Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-379/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə saat 12 radələrində naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,359 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 21:00-da Binəqədi Rayon Polis İdarəsini 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədəndə yerləşən “Yum-Yum” restoranının yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və 27 yanvar 2024-cü il tarixdə saat 00:55-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,359 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müdətdir ki, psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Məscidin yaxınlığında tanımadığı şəxsən 10 manat ödəməklə bir büküm psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edib yenidən yaşadığı ünvana qayıtmış və gün ərzində həmin bükümü əynində olan göy rəngli cins şalvarının cibində saxlamışdır. Həmin günü axşam saat 21:00 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən “Yum-Yum” restoranının yaxınlığında tanışları X14 və X8 ilə birlikdə küçədə dayanıb söhbət edən zaman onlara mülki paltarda olan şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin istifadəsində onları şübhəli bildiklərinə görə 43-cü PB-yə gətirmişlər. Polis bölməsində hüquqları izah olunaraq şəxsi istəyi ilə dövlət hesabına ona müdafiəçi təqdim olunmuşdur. Müdafiəçi təqdim edildikdən sonra hüquqları müdafiəçinin iştirakı ilə ona yenidən izah olunmuşdur. Daha sonra ona bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcək və o müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Beləliklədə polis bölməsinin inzibati binasının otaqlarının birində polis əməkdaşları və videomüşahidə ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı bölməsində ona təklif etmişlər ki, üzərində olan qanunla qadağa edilmiş nə varsa təqdim etsin və o əynindəki göy rəngli cins şalvarımın sağ yan cibində saxladığı şəffaf selofana bülükmüş içərisində el arasında “patı” adlandırılan psixotrop maddə metamfetamin olan bükülünü könüllü olaraq masanın üzərinə qoyaraq həmin maddəni 26 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən Məscidin yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonda üzərindən aşkar olunmuş 01 ədəd büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Himayəsində xəstə anası və bacısı olduğunu nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 43-cü PB-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə X11, X8 və X5 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etmə, daşıma, saxlama və istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. X11, X8 və X5 cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 26 yanvar 2024-cü il tarixdə qərar qəbul edilməklə, 43-cü polis bölməsinin rəisi, polis mayoru Əhməd Məlikov tərəfindən 26 yanvar 2024-cü il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-in 43-cü PB-in əməliyyat müvəkkilləri, polis leytenantı X12, polis leytenantı X3, polis kiçik leytenantı X18, 43-cü PB-in sahə rəisi, polis baş leytenantı Şahid2, 43-cü PB-in sahə inspektoru, polis kapitanı X16 birlikdə həmin qrupa daxil edilmişdir. Binəqədi RPİ-in 43-cü PB-in əməliyyat müvəkkilləri, polis leytenantı X12, polis leytenantı X3, polis kiçik leytenantı X18, 43-cü PB-in sahə rəisi, polis baş leytenantı Şahid2, 43-cü PB-in sahə inspektoru, polis kapitanı X16 ilə birlikdə 26 yanvar 2024-cü il tarixdə saat 21.00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Yum-Yum” restoranının yaxınlığında olan zaman əlverişli şərait yarandığı üçün X11, X8 və X9 görüb onlara yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşı olduğunu demişlər. Bundan sonra onlar X11, X8 və X10 üzərində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və daşımasında şübhəli olduğunu deyərək onları saxlayıb 43-cü polis şöbəsinə gətirmişlər. Bu barədə 43-cü polis bölməsinin rəisi, polis mayoru Əhməd Məlikovun adına raport tərtib edərək, onun göstərişi əsasında hər üç şəxs ayrı-ayrı təhqiqatçılara həvalə olunmuş, X6 Binəqədi RPİ-in 43-cü PB-in təhqiqatçısı, polis mayoru Aqil Cəfərov təhvil vermişlər. X15 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, X11 şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı olmadan X4 üzərinə şəxsi axtarışı aparılmışdır. X7 üzərində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra X11 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı X11 bükümdə metamfetamin olduğunu, həmin bükümü xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. X4 təqdim etdiyi 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, tərtib olunan protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 43-cü sahə inspektoru Şahid2 eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 23-24). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə saat 21:00-da Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədəndə yerləşən “Yum-Yum” restoranının yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və 27 yanvar 2024-cü il tarixdə saat 00:55-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 36- 37). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/700 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” - sözlər, soyad və imzalar...” yazı əlavəsi qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,359 qram olan ağ rəngli, maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v 44-47). Şübhəli şəxsin saxlandığı MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 57). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 60-61). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 79-80). “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, DVD diskdə iki ədəd video videofayl vardır. Birinci videogörüntüyə baxış zamanı şəxsin üzərinə axtarış istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə başlanılır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Şəxsi axtarışın keçirilməsi ilə əlaqədar təhqiqatçı, polis mayoru Aqil Cəfərov tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Təhqiqatçının iş otağında polis əməkdaşları, təhqiqatçı və Təqsirləndirilən şəxs olduğu əks olunur. Onlar özlərini təqdim etdikdən sonra X15 vətəndaş Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmasında öncə ona üzərində qeyri-qanuni və dövriyyəsi qadağan olmuş vasitə olubolmamasını, varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən yerindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş halda olan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan ağ rəngli mənşəyi bilinməyə spesifik iyə məxsus naməlum maddə aşkar edilmişdir. Aşkar olumuş maddə ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə o həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Binəqədi rayonu ərazisində məscidin yaxınlığında tanımadığı şəxsdən 10 manat ödəməklə əldə etdiyini bildirmişdir. Daha sonra aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0,48 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən bükülmüş halda olan ağ rəngli kütlə, yəni psixotrop maddə metamamfetaminə bənzər maddə qablaşdırılaraq zərfə qoyulur və üzəri möhürlənərək imzalanır. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilir və həmin zərfin içərisinin boş olduğu müəyyən edilir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf rəngli sellofan büküm zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-in zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanır. Şəxsi axtarış və götürmə xidməti iş otağında aparılır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi bildirilir. İkinci videogörüntüdə keçirilən hərəkət protokolaşdırılır və şəxslər tərəfindən imza edilir. Şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə yekunlaşır. Protokol iştirakçılara ucadan oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmur, protokolun düzgünlüyü imzalarla təsdiq olunur (cild 1, i.v 83-84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 577 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.88-89). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 0,359 qram psixotrop maddə metamamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,309 qram saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, i.v 91). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın çəkilməsi qaydalarını pozduğu üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il 1 ay 8 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında cəzasının çəkilməmiş 4 ay 4 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (cild 1, i.v 102-102). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələr aludəçisi olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 ay 4 gün hissəsi ona hazırkı hökmlə təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 577 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,309 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 4 (dörd) gün hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 0,309 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-379/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-379/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver