Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-38/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 RPİ ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 178.2.2, 180.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 09 iyul 2022-ci il tarixində saat 16 radələrində mobil tətbiqi ilə taksi sifariş verərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi istiqamətində çağırmış olduğu Zərərçəkmiş şəxs1 idarə etdiyi «Toyota-Prius» markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edərək ünvan 3 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının qarşısına gəlib, Zərərçəkmiş şəxs1 guya həmin binanın 3-cü mərtəbəsində yaşayan tanışına "xxxx" MMC-nin kartını vermək üçün göndərdikdən sonra avtomobilin salonundan Zərərçəkmiş şəxs1 məxsus 300 (üç yüz) manat dəyərində bir ədəd «Samsung A-40» markalı mobil telefonu və həmin avtomobilin yük yerindən 150 (bir yüz əlli) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə, ümumilikdə 450 (dörd yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə 20 avqust 2022-ci il tarixində saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Kaspian Plaza”nın qarşısından mobil tətbiqi ilə taksi sifariş verərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi istiqamətində çağırmış olduğu Zərərçəkmiş şəxs2 idarə etdiyi «Kia Rio» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ünvanında yerləşən “Ekspress Araz” marketin qarşısına gəlib, Zərərçəkmiş şəxs2 guya həmin 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan “Tuncay” adlı tanışına bank kartını çatdırmaq üçün göndərdikdən sonra avtomobilin salonundan Zərərçəkmiş şəxs2 məxsus 75 (yetmiş beş) manat dəyərində bir ədəd «Samsung J4 plus» markalı mobil telefonu və 45 (qırx beş) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə, ümumilikdə 120 (bir yüz iyirmi) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 21 avqust 2022-ci il tarixində saat 15:30 radələrində mobil tətbiqi ilə taksi sifariş verərək Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığına çağırmış olduğu Zərərçəkmiş şəxs3 etibarnamə ilə idarə etdiyi «Nazlifan» markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edərək ünvan 4 ünvanında yerləşən marketin qarşısına gəlib, Zərərçəkmiş şəxs3 guya zəng etmək bəhanəsi ilə sonuncunun mobil telefonunu istəyərək, özünü isə həmin binanın 3-cü mərtəbəsindəki tanışından "xxxx" MMC-nin kartını götürməsi üçün göndərdikdən sonra avtomobilin salonundan Zərərçəkmiş şəxs3 məxsus 800 (səkkiz yüz) manat dəyərində bir ədəd «Xiaomi Poco F 3» markalı mobil telefonu və 8 (səkkiz) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə, ümumilikdə 808 (səkkiz yüz səkkiz) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə 27 dekabr 2022-ci il tarixində saat 23:59-da mobil tətbiqi ilə taksi sifariş verərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən «Çinar» kafesinin qarşısına çağırmış olduğu Zərərçəkmiş şəxs4 idarə etdiyi “Xəzər” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edərək əvvəlcə metronun «Qara Qarayev» stansiyasının yaxınlığına getmiş, sonra isə Biləcəri qəsəbəsinə qayıdaraq sürücüdən avtomobili Biləcəri qəsəbəsində yerləşən «Armi» marketin yanından sağ tərəfdə olan qaranlıq ara küçələrinin birinə sürdürərək orada polis təhqiqatçısı olduğunu bildirib guya Zərərçəkmiş şəxs4 məxsus mobil telefonu yoxlamalı olduğunu deyərək avtomobilin ötürücüsünün yanında olan «Honor-70» markalı mobil telefonu götürüb kilid kodunu sürücüdən istədikdə, sonuncu buna etiraz edib Zərərçəkmiş şəxs4 yaxasından tutub silkələyərək kodu öyrənib öz mobil telefonuna yazdıqdan sonra üzərində 20 manat dəyərində ***-***-**-** saylı “nar” nömrəsi və 10 manat dəyərində ***-***-**-** saylı “cin” nömrəsi olan 1 500 (bir min beş yüz) manat dəyərində həmin bir ədəd «Honor-70» markalı mobil telefonun və avtomobilin salonundakı saxlanc yerində olan 65 (altmış beş) manat nağd pulu açıq talayaraq zərərçəkmiş şəxsə, ümumilikdə 1 595 (bir min beş yüz doxsan beş) manat maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə 28 dekabr 2022-ci il tarixində saat 22 radələrində ***-***-**-** nömrəsindən «Maxim» şirkətinə taksi sifariş verərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən «Araz» marketin qarşısında X2 idarə etdiyi «OPEL-ASTRA» markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edərək əvvəlcə metronun «Nəriman Nərimanov» stansiyasına sürdürmüş, sonra isə ünvan 5 ünvanına qaytarılmasını xahiş edib orada özünü polis əməkdaşı olduğunu bildirərək telefonunun cərəyanı olmadığını bəhanə edib aldadaraq telefonla danışmaq adı ilə sürücü Bəylər Qurbanovdan üzərində 100 manat dəyərində ***-***-**-** saylı «nar» və 100 manat dəyərində ***-***-**-** saylı «sim» nömrələri olan 500 manat dəyərində bir ədəd «Samsung A32» markalı mobil telefonu 10 manat dəyərində kaburası ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxsə, ümumilikdə 710 (yeddi yüz on) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə 29 dekabr 2022-ci il tarixində saat 18:30-da «Bolt» taksi şirkətinin mobil tətbiqi vasitəsilə taksi sifariş verərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «Ozan dairəsi»nə çağırmış olduğu Zərərçəkmiş şəxs6 idarə etdiyi “Honda” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edərək əvvəlcə metronun «Nərimanov» stansiyasının yaxınlığına sürdürmüş, sonra isə Biləcəri qəsəbəsinə qayıdaraq sürücüdən avtomobili «köhnə 5 mərtəbəli» bina deyən yerin qarşısında saxlamağı xahiş edib Zərərçəkmiş şəxs6 guya öz oğluna zəng etmək bəhanəsi ilə üzərində 3 manat dəyərində ***-***-**-** saylı «nar» nömrəsi olan bir ədəd 850 manat dəyərində «Poko» markalı mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb qaçmaqla açıq talayaraq zərərçəkmiş şəxsə, ümumilikdə 853 (səkkiz yüz əlli üç manat maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə 02 yanvar 2023-cü il tarixində saat 16 radələrində «Bolt» taksi şirkətinin mobil tətbiqi vasitəsilə taksi sifariş verərək ünvan 6 ünvanında yerləşən «Məclis Evi»nin qarşısında X7 idarə etdiyi «Toyota-Prius» markalı, **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edərək Abşeroin rayonu Xırdalan şəhərində yerləşən «AAAF Park» yaşayış kompleksinə sürdürmüş, sonra isə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N.Həşimli küçəsi, 31 ünvanına qaytarılmasını xahiş edib sonuncunun etibarıından sui-istifadə edib telefonunun cərəyanı olmadığını bəhanə edib aldadaraq ailəsinə zəng edərək danışmaq adı ilə sürücü Semi Hüseynovdan üzərində 3 manat dəyərində ***-***-**-** saylı «sim» və 16 manat dəyərində ***-***-**-** saylı «cin» nömrələri olan 650 manat dəyərində bir ədəd «Xiaomi Poko M-5» markalı mobil telefonu 3 manat dəyərində kabura və həmin kaburanın içində olan 100 manat nağd pulla birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxsə, ümumilikdə 772 (yeddi yüz yetmiş iki) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə 03 yanvar 2023-cü il tarixində saat 20 radələrində mobil «Uber» taksi şirkətinin mobil tətbiqi vasitəsilə taksi sifariş verərək Abşeron rayonu, Xırdalan dairəsinə çağırmış olduğu Zərərçəkmiş şəxs8 idarə etdiyi «Toyota-Prius» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edərək əvvəlcə Biləcəri qəsəbəsinə sürdürmüş, sonra isə Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 1 ünvanına aparmasını xahiş edib qeyd olunmuş ünvana çatdıqda isə guya bir nəfərlə görüşüb qovluq götürərək qayıdacağını deyib, sürücünün avtomobildən düşməsindən istifadə edib avtomobilin ön panelinin üstündən sürücü Zərərçəkmiş şəxs8 məxsus 380 manat dəyərində bir ədəd «Redmi A-10» markalı mobil telefonu 50 manat dəyərində ***-***-**-** nömrəsi ilə birlikdə və avtomobilin saxlanc yerindən 200 manat nağd pulu və içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və veteran vəsiqəsi olan pul qabını gizli olaraq talayıb zərərçəkmiş şəxsə, ümumilikdə 630 (altı yüz otuz) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə 07 yanvar 2023-cü il tarixində saat 20 radələrində mobil tətbiqi vasitəsilə taksi sifariş edərək Bakı şəhəri, Nizami rayonu ərazisində Zərərçəkmiş şəxs9 idarə etdiyi «Toyota-Prius» markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edərək Abşeroin rayonu, Xırdalan şəhərində yerləşən «AAAF Park» yaşayış kompleksinə sürdürmüş, orada sonuncunun etibarından sui-istifadə edib üstündə nağd pulu olmadığını və təcili Sabirabad rayonuna getməli olduğundan kartından, sonra pul çıxarıb qaytaracağını yalan verib aldadaraq sürücünü özünə inandırıb ondan ailəsinə vermək adı ilə 50 manat almış, təxminən 2-3 dəqiqə sonra qayıdaraq onu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dairəsinə aparmasını xahiş etmiş, yolboyu Zərərçəkmiş şəxs9 aylıq 1000 manat olan bir işə düzəldəcəyini vəd edərək aldadıb sonuncudan sürücülük vəsiqəsinin surətini istəmiş, həmin vaxt sürücü telefonunda sürücülük vəsiqəsinin fotoşəkili olduğunu bildirdikdə isə yolda həmin sənədin surətini çıxaracağı bəhanəsi ilə Zərərçəkmiş şəxs9 600 manat dəyərində bir ədəd «Redmi Poko M-3» markalı mobil telefonu üzərində 5 manat dəyərində ***-***-**-** saylı «sim» və 5 manat dəyərində 070-9661-48-68 saylı «nar» nömrələri ilə birlikdə vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxsə, ümumilikdə 660 (altı yüz altmış) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə 09 yanvar 2023-cü il tarixində saat 18 radələrində «Bolt» mobil tətbiqi ilə taksi sifariş edərək Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF Park» yaşayış kompleksinin yaxınlığında yerləşən «Bazarstore» mağazasının qarşısına çağırmış olduğu X5 idarə etdiyi «Kia-Rio» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilndən taksi kimi istifadə edərək əvvəlcə metronun «Neftçilər» stansiyasının yaxınlığına sürdürmüş, sonra isə Biləcəri qəsəbəsinə qayıdaraq sürücüdən ünvan 7 ünvanda yerləşən 300 saylı tam orta məktəbin yaxınlığında avtomobili saxlamasını xahiş edib söhbət zamanı özünü sürücüyə polis əməkdaşı kimi təqdim edərək qızının məktəbdən çıxmasını gözlədiyini bəhanə edib Telman Mecidova "xxxx"a məxsus plastik kart verərək balansından 50 manat pul çıxarıb gəlməsini xahiş etmiş, sürücünün getməsindən istifadə edib T.B.Mecidova məxsus 390 manat dəyərində bir ədəd «Redmi Note 8» markalı mobil telefonu üzərində 5 manat dəyərində ***-***-**-** saylı «sim» nömrəsi və 14 manat dəyərində ***-***-**-** saylı «cin» nömrələri ilə birlikdə avtomobilin salonundan gizli olaraq talayıb zərərçəkmiş şəxsə, ümumilikdə 409 (dörd yüz doqquz) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, 10 yanvar 2023-cü il tarixində günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” deyilən ərazinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,424 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 10 yanvar 2023-cü il tarixində saat 19:00-da ünvan 8 ünvanının qarşısında Binəqədi RPİnin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 10 ünvanında yerləşən 6-cı Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli zolaqlı parça şalvarın arxa sağ cibindən açıq yaşıl rəngli kağıza bükülmüş təmiz çəkisi 0,424 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 178.2.2, 180.2.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, törətdiyi cinayət əməllərindən peşman olduğunu, imkanı olmadığından zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyə bilmədiyini qeyd edib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 178.2.2, 180.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 20 avqust 2022-ci il tarixdə taksi işlədiyindən Təqsirləndirilən şəxs müştəri qismində avtomobilinə əyləşmişdir. Qulam ona işdən icazəsiz çıxadığını və kartının işdə olduğunu bildirmişdir. Daha sonra Qulam kartını götürməli olduğunu və bildirmiş və bunun üçün ondan kömək istədikdə o, insanlıq naminə kömək etmək qərarına gəlmişdir. Bu zaman Qulam ondan telefonunu istədiyindən o, telefonu istifadə etməsi üçün verib dayandıqları yerdə olan binanın 3-cü mərtəbəsinə qalxmış, Qulam isə onun avtomobilində oturmuşdur. O, şübhələndiyindən dərhal avtomobilinin yanına geri qayıtmış və görmüşdür ki, həmin şəxs avtomobildə yoxdur. Eyni zamanda ona verdiyi telefonu və avtomobilin daxılında saxladığı pullar da olmamışdır. Təqsirləndirilən şəxs onun telefonunu və pulunu götürüb qaçmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs söhbət zamanı ona zərgər işlədiyini və hacıdır. Qulam ona məxsus avtomobildən pulunu və zəng etməsi üçün verdiyi telefonu götürüb qaçıb getmişdir. Təqsirləndirilən şəxs şikayətçidir ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2022-ci ilin dekabr ayında avtovağzalda dayanmış və bu zaman “Bolt” proqramından sifariş almışdır. Müştəriyə Biləcəri dairəsindən zəng edib olduğu yeri soruşmuşhəmin şəxs dairənin yanında dayandığını bildirmişdir. Bundan sonra adını sonradan bildiyi Qulam adlı müştəri avtomobilə əyləşmiş və söhbətləşməyə başlamışlar. Onun iki gedişi olmuş və onlar əvvəlcə Nərimanov rayonuna daha sonra isə Biləcəriyə geri qayıtmışlar. Söhbət zamanı polis əməkdaşı olduğunu və sənəd yığdığını bildirmişdir. Biləcəriyə qayıdanda uşağının müəllim yanına getdiyini onu götürüb evə gedəcəyini bildirdi. Sonra telefon balansında pulun olmadığını və telefonunu danışmaq üçün ona verə bilərmi deyə soruşuqda o da razılaşaraq telefonunu ona vermişdir. Qulam avtomobildən düşüb kənara çəkildi və bir bloka yaxınlaşdı. Bu zaman fikri onda idi və gördü ki, blokun qapısı kodludur, o isə qapını aça bilmir. Onun telefonu ourlayacağından şübhələndi və bu zaman avtomobilinə sərnişin kimi minmiş Qulam evlərin yan tərəfinə doğru qaçaraq ondan yayındı. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin əvvəlində Biləcəri dairəsində sifariş qəbul etmiş və bir nəfər şəxs müştəri qismində avtomobilinə minmişdir. Yolda söhbətləri mehriban alınmış və həmin şəxs adını sonradan bildiyi Qulam özünü polis zabiti kimi təqdim etmişdir. Əvvəlcə Xırdalana getmişlər, sonra Əcəmiyə qayıtmışlar və oradan 20 Yanvar metrosu tərəfə gəlmiş, oradan isə Biləcəri qəsəbəsinə getmişlər. Biləcəridə məhəllədə qızına zəng etməsi üçün ondan telefonunu istədi, o da söhbətləri səmimi alındığı üçün etibar edərək telefonunu vermişdir. Telefonu verdikdən sonra avtmobildən düşüb siqaret çəkməyə başlamış və qəfildən ətrafa baxdıqda nə müştərinin, nə də verdiyi telefonun olmadığını görmüşdür. Mehriban söhbətlərinə səbəb onun müharibə iştirakçısı olması, qazi oğlu olması və Qulamın bir iki tanışlarının adlarını çəkməsi olmuşdur. Telefondan başqa onun kaburasında 100 manat pul da olmuşdur ki telefonla birlikdə həmin pul da getmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin yanvarın ayının 3-də Biləcəridən zakas qəbul etmişdir. Həmin zakazı alaraq edib müştərini qəbul etmiş və sonradan adını bildiyi Qulam adlı şəxslə söhbət zamanı o, polis əməkdaşı olduğunu bildirmişdir. Əvvəlcə Sabunçuya getmişlər, daha sonra 6-cı Polis Bölməsi tərəfə qayıtmışlar, Sonra isə yenidən biləcəriyə getmişlər. Biləcəridə o, dükana düşmüş, dükandan çıxanda isə avtomobildə sərnişinin olmadığını, həmçinin avtomobilin içərisinə baxdıqda, telefonu, pul qabı, sənədləri və pulunun olmadığını görmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin yanvar ayının əvvəllərində bir müştəri qəbul etmişdir. Sonradan onun adının Qulam olmasından məlumatı olmuşdur. X1 aparmalı idi və yolda söhbət zamanı özünü ona cinayət axtarışın rəisi kimi təqdim etmişdir. Bir qədər sonra telefonun söndüyünü ona göstərib, danışmaq üçün ondan telefonunu istəmişdir. O da telefonu vermiş və həmin şəxs düşüb telefonla danışmağa başlamış və qəfildən qaçıb getmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildimrişdir ki, Qulam telefonu istəməzdən əvvəl öz telefonunun söndüyünü ona göstərmişdir. Qulam onu işə düzəldəcəyini dediyindən o da öz telefonundan istifadə etməsinə icazə vermişdir. Qulama telefonu verdikdən sonra o, guya danışaraq Biləcəri dairəsində olan bir kafenin hasarı üzərindən tullanıb qaçıb getmişdir. Telefonun dəyəri 600 manat olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, axşamlar taksi fəaliyyəti ilə məşğul idi. 2022-ci ilin dekabr ayında avtomobilinə Biləcəridən bir müştəri minmişdir. O, müştərini Nərimanova aparmış, oradan isə Biləcəriyə qayıtmışlar. Ünvana çatan zaman sonrada adının Qulam olduğunu bildiyi müştəri ailəsi ilə danımaq adı ilə ondan telefonunu istəmiş, o da telefonu danışması üçün vermişdir. Həmin şəxs avtomobildən düşərək telefonla danışmasını gösrsə də bir qədər sonra onun hara yoxa çıxdığını başa düşə bilməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir ona vurulmuş ziyan ödənilməmişdir. İbtidai istintaq orqanı tərəfindən ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, təxminən bir ilə yaxındır «Uber» taksi şirkətinə məxsus olan «Toyota Prius» markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 09 iyul 2022-ci il tarixində təxminən saat 13:30da Bakı şəhəri, Nəsimi rayonunda yerləşən, metronun «Memar Əcəmi» stansiyası istiqamətində hərəkətdə olan zaman ona sifariş gəlmişdir. O, həmin ünvandan Badamdar qəsəbəsi istiqamətinə sifarişi qəbul etdikdən sonra bir nəfər, təxminən 35-37 yaşlı kişi cinsinə aid olan şəxsi göstərilən ünvandan götürərək 4 mərtəbəli yaşayış binasının qarşısına çatdırmışdır. Həmin müştəri ona bir ədəd "xxxx" ASC-yə aid kart verərək binanın 3-cü mərtəbəsində yerləşən mənzildə kartın sahibinin yaşadığını bildirib, ondan kartı sahibinə verməyini xahiş etmiş, o da razılaraq avtomobildən düşüb deyilən mənzilə getmiş və bu zaman sərnişin onun avtomobilində əyləşərək gözləmişdir. O, həmin mənzilin qapısını döydükdə mənzildən qadın və kişi səsi gəlmiş, lakin qapını açan olmamışdır. Təxminən 5 dəqiqə gözlədikdən sonra o, yenidən avtomobilmin yanına qayıtdıqda isə onu gözləyən sərnişinin avtomobildə olmadığını, həmçinin avtomobildə ona məxsus olan bir ədəd «Samsung A40» makralı mobil telefonun və sürücü oturacağı ilə ön sağ oturacağının ortasında olan yük yerindən 150 manat pulunun oğurlandığını aşkar etmişdir. Buna görə baş vermiş oğurluq hadisəsi ilə bağlı o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin oğurluq cinayəti ilə ona, ümumilikdə 450 (dörd yüz əlli) manat maddi ziyan dəymişdir. İbtidai istintaq orqanı tərəfindən ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, təxminən 4 ildir o, taksi fəaliyyəti ilə məşğuldur. Son vaxtlada o, etibarnamə əsasında idarə etdiyi «Kia Rio» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşımışdır. 20 avqust 2022-ci il tarixində «*1020» zəng xidməti vasitəsilə o, Yasamal rayonunda yerləşən «Caspian Plaza»nın yanında Badamdar qəsəbəsinə ***-***-**-** saylı mobil nömrədən sifariş götürmüş və icra etmək üçün yola düşmüşdür. O, həmin müştərini götürüb ünvana yollanmışdır. Həmin şəxs yolda özü barəsində ona məlumat verib adının Fərid olduğunu, metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında qızıl mağazası işlətdiyini və bank kartını müdiriyyətə vermək üçün göstərlilən ünvanı sifariş etdiyini bildirmişdir. Həmçinin həmin müştəri geri qayıtmaq üçün də sifariş vermişdir. O, çatdırılmada qeyd edildiyi kimi bank kartını sözügedən məştirədən götürüb binanın 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını döymüş, lakin Tuncay adlı şəxsin həmin ünvanda yaşamadığı ona deyilmişdir. Bundan sonra o, yenidən avtomobilnin yanına qayıtdıqda onu gözləyən sərnişinin avtomobildə olmadığını görmüşdür. Sonra avtomobilin salonuna baxdıqda isə ona məxsus olan bir ədəd «Samsung J4+ 2018» markalı mobil telefonun və 45 (qırx beş) manat pulunun, həmçinin «Leo Bank»a aid bank kartının oğurlandığını aşkar etmişdir. Buna görə də o, baş vermiş oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin oğurluq cinayəti nəticəsində ona, ümumilikdə 120 (bir yüz iyirmi) manat maddi ziyan dəymişdir. İbtidai istintaq orqanı tərəfindən ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, əlildir və lizinq müqaviləsi əsasında əldə etdiyi «Xəzər» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 27 dekabr 2022-ci il tarixində saat 23:59 radələrində mobil tətbiq ilə qoşulduğu taksi sifarişi proqramı vasitəsi ilə sifariş qəbul etmişdir və sifariş verən nömrə ilə əlaqə saxlayarkən bir xanım cavab verərək bildirmişdir ki, müştəri ünvanda onu gözləyir. O, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən Çinar kafesinin qarşısında dayandıqda təxminən 40-45 yaşlı bir kişi maşına əyləşib metronun «Qara Qarayev» stansiyası yaxınlığına və geriyə - Biləcəri qəsəbəsinə iki tərəfli sifariş verdiyini demişdir. Metronun «Qara Qarayev» stansiyası yanına çatdıqda müştəri ondan xahiş etmişdir ki, bir nəfərlə görüşməli olduğundan onu bir dəqiqə gözləsin. Həmin müştəri avtomobildən düşmüş, lakin heç bir dəqiqə çəkməmiş qayıdıb gəlmiş və Biləcəri qəsəbəsinə qayıtmalarını xahiş etmişdir. Onlar Biləcəri qəsəbəsinə qayıdıb «Armi» marketin qarşısından təxminən 300 metr irəliyə hərəkət edərək gül dükanının qarşısından sağa dönüb qaranlıq həyətə girmiş və təxminən 300 metr irəli hərəkət etdikdən sonra dalana (tupikə) çatmışlar. İrəliyə getmək üçün artıq avtomobil yolu olmamışdır. O, idarə etdiyi avtomobili saxlayan kimi avtomobildə olan həmin müştəri polis olduğunu deyib, təhqiqatçı olduğuna görə onun mobil telefonunu yoxlamalı olduğunu bildirmişdir. Həmin şəxs avtomobilin ötürücüsünün yanında qoyulmuş, içərisində ***-***-**-** və ***-***-**-** kart nömrələri olan 865 911 0625 06 565 İMEİ kodlu «Honor 70» markalı ona məxsus telefonu götürüb bildirmişdir ki, qarşıdakı binada onların məxfi əməkdaşı qaldığından telefonu yoxlamalıdır. Guya bu səbəbdən də mobil telefonunun kilid kodunu ondan tələb etmiş, lakin o, telefonunun kodunu vermək istəməmiş, bu an həmin şəxs onun yaxasından tutaraq sirkələyib kodu deməsini tələb etmişdir. O, əlil olduğundan xəsarət alacağından qorxub kodu demiş və həmin müştəri kilid-kodu öz mobil telefonuna yazaraq avtomobildən düşüb getmişdir. O, həyəcanlı olduğu üçün avtomobilini idəraə edə bilməmiş və bir xeyli gözləyib özünə gəldikdən sonra evə getmişdir. Evə çatanda isə avtomobilinin saxlanc yerinə (bardaçoka) baxanda görmüşdür ki, 65 manata yaxın gün ərzində işlədiyi pulu da yoxdur. Səhəri gün o, DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. «Honor 70» markalı telefonu o, 2022-ci ilin sentyabrın 8-i “İrşad Elektronics” mağasının Xırdalan filialından kreditlə 1500 (bir min beş yüz) manata almışdır. Həmin telefonunda iki nömrə olmuşdur: biri «Nar mobil» operatorun qiyməti 20 manat olan ***-***-**-** saylı, digəri isə «Bakcell» mobil operatorun qiyməti 10 manat olan ***-***-**-** saylı. Hadisə olan zaman onun nömrələrinin balansında heç bir məbləğdə vəsait olmamışdır. Cinayət əməli ilə ona ümumilikdə 1605 manat dəyərində maddi zərər dəymişdir. Belə ki, oğurlanmış telefonun qiyməti 1500 manat olmuş, telefonun içərisində olan nömrələrin ümumi dəyəri 30 manat olmuş, avtomobilin salonunda olan saxlanc yerindən (bardaçokdan) 65 manat nağd pul vəsaiti oğurlanmışdır. İbtidai istintaq orqanı tərəfindən ifadəsi alınmış Zərərçəkmiş şəxs10 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, «Kia Rio» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili “Kaspian Lizing” şirkətindən ayda 446 manat ödəməklə lizinq krediti ilə götürüb idarə etməklə sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. 09 yanvar 2023cü il tarixində axşam saatlarında «BOLT» taksi şirkətinin mobil tətbiqi vasitəsi ilə saat təxminən 17:00 radələrində sifariş qəbul edərək, mobil tətbiqin naviqasiya sistemi vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF park» yaşayış kompleksinə çatmamış “Bazarstore” mağazasının qarşısına gəlib oradan sifariş verən müştərini götürüb «Neftçilər dairəsi»nə aparmışdır. Həmin sərnişin «Neftçilər» metrostansiyasının qarşısında avtomobili saxlatdırıb oradakı obyektlərə baxmalı olduğunu bildirmişdir. Avtomobildən düşmədən pəncərədən yol kənarında olan obyektlərə baxdıqdan sonra Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşı olduğunu deyən həmin şəxs əlavə ödəniş edəcəyini bildirib Biləcəriyə qayıtmağı xahiş etmişdir. Onlar «Biləcəri meydanı»na, 300 nömrəli orta məktəbin yanına çatanda həmin sərnişin qızını hazırlıqdan götürüb evə düşürəcəyini demiş, o da buna etiraz etməmişdir. Təxminən saat 18:30 radələrində o, avtomobili 300 saylı orta məktəbin arxasında olan binanın qarşısında saxlamış, həmin sərnişin təxminən 2-3 dəqiqə gözlədikdən sonra “Kapital” banka məxsus kartı ona verərək, qızını gözlədiyini, birdən sonuncunun gəlib görməyəcəyini deyib həmin kartdan 50 manat çıxarıb gəlməsini ondan xahiş etmişdir. O da inanıb, avtomobilin mühərrikini işlək vəziyyətdə, qapını kilidləməyib, mobil telefonunu da salonda qoyub bankomat axtarmağa getmişdir. Təxminən 150-200 metr aralandıqdan sonra o, Biləcəri parkla üzbəüz olan “Rahat” marketə daxil olub kartı bankomata salıb həmin sərnişinin dediyi 1981 saylı kart şifrəsini yığdıqda şifrənin yanlış olduğunu müəyyən edib geri qayıtmışdır. Avtomobilə qayıtdıqda o görmüşdür ki, həmin şəxs və avtomobilin salonuna qoyduğu «Redmi Note 8» modelli, üzərində: biri «Bakcell» mobil operatorunun ***-***-**-** nömrəsi, digəri isə «Azərceel» mobl operatoruna məxsus ***-***-**-** nömrəsi telefonu yoxdur. O anlamışdır ki, həmin şəxs onun fikirini yayındıraraq telefonunu oğurlamışdır. Bu səbəbdən də o, Binəqədi RPİnin 6-cı PB-yə gələrək polisə oğurluq faktı ilə bağlı məlumat vermişdir. Həmin mobil telefonu o, təxminən bir il öncə Şamaxı şəhərindən kreditlə 390 manata almış və cinayət törədilərkən telefonunda birinin qiyməti 5 manata aldığı ***-***-**-** saylı «Azercell», digərini isə 14 manata aldığı ***-***-**-** saylı «Bakcell» operatoruna məxsus iki simkart olmuşdur. Törədilmş cinayət nəticəsində ona, ümumilikdə 425 manat dəyərində maddi zərər dəymişdir. Belə ki, həmin şəxs həmçinin 16 manat yol haqqını ödəmədən qaçmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 hadisənin çoxdan baş verdyini, hadisənin dəqiq yadında olmadığını, ibtidai istintaq zamanı vediyi ifadəsini təsdiq etdiyini qeyd edib, on averilən suallara cavab olaraq bildirmişdir ki, telefonu sənədlə, şəxsiyyət vəsiqəsi ilə rəsmi qaydada almışdır. Həmin vaxt yanında bir neçə nəfər olsa da hazırda kimin olması yadında deyildir. Gün ərzində 50-60 telefon alır. Həmin telefonu Bəhrama o satmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantıdır. 2023-cü ilin yanvar ayında daxil olmuş məlumat əsasında axşam saat 7-də Təqsirləndirilən şəxs izləyib Binəqədi rayonu, R.İsmayılov küçəsi 12 saylı binanın qarısında ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edib onun şəxsiyyətini yoxlamışlar. Bu zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra həmin şəxsi bölməyə dəvət etmişlər. Bölmədə onun üzərində aparılmış şəxsi axtarış zamanı həmin şəxsin üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 2023cü ilin yanvar ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs R.İsmayılov küçəsində olması ilə bağlı daxil olmuş məlumat əsasında sonuncuya 12 saylı binanın qarşısısında yaxınlaşmışlar. Onlar özlərini təqdim edib onun şəxsiyyətini yoxladıqdan sonra onu bölməyə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixində Zərərçəkmiş şəxs1 əmlakını ünvan 3 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının qarşısında talamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixində Zərərçəkmiş şəxs2 əmlakını Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ünvanında yerləşən “Ekspress Araz” marketin qarşısında talamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2022-ci il tarixində Zərərçəkmiş şəxs3 əmlakını ünvan 4 ünvanında yerləşən marketin qarşısında talamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixində İsmayılov Zərərçəkmiş şəxs4 əmlakını talamaq məqsədi ilə əvvəlcə onu taksi kimii Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən «Çinar» kafesinin qarşısına çağırmış, sonra metronun «Qara Qarayev» stansiyasının yaxınlığına getmiş, daha sonra isə Biləcəri qəsəbəsinə qayıdaraq sürücüdən avtomobili Biləcəri qəsəbəsində yerləşən «Armi» marketin yanından sağ tərəfdə olan qaranlıq ara küçələrinin birinə sürdürüb orada sonuncuya qarşı soyğunçuluq cinayəti törətmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixində X2 əmlakını ünvan 5 ünvanda talamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2022-ci il tarixində Zərərçəkmiş şəxs6 əmlakını Bakı şəhəri, ünvan 11 ünvanda talamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixində X7 əmlakını Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N.Həşimli küçəsi, 31 ünvanında talamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixində Zərərçəkmiş şəxs8 əmlakını ünvan 12 ünvanında talamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixində Zərərçəkmiş şəxs9 əmlakını Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dairəsində talamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixində X5 əmlakını ünvan 7 ünvanında yerləşən 300 saylı tam orta məktəbin yaxınlığında talamışdır. Fotoşəklin şəxsə tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 fotoşəkil üzrə tanınmaya təqdim edilmiş, həmin protokola əlavə edilmiş fotocədvəldə göstərilmiş 4 nəfər şəxs arasında olan, 4-cü № altında fotoşəkli əks olunmuş Təqsirləndirilən şəxs fotocədvəldə olan şəklini göstərərək məhz həmin şəxsin onun taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə müştəri qismində əyləşdiyini və həmin şəxsi zahiri görünüşünə görə tanıdığını bildirmişdir. Fotoşəklin şəxsə tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 fotoşəkil üzrə tanınmaya təqdim edilmiş, həmin protokola əlavə edilmiş fotocədvəldə göstərilmiş 4 nəfər şəxs arasında olan, 1-ci № altında fotoşəkli əks olunmuş Təqsirləndirilən şəxs fotocədvəldə olan şəklini göstərərək məhz həmin şəxsin onun taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə müştəri qismində əyləşdiyini və həmin şəxsi zahiri görünüşünə görə tanıdığını bildirmişdir. Fotoşəklin şəxsə tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 fotoşəkil üzrə tanınmaya təqdim edilmiş, həmin protokola əlavə edilmiş fotocədvəldə göstərilmiş 4 nəfər şəxs arasında olan, 3-cü № altında fotoşəkli əks olunmuş Təqsirləndirilən şəxs fotocədvəldə olan şəklini göstərərək məhz həmin şəxsin onun taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə müştəri qismində əyləşdiyini və həmin şəxsi zahiri görünüşünə görə tanıdığını bildirmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 10 yanvar 2023-cü il tarixdə saat 19:00-da məhdudlaşdırılaraq həmin tarixdə saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq idarəyə gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli zolaqlı parça şalvarın arxa sağ cibindən açıq yaşıl rəngli kağıza bükülmüş maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/137 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükülü” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,424 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,424 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,374 qram. Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və cinayət işinə əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6cı Polis Bölməsinin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli zolaqlı parça şalvarın arxa sağ cibindən bir ədəd açıq yaşıl rəngli kağız bükümü, həmin şalvarın sol yan cibindən isə bir ədəd ağ rəngli «NOKİA» markalı mobil telefonu çıxarıb masanın masanın üzərinə qoyduğu, həmin bükümün içərisində olan maddənin el içində «heroin» deyilən narkotik vasitə olduğunu, həmin bükümü 10 yanvar 2023-cü il tarixində günorta saatlarında öz şəxsi istifadəçisi üçün Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdə tanımadığı şəxsdən 15 manat müqabilində alaraq cibində gəzdirdiyini bildirdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videokadrlarda görünən şəxsin özü olduğunu təsdiq etmişdir. Bakı şəhəri Biəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-22/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-96/2019 nömrəli hökmü ilə CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixində cəzadan azad edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6185 nömrəli rəyindən görünür ki, 1 (bir) ədəd “Xiaomi Poco F3” markalı **********65548 və **********65555 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 550,00 manat müəyyən olunur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanma yerindənazad edilməklə barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin xx.xx.2023-cü il tarixli, 980 nömrəli Ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Biəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-347/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 10 iyun 2023-cü il tarixədək uzadılmışdır. Əşyanın maddi sübut kimi tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,424 qram çəkidə olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və narkotik vasitə olan heroinin tədqiqata sərf edildikdən sonra 0,374 qram qalmış qalığı saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı keçirilmiş 1 (bir) ədəd disk sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır. Bakı şəhəri Biəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-593/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 iyul 2023-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2, 178.2.2, 180.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Biəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-685/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 18 iyul 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-370/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, sonuncuya CM-in 177.2.2-ci maddəsi ilə 3 (üç) il müdətə azadlıqdan məhrum etmə cəzası, CM-in 178.2.2-ci madəsi ilə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, CM-in 66.2-ci maddəsinə müvafiq olaraq ona təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-244/2024 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-370/2023 nömrəli hökmü Təqsirləndirilən şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 178.2.2, 180.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 178.2.2, 180.2.2 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-96/2019 nömrəli hökmü ilə CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasın aməhkum edilmiş, «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixində cəzadan azad edilmiş və məhkumluğu ödənilmiş hesab edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə CM-in 177.2.2, 178.2.2, 180.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini 09 iyul 2022-ci il tarixdən 10 yanvar 2023-cü il tarixədək olan dövrdə, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-370/2023 nömrəli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Belə olan halda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərinin residivinin olması müəyyən edilməməlidir Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmasını, əvvəllər də eyni xarakterli cinayət əməllərini törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və həmin məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 178.2.2, 180.2.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq, onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-370/2023 nömrəli hökmü ilə məhkum edildiyi 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək həmin tarixdə saxlanıldığı MSY-dən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 1 (bir) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdən 11 noyabr il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-22/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Biəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-347/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 10 iyun 2023-cü il tarixədək, Bakı şəhəri Biəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-593/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 03 iyul 2023-cü il tarixədək, Bakı şəhəri Biəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-685/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 18 iyul 2023-cü il tarixədək uzadılmış və sonuncu 10 yanvar 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış təmiz çəkiləri 0,374 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 138 (yüz otuz səkkiz) manat məbləğində olan pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 65 (altmış beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 65 (altmış beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 180.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-370/2023 nömrəli hökmü ilə məhkum edildiyi 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 5 (beş) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış təmiz çəkiləri 0,374 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 138 (yüz otuz səkkiz) manat məbləğində olan pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-38/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-38/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver