Məhkəmə qərarları › İş №1(001)-377/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-377/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-377/2025 30.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, qapalı məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılmasını xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Kərimli Fəridə qızı oun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışında yaymışdır. Bacısı, xüsusi ittihamçı X2 Fəridə Kərimliyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi əsasında irəli sürdüyü xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində, sədrlik edən hakim Ağayev Elçin Zəkəriyyə oğlunun sədrliyi ilə baxarkən, Fəridə ona yalan olduğunu bilə-bilə böhtan atmışdır. F.Kərimli xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında çıxışı zamanı bildirmişdir ki, “Elmidar 12-13 yaşlı uşaqdan şikayət verən adamdır”. Göründüyü kimi F.Kərimli kütləvi çıxışında oun haqqında həqiqətə uyğun olmayan ləkələyici məlumat yayıb. F.Kərimlinin məhkəmə iclasında onun barəsində səsləndirdiyi böhtan onun şərəf və ləyaqətini ləkələyib. Həmin ifadənin məzmununda barəsində böhtan məzmununun olmasını görməmək mümkün deyil. F.Kərimli onun “12-13 yaşlı uşaqdan şikayət verən adam” olduğunu deməklə, onun əxlaqi prinsiplərdən uzaq olduğunu, azyaşlıdan belə şikayət verə biləcək adam olduğunu deməklə ona böhtan atıb. xx.xx.1991-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, işsiz X10 barəsində Azərbaycan Respublikası CM-in 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında X4 şikayətin icraata qəbul edilməsini, X10 və onun müdafiəçisi Müdafiəçi isə şikayətin icraata qəbulundan imtina olunmasını xahiş etdi. Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 293.3.2-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Hazırki halda E.M.X1 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyi CM-in 147ci maddəsi iki hissədən – 147.1 - böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma; 147.2 - ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – ibarətdir. E.M.İsmayılov öz şikayətində F.V.Kərimlinin CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, lakin CM-in böhtana görə cinayət məsuliyyəti müəyyən edən konkret maddəsini (147.1 və ya 147.2) qeyd etməmiş, bununla da CPM-in 293.3.2-ci maddəsinin tələbini pozmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in: 302.1.3-cü maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. X7 göstərilən 05 (beş) saat hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına 55 (əlli beş) manat məbləğində pul vəsaiti ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X7 göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına 55 (əlli beş) manat məbləğində pul vəsaiti ödənilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar