Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-38/2022 21.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və “MBM” Vəkil Bürusunun vəkili X3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci ildə Cəbrayıl rayonu, Tinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, himayəsində 03 (üç) azyaşlı övladı olan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Neft Emalı müəssisələri üzrə Yanğından Mühafizə dəstəsinin 12 nömrəli Yanğından mühafizə hissəsinin inspektoru vəzifəsində işləmiş, Cəbrayıl rayonu, Tinli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, baxılan cinayət işi üzrə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə Bərdə rayon Məhkəməsinin 29 avqust 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3; 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 27 avqust 2021-ci il tarixdən hesablanmaqla “həbs qətimkan” tədbiri seçilmiş, daha sonra isə Gəncə Apellyasiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3; 178.2.4 və 32.4, 312.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, 20 aprel 2017-ci il tarixli, 0341/ş nömrəli əmrlə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Neft emalı müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 12 nömrəli Yanğından mühafizə hissəsinin inspektoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin sentyabr ayının əvvəllərində cinayətdən xəbərsiz tanışı Şahid4 vasitəsilə Şahid1 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Cəbrayıl rayon X6 hissəsində işə düzəlməsinə köməklik göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra Şahid1la 2020-ci ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən olunmayan gündə telefon danışıqları zamanı özünün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışının olduğunu ona yalandan bildirib, həmin tanış vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid1 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Cəbrayıl rayon X6 hissəsində xidmətə təyin olunacağını yalandan vəd edərək, Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 12 sentyabr 2020-ci il tarixdə sonuncunun cinayətdən xəbərsiz olan qohumu Şahid2lə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesində Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən “Neptun” marketin qarşısında görüşləri zamanı Şahid1 məxsus 10.000 (on min) manat pulu Şahid2 alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2009-cu ildən başlayaraq Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Neft emalı müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 12 nömrəli Yanğından mühafizə hissəsinin inspektoru vəzifəsində, daxili xidmət kapitanı rütbəsində işləmişdir.Şahid1 əvvəldən tanımamış, onunla arasında ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqələri olmamışdır, hazırda da yoxdur.İlk dəfə Əlağa ilə 2020-ci ilin sentyabr ayında sonuncu ona zəng edən zaman telefon vasitəsilə danışıb tanış olmuşdur.Belə ki, tanışı Şahid4 2020-ci ilin sentyabr ayının əvvəllərində ona zəng edərək Əlağa adlı dostunu Fövqəladə Hallar Nazirliyində X6 Dəstəsində işə düzəltməyə kömək edə bilibbilməyəcəyini soruşmuşdur.Özü Cavidi həmkəndlisi və ailəvi dostu Şahid3 vasitəsilə tanımışdır.Belə ki, Cavidlə Allahşükürün qohumluq əlaqələri vardır və bir neçə dəfə bir yerdə görüşmüşlər və Cavid də onların qurumunda işlədiyindən münasibətləri yaranmışdır.Özü hər zaman bacarıqlı bir işçi olduğundan, həm də Nazirlikdə çoxlu insanlarla əlaqələri, ünsiyyəti olduğundan Cavid işlə bağlı məhz ona müraciət etmişdir.Şəxsi işləri ilə bağlı maddi çətinlikləri yarandığından bir çox şəxslərə borcu, banka krediti vardır.Caviddə işlə bağlı müraciət etdikdə o, Əlağaya aid sənədləri götürüb Nazirliyə verməyi, əgər uyğun olarsa Əlağanın öz yanında işə götürülməsini və Əlağadan aldığı pulla isə borclarını ödəməyi düşünmüş, çətin vəziyyətdə olduğundan öz borclarını ödəmək fikrində olmuş, bundan başqa Əlağaya qarşı pis bir niyyəti olmamışdır.Buna görə də, ilk danışıqlarında Cavidə razılıq vermiş, nömrəsini Əlağaya verməsinə etiraz etməmişdir.Bundan bir neçə gün sonra Əlağa ona zəng etmiş və danışıq zamanı özü Əlağadan haranı bitirməyi barədə soruşub bəzi məlumatları aldıqdan sonra, Əlağa ona bildirmişdir ki, FHN-nin Cəbrayıl rayon Yanğından Mühafizə Xidmətinə işə düzəlmək istəyir.Özü həmin məsələnin həll olunası məsələ olduğunu, rəhbərlikdə yaxın adamı olduğunu bildirərək bunun müqabilində, yəni işə düzəlməyi müqabilində Əlağadan 10.000 manat pul istəmiş və işə düzəldikdən sonra isə 2.000 manat da “şirinlik” verəcəyini bildirmişdir.Əlağa özü Biləsuvar rayonunda olduğundan onun nömrəsini Bakı şəhərində yaşayan bibisioğlu Şahid2 vermişdir ki, Anar onunla görüşsün.Anar ona zəng etmiş və onlar Xırdalan şəhərində görüşüb tanış olmuş, söhbət edib məsələ barədə danışmışlar.Bundan bir neçə gün sonra, təxminən 2020-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesində yerləşən Neptun marketin qarşısında Anarla görüşmüş və Anar ona 10.000 manat pulu vermişdir.Özü pulu qəbul edib saymış və Anarla sağollaşıb ayrılmışdır.Pulu aldıqdan sonra müəyyən borclarını vermiş, bir müddət sonra müharibə başladığı üçün iş məsələsi də uzanmış və özü də heç kimin qəbuluna gedib bu barədə müraciət etməmişdir.Bundan sonra bir dəfə də Əlağa narahat olmasın deyə o, işə düzəlməklə bağlı müvafiq sənədlərin siyahısını göndərmişdir ki, Əlağa həmin sənədləri toplayıb göndərsin.Əlağa da sənədləri toplayıb ona göndərmiş və o, sənədləri götürdükdən sonra Əlağaya hərbi həkim komissiyasından keçmək üçün çağırılacağını bildirmişdir.Bundan sonra isə ölkə ərazisində Covid-19 pandemiyası ilə əlaqədar karantin şərtləri sərtləşdirildiyindən dövlət orqanlarının da fəaliyyətində zəifləmə olmuş və özü yenə də, Nazirlikdə işləyən heç bir şəxsdən Əlağanın məsələsi barədə heç nə soruşa bilməmiş və buna görə Əlağaya bir qədər də gözləməli olduğunu bildirmişdir.Digər borcları olduğuna görə Əlağanın da pulunu qaytara bilməmiş və Əlağa da səbrli olmayaraq şikayət etmək istəmişdir.Sonra bir həmyerli kimi Allahşükürün də sözünü eşidər deyə Allahşükürə də demişdir ki, Əlağa ilə danışıb müəyyən vaxt istəsin.Lakin Əlağanın işi öz yanından düzəlməmiş və özü də çalışıb Əlağanı işə düzəldə bilməmişdir.Buna görə də, Əlağa onun barəsində Fövqəladə Hallar Nazirliyinə şikayət ərizəsi yazmış, sonuncunun şikayəti əsasında onu və Allahşükürü nazirliyə dəvət edərək izahatlarını almışlar.Bundan sonra o, Allahşükürlə Əlağanın evinə, yəni Biləsuvar rayonuna getmişlər.Orada Əlağa ilə görüşüb ondan şikayətini geri götürməsini xahiş etmiş və özü 2021-ci ilin aprel ayının sonunadək almış olduğu 10.000 manat pulu geri qaytaracağını bildirmişdir.Əlağa da 2021-ci ilin aprel ayının sonlarında Bakı şəhərinə gəlib onunla görüşmüş və o, Əlağaya 6.000 manat pul qaytarıb o qədər pul düzəldə bildiyini, yazdığı şikayət ərizəsini geri götürməsini Əlağaya bildirib bir neçə günə banklardan kredit götürərək qalan 4.000 manatı da qaytaracağı barədə söz vermişdir.Bundan sonra Əlağa da notarial qaydada təsdiq olunmuş ərizə yazaraq teleqram şəkilində Fövqəladə Hallar Nazirliyinə göndərmişdir.Lakin müvafiq şikayət əsasında onun xidməti vəsiqəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən alındığından banklardan kredit götürə bilmədiyi üçün Əlağanın pulunu qaytara bilməmiş və digər borcları da olduğundan əlavə olaraq heç kəsdən borc da ala bilməmişdir.Özü Əlağadan aldığı pulu heç kəsə verməsə də, düşünmüşdür ki, Əlağanın sənədləri Nazirlik tərəfindən qəbul olunar və onu işə götürərlər, özü də aldığı pula borclarını qaytarar.Lakin Əlağanın işi həll edilməmişdir.Hazırda da törətmiş olduğu əməli səmimi olaraq etiraf edir, əməlindən peşmandır, ilk dəfədir ki, bu cür işlə qarşılaşır və əvvəllər heç vaxt belə bir iş görməmişdir.İlkin araşdırmalar zamanı nazirliklərinə və Baş idarəyə izahat verərkən törətmiş olduğu əməli etiraf etməmişdir.Buna səbəb işini itirəcəyindən, tutulmağından qorxması olmuşdur.Hazırda isə əsl həqiqəti, hadisələrin necə baş verdiyini məhkəmədə tam dəqiq və ətraflı şəkildə qeyd edir.Bundan başqa, Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, Allahşükürün bu məsələdə heç bir rolu olmamış, sonuncu ilə əvvəldən danışmamış, Allahşükür yalnız o deyəndən sonra müəyyən vaxt almaq üçün Əlağa ilə danışmışdır.Özü Əlağanın işini kiminsə vasitəsilə düzəltməyi barədə dəqiq heç bir söz deməmiş, ad çəkməmiş, belə bir şəxsdə olmamışdır.Borcları olduğuna görə həmin pulu Əlağadan götürmüşdür ki, iş düzəlsə borclarını verər, düzəlməsə də, vaxt alıb pulu düzəldib geri qaytarar.Lakin digər borcları da olduğundan həmin pulu düzəldə bilməmişdir.Onun özünün heç kəsi işə düzəltmək səlahiyyəti yoxdur, əvvələr də olmamışdır və əvvəllər heç kəsi işə düzəltməmiş, nə də ki, vasitəçilik, köməkçilik etməmişdir.Əlağadan 10.000 manat pulu onu işə düzəltmək adı ilə almış, lakin işi düzəldə bilməmişdir.Pulu aldıqda Əlağaya söz versə də, belə bir səlahiyyəti olmadığını bilmiş, lakin düşünmüşdür ki, sənədləri Nazirliyə verər, bəlkə də, Əlağa işə düzələr və pulda onda qalar. Cinayət işi materiallarında olan CD diskdəki səs yazıları ona məxsusdur, onunla Əlağa arasında olmuşdur.Səs yazılarından da göründüyü kimi Əlağadan pul aldığını etiraf edir, səmimi peşmandır, vurmuş olduğu ziyanı ödəmişdir.Həqiqətdə özü Əlağanı heç kəsin vasitəsilə işə düzəldə bilməyəcəkdi. Danışıq əsnasında Əlağadan işə düzəlməyi müqabilində 10.000 manat pul istəyib və işə düzəldikdən sonra isə ona 2.000 manat “şirinlik” verəcəyini demişdir ki, Əlağa ona inansın, 10.000 manatın ona deyil, işi həll edən şəxsə çatacağını bilsin.Özü Əlağaya ad çəkməmiş və elə bir şəxsdə olmamışdır. Əlağanın öz yanından işə düzəlsə belə, özünün 2.000 manat almaq fikri olmamışdır, çünki Əlağa ilə bu barədə danışdıqda onu işə düzəldə bilməyəcəyini bilmişdir.Özünün məqsədi 10.000 manatı alıb borclarını qaytarmaqdan ibarət olmuşdur.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və himayəsində 03 (üç) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, vurulmuş ziyanı ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 1993-cü ildə 1ci Qarabağ müharibəsi zamanı ailəsi Cəbrayıl rayonundan çıxaraq məcburi köçkün kimi ilk olaraq İmişli rayonunda məskunlaşmış, o, özü də İmişlidə anadan olmuşdur.1993-cü il tarixdən 2004-cü il tarixə kimi İmişli rayonunda yaşamış, 2004-cü ildən hazıra kimi isə Biləsuvar rayonunun, Cəbrayıl qəsəbəsində yaşayırlar.2017-ci ildə Sumqayıt Dövlət Texniki X5 Təşkili fakültəsini bitirmiş, 2017-2019-cu illərdə Müdafiə Nazirliynin Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəsində əsgər qismində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra yaşadığı Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsində müxtəlif tikintilərdə fəhləliklə məşğul olmuş, daimi iş yeri olmamışdır və hazırda da heç yerdə işləmir.Biləsuvar rayonu 11-ci Cəbrayıl qəsəbəsində yaşayan dostu Şahid4 ilə 2020-ci ilin sentyabr ayının əvvəllərində mobil telefon vasitəsilə danışıb ümumi söhbət edərkən işsizlikdən söz düşmüşdür.Cavidi 2015-ci ildən tanımışdır.Belə ki, onlar hər ikisi İmişli rayonunda “Azpetrol” yanacaq doldurma məntəqəsində kassir-operator işləmişlər, həmin vaxtdan da tanışlıqları başlamış, zaman keçdikcə onların sıx dostluq münasibətləri yaranmışdır.Cavid özü də hazırda Fövqəladə Hallar Nazirliyinin Riskli Xilasetmə Xidmətində işləyir. Cavidlə danışan zaman işsizlikdən söz düşdükdə işə düzəlməyi ilə bağlı ümumi söhbət edərkən ondan da iş olduqda ona xəbər etməsini xahiş edən zaman Cavid qohumu X7 Nazirliyinin X6 Xidmətində işləyən Elvin adlı tanışı olduğunu, həmin Elvin adlı şəxsin ona Fövqəladə Hallar Nazirliyinə işə düzəlməyə köməklik edə biləcəyini düşündüyünü bildirmişdir.Danışıq zamanı Caviddən həmin şəxslə danışıb Elvinin nömrəsini alıb ona verməsini xahiş etmiş, Cavid də Elvinin nömrəsini alıb ona verəcəyini, sonrakı danışıqları özünün aparacağını bildirmişdir. Sonradan o, Elşənin əsl adının Şahid3 olduğunu, lakin hamının ona Elşən deyə müraciət etdiyini, həmçinin onunda Fövqədalədə Hallar Nazirliyinin X6 Xidmətində işlədiyini bilmişdir.Təxminən 2-3 gün sonra Cavid ona zəng edərək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini ona vermiş və onunla artıq özünün danışmağını bildirmişdir.Cavid telefonla Allahşükür ilə danışarkən sonuncu bildirmişdir ki, onu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək üçün tanışı Təqsirləndirilən şəxslə bu barədə danışıb məlumat verəcəkdir.Bir neçə gündən sonra Allahşükür Cavidə zəng edərək ona Təqsirləndirilən şəxs nömrəsini vermiş və o da, öz növbəsində həmin nömrəni, yəni Təqsirləndirilən şəxs (***-***-**-**) nömrəsini ona vermişdir ki, onunla iş barəsində danışsın.O, Təqsirləndirilən şəxs zəng edərək onunla danışmış, Təqsirləndirilən şəxs ondan haranı bitirməyi barədə soruşub və bəzi məlumatları aldıqdan sonra, özü Elvinə bildirmişdir ki, FHN-nin Cəbrayıl rayon Yanğından Mühafizə Xidmətinə işə düzəlmək istəyir və sonuncu özünün nazirlikdə rəhbər vəzifədə işləyən tanışı olduğunu deyib bu məsələnin həll olunası məsələ olduğunu bildirərək bunun müqabilində, yəni işə düzəlməyi müqabilində ondan 10.000 manat pul istəmiş və işə düzəldikdən sonra isə ona 2.000 manat “şirinlik” verəcəyini bildirmişdir.Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu üçün özü onun nömrəsini Bakı şəhərində yaşayan bibisioğlu Şahid2 vermişdir ki, Anar ondan 12 yaş böyükdür, bir daha Anarda Elvinlə görüşüb danışsın. Anarda Elvinlə görüşüb danışdıqdan sonra o, bibisioğlu Anara 11 sentyabr 2020-ci il tarixdə 10.000 manat pul və Elvinin dediyi müvafiq sənədlərin kserosurətlərini (şəxsiyyət vəsiqəsi, hərbi bilet və diplom) Biləsuvar-Bakı arasında işləyən sərnişin daşıyan taksi avtomobili vasitəsilə göndərmiş və Anar həmin pulları və sənədləri qəbul edib səhəri günü, yəni 12 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxslə Bakı şəhərində görüşüb ona vermişdir ki, sonuncu onu işə düzəltsin. Pulu verdikdən sonra bir dəfə Elvinlə danışan zaman Şahid3 də hətta onunla telefonla danışıb onun haqqında bəzi məlumatları da almış, onun kim olduğunu, kimlərdən olduğunu, nə vaxtdan qəsəbədə yaşadığını soruşmuşdur.Həmin danışıq zamanı Şahid3 də əslən Cəbrayıl rayonundan olduğu, Biləsuvar rayonu 1-ci Cəbrayıl qəsəbəsində qeydiyyatda olsa da Bakı şəhərində yaşadığı ona məlum olmuşdur. Elvin pulu aldıqdan bir müddət sonra müharibə başlamış və onun işi bir qədər uzanmışdır. 2020-ci ilin noyabr ayında isə Təqsirləndirilən şəxs ona toplamalı olduğu digər sənədlərin siyahısını göndərmiş, o, həmin sənədləri toplamış və yenidən bibisioğlu Anarın vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir.Özünün Bakı şəhərinə gedib-gəlməyə imkanı olmadığından o, tanış yol maşınları ilə ayrı-ayrı vaxtlarda pulu və sənədləri bibisioğlu Anara göndərmiş və Anarda pulu və sənədləri Elvinə vermişdir.Təqsirləndirilən şəxs toplanılmış sənədləri qəbul etdikdən sonra ona bildirmişdir ki, o, hərbi həkim komissiyasından keçmək üçün çağırılacaqdır.Bundan sonra, isə ölkə ərazisində Covid-19 pandemiyası ilə əlaqədar karantin şərtləri sərtləşdirildiyindən bir qədər də gözləməli olduğunu Təqsirləndirilən şəxs ona bildirmişdir.O, isə 2021-ci ilin fevral ayının sonunadək gözləmiş, lakin işi ilə bağlı Təqsirləndirilən şəxs hər hansı bir xəbər çıxmamışdır.Təqsirləndirilən şəxs hər dəfəsində ona müxtəlif bəhanələr gətirərək gözləməyini bildirmişdir.Sonuncu dəfə isə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “hərbi həkim komissiyasından da keçəcəksən və Novruz bayramınadək artıq işə çıxacaqsan”. O da, ona inanıb bir qədər də gözləmiş, lakin hər dəfə Təqsirləndirilən şəxs bildirmişdir ki, əgər onun işini düzəltməsə və ya pulu qaytarmasa bu barədə şikayət edəcək. O, 2021-ci ilin mart ayında da heç yerə çağırılmamış və görmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadır.Ona görə də, 13 aprel 2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinə şikayət ərizəsi yazaraq Təqsirləndirilən şəxslə sonuncu telefon danışıqları olan diski ərizəyə əlavə edib göndərmişdir.Onun şikayəti əsasında Təqsirləndirilən şəxs və Şahid3 nazirliyə dəvət edərək onların izahatlarını almışlar.Bundan sonra onların hər ikisi onun evinə, yəni Biləsuvar rayonuna gəlmiş və ondan xahiş etmişlər ki, şikayətini geri götürsün və 2021-ci ilin aprel ayının sonunadək ondan almış olduğu 10.000 manat pulu Təqsirləndirilən şəxs geri qaytaracaqdır.Onunda bir insan kimi Elvinə yazığı gəlmiş və o, 2020-ci ilin aprel ayının sonlarında Bakı şəhərinə gəlib Təqsirləndirilən şəxslə görüşmüşdür.Elvin ona ümumilikdə 6.000 manat pul qaytarmış və xahiş etmişdir ki, yazdığı şikayət ərizəsini geri götürsün, bir neçə günə banklardan kredit götürərək qalan 4.000 manatı da qaytaracdır. Özü də bir insan kimi bir daha ona inanıb notarial qaydada təsdiq olunmuş «onlardan hər hansı bir şikayətinin olmadığını və ümumiyyətlə onları tanımadığını, əsəbləşib şikayət etdiyi» barədə ərizə yazaraq teleqram şəkilində Fövqəladə Hallar Nazirliyinə göndərmişdir.Həmin ərizəni yazarkən Təqsirləndirilən şəxs də onunla birlikdə olmuş və dövlət rüsumlarını da özü ödəmişdir.Sonradan Təqsirləndirilən şəxs onun 4.000 manatını qaytarmamışdır və ona bahənə gətirmişdir ki, onun şikayəti əsasında onun xidməti vəsiqəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən alındığından banklardan kredit götürə bilmir.Təqsirləndirilən şəxs onu işə düzəlmək adı ilə aldadaraq onun işini həll etməmiş və ondan aldığı 10.000 manat puldan 4.000 manatını hələ də qaytarmamışdır.Şahid1 həmçinin bildirmişdir ki, Şahid3 kömək məqsədi ilə Təqsirləndirilən şəxs nömrəsini dostu Şahid4 vermiş və sonuncu öz növbəsində həmin nömrəni ona vermişdir ki, o, Təqsirləndirilən şəxslə danışsın.Təqsirləndirilən şəxslə danışaraq işə düzəlməyə köməklik etməsini xahiş etmiş, Təqsirləndirilən şəxslə özü pul məsələsini danışmış və pulu da bibisioğlu Anarın vasitəsi ilə ona göndərmişdir. Şahid3 pulun verilməsində və ya danışılmasında iştirak etməmiş, lakin onun şikayətinin geri götürülməsində iştirak edərək xahişçi olmuşdur.Şahid3 ilə onun pulu verməmişdən əvvəl danışığı olmamış, Allahşükür ona işə düzəlməyi ilə bağlı heç bir vəd verməmişdir.Sadəcə olaraq bir dəfə Elvinlə danışan zaman Allahşükürdə onun yanında olduğundan bir Cəbrayıllı kimi Elvin telefonu Allahşükürə vermiş və sonuncu onunla hal-əhval edib kimlərdən olduğunu soruşmuşdur.Təqsirləndirilən şəxs ona nazirlikdə rəhbər vəzifədə işləyən tanışı olduğunu, onun işini düzəldəcəyini və onun Fövqəladə Hallar Nazirliynin əməkdaşı olacağını bildirmişdir.Təqsirləndirilən şəxs telefon danışığı zamanı ona narahat olmamasını və bir neçə nəfəri də işə düzəltdiyini bildirmiş, lakin o, Elvinin kimləri və nə vaxt işə düzəldibdüzəlmətdiyini bilmir.İşə düzəlmək üçün Təqsirləndirilən şəxs ondan 10.000 manat pul istəmiş və özü həmin məbləğdə pulu bibisioğlu Şahid2 vasitəsi ilə Elvinə vermiş, şikayətindən sonra Elvin həmin pulun 6.000 manatını əvvəl, 4.000 manatını isə sonra qaytarmışdır.Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyində işlədiyini ilk dəfə Caviddən eşitmiş, sonra isə danışıq zamanı Elvin özünün də ona həmin nazirliyin Yanğından mühafizə xidmətində işlədiyini, kapitan rütbəsi daşıdığını bildirmişdir.Elvin danışıq zamanı 10.000 manat pulu ona verəcəyini, özünün məsələni həll edəcəyini bildirmiş, Elvin özünün nazirlikdə rəhbər vəzifədə işləyən tanışı olduğunu desə də, ona konkret olaraq heç bir ad verməmişdir.Özü Elvindən pulunu tələb etdikdə də, pulu kimə verdiyini, lazımdırsa həmin adamın adını ona verməsini, onun həmin adamdan şikayət edəcəyini dedikdə də, Elvin ona heç bir ad deməmiş, həmin adamın guya Türkiyəyə qaçıb getdiyini bildirmişdir. Elvin iş alınmadıqdan sonra isə guya digər şəxsin pulu ona atıb qaçdığını demişdir. Özü işə düzəlmək üçün rəsmi olaraq heç vaxt Fövqəladə Hallar Nazirliyinə şəxsən müraciət etməmişdir.Məhkəmə baxışı zamanı Şahid1 təqsirləndirilən şəxsin ondan aldığı 10 000 manat pulu tam qaytardığını, ona vurulmuş ziyanı ödədiyini bildirmiş və bu barədə yazlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, 2 ildir ki, "xxxx" MMC-də kredit üzrə mütəxəssis vəzifəsində işləyir.Belə ki, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsində yaşayan dayısıoğlu Şahid1 2020-ci ilin sentyabr ayının əvvəllərində ona zəng edərək Bakı şəhərində Fövqəladə Hallar Nazirliyində kapitan rütbəsində işləyən Elvin adlı şəxsin olduğunu bildirib, həmin Elvin adlı şəxsin mobil telefon nömrəsini vermiş və onunla görüşüb danışmaq istədiyini bildirmişdir.Danışıq zamanı Əlağa ona bildirmişdir ki, həmin Elvin adlı şəxs onun Fövqəladə Hallar Nazirliyinə 10.000 manat pul müqabilində işə düzəlməyinə kömək edəcəkdir.Dayısıoğlu Əlağa Bakı şəhərinə gələ bilmədiyi üçün və həmçinin o, ondan yaşda da böyük olduğundan ondan xahiş etmişdir ki, onun yerinə Elvinlə görüşsün və bir daha onun işi barəsində Elvinlə danışsın.Lakin ondan əvvəl Əlağa özü Elvinlə telefon vasitəsilə bu barədə danışıb razılığa gəlmişdir.O, Əlağanın xahişi ilə 2020-ci ilin sentyabr ayının əvvəllərində Elvinlə Xırdalan şəhərində görüşmüş və Əlağanın yol avtomobili ilə ona göndərdiyi müvafiq sənədləri Elvinə vermişdir.Elvin ona həmin görüşdə bildirmişdir ki, Əlağaya deyərsən ki, 3-4 aya işi düzələcəkdir və o, Fövqəladə Hallar Nazirliyində işləyəcəkdir. O da öz növbəsində Əlağaya zəng edərək Elvinin dediklərini ona söyləmişdir. Bundan sonra 11 sentyabr 2020-ci il tarixdə Əlağa ona tanışı olan yol avtomobili ilə 10.000 manat pul göndərmiş və bildirmişdir ki, həmin pul işə düzəlməyinin puludur.Əlağa həmçinin onu da qeyd etmişdir ki, həmin pulu Elvinlə görüşüb ona versin. O, da onun dediyi kimi Elvinlə zəngləşib onunla 12 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi, Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən “Neptun” marketin qarşısında görüşüb qeyd olunan 10.000 manat pulu şəxsən Elvinə vermişdir ki, X8 Nazirliyinə işə düzəltsin.Elvin ona yenidən bildirmişdir ki, 3-4 aya Əlağanın işi düzələcəkdir. Bundan sonra 5-6 ay özünün bu işdən xəbəri olmamışdır. Təxminən 2021-ci ilin mart ayında ona məlum olmuşdur ki, Elvin Əlağanı aldadıb, onun işini düzəltməyib, Əlağa ondan pulu tələb etdikdə isə o, müxtəlif bahənələr gətirərək işi düzəldəcəyini və ya pulu geri qaytaracağını bildirir.O, özü də bu barədə Elvinlə söhbət etdikdə sonuncu ona da eyni bəhanələri gətirərək vaxtı uzatmağa çalışmışdır. Bundan sonra dayısıoğlu X11 Nazirliyinə şikayət ərizəsi yazmış və orada araşdırma aparılmağa başlanılmışdır.Həmin ərəfədə Elvin Əlağa ilə görüşüb ondan şikayətinin geri götürməsini xahiş etmiş və 10.000 manatdan 6.000 manat pulunu geri qaytarmış, 4.000 manatı isə yaxın günlərdə ödəyəcəyinə söz vermişdir.Əlağa da ona inanıb notarial qaydada şikayətinin olmaması barədə ərizə yazaraq teleqram şəklində Fövqəladə Hallar Nazirliyinə göndərmişdir.Bu məsələlərdən sonra dayısıoğlu Əlağa ilə danışarkən ona məlum olmuşdur ki, Əlağa dostu Şahid4 adlı şəxsə işə düzəlmək istədiyini söyləmiş, Şahid4 isə Şahid3 ilə danışaraq Əlağaya kömək etmək məqsədi ilə Təqsirləndirilən şəxs nömrəsini vermişlər ki, sonuncu Əlağanı pul müqabilində işə düzəltsin.O özü Şahid4 və Şahid3 tanımır, onları görməmiş, bu barədə ona Əlağa özü demişdir. Təqsirləndirilən şəxslə isə Əlağanın xahişi ilə görüşmüş və Əlağanın ona göndərdiyi 10.000 manat pulu işi düzəltmək üçün Təqsirləndirilən şəxs şəxsən özü vermişdir.Bundan başqa, Təqsirləndirilən şəxs Əlağanı kimin vasitəsilə işə düzəldəcəyi barədə ona heç bir söz deməmiş, Elvin Əlağa ilə özləri danışmışdır.Özü yalnız Əlağanın xahişi ilə Elvinlə görüşüb müvafiq sənədləri və 10.000 manat pulu vermiş, özü onların danışıq prosesində iştirak etməmiş, onlarla heç bir razılaşması, sövdələşməsı olmamış, Əlağaya bu işlə bağlı heç nə deməmiş, heç bir məsləhət verməmişdir.Pulu verən zaman nə onun, nə də ki, Elvinin yanında başqa şəxs olmamış, 10.000 manat pulu 12 sentyabr 2020-ci il tarixdə Elvinə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesində yerləşən Neptun marketin qarşısında, çöldə şəxsən özü əlbəəl vermişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 2019-cu ilin dekabr ayından hal-hazıra kimi Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Neft emalı müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 12 nömrəli Yanğından mühafizə hissəsində sürücü vəzifəsində, kiçik çavuş rütbəsində xidmət edir.Əsl adı sənəddə Allahşükür olsa da ona qohumları, dostları Elşən deyə müraciət edirlər.Şahid1 və Şahid2 əvvəllər tanımamış, onlarla arasında ədavəti, düşmənçiliyi, qohumluq əlaqələri olmamışdır.Şahid4 isə 2018-ci ildən tanıyır.Belə ki, onunla uzaq qohumluq əlaqələri vardır. Təqsirləndirilən şəxs isə işə düzəldikdən təxminən 3 ay sonra iş yoldaşı kimi tanımış, zaman keçdikcə onların münasibətləri sıxlaşmışdır.Hal-hazırda Elvinlə də qohumluq əlaqələri vardır. Belə ki, Elvinin əmisi nəvəsi onun dayısı oğlunun arvadıdır.Onlar qohum olduqlarını iş yoldaşı kimi tanış olduqdan sonra bilmişlər.Həm də onlar eyni rayondan olduğuna görə səmimi münasibət saxlamış, ailəvi gedib-gəlişləri olmuşdur.Təxminən 2020-ci ilin sentyabr ayında iş yoldaşı, həmyerlisi Təqsirləndirilən şəxs evində qonaq olarkən, onun mobil telefonuna zəng gəlmiş və Elvinin başı qarışıq olduğundan sonuncu ona bildirmişdir ki, onun telefonuna cavab versin. O da Elvinin telefonuna cavab vermiş, zəng edən şəxs Elvini soruşduqda ona Elvinin başı qarışıq olduğundan danışa bilmədiyini, sonra özünün zəng edəcəyini bildirmişdir.Həmin vaxt zəng edən şəxs ona telefonda bildirmişdir ki, Elvinə deyərsiniz ki, zəng edən Cəbrayıl rayonundan olan Şahid1dur.Onun Cəbrayıl rayonundan olması onda maraq yaratmış və özü də Cəbrayıldan olduğunu ona bildirmiş və onlar bir qədər telefonda söhbət etmişlər.Həmin vaxt Əlağanı qiyabi olaraq tanımış və ona həmçinin məlum olmuşdur ki, Əlağa Biləsuvar rayonu, Cəbrayıl məcburi köçkünlər şəhərciyində yaşayır.O özü də həmin şəhərcikdə bir müddət yaşamış, hazırda da orada onun qohumları yaşayır.Həmin vaxt Elvinə Əlağanın zəng etdiyini bildirsə də, ondan Əlağanın niyə zəng etdiyini soruşmamış, Elvin özü də ona bu barədə heç nə deməmişdir.Onların bu cür danışığından təxminən 2-3 ay sonra Əlağa özü birbaşa ona zəng etmiş və bildirmişdir ki, onun telefon nömrəsini ümumi tanışıları olan Şahid4 almışdır.Onlar yenidən bir qədər telefonda danışdıqdan sonra Əlağa ona bildirmişdir ki, Təqsirləndirilən şəxs işə düzəlmək üçün 10.000 manat pul vermişdir, lakin Təqsirləndirilən şəxs nə onun işini düzəldir və nə də ki, pulunu qaytarır.Həmçinin, Əlağa Elvinin onun zənglərinə də cavab vermədiyini bildirmiş və bu barədə Elvinə məlumat verməsini xahiş etmişdir.O da öz növbəsində Təqsirləndirilən şəxs zəng edərək bu məsələnin nə olduğu soruşmuş, Elvin isə həmin vaxt ona Əlağadan pul almadığını və heç kimi iş düzəltməyə söz vermədiyini bildirmişdir.Lakin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də Əlağanı işə düzəltmək üçün 10.000 manat pulu Əlağanın bibisioğlu Anar adlı şəxs vasitəsilə almışdır ki, X9 Nazirliyinə işə düzəldəcəkdir. Özü bunu bildikdən sonra Təqsirləndirilən şəxs bir daha bu barədə soruşduqda sonuncu ona etiraf etmişdir ki, həqiqətəndə X9 Nazirliyinə işə düzəltmək üçün onun bibisioğlu Anar vasitəsilə ondan 10.000 manat pul almışdır.Elvin ondan həmçinin ona köməklik etməyini də xahiş etmiş, pulu qaytarmaq üçün bir qədər vaxt almağını istəmişdir ki, pulu qaytarsın, çünki Əlağa şikayət edəcəyini bildirmişdir.O hətta Elvinə görə Əlağadan xahiş etmişdir ki, Elvinə bir qədər vaxt versin, Elvin pulu qaytara bilsin.Əlağa da bir müddət gözləmiş və Elvinə vaxt vermişdir.Lakin həmin müddət ərzində də Elvin pulu qaytara bilmədiyi üçün X11 Nazirliynə şikayət ərizəsi yazıb göndərmişdir.Bundan sonra, Nazirlik tərəfindən araşdırma təyin olunmuş və onunla Elvinin izahatı alınmışdır.Həmin ərəfədə kömək etmək məqsədilə özü 2.000 manat pul tapıb Elvinə vermiş və 4 000 manat isə Elvin özü hardansa tapıb Əlağaya ümumilikdə 6 000 manat pul qaytarmışdır ki, o şikayətini geri götürsün.Bundan sonra, Əlağada notarial qaydada şikayətinin olmaması barədə ərizə yazaraq Fövqəladə Hallar Nazirliyinə göndərmişdir.Sonradan, onda olan məlumata görə Elvin qalan 4 000 manatı da qaytarmışdır.Əlağanı işə düzəltmək üçün ondan 10.000 manat pulu almamışdan əvvəl də Elvinin bir neçə nəfərə borcları olmuş və həmin şəxslər ondan borclarını tələb etdiklərinə görə Elvin ondan da ayrı-ayrı vaxtlarda ümumilikdə 14.000 manat borc pul almışdır.Elvin ondan həmin pulları borc kimi alarkən ona evini satıb həmin pulları qaytaracağını bildirmişdir.Lakin bu günə kimi Elvin onun borclarını da qaytarmamış, evini də satmamışdır.Özü Elvinə bir yerli, iş yoldaşı, ailəvi dost kimi inanıb ona borc kimi o pulları vermişdir.Çünki onun Elvinlə ailəvi gediş-gəlişi olmuş və ailəvi dostluq etmişlər.Lakin bu məsələlərdən sonra isə onların münasibətləri korlanmışdır.Həmçinin, Şahid3 əlavə olaraq bildirmişdir ki, özünün bildiyinə görə Elvin Əlağanı işə düzəltmək fikrində olmamışdır.Belə ki, ona sonradan məlum olmuşdur ki, Elvin Şahid1 onu işə düzəltmək adı ilə pulu alıb öz borclarını qaytarmışdır və sonra da evini satdıqda Əlağanın pulu qaytaracağını düşünmüşdür.Bu yolla da Elvin bir qədər vaxt uzatmaq istəmiş və bunu Elvin özü ona sonradan demişdir.Özünün bu barədə sonradan məlumatı olmuş, o, Təqsirləndirilən şəxs nömrəsini heç kimə verməmiş, heç kəsi işə düzəltməyini də ondan xahiş etməmişdir. Əlağa Elvinlə razılaşıb pulu ona verdikdən sonra onun bu barədə məlumatı olmuşdur. Belə ki, bunu da Əlağa onun nömrəsini Şahid4 alaraq ona zəng edib məlumat vermişdir və onun pulunu geri qaytarılmasında köməklik etməyini xahiş etmişdir.Düzdür, Cavid Elvini ona görə tanımışdır və Elvinin nömrəsini də onun vasitəsi ilə lap əvvəldən öyrənib bilmişdir.Lakin Əlağanın işi ilə bağlı Cavid ona zəng edib Elvinin onu işə düzəltməsini bildirməmiş və ondan da həmin işlə bağlı Elvinin nömrəsini istəməmişdir.Bu işlə bağlı özünün əvvəldən heç bir məlumatı, maddi marağı olmamış, heç kəsə işə düzəltmək barədə söz verməmiş, vasitəçilik etməmiş, heç kəsdən də pul və sair maddi nemət almamışdır.Cinayət işinin materiallarında olan CD diskdəki bir ədəd səs yazısı ona məxsusdur, onunla Əlağa arasında olan danışıqdır. Həmin səs yazısında da qeyd etdiyi kimi Elvin ondan xahiş etdiyinə görə Əlağa ilə danışıb ondan Elvinə vaxt verməsini istəmiş, Elvinin onun pulunu qaytaracağını bildirmişdir.Elvin bir yaxın insan, dost kimi ondan köməklik istədiyi üçün Elvinə kömək etmək məqsədilə Əlağa ilə danışmışdır ki, münasibətlər korlanmasın, Əlağa şikayət etməyib Elvinə vaxt versin, Elvində onun pulunu qaytarsın.Həmçinin, Elvindən də Əlağanın pulunu qaytarmasını tələb etmiş və Elvin buna razı olduğu üçün, ona söz verdiyinə görə o, Əlağa ilə danışmışdır.Danışığında da göründüyü kimi özü Əlağaya başqa heç bir vəd verməmiş, onu işə düzəltməyə söz verməmiş, onu aldatmamışdır. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, həmyerlisi Şahid1 təxminən 2015-ci ildən tanıyır və həmin vaxtdan onunla münasibəti vardır.Şahid1 Biləsuvar rayonu 4-cü Cəbrayıl qəsəbəsində yaşayır.2020-ci ilin sentyabr ayının əvvəllərində işləməklə bağlı onunla ümumi söhbət edərkən Əlağa ona bildirmişdir ki, işsiz olduğundan özünə iş axtarır və o, dövlət işində işləmək istəyir.Əlağa həmçinin ona bildirmişdir ki, onun kimi Fövqəladə Hallar Nazirliyində işləmək istəyir və bu barədə ondan kömək istəmişdir.Bu zaman özü ona Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətində işləyən tanışı olduğunu və onun Fövqəladə Hallar Nazirliyinə işə düzəlməyə köməklik göstəribgöstərə bilməyəcəyini soruşub cavab deyəcəyini bildirmişdir.O, tanışı Təqsirləndirilən şəxs zəng edib Əlağanı işə düzəltməyin mümkün olub-olmamasını soruşmuş, Elvində müsbət cavab verib Əlağanı işə düzəldə biləcəyini bildirmişdir.Bundan sonra, özü onun nömrəsini Əlağaya verəcəyini, özlərinin danışmasını, onun bu məsələyə qarışmayacağını dedikdə Elvin etiraz etməyib nömrəsini Əlağaya verməyinə razı olmuş və o da, Elvinin mobil nömrəsini Əlağaya vermişdir.O, Elvini qohumu Şahid3 vasitəsilə tanıdığına görə Əlağa ilə danışanda da Allahşükürün adını çəkib onunla danışdığını, ondan Elvinin nömrəsini aldığını bildirmişdir.Elvinin nömrəsini Əlağaya verərək zəng edib işə düzəlməyi barədə Elvinlə ətraflı danışıb söhbət etmələrini xahiş etmişdir.Ona sonradan məlum olmuşdur ki, Şahid1 Təqsirləndirilən şəxs zəng edərək onunla danışmış, ona FHN-nin Cəbrayıl rayon Yanğından Mühafizə Xidmətinə işə düzəlmək istədiyini bildirmişdir.Özü Elvin adlı şəxsin pul müqabilində Əlağanı işə düzəldəcəyini bilsə də, onların hansı məbləğdə razılaşmaqlarını bilməmişdir.Özü xidmət yerində olarkən Əlağa ilə təxminən 2020-ci ilin noyabr ayında zəngləşib danışdıqda ondan işinin nə yerdə olduğunu soruşmuş və sonuncu ona bildirmişdir ki, Elvin ona işinin düzələcəyini və gözləməli olduğunu bildirmişdir.Əlağa onunda həmin adamı yığmağını xahiş etdikdən sonra o, Allahşükürə zəng etmiş və ondan Elvinlə danışmasını, özünün Elvindən Əlağa barədə xahiş etdiyini bildirmişdir.Sonradan Allahşükür ona bildirmişdir ki, Elvinlə danışmışdır və Elvinin dediyinə görə iş düzələcəkdir.Ona sonradan, yəni Əlağanın deməsindən məlum olmuşdur ki, Elvin 2020-ci ilin sentyabr ayında Əlağanı işə düzəltmək üçün ondan 10.000 manat pul almış, lakin verdiyi vədi yerinə yetirməmiş, Əlağa isə aldadıldığını başa düşdükdən sonra Fövqəlada Hallar Nazirliyinə şikayət ərizəsi yazmışdır. Əlağa şikayət etdikdən sonra isə Elvin Əlağaya həmin puldan 6000 manat əvvəl, 4000 manatı isə sonra qaytarmışdır.Bundan sonra o, Şahid3 ilə bu barədə birdə danışmış və ondan bu işdə xeyirinin, Elvin adlı şəxslə əlbir olub-olmamasını soruşmuş və Allahşükür ona telefonda bildirmişdir ki, Əlağa ilə Elvin danışarkən, həmçinin pulu verərkən onların yanında olmayıb, görməyib və həmin işdən də hər hansı xeyiri yoxdur.Bundan başqa, Şahid4 bildirmişdir ki, Elvini Allahşükür vasitəsilə tanımış, onun Fövqəladə Hallar Nazirliyində, kapitan rütbəsində xidmət etdiyini bilmişdir.Həmçinin, Elvin bacarıqlı işçi olduğundan, Nazirlikdə çox adamla ünsiyyətdə olduğunu bildirdiyindən Əlağa işlə bağlı xahiş etdikdə özü bu barədə Elvinə demişdir ki ki, o, öz əlaqələri vasitəsilə Əlağaya kömək edə bilər. Elvinin hansı şəraitdə və kimlərin vasitəsi ilə Əlağanın işinin düzəldəcəyi barədə ondan heç bir məlumat olmamışdır.O, ilk dəfə istintaq orqanına çağırıldığından həyəcanlı olduğu üçün sualı tam aydın başa düşməmiş və Allahşükür vasitəsilə Elvini tanıdığından, Elvinin nömrəsini Allahşükür vasitəsilə bildiyindən izahatında da Elvinin nömrəsini Allahşükürdən aldığını demişdir.Həmçinin o, işini itirməkdən qorxduğu üçün Elvini tanımadığını, görmədiyini, danışmadığını, Allahşükür vasitəsilə nömrəsini aldığını, onunla Allahşükürün danışdığını demiş və bu barədə Əlağaya da belə bildirmişdir.Özünün bu işdə heç bir maddi marağı, heç kəslə heç bir sövdələşməsi olmamış, Əlağaya da heç bir yalan vəd verməmiş, yalnız Elvinin nömrəsini Əlağaya demişdir.O, adının çox hallanmasını istəməmiş, buna görə də, ilk izahatında da birbaşa Elvini yığdığını və ya onu tanıdığını deməmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, 22-09-2020 tarixdə saat 20:37:41-də Təqsirləndirilən şəxs istifadəsində olan **********33 saylı nömrədən Şahid1 istifadəsində olan **********07 saylı nömrəyə sms göndərildiyi, həmin sms-in məzmununun “Dərhal geri zəng edəcəm.” sözlərinin yazılması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 26 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan ********* saylı nömrəyə aid SMS tarixçəsi faylında 01-05-2021 tarixdə saat 10:09:54də **********07 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********94 saylı nömrəyə sms göndərildiyi, sms-in “Pulu verecekdik axi seher-seher ne oldu menim işlərim batdi axi” məzmunda olduğu müəyyən edilmişdir.Bununla yanaşı ********* saylı nömrəyə aid SMS tarixçəsi faylında **********07 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********33 saylı nömrəyə bir çox smslər göndərildiyi, 09-05-2021 tarixdə saat 14:59:21-də “Elvin bu gun bazar gunudu bir ses soraq yoxdu senden hazirlmisansa Anar gelib götürsün pulu”, 10-05-2021 tarixdə saat 17:48:10-da “Salam ele her gun hell olacaq deyirsen bizimde bir sebr kasamiz var, iş prokurorluga gonderlib, men gedib ne deyecem orda? deyecem yarısin verib yarısinda verecek. sen getir catdir mende deyim ki mene deymiş zerer tam odelinib hecbir şikayetim yoxdu”, 11-05-2021 tarixdə saat 13:43:31-də “Telefonu aç gorek başqa yolara el atmaga vadar edirsen bizi Vallah”, 19-05-2021 tarixdə saat 17:52:39-da “Saat 8-e qeder duzelt apar ver, Anara men 8 de Anardan zeng gozleyecem goturdu ya yox,catdira bilmesen tay incime də bizden” məzmunda smslər olduğu müəyyən edilmişdir.Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan 50 *** ** ** saylı nömrəyə aid SMS tarixçəsi faylında 01-05-2021 tarixdə saat 09:35:40-da “Danışa bilmirəm.Sonra zəngləşərik”, 10-02-2021 tarixdə saat 18:50:23-də “Əliağa salam, zəng vuracam sənə qaqa görürəm zəngini zəng edəcəm sənə”, 13-04-2021 tarixdə saat 15:35:30-da “Özüm zəng edəcəm”, 30-04-2021 tarixdə saat 21:24:26-da “Qardas qurban olaram zəngini görürəm narahat olma həll edəcəm qardaş həll olub”, 10-05-2021 tarixdə saat 09:28:05-də “Salam Əliağa sabahın xeyir dünən üzürlü say telfona cavab verə bilmədim utandığımdan bu gün həll olacaq qaqa narahat olma”, 11-05-2021 tarixdə saat 20:51:06-da “Qardaş yarım saata zəng vururam sənə qurban olaram”, 19-05-2021 tarixdə saat 17:27:35-də “Qardaş zəng vuracam indi çıxmışam işdən gedirəm görüşə” məzmunda sms-lər olduğu müəyyən edilmişdir.Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olan 50 *** ** ** saylı nömrəyə aid SMS tarixçəsi faylında da yuxarıda qeyd olunan məzmunda sms-lər olduğu müəyyən edildi.Həmçinin, zənglərin detallaşması faylında qeyd edilən müddət ərzində Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş müvafiq nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə arasında qeyd olunan müddət ərzində mütəmadi olaraq danışıqların olduğu, ilk danışığın 08.09.2020 tarixdə saat 11:57:31-də 141 saniyə olduğu, Aranli "İmişli rayonu, Aranlı kəndi, Köbürlü" anten dairəsində olduğu, son zəngin isə 01.05.2021 tarixdə sat 10:09:54-də olduğu müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən daxil olmuş 23.07.2021-ci il tarixli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti NM üzrə YMD 12 nömrəli YMH-nın 05 yanvar 2010cu ildə təsdiq edilmiş vəzifə təlimatına əsasən X6 Xidmətinin NM üzrə YMD 12 nömrəli YMH-nın Profilaktika sektorunun inspektoru təhkim edildiyi sahəyə yanğın avtomatikasının tətbiq edilməsinə və işləmə qabiliyyətinin vəziyyətinə nəzarət etmək, yeni tikililərdə və yenidən qurulan obyektlərdə yanğına qarşı tədbirlərin yerinə yetirilməsinə nəzarəti təmin etmək, dəstənin iş planında nəzərdə tutulmuş ona aid profilaktiki tədbirlərin yerinə yetirilməsini təmin etmək, təhkim edildiyi sahədə baş vermiş yanğınların, qəzaların hesabının hazırlanmasında iştirak etmək, təhkim edildiyi sahədə DYN inzibati hüquqlarından istifadəsi zamanı qanunçuluğun saxlanmasını təmin etmək, obyektlərin yanğın-texniki müayinələrində fəal iştirak etmək və təklif olunan tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək və digər vəzifələri həyata keçirən şəxsdir. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 29 avqust 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə tutulması 27 avqust 2021-ci il tarixdən hesablanmaqla “həbs qətimkan” tədbiri seçilmiş, daha sonra isə Gəncə Apellyasiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini, vurulmuş 10.000 manat ziyanı ödəməsini və himayəsində 03 (üç) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ailənin yeganə qazanc gətirən şəxs olmasını, himayəsində 3 azyaşlı övladının olmasını, əgər ona əlavə cəza təyin edilərsə əlavə cəzanın onun ailəsini maddi sıxıntı və mərhumiyyətlərə dücar edəcəyini, habelə təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əlavə cəzanın verilməsinin imperativ olmadığını nəzərə alınaraq ona əlavə cəza qismində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə cəza təyin edilməlidir Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, ilk dəfə az ağır cinayət törətmişdir, himayəsində 03 azyaşlı övladı vardır, ailədə yeganə qazanc gətirən şəxsdir, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli həmin maddə ilə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinrək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir.Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə çəkməli,təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Abşeron rayonu və işlədiyi Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində baxılan iş üzrə seçilmiş “polis nəzarəti altına vermə” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Şahid1la Təqsirləndirilən şəxs arasında olan danışığın səs yazısının yükləndiyi 01 ədəd «CD» formatlı daşıyıcı, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd “CD” disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə ekspertiza xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Abşeron rayonu və işlədiyi Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində baxılan iş üzrə seçilmiş “polis nəzarəti altına vermə” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut –Şahid1la Təqsirləndirilən şəxs arasında olan danışığın səs yazısının yükləndiyi 01 ədəd «CD» formatlı daşıyıcı, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd “CD” disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-38/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-38/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver