Məhkəmə qərarları › İş №1(001)-373/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-373/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-373/2023 01.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Bakı şəhər X2 Müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1, tərcüməçi X6, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilliləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, saxlanc yerinə qanunsuz daxil olaraq, özgənin əmlakım gizli olaraq talamaqla, oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 21 iyun 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi FHN-nin yanında yerləşən X9 və X12 və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının əlvan metal anbarımn divarından bir neçə mişar daşlarını çıxarma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq içəridən Yetimova Bilala məxsus 01 kq., qiyməti 14 manat, ümumilikdə 2240 manat dəyərində 160 kq. olan mis şinka metalım gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs X9 və X12 və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına 2240 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 24 iyun 2022-ci il tarixdə saat 23:00 radələrində Bala şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi FHN-nin yanında yerləşən X9 və X12 və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının əlvan metal anbarının divarından bir neçə mişar daşlarını çıxarma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq içəridən Yetimova Bilala məxsus 01 kq., qiyməti 14 manat, ümumilikdə 1680 manat dəyərində 120 kq. olan mis şinka metalım gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs X9 və Gida İnşaat tç və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına 1680 manat maddi ziyan vuraraq oğurluq etmişdir İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, saxlanc yerinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 21 iyun 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi FHN-nin yanında yerləşən X9 və X12 və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının əlvan metal anbarının divarından bir neçə mişar daşlarını çıxarma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq içəridən Yetimova Bilala məxsus 01 kq., qiyməti 14 manat, ümumilikdə 2240 manat dəyərində 160 kq. olan mis şinka metalını gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs X9 və X12 və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına 2240 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 24 iyun 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi FHN-nin yanında yerləşən X9 və X12 və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının əlvan metal anbarının divarından bir neçə mişar daşlarım çıxarma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq içəridən Yetimova Bilala məxsus 01 kq., qiyməti 14 manat, ümumilikdə 1680 manat dəyərində 120 kq. olan mis şinka metalını gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs X9 və Gida İnşaat tç və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına 1680 manat maddi ziyan vuraraq oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs3 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, saxlanc yerinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talama məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 21 iyun 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi FHN-nin yanında yerləşən X9 və X12 və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının əlvan metal anbarımn divarından bir neçə mişar daşlarım çıxarma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq içəridən Yetimova Bilala məxsus 01 kq., qiyməti 14 manat, ümumilikdə 2240 manat dəyərində 160 kq. olan mis şinka metalını gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs X9 və X12 və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına 2240 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 24 iyun 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi FHN-nin yanında yerləşən X9 və X12 və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının əlvan metal anbarının divarından bir neçə mişar daşlarım çıxarma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq içəridən Yetimova Bilala məxsus 01 kq., qiyməti 14 manat, ümumilikdə 1680 manat dəyərində 120 kq. olan mis şinka metalım gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs X9 və X12 və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına 1680 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Sadiq, Xəyal və Muxtar adlı şəxslərlə qabaqcadan əlbir olub talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən, 15 sentyabr 2022-cı il tarixdə saat 23:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi FHN- nin yanında yerləşən X9 və X12 və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının hasarından qanunsuz həyətə daxil olaraq, həmin həyətdə yerləşən bir otaqlı vaqon tipli tikilinin giriş qapısının üzərində olan qıfılını yerdən tapdığı dəmir parçası ilə qıraraq saxlanc yerinə qanunsuz daxil olmaqla, oradan Türkiyə Respublikasının vətəndaşı Yetimova Bilala məxsus 01 kq., qiyməti 14 manat, ümumilikdə 700 manat dəyərində 50 kq. olan mis şinka metalını və istifadədə olmuş 1 ədədin qiyməti 30 manat, 5 ədədinin qiyməti ümumilikdə 150 manat dəyərində 75 kq çəkidə “SARMA 500 EN 60 Ah” markalı avtomobil akkumlyatorlarını gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs X9 və X12 və Dış Ticarət Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına ümumilikdə 850 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət əməllərinin törədildiyi yerin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid olduğunun, iş üzrə aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən pozuntulara, o cümlədən həmin Məcəllənin 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verilmədiyini, iş üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsinə və ya ləğv edilməsinə məhkəmənin hazırlıq iclasında əsasların olmadığını qeyd edərək, məhkəmədən həmin qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını, eləcə də təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, ona məxsus 67500 (altımmış yeddi min beş yüz) manat dəyərində əmlakının oğurlanmasına baxmayaraq istintaq tərəfindən ona cəmi 3920 (üç min doqquz yüz iyirmi) manat maddi ziyanın vurulması qənaətinə gəlinərək faktiki dəymiş ziyanın müəyyən edilməsi və əmlakının geri qaytarılması ilə bağlı tədbirlərin görülməməsi nəticəsində şirkətə küllü miqdarda ziyan dəymişdir. Bundan başqa istintaq orqanı tərəfindən istintaqın yekunu ilə bağlı ona tərcüməçinin iştirakı olmadan bir neçə sənədə imza etdirmiş və cinayət işinin materialları ilə tanış etmədən cinayət işini məhkəməyə göndərmişdir. Ona görə də, cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilliləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət işinin məhkəmə baxışına təyin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, türk dilinda yazıb oxumaqda, həmçinin anlamaqda çətinlik çəkir, cinayət işinin materialları ilə tanış olarkən cinayət işinin materiallarına əlavə edilmiş türk dilində olan sənədlərdə nə yazıldığını başa düşməmiş, həmin vaxt onun üçün tərcüməçi dəvət edilməmişdir. Məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, türk dilinda yazıb oxumaqda, həmçinin anlamaqda çətinlik çəkir, cinayət işinin materialları ilə tanış olarkən cinayət işinin materiallarına əlavə edilmiş türk dilində olan sənədlərdə nə yazıldığını başa düşməmiş, həmin vaxt onun üçün tərcüməçi dəvət edilməmişdir. Məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, türk dilinda yazıb oxumaqda, həmçinin anlamaqda çətinlik çəkir, cinayət işinin materialları ilə tanış olarkən cinayət işinin materiallarına əlavə edilmiş türk dilində olan sənədlərdə nə yazıldığını başa düşməmiş, həmin vaxt onun üçün tərcüməçi dəvət edilməmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək, cinayət işinin materiallarını öyrənib, belə qənaətə gəlir ki, cinayət işi üzrə ibtidai araşdırma aparılarkən istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 10, 91-ci maddələrinin tələbləri pozulmuş, bundan başqa CPM-in 303.3.2-ci maddəsində göstərilən kobud qanun pozuntusuna yol verilmişdir. Odur ki, bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtlərindən bəhs edən CPM-in İİ fəslinin 9-cu maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləridir, bu prinsiplərin və şərtlərin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-in 26-cı maddəsində qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının öz ana dilindən istifadə etmək, ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək hüquqlarını təmin etməlidir. Cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. CPM-in 85.4.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müstəntiq dövlət orqanlarından tərcüməçinin, mütəxəssisin, ekspertin ayrılmasını tələb etmək, şəxslərin razılığı ilə onları müvafiq istintaq hərəkətlərinə hal şahidi, tərcüməçi, mütəxəssis və ekspert qismində cəlb etmək hüquqları həyata keçirir. CPM-in 91.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:... 91.5.12. tərcüməçinin köməyindən pulsuz istifadə etmək; CPM-in 153.2.9-cu maddəsinə əsasən tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququnu təmin etməlidir. CPM-in 292.4-cü maddəsinə əsasən cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. Məhkəmə qeyd edir ki, tərcüməçinin köməyindən pulsuz istifadə etmək təqsirləndirilən şəxsin ən mühüm hüquqlarındandır. Bu hüququn pozulması yolverilməzdir və bu kimi halları istər Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyi, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları birmənalı qadağan edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə iş materiallarını araşdırarkən məlum olmuşdur ki, cinayət işinin materiallarında 1-ci cild 5-ci səhifə, 11-ci səhifə, 29-31-ci səhifələr, 36-cı səhifə, 159-cu səhifə, 160-cı səhifə, 2-ci cild 44-cü səhifə, 45-ci səhifədə türk dilində olan sənədlər əlavə olunmuş, həmin sənədlərin müvafiq qaydada təsdiq edilmiş azərbaycan dilində olan tərcümələri cinayət işinin materiallarına əlavə edilməmiş, təqdsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış olarkən tərcüməçinin iştirakı təmin edilməmişdir. Beləliklə iş materiallarından və məhkəmədə alınmış proses iştirakçılarının ifadələrindən də müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərcüməçi hüquqları pozulmuşdur. Belə ki, cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən xx.xx.2022-ci il tarixli qərarla türk və azərbaycan dillərini bilən X4 tərcüməçi qismində dəvət edilsə də cinayət işinin materiallarında türk dilində sənədlərin olmasına baxmayaraq tərcüməçi ancaq zərərçəkmiş şəxsin nümayəndəsi X3 ilə aparılan istintaq hərəkətlərində iştirak etmişdir. Təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət işinin materialları ilə tanış edilərkən tərcüməçinin iştirakı təmin edilməmiş, bu da öz növbəsində onların tərcüməçidən istifadə hüquqlarının pozulmasına dəlalət edir. Azərbaycan Respublikasında da ədalət mühakiməsinin maraqlarının təmin edilməsi məqsədilə tərcüməçinin cinayət prosesində məcburi iştirakı halları nəzərdə tutulub. Belə ki, CPM-in 99-cu maddəsində cinayət prosesində tərcüməçinin iştirakının təmin olunduğu hallar göstərilmişdir. Bu halların hər hansı biri mövcud olduqda cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsi tərcüməçi ilə təmin etməlidir. Göründüyü kimi, qanunverici CPM-in 99-cu maddəsi ilə bu hüququn reallaşdırılmasını şübhəli (təqsirləndirilən) şəxsin iradəsi və ya ədalət mühakiməsinin maraqlarının tələb etdiyi konkret halların mövcudluğu ilə əlaqələndirərək onun realizə edilməsinin cinayət prosesini həyata keçirən orqanın mülahizəsindən asılı olmadığını müəyyən etmişdir. CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır:... 303.3.2. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması; Göstərilənlərdən və iş materiallarından müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən təqsirləndirilən şəxslərin tərcüməçinin köməyindən istifadə etmək hüquqlarını təmin etməməsi ilə CPM-in sadalanan tələblərinə riayət olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, CPM-in 303.3.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslərin tərcüməçidən istifadə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən CPM-in 10 və 91-ci maddələrinin tələbləri pozulmuş, CPM-in 303.3.2-ci maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, CPM-in 306.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmlıdır. Göstərilənlərə əsasən CPM-in 10, 91, 303.3.2 və 306-cı maddələrini rəhbər tutub, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Binəqədi rayon prokurorluğuna qaytarılsın.

2. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın.

3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X7 barəsində xüsusi qərar çıxarılsın.

4. Qərarın təsviri hissəsində qeyd olunan prosessual pozuntuların qısa müddətdə aradan qaldırılması və gələcəkdə bu kimi halların təkrarlanmasının qarşısının alınması məqsədilə qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin.

5. Qərarın surəti 3 (üç) gün müddətində təqsirləndirilən şəxslərə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar