Məhkəmə qərarları › İş №1(001)-38/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-38/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-38/2021 05.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1969-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən yenitikilmiş nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, subay, “Sədərək” ticarət mərkəzində mühafizəçi işləyən, Çəncə şəhəri X13 prospekti ev 54 a ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 9 ünvanda yeni tikilmiş nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Binəqədi rayonu 2-ci mədən, korpus 68, ev 145 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında İltizan” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib, saxlamaqla, daşıyaraq satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,548 qram çəkidə narkotik vasitə heroini və 0,538 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, daşımaqla üzərində saxlamış, xx xxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlığında Təqsirləndirilən şəxs3 həmin narkotik vasitə heroindən 0,250 qram çəkidə olan hissəsini və psixotrop maddə metamfetamindən 0,287 qram çəkidə olan hissəsini 15 manat müqabilində, Təqsirləndirilən şəxs2 həmin psixotrop maddə metamfetamindən 0,251 qram çəkidə olan hissəsini 5 manat müqabilində satmış, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra onların üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 həmin gün saat 19:50-də Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlığında saxlanılıb ünvan 4 ünvanınmda yerləşən RPİ-nin 43-cü PB-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan yaşıl rəngli üst geyiminin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,298 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq Təqsirləndirilən şəxs1 şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini alıb özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2, xx.xx.2020-ci il tarixdəsaat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlığında Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq 1 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,251 qram psixotrop maddə olan metamfetamini 5 manata əldə edib üzərində saxlamaqla daşımış, Binəqədi RPİ-ni 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 14:40-da Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin qarşısında saxlanılıb ünvan 4 ünvanında yerləşən RPİnin 43-cü PB-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən müəyyən olunan bir ədəd “Rohmans” markalı siqaret qutusunun içərindən gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,251 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq Təqsirləndirilən şəxs1 şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini alıb üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs3, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlığında Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq 01 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,287 qram psixotrop maddə olan metamfetamini və 01 büküm təmiz çəkisi 0,250 qram narkotik vasitə olan heroini 15 manata əldə edib üzərində saxlamaqla daşımış, Binəqədi RPİ-ni 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 14:40-da Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin qarşısında saxlanılıb ünvan 4 ünvanında yerləşən RPİ-nin 43-cü PB-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində boz rəngli gödəkçənin içəri sol döş cibindən kibrit qutusunun içərisində 01 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,250 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,287 qram kustar üsulla hazırlanmış psixotrop maddə medamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik və psixotrop maddələrin satışı ilə məşğuldur. Narkotik və psixotrop maddələrin satışı ilə məşğul olan zaman Bakı şəhəri Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən məscidin yanında İbrahim adlı şəxslə tanış olmuş və İbrahim ona narkotik vasitə və ya psixiotrop maddə lazım olanda oraya gedib ondan ala biləcəyini bildirmişdir. O da narkotik vasitə lazım olanda Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən məscidin yaxınlığına gedərək İbrahimi tapıb İbrahimdən alırdı. Narkotik vasitə aldıqdan sonra müxtəlif şəxslərə sataraq pul əldə edirdi. Təxminən xx xxxxx 2020-ci il tarixdə satış məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən məscidin yaxınlığında İbrahim adlı şəxslə görüşmüş və orada İbrahimə 360 manat pul verib narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almış və həmin vaxtdan narkotik və psixotrop maddələri xırda bükümklərə ayıraraq tanımadığı şəxslərə satsa da, aldığı narkotik vasitə olan heroindən 02 büküm və psixotrop maddə olan metamfetamindən 02 büküm qalmışdır. Buna görə də, o, xx xxx 2020-ci il tarixdə saat 12 radələrində 02 ədəd bükümdə olan heroini və 02 ədəd bükümdə olan metamfetamini satmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlığına getmişir. Həmin vaxt o, orada onunla bir məhəllədə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs3 görmüşdür. Ağamməd onun narkotik vasitələrin satışı ilə məşqul olduğunu bilmişdir. Həmin vaxt Ağammədin yanında bir nəfər də şəxs olmuşdur. Ağamməd və yanında olan şəxs ona yaxınlaşaraq görüşdükdən sonra Ağamməd ona narkotik vasitə almaq istədiklərini bildirmişdir. O da Ağammədi tanıdığı üçün ona narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin sata biləcəyini bildirmişdir. Ağamməd onunla razılaşdıqdan sonra Ağamməd və yanında olan adını sonradan Məhəmməd olduğunu öyrəndiyi şəxs ona ümumilikdə 20 manat pul vermişlər və o da həmin pulun qarşılığında Asğamməd və Məhəmmədə 02 ədəd bükümdə olan metamfetamini və 01 ədəd bükümdə olan heroini vermişdir. Bundan sonra o, Ağamməddən ayrılıb şəxsi işlərinin arxasınca getmişdir. Bundan sonra o, üzərimdə olan 01 ədəd bükümdəki heroini də satmaq qərarna gəlmişdir. Buna görə də, həmin gün, yəni xx.xx.2020-ci il tarixdə təxminən saat 19:50 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlığından olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər, o da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan yaşıl rəngli üst geyimin sağ yan cibində saxladığı 1 ədəd gümüşü rəngli kağız bükümü və həmin üst geyimin sol yan cibində saxladığı 2 ədəd beş manatlıq, 1 ədəd on manatlıq əskinaslardan ibarət pulları yəni, 20 (iyirmi) manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılsada onun üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisində nə olduğunu soruşanda, o, həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini təxminən bir həftə önçə Bakı şəhəri Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən məscidin yanından İbrahim adlı şəxsdən satış məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış onun və iştirakçıların iştirakı ilə həmin maddəllər zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, Bakı şəhəri Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən məscidin yanından İbrahim adlı şəxsdən 360 manata pul verib narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə almışdır. O, narkotik vasitə almaq üçün Bakı şəhəri Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən məscidin yaxınlığında İbrahim adlı şəxslə görüşmək üçün İbrahimlə əlaqə saxlamamışdır. O, həmin yerdə gedib təsadüfən həmin şəxsi tapa bilsə ondan narkotik vasitə almış, tapa bilməsə isə almamışdır. Təqsirləndirilən şəxs3 ilə bir məhəllədə qonşuluqda yaşamışdır. Ağammədlə arasında narkotik vasitələrin satışı ilə əlaqədar heç bir razılıq olmamış və bu barədə heç vaxt danışmamışlar. Üzərindən aşkar olunmuş 02 ədəd 5 manatlıq və 01 ədədə 10 manatlıq kağız əskinasdan ibarət pullar narkotik və psixotrop maddələrin satışından əldə etdiyi pullardır. Həmin pulları Təqsirləndirilən şəxs3 və Məhəmməd adlı şəxsə 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 02 ədəd bükümdə psixotrop maddə olan metamfetamin sataraq əldə etmişdir. Əməlindən səmimi peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 aya yaxın müddətdir ki, o, el arasında “şüşə” kimi adlanan psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində o, tanışı Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində Lallar fabrikinin yaxınlığında görüşdür. Onlar qeyd etdiyi ünvanın yaxınlığından keçdikləri zaman, Kübra adlı narkotik maddələrin satışı ilə məşqul olan qadını görmüşlər və həmin vaxt onar elə razılaşmışlar ki, narkotik maddə alıb istifadə etsinlər. Həmin vaxt onlar ikisi də Kübraya yaxınlaşaraq narkotik maddə heroin və psixotrop maddə olan metamfetamin almaq istədiklərini bildirmişlər. Kübra özündə heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin vaxt o, 5 (beş) manat və tanışı Təqsirləndirilən şəxs3 isə 15 (on beş) manat pul qoymuş və onlar 20 (iyirmi) manat pulu Kübraya vermişlər. Kübra onlardan 20 manatı qəbul etdikdən sonra onlara üç büküm verərək bildirmişdir ki, 2 bükümdə psixotrop maddə olan metamfetamin və bir bükümdə isə narkotik maddə olan heroin vardır. Onlar Kübradan həmin bükümləri götürdükdən sonra bir büküm metamfetamini o, götürmüş və qalan 2 bükümü isə Təqsirləndirilən şəxs3 götürüb öz üzərində saxlamışdır. O, həmin metamfetamini üzərində olan “Rothsmans” markalı siqaret qutusunun içərisində gizlətmişdir ki, istədiyi vaxt istifadə etsin. Onlar Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində gəzib söhbət etmişlər. Həmin günü yəni xx xxx 2020-ci il tarixdə təxminən saat 14:40 radələrindəonlar Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlığında gəzdikləri zaman iki nəfər mülkü geymli şəxslər onlara yaxınlaşaraq, özlərinin polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər önçəonlaran anket məlumatlarını soruşduqda, o, polis əməkdaşlarına adının Məhəmməd, soyadının isə Həbibov olduğunu bildirmişdir. Eyni zamanda həmin polis əməkdaşları onun yanında olan Ağammədində anket məlumatlarını soruşduqdan sonra onları Binəqədi RPİ-nin 43cü polis bölməsinə dəvət etmişlər və onlar da, buna etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə getmişlər. Polis bölməsinin inzibati binasında olan xidməti otaqlardan birində ona hüquq, vəzifələri izah olunmuş və bundan sonra hüquqlarım müdafiə olunması üçün polis bölməsinə müdafiəçi dəvət olunmuşdur. Daha sonra polis əməkdaşları onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını, olduğu halda könüllü təqdim etməyim təklif olunmuşdur. Həmin vaxt video çəkiliş aparılmaqla ona hüquq və vəzifələrim izah olunmuş və o, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Rohmans” markalı siqaret qutusunu, həmin gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli, özünə məxsus “İphone 5 S” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılsa da,onun üzərindən başqa heç bir əşya müəyyən olunmamışdır. Sonra həmin siqaretin içərisinə baxış keçirilən zaman bir büküm aşkar olunmuş və həmin büküm açılan zaman içərisində psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı o, həmin bükümün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni öz şəxsi istifadəsi üçün xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində Lallar fabrikinin yaxınlığında Kübra adlı qadından aldığını bildirmişdir. O, əməlindən peşman olduğunu bildirərək ona kömək olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2-3 aydır ki, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir. xx xxx 2020-ci il tarixdə saat 12:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Lallar fabrikinin yaxınlığında olan zaman onunla qonşuluqda yaşayan Kübra adlı şəxsdən 15 manat o, 5 manat Məhəmməd qoymaqla ümumilikdə 20 manat pul verib özünə iki büküm, tanışı Təqsirləndirilən şəxs2 isə bir büküm olmaqla ümumilikdə üç bükümü, şəxsi istifadələri üçün iki büküm psixotrop maddə hesab olanan metamfetamin və bir büküm heroin şəxsi istifadəsi üçün almışlar. Bir büküm psixotrop maddə hesab olanan metamfetamin və bir büküm heroin üzərində olan kibrit qutusunun içərisinə yerləşdirmişdir. Həmin günü saat 14:40 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Lalar fabrikinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada gedərkən iki nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları onu Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin inzibati binasına dəvət etmişlər və o, razılaşaraq polis əməkdaşları ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin inzibati binasına gemişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etmək təklif olunmuş, o da əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “İphone” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən bir ədəd boz metal rəngli Nokia markalı mobil telefonu, əynimdə olan boz rəngli gödəkçənin sol iç döş cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş və kibrit qutusunun içərisində iki bükümün olduğunu, ağ rəngli kağız bükümün içərisində psixotrop maddə hesab olunan metamfetamin və gümüşü rəngli kağız bükümün içərisində isə narkotik vasitə hesab olunan heroin olduğunu söyləmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərimdən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, əməlindən peşman olduğunu bildirərək ona kömək olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri RPİ-nin 43-cü PBnin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışında şübhəli olduğuna görə Binəqədi RPİnin 43-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 və Binəqədi RPİ-nin 43-cü polis bölməsinin sahən inspektoru Şahid2 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə saat 19:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən Lallar fabrikinin adlı yerdə saxlanılaraq 43-cü polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçrilməsi üçün təhqiqatçı Emil Abbaszadəyə təhvil vermişlər. X12 Həsənovanın hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onun və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyya müvəkkili Şahid4 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır.Şəxsi axtarış keçirməmişdən əvvəl Kübraya üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Kübra da əynində olan yaşıl rəngli üst geyiminin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü, həmin üst geyimin sol yan cibindən 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manat kağız əskinasdan ibarət pulları çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Kübranın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Kübranın üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra Kübranın təqdim etdiyi 1 ədəd gümüşü rəngli kağız bükümə baxış keçrilmiş və baxış zamanı bükümün içərisində açıq qəhvəyi rəngli toz şəkilli heroinə oxşar maddə olması aşkar olunmuşdur. Kübradan 01 ədəd bükümün içərisində nə olduğunu soruşduqda Kübra həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmçinin sorğu zamanı Kübra saxlanılmamışdan bir həftə əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində İbrahim adlı şəxsdən 360 manata 15 qram çəkidə narkotik vasitə heroin aldığını, həmin heroini bükümlərə ayıraraq satdıqdan sonra üzərindəüç büküm qaldığını, həmin üç bükümlərdən ikisini həmin günü 20 manata satdığını, üzərindən aşkar olunmuş 1 ədəd bükümü isə satmaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Kübranın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Kübra tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin polis əməkdaşı Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri RPİ-nin 43-cü PBnin əməliyyat müvəkkili X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də, Şahid5, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid7 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra Əliyev X6 birlikdə məlumat əsasında saat 14:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşəşn Lallar fabriki adlı ünvana getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Məhəmməd və Ağammədin əlamətləri ilə üst-üstə düşən iki nəfər şəxsin orada olmasını və özlərini şübhəli apardığını görüb, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü xx.xx.1996-cı ildə ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2, digəri isə xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 68 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs3 kimi təqdim etmişdir. Onlar Məhəmməd və Ağammədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları saxlamışlar. Təqsirləndirilən şəxs2 və X7 RPİ-nin 43-cü PB-nə dəvət etmişlər, Məhəmməd və Ağamməd buna etiraz etmədikdən sonra onları PB-nə apararaq barələrində araşdırma aparılması üçün təhqiqatçı Fuad Alıyevə təhvil vermişlər. Fuad Alıyev, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Məhəmmədi şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Məhəmmədə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Məhəmməd də, əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd göy rəngli "Rotmons" markalı siqaret qutusunu, həmin gödəkcənin sol yan cibindən 1 ədəd "İphone 5S" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Məhəmmədin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Məhəmmədin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra Məhəmmədə təqdim etdiyi "Rotmons" markalı siqaret qutusunu açması təklif edilmişdir. Məhəmməd də "Rotmons" markalı siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və 1 ədəd siqareti çıxarıb masanın üzərinə qoymuşdur. Həmin 1 ədəd gümüşü rəngli siqaret kağızına baxış keçrilmiş və baxış zamanı bükümün içərisində ağ rəngli kristallik şəkilli metamfetaminə oxşar maddə olması aşkar olunmçuşdur. Məhəmməddən 01 ədəd bükümün içərisində nə olduğunu soruşduqda Məhəmməd həmin büküm içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2020-ci il tarixdə saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə özü 5 manat, Təqsirləndirilən şəxs3 isə 15 manat pul qoymaqla ümumilikdə 20 manata Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Lallar fabrikinin yaxınlığında Kübra adlı şəxsdən özünə 1 büküm, Təqsirləndirilən şəxs3 isə 2 büküm şəxsi istifadələri üçün aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Məhəmmədin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Məhəmməd tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/633 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,298 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı l) daxildir. Tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,248 qram. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020ci il tarixli, 6/633 saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 4(001)-397/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi və s. qərara alınmışdır. İş materiallarında olan “maddi sübut kimi tanıma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin çəkisi 0,298 qram olmuş narkotik vasitə olan heroin sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınması və qalıq qalmış 0,248 qram çəkidə narkotik vasitə olan heroin məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “Cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair isintaq edilən ********* saylı nömrəli cinayət işinə birləşdirilməklə, ibtidai istintaq ********* nömrəli cinayət işi altında davam etdirilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/632 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,251 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l) daxildir. Tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,201 qram. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020ci il tarixli, 6/632 saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2020-ci il tarixli Binəqədi rayon prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Ramil Məmmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs2 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs2 Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və s. qərara alınmışdır. İş materiallarında olan “maddi sübut kimi tanıma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin çəkisi 0,251 qram olmuş psixotrop maddə olan metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınması və qalıq qalmış 0,201 qram çəkidə psixotrop maddə olan metamfetamin məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “Cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* cinayət işinə birləşdirilməklə, eyni icraatda birləşdirilmiş cinayət işi ********* nömrəli cinayət işi altında Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/631 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Bayramov Ağaməmməd” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,250 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroindir və bir ədəd bükümdə təmiz çəkisi 0,287 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l) daxildir. Tədqiqata sərf edildi heroin – 0,05 qram, qalıq – 0,200 qram, metamfetamin – 0,05 qram, qalıq – 0,237 qram. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020ci il tarixli, 6/631 saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2020-ci il tarixli Binəqədi rayon prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Cəfər Nəzərovun xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs3 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs3 Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan “maddi sübut kimi tanıma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin çəkisi 0,287 qram olmuş psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə ilkin çəkisi 0,250 qram olmuş narkotik vasitə olan heroinin sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınması və qalıq qalmış 0,237 qram çəkidə psixotrop maddə olan metamfetamin və qalıq qalmış 0,200 qram çəkidə narkotik vasitə olan heroin məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 1450 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 1454 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 1593 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə yenidən ittiham elan olunması və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirini nəzərə alınması, Təqsirləndirilən şəxs2 Vahangir oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunması və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunması və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin çəkisi 0,298 qram olmuş narkotik vasitə olan heroin sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmış və qalıq qalmış 0,248 qram çəkidə narkotik vasitəolan heroin saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsini, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin çəkisi 0,251 qram olmuş psixotrop maddə olan metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınması və qalıq qalmış 0,201 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsinin, Təqsirləndirilən şəxs3 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin çəkisi 0,287 qram olmuş psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə ilkin çəkisi 0,250 qram olmuş narkotik vasitə olan heroinin sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmış və qalıq qalmış 0,237 qram çəkidə psixotrop maddə olan metamfetamin və qalıq qalmış 0,200 qram çəkidə narkotik vasitə olan heroin məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 03 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd B65457535 və C19365102 nömrəli 5 manatlıq və 01 ədəd A16226522 nömrəli 10 manatlıq əskinasdan ibarət pul əskinasları sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi və s. qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş yeni ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yeni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş yeni ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yeni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş yeni ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Binəqədi rayon prokuroru Nazim İmanovun qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ev dustaqlığında saxlanılma müddətinin uzadılmasına dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Məmmədovun vəsatətinin təmin edilməməsi və təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarından məlum olur ki, X2 üzərindən elektron nəzarət vasitəsinin açılmasına dair Binəqədi rayon prokurorunun ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətin təmin ediləmsindən imtina edilməsinə dair qərar icraya yönəldilməmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan məlum olur ki, elektron nəzarət vasitəsi X2 üzərindən xx.xx.2021-ci il tarixdə Binəqədi rayon məhkəməsinin inzibati binasında barəsində qəbul edilmiş eyni tarixli hökmə əsasən açılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafedici ifadələri ilə yanaşı və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etmələrini, peşman olmalarını və əvvəllər məhkum olmamalarını onların cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğu iş materialları, digər təqsirləndirilən şəxslərin və şahidlərin verdikləri ifadələrlə, ekspertiza rəyləri və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməli düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsə alındığı müddət, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsə də icraya yönəldilmədiyndən, üzərində elektron nəzarət vasitəsi saxlanıldığından və faktiki olaraq barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edildiyindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və faktiki olaraq ev dustaqlığında saxlandığı müddət bir günə bir gün hesabı ilə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza təhqiqatından sonra Binəqədi RPİ-nin Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş 0,248 qram olan 01 ədəd bükümdə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1 tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini və eyni zamanda yüngülləşdirici halların olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 9, fərdi tikilmiş evdə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs2 tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 0,201 qram olan 01 ədəd bükümdə olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd CD video disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8 ünvanda çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri X5 həvalə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs3 tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 0,237 qram olan 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 0,200 qram olan 01 ədəd bükümdə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd CD video disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd B65457535 və C19365102 nömrəli 5 manatlıq və 01 ədəd A16226522 nömrəli 10 manatlıq əskinas hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Bəxtiyar qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Bəxtiyar qızı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxx 2020-ci il tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Bəxtiyar qızından tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,248 qram olan 01 ədəd bükümdə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,201 qram olan 01 ədəd bükümdə olan psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs3 aşkar olunaraq götürülmüş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,237 qram olan 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,200 qram olan 01 ədəd bükümdə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd DVD formatlı disk cinayət işi materialında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd B65457535 və C19365102 nömrəli 5 manatlıq və 01 ədəd A16226522 nömrəli 10 manatlıq əskinas hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 qaytarılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar