Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-375/2023 08.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə,
1. xx.xx.2002-ci il tarixdə Xaçmaz rayonu, Mürsali- Qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Mürsali-Qışlaq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhər Binəqədi rayon prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-477/2023 nömrəli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və həmin iş üzrə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,
2. xx.xx.1992-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair
3. xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, yetkinlik yaşına çatmayan, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə Bakı Ağıır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-522/2023 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin iş üzrə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan
Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 01 fevral 2023-cü il tarixdə saat 01:00-da ünvan 6 binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus 850 manat dəyərində 01 ədəd «Moon ZX 50 QD-30” markalı mopedə yaxınlaşıb cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs3 həmin mopedi götürdükdən sonra birlikdə itələyərək kənara aparmış və orada Təqsirləndirilən şəxs3 mopedin ön hissəsini açaraq elektrik naqillərini bir-birinə sürtüb mühərriki hərəkətə gətirmiş və birlikdə hadisə yerindən uzaqlaşaraq mopedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 03 fevral 2023-cü il tarixdə saat 01:00-da ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus 750 manat dəyərində 01 ədəd 2021-ci il buraxılışlı «Moon 50» markalı mopedə yaxınlaşıb cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə birlikdə Zərərçəkmiş şəxs2 məxsus «Moon 50» markalı mopedi itələyərək kənara doğru gətirib birlikdə oradan uzaqlaşaraq mopedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 04 fevral 2023-cü il tarixdə saat 01:00-da ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus 1.800 manat dəyərində 01 ədəd 2022-ci il buraxılışlı «X3» markalı mopedə yaxınlaşıb cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə birlikdə Zərərçəkmiş şəxs3 məxsus «X3» markalı mopedi itələyərək kənara doğru gətirib birlikdə oradan uzaqlaşaraq mopedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 1.800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.
2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 01 fevral 2023-cü il tarixdə saat 01:00-da ünvan 6 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus 850 manat dəyərində 01 ədəd «Moon ZX 50 QD-30» markalı mopedə yaxınlaşıb cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə birlikdə Zərərçəkmiş şəxs1 məxsus «Moon ZX 50 QD-30» markalı mopedi itələyərək kənara aparmış, orada Təqsirləndirilən şəxs3 mopedin ön hissəsini açaraq elektrik naqillərini bir birinə sürtərək mühərrikini hərəkətə gətirərək birlikdə oradan uzaqlaşaraq mopedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 03 fevral 2023-cü il tarixdə saat 01:00-da ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus 750 manat dəyərində 01 ədəd 2021-ci il buraxılışlı «Moon 50» markalı mopedə yaxınlaşıb cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə birlikdə Zərərçəkmiş şəxs2 məxsus «Moon 50» markalı mopedi itələyərək kənara doğru gətirib birlikdə oradan uzaqlaşaraq mopedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 cəmi 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 04 fevral 2023-cü il tarixdə saat 01:00-da ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus 1.800 manat dəyərində 01 ədəd 2022-ci il buraxılışlı, «X3» markalı mopedə yaxınlaşıb cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə birlikdə Zərərçəkmiş şəxs3 məxsus «X3» markalı mopedi itələyərək kənara doğru gətirib birlikdə oradan uzaqlaşaraq mopedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 1.800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.
3. Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 01 fevral 2023-cü il tarixdə saat 01:00-da ünvan 6 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus 850 manat dəyərində 01 ədəd «Moon ZX 50 QD-30» markalı mopedə yaxınlaşıb cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə həmin mopedi götürdükdən sonra birlikdə itələyərək kənara aparmış və orada mopedin ön hissəsini açaraq elektrik naqillərini bir-birinə sürtərək mühərriki hərəkətə gətirməklə birlikdə hadisə yerindən uzaqlaşaraq mopedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 850 (əskkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə saat təxminən 23 radələrində metronun Azadlıq stansiyasının yaxınlığında yerləşən «Azadlıq parkı»nda olan zaman sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxslə təsadüfən tanışaraq onunla söhbətləşməyə başlamışdır. Vüsalla söhbət edən zaman dostu Təqsirləndirilən şəxs3 da onlara yaxınlaşmışdır. Tərlan yaxınlaşan zaman onu Vüsalla tanış edərək dostu olduğunu bildirmiş, sonra isə onlar üçlükdə gəzişib söhbət etmişlər. Söhbət əsnasında Vüsal onlara 20 Yanvar metrostansiyasına getməli olduğunu bildirdikdə, o, Vüsala qısa yolla onu məhəllələrin içərisi ilə 20 yanvar metrostansiyası istiqamətində apara biləcəklərini söyləmişdir. Vüsal da onların təklif ilə razılaşmış və onların bələdçiliyi ilə hərəkət etməyə başlamışdır. 01 fevral 2023-cü il tarixdə saat 01 radələrində məhəllələrin içərisi ilə hərəkətdə olarkən Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 19 saylı ünvanın qarşısından keçərkən Tərlan onlara yolun kənarında dayanmış «Moon ZX 50» markalı mopedin olduğunu demişdir. Həmin vaxt Tərlan moped idarə edə bildiyini və mopedin açarı olmadan hərəkətə gətirə bildiyini demiş və mopedi götürərək oradan uzaqlaşmağı təklif etmişdir. Sonra razılaşmalarına görə Tərlan mopedi dayandığı yerdən götürərək bir az irəliyə doğru gətirmiş və üçü birlikdə mopedi itələyərək daha təhlükəsiz yerə aparımışlar. Orada Tərlan mopedin ön hissəsini açaraq elektrik naqillərini bir-birinə sürtərək mühərriki işə salmış və aralarında olan razılaşmaya əsasən o, mopedi götürdükləri yerə yaxın qaldığı üçün piyada öz yaşadığı evə getmişdir. Vüsal və Tərlan isə mopedlə hərəkət etmək qərarına gəlmişlər. O, 02 fevral 2023-cü il tarixdə saat təxminən 23 radələrində metronun Azadlıq stansiyasının yaxınlığında yerləşən Azadlıq parkında olarkən Vüsalla rastlaşmış və onunla söhbətləşən zaman 01 fevral 2023-cü il tarixdə birlikdə götürdükləri mopedin harada olması ilə maraqlanmışdır. Bu zaman Vüsal ona moped xarab olduğu üçün tulladığını söyləmişdir. Söhbət zamanı saatın gec olduğu üçün Vüsal onu evə yola salmasını xahiş etmiş və o, Vüsala etiraz etməyərək onu yaşadığı mənzilə doğru yola salmışdır. Bundan sonra o, 03 fevral 2023-cü il tarixdə saat təxminən 23 radələrində metronun Azadlıq stansiyasının yaxınlığında yerləşən Azadlıq parkında olan zaman yenidən Vüsalla rastlaşmış, Vüsalla söhbətləşən zaman ona 02 fevral 2023cü il tarixdə birlikdə götürdükləri mopedin harada olması ilə bağlı sual verdikdə Vüsal ona mopedin xarab olduğu üçün Salyan rayonuna düzəltdirmək üçün göndərdiyini bildirmişdir. Bundan sonra o, Vüsalla birlikdə 03 fevral 2023-cü il tarixdə saat 01 radələrində Binəqədi rayonu, Azadlıq prospekti ev 196/32 saylı ünvanın qarşısında keçən zaman «MOON 50» markalı mopedin blokun girişində olduğunda görmüş və həmin vaxt Vüsalla aralarında olan razılaşmaya əsasən mopedi oğurlamaq qərarına gəlmişlər. O, Vüsalla birlikdə mopedi itəliyərək daha təhlükəsiz yerə aparmış və orada mopedin mühərrikini işə salmaq istəsələr də mühərrik işə düşməmişdir. Ona görə mopedi itələyib maşın yoluna doğru geib, orada «Renault Megane» markalı avtomobilin hərəkətsiz qaldığını görmüşlər. Həmin avtomobilin sürücüsü maşının xarab olmasını bildirib onlardan maşını itələyərək hərəkətə gətirmələrində kömək etmələrini xahiş etmişdir. Vüsalla birlikdə həmin şəxsin avtomobilinin hərəkətə gətirilməsinə nail olmuşlar və həmin vaxt Vüsal sürücüyə kuryer olduqlarını və mopedlərinin xarab olduğu üçün yolda qaldıqlarını bildirib onları da avtomobili ilə 20 yanvar metrostansiyası istiqamətində aparmasını xahiş etmişdir. Sürücü də etiraz etməyərək mopedi öz avtomobilinin yük hissəsinə qoymuş, o isə Vüsalla birlikdə avtomobilə əyləib 20 Yanvar metrostansiyasına getmişdir. Orada avtomobildən düşərək mopedi əlləri ilə itələyərək Vüsalın yaşadığı mənzilə gəlib mopedi həyətdə saxlamışlar. Daha sonra isə Vüsal onu yaşadığı evə doğru yola salmışdır. Bundan sonra 04 fevral 2023-cü il tarixdə saat 01 radələrində Vüsalla birlikdə Binəqədi rayonu, Heydər Hüseynov küçəsi ev 11 A-nın qarşısı ilə hərəkətdə olan zaman «X3» markalı mopedin yolun kənarında olduğunda görmüşlər. Həmin vaxt Vüsalla orada olan mopedi oğurlamaq qərarına gəlmişlər. Sonra Vüsalla birlikdə mopedi itəliyərək təhlükəsiz yerə gətirmişlər və orada mopedin mühərrikini işə salmaq istəsələr də mühərrik işə düşməmişdir. Ona görə mopedi itələyib Azalıq metrostansiyasının yaxınlığında yerləşən Azadlıq parkına gətirib ağacların altında saxlamışlar. Bundan sonra sağollaşaraq hərəsi öz yaşadığı mənzilə doğru getmişdir. Oğurladıqları mopedlər Vüsalda olmuş və Vüsal ona mopedlərdən birinin yararsız olduğu üçün tulladığını, digərinin isə təmirə ehtiyacı olduğu üçün ustaya verdiyini bildirmiş, üçüncü mopedi isə Vüsal yaxlandıqda könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Zərərçəkmiş şəxslərə mopedlərin qaytarıldığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmadığını, habelə törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib məhkəmdən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə saat təxminən 23 radələrində metronun Azadlıq stansiyasının yaxınlığında yerləşən Azadlıq parkında olan zaman sonradan adlarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olduğunu bildiyi şəxslər tanış olmuşdur. Onlar həmin gün söhbət edib bir qədər gəzmişlər. Söhbət əsnasında Elgün və Tərlana metronun 20 Yanvar stansiyasına tərəf getməli olduğunu bildirmiş, bu zaman onlar qısa yolla, yəni məhəllələrin içərisi ilə onu 20 yanvar metrostansiyası istiqamətinə apara biləcəklərini bildimrişlər. Onların bələdçiliyi ilə hərəkət etməyə başlamış və 01 fevral 2023-cü il tarixdə saat 01 radələrində məhəllələrin içərisi ilə hərəkətdə olarkən Binəqədi rayonu Nizami Nərimanov küçəsi 19 saylı ünvanın qarşısından keçərkən Tərlan yolun kənarında dayanmış «Moon ZX 50» markalı mopedin olduğunu görüb, moped idarə edə bildiyini və mopedi açarı olmadan da hərəkətə gətirə biləcəyini demişdir. Sonra Tərlan həmin mopedi götürüb oradan uzaqlaşmağı təklif etmişdir. Aralarında olan razılaşmaya əsasən Tərlan mopedi dayandığı yerdən götürərək bir az irəliyə doğru gətirmiş və üçü birlikdə mopedi itələyərək daha təhlükəsiz bir yerə aparmışlar. Orada Tərlan mopedin ön hissəsini açaraq elektrik naqillərini bir-birinə sürtərək mopedin mühərrikini işə salmış və aralarında olan razılaşmaya əsasən Elgün mopedi götürdükləri yerə yaxın qaldığı üçün piyada özü yaşadığı evə getmiş, özü isə Tərlanla birlikdə mopedlə hərəkət etmək qərarına gəlmişdir. Tərlan mopedin sükanı arxasında, özü isə Tərlanın arxasında əyləşmiş, sonra Tərlanı mopedi yaşadığı 2-ci Alatava qəsəbəsi istiqamətində hərəkət etdirmiş, yaşadığı ünvana çatdıqdan sonra Tərlanın yaşadığı ünvana getməsi üçün nəqliyyat vasitəsi olmadığından həmin mopedlə Tərlanın yaşadığı ünvana doğru getmək qərarına gəlmişdir. Bu dəfə də Tərlan mopedin sükanı arxasında əyləşmiş, onlar Tərlanın yaşadığı Binəqədi rayonu, İ.Hacıyev küçəsinə çatdıqda Tərlan mopeddən düşmüş və aralarında olan razılaşmaya əsasən mopedi ona verərək evinə getmişdir. Sonra özü mopedlə yaşadığı mənzilə tək getmişdir. Tezdən oyandıqda mopedi götürüb şəhərin müxtəlif ünvanlarında hərəkət etmiş, daha sonra isə pula ehtiyacı olduğu üçün həmin mopedi 01 fevral 2023-cü il tarixdə saat təxminən 19 radələrində Yasamal rayonunda yerləşən X2 yaxınlığında olan «Doneretto» restoranın qarşısında mopedi saxlayan zaman sonradan adının Şahid1 olduğunu bildiyi şəxs ona yaxınlaşmışdır. Həmin şəxs mopedin xarab olub-olmamasını soruşmuş, o da Rəşada mopedin xarab olmadığını, sadəcə onu satmaq istədiyini bildirmişdir. Rəşad da ondan mopedin sənədlərinin olub olmaması ilə bağlı soruşduqda yalandan mopedin sənədlərinin cırıldığını bildirmişdir. Ona mopedin sənədi olmasa da özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək sata biləcəyini demişdir. Sonra Rəşadla mopedi 140 manata satacağına dair razılaşmış və mopedi ona verdikdən sonra öz şəxsi işlərinin arxası ilə getmişdir. 02 fevral 2023-cü il tarixdə saat təxminən 23 radələrində metronun Azadlıq stansiyasının yaxınlığında yerləşən Azadlıq parkında olarkən Elgünlə rastlaşmış və onunla söhbətləşən zaman birlikdə götürdükləri mopedin harada olmasını soruşduqda Elgünə yalandan mopedi xarab olduğu üçün tulladığını demişdir. 03 fevral 2023-cü il tarixdə saat 01 radələrində Elgün onu evə yola salarkən Binəqədi rayonu, Azadlıq prospekti ev 196/32 saylı ünvanın qarşısında keçən zaman «MOON 50» markalı mopedin blokun girişində olduğunda görmüş və Elgünlə aralarında olan razılaşmaya əsasən mopedi oğurlamaq qərarına gəlmişlər. Elgünlə birlikdə mopedi itəliyərək təhlükəsiz yerə aparmış, orada mopedin mühərrikini işə salmaq istəsələr də mühərrik işə düşməmişdir. Ona görə də, mopedi itələyib maşın yoluna doğru aparmışlar. Orada «Renault Megane» markalı avtomobilin hərəkətsiz qaldığını gördükdə, həmin avtomobilin sürücüsü maşının xarab olmasını bildirib onlardan maşını itələyərək hərəkətə gətirmələrində kömək etmələrini xahiş etmişdir. O, Elgünlə birlikdə həmin şəxsin avtomobilinin hərəkətə gətirilməsinə nail olmuşlar. Həmin vaxt sürücüyə kuryer olduqlarını və mopedlərinin xarab olduğu üçün yolda qaldıqlarını bildirib onları da avtomobili ilə 20 Yanvar metrostansiyası istiqamətində aparmasını xahiş etmişdir. Sürücü də etiraz etməyərək mopedi öz avtomobilinin yük hissəsinə qoymuş və özü isə Elgünlə birlikdə avtomobilə əyləşmiş və 20 Yanvar metrostansiyasına getmişlər. Orada avtomobildən düşərək mopedi əlləri ilə itələyərək yaşadığı mənzilə gəlmiş və mopedi həyətdə saxlamışdır. Daha sonra Elgünü yaşadığı mənzilə doğru yola salıb, evə qayıtmışdır. Səhər oyandıqdan sonra yenidən mopedin mühərrikini işə salmaq istəsə də, moped işə düşməmişdir. Sonra mopedin şəklini çəkərək “Tezbazar.az” elan saytına qoyub, həmin elan saytında əlaqə telefonu olaraq öz telefonunu, yəni ***-***-**-** saylı nömrəsini yerləşdirmişdir. Elanla əlaqədar özünü Elman kimi təqdim edən bir nəfər tanımadığı şəxs ona zəng vurduqda, ona mopedin xarab olduğunu bildirmişdir. Sonra Elman ondan mopedin sənədini soruşduqda evdə uşaqlar tərəfindən cırıldığını demişdir. Bundan sonra Elman bir nəfər tanışının onunla əlaqə saxlayacağını və mopedlə maraqlanacağını bildirmişdir. Telefon danışığından təxminən 15 dəqiqə sonra adının Şahid2 olduğunu bildiyi şəxs onu yığaraq nömrəni ona Elmanın verdiyini, mopedlə maraqlandığını demişdir. Salmana da mopedin xarab olduğunu və sənədlərinin cırıldığını bildirdikdən sonra Salman ona moped ustası olduğunu, mopedi taksi vasitəsi ilə Salyan şəhərinə göndərməsini xahiş etmişdir. O, taksi vasitəsi ilə mopedi Lökbatan dairəsindən Salyan şəhərinə göndərmiş, Salman mopedin Salyan şəhərinə çatdığını bildirdikdən sonra mopedi 160 manata ala biləcəyini bildirmişdir. Salmanın təklif ilə razılaşmış və Salman 160 manat pulu onun 4098- 5844-6883-8774 nömrəli bank kartına göndərmişdir. 03 fevral 2023-cü il tarixdə saat təxminən 23 radələrində Azadlıq metrostansiyasının yaxınlığında yerləşən Azadlıq parkında olan zaman Elgünlə rastlaşmış, onunla söhbətləşən zaman 02 fevral 2023-cü il tarixdə birlikdə götürdükləri mopedin harada olması ilə bağlı soruşduqda Elgünə yalandan mopedi xarab olduğu üçün Salyan rayonuna düzəltdirmək üçün göndərdiyini bildirmişdir. Bundan sonra Elgünlə birlikdə 04 fevral 2023-cü il tarixdə saat 01 radələrində Binəqədi rayonu, Heydər Hüseynov küçəsi ev 11 A-nın qarşısı ilə piyada hərəkətdə olan zaman yolun kənarında «X3» markalı mopedin olduğunu görmüşlər. Həmin vaxt Elgünlə aralarında olan razılaşmaya əsasən mopedi oğurlamaq qərarına gəlmişlər. Elgünlə birlikdə mopedi itəliyərək təhlükəsiz yerə gətirmişlər və orada mopedin mühərrikini işə salmaq istəsələr də, mühərrik işə düşməmişdir. Ona görə də mopedi itələyib Azalıq metrostansiyasının yaxınlığında yerləşən Azadlıq parkına gətirmiş və orada ağaçların birinin altında saxlamışlar. Bundan sonra Elgünlə sağollaşaraq hərə öz yaşadığı mənzilə doğru getmişdir. 04 fevral 2023-cü il tarixdə saat 14 radələrində yenidən Azadlıq parkına gələrək mopedin yerində olub-olmamasını yoxlamış, həmin vaxt mopedin saxladığı yerdə olduğunu görmüşdür. Yenidən mopedin mühərrikini hərəkətə gətirmək istəmiş, bu zaman tanımadığı bir nəfər ona yaxınlşaraq kömək lazım olub-olmamasını soruşmuşdur. O, həmin şəxsə mopedin açarını evdə unutduğu üçün hərəkətə gətirə bilmədiyini demişdir. Sonra həmin şəxs mopedin mühərrikini açaraq orada olan elektrik naqillərini bir-birinə sürtərək mopedin mühərrikini hərəkətə gətirmişdir. O isə mopedi sürərək yaşadığı ünvana gətirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin mopedi könüllü olaraq onlara təqdim etmişdir. Oğurlanmış mopedlər zərərçəkmiş şəxslərə qaytarılmış və zərərçəkmiş şəxslərin onlardan şikayət və tələrbləri yoxdur. Törətdiyi əməldən peşman olduğunu qeyd edib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə saat təxminən 23 radələrində Azadlıq metrostansiyasının yaxınlığında yerləşən Azadlıq parkında olarkən dostu Təqsirləndirilən şəxs1la birlikdə sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxslə tanış olmuşdur. Söhbət əsnasında Vüsal onlara metronun 20 yanvar stansiyasına getməli olduğunu bildirdikdə, həmin vaxt Vüsala onu qısa yolla, yəni məhəllələrin içərisi ilə 20 Yanvar metrostansiyası istiqamətinə apara biləcəklərini demişlər. Vüsal da onların təklif ilə razılaşmış və onların bələdçiliyi ilə piyada üçlükdə hərəkət etməyə başlamışlar. 01 fevral 2023-cü il tarixdə saat 01 radələrində məhəllələrin içərisi ilə hərəkətdə olarkən Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 19 saylı ünvanın qarşısından keçərkən onlara yolun kənarında «Moon ZX 50» markalı mopedin dayandığını bildirmiş və onlara moped idarə edə bildiyini, mopedi açarı olmadan da hərəkətə gətirə bildiyini, hətta onlara həmin mopedi götürərək oradan uzaqlaşmağı təklif etmişdir. Razılaşmalarına əsasən mopedi dayandığı yerdən götürərək bir az irəliyə doğru gətirmişlər. Daha sonra üçü birlikdə mopedi itələyərək təhlükəsiz yerə aparmışlar. Orada mopedin ön hissəsini açaraq elektrik naqillərini bir-birinə sürtərək mopedin mühərrikini işə salmış, bundan sonra aralarında olan razılaşmaya əsasən Elgün mopedi götürdükləri yerə yaxın qaldığı üçün piyada öz yaşadığı evə getmişdir. O isə Vüsalla birlikdə mopedlə hərəkət etmək qərarına gəlmişdir. Özü mopedin sükanı arxasında, Vüsal isə onun arxasında əyləşmiş, sonra mopedi Vüsalın yaşadığı Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi istiqamətində hərəkət etdirmişdir. Vüsalın yaşadığı ünvana çatdıqdan sonra yaşadığı ünvana qayıtması üçün nəqliyyat vasitəsi olmadığından həmin mopedlə yaşadığı evə gəlmişdir. Bu dəfə də mopedin sükanı arxasında özü əyləşmiş, yaşadığı Binəqədi rayonu, İ.Hacıyev küçəsinə çatdıqda mopeddən düşmüş və əvvəlcədən aralarında olan razılaşmaya əsasən mopedi Vüsala təhvil verərək çıxıb evinə getmişdir. Bir neçə gün sonra polis əməkdaşları tərəfindən həmin oğurluqla bağlı tutulmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, mobedin zərərçəkmiş şəxsə qaytarıldığını və ona qarşı heç bir şikayət və tələbin olmadığını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, digər Təqsirləndirilən şəxs3 isə elan edilmiş CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməl törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Təxminən iki ildir işə gedib gəlmək üçün özünə «Moon ZX 50 QD-30» markalı moped almış, axşam evə gəldikdə isə həmişə mopedi yaşadığı ünvanın həyətində saxlamışdır. 31 yanvar 2023-cü il tarixdə saat 23:30-da həmişə olduğu kimi mopedini yaşadığı binanın qarşısında saxlayıb evə getmiş, 01 fevral 2023-cü il tarixdə saat 05:00-da işə getmək üçün yaşadığı binanın qarşısına çıxmış və mopedinin yerində olmadığını, yəni oğurlandığını aşkar etmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq, yaşadığı evin həyətində saxladığı özünə məxsus «Moon ZX 50 QD-30» markalı mopedin oğurlanması barədə məlumat vermişdir. Qısa müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirildikdən sonra Binəqədi RPİ-nin 5-ci PB-nə gedərək orada ərizə və izahat yazmışdır. «Moon ZX 50 QD-30» markalı mopedin oğurlanması nəticəsində ona 1.700 (bir min yeddi yüz) manat maddi ziyan dəymişdir. İstintaq zamanı ona məxsus «Moon ZX 50 QD-30» markalı moped saxlanması üçün ona geri qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış və onlara qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 196/32, mənzil 136-da yaşayır və «Wolt» şirkətində kuryer işləyir. Təxminən bir il olar ki, özünə 1.000 (bir min) manat nağd ödəniş etməklə, işlənmiş vəziyyətdə olan “Moon 50» markalı moped almış və həmin mopedlə «Wolt» şirkətində işə düzələrək kuryer fəaliyyəti ilə məşğul olmuşdur. Hər axşam işdən evə qayıtdıqda idarə etdiyi mopedi yaşadığı binanın həyətində saxlamış, 02 fevral 2023-cü il tarixdə də saat 23:00-da işdən qayıdaraq həmişə olduğu kimi idarə etdiyi mopedi yaşadığı binanın həyətində saxlayıb evə getmiş, səhəri günü, yəni 03 fevral 2023-cü il tarixdə təxminən saat 14:00-da binanın girişinə gəldikdə mopedinin yerində olmadığını görmüşdür. Bir qədər binanın ətrafını axtarmış, lakin mopedini tapmayaraq oğurlanmasını başa düşüb DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. “Moon 50» markalı mopedi oğurlanmaqla ona 1.000 (bir min) manat maddi ziyan dəymişdir. İstintaq zamanı ona məxsus «Moon 50» markalı moped saxlanması üçün ona geri qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, ev 11A-da yaşayır və 2002-ci ilin noyabr ayından «Wolt» şirkətində kuryer işləyir. İşi ilə əlaqədar "xxxx" ASC-dən 3.500 manat kredit götürmüş, həmin kreditin 3.000 manatına nağd ödəniş etməklə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən «Grand Moto» motosiklet satışı dükanından «X3» modelli moped almışdır. Həmin mopedlə kuryer işləmiş, axşam işdən evə qayıtdıqda isə mopedi yaşadığı binanın həyətində saxlamışdır. 03 fevral 2023-cü il tarixdə axşam saat 22:00-da həmişə olduğu kimi işdən qayıdaraq mopedi yaşadığı binanın həyətində saxlayaraq evə qalxmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində isə evdən çıxıb işə getmək istəyərkən mopedin yerində olmadığını görmüşdür. Əvvəlcə mopedin hansısa maşına maneçilik törətməsinə görə çəkib qırağa qoymalarını düşünmüş, bu məqsədlə məhəlləni və ətrafı axtarmış, lakin mopedi tapa bilmədiyi üçün oğurlandığını başa düşərək dərhal DİN-nin 102 xidmətinə zəng vurub yaşadığı evin həyətində saxladığı özünə məxsus «X3» markalı mopedin oğurlanması barədə məlumat vermişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirildikdən sonra Binəqədi RPİ-nin 5-ci PB-nə gedib, orada ərizə və izahat yazmışdır. «X3» markalı mopedi oğurlanmaqla ona 3.000 (üç min) manat maddi ziyan dəymişdir. İstintaq zamanı ona məxsus «X3» markalı moped saxlanması üçün ona geri qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 01 fevral 2023-cü il tarixdə «Moon ZX 50 QD-30» markalı mopedin oğurlanması hadisəsi ünvan 6 binanın qarşısında baş vermiş və hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyətli əşya, predmet aşkar edilməmişdir. Könüllü təqdim etmə və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi bir ədəd «Moon ZX 50 QD-30» markalı moped istintaq zamanı götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 03 fevral 2023-cü il tarixdə «Moon 50» markalı mopedin oğurlanması hadisəsi ünvan 4 ünvanın qarşısında baş vermiş və hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyətli əşya, predmet aşkar edilməmişdir. Könüllü təqdim etmə və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 könüllü olaraq təqdim etdiyi bir ədəd «Moon 50» markalı moped istintaq zamanı götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/892 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2021-ci il buraxılışlı «Moon 50» markalı mopedin istifadə olunması və xüsusatları nəzərə alınmaqla, orta bazar qiyməti təxminən 750,00 manat müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 04 fevral 2023-cü il tarixdə «X3» markalı mopedin oğurlanması hadisəsi ünvan 5 ünvanın qarşısında baş vermiş və hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyətli əşya, predmet aşkar edilməmişdir. Könüllü təqdim etmə və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi bir ədəd «X3» markalı moped istintaq zamanı götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/891 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2022-ci il buraxılışlı «X3» markalı mopedin istifadə olunması və xüsusatları nəzərə alınmaqla, orta bazar qiyməti təxminən 1800,00 manat müəyyən olunmuşdur. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 07 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, «X3» markalı moped Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş və sonuncu həmin mopedi görərək tanımış və özünə məxsus olmasını bildirmişdir. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, «Moon 50» markalı moped Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş və sonuncu həmin mopedi görərək tanımış və özünə məxsus olmasını bildirmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1 (bir) ədəd 2022-ci il buraxılışlı «X3» markalı moped Zərərçəkmiş şəxs3 tərəfindən təhvil alınmış, sonuncu heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1 (bir) ədəd 2021-ci il buraxılışlı «Moon 50» markalı moped Zərərçəkmiş şəxs2 tərəfindən təhvil alınmış, sonuncu heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-111/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddəti 07 fevral 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-112/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş təqdimat təmin edilməyərək o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-113/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş təqdimat təmin edilməyərək o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Şəxsi məlumatlara dai portal çıxarışından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayan şəxsdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamış, lakin Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-də CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmiş və iş hazırda məhkəmənin icraatındadır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-522/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək, həmin cinayət işi üzrə sonuncu dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də müvafiq hökm və qərarın surətindən görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 332.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 70-ci maddəsinə əsasən həmin cəza şərti olaraq tətbiq edilməklə 1 il sınaq müddəti təyin edilmişdir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-627/2014 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2013-cü il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(005)-197/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1009 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Moon ZX 50 QD-30» markalı mopedin istifadə olunması və xüsusatları nəzərə alınmaqla, 2023-cü ilin fevral ayına orta bazar qiyməti təxminən 850,00 manat müəyyən olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-301/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, «Moon ZX 50 QD-30» markalı moped Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və sonuncu həmin mopedi görərək tanımış və özünə məxsus olmasını bildirmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1 (bir) ədəd 2023-cü il buraxılışlı «Moon ZX 50 QD-30» markalı moped Zərərçəkmiş şəxs1 tərəfindən təhvil alınmış, sonuncu heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Topalnmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1 (bir) ədəd 2023-cü il buraxılışlı «Moon ZX 50 QD-30» markalı moped, 1 (bir) ədəd 2021-ci il buraxılışlı «Moon 50» markalı moped və 1 (bir) ədəd 2022-ci il buraxılışlı «X3» markalı moped iş üzrə maddi sübut kimi tanınmış və həmin mopedlər saxlanılması üçün sahiblərinə geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-477/2023 nömrəli qərarından görünür ki, Bakı şəhər Binəqədi rayon prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 08 sentyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddəti 09 may 2023-cü il tarixdən hesablanmışdır. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənilmiş, şikayət və tələbi yoxdur, eləcə də Təqsirləndirilən şəxs3 ilə barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş zərər ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs3 tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə, digər Təqsirləndirilən şəxs3 əməli isə ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.2-ci maddələri, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-in 177.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 hazırda baxılan iş üzrə məhkəmə istintaqının aparıldığı zaman sonuncu barəsində digər cinayət işinin başlanılmasını, həmin iş üzrə CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsini, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 07 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-112/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş təqdimat təmin edilməyərək o, dərhal məhkəmə iclas zalından azad edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və seçiləcək “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-627/2014 nömrəli hökmü ilə CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(005)-197/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 10 (on) ay 9 (doqquz) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs2 həmin məhkumluq üzrə cəza müddətinin sonu xx.xx.2023-cü il tarixdə bitməli olmasına baxmayaraq sonuncu hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini isə 01 fevral 2023-cü il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonuncu həmin məhkumluq üzrə sınaq müddətində olduğu dövrdə, yəni məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi dövrdə hazırda baxılan iş üzrə cinayət əməllərini törətmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və həmin məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 hazırda baxılan iş üzrə cinayət əməllərini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(005)-197/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-627/2014 nömrəli hökmü ilə məhkum edildiyi 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 9 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə, yəni cəzasının çəkilməmiş hissəsi ərzində törətmişdir. CM-in 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(005)-197/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-627/2014 nömrəli hökmü ilə məhkum olunduğu 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 9 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli və sonuncunun şərti olaraq vaxtından əvvəl azad edilməklə cəzasının çəkilməmiş qalan 10 (on) ay 9 (doqquz) gün hissəsi hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 07 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-111/2023 nömrəli qərarı ilə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddəti 07 fevral 2023-cü il tarixdən hesablanmış və sonuncu hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs3 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (yetkinlik yaşına çatmayan şəxs olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, bundan başqa onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. CM-in 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. CM-in 85.5-ci maddəsinə əsasən Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər: 85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar - ümumi rejimli tərbiyə müəssisələrində; 85.5.2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar - möhkəm rejimli tərbiyə müəssisələrində. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. CPM-in 435.4-cü maddəsində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası tərəfindən 28 iyul 1993-cü il tarixdə qoşulmuş BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”nın məhkəmə qərarı çıxarılmasının rəhbər prinsipləri və təsir tədbirlərinin seçilməsi haqqında olan 17-ci bəndində qeyd edilmişdir ki, səlahiyyətli orqan təsir tədbirləri seçərkən təsir tədbirləri həmişə təkcə qanun pozuntusunun şəraiti və ağırlığı ilə deyil, yetkinlik yaşına çatmayanın vəziyyəti və tələbatı, həmçinin cəmiyyətin tələbatı ilə ölçülməsi, yetkinlik yaşına çatmayan şəxsi azadlığını məhdudlaşdırmaq haqqında qərar yalnız məsələyə diqqətlə baxıldıqdan sonra çıxarılmalı və məhdudiyyət mümkün qədər minimuma endirilməsi, yetkinlik yaşma çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilməsi prinsiplərini rəhbər tutmalıdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayan şəxs olmasını, eləcə də sonuncunun hazırda baxılan iş üzrə cinayət əməlini barəsində CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində istintaqı aparılan dövrdə törədilməsini, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 07 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-113/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş təqdimat təmin edilməyərək o, dərhal məhkəmə iclas zalından azad edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. CPM-ci 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayan şəxs olduğundan və ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 85.5.1-ci maddəsinə əsasən ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və seçiləcək “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd 2023-cü il buraxılışlı «Moon ZX 50 QD-30» markalı mopedin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi, 1 (bir) ədəd 2021-ci il buraxılışlı «Moon 50» markalı mopedin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi və 1 (bir) ədəd 2022-ci il buraxılışlı «X3» markalı mopedin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin 66,65 (altmış altı manat altmış beş qəpik) manatı Təqsirləndirilən şəxs1, 66,65 (altmış altı manat altmış beş qəpik) manatı Təqsirləndirilən şəxs2 və qalan 16,65 (on altı manat altmış beş qəpik) manatı isə Təqsirləndirilən şəxs3 tutulmalıdır. Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 təqdim etdiyi hesabatlara əsasən onların hər biri məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, müdafiəçilər məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxslərinin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat və Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ona təyin edilmiş cəzanın əvvəli 08 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(005)-197/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-627/2014 nömrəli hökmü ilə məhkum olunduğu 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 9 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)- 627/2014 nömrəli hökmü ilə məhkum olunduğu 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(005)-197/2022 nömrəli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi 10 (on) ay 9 (doqquz) gün çəkilməmiş qalan hissəsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və ona təyin edilmiş cəzanın əvvəli 08 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd 2023-cü il buraxılışlı «Moon ZX 50 QD-30» markalı mopedin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi, 1 (bir) ədəd 2021-ci il buraxılışlı «Moon 50» markalı mopedin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi və 1 (bir) ədəd 2022-ci il buraxılışlı «X3» markalı mopedin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin 66,65 (altmış altı manat altmış beş qəpik) manatı Təqsirləndirilən şəxs1, 66,65 (altmış altı manat altmış beş qəpik) manatı Təqsirləndirilən şəxs2 və qalan 16,65 (on altı manat altmış beş qəpik) manatı isə Təqsirləndirilən şəxs3 tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat və Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Fərid Əmirəliyev