Məhkəmə qərarları › İş №1(001)-370/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-370/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-370/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X16 meyvə-tərəvəz anbarında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyalı AC550963 seriya nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, Şahid1 məxsus “SHACMAN” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yüklü vəziyyətdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi 611 saylı fərdi yaşayış evinin qarşısı ilə Binəqədi mərkəz adlanan ərazidən üzü Xırdalan şəhər istiqamətində 20 km/saat sürətlə hərəkətdə olarkən «X27» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yəni mövcud vəziyyətdə hərəkətə başlamazdan əvvəl avtomobilin yük yerinin qapısının konstruksiyada nəzərdə tutulduğu kimi tam bağlandığına və hərəkət zamanı açılmayacağma əmin olmalı, hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra avtomobili hərəkət etdirməlidir kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməyərək, avtomobilin yük yerinin qapısını tam bağlamadan idarə etməklə yol hərəkəti qaydalarını pozaraq, avtomobilin yük hissəsinin qapısının açılaraq ehtiyyatsızlıqdan yolun kənarı ilə piyada hərəkət edən xx.xx.1982-ci il təvəlüdlü X7 dəyməsi nəticəsində, sonuncuya baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə qansızmalar ilə müşayiət olunan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, İ,Vİ, Vİİ boyun fəqərələrinin, V, Vİ, Vİİ döş fəqərələrinin sınıqları,sağ tərəfli 1 qabırğanın, sol tərəfli İ,İİ qabırğaların sınıqları,ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ qulaq seyvanı nahiyəsinin, sağ qulaq sırğalığmın, sağ çənə cismi nahiyəsinin, sağ bud nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları ilə müşayiət edilən, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib, xx.xx.2024-cü il tarixdə saat 19:40-da Kəmalə Rəhmanovanm müalicə aldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı X22 ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə əlaqədar baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə qansızmalar nəticəsində inkişaf edən baş beyinin travmatik ödemindən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, SHACMAN» markalı **-NO-*** nömrə nişanlı özü boşaldan yük avtomobili Şahid1 məxsus olmuş, lakin həmin avtomobili 2020-ci ildən sürmək üçün etibarnamə əsasında idarə etmişdir. Avtomobillə müxtəlif ünvanlarda yük daşıyaraq ailəsini dolandırmış, avtomobildən əldə olunan qazanc üç hissəyə bölünmüş, ona, avtomobilin sahibi Yusifə və avtomobilə, çox vaxtı o dəmir qəbulu məntəqələrindən dəmir tullantılarını yığıb Sumqayıt şəhərində yerləşən STP-yə təhvil verirdi. Belə ki, həftədə bir dəfə o yığılan pulları avtomobilin sahibinə vermişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o Binəqədi rayonu, Binəqədi şossesində, Binəqədi DYPŞ-nin arxa hissəsində yerləşən Dəmir tullantılarının qəbulu məntəqəsindən dəmir qırıntılarını avtomobilə yüklətdirdikdən sonra həmin yerdən çıxıb Binəqədi qəsəbəsindən Sumqayıt şəhər istiqamətində 20 km/saat sürətlə hərəkət etdiyi zaman işığın yaxınlığında tappıltı səsi eşitmiş və sağ güzgüdən arxaya baxanda görmüşdür ki, avtomobilin arxa yük qapısı açılıb yolun sağında dayanmış avtomobilə dəymiş, o tez avtomobili sağa çəkərək yerə düşüb təxmini 5-6 metr geriyə qayıdanda görmüşdür ki, qara rəngli VAZ-2109 markalı avtomobilin arxa stoykası əzilib şüşəsi isə sınmış, həmin avtomobilin yanında isə təxmini 40-45 yaşlarında bir qadının yerdə huşsuz vəziyyətdə başı qan içində uzandığını görmüşdür. O həmin vaxtı özünü itirsə də orada olan tanımadığı insanların köməkliyi ilə qadına köməklik göstərmiş, lakin həmin qadın huşsuz vəziyyətdə olmuş və o tez TTYX-na zəng edərək hadisə barədə məlumat verib hadisə yerinə həkim çağırmışdır. Həmin vaxtı yoldan başqa TTYX-nın avtomobilinin gəldiyini görən kimi o tez həmin avtomobilin qarşısına keçərək saxlatdırmış və həmin avtomobildən düşən həkim və tibb bacısı, onların köməkliyi ilə xəstəni avtomobilə qoymuşlar və həmin xəstəni X28 aparmışlar, o isə hadisə yerində polis əməkdaşlarını gözləmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yəni həmin piyada qadın dünyasını dəyişdiyi günə kimi o və yaxın qohumları xəstəyə mənəvi və maddi dəstəyimizi əsirgəməmişlər. Həmin vaxtı piyada qadın yəni sonradan adını Kəmalə bildiyi şəxs başından xəsarət almış, xəsarəti ağır olduğuna görə o bir neçə gündən sonra ayılmış, lakin son vaxtlar vəziyyəti dəyşdiyindən halı ağırlaşmış və xx.xx.2024-cü il tarixdə axşam saatlarında onlara həkimlər öldüyünü demişlər. Həmin avtomobilin 5 ədəd qarmağı olsa da, o cəmi 3 qarmağı yerinə salmış, qalan, yəni iki qarmaq yuxarıda yerləşdiyindən hər dəfə yuxarı çıxmaq mümkün olmamış, ona görə də qarmağı yerinə bağlamamışdır. Avtomolbilin sürücüsü kimi avtomobilin yükünə və yük hissəsinin qapısının kip bağlanmasına nəzarəti o həyata keçirmişdir. Avtomobili idarə edərkən yolun sağ hissəsində həmin qadının hansı istiqamətdə olduğunu belə görə bilməmişdir. Sadəcə yolun sağ hissəsi ilə öz hərəkət zolağında 20 km/saat sürətlə hərəkətdə olduğu zaman tappıltı səsi eşitmişdir. Onun hərəkət etdiyi yol dalğavari olduğuna görə avtomobil qalxıb yenmiş, ola bilsin ki həmin vaxtı qapının dəmir qarmaqları yerindən çıxmış və sağa açılaraq piyadaya və yolun kənarında dayanmış avtomobilə dəymişdir. Avtomobildə tullantı dəmir qırıntıları çən müxtəlif ölçüdə dəmir boru və digər tullantı qırıq dəmir əşyaları olmuşdur, avtomobil məntəqədən çıxarkən tərəziyə çıxmamışdır. Avtomobilin yük hissəsində 16 tondan az yük olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsinin, zərərçəkmiş şəxsin hüquqi varisi X12 ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində azyaşlı övladlarının olmasını və ailənin yeganə qazanc mənbəyi olmasının nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:15 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində 5-ci Şimal küçəsində Azərişığın yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə X22 reanimasiya şöbəsində dünyasını dəyişən şəxs X11 onun həyat yoldaşıdır. O Kəmalə ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nigahdan 2012-ci ildə qızı Müslümova Fidan dünyaya gəlmişdir. Fidan yaşadıqları evin yaxınlığında Qaçqın məktəbində 7-ci sinifdə oxuyur. Onlar ailə quranda Kəmalənin şəxsiyyət vəsiqəsi olmadığına görə nikah vaxtı o öz soyadında qalmış, sonradan vəsiqə aldığına görə Müslümova soyadına keçməyə vaxt etməmişdir. Hadisə günü işdən təzəcə evə gəlmişdir ki, qonşuluqda yaşayan 11 yaşlı Zeynəb adlı uşaq evə gələrək ağlaya ağlaya Kəmalə xalanın başından qan gəldiyini deyərək əli ilə Azərişıq istiqamətini göstərmiş, o tez həmin istiqamətə gedib vəziyyəti öyrənmək istədikdə yolun kənarında yerdə qan ləkələrinin olduğunu görmüş və orada olan tanımadığı adamlardan eşitmişdir ki, yük avtomobili yoldan keçərkən arxa qapısı açıldığı zaman yolun kənarında piyada hərəkət edən həyat yoldaşının başına dəymiş və onu yoldan keçən təcili tibbi yardım avtomobili xəstəxanaya çatdırmışdır. Hadisə yeri ilə onların yaşadıqları evin arasındaki məsafə 200 metr olardı. Kəmalə xx.xx.2024-cti ildə dünyasını dəyişənə kimi X22 reanimasiya şöbəsində qalmışdır. Xəstəxanada Kəmalənin yanında anası qalmışdır. Son vaxtlar az-az danışmış, amma fikrini izah edə bilməmişdir. Başında zədələr ciddi olduğundan həkimlər bir müddət danışmaqda çətinlik çəkəcəyini demişdilər. Sürücü sonradan adını Ramin kimi bildiyi şəxs və onun yaxınları ilk gündən Kəmalənin yanında olmuşlar və maddi mənəvi dəstəyini əsirgəməmişlər. Həkimlər nə qədər köməklik etsələr də Kəmalə xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində dünyasını dəyişmişdir. Sonradan eşitmişdir ki, Kəmalə 11 yaşlı qızı Fidanı saat 18:00-da məktəbdən evə gətirdiyi zaman yolun sağ kənarı ilə gələrkən yoldan keçən yük avtomobilinin arxa qapısı yana açılmış və açılan kimi yolun kənarı ilə piyada gedən həyat yoldaşı Kəmalənin başına çırpıldığı zaman Kəmalə yerə yıxılmış və başından qan gəlmişdir. Kəmalə başından xəsarət alan zaman sürücü bunu görmüş və yoldan keçən TTYX-nin avtomobilini saxlatdıraraq Kəmaləni maşına qoymuş və həkimlər dərhal hadisə yerindən xəstəni KTM-ə gətirmişdirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur, bununla bağlı yazılı ərizəni də istintaq orqanına təqdim etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o «VAZ 2109» markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə baş etibarnamə ilə almış və ona məxsus olmuşdur. Hadisə zamanı o avtomobili yaşadığı evin qapısının ağzında yolun kənarında saxlamışdır. 2024-cü ilin sentyabr ayının əvvəllərində saat 18 radələrində yaşadığı evdə, yəni Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən fərdi evdə olan zaman anidən çöldən avtomobil toqquşması səsi eşidib təxmini 6-7 dəqiqə sonra çölə çıxıb görmüşdür ki, qapıda saxladığı avtomobilin arxa sol hissəsi əzilib sınmışdır. Ətrafa baxan zaman təxmini ondan 10-15 metr arxada, səkidə qan görmüş «SHACMAN» markalı yük avtomobili isə ondan 10-15 metr qabaqda dayanmışdır. Ətrafa toplaşmış tanımadığı şəxslərdən nə baş verdiyini soruşduqda, onlar həmin yük avtomobili hərəkətdə olan zaman arxa qapısı açılıb qadına dəydiyini, sonra isə onun avtomobilinə dəydiyini bildirmişlər. Orada olan tanımadığı avtomobilin birinə xəsarət almış qadını qoyub xəstəxanaya aparmışlar. Hadisə zamanı ona məxsus avtomobili yolun hərəkət hissəsində deyil, yaşadığı evin qarşısında, yəni yolun çiyin hissəsində saxlamışdır. Hadisə nəticəsində ona məxsus avtomobilin arxa yük yeri, sol qanad, arxa sol panel, arxa alın şüşə sınmışdır. Bundan sonra o hadisə barədə "xxxx" Sığorta Şirkətinə xəbər vermiş və orada çalışan əməkdaşlar hadisə yerinə gəlib, qüsur aktı tərtib etmişlər. Hazırda sığorta şirkəti onun avtomobilin bütün xərclərini qarşıladığından, «SHACMAN» markalı yük avtomobilinin sürücüsünə qarşı heç bir şikayəti və tələbi olmamışdır. Məhkəmə iclasına çağrılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və tədqiq edilmiş hesab edilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq X22 ölməsi faktına görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsindədir. Yolda olan asfaltın üzərində hər hansı yol nişanları mövcud deyil. Yol ikitərəfli hərəkət üçün nəzərədə tutulub. Yolun ümumi eni 10 metrdir. Yolun kənarında hərəkət yolunu işıqlandıran şəhər elektrik dirəkləri yerləşir. Hadisə yerində tormozlama izi yoxdur. Hadisə baş verən yerdə yol quru və asfalt örtüklü olmaqla düzdür. Hadisə baş vermiş yolda hərəkət sürəti 60 km/saat ilə məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə “Səhiyyə Nazirliyinin Respublika X20 Hüquqi şəxsin tərəfindən tərtib edilmiş 2/50689 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini barədə tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X11 zərərçəkmiş şəxs qismində tanınmış, zərərçəkmiş şəxs X4 həyat yoldaşı X12 isə zərərçəkmiş şəxs Kəmalə Rəhmanovanın hüquqi varisi qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli, 8İ-4151 nömrəli ərizədən görünür ki, X2 Ramin Niyaz oğluna qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli, 8İ-4152 nömrəli ərizədən görünür ki, X1 Ramin Niyaz oğluna qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ** NO *** dövlət qeydiyyat nişanlı “SHACMAN” yük markalı nəqliyyat vasitəsini xx.xx.2028-ci il tarixədək istifadə etmək hüququ verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-177-286 saylı məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AC 550963 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. “SHACMAN Yük» markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2000ci il tarixdən Şahid1 adında qeydiyyatdadır. Sözügedən nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2028-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Hadisə yerinə baxış protokolundan və Təqsirləndirilən şəxs Novruz oğlunun xx.xx.2024-cü il tarixli ifadəsinin yerində yoxlanması protokolundan da görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 611 saylı fərdi yaşayış evinin qarşısında yerləşir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi üzrə Şahid2 tərəfindən Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, hadisə zamanı onun avtomobilinə dəymiş maddi ziyan sığorta tərəfindən ödənildiyindən onun heç kimə qarşı şikayəti yoxdur. xx.xx.2024-cü il tarixli, 198 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X31 rəyindən görünür ki, Mərhumə K.N.Rəhmanova xx.xx.2024-cü il tarixdə saat 21:43-də "X30" PHŞ-nə baş ağrıları, ümumi halsızlıq və aşağı ətraflarda hərəkət və hissiyatm olmaması şikayətləri ilə daxil olmuşdur. A/T 123/70 mm.c.st. Nəbzi dəqiqədə 89 vurğudur. Baş beyinin nativ KT müayinəsi zamanı ənsə sümüyündə sol kondilə keçən yerdəyişdirməmiş xətti sınıq izlənildi. xx.xx.2024-cü il tarixdə C5, C6-THİ, TH2 fəqərələrinin maslateral transpedikulyar fiksasiyası. C7 səviyyəsində laminektomiya. Yaranın drenaj olunması əməliyyatı icra olunmuşdur. xx.xx.2024-cü il tarixli döş qəfəsinin KT müayinəsi zamanı C7 fəqərədə kompression sınıq diqqət çəkmiş olub, C6 fəqərə, C7 fəqərə üzərində anteriora yerdəyişmişdir. TH5, TH6, TH7 fəqərə cismlərində yerdəyişməyən kompression sınıqlar aşkar edilir. TH3-TH4 fəqərələr arasında ankiloz qeyd edilmiş olub, spinal çıxıntıda yerdəyişməyən sınıq xətti diqqət çəkir. Sağda 1 qabırğada və solda İİ lateralda yerdəyişməyən, solda 1 qabırğada yerdəyişmiş sınıqlar qeyd edilir. Boyunun KT müayinəsi zamanı CS, C6-THİ, TH2 fəqərələrində bilateral transpedikulyar fiksatorlar qeyd edilir. C7 fəqərənin üst anterior küncündə kompression sınıq diqqət çəkmiş olub, C6, C7 fəqərə üzərində anteriora yerdəyişmişdir. C6 fəqərənin spinal çıxıntısında yerdəyişmiş smıq qeyd edilir. C7 fəqərədə laminektomiya əməliyyatına bağlı sümük defekti diqqət çəkir. C3, C5 fəqərələr səviyyəsində dərin yumşaq toxumalararası sahələrdə emfizema qeyd edilir. Beyinin KT müayinəsi: Ənsə sümüyündə solda kəllə əsasına və foramen magnaya keçən yerdəyişməyən smıq xətti diqqət çəkmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:00-da xəstənin Ümumi vəziyyəti kritik-ağır olaraq qalır. Huşu komatozdur. A/T 45/32 mm.c.st. Nəbz periferik arteriyalarda qeyd olunmur. Tənəffüsü STA vasitəsilədir. Aparılan yardımlara baxmayaraq xəstədə ürək fəaliyyətinin dayanması qeyd olundu. 30 dəqiqə ərzində ürəyin qapalı masajı olundu, lakin saat 18:30-da xəstədə bioloji ölüm qeyd olundu. Son klinik diaqnoz: Müştərək kraniovertebral travma, baş beyin əzilməsi, sağda ənsə sümüyünün Cİ fəqərələrinə və kəndilusa keçən sınığı. C6 fəqərələrinin yerdəyişən çıxığı fəsadlaşma ilə, C7 kompression sınığı çıxığı, çanaq orqanlarının funksiyasının pozulması, ənsə nahiyəsinin əzilmiş yarası, ağciyər-ürək-damar çatmamazlığı, Mərhuma K.N.Rəhmanovanın meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: -baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə qansızmalar ilə müşayiət olunan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı; -İ,Vİ, Vİİ boyun fəqərələrinin, V, Vİ, Vİİ döş fəqərələrinin sınıqları, -sağ tərəfli 1 qabırğanın, sol tərəfli 1,11 qabırğaların sınıqları, -ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası; - sağ qulaq seyvanı nahiyəsinin, sağ qulaq sırğalığının, sağ çənə cismi nahiyəsinin, sağ bud nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün "X30" PHŞ-nə müraciət etdiyi xx.xx.2024-cü il saat 21:43-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhumə K.N.Rəhmanovanın meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2024cü il tarixdə hərəkətdə olan yük avtomaşınının yük hissəsinin dəmir qapısının açılaraq K.N.Rəhmanovaya zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Mərhumə K.N.Rəhmanovanın meyitində sağ və sol dirsək çuxurlarında, sağ said nahiyəsində, sol əlin arxa səthində, sağ və sol qasıq nahiyələrində, sağ bud nahiyəsində aşkar olunmuş nöqtəşəkilli yaracıqlar həmin nahiyələrdə yerləşən venoz damarlara iynə vurulması nəticəsində əmələ gələ bilərdilər. Mərhumə K.N.Rəhmanovanın ölümünə səbəb ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə əlaqədar baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə qansızmalar nəticəsində inkişaf edən baş beyinin travmatik ödemi olmuşdur. Beləliklə, K.N.Rəhmanovanın meyitində aşkar olunmuş xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. xx.xx.2025-ci il tarixli, 8/3078 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «SHACMAN» markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüsücü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “SHACMAN” markalı, **-NO-*** dövlət nömrə nişanlı yük avtomobili maddi sübut kimi tanınmış və məhkəmə baxışına kimi salxanılması üçün sahibi Şahid1 təhvil verilməsi nəzərə alınmışdır. Dindirmə və ifadənin yerində yoxlanılması zamanı video görüntüləri özündə əks etdirən iki ədəd DVD disk və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi ifadə, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli, 8İ-4152 nömrəli zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X5 ilə evlidir, xx.xx.2018ci il təvəllüdlü X13, xx.xx.2019-cu il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X15 onların övladlarıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, evli və ailənin yeganə qazanc mənbəyi olmasını, himayəsində 3 azyaşlı övladının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “SHACMAN” markalı, **-NO-*** dövlət nömrə nişanlı yük avtomobili maddi sübut kimi tanınmış və məhkəmə baxışına kimi salxanılması üçün sahibi Şahid1 təhvil verilməsi nəzərə alınmışdır. Dindirmə və ifadənin yerində yoxlanılması zamanı video görüntüləri özündə əks etdirən iki ədəd DVD disk və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “SHACMAN” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Şahid1 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 29 (iyirmi doqquz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 29 (iyirmi doqquz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 29 (iyirmi doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 319 (üç yüz on doqquz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “SHACMAN” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Şahid1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 29 (iyirmi doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 319 (üç yüz on doqquz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar