Məhkəmə qərarları › İş №1(001)-373/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-373/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-373/2021 27.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəm ələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X6, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.03.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.05.2018-ci il tarixli qərarına əsasən cəza endirilərək, 03 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, hazırdas məhkumluğu ödənmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmiş və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş, həmçinin o, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 17.04.2021-ci il tarixdə saat 18.00 radələrində “B” dərəcəli AC 140189 saylı sürücülük vəsiqəsi ilə, etibarnamə olmadan idarə etdiyi «Mercedes Benz ML350 minik» markalı, ** GU *** dövlət qeydiyyat nişanlı qara rəngli “universal” tipli minik avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi ilə A.Gəraybəyli küçəsi istiqamətində hərəkət edərkən həmin küçələrin kəsişməsində sağ istiqamətdə dönmə manevri həyata keçirərkən “X14” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yol ayırıcında dönəcəyi yolun hərəkət hissəsini nizamlanmayan piyada keçidi üzərindən soldan sağa keçməkdə olan piyadaya yol verməli, yol keçən piyadanın onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda və qeyd olunan tələbləri yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, həmin tələblərə əməl etmədən hərəkətini davam etdirməklə piyada X4 avtomobilinin qabaq orta hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya başın ənsə nahiyəsinin sıyrığı, təpə-ənsə nahiyəsində başın yumşaq örtüyü altında qansızma, ənsə sümüyünün xətti sınıqları, baş beyinin qişaları altına və toxumasına qansızmalar, başın sağ qaşüstü nahiyəsinin, üzün sağ yanaq, gözaltı və almacıq nahiyələrinin sıyrıqları, sol İ-İV qabırğaların, sağ İ-V qabırğaların, hər iki körpücük sümüyünün sınıqları, hər iki ağciyərin cırılmış yaraları, sağ əlin üst səthinn və sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları, sağ bud sümüyünün boyunun qapalı yerdəyişmiş sınığı, sağ bud nahiyəsinin və hər iki diz oynaqlarının ön səthlərinin sıyrıqları kimi, ümumilikdə həyat üçün təhlükəli olan və dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid edilən, sonradan zərərçəkmişin ölümünə səbəb olan bədən xəsarətləri yetirmiş, “X14” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərini pozaraq məsuliyyətdən yayınmaq məqsədilə özü barədə heç bir məlumat vermədən, zərərçəkmiş şəxsə ilkin tibbi yardımın göstərilməsi üçün mümkün olan tədbirləri görmədən, hadisə haqqında polisə məlumat vermədən, hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmədən törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə hadisə nəticəsində xəsarət almış piyadanı idarə etdiyi avtomaşına qoyaraq ətrafdakılarda xəstəxanaya aparmaq görüntüsü yaratmaqla nəqliyyat vasitəsini hadisə yerindən tərpədərək zərərçəkmiş şəxsi hadisə yerindən uzaqlaşdırmaqla xəstəxanaya çatdırmaq əvəzinə Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti 174A ünvanına aparıb yolun kənarındakı parkda qoyub getməklə yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə baxışı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən (yəni CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilərək) təqsirli bilərək göstərmişdir ki, o, 17.04.2021-ci il tarixdə avtomobil idarə edərkən ehtiyatsızlıqdan yolu keçən piyadanı vursa da, hadisə yerindən qaçmaq niyyəti olmamış, əksinə, vurduğu piyadanı dərhal öz avtomobilinə qoyaraq onu tibbi yardım üçün xəstəxanaya aparmağa çalışmış, sadəcə olaraq yolda piyadanın özünə gəlməsi və hadisə zamanı üzərində nəzərə çarpacaq hər hansı bir ciddi xəsarətin olmaması onu çaşdırmış və zənn etmişdir ki, vurduğu piyadanın həyatı üçün təhlükəli ola biləcək elə də bir ciddi xəsarət yoxdur, ona görə də artıq piyadanın vəziyyətinin yaxşılaşdığını görüb arxayın vəziyyətdə çıxıb getmişdir.Belə ki, o, artıq uzun müddətdir ki, avtomobil idarə edir və onun «B» dərəcəli sürücülük vəsiqəsi vardır.17.04.2021-ci il tarixdə saat 18.00 radələrində Bakı şəhəri Binəqədi rayonu A.Gəraybəyli küçəsi ilə S.Bəhlulzadə küçələrinin kəsişməsində hadisə törətdiyi «Mercedes Benz ML350 minik» markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil dostu Şahid2 məxsusdur, rəsmi etibarnaməsi olmasa da həmin avtomobili Yeganənin öz razılığı ilə hərdən idarə edirmiş.Baş vermiş hadisədən əvvəl Yeganə ilə birlikdə sonuncuya məxsus, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsindəki bağında istirahət edirmiş.Ərzaqları və pulları qurtardığı üçün günorta saatlarından sonra o, Yeganənin razılığı ilə ona məxsus avtomobili götürüb idarə edərək yaşadığı Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsindəki mənzilinə gəlmiş, evdə heç kimin olmadığından pul tapa bilməyib düşünmüşdür ki, Dərnəgül qəsəbəsinə gedib oradakı dost-tanışlarından rastına çıxan kimdənsə bir az borca pul götürsün.S.Bəhlulzadə küçəsi ilə hərəkət edərək A.Gərabəyli küçəsinin kəsişməsinə çatdıqda oradakı yol nişanının tələblərinə riayət edərək hərəkətini durdurub sol tərəfdən gələn avtomobillərə yol verməyə başlamışdır. Soldan gələn sonuncu avtomobili buraxdıqdan sonra hələ nəzərini sol tərəfindən çəkmədən asta sürətlə sağa doğru hərəkət etməyə başlamış, bu zaman avtomobilin qabaq hissəsindən zərbə səsi hiss etmiş, çönüb qarşısına baxdıqda görmüşdür ki, idarə etdiyi avtomobilin ön orta hissəsinə dəyən bir nəfər piyada avtomobilinin altına düşmüşdür.Dərhal avtomobilini durdurub aşağı enmiş, orada hadisəyə toplaşan vətəndaşların köməkliyi ilə fiziki güc tədbiq edib əlləri ilə avtomobili yuxarı qaldırmışlar, digər vətəndaşlar isə əyilərək piyadanı avtomobilin altından çıxartmışlar.Piyada yaşlı bir kişi idi, üzərində nəzarə çarpacaq elə də bir ciddi xəsarəti yox idi, yalnız alın hissəsində və paltarlarında sıyrıq zədələri var idi, özü isə nəfəs alırdı, hüşu özündə idi.Piyadanı xəstəxanaya çatdırmaq üçün dərhal onu orada toplaşmış vətəndaşların köməkliyi ilə idarə etdiyi avtomobilin arxa oturacağına uzandırmışlar.Onun şok və həyacanlı olduğunu görən, əvvəlcədən tanıdığı Xəyal adlı oğlan ona yaxınlaşaraq təklif etmişdir ki, istəyirsə avtomobilini o, idarə etsin, o da razılaşmışdır.Xəyal sükan arxasında, o, qabaq sərnişin oturacağında əyləşərək avtomobildə arxa oturacaqda olan piyadanı “Semaşko” xəstəxanasına çatdırmaq üçün hadisə yerindən tərpənmişlər.Hadisənin baş verdiyi A.Gəraybəyli küçəsindən Z.Bünyadov prospektinə, oradan isə Ayna Sultanovanın heykəlinin yanından Atatürk prospektinə dönmüşlər.Xəstəxana istiqamətində getmək üçün oradakı parkın yuxarı hissəsindən dönəndə hiss etmişdir ki, arxada uzanıqlı vəziyyətdə olan piyada əli ilə arxadan çiyninə vuraraq onu çağırır, arxaya çevrildikdə görmüşdür ki, əli ilə işarə edərək nəfəsinin çatmamasına, hava almaq istəməsinə işarə verir. O, dərhal Xəyaldan xahiş etmişdir ki, avtomobili saxlasın.Xəyal avtomobili yolun kənarına çəkərək saxlamış və onlar aşağı enərək arxa qapıları və pəncərələri açmışlar ki, piyadaya bol hava versinlər.O, piyadanın üzünə su çiləyərək və əli ilə havanı yelləyərək ona yardım göstərməyə çalışmışdır.Üzünə hava dəydikdən sonra piyadanın halı bir qədər özünə gəlmişdir.Bundan sonra piyadanın salamat olmasını, özünə gəlməsini görüb o da bir qədər rahatlaşaraq özünə gəlmişdir. Onun artıq şokdan çıxdığını görən Xəyal soruşmuşdur ki, artıq köməyinə ehtiyacı yoxdursa getsin, o da Xəyala minnətdarlığını bildirərək artıq yaxşı olduğunu özünün avtomobili sürə biləcəyini deyib yola salmışdır.Xəyal getdikdən sonra hələ bir müddət də avtomobilin salonunda olan piyadanın yanında dayanıb ona su verməklə və hava yelləməklə yardım göstərməyə çalışmış, sonra isə piyadanın özünün xahişi ilə daha çox hava alması üçün onu avtomobilin salonundan aşağı endirmiş və parkın kənarında yerə əyləşdirmişdir.Bir müddət də yanıda durub köməklik və həkimə aparmağı təklif etmiş, lakin piyada artıq yaxşı olduğunu, köməkliyinə və həkimə ehtiyacı olmadığını bildirərək onu rahat buraxmağını, çıxıb getməyini tapşırmışdır.O da artıq piyadanın vəziyyətinin düzəldiyini zənn edərək piyadanı orada sərbəst buraxıb avtomobilinə əyləşərək sürüb getmişdir, yolda olarkən avtomobilin sahibi Şahid2 zəng vuraraq bildirmişdir ki, avtomobili polislər axtarır.O da Yeganəyə baş vermiş hadisə barədə danışmış, avtomobili aparıb onun özünə təhvil verərək onunla birlikdə Yeganənin digər Fərid adlı tanışının avtomobili ilə şəhərə qayıtmışdır, evin yanında düşərək oradan onu axtaran Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə könüllü gedərək təslim olmuşdur, orada məlum olmuşdur ki, vurduğu piyada artıq keçinib. Vurduğu piyadanı əvvəllər heç vaxt tanımayıb, onunla aralarında heç bir düşmənçilikləri və ədavətləri olmayıb, hadisə sırf bədbəxt hadisə və ehtiyatsızlıq nəticəsində baş vermişdir.Hadisə yol kəsişməsində, nəqliyyat vasitəsini elə hərəkətə gətirən kimi baş verdiyindən, həmin vaxt elə də bir yüksək sürəti olmamışdır, təxminən 20 km/saat olarmış, sadəcə olaraq sol tərəfdən gələn nəqliyyat axınına yol verməyə çalışdığı üçün diqqətini sol tərəfinə yönəltmişdir, ehtiyatsızlıq edərək piyadanın yolu keçdiyi sağ tərəfinə baxmadan hərəkət etməyə başladığından piyadanı görməmişdir.Hadisə vaxt idarə etdiyi avtomobildə tək olmuşdur.Hadisə yerində şok vəziyyətində olduğundan təcili yardımın gec gələ biləcəyini etimal edərək vaxt itirməmək üçün vurduğu piyadanı dərhal idarə etdiyi avtomobilə qoyaraq xəstəxanaya aparmaq niyyəti ilə hadisə yerindən uzaqlaşmışdır.Hadisə barədə polisə, şahidlərə və zərərçəkmiş şəxsə məlumat verməməsinə gəldikdə orada olan şəhidlərdən biri Xəyal adlı şəxs onu tanıyırmış, piyadanı aparanda da yanında olmuşdur, ona özü barədə əlavə məlumat verməyə zərurət yox idi.Zərərçəkmiş şəxsə də ondan ayrılarkən adını, telefonunu və ünvanını şifahi şəkildə bildirərək xahiş etmişdir ki, birdən müalicəsi ilə bağlı nəyə ehtiyacı olarsa ona xəbər etsin, nə köməklik lazım olsa göstərəcək.Polisə isə məlumat verməməyinə səbəb həm avtomobilin özgəyə məxsus olduğu üçün artıq problemlərlə üzləşmək istəməməsi,həm də ki, piyadanın vəziyyətinin yaxşılaşdığını zənn edərək buna ehtiyac olmadığını düşünməyi olmuşdur.Bundan başqa, təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə yerindən qaçması ağılsızlıq və məntiqsiz olardı, ona görə ki, o, çox yaşı bilirdi ki, hadisə yerində və ətrafda çox sayda müşahidə kameraları var, həm də ki, hadisə yerinə onun kifayət qədər tanındığı Dərnəgül qəsəbəsinn çox sayda sakinləri toplaşmışdır.Bu qədər şahid və sübutun olduğu, gündüz vaxtı baş vermiş hadisədən qaçmağa nail ola biləcəyini düşünməyi onun tərəfindən məntiqsizlik olardı, ona görə də belə bir fikri həmin vaxt heç nəzərindən də keçirməmişdir.Hadisə yerindən getməyinə səbəb sırf qəzanın ağır fəsadlarının sovuşmasını zənn etməyi olmuşdur.Baş vermiş hadisə nəticəsində idarə etdiyi avtomobil də zədələnməmişdir, avtomobildə nə batıq, nə cızıq izləri belə yaranmamışdır, həm də buna arxayın olmuşdur ki, avtomobil piyadaya zərbə ilə çırpılmayıb, piyada sadəcə olaraq avtomobilinin ona toxunması nəticəsində yerə yıxılaraq avtomobilin altına düşmüşdür.Ona görə də xəstəxanaya apararkən yolda piyadanın özünə gəlməsi onda əminlik yaratmışdır ki, piyada elə də bir həyatı üçün təhlükəli xəsarət almayıb.Mərhum piyadanın özü ona heç nəyə, nə həkimə, nə də ki, qohumlarına məlumat verilməsinə ehtiyac olmadığını, yaxınlıqda yaşadığını, özü bir qədər özünə gəldikdən sonra evə çıxıb gedəcəyini bildirmişdir, o da piyadanın sözlərinə və vəziyyətinin düzəlməsinə aldanaraq heç kimə məlumat vermədən oradan çıxıb getmişdir.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11 bildirmişdir ki, 1959-cu il təvəllüdlü mərhum X8 onun doğma atasıdır.17.04.2021-ci il tarixdə axşam saatlarında Binəqədi rayon Polis İdarəsinin əməkdaşları zəng vuraraq bildirmişlər ki, Bakı şəhəri Binəqədi rayonu Atatürk prospektindəki “Ayna Sultanova” parkının ortasından atasının meyiti tapılmışdır.Dərhal həmin ünvana getmiş və görmüşdür ki, həqiqətən də atasının meyiti orada səkinin üzərində yerə uzadılmış vəziyyətdədir, sifəti və paltarı üzərində zədə izləri var, ətrafa xeyli sayda vətəndaşlar toplaşıb. Əvvəl atasının ölümünün səbəbi məlum olmasa da sonradan polis əməkdaşlarının araşdırması nəticəsində ona məlum olmuşdur ki, atasını, meyitinin tapıldığı ərazidən xeyli aralı məsafədə, Binəqədi rayonu S.Bəhlulzadə küçəsi ilə A.Gəraybəyli küçəsinin kəsişməsində nizamlanmayan piyada keçidinin üzərində yolu keçərkən “Mercedes Benz ML 350” markalı qara rəngli ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil vurub, sonra isə atası hələ sağ olarkən hadisəni törətmiş sürücü onu avtomobilinə mindirərək orada toplaşan şahidlərdə yaralını xəstəxanaya aparmaq görüntüsü yaratmaqla hadisə yerindən uzaqlaşıb və məsuliyyətdən yayınmaq üçün yaralı vəziyyətdə olan atasını xəstəxanaya aparmaq əvəzinə gətirib meyiti tapıldığı yerdə yolun kənarına ataraq qaçıb gedib.Sonradan hadisə törətmiş sürücünün şəxsiyyəti də müəyyən olunmuşdur ki, həmin şəxs əvvəllər də məhkum olunmuş Təqsirləndirilən şəxsdur, özgə bir qadının avtomobili ilə hadisəni törədərək qəsdən hadisə yerindən qaçıb.Bəlkə də həmin sürücü məsuliyyətli olub yaralı vəziyyətdə olan atasını yolun kənarına atıb qaçmasaydı, vaxtında onu tibb müəssisəsinə çatdırsaydı atası sağ qalardı, amma o, bunu etməmişdir, ona görə də məhkəmədən xahiş edir ki, həmin şəxs qanunla nəzərdə tutulmuş layiqli cinayət məsuliyyətinə cəlb olunsun.Bundan başqa, hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs nə özü, nə də ki, mərhum atası əvvəllər tanımayıblar, aralarında hər hansı bir düşmənçilik və ədavət olmayıb.Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11 02.07.2021-ci il tarixdə mülki qaydada ərizə ilə istintaq orqanına müraciət edərək hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs 398 000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən yataqxanada yaşayır, özümə məxsus “Mercedes Benz” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur.17 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində A.Gəraybəyli küçəsində yerləşən “X15” dükanın qarşısında dəyanıb müştəri gözləyərkən yolun əks tərəfindəki ət dükanının qarşısında səs-küy eşidib baxdıqda görmüşdür ki, camaat oradakı “Mercedes Benz ML” markalı avtomobilə tərəf qaçır.Həmin yerə yaxınlaşdıqda görmüş ki, həmin avtomobilin sürücüsü yolu keçən piyadanı vurub, piyada avtomobilin altına düşüb qalmışdır. Ətrafdakıların köməyi ilə avtomobili qaldırdıraraq piyadanı altından çıxara bilmişlər.Hadisəni törətmiş avtomobilin sürücüsü Ayxanı tanımışdır, onu bir neçə dəfə “Dərnəgül”-dəki çayxanalarda görmüşdür, lakin avtomobili olmasını bilmirmiş.Ayxanın əlləri əsirmiş, köməkləşib piyadanı hadisəni törətmiş avtomobilin arxa oturacağına uzatmışlar.Dükandan bir şüşə içməli su alaraq vurulmuş piyadanın üzünə tökmüşdür.Ayxan avtomobili sürə bilməyəcəyini dedikdə o, Ayxanın avtomobilinin sükanı arxasına əyləşmiş və Ayxan xahiş etmişdir ki, xəsarət almış piyadanı təcili xəstəxanaya çatdırsın.O, Ayxanın avtomobilini yerindən tərpədərək “Semaşko” xəstəxanası istiqamətində hərəkət etdirməyə başlamışdır.“Ayna Sultanova” parkının arxasından dönəndə Ayxan avtomobili saxlatmışdır ki, piyadanın üzünə su çiləsin, sonra özü onu xəstəxanaya aparacaq.O da avtomobili orada saxlayaraq “Dərnəgül” yaşayış massivinə qayıtmış, oradakı sahə məntəqəsində olan polis sahə inspektoru Ramil müəllimə hadisə barədə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, Ayxan vurduğu həmin piyadanı xəstəxanaya aparmaq əvəzinə parkın içərsində düşürərək avtomobilini sürüb gedib. Ayxanın həmin piydanı orada düşürməsini görməyib. Ayxanla əvvəllər münasibəti olmayıb, onu həmin ətrafda yaşayan şəxs kimi tanıyırmış, əvvəllər bir neçə dəfə oradakı çayxanalarda görübmüş, hadisə vaxtı Ayxan avtomobildə tək olmuşdur.Avtomobildə gedərkən piyada xırıldayaraq nə isə danışmaq istəyirmiş, lakin avtomobili durdurmaq barədə heç nə deməyibmiş, ağrımasını bildirirmiş, həmin vaxt o, avtomobili Ayxanın sözü ilə durdurmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, ** GU *** qeydiyyat nişanlı “Mercedes Benz ML 350” markalı minik avtomobili ona məxsusdur. Həmin avtomobilə dair yalnız bacısı Rəfiqəyə 2016-cı il tarixdə etibarnamə vermişdir, başqa heç kimə, o cümlədən Təqsirləndirilən şəxs etibarnamə verməyib. 15 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla idarə etdiyi həmin avtomobillə Pirşağı qəsəbəsindəki bağ evinə getmiş və orada qalmışlar. 17 aprel 2021-ci il tarixdə günorta saatlarında evdə ərzaq tədarükləri bitdiyindən Ayxan avtomobili ondan götürüb dükana ərzaq arxasınca getmişdir. Bir saat ərzində geri qayıtmadığından Ayxana zəng vurmuş, Ayxan bildirmişdir ki, şəhərə gedib, təcili işi çıxıb, axşam üstü qayıdacaq. 17 aprel 2021-ci il tarixdə bacısı Rəfiqə zəng vuraraq bildirmişdir ki, onun avtomobili ilə piyadanı vurublar, polislər avtomobili axtarır. O, şoka düşərək Ayxana zəng vurmuş, Ayxandan nə baş verməsini soruşmuş, Ayxan bağa gəldiyini deyərək hər şeyi danışacağını bildirmişdir. Saat 19 radələrində Ayxan bağa gələrək onun avtomobili ilə piyadanı vurduğunu, sonradan onu avtomobilə qoyaraq xəstəxanaya aparmaq istədiyini, lakin piyadanın imtina etdiyini, ona görə də onu yolda düşürüb çıxıb getdiyni danışdı. Avtomobilini həyətə salıb bağa gəlmiş özünün digər Fərid adlı tanışının avtomobili ilə birlikdə bağdan şəhərə gəlmişlər, Ayxan Binəqədi rayonu Naxçıvani küçəsində düşmüş, o isə şəhərdəki evinə getmişdir. Həmin gün saat 23 radələrində Ayxan polislərlə birlikdə onun yaşadığı evə gələrək bağın və bağda qalmış avtomobilinin açarlarını götürərək avtomobilin arxasınca getmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmə-trassoloji, fiziki kimyəvi, lak boya və lifli materialların tədqiqi ekspertizasının 30.06.2021-ci il tarixli 6/2226-3/954-8/1174 saylı saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş «Mercedes Benz ML350 minik» markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin ön və alt hissələrindən silinərək lif nümunələri götürülmüş süngələrin (02 ədəd) səthindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X5 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqdim edilmiş geyim əşyalarından (gödəkçənin, köynəyin, şalvarın, maykanın) üzərində olan zədələr, izlər hər hansı bərk (küt) predmetlə kontakda olması, ilişməsi, sürtünməsi, o cümlədən nəqliyyat vasitəsinin vurması nəticəsində yaranması mümkündür; təqdim edilmiş digər geyim əşyaları üzərində hər hansı bir zədə aşkar edilmədi. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, «Mercedes Benz ML350 minik» markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərkətlərində “X14” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısın almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsartə alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “X14” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan «Təhlükəsiz şəhər» sisteminin hadisə baş vermiş ərazidə quraşdırılmış “TŞ 8-055” və “TŞ 8-023” saylı müşahidə kameraları vasitəsi ilə çəkilmiş videogürüntülərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, CD-də ümumilikdə 05 ədəd videofayıl var. Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində «Öz Kardeşler» restoranı istiqamətində quraşdırılmış kamera vasitəsi ilə 17.04.2021-ci il tarixdə saat 17:50-dən 18:00-dək olan müddət ərzində qeydə alınmış “TŞ 8-023.1” adlı 187 MB həcmli 10 dəqiqəlik videogörüntüdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı bir halın baş verməsi əks olunmur.Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində «Kontakt Home» dükanı istiqamətində quraşdırılmış kamera vasitəsi ilə 17.04.2021-ci il tarixdə saat 17:50-dən 18:00-dək olan müddət ərzində qeydə alınmış “TŞ 8-023.2” adlı 303 MB həcmli 10 dəqiqəlik videogörüntünün 06-cı dəqiqəsində «Mercedes Benz ML350 minik» markalı ** GU *** dövlət qeydiyyat nişanlı qara rəngli “universal” tipli minik avtomobilin Atatürk prospektindən hadisə yeri istiqamətində S.Bəhlulzadə küçəsinə dönərək «Kontakt Home» dükanının qarşısında işıqforun qırmızı işığında digər nəqliyyat vasitələri ilə bir cərgədə orta sırada dayanması, görüntünün 06 dəqiqə 30-cu saniyyəsində hərəkətə başlayaraq S.Bəhlulzadə küçəsi ilə hadisə yeri istiqamətində düzünə hərəkət etməsi, 07-ci dəqiqə 10-cu saniyyədə görüntüdən itməsi əks olunur. Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində «Öz Kardeşler» restoranı istiqamətində quraşdırılmış kamera vasitəsi ilə 17.04.2021-ci il tarixdə saat 17:50-dən 18:00-dək olan müddət ərzində qeydə alınmış “TŞ 8-023.3” adlı 604 MB həcmli 10 dəqiqəlik videogörüntüdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı bir halın baş verməsi əks olunmur. Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi ilə A.Gəraybəyli küçəsinin kəsişməsində quraşdırılmış kamera vasitəsi ilə 17.04.2021-ci il tarixdə saat 17:50-dən 18:00-dək olan müddət ərzində qeydə alınmış “TŞ 8-055.2” adlı 148 MB həcmli 10 dəqiqəlik videogörüntünün 07-ci dəqiqə 25-ci saniyyəsində mərhum piyada X3 nizamlanmayan piyada keçidi ilə yolu soldan sağa keçməyə başlaması, 07-ci dəqiqə 29-cu saniyyəsində «Mercedes Benz ML350 minik» markalı ** GU *** dövlət qeydiyyat nişanlı qara rəngli “universal” tipli minik avtomobilin yol kəsişməsində sürətini azaldıb sol tərəfindən gələn ağ rəngli avtomobilə yol verərək sağ istiqamətində dönmə manevri edib hərəkətini davam etdirməsi, 07-ci dəqiqə 34-cü saniyyəsində «Mercedes Benz ML350 minik» markalı ** GU *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin qabaq orta hissəsi ilə nizamlanmayan piyada keçidi üzərində artıq hərəkətini başa vurmaq üzrə olan mərhum piyada X4 vurması və sürüyərək irəliyə doğru aparması, 07-ci dəqiqə 35-ci saniyyəsində görüntüdən itməsi, görüntünün qalan hissəsində isə digər nəqliyyat vasitələrindən düşən sərnişinlərin və ətrafda olan piyadaların hadisə baş verliy istiqamətdə qaçmaları əks olunur. Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi ilə A.Gəraybəyli küçəsinin kəsişməsində «Ramin» şadlıq evi istiqamətində quraşdırılmış kamera vasitəsi ilə 17.04.2021-ci il tarixdə saat 17:50-dən 18:00-dək olan müddət ərzində qeydə alınmış “TŞ 8-055.3” adlı 742 MB həcmli 10 dəqiqəlik videogörüntünün 07-ci dəqiqə 20-ci saniyyəsində «Mercedes Benz ML350 minik» markalı ** GU *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin S.Bəhlulzadə küçəsi ilə hadisə baş verən A.Gəraybəyli küçəsi istiqamətində hərəkət etməsi əks olunur. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi-bioloji ekspertizasının 21.06.2021-ci il tarixli 412/2021-MTBŞ saylı rəyinə əsasən məlum olur ki, X3 AB0 sistemi üzrə qrup göstəricisi: 0 alfa beta(İ)-dir, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd tibbi maskanın üzərində insan qanı ləkələri aşkar olunmuşdur, həmin ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız “H” antiqeni alınmışdır, belə olan halda bu qan ləkələri AB0 sistemi üzrə O(İ) qruplu şəxsə, o cümlədən X5 məxsus ola bilər. Ekspertizaya təqdim olunan çubuqlu pambıq üzərində qan aşkar edilməmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 17.04.2021-ci il tarixli 79 saylı rəyinə əsasən məlum olur ki, 1959-cu il təvəllüdlü X3 meyiti üzərində aşkar edilən xəsarətlər – başın ənsə nahiyəsinin sıyrığı, təpə-ənsə nahiyəsində başın yumşaq örtüyü altında qansızma, ənsə sümüyünün xətti sınıqları, baş beyinin qişaları altına və toxumasına qansızmalar, başın sağ qaşüstü nahiyəsinn, üzün sağ yanaq, gözaltı və almacıq nahiyələrinin sıyrıqları, sol İ-İV qabırğaların, sağ İ-V qabırğaların, hər iki körpücük sümüyünün sınıqları, hər iki ağciyərin cırılmış yaraları, sağ əlin üst səthinn və sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları, sağ bud sümüyünün boyunun qapalı yerdəyişmiş sınığı, sağ bud nahiyəsinin və hər iki diz oynaqlarının ön səthlərinin sıyrıqları – həyati olub onun ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər.İltifat Hüseynovun ölümünə səbəb ənsə sümüyünün xətti sınıqları nəticəsində yaranmış baş beyinin qişaları altına və toxumasına qansızma olmuşdur. Olümün baş vermə müddəti ilkin meyit əlamətlərinə görə mərhumun meyitinin meyitxanada müayinəsi başlandığı vaxtdan 2-4 saat əvvələ uyğun gəlir. Mərhumun bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı, yəni hərəkətdə olan minik avtomobilinin piyadanı vurması və sonra avtomobilin təkərinin bədən hissəsinin (döş qəfəsinin) üzərindən keçməsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə-kimya tədqiqatı nəticəsində X3 meyitindən götürülmüş qanda etil spirti aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.03.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.05.2018-ci il tarixli qərarına əsasən cəza endirilərək, 03 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, hazırda məhkumluğu ödənmişdir. İş materiallarında olan 18.04.2021-ci il tarixli, 2/4764 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan AC 140189 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «B» dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini dinləyib, ekspertiza rəylərini tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli olaraq avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması və hadisə yerindən qaçması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, maddi sübutlar, kompleks məhkəmətrassoloji, fiziki kimyəvi, lak boya və lifli materialların tədqiqi ekspertizasının, məhkəmə-tibbi ekspertizasının, məhkəmə-tibbi bioloji ekspertizasının, “lifli materialların tədqiqi” və “lak boya materiallarının tədqiqi” ekspertizasının rəyləri və digər məhkəmədə araşdırılmış sənədlərə əsasən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir.Buna görə də, təqsirləndirilən şəxs CM-nin 263.2-ci və 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsi 263.2-ci və 264-cü maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 263.2-ci və 264-cü maddəsinin sanksiyalarında nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə cəzaların təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X14» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol –nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.Baxılan iş üzrə alınmış rəylər isə göstərir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli ilə zərərçəkmiş şəxsin ölümü arasında birbaşa səbəbli əlaqə mövcuddur. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Buna görə də, təqsirləndirilən şəxsə əsas cəza olaraq CM-nin 263.2-ci və 264cü maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmalı, habelə əlavə cəza olaraq ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin edilməli, əlavə cəza olan nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 18 aprel 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Anar Ağayarov tərəfindən qəbul olunmuş 19 aprel 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə tutulmuşdur. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 200,16 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - hadisənin videogörüntüləri əks olunmuş 01 ədəd CD-i cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut – istintaq zamanı mərhum piyadanın əynindən götürülmüş, üzərində zədə izləri olan paltarları: bir ədəd göy rəngli cins şalvar, bir ədəd göy rəngli uzunqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd ağ rəngli alt tumanı, bir cüt corab, bir cüt ayaqqabı və bir ədəd qəhvəyi rəngli parça gödəkçə və «Mersedes Benz ML350 minik» markalı ** GU *** dövlət qeydiyyat nişanlı qara rəngli “universal” tipli minik avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin salonundakı arxa ayaqaltından götürülmüş bir ədəd qoruyucu tibbi maska tibbi maska - zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılmalıdır. İş üzrə maddi sübut olan «Mersedes Benz ML350 minik» markalı ** GU *** dövlət qeydiyyat nişanlı qara rəngli “universal” tipli minik avtomobil saxlanılması üçün sahibi Şahid2 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə mülki iddia ərizəsi forma və məzmununa dair tələblərə tam əməl edilmədiyindən və tələbni dəqiq göstərmədiyindən, habelə mülki iddiaya dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən CPM-nin 183.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxsin hüquqi varisinə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci madəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür.Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür.Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 18 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlansın. İş üzrə mülki iddia baxılmamış saxlanılsın və zərərçəkmiş şəxsin hüquqi varisinə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 200,16 (iki yüz manat on altı qəpik) manat təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X7 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut - hadisənin videogörüntüləri əks olunmuş 01 ədəd CD-i cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan, istintaq zamanı mərhum piyadanın əynindən götürülmüş, üzərində zədə izləri olan paltarları: bir ədəd göy rəngli cins şalvar, bir ədəd göy rəngli uzunqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd ağ rəngli alt tumanı, bir cüt corab, bir cüt ayaqqabı və bir ədəd qəhvəyi rəngli parça gödəkçə və «Mersedes Benz ML350 minik» markalı ** GU *** dövlət qeydiyyat nişanlı qara rəngli “universal” tipli minik avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin salonundakı arxa ayaqaltından götürülmüş bir ədəd qoruyucu tibbi maska - zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılsın. İş üzrə maddi sübut olan «Mersedes Benz ML350 minik» markalı ** GU *** dövlət qeydiyyat nişanlı qara rəngli “universal” tipli minik avtomobil saxlanılması üçün sahibi Şahid2 təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X6 Təqsirləndirilən şəxs qarşı 398 000 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar