Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-379/2020 16.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X6, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Kəlbəcər rayonu, Milli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə AR CM-nin 29,177.2.2, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 8 ay 27 gün hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilmiş, Kəlbəcər rayonu, Milli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evinin hasarından keçib evin həyətinə qanunsuz daxil olaraq, orada evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb içəri daxil olub mətbəxt otağından evin açarını və həyətdə evin arxa hissəsində quraşdırılmış 600 (altı yüz) manat dəyərində «Sparta» markalı, 24 kW kombi aparatını gizli talayıb Zərərçəkmiş şəxs 600 (altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən xx xxx 2020-ci il tarixdə saat 16:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evin darvazasının açıq olmasından istifadə edib evin həyətinə qanunsuz daxil olduqdan sonra evin giriş qapısını xx xxx 2020-ci il tarixdə oğurladığı açarla açıb Hafiz Məmmədovla birlikdə evə qanunsuz daxil olaraq, orada qonaq otağından 02(iki) ədəd, yataq otağından 1(bir) ədəd, uşaq otağından 01(bir) ədəd, mətbəxt otağından 01 ədəd hər birinin dəyəri 70 (yetmiş) manat olan ümumilikdə 05 (beş) ədəd uzunluğu 01 metr olan ağ rəngli istilik radiatorunu, mətbəxt otağından 1600 (min altı yüz) manat dəyərində 4 metr uzunluğunda olan MDF materialından hazırlanmış mətbəxt mebel dəstini, 150(yüz əlli) manat dəyərində 01 ədəd qaz sobasını, 150 (yüz əlli) manat dəyərində 01 ədəd aspiratoru gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2250(iki min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən xx xxx 2020-ci il tarixdə saat 14:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evinin darvazasının açıq olmasından istifadə edib Hafiz Məmmədovla birlikdə evin həyətinə qanunsuz daxil olduqdan sonra 150(yüz əlli) manat dəyərində 01 ədəd metalldan hazırlanmış evin giriş qapısını fiziki güc tədbiq edərək çərçivədən çıxarıb və otaqların girişində quraşdırılmış hər birinin dəyəri 200 (iki yüz) manat olan şpon materialından hazırlanmış çərçivələri ilə birlikdə 04(dörd) ədəd qapıları gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 950 (doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 08 ay 27 gün hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilmiş, cəzasını 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdi. Səhətində yaranmış problemlər ilə əlaqədar xəstəxanada müayinə olunmağı üçün xx.xx.2020-ci il tarixdə ərizə ilə müəssisə rəhbərliyinə müraciət etmiş və müəssisə rəhbərliyi icazə verdiyindən cəza çəkmə müəssisəsini icazəli tərk edib evinə getmişdir. Müalicə olunmağına pulunun olmaması səbəbindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, yaşdığı qəsəbədə olan fərdi tikili evlərə diqqətlə müşahidə edərək, evlərdə kiminsə olub-olmadığını müəyyənləşdirməyə başlamışdır. Həmin günü saat xx.xx.2020-ci ildə 17:00 radələrində yaşadığı evin yaxınlığında 01 (bir) mərtəbəli fərdi tikili evin qarşısından keçərkən, evin pəncərəsində pərdə olmadığını görmüş və bununlada evdə yaşayış olmadığını başa düşmüşdür. Həmin evin hasarını aşaraq həyətinə daxil olmuşdur. Evin plastik pəncərəsini özülə gətirdiyi vintaçanla açıb içəri daxil olmuşdur. Evə nəzər yetirdikdə evin içərisində yalnız mətbəx mebeli, taxta qapılar, isitmə sisteminə məxsus radiatorlar və qaz sobası olduğunu görmüşdür. Mətbəxt otağında pəncərənin qarşısında açar tapmışdır. Açarı giriş qapısında yoxlamış və görmüş ki, aşkar etdiyi açar giriş qapısınındır. Bundan sonra giriş qapısından həyətə çıxmış və qapını aşkar etdiyi açarla bağlamışdır. Evin arxa hissəsində bir ədəd kombi aşkar etmiş və həmin kombini oğurlamaq qərarına gəlmişdir. Bundan sonra kombini həyətdən tapdığ alətlərlə yerindən söküb götürmüşdür. Həyətdən çıxdığı zaman darvazanın içəridən açıq saxlamış ki, növbəti dəfə gələndə həyətə rahat daxil ola bilsin. Oradan yaşadığı evə getmiş və kombini həyətdə gizlətmişdir. Həmin günü qonşuluqda yaşayan X5 ilə görüşmüşdür. Ona oğurluq etmək fikirimi danışmış və ona kömək edəcəyi təqdirdə ona oğurluq nəticəsində əldə olunacaq əşyaları satdığdan sonra, əldə olunacaq pul vəsaitini böləcəklərini bildirmişdir. Hafiz onun təklifilə razılaşmışdır. Hafiz ona evdə olan əşyaların oğurladığdan sonra xalası oğlu Namirə sata biləcəyini söyləmişdir. xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində Hafizlə birlikdə həmin evin qarşısına gəlmişlər. Bir qədər ətrafa baxmışlar, heç kimin olmadığına əmin olduğdan sonra əvvəlcədən açıq qoyduğu darvazadan birlikdə həyətə daxil olmuşlar. Götürdüyü açarla evin qapısını rahatlıqla açmışdır. Bundan sonra Hafizlə birlikdə xalası oğlu Namiri gedib qarşılayaraq evə gəlmişlər. Namir evdə olan əşyalara baxmış və mətbəxt mebel dəstini, istilik radiatorlarını bəyəndiyini, həmin əşyaları alaçağını söyləmişdir. Onunla bir qədər danışdıqdan sonra razılaşmışlar və Namir getmişdir. Hafizin köməkliyi ilə mətbəx mebeleni və evin otaqlarında olan istilik sisteminə məxsus radiatorları həyətdən tapdıqları alətlərlə yerlərindən çıxarmışlar. Həmin əşyalarını ağır olduğundan piyada daşımaq mümükün olmadığına görə Hafiz evdən çıxaraq həmin əşyaları aparmaq üçün avtomobil axtarmağa getmişdir. Təxminən 20 dəqiqə sonra Hafiz dövlət qeydiyyat nişanını xatırlamadığı “Kia” markalı yük avtomobili ilə həmin evin qarşısında gəlmişdir. Hafiz həmin yük avtomobilinin sürücüsünə evin ona məxsus olduğunu və əşyaları satdığını söyləmiş və mətbəx mebelini, istilik radiatorlarını həmin yük maşınına yükləmişlər. Hafiz avtomobilə əyləşərək həmin əşyaları xalası oğlu Namirin evinə aparmışdır. Namir həmin əşyaları onlardan 270 manata almışdır. Əvvəlcədən danışdığları kimi həmin pulun 135 manatını Hafizə vermiş, 135 manatı isə özünə saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində yenidən əvvəlcədən razılaşdıqları kimi Hafizlə birlikdə həmin evin yanına gəlmişlər. Açıq qoyduqları darvazadan içəri daxil olmuşlar və giriş qapısını açarla açıb içəri daxil olmuşlar. Bu dəfə evin otaq qapılarını oğurlayıb satmaq qərarına gəlmişlər. Hafiz xalası oğlu Namirə zəng edərək otaq qapılarını satdığını bildirmişdir. Namirdə qapıları almağa razılığını vermişdir. Bundan sonra evin 04 dörd ədəd qəhvəyi rəngli taxta qapılarını çərçivəsi ilə birlikdə yerindən çıxartmışlar. Belə ki, Hafiz qapıları saxlamış, o, isə özü ilə gətirdiyi vintaçanla qapıların «petlələrini» açmışdır. Açdıqları qapıları Hafizlə birlikdə həyətə yığmışlar. Sonra həmin qapıların çərçivəlirini sökməyə başlamışlar. İlk olaraq o, çərçivələrin dekorativ üzlüklərini çıxartmışdır. Mətbəxtdən götürdüyü bıçaqla çərçivələri divara bitişik saxlayan qurumuş köpüyü kəsmişdir. Həmin zaman Hafiz çərçivəni tuturmuş. Qurumuş köpüyü kəsdikdən sonra Hafizin köməkliyi ilə çərçivləri yerindən çıxarıb həyətə yığmışlar. Sonra isə Hafizlə birlikdə yaşıl rəngli dəmir seyf qapını da fiziki güz tədbiq edərək çərçivəsindən çıxardıb yerə qoymuşlar. Hafiz ona bildirmiş ki, Namir həmin dəmir qapını almayacaq. O, isə ona demiş ki, narahat olma qapını özüm satacam. Hafiz yenidən əşyaları aparmaq məqsədi ilə avtomobil axtarmaq üçün evdən çıxıb getmişdir. Təxminən 10-15 dəqiqədən sonra dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes” markalı yük avtomobili ilə həmin evin qarşısına gəlmişdir. Hafiz həmin yük avtomobilinin sürüçüsünə evin ona məxsus olduğunu və əşyaları satdığını söyləmiş və taxta qapıları həmin yük maşınına yükləmişlər. Hafiz həmin yük avtomobili ilə Namirin yaşadığı evə getmişdir. O, isə yola çıxıb markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili saxladıb yük aparmaq lazım olduğunu bildirmişdir. Taksi sürücüsü onunla razılaşdığından birlikdə oğurluq etdiyi evə gəlmişlər. Orada dəmir qapını avtomobilə yükləmişlər. Onun göstərməsinə əsasən taksi sürücüsü avtomobili Kamal adlı tanışının yanına aparmışdır. Dəmir seyf qapını o, Kamal adlı tanışına 50 manata satmışdır. Hafiz isə 04 (dörd) ədəd taxta qapını Namirin evinə aparıb 120 manata satmışdır. Sonradan Hafizlə görüşüb pulu bölmüşlər. Taxta qapıların satışından əldə olunan pulları yarı bölmüşlər. Həmin pulun 60 manatı Hafizə, 60 manatı isə ona çatmışdır. Dəmir qapının satışından əldə etdiyi 50 manatı isə bölməmiş və özündə saxlamışdır. Bundan sonra isə evdən oğurladığı kombini də onunla qonşuluqda yaşayan X1 evinə apararaq, ona 50 manata satmışdr. Həmin puluda bölməmişdir. O, bu cinayət əməlini işsizlikdən törətmişdir, karantin rejimi olduğu üçün özünə iş tapa bilmirdi. O, əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə Sulutəpə qəsəbəsində sot yarım torpaq sahəsi almış və 2017-ci il tarixdə həmin torpaq sahəsində 3 otaq, 1 mətbəxt və sanitar qovşağından ibarət ev tikmişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində həmin evə gəldiyi zaman evin giriş qapısının yerində olmadığını aşkar etmişdir. Dərhal evin içərisinə daxil olmuş və oradan 4 ədəd taxta qapıların, 5 ədəd istilik radiatorlarının mətbəxt mebelinin, qaz peçinin, aspiratorun, evin bayır hissəsində divara bərkidilmiş kombi cihazının naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bildirmişdir ki, ona dəymiş ziyan ödənmiş, əməli törədən Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16:20 radələrində xalası oğlu və arvadının qardaşı X4 onunla əlaqə saxlayaraq, qısa müddət əvvəl tanışının özünə məxsus evini satdığını və hal hazırda həmin şəxsin evin mətbəx mebeli, istilik rodiatorlarını satdığını bildirmişdir. Həmin vaxtı onun yaşadığı evin mətbəx mebelinin olmadığına görə Hafisə həmin əşyalara baxmaq istədiyini bildirmişdir. H.Məmmədovla danışdıqdan sonra təxminən 15 dəqiqə sonra Binəqədi rayonu Sulutəpə qəsəbəsində görüşmüşlər. Hafis onun yanında evin sahibi kimi təqdim etdiyi Amid adlı şəxsə zəng eləmiş və onunla Binəqədi rayonu Sulutəpə qəsəbəsində ünvanını dəqiq xatırlamadığı yerdə görüşmüşlər. Təqsirləndirilən şəxs deməsinə görə onları özünə məxsus olan evə aparmışdır. Evin giriş qapısını Təqsirləndirilən şəxs cibindən çıxardığı açarla açmışdır. Hafis və o. Amidlə birlikdə evə daxil olmuşlar, orada mətbəx mebeli, istilik rodiatorlarına baxdıqdan sonra saz vəziyyətdə olduğlarına əmin olmuş və həmin aşyaları almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxslə aralarında baş tutan şifahi söbdələşməyə əsasən mətbəx mebeli və 5 ədəd istilik rodiatorlarını 300 manat sataçağına razılaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin əşyaları onun evinə Hafislə özünün gətirəcəylərini bildirmişdir. Bundan sonra oradan çıxaraq evinə getmişdir. Təxminən 2-3 saat sonra Hafis markasını və qeydiyyat nişanını xatırlamadığı yük avtomobili ilə həmin əşyalarını onun evin qarşısına gətirmişlər. Əşyaları onlarla birlikdə evinin ümumi həyətinə yerləşdirmişlər. 5 ədəd rodiatorun açarları üzərində olmadığından əvvəl danışdıqları kimi 300 manat yox 270 manat nəğd pulu Hafisə vermişdir. Daha sonra onlar cıxıb getmişlər. xx.xx.2020-ci il tarixdə Hafis onunla əlaqə saxlamış Təqsirləndirilən şəxs evinə məxsus 4 ədəd taxta qapıların, hər birini 40 manata satdığını bildirmişdir. Hafis ona təzə qapılar olduğunu söyləmiş, buna görədə həmin qaplarıda almaq istədiyini bildirmişdir. H.Məmmədovla aralarında baş tutan danışıqdan 2-3 saat sonra Hafis markasını və qeydiyyat nişanını xatırlamadığı yük avtomobili ilə həmin qapıları onun evin qarşısına gətirmişlər. Qapıları evinin ümumi həyətinə yerləşdirmişlər. Ümumilikdə 160 manat nəğd pulu Amidə vermişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “əməlin tövsif edilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinaət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamın elan edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında” 4(001)-431/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəlinin tutulduğu xx xxx 2020-ci il tarixdən hesablanması və s. qərara alınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2019cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid2 təqdim etdiyi uzunluğu 01 metr olan 05 ədəd istilik radiatorları, 4 paqon metr uzunluğunda olan MDF materialından hazırlanmış mətbəxt mebeli dəsti, 04 ədəd şpon materialından hazırlanmış qapı (2m x 0,90m çərçivəsi ilə birlikdə) götürülmüşdür. İş materiallarında olan “götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid3 təqdim etdiyi uzunluğu 01 ədəd metal qapı (çərçivəsiz) götürülmüşdür. İş materiallarında olan “götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid1 Bəxşiyeş oğlunun təqdim etdiyi uzunluğu 01 ədəd “Spart” markalı kombi götürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-164/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-39/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.2, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəh., Binəqədi Rayon Məhkəməsinin 1(001)164/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin olunmuş 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin edilmiş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixə (01 gün), xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxx 2017-ci il tarixə (05 ay, 28 gün), xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixə (01 gün), xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2017-ci il tarixə (02 gün) kimi həbsdə saxlandığı müddət (06 ay, 02 gün) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq, Təqsirləndirilən şəxs üzərində 03 (üç) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-76/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2789 saylı ekspert rəyindən görünür ki, fotoşəkilləri təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2620,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020ci il tarixli, 9/2789 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 metr olan 05 ədəd istilik radiatoru, 4 metr uzunluğunda olan MDF materialından hazırlanmış mətbəxt mebeli dəsti, 01 ədəd “Sparta” markalı kombi, 04 ədəd şpon materialından hazırlınmış qapı (2m x 0,90m çərçivəsi ilə birlikdə), 01 ədəd metal qapı (çərçivəsiz) maddi sübut hesab edilsin və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəlb olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 39/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli hökmü ilə 29, 177.2.2, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəh., Binəqədi Rayon Məhkəməsinin 1(001)164/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin olunmuş 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin edilmiş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixə (01 gün), xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxx 2017-ci il tarixə (05 ay, 28 gün), xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixə (01 gün), xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2017-ci il tarixə (02 gün) kimi həbsdə saxlandığı müddət (06 ay, 02 gün) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq, Təqsirləndirilən şəxs üzərində 03 (üç) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 17/54680 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən çəkilməmiş qalan cəzası 1 il 5 ay 21 gün təşkil edir. İş materiallarında olan “toplanmış sübutlara qiymət verilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və X2 əməli AR CM-nin 177.2.1 və 177.2.3-cü maddəsindən, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3- cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 01 metr olan 05 ədəd istilik radiatorun, 4 metr uzunluğunda olan MDF materialından hazırlanmış mətbəxt mebeli dəstinin, 01 ədəd «Sparta» markalı kombinin, 04 ədəd şpon materialından hazırlanmış qapının (2m x 0,90m çərçivəsi ilə birlikdə), 01 ədəd metal qapının (çərçivəsiz) dəyəri məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/2789 №-li rəyində göstərilən qiymətlər, 01 ədəd qaz sobası və 01 ədəd aspirator aşkar edilmədiyindən onların dəyəri Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi qiymətlər əsas götürülmüşdür. Təqsirləndirilən şəxs və X4 tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs məxsus 01 metr olan 05 ədəd istilik radiatorun, 4 metr uzunluğunda olan MDF materialından hazırlanmış mətbəxt mebeli dəstinin, 01 ədəd «Sparta» markalı kombinin, 04 ədəd şpon materialından hazırlanmış qapının (2m x 0,90m çərçivəsi ilə birlikdə), 01 ədəd metal qapının (çərçivəsiz) maddi sübut hesab edilməsi nəzərə alınmışdır. Bundan başqa həmin qərardan görünür ki, X5 barəsində axtarış elan edildiyndən və o, tutularaq istintaq orqanına təqdim edilmədiüyndən ********* №-li cinayət işinin materiallarından Hafis Məmmədov barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1.,177.2.2. və 177.2.3., cü maddələri ilə başqa cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olması zərərçəkmiş şəxsin, eləcə də şahidlərin verdikləri ifadələrlə, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hisləri keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hall kimi qiymətləndirir. Məhkəmə işin hallarını, eləcə də təqsirləndirilən şəxsin qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki, iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının xx xxx 2020-ci il tarixədək çəkilməmiş 01 (bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün hissəsi və ona təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - cəzaçəkmə müəssisəsinin “ciddi” rejimli növü müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış 05 ədəd 01 metr olan istilik radiatoru, 01 ədəd 04 metr uzunluğunda olan MDF materiallarından hazırlanmış mətbəx mebeli dəsti, 01 ədəd “Sparta” markalı kombi, 04 ədəd şpon materiallarından hazırlanmış qapı (2 m x 0,90 m çərçivəsi ilə birlikdə), 01 ədəd metal qapı (çərçivəsiz) Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NA BZ********************, SWİFT-BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-357, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının xx xxx 2020-ci il tarixədək çəkilməmiş 01 (bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün hissəsi ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd 01 metr olan istilik radiatoru, 01 ədəd 04 metr uzunluğunda olan MDF materiallarından hazırlanmış mətbəx mebeli dəsti, 01 ədəd “Sparta” markalı kombi, 04 ədəd şpon materiallarından hazırlanmış qapı (2 m x 0,90 m çərçivəsi ilə birlikdə), 01 ədəd metal qapı (çərçivəsiz) Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-379/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-379/2020
16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver