Evə 1-ci mərtəbədə olan tək otağın pəncərəsindən daxil olmuşlar. Həmin otaqdan 54 ekran rəqəmsal markasını bilmədiyi 350 manat dəyərində televizoru oğurlayıblar, birinci mərtəbə ilə ikinci mərtəbəyə qalxan pilləkanın altında saxlanc yerindən üzərində «Max» sözləri yazılmış 80 manat dəyərində su matorunu, evin ikinci mərtəbəsindəki boş otaqdan hər birinin dəyəri 200 manat olan 4 ədəd xalça, sonra qonaq otağından 25 manat dəyərində pərdəni oğurlamışlar. Aristonu isə hamam otağından söküb aparmaq istəmişlər, ancaq apara bilməyərək yerə atmışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsidə ona ümumilikdə 1255 manat maddi ziyan dəymişdir. O, ifadəsində daha sonra bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, oğurlanmış əşyalar özünə qaytarılmışdır. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayı ərzində, yəni təxminən karantin qaydaları başlayandan Hökməli qəsəbəsində yerləşən bağ evinə gəlib baş çəkə bilməmişdir. 2020-ci ilin aprel ayının 20-dən sonra qardaşı Abbas ona evdən oğurluq olmasını, qapıların ikisinin də açıq olduğunu demişdir. O da Hökməli qəsəbəsində yerləşən evinə baş çəkmişdir. Orada müəyyən etmişdir ki, evinin həyətində evin arxa tərəfində olan xalça toxuyan dəzgah yerində yoxdur. Sonra evə daxil olanda görmüşdür ki, iki ədəd xalça, 1 ədəd plastik materialdan olan qapı və 1 ədəd pəncərə, evin həyətində ollan samovar yerində yoxdur, yəni ki, oğurlanmışdır. Həmin evə evin giriş qapısının sağ tərəfində olan 1-ci pəncərədən daxil olmuşlar. Həmin ev onun bağ evi olduğu üçün evə arada bir baş çəkmişdir. Qeyd edilən əşyalar həmin evə 6 il bundan öncə tərəfindən yerləşdirmişdir. 1 ədəd plastik materialdan olan qapını 150 manata, pəncərəni 100 manata, xalça toxuyan dəzgahı isə ona yadigar olmuş,dəyəri 500 manat olmuşdur. O, özü xalçaçılığı bacarıram deyə xüsusi dəyəri olan bir əşya olmuşdur. 25 ədəd kasadan birini 6 manata almışdır. Xalçalardan biri qırmızı rəngdə, digərinin üzəri güllü olmuşdur, digərinin də üzəri işləməli olmuşdur. Xalçalara ümumilikdə hər biri 50 manat olmaqla 150 manat pul vermişdim. Televizorun markası isə JVC markalı olmuşdur. TV-ni o vaxtı 300 manata almışdıq. Ancaq hazırda qiyməti 50 manat olmuşdur. 1 ədəd amovarın qiyməti isə 100 manat olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. O, ifadəsində daha sonra bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, işləmir, təqaüdçüdür, Qarabağ mügaribəsi əlilidir. 70 kv aqlayl daşları, kabançikləri və 2 ədəd tumbanı ümumilikdə 1000 manata alıb gətirib məhəllədə baldızı gilin evinin hasarına məhəllə tərəfinə yığmışdır. Onun evilə baldızı gilin evi üzbəüzdür. Evin həyətində həmin daşlardan istifadə edəcəkmişdir. Təxminən 1 ay yarım olmuşdur ki, daşlar düzdüyü yerdə olmuşdur. xx.xx.2020-ci il tarixdə evdən məhəlləyə çıxanda görmüşdür ki, daşlar yerində yoxdur. Başa düşmüşdür ki, həmin daşları küçədən oğurlayıblar. Daşlar oğurlanan yerdə araba olmuşdur. Onun orada arabası olmamışdır. Araba yəqin ki, oğurluq edənin olmuş və orada qoyub getmişdir. Dərhal bu barədə 102 xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Onavurulmuşziyanödənilməmişdir, o, şikayətçidir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu Çiçək qəsəbəsində olan özünə məxsus iki mərtəbəli evin torpaq sahəsini 2010-cu il tarixdə almışdır. Həmin torpaq sahəsində iki mərtəbə ev tikmişdir. Həmin evi kirayə vermişdir. Bir müddət sonra kirayədə olduğu üçün evin təmiri pis hala düşdür. Buna görə də həmin evi yenidən təmir etməyə qərar vermişdir. 2020-ci ilin fevral ayından hissə-hissə evin təmir işlərini davam etdirmişdir. Evin döşəməsi dam hissəsi tamamilə sökülmüş, yer torpaq örtük vəziyyətdə olmuşdur. Yerdən su boruları çəkilmiş və evin ikinci mərtəbəsinin divar hissəsi əhənglə suvanmış, otaqlardan birinə alçipan və lambirin materialdan örtüklər düzlümüş və divardan 1-ci mərtəbədən pilləkanın yanında ikinci mərtəbəyə elektrik şit çəkilmiş və digər təmir işləri davam etmişdir. xx.xx.2020-ci il tarixdə evdə işləyən fəhlələr iş saatı bitdikdən sonra gedərəkn bir gün dincəlib, yəni xx.xx.2020-ci il tarixdə işə gələcəklərinu bildirmişlər. O da fəjhlələrlə razılaşdır. xx.xx.2020-ci il tarixdə o, özü də evə baş çəkməmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində həmin evə baş çəkmiş və görmüşdür ki, evin giriş qapısı nisbətən aralıdır. Darvaza kimi olan qapı aralı olmuşdur. O, evə daxil olanda 1ci mərtəbədə yerə düzlümüş su borularının yerində olmadığını görmüşdür. 50 metr su borusunun metrəsinin qiyməti 2 manat olmaqla 100 manata almışdır. Həmin boruların yerində olmadığını görüb divar ilə 1-ci mərtəbədən ikinci mərtəbəyə çəkilmiş elektrik şitinə qoşulmuş ümumilikdə 3 top elektrik naqillərinin sökülməsini və elektrik avtomat şitinin yerində olmadığını görmüşdür. Həmin 3 top elektrik naqilləri ümumilikdə 90 metr olmuş və hər metri 1 manatdan olmaqla 90 manata, elektrik şitini isə 35 manata almışdır. Ümumilikdə elektrik naqilləri və şitinə 125 manat pul vermişdir. Bundan sonra evin ikinci mərtəbəsinə qalxdıqda görmüşdür ki, otaqda düzlümüş iki ədəd hər biri 8 manata olan 16 manat dəyərində alçipan örtük yerində yoxdur. Sonra 15 kvadrat ölçüdə 130 manat dəyərində lambirin örtüyün, hər biri 5 manat olmaqla 30manat dəyərində 6 ədəd su borularının arko krandlarının yerində olmadığını müəyyən etmişdir. Həmin arko krandları 30 manata almışdır. Beləcə evdən oğurluq baş verdiyini anlamış və 2-3 gün sonra polisə bu barədə şifahi məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 401 manat maddi ziyan dəymişdir. O, ifadəsində daha sonra bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 7 mənzil 15 ünvanında yaşayasa da, özünə Hökməli qəsəbəsi YYS-də ünvanında bağ evi tikib mövsümü olaraq orada yaşamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində Hökməli qəsəbəsində yerləşən bağ evindən çıxıb Çiçək qəsəbəsində yerləşən yaşadığı evinə getmişdir. xx.xx.2020-ci il tarixdə Hökməli qəsəbəsində onunla qonşuluqda yaşayan nəzarət üçün evini tapışırdığı X3 qəsəbəsində yaşadığı ev telefonuna zəng edərək Hökməli qəsəbəsində olan bağ evinin zirzəmisinin qapısının açıq olduğunu bildirmişdir. O, xx.xx.2020-ci il tarixdə saat təxminən 14 radələrində Hökməli qəsəbəsi YYS ünvanında yerləşən nömrəsiz bağ evinə gəlib evinin zirzəmisinin kilidli olmuş dəmir qapınınaçıq vəziyyətdə olduğunu aşkar etmişdir. O, evinin zirzəmisinə daxil olub görmüşdür ki, orada saxladığı hazırkı bazar qiyməti ilə 50 manat dəyərində 30 metr uzunluğunda işlənmiş rezin şlanq və ona bağlı olmuş, işlənmiş formada və hazırkı bazar qiyməti 50 manat olan 1 ədəd “marqus” markalı su nasosu, 1 ədəd işlənmiş vəziyyətdə hazırkı bazar qiyməti 30 manat olan tikintidə istifadə etdiyi əl arabası, 1 ədəd, işlənmiş formada, hazırkı bazr qiyməti 40 manat olan drel aparatı, qiyməti 5 manat olan 1 ədəd balta, ümumi qiyməti 10 manat olan 2 ədəd inşaatda istifadə olunan kəsər, qiyməti 5 manat olan 1 ədəd taxta kəsmək üçün istifadə edilən mişar, qiyməti 15 manat olan 1 ədəd elektrik cəryanını ölçmək üçün aparat və bu kimi əşyalarının oğurlandığını aşkar etmişdir. Sonra o, evinin dəmir qapısını açıb evə daxil olmuşdur. Otaqları bir-bir nəzərdən keçirərək aşkar etmişdir ki, 400 manat dəyərində 1 ədəd qara rəngli, Samsung markalı televizor, 80 manat dəyərində 1 ədəd elektrik sobası, 150 manat dəyərində 1 ədəd Beko markalı tozsoran, 30 manat dəyərində krosna aparatı, 50 manat dəyərində 1 ədəd elektrik əl mişarı, 150 manat dəyərində 1 ədəd elektrik tənzimləyicisi, 600 manat dəyərində 1 ədəd kilim, ümumi 200 manat dəyərində 3 ədəd xrustal vaza, 50 manat dəyərində 1 dəst bıçaq dəstinin və 100 manat dəyərində ərzaq məhsullarının olmadığını aşkar etmçişdir. Sonra o, evinin plastik pəncərəsinin qismən bağlı olduğunu və dəmir barmaqlıqlarının qopduğunu görmüşdür. O, bundan tam əmin olmuşdur ki, naməlum şəxs və ya şəxslər qanunsuz olaraq evinə daxil olub əşyalarını talayaraq oğurlamışlar. Belə olan halda o, dərhal ərazi aidiyyatı üzrə Binəqədi RPİ-nin 40cı PB-yə gedərək ərizə ilə müraciət etmişdir. Sonra o, polis əməkdaşları ilə birlikdə Hökməli qəsəbəsində yerləşən bağ evimdən baş vermiş oğurluq hadisəsi yerinə getmişlər. Polis əməkdaşları həmin hadisə yerini səndləşdirib getmişlər.Baş vermiş hadisə nəticəsində ona 2015 manat məbləğində maddi ziyan dəymişdir. O, ifadəsində daha sonra bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2009-cu ildən Binəqədi rayonu Çiçək qəsəbəsində beton yolla hərbi hissədən aşağıda qüllə deyilən yerdə dağın yuxarısında yerdən 7 daş bir mərtəbə 3 otaq 100 kv.m ev tikmişdir. Orada atası və anası yaşamışdır. Atası və anası dünyasını dəyişdikdən sonra oraya arada bir baş çəkib yaşamışdır. Qonşuluğunda Ələsgər və digər qonşu qardaşının həyat yoldaşı, oğlu və gəlini yaşamışdır. Təxminən xx.xx.2020-ci il tarixdə onun yaşadığı həmin evin həyətindən hasardan keçmə yolu ilə oğurluq olmuşdur. Həmin oğru kim olubsa onun evindən öncə qonşu Ələsgərin evinin həyətindən də oğurluq etmişdir. Oğurluqdan iki gün öncə o, evdə olmuşdur. Səhərsi gün işlədiyi yerdə növbəyə getmişdir. Hadisədən 5 gün sonra evə getmişdir. Qardaşının yoldaşı onun yoldaşına zəng edib həyətlərinə oğru girərək onların su flyaqalarını oğurlamasını bildirmişdir. Həmin flyaqanın içərisindən toyuqlara verilən dən olmuşdur. Beləliklə onun evinin həyətindən birinin içərisində yarıya qədər toyuqları yemləmək üçün dənlə dolu olan 1 ədəd flyaqa və digər iki boş flyaqa, bundan başqa Markos K-61 M sözləri yazısı olan su matoru oğurlanmışdır. Hadisə nəticəsində bağ evindən heç bir oğurluq hadisəsi baş verməmişdir. Həmin su flyaqalarını 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün olan zaman gətirmişdir, indi həmin su flyaqasının birinin dəyəri 50 manat olmuşdur. 3 ədəd su flyaqasmm ümumi dəyəri onun hesablamasına görə 150 manat birinin içərisində yarıya qədər dolu olan 10 kq dənin qiyməti 4 manat 50 qəpikdir. Su matorunu 2 il bundan öncə 8 km bazarından 55 manata almışdır. Bunlardan, başqa onun evinin həyətindən və ya evindən heç nə oğurlanmamışdır. Ümumilikdə baş vermiş hadisə nəticəsində ona 199 manat 50 qəpik maddi ziyan dəymişdir. O, ifadəsində daha sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və tələbi yoxdur, ona vurulmuş ziyan ödənilmişdir. İbtidai istintaq vaxtı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan Zərərçəkmiş şəxs4 istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, o, Zərdab rayonunda qeydiyyatda olsa da, valideyinləri ilə birlikdə Binəqədi rayonu, Hökməli qəsəbəsi YYS ünvanında yaşayır. Onlar ailəliklə xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Binəqədi rayonu, Hökməli qəsəbəsi YYS ünvanında yerləşən evlərinin qapısını bağlayıb Nərimanov rayonu F.X. Xoyski küçəsi 138 A, mənzil 77 ünvanında yerləşən evlərinə getmişlər. xx.xx.2020-ci il tarixdə, saat təxminən 14 radələrində Hökməli qəsəbəsində yerləşən evlərinə gəlib daxil olanda evin həyətində inşa etdiyi vanna otağının qapısının açıq olduğunu görmüşdür. O, vanna otağına daxil olanda ora yığdığı əşyalardan qiyməti 100 manat dəyərində 1 ədəd işlənmiş formada yer deşən (perefarator) aparatın, qiyməti 80 manat olan 1 ədəd işlənmiş formada santexnik ütüsünün və 260 manat dəyərində işlənmiş formada olan 1 ədəd elektrik tənzimləyicisinin oğurlandığını aşkar etmişdir. Sonra o, bu barədə DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Təxminən 30 dəqiqədən sonra 40-cı PB-nin polis əməkdaşları gəlib onun ərizəsinin alaraq hadisə yerini sənədləşdirmişlər. Baş vermiş hadisə nəticəsində ona 440 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan Şahid istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, həyat yoldaşı X1 Samranın bibisi qızıdır. 2020-ci ilin aprel ayının ortalarında gecə vaxtı Təqsirləndirilən şəxs3 onun yoldaşı Günelə zəng edərək 1 ədəd soba və 1 ədəd tozsoran satmaq istədiyini demişdir. Yoldaşı ona demişdir ki, qoy Samran gətirsin pulunu hissəhissə verərik. O da yoldaşı Günelə demişdir ki, lazım deyil. Bir neçə dəqiqə sonra Samran onun yaşadığı evə gəlib evin qapısını döymüşdür. O da evin qapısını açıb onu görüb nə olduğunu soruşmuşdur. Samran Azsamand markalı taksi avtomobil ilə gəlmiş və Samran ona demişdir ki, həmin əşyaları, yəni 1 ədəd soba və 1 ədəd tozsoranı ümumilikdə 100 manata satmışdır. O, Samrandan soruşmuşdur ki, bunları haradan əldə eləmisən. Samran bildirmişdir ki, onun dostunun uşağı xəstədir pul lazımdır. O da Samranla 90 manata razılaşmışlar. O, Samrana 50 manat pul vermiş, iki dəfəyə qalan 40 manatı 20 manat şəklində ödəməyə razılaşmışlar. O, tozsoranla sobanı Samrandan götürəndə Samran içərisində köhnə vəziyyətdə kilimi də vermişdir. O da Samrana demişdir ki, kilimi istəmirik, Samran da kilimi götürməmiş və avtomobilə əyləşib sürüb getmişlər. Bundan 3 gün sonra o, Samrana 20 manat pul vermişdir. 1 həftə sonra isə Samrana qalıq 20 manat borcumu da vermişdir. Bundan bir neçə gün sonra isə Samranın tutulduğunu eşitmiş və bilmişdir ki, Samran həmin əşyaları oğurlayıb gətirib ona satmışdır.Samran ona demişdir ki, onunla gələn Azsamand markalı avtomobilin sürücüsünün uşağı xəstədi, həmin şəxsə pul lazımdı. O da Samrana 50 manat, sonra isə 2 dəfəyə 20 manat ödəməklə 90 manat pul vermişdir. Bundan sonra bir dəfə Samran yenə onun yoldaşına zəng edərək 300 manata təzə televizor olduğunu demişdir. Günel ona dedikdə o, istəmədiklərini bildirmişdir. Sonra onladın evində paltaryuyan maşın xarab olmuşdur. Samran zəng edərək onda normal normal işlək vəziyyətdə paltaryuyan maşın olduğunu və 150 manata satdığını demişdir. O da bundan şübhələnmiş və daha Samrandan heç bir əşya almamışdır. Başa düşmüşdür ki, Samran nəsə qara işlərnən məşğuldur. Üzərində bir neçə gün keçdikdən sonra təxminən 2020-ci ilin may ayının əvvəllərində o, bilmişdir ki, Samran polis tərəfindən saxlanılıb və həbs edilmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “Materialların cinayət işi ilə bir icraatda birləşdirilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, HK-1/550, 551, 552 saylı materiallar ********* saylı cinayət işinə birləşdirilməklə ********* nömrəsi ilə birgə istintaqda davam etdirilməlidir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx xxx 2020ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx xxx 2020ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx xxx 2020ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx xxx 2020ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan “Cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilməklə ********* nömrəsi ilə birgə istintaqda davam etdirilməlidir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilməklə ********* nömrəsi ilə birgə istintaqda davam etdirilməlidir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işi üzrə əməllərin tövsif edilməsi barədə” xx xxx 2020ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 17.2.3-cü maddəsindən Təqsirləndirilən şəxs2 əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərinə görə həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qisimində cəlb etmə və yenidən ittiham elan etmə haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qisimində cəlb etmə və yenidən ittiham elan etmə haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)-391/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)-392/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)-393/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X10 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X10 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1982-ci il təvəllüdlü Qədirov X14 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X10 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx xxx 2020ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə X2 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/2353 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 21 adda malların orta bazar qiymətilə ümumi dəyəri təxminən 1837,00 manat müəyyən edilmişdir. Digər 1 adda 1x1 m ölçülü, yarımçıq kəsilmiş və kəsik hissəsi xalça sapıyla bağlanmış xalça təyinatı üzrə istifadəyə yararsız olduğu üçün qiymətsiz müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx xxxx 2020ci il tarixli, 6/2353 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50 (yüz on dörd) manat təşkil etmişdir. İş materiallarında olan X5 tərəfindən Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı İbrahim Vəliyevə verdiyi qəbzdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, çiçək qəsəbəsində yerləşən ona məxsus evdən oğurlanmış 03 ədəd su bitonlarını və 10 kq buğda dənini ondan qəbul etmişdir. İş materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunması və barələrində “həbs" qətimkan tədbiri seçilməsi, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd xalça və 01 ədəd “Star X” markalı televizor, iş üzrə Zərərçəkmiş şəxs6 məxsus 03 ədəd 1 kv metr aqlay daşı və 1 metr uzunluğunda tumba daşı, iş üzrə Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Sumsung” markalı televizor, 01 ədəd elektrik tənzimləyici aparat, 01 ədəd elektriki stabil saxlayan tənzimləyici stalbılizator, 01 ədəd “Digisat” markalı antenasının aparatı, 01 ədəd kilim, iş üzrə Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd taxta saplı balta və plastik materialdan olan boru birləşdirici ütü dəsti, iş üzrə Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd xalça, 01 ədəd xalça sapıyla bağlanmış yarımçıq xalça, 01 ədəd JVC markalı boz rəngli televizor və 01 ədəd samovar, iş üzrə zərərçəkmiş şəxs X4 məxsus 03 ədəd su bidonları və 10 kq buğda dəni maddi sübut əhəmiyyəti kəsb etdiklərindən maddi sübut kimi tanınması və sahiblərinə geri qaytarılmasının nəzərə alınması, iş üzrə X9 maddi ziyanın məbləği 1200 manat, Zərərçəkmiş şəxs6 dəymiş ziyanın məbləği 1000 manat, Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın məbləği 440 manat, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın məbləği 1255 manat, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın məbləği 401 manat, X4 dəymiş maddi ziyanın məbləği 199,50 manat və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın məbləği 2015 manat hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs7 tərəfindən imzalanaraq notariat qaydasında təsdiq edilmiş ərizədən məlum olur ki, ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs2 qohumları tərəfindən tam ödənilmiş, heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən imzalanaraq notariat qaydasında təsdiq edilmiş ərizədən məlum olur ki, ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs2 qohumları tərəfindən tam ödənilmiş, heç bir tələb və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə verilmiş ərizədən məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 tərəfindən məhkəməyə verilmiş ərizədən məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə verilmiş ərizədən məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Oğurlanmış əşyalar özünə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə verilmiş ərizədən məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X5 tərəfindən məhkəməyə verilmiş ərizədən məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Xidmətindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-508/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 və 69.3-cü maddələri ilə təqsirləndirilərək 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 şəxsi işi xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tabeçiliyi müəyyən edilən Abşeron rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitələri tətbiq olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə təsdiq olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4.-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmırlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini etiraf etməsini, səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini etiraf etməsini, səmimi peşman olmasını, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, Zərərçəkmiş şəxs6 ona qarşı şikayət və tələblərinin olmasını nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd xalça, 01 ədəd “Star X” markalı televizor, 03 ədəd 1 kv m aqlay daşları, 1 metr uzunluğunda tumba daşı, 01 ədəd “Samsung” markalı televizor, 01 ədəd elektrik tənzimləyici aparat, 01 ədəd elektriki stabil saxlayan tənzimləyim stalbılizator, 03 ədəd “AEG” markalı kəsərperefarator, 01 ədəd “Bosch” markalı drel, 01 ədəd “Digisat” markal peyk antenasının aparatı, 01 ədəd kilim, 01 ədəd taxta saplı balta, 01 ədəd plastik materialdan olan boru birləşdirici ütü dəsti, 01 ədəd xalça sapıyla bağlanmış yarımçıq xalça, 01 ədəd JVC markalı boz rəngli televizor, 01 ədəd samovar, 03 ədəd su bidonları, 10 kq buğda dəni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırması cəzası, həmin Məcəllənin 68-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanaraq yəni 01 (bir) il 04 (dörd) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə hissəsi ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd xalça, 01 ədəd “Star X” markalı televizor, 03 ədəd 1 kv m aqlay daşları, 1 metr uzunluğunda tumba daşı, 01 ədəd “Samsung” markalı televizor, 01 ədəd elektrik tənzimləyici aparat, 01 ədəd elektriki stabil saxlayan tənzimləyim stalbılizator, 03 ədəd “AEG” markalı kəsər- perefarator, 01 ədəd “Bosch” markalı drel, 01 ədəd “Digisat” markal peyk antenasının aparatı, 01 ədəd kilim, 01 ədəd taxta saplı balta, 01 ədəd plastik materialdan olan boru birləşdirici ütü dəsti, 01 ədəd xalça sapıyla bağlanmış yarımçıq xalça, 01 ədəd JVC markalı boz rəngli televizor, 01 ədəd samovar, 03 ədəd su bidonları, 10 kq buğda dəni sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar