Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-376/2020 18.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 08 bükümdə ümumi təmiz çəkisi 0.354 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 12:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 113 ünvanın qarşısında saxlanılaraq 6-cı polis bölməsinə gətirilmiş və həmin gün saat 13:15-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki idman şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0.030 qram, 0.053 qram, 0.037 qram, 0.050 qram, 0.020 qram, 0.053 qram, 0.049 qram, 0.062 qram olmaqla ümumi təmiz çəkisi 0.354 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan bir gün əvvəl Cəlilabad rayonundan tanımadığı şəxsdən bir bükümü 10 manat olmaqla 100 manat pul verərək qardaşı Namiqlə istifadələri üçün 10 büküm metamfetamin almış, həmin 100 manat pulun 20 manatı Namiqə, 80 manatı isə özünə məxsus olmuşdur. Namiqin 20 manatının qarşılığında ona da bir bükümü 10 manat olmaqla 2 büküm psixotrop maddə metamfetamini vermiş, özü üçün 08 bükümü saxlamış, bədənində ağrılar olduğu üçün ondan istifadə etmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində qardaşı Namiqlə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 113 ünvanının qarşısında dayanıb söhbət edərkən mülki geyimdə şəxslər yaxınlaşaraq özlərini Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları olmalarını bildirərək ondan adını, soyadını və ata adını soruşmuş, polis əməkdaşlarına özünü təqdim etmiş, həmin vaxtı Namiqdən də adını, soyadını və ata adını soruşmuş, Namiq də özünü polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları onları Polis bölməsinə dəvət etmiş, polis bölməsinin inzibati binasında onu və Namiqi ayrı-ayrılıqda xidməti otaqlara salmış, həmin vaxtı üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilməklə hüquqları izah olunmuş, şəxsi axtarışa başlayarkən üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı bildirildikdə əynindəki idman şalvarının sağ yan cibində saxladığı 08 bükümdən ibarət metamfetamini cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Əməlindən səmimi peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismindədindirilmiş Bakı şəhəri RPİ-nin 6-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid6 ifadəsində göstərmişdir ki, qərəzsiz mənbədən daxil olmuş məlumatda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ev 113 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmiş, məlumat əsasında tərəflərindən əməliyyat qrupu təşkil edilmiş və xx xxxxx 2020-ci il tarixdə Binəqədi RPl-nin 6-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ev 113 ünvanında yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 113 ünvanın qarşısında saxlanılmış, həmin vaxtı onun yanında qardaşı Şahid1 da olmuş, həmin şəxslər tərəflərindən Binəqədi RPİ-nin 6-ci PB-nə gətirilərək təhvil verilmiş, daha sonra həmin şəxlər barəsində araşdırma aparılması üçün ayrı-ayrı təhqiqatçılara həvalə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqların birinə yerləşdirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin mütəxəssis dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuş, həmin vaxt o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 08 ədəd bükülünü çıxararaq masanın üzərinə qoymuş, həmin bükülülər açıldıqda Təqsirləndirilən şəxs həmin bükülülərin içində olan maddə «şüşə» kimi adlandırdığı metamfetamin olmasını, həmin metamfetamini tutulmamışdan əvvəl Cəlilabad rayonundan tanımadığı şəxsdən öz istifadəsi üçün almasını bildirmiş, həmçinin həmin şəxsdən ümumilikdə 10 büküm metamfetamin alaraq 100 manat pul vermiş və həmin pulun 20 manatı qardaşı Namiqə məxsus olduğundan metamfetaminin 2 bükümünü Namiqə vermişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunaraq heç bir təklif və şikayət daxil olmamış və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid daha sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunandan sonra onun yaşadığı yer üzrə qonşular ona yaxınlaşaraq təşəkkür etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları Şahid4 və Binəqədi RPl-nin KTQ-nin ekspert kriminalisti Şahid5 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/611 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş...” əl yazıları olan zərfdəki 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.030 qram, 0.053 qram, 0.037 qram, 0.050 qram, 0.020 qram, 0.053 qram, 0.049 qram, 0.062 qram, ümumi təmiz çəkisi 0.354 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l) daxildir. Tədqiqata sərf edildi- 0.08 qram, qalıq-0.274 qram. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020ci il tarixli, 6/611 saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2020-ci il tarixli Binəqədi rayon prokurorunun qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Rövşən Cavadovun xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və s. qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx xxx 2020-ci il tarixli, 1776 nömrəli rəyindən görünür ki, müayinə zamanıTəqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,354 qram psixotrop maddə-metamfetamin cinayətin predmeti olduğundan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,274 qram psixotrop maddə-metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınması və məhkəmənin yekun hökmünədək saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə verilməsi, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materialında saxlanılması və s. qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə, iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlaması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını və əvvəllər məhkum olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin hələ də narkotik vasitələrdən istifadə etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsə alındığı müddət, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza təhqiqatından sonra BinəqədiRPİ-nin Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş 0,274 qram psixotrop maddə olan metamfetaminhökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İbtidai istintaq və məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul (“Kapitalbank” X5 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cazası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininp 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekpertiza təhqiqatından sonra ümumi qalıq çəkisi 0,274 qram olan 8 ədəd ayrıayrı bükümlərdə olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. İbtidai istintaq və məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Kapitalbank” X5 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-376/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-376/2020
18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver