Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-376/2025 02.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi və avtomobil üçün ləvazimatların və boya avadanlıqlarının satışı ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən “Spektr Avtoboya” adlanan mağazaya bitişik istifadəsiz olan digər qeyri-yaşayış sahəsindən arakəsməni dağıtmaqla saxlanc yeri hesab olunan həmin mağazaya qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd dəyəri 430 manat olan “Asus” markalı noutbuku, 01 ədəd dəyəri 12 manat olan “Enet” markalı kompyuter üçün siçanı, 01 ədəd dəyəri 15 manat olan noutbuk üçün qidalandırıcı element olan adaptoru, 01 ədəd dəyəri 100 manat olan “Aurita” markalı “LV.P.LL.-898” modelli boyavuran cihazı, 01 ədəd dəyəri 55 manat olan üzərində “Voylet” markalı “H.V.L P” modelli boyavuran cihazı, 01 ədəd dəyəri 80 manat olan “Polisher” markalı cilalayıcı cihazı, 01 ədəd dəyəri 100 manat olan “TEH” markalı “TAP18103” modelli cilalayıcı cihazı, avtomobillərin təmirində istifadə olunan 03 ədəd olmaqla hər birinin dəyəri 17 manat olan cəmi 51 manat dəyərində uzun rəndələri və 01 ədəd dəyəri 19 manat olan uzunluğu 19,5 sm olan rəndəni, 03 ədəd olmaqla hər birinin dəyəri 6 manat olan cəmi 18 manat dəyərində cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqları, 02 ədəd olmaqla hər birinin dəyəri 6 manat olan cəmi 12 manat dəyərində cilalayıcı cihazlar üçün nəzərdə tutulan başlıqlara keçirilən tüklü keçələri, 01 ədəd dəyəri 6 manat olan cilalayıcı cihazlar üçün nəzərdə tutulan başlıqlara keçirilən tüksüz keçəni, 01 ədəd dəyəri 2 manat olan üzərində “3M CUBİTRON İİ 51430” yazıları olan avtomobilin təmirində istifadə edilən cilalayıcını, 01 ədəd dəyəri 40 manat olan “HDMC” markalı “AFR2000” modelli hava təzyiqi ölçən cihazı, 01 ədəd şəffaf sellofan torbada sadalanan cilalayıcı cihazlara aid sənədləri və detalları, 02 ədəd olmaqla hər birinin dəyəri 30 manat olan cəmi 60 manat dəyərində “İntimax” markalı fenləri və mağazadakı stolun siyirməsində olan 1200 (bir min iki yüz) manat pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 2.200 (iki min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “Spektr Avtoboya” adlanan mağazaya qanunsuz olaraq daxil olmamış və oradan hər hansı əşya oğurlamamışdır. Polis əməkdaşları xx.xx.2025-ci il tarixdə onu yaşadığı evdən polis bölməsinə aparmışlar. Belə ki, xx.xx.2025-ci il tarixdə qohumlarıgildə olarkən kiçik övladının telefonundan ona zəng gəlmiş, övladı evdə yanğın baş verdiyini bildirmişdir. O, övladına evdən çıxmasını, özünün isə evə gələcəyini bildirmişdir. Evə gəlib, yaşadığı həyətə girərkən həyətdə xeyli sayda polis olduğunu görmüşdür. Polis əməkdaşları onu yaşadığı evin həyətindən götürərək, polis bölməsinə aparmışlar. O, ittiham aktında mağazadan oğurlandığı deyilən əşyaları ilk dəfə polis bölməsində görmüşdür. O, polis bölməsinə aparıldıqdan və əşyalar orada ona təqdim edildikdən sonra polis əməkdaşları onu təkrarən əşyalarla birlikdə yaşadığı evə qaytarmışlar və övladları ilə təhdid edərək, əşyaları oğurladığını etiraf etməsini tələb etmişlər. O, məcbur qalaraq etmədiyi oğurluğu üzərinə götürmüşdür. Onun polis əməkdaşları tərəfindən yaşadığı evin həyətindən aparılmasını təsdiq edə biləcək şahidləri vardır və məhkəmənin növbəti iclaslarında onların iştirakını təmin edəcəkdir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət nəticəsində ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, ərizəsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini, həmçinin işi ilə əlaqədar növbəti məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X2 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə bölmənin əməliyyatçıları “Spektr Avtoboya” adlanan mağazadan edilmiş oğurluqla bağlı Təqsirləndirilən şəxs və mağazadan oğurlanan əşyaları bölməyə gətirmişlər. Bölmədə işin təhqiqatının aparılması ona həvalə edilmişdir. O, həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evə və “Spektr Avtoboya” adlanan mağazaya baxış keçirmiş, Təqsirləndirilən şəxs evində oğurladığı əşyaları saxladığı yeri və mağazaya daxil olduğu yeri əyani olaraq göstərmişdir. Məhkəmə istintaqı zamanı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi xx.xx.2025-ci il tarixdə yaşadığı evin qarşısında o və bölmənin sahə müvəkkili saxlamışdır. “Spektr Avtoboya” adlanan mağazadan oğurlanmış əşyalar Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmişdir. Əşyalar Təqsirləndirilən şəxs yaşadığı həyətdəki şkafdan aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğurladığı əşyalarla birlikdə polis bölməsinə aparıb, təhqiqatçıya təhvil vermişlər. Verilən sullara cavab olaraq şahid X3 Təqsirləndirilən şəxs onun iddia etdiyi kimi xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə yaşadığı evin qarşısında saxladıqlarını, Təqsirləndirilən şəxs saxlanmasında onunla birlikdə yalnız bölmənin sahə müvəkkilinin iştirak etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1); • “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə “Spektr Avtoboya” mağazasında baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 6-9); • “əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında təhqiqata təqdim etdiyi 01 (bir) ədəd “Asus” markalı noutbuk, 01 (bir) ədəd “Enet” markalı kompyuter üçün siçan, 01 (bir) ədəd noutbuk üçün qidalandırıcı element olan adaptor, 01 (bir) ədəd “Auarita” markalı “LV.P.LL- 898” modelli boyavuran cihaz, 01 (bir) ədəd üzərində “Voylet” markalı “H.V.L P” modelli boyavuran cihaz, 01 (bir) ədəd “Polisher” markalı cilalayıcı cihaz, 01 (bir) ədəd “TEH” markalı “TAP18103” modelli cilalayıcı cihaz, avtomobillərin təmirində istifadə olunan 03 (üç) ədəd uzun rəndələr və 01 (bir) ədəd uzunluğu 19,5 sm olan rəndə, 03 (üç) ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqlar, 02 (iki) ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqlara keçirilən tüklü keçələr, 01 (bir) ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqlara keçirilən tüksüz keçə, 01 (bir) ədəd üzərində “3M CUBİTRON İİ 51430” yazıları olan avtomobilin təmirində istifadə edilən cilalayıcı, 01 (bir) ədəd “HDMC” markalı “AFR2000” modelli hava təzyiqi ölçən cihaz, 01 (bir) ədəd açıq sellofan torbada cilalayıcı cihazlara aid sənədlər və detallar təhqiqat üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (i.v. 22); • “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi əşyalara baxış keçirilmiş və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 24-33); • “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin gün saat 16:30-da tutulmuşdur (i.v. 50-51); • “ifadənin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları hadisənin baş verdiyi yerə getməklə əyani olaraq göstərməsi təklif olunmuşdur. Onun təklifi ilə şüşələri qəzet parçaları ilə bağlanmış mağazanın qarşısına gəlinmiş, o, əli ilə həmin obyektin qapısını göstərərək, həmin plastik qapını təpiklə vurub açdığını, daha sonra həmin boş sahəsi olan obyektə daxil olub “Spektr Avtoboya” adlı boya satılan mağazanı kəsən alçıpandan olan ara kəsən divarı göstərərək ayağı ilə bir neçə dəfə vurub həmin alçıpanda dəlik açdığını, sonra həmin boşluqdan istifadə edərək mağazaya daxil olduğunu bildirmiş və törətdiyi oğurluq hadisəsini əyani şəkildə göstərmişdir (i.v. 82-87); • “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 04:38də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən “Spektr Avtoboya” mağazasının içərisində bir nəfər şəxs əlində bir ədəd fənərlə masaya yaxınlaşır və çəkməcəni çıxararaq içindəki pulları götürür, daha sonra mağazada olan ağ rəngli kisənin içərisindəki əşyaları boşaldaraq mağazada gəzməyə başlayır. O, masanın üzərindəki noutbuku götürərək kisəyə qoyur. Daha sonra ayağının altına stul qoyaraq rəflərdən müxtəlif növ əşyaları götürür və kisəyə qoyur. Bundan sonra masanın üzərində olan boya vurulmasında istifadə edilən digər əşyaları götürür və əlindəki fənərlə mağazanı gəzərək yenidən ətrafa baxır. O, götürdüyü əşyaları masanın üzərinə qoyur və stulun üzərinə çıxaraq rəflərə baxır. Rəflərdən əşyaları götürərək, masanın üzərinə yığır, sonra masanın üzərinə qoyduğu əşyaları kisəyə doldurur. Sonra isə o, yapışqan lentlə kisəni bağlayaraq götürür və mağazanı tərk edir (i.v. 10; 88); • “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 93-94); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-77/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılma müddətinin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmışdır (i.v. 119-123); • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Ziyadov X4 Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən CM-nin 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.1999-cu il tarixdə Milli Məclisin xx.xx.1998-ci il tarixli “Amnistiya” qərarının 1.5-ci maddəsinə əsasən azad edilmiş, Binəqədi Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən CM-nin 186-cı maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2001-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü ildə Xəzər Rayon Məhkməməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir (i.v. 132-134); • Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-421/2025 nömrəli məktubundan görünür ki, məhkəmənin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır (i.v. 137); • Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/960 nömrəli rəyinə əsasən “ekspertiza tədqiqatına təqdim edilmiş malların və təqdim edilməmiş malların fotoşəkillərə əsasən 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri ayrılıqda təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Təqdim edilmiş mallar – 139,99 manat;
2. Fotoşəkilləri təqdim edilmiş mallar nəzəri qaydada – 430,00 manat. Qərarda qeyd olunan, cədvəl 1 və 2-də qiymətləndirilməmiş əşyaların satışına dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparmaqa mümkün olmadı.” Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır (i.v.167-170); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elen edilmiş ittiham və Binəqədi rayon məhkəməsi tərəfindən 03 fevral 2025-ci il tarixli qərarla seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyaların qiyməti Zərərçəkmiş şəxs bildirdiyi qiymətlər əsas götürülərək 01 ədəd “Asus” markalı noutbukun dəyəri 430 manat, 01 ədəd “Enet” markalı kompyuter üçün siçanın dəyəri 12 manat, 01 ədəd noutbuk üçün qidalandırıcı element olan adaptorun dəyəri 15 manat, 01 ədəd “Aurita” markalı “LV.P.LL.-898” modelli boyavuran cihazın dəyəri 100 manat, 01 ədəd “Voylet” markalı “H.V.L P” modelli boyavuran cihazın dəyəri 55 manat, 01 ədəd “Polisher” markalı cilalayıcı cihazın dəyəri 80 manat, 01 ədəd “TEH” markalı “TAP18103” modelli cilalayıcı cihazın dəyəri 100 manat, avtomobillərin təmirində istifadə olunan 03 ədəd uzun rəndələrin hər birinin dəyəri 17, ümumilikdə dəyəri isə 51 manat, 01 ədəd uzunluğu 19,5 sm olan rəndənin dəyəri 19 manat, 03 ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqların hər birinin dəyəri 6 manat, ümumilikdə isə dəyəri 18 manat, 02 ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulan başlıqlara keçirilən tüklü keçələrin hər birinin dəyəri 6 manat, ümumilikdə isə dəyəri 12 manat, 01 ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulan başlıqlara keçirilən tüksüz keçənin dəyəri 6 manat, 01 ədəd üzərində “3M CUBİTRON İİ 51430” yazıları olan avtomobilin təmirində istifadə edilən cilalayıcının dəyəri 2 manat, 01 ədəd “HDMC” markalı “AFR2000” modelli hava təzyiqi ölçən cihazın dəyəri 40 manat məbləğində qiymətləndirilmiş və zərərçəkmiş şəxsin bildirdiyi 02 ədəd “İntimax” markalı quruducu fenlərin 01 ədədinin 30 manatdan olmaqla 02 ədədinin 60 manat məbləğində qiymətləndirilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və könüllü surətdə təhqiqata təqdim etdiyi əşyalar, sənədlər və detallar saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v. 177-187).
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək ittihamda göstərilən ünvandan oğurluq etmədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 31 yanvar 2025-ci il tarixdə saat təxminən 04:00 radələrində oğurluq etmək məqsədilə yaşadığı evdən çıxıb yaşadığı evin təxminən 100 metr məsafəsində yerləşən avtomobil boyaları hazırlayan “Spektr avto” adlı mağazanın qarşısına gəlmişdir. O, mağazanın giriş qapısının üzərində olan jalüzün bağlı olduğunu görmüşdür. Dəfələrlə həmin mağazadan alış-veriş etdiyindən, həmin mağazaya hansı yolla daxil olacağını əvvəlcədən planlaşdırmışdır. O, qərara gəlmişdir ki, “Spektr avto” adlı mağazaya daxil olmaq üçün əvvəlcə həmin mağazaya bitişik, mağazanın sol tərəfində yerləşən obyektin sahəsinə daxil olsun. Bu məqsədlə o, boş olan obyektin girişində olan plastik qapını təpiklə vurub açmışdır. Qapıdan o, həmin boş sahəsi olan obyektə daxil olub “Spektr avto” adlı boya satılan mağazanı kəsən alçıpandan olan ara kəsmə divarına ayağı ilə bir neçə dəfə vurub dəlik açmış, sonra həmin boşluqdan mağazaya daxil olmuşdur. O, mağazaya daxil olduqdan sonra şalvarının cibində olan alışqanı çıxarıb üzərində olan işığını yandırmışdır. Mağazaya baxış keçirdikdən sonra oradan 01 (bir) ədəd “Asus” markalı noutbuk, 01 (bir) ədəd “Enet” markalı kompyuter üçün siçan, 01 (bir) ədəd noutbuk üçün qidalandırıcı element olan adaptor, 01 (bir) ədəd “Auarita” markalı “LV.P.LL-898” modelli boyavuran cihaz, 01 (bir) ədəd “Polisher” markalı cilalayıcı cihaz, 01 (bir) ədəd üzərində “Voylet” markalı “H.V.L P” modelli boyavuran cihaz, 01 (bir) ədəd “TEH” markalı “TAP18103” modelli cilalayıcı cihaz, avtomobillərin təmirində istifadə olunan 03 (üç) ədəd uzun rəndələr və 01 (bir) ədəd uzunluğu 19,5 sm olan rəndə, 03 (üç) ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqlar, 02 (iki) ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqlara keçirilən tüklü keçələr, 01 (bir) ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqlara keçirilən tüksüz keçə, 01 (bir) ədəd üzərində “3M CUBİTRON İİ 51430” yazıları olan avtomobilin təmirində istifadə edilən cilalayıcı, 01 (bir) ədəd “HDMC” markalı “AFR2000” modelli hava təzyiqi ölçən cihaz, 01 (bir) ədəd açıq sellofan torbada cilalayıcı cihazlara aid sənədlər və detalları mağazadan götürmüş, yuxarıda qeyd etdiyi əşyaları mağazadan götürdüyü ağ rəngli yekə kisəyə yığmış, mağazanın daxilində olan masanın siyirməsində olan cəmi 125 (yüz iyirmi beş) manat pulu götürüb cibinə qoymuşdur. Bundan sonra o, daxil olduğu qaydada, yəni alçıpan olan divarda açdığı boşluqdan çıxaraq oradan uzaqlaşmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-77/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən də oğurluq hadisəsini törətməsini inkar etməmiş, sadəcə mağazadan oğurlanmış pulun məbləğini mübahisələndirmişdir. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən şahidlər Təqsirləndirilən şəxs oğurluqdan qısa müddət sonra yaxalanan zaman törətdiyi cinayət əməlini etiraf etdiyini, oğurlanmış əşyaların Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edildiyini bildirmişlər. Digər tərəfdən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci ildə saxlanılması barədə dediklərinə də münasibət bildirməyi zəruri hesab edərək, məhkəmə qeyd edir ki, iş materiallarında olan və əlyazma ilə yazılmış xx.xx.2025-ci il tarixli iltizama (bax. i.v. 34) əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00-da Binəqədi Rayon 43-cü Polis Bölməsinə gəlməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü hissəsinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla ekspert rəyi, istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq bu Məcəllənin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci hissə); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu hissə); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. (20-ci hissə). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12) və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM 59.1.13) təqsirləndirilən şəxs Abbasov Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun cəza müddəti xx.xx.2023-cü ildə başa çatmışdır. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2025-cü il tarixdə, yəni məhkumluğu ödənilmədən törətdiyindən, bu hal cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd “Asus” markalı noutbuk, 01 (bir) ədəd “Enet” markalı kompyuter üçün siçan, 01 (bir) ədəd noutbuk üçün qidalandırıcı element olan adaptor, 01 (bir) ədəd “Auarita” markalı “LV.P.LL-898” modelli boyavuran cihaz, 01 (bir) ədəd “Polisher” markalı cilalayıcı cihaz, 01 (bir) ədəd üzərində “Voylet” markalı “H.V.L P” modelli boyavuran cihaz, 01 (bir) ədəd “TEH” markalı “TAP18103” modelli cilalayıcı cihaz, avtomobillərin təmirində istifadə olunan 03 (üç) ədəd uzun rəndələr və 01 (bir) ədəd uzunluğu 19,5 sm olan rəndə, 03 (üç) ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqlar, 02 (iki) ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqlara keçirilən tüklü keçələr, 01 (bir) ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqlara keçirilən tüksüz keçə, 01 (bir) ədəd üzərində “3M CUBİTRON İİ 51430” yazıları olan avtomobilin təmirində istifadə edilən cilalayıcı, 01 (bir) ədəd “HDMC” markalı “AFR2000” modelli hava təzyiqi ölçən cihaz, 01 (bir) ədəd açıq sellofan torbada cilalayıcı cihazlara aid sənədlər və detallar Zərərçəkmiş şəxs istifadəsində, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istifadəsində olan “Spektr Avtoboya” mağazasından oğurluq etməsinin video görüntülərini özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatı üçün 11 manat haqq hesablanaraq ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd “Asus” markalı noutbuk, 01 (bir) ədəd “Enet” markalı kompyuter üçün siçan, 01 (bir) ədəd noutbuk üçün qidalandırıcı element olan adaptor, 01 (bir) ədəd “Auarita” markalı “LV.P.LL-898” modelli boyavuran cihaz, 01 (bir) ədəd “Polisher” markalı cilalayıcı cihaz, 01 (bir) ədəd üzərində “Voylet” markalı “H.V.L P” modelli boyavuran cihaz, 01 (bir) ədəd “TEH” markalı “TAP18103” modelli cilalayıcı cihaz, avtomobillərin təmirində istifadə olunan 03 (üç) ədəd uzun rəndələr və 01 (bir) ədəd uzunluğu 19,5 sm olan rəndə, 03 (üç) ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqlar, 02 (iki) ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqlara keçirilən tüklü keçələr, 01 (bir) ədəd cilalayıcı cihazlar üçün nəzərdə tutulmuş başlıqlara keçirilən tüksüz keçə, 01 (bir) ədəd üzərində “3M CUBİTRON İİ 51430” yazıları olan avtomobilin təmirində istifadə edilən cilalayıcı, 01 (bir) ədəd “HDMC” markalı “AFR2000” modelli hava təzyiqi ölçən cihaz, 01 (bir) ədəd açıq sellofan torbada cilalayıcı cihazlara aid sənədlər və detallar Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istifadəsində olan “Spektr Avtoboya” mağazasından oğurluq etməsinin video görüntülərini özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 440 (dörd yüz qırx) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Samir Nəsibov