Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-375/2025 07.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi - X1, müdafiəçi – Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Balakən rayonu, Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, qanunsuz olaraq odlu silah əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə H-30475 nömrəli, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 28 kalibrli, İJ-18E modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib istifadəsində olan “Mercedes” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində saxlayaraq ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə saat 23:50-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, 11 mart 2025-ci il tarixdə saat 02:37-dən idarə etdiyi avtomobilə keçirilən baxış və götürmə zamanı həmin avtomobilin arxa yük hissəsində saxladığı qara rəngli sellofan torbanın içərisindən H-30475 nömrəli, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 28 kalibrli, İJ-18E modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 10 mart 2025-ci il tarixdə saat təxminən 23:00-00:00 radələrində saxlanılmışdır. Belə ki, həmin tarixdə məşqdən çıxdıqdan sonra avtomobili ilə yaşadığı məhəlləyə gəlmiş, məhəllələrində avtomobilin içərəsində təqribən yarım saat telefonla danışmışdır. Onun olduğu yer Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin qarşısı idi. Avtomobildən düşdükdən sonra polis əməkdaşları ona yaxınlaşaraq bölməyə getməli olduğunu bildirmişlər, o da razılaşmışdır. Onun öz məhəllələrində, yəni Binəqədi rayonu ərazisində, A.Məmmədov küçəsində “Şah” hamamının yanında saxlanılmışdır. O, avtomobilə əyləşdikdən sonra onu qeyd etdiyi bölməyə deyil, “Gənclik” istiqamətinə, Azərbaycan Respubikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onu həmin idarəyə öz avtomobili ilə aparmışlar, saxlanılan an avtomobilin açarını ondan götürmüşlər, avtomobilini polis əməkdaşı idarə etmiş, idarəyə daxil olduqlarında avtomobilin qapınısı bağlamışlar, açar polislərdə qalmış, onu isə yuxarıya qaldırmışlar. Çəkiliş vaxtı açar ona qaytarılmış və qapıları açması əvvəlcədən ona bildirilmiş, avtomobilin baqajı isə nasaz olmuş, açarla açmağa ehtiyac olmamışdır. İdarədə ona bildirmişlər ki, onları yormasın, həmin silahı boynuna götürsün, əks halda silahın yerinə baş bir şey olacaqdır. O da məcbur qalıb, silahı boynuna götürməyə razı olmuşdur. Əslində isə onun avtomobilində silah olmamış, o silahın rəngini belə bilmir. Lakin məcburiyyətdən törətmədiyi əməl barədə etirafedici ifadə vermişdir, çünki onu sanksiyaya çıxaranda etiraf etmədiyi halda yenidən ora qayıdacağını bildirmişdilər. O, döyülməkdən qorxan adam deyildir, özü qaydasız döyüşlə məşğul olmuşdur, heç kim tərəfindən də döyülməmişdir. Bədənindən aşkar olunmuş xəsarətlər də məşq zamanı aldığı xəsarətlərdir Sadəcə ona hədə-qorxu gəlinmiş, prokurora, o cümlədən həbs qətimkan tədbirinin seçilməsinə baxan hakimə heç nə bildirməmişdir. Müdafiəçiyə isə bu barədə məlumat vermişdir, çünki müdafiəçinin yanında bunları onun boynuna qoymuşdular. Onun qorxusu narkotiklə şərlənməklə bağlı olmuşdur. Özü 7 dəfə Azərbaycan bayrağını qaldırmış biridir. Nə avtomobilində, nə də üzərində silah olmamışdır. Bütün bunların baş verməsində onun tək bir günahı vardır. Belə ki, o, bir nəfər tələbəsinin söhbətinə getmişdir, qarşı tərəfin atası isə Bakı şəhər Baş Polis İdarəsində işləyən biri olmuşdur, buna görə də, gəlib onu aparmışlar. Təqsirləndirilən şəxs son sözündə 3 azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 10 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib, saxlaması və gəzdirməsi bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı ümumi xarakterli olmuş, silahın avtomobildə yaxud şəxsin üzərində olması barədə hər hansı bir informasiya verilməmişdir. Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə əməliyyat tədbirinə getmişlər, saat 23:50-də ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sonuncunu Baş idarəyə dəvət etmişlər. Həmin zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-RZ-*** qeydiyyat nişanlı avtomobilin yanında olmuş, sonuncu avtomobilin özünə məxsus olmasını bildirdiyi üçün avtomobil də Baş idarəyə gətirilmiş, çünki avtomobili yolun ortasında qoymaları mümkün deyildi. Həmçinin nəqliyyat vasitəsinin olduğu yer gəliş-gediş yolu olduğu, orada insanlar hərəkət etdiyi üçün avtomobilə orada baxış keçirilə bilməzdi. Təqsirləndirilən şəxs avtomobilini hansı əməkdaşın idarə etməsi hazırda yadında deyildir. Onlar Baş idarəyə gəldikdən sonra video-çəkiliş ilə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmış, həmin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qadağan olunmuş əşya aşkar edilməmiş, lakin sonuncu idarə etdiyi avtomobildə silah olmasını bildirmiş, həmin avtomobilə baxış zamanı 01 ədəd lülə və qundaq hissələri kəsilmiş tüfəng aşkar olunmuşdur. İdarədə şəxsin üzərinə baxış keçirdikdən sonra avtomobilinə baxış keçirilmişdir, lakin vaxtın nə qədər keçdiyini hazırda xatırlamır. Keçirilmiş əməliyyat tədbiri zamanı və ya daha sonra Təqsirləndirilən şəxs hər hansı bir formada təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 10 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında daxil olmuş əməliyyat qrupuna o da daxil edilmişdir. Həmin tarixdə o, Şahid1 və Şahid3 əməliyyat tədbirində iştirak etmişdir. Əməliyyat məlumatı ona daxil olmasa da, məlumatın qanunsuz olaraq odlu silahı əldə etmə və saxlanılması ilə bağlı olduğunu bilmişdir. Odlu silahı şəxsin üzərində daşıması və ya avtomobilində olması ilə bağlı detallı məlumat olub-olmasından xəbəri olmamışdır. Şübhəli şəxsin olduğu yeri müəyyən etdikdən sonra saat 23:00-00:00 radələrində həmin yerə getmişlər. Onlar gedərkən Təqsirləndirilən şəxs küçədə avtomobilinin yanında dayanmışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etdikdən sonra sonuncunu Baş idarəyə dəvət etmişlər, Təqsirləndirilən şəxs avtomobilini isə onlardan biri idarə edərək Baş idarənin duracağına gətirmişlər. İdarəyə gəldikdən sonra əvvəlcə şəxsin üzərində şəxsi axtarış keçirilmiş, daha sonra avtomobilə baxış aparılmışdır. Həmin zaman avtomobilin açarı Təqsirləndirilən şəxs özündə olmuş və şəxs avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs özü nəqliyyat vasitəsinin yük yerini açmışdır, amma, açar vasitəsi ilə və ya avtomobilin içərisindən yük yerinin açılmasını hazırda xatırlamır, bütün bu proses videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı və ya daha sonra Təqsirləndirilən şəxs hər hansı bir formada təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 10 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində odlu silah və döyüş sursatlarını gəzdirib, saxlaması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə məruzə olunduqdan sonra şəxsin barəsində əməliyyat axtarış tədbirinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumata əsasən şəxsin olacağı yer Binəqədi rayonu, A. Məmmədov küçəsinə getmişlər. Əməliyyatda o, Şahid2 və Şahid1 iştirak etmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs “Mercedes” markalı avtomobilin yaxınlığında dayanmasını müəyyən edib sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər, daha sonra həyata keçirilən əməliyyat axtarış tədbirinin qəbul edilməsi ilə bağlı qərarı təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Baş idarəyə gətirilmiş, Baş idarədə müdafiəçi və tərcüməçinin iştirakı ilə video kamera vasitəsi ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilmiş, avtomobilin yük yerinə baxış keçirilərkən orada lülə və qundaq hissələri kəsilmiş ov tüfəngi aşkar edilmişdir. Tam xatırlamasa da, təxminən yadında qalmışdır ki, təqsirləndirilən şəxs silahı marağı olduğu üçün əldə etdiyini bildirmiş, amma silahın hansı mənbədən əldə etməsi barədə bildirinlər yadında qalmamışdır. Təqsirləndirilən şəxs özü avtomobilin özünə məxsus olmasını bildirmişdir. Buna görə də, Baş idarəyə əməliyyat avtomobili və təqsirləndirilən şəxsin avtomobili ilə qayıtmışlar. Təqsirləndirilən şəxs avtomobilini o idarə etmiş, təqsirləndirilən şəxs də həmin zaman onun yanında olmuşdur. Onlar idarənin duracağına gəldikdən sonra Təqsirləndirilən şəxs avtomobili özü söndürmüş və avtomobilin qapılarını bağladıqdan sonra açarı cibinə qoymuşdur. Avtomobilin yük hissəsinin xarab olmasını isə xatırlamır, o, baxışın əvvəlindən sonuna kimi iştirak etsə də, hazırda yük yerinin nə formada açılmasını xatırlaya bilmir. Keçirilmiş əməliyyat tədbiri zamanı və ya daha sonra Təqsirləndirilən şəxs hər hansı bir formada təzyiq olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, daşıması və saxlaması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:21-də CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhudlaşdırıldığı xx.xx.2025-ci il, saat 23:50-dən tutulmuş hesab edilmişdir. xx.xx.2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 mart 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında, idarə etdiyi “Mercedes” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, 11 mart 2025-ci il tarixdə saat 01:44-dən etibarən videoçəkiliş ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, əynində olan açıq boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd yaşadığı evə məxsus olan elektron açarı, 01 ədəd idarə etdiyi avtomobilə aid olduğunu bildirdiyi avtomobil açarını və həmin şalvarın sağ yan cibindən “İphone” markalı mobil telefonu və 85 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “İphone” markalı mobil telefona baxış keçirilən zaman mobil telefonun arxasında olan qoburdan 01 ədəd plastik bank kartı aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon və plastik bank kartı götürülmüş, yaşadığı evə məxsus olan elektron açar, 85 manat pul və 01 ədəd avtomobil açarı isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Həmin istintaq hərəkəti xx.xx.2025-ci il tarixdə saat 01:44-də başlamış, həmin tarixdə saat 01:52 başa çatmışdır. Həmin protokola əlavə edilmiş diskə baxış zamanı diskdə olan video-görüntülərin xx.xx.2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola uyğun olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli “Baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə idarə etdiyi “Mercedes” markalı, **-RZ- *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilərək avtomobildə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük hissəsində silah saxladığını bildirmiş, bundan sonra o avtomobilin yük hissəsinin qapısnı açaraq həmin silahın yük hissəsinin sol tərəfində olan qara rəngli sellofan torbanın içərisində olduğunu bildirmiş, daha sonra həmin qara rəngli sellofan torbanın içərisinə baxış keçirilərkən içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar predmetin olması müşahidə edilmiş, aşkar olunaraq götürülmüş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar predmet cinayət təqibi üçün sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, baxış davam etdirilərkən onun idarə etdiyi avtomobildən iş üzrə əhəmiyyət kəsb edən əlavə hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi silahın 5-6 gün bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərzasində yerləşən qəbirstanlıq ərazisindən tapdığını, həmin predmet silaha marağı olduğu üçün özündə saxladığını, həmin slahdan istifadə etmədiyini, eləcə də həmin silahın özündə omasından hər hansı şəxsin məlumatı olmadığını bildirmişdir. Tərtib edilmiş protokolu şübhəli şəxs Təqsirləndirilən şəxs, tərcüməçi Teymur Süleymanov, müfdafiəçi Cavid Abbasov, eyni zamanda həmin istintaq hərəkətinin aparılmasında iştirak etmiş polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 imzaları ilə təsdiq etmişdir. Baxış və götürmə istintaq hərəkəti 11 mart 2025-ci il tarixdə saat 02:37-də başlamış və həmin tarixdə saat 02:47-də başa çatmışdır. Həmin protokola əlavə edilmiş diskə baxış zamanı diskdə olan video-görüntülərin xx.xx.2025-ci il tarixli “Baxış və götürmə aparılması haqqında” protokola uyğun olduğu müəyyən edilmişdir. Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 25/385 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd H-30475 №li silah, ilkin variantda zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 28 kalibrli, İJ-18E modelli, çaxmaqsız, hamar tək lüləli ov tüfəngi olub. Lakin sonradan həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal hazırda lüləsinin uzunluğu 290 mm, ümumi uzunluğu 510 mm olan silah öz ilkin təyinatını itirmiş 28 kalibrli, çaxmaqsız, hamar tək lüləli, odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. xx.xx.2025-cil tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-328/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 23:50-dən hesablanmışdır. xx.xx.2025-ci il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd H-30475 nömrəli, İJ-18E odlu silahın maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone” markalı mobil telefona baxış keçirlmiş, baxış zamanı istintaq üçün əhəmiyyətli hər hansı bir məlumat aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş və çıxan zənglər, sms mətnləri, anten əhatə dairələri barədə "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X6 X8 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 11 mart 2025-ci il tarixli, 137/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - hər iki saidin və sol əlin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən təxminən 4- 6 gün əvvəl əmələ gəlmişdirlər; həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq dəmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşdırıla bilər. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, avtomobilə baxış keçirilməsini və əşyaların götürülməsi zamanı aparılmış videoçəkili özündə əks etdirən diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış,01 ədəd H-30475 nömrəli, İJ-18E odlu silahın maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş telefonun sonuncunun yaxın qohumlarına və ya müdafiəçisinə qaytarılması qərara alınmış, “Mercedes” markalı, 99RZ371 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs yaxın qohumlarına və ya müdafiəçisinə qaytarılması qərara alınmış, Təqsirləndirilən şəxs barəsində Cinayət Məclləsinin 228.2.1, 228.2.2 və 228.3-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, onun idarə etdiyi “Mercedes” markalı, **-RZ-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxladığı qara rəngli sellofan torbadakı odlu silahı təqdim etməsi konüllü təhvil verməsi kimi qiymətləndirilməmişdir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-375/2025 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkəməyə verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, idarə etdiyi “Mercedes” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xalası X4 təhvil verilməsini xahiş etmişdir. X2 tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, polis leytinantı X3 tanışı Təqsirləndirilən şəxs istifadəsində olmuş, özünə məxsus olan “Mercedes” markalı, **-RZ-*** qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə təhvil almışdır. xx.xx.2025-ci il tarixli Bakı İstintaq Təcridxanasın tərəfindən verilmiş “Xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır, bu müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmiş, onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir, nümunəvi davranışlarına görə ona rəhbərlik tərəfindən “Təşəkkür” elan edimişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il təvəllüdlü Esma Sebexanova, Abdullah Sebexanov, Esra Sebexanova adlı üçəm azyaşlı övladları var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsiilə bağlı hüquqimünasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir.Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar,habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.aid edilir (13-cü bənd). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində odlu silah olmadığını, ona hədə-qorxu gəlindiyi üçün etirafedici ifadə verdiyini, ona verilmiş ittihamda özünü təqsirli bilmədiyini göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən məzmunda bildirdiklərini özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdə ibtidai istintaq zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “latın əlifbası ilə oxuya bilir və ifadəsinin kompyuter vasitəsilə müstəntiq tərəfindən yazılmasına etirazı yoxdur. Uşaq yaşlarında olanda atası Rusiyada işlədiyi üçün ailəsi ilə birlikdə Balakəndən Rusiyaya köçmüşdür. Buna görə də orta məktəbi Rusiya Federasiyasında rus dilində təhsil alaraq bitirmişdir. Rusiyada yaşayan zaman hələ uşaq yaşlarından peşəkar olaraq güləş idman növü ilə məşğul olmağa başlamışdır. Güləş sahəsində əldə etdiyi uğurlar nəticəsində Rusiyada yaşayan zaman beynəlxalq güləş müəllimi lisenziyası qazanmışdır. 2006-cı ildə ailəsi ilə birlikdə Azərbaycana qayıtmışdır. 2006-2007-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən gəldikdən sonra Bakıda güləş müəllimi kimi işləməyə başlayaraq qazanc əldə edirmiş. 2010-cu ildə ailə həyatı qurmuş və həmin evlilikdən üç övladı dünyaya gəlmişdir. Yuxarıda qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Artıq 04-05 aydır ki, maddi vəziyyətinin pis olması ilə əlaqədar güləş müəllimi kimi fəaliyyətini dayandıraraq mebel ustası kimi işləməyə başlamışdır. Saxlanılmamışdan təxminən 5-6 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən qəbiristanlıq ərazisində olan zaman yerdə qara rəngli sellofan torbanın olmasını görmüşdür. Həmin torbaya yaxınlaşıb içərisinə baxdıqda torbanın içərisində tüfəng olduğunu görmüşdür. Həmin silah onda maraq oyatdığı üçün yerdən götürüb baxmışdır. Onun silahlara marağı olduğu üçün həmin tüfəngi içərisində olduğu sellofan torba ilə birlikdə götürüb idarə etdiyi “Mercedes” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsinə qoymuşdur və avtomobildə saxlamağa başlamışdır. 10 mart 2025-ci il tarixdə saat təxminən 23:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində yerləşən “Şah” hamamın yaxınlığında, idarə etdiyi “Mercedes” markalı, **-RZ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək və saxlamağı barədə bildirib, barəsində qəbul edilmiş qərarla tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb həmin vaxt etiraf edib bildirmişdir ki, “Mercedes” markalı 99-RZ- 371 qeydiyyat nişanlı avtomobilinin arxa yük hissəsində silah var. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobil ilə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində tərcüməçi və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanılmazdan əvvəl paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını bildirərək idarə etdiyi “Mercedes” markalı **-RZ- *** qeydiyyat nişanlı avtomobildə odlu silah olmasını bildirmişdir. Bundan sonra əynində olan açıq boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd yaşadığı evə məxsus elektron açarı və 01 ədəd avtomobil açarını, həmin şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu və pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim edilən mobil telefona baxış zamanı həmin mobil telefonun “İphone” markalı olması və arxasında olan telefon qabının içərisində “5239 1517 4622 2580” yazıları əks olunmuş plastik bank kartının olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd avtomobil açarının hazırda idarə etdiyi “Mercedes” markalı **-RZ-*** qeydiyyat nişanlı avtomobilə məxsus olduğunu və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş mobil telefon və plastik bank kartı polis əməkdaşı tərəfindən götürülmüşdür, yaşadığı evə məxsus elektron açar, 85 manat pul və 01 ədəd avtomobil açarı özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq isə idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması barədə ərizə alınmışdır. Daha sonra idarə etdiyi “Mercedes” markalı, **-RZ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. İdarə etdiyi avtomobildə qanunsuz əşya və ya digər predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra idarə etdiyi avtomobilin yük hissəsində silah saxladığını bildirərək avtomobilin yük hissəsinin qapısını açıb orada olan qara rəngli sellofanı göstərib həmin silahın sellofanın içərisində olduğunu bildirmişdir. Həmin sellofana polis əməkdaşı tərəfindən baxış keçirilmiş və baxış zamanı sellofanın içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı həmin silahı təxminən 5-6 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən qəbiristanlığın ərazisindən tapdığını, həmin silahı marağı olduğu üçün özündə saxladığını, həmin silahdan istifadə etmədiyini, eləcə də silahın onda olmasından hər hansı bir şəxsin məlumatının olmadığını bildirmişdir. Bundan sonra idarə etdiyi “Mercedes” markalı, **-RZ-*** qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəng polis əməkdaşı tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən avtomobildən əlavə hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir.” Təqsirləndirilən şəxs qeyd edilən ifadəsini təyin edilmiş tərcüməçisinin və müdafiəçinin iştirakı ilə vermiş, həmin ifadəni özü və müdafiəçisi imza etmişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat verilməmişdən əvvəl ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun onu qəbul edərkən hazırkı məhkəmə iclasında qeyd etdiklərini barədə heçnə demədiyini bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-328/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ona elan olunan ittihamda özünü təqsirli bilmiş, silahı 4 gün əvvəl yaşadığın evin yaxınlığındakı qəbirsitanlığın yanındı gördüyünü, götürüb maşına qoyduğunu, heç bir məqsədi olmadığını, sadəcə maraqı olduğu üçün götürdüyünü bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs ona artıq ittiham elan edildikdən sonra məhkəmə qarşısına çıxarılanda da təqsirsiz olması, hədə-qorxuya məruz qalması barədə hazırki məhkəmə baxışında bildirdiyi dəlilləri göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda göstərilən ekpert rəyli və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünü müdafiə xarakterli və təqsirləndirildiyi cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə hüququnun təməl inistutu kimi təqsirləndirilən şəxsin yalan ifadə verməsi heç bir məsuliyyətə səbəb olmur. Lakin şahidlər yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar olunmuşlar və müvafiq iltizamı imza etmiş, bundan sonra ifadə vermişlər. Belə olan halda, məhkəmə şahidlərin ifadələrini daha mötəbər hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, şahidlərin ifadələri arasında, habelə həmin şahid ifadələri ilə iş materialları arasında hər hansı bir ziddiyyət yaxud uyğunsuzluq olmamış, hər üç şahid oxşar məzmunlu ifadə vermiş və onlar ibtidai istintaq dövründə verdikləri ifadələrində də eyni halları bildirmişlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal (himayəsində 3 azyaşlı övladının olması) və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktik məhdudlaşdırıldığı tarixdən, yəni 10 mart 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan H-30475 nömrəli, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 28 kalibrli, İJ-18E modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 10 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – H-30475 nömrəli, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 28 kalibrli, İJ-18E modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-375/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-375/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver