Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-38/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, tərcüməçi Camal Bədəlovun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Nümayəndə1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 2009-cu ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 28-də yaşayan, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan təbdiri Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə, xx xxxxxx 2006-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan təbdiri Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, istintaqla şəxsiyyəti müəyyən edilməmiş Tural adlı və xx xxx 2010-cu il təvəllüdlü cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Şahid ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 oktyabr 2023-cü il tarixdə saat 03:48 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən köşkə gəlib əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, istintaqa məlum olmayan predmetlə köşkün qapısını açaraq orada Təqsirləndirilən şəxs2 və Tural adlı şəxslə birlikdə qanunsuz olaraq içəri daxil olmuş, Şahid isə köşkün yaxınlığında pusquda dayanmış, o, Təqsirləndirilən şəxs2 və Tural adlı şəxslə birlikdə köşkdə olan Zərərçəkmiş şəxs məxsus bir qutusu 4,30 manat olan 94,6 manat dəyərində 22 qutu “Sobranie Caster” markalı siqaret, bir qutusu 4,30 manat olan 81,7 manat dəyərində 19 qutu “Sobranie ağ ballı” markalı siqaret, bir qutusu 4,30 manat olan 86 manat dəyərində 20 qutu “Sobranie göy nazik” markalı siqaret, bir qutusu 4,30 manat olan 64,5 manat dəyərində 15 qutu “Sobranie ağ nazik” markalı siqaret, bir qutusu 4,30 manat olan 38,7 manat dəyərində 9 qutu “Sobranie göy qalın” markalı siqaret, bir qutusu 4,30 manat olan 68,8 manat dəyərində 16 qutu “Sobranie ağ qalın” markalı siqaret, bir qutusu 4,00 manat olan 72 manat dəyərində 18 qutu “Kent 1 nazik” markalı siqaret, bir qutusu 4,00 manat olan 88 manat dəyərində 22 qutu “Kent nazik” markalı siqaret, bir qutusu 4,00 manat olan 40 manat dəyərində 10 qutu “Kent 4 qalın” markalı siqaret, bir qutusu 4,00 manat olan 48 manat dəyərində 12 qutu “Kent 8 qalın” markalı siqaret, bir qutusu 4,00 manat olan 80 manat dəyərində 20 qutu “Kent mentol nazik” markalı siqaret, bir qutusu 3,90 manat olan 74,10 manat dəyərində 19 qutu “Winston kompakt boz” markalı siqaret, bir qutusu 3,90 manat olan 89,70 manat dəyərində 23 qutu “Winston nazik boz” markalı siqaret, bir qutusu 3,30 manat olan 69,30 manat dəyərində 21 qutu “LD kompakt ağ” markalı siqaret, bir qutusu 3,00 manat olan 30 manat dəyərində 10 qutu “Davidoff kompakt boz” markalı siqaret, bir qutusu 2,60 manat olan 33,8 manat dəyərində 13 qutu “Palmal qalın boz” markalı siqaret, bir qutusu 2,60 manat olan 18,2 manat dəyərində 7 qutu “Palmal qalın göy” markalı siqaret, bir qutusu 3,90 manat olan 46,8 manat dəyərində 12 qutu “Palmal nazik boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu “Viceroy göy nazik” markalı siqaret, bir qutusu 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu “Viceroy ağ nazik” markalı siqaret, bir qutusu 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu “Viceroy qara nazik” markalı siqaret, bir qutusu 2,50 manat olan 35,00 manat dəyərində 14 qutu “Argo qalın göy” markalı siqaret, bir qutusu 2,50 manat olan 35,00 manat dəyərində 14 qutu “Argo qalın qırmızı” markalı siqaret, bir qutusu 2,50 manat olan 30,00 manat dəyərində 12 qutu “Argo kompakt göy” markalı siqaret, bir qutusu 2,40 manat olan 16,80 manat dəyərində 7 qutu “Argo ballı” markalı siqaret, bir qutusu 2,40 manat olan 16,80 manat dəyərində 7 qutu “Argo nazik göy” markalı siqaret, bir qutusu 3,00 manat olan 66,00 manat dəyərində 22 qutu “Rotmans kompakt göy” markalı siqaret, bir qutusu 3,00 manat olan 69,00 manat dəyərində 23 qutu “Rotmans kompakt boz” markalı siqaret, bir qutusu 3,00 manat olan 78,0 manat dəyərində 26 qutu “Rotmans kompakt mentol” markalı siqaret, bir qutusu 2,50 manat olan 50,00 manat dəyərində 20 qutu “Vegas nazik boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 50,00 manat dəyərində 20 qutu “Wincestr nazik boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 55,00 manat dəyərində 22 qutu “Wincestr nazik göy” markalı siqaret, bir qutusu 2,50 manat olan 70,00 manat dəyərində 28 qutu “Wincestr kompakt boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu “Want qırmızı nazik” markalı siqaret, bir qutusu 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu “Want qara nazik” markalı siqaret, bir qutusu 2,70 manat olan 27,00 manat dəyərində 10 qutu “Classic kompakt boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 17,50 manat dəyərində 7 qutu “Magna nazik boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 20,00 manat dəyərində 8 qutu “Magna nazik qara” markalı siqaret, bir qutusu 2,50 manat olan 32,50 manat dəyərində 13 qutu “Magna ağ qara” markalı siqaret, bir qutusu 2,70 manat olan 5,40 manat dəyərində 2 qutu “West qalın boz” markalı siqaret, bir qutusu 2,80 manat olan 11,20 manat dəyərində 4 qutu “West kampakt boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 15,00 manat dəyərində 6 qutu “Keno ballı” markalı siqaret, bir ədədi 0,50 manat olan 25,00 manat dəyərində 50 ədəd spiralni alışqan, bir ədədi 0,60 manat olan 24.0 manat dəyərində 40 ədəd spiralni alışqan, bir ədədi 1,00 manat olan 45,00 manat dəyərində 45 ədəd spiralni qara rəngli alışqan, bir ədədi 2 manat olan 18 manat dəyərində 9 ədəd ətir, bir ədədi 1 manat olan 17 manat dəyərində 17 qutu “mentos” markalı saqqız, bir ədədi 2 manat olan 76 manat dəyərində 38 ədəd super snickers adlı şokalad, bir ədədi 2 manat olan 16 manat dəyərində 8 ədəd “M-M” markalı şokalad, bir ədədi 4,90 manat 19,60 manat dəyərində 4 ədəd böyük ölçüdə “Red bull” markalı enerji içkisi, bir ədədi 1,60 manat olan 20,80 manat dəyərində 13 ədəd “Go” markalı spirtli içkisi, bir ədədi 0,70 manat olan 14 manat dəyərində 20 ədəd “Adicto” markalı şirniyyatı, 90 manat dəyərində “bosch” markalı bir ədəd direl aləti, 63 manat dəyərində bir ədəd mini direl komplekti, 4 manat dəyərində bir ədəd çəkic aləti, 4 manat dəyərində bir ədəd kəlbətin, 6 manat dəyərində bir ədəd mişar aləti, 20 manat dəyərində led işıq adapter, 2 manat dəyərində bir qutu “Azerçay” markalı 25 ədədlik birdəfəlik istifadə olunan çay, 5 manat dəyərində bir ədəd pul qabını içərisində olan 164 manat pulla birlikdə bir ədəd qutuya və əyinlərində olan paltarın altına yığıb oradan aparmaqla gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2582,80 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax şəhərində anadan olmuş, Yevlax şəhəri Nizami prospekti ev 227-də qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu , S.Bəhlulzadə küçəsi döngə 7 ev 58-də yaşamışdır. O, təhsil almamış və orta məktəbdə oxumamışdır. Onu tanışları “Gro” ləqəbi ilə tanımışdır. O, Təqsirləndirilən şəxs2 təxminən 09 oktyabr 2023-cü il tarixdən 20-25 gün əvvəl tanımışdır. Belə ki, o, Bakı şəhəri “20 Yanvar" metrostansiyasının yaxınlığında olan parkda dostları ilə gəzərkən həmin Məhəmməd adlı şəxslə tanış olmuş və həmin vaxtdan etibarən dostluq münasibəti yaranmışdır. O, Şahid Vahid adlı şəxs kimi təxminən 09 oktyabr 2023-cü il tarixdən iki ay əvvəl tanımış, sonuncu ilə Bakı şəhəri “Malakan” adlı parkda gəzən zaman rastlaşıb tanış olmuş, bir neçə dəfə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 9 saylı tam orta məktəbin həyətindəki stadionda birlikdə futbol oynamış və bununla da dostluğu yaranmışdır. O, Tural adlı şəxsi 09 oktyabr 2023-cü il tarixdən təxminən bir il əvvəl tanımış, sonuncu ilə həmin vaxt Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Macdonalds” adlı restoranın yaxınlığında tanış olmuş, həmin vaxtdan etibarən dostluğu yaranmışdır. 09 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhərində yerləşən “Malakan” adlı parkda gəzən zaman Turalla rastlaşmış və birlikdə həmin ətrafda gəzməyə başlamışlar. Saat 23 radələrində “Malakan” adlı parkda olan zaman Vahid kimi tanıdığı Dəniz adlı şəxsin də orada olduğunu görmüş və görüşmüşlər. O, Vahid və Turala “20 Yanvar” metrostansiyasının yaxınlığında olan internet klubuna getmələrini demiş, sonuncular onunla razılaşmışlar. Onlar birlikdə taksi avtomobili ilə “20 Yanvar” metrostansiyasının yaxınlığına getmişlər. Orada olarkən o, Tural və Vahidə Məhəmməd adlı tanışına zəng edəcəyini, sonuncu ilə görüşmələrini demişdir. Bundan sonra o, yaxınlıqda olan taksafonla Məhəmmədə zəng edərək harada olduğunu soruşmuşdur. Məhəmməd yaşadığı evdə olduğunu demiş, o, sonuncuya görüşmələrini demişdir. Məhəmməd ona yaşadığı Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin yaxınlığına gəlməsini demişdir. Bundan sonra o, Vahid və Tural taksi avtomobili ilə Biləcəri qəsəbəsinə getmişlər. O, tanımadığı taksi sürücüsünün mobil telefonu ilə Məhəmmədə zəng edib dediyi yerdə olduğunu bildirmişdir. Biraz sonra Məhəmməd onların yanına gəlmişdir. O, Məhəmmədlə söhbət edərək gəzmələrini və hər hansı bir yerdən oğurluq etmələrini demişdir. Vahid, Tural və Məhəmməd onunla razılşamışdır. Onlar birlikdə piyada olaraq Biləcəri qəsəbəsində gəzmişlər. Onlar Biləcəri qəsəbəsində qapısı bağlı köşkün olduğunu görmüşlər. Həmin vaxt o, Tural, Məhəmməd və Vahidə həmin köşkün qapsını açacağını, bundan sonra onun xəbər verməsi ilə Məhəmməd və Turalın köşkün içərisinə gəlmələrini, Vahidin isə hər hansı bir şəxs gəlməsi halında xəbər verməsi üçün köşkün yaxınlığında dayanmasını demişdir. Həmin şəxslər onunla razılaşmışdır. Bundan sonra o, köşkün qarşısına gəlmiş, üzərində olan vintaçanla köşkün qapısını açmış, sonra Məhəmməd və Turala gəlmələrini demişdir. O, köşkə daxil olmuş, köşkün içərisində olan şkafı qaldırmış, orada pul qabının olduğunu görmüşdür. O, pul qabında kağız və qəpik pulların olduğunu görmüşdür. O, həmin pulları götürüb cibinə qoymuşdur. O, pul qabının digər gözlüklərinə baxarkən Tural və Məhəmməd köşkə daxil olmuş, ondan pul qabında pulun olub-olmamasını soruşmuşlar. O, olmadığını demişdir. Məhəmməd stolun üzərinə çıxaraq köşkün içərisində olan mühafizə kamerasını çəkiliş aparılmaması üçün dartaraq çıxarmışdır. O, Məhəmməd və Tural küçəyə çıxıb ətrafa baxacağını, sonuncuların isə köşkdə olan siqaret, enerji içkiləri, saqqız, şokolad və alışqanı götürüb köşkdə olan geniş qutuya yığmalarını, sonra ona xəbər vermələrini demişdir. O, küçəyə çıxıb Vahidin yanına getmişdir. Biraz sonra Məhəmməd köşkdən küçəyə çıxıb ona əşyaları yığdıqlarını demişdir. O, da bu barədə Vahidə demişdir. Vahid köşkə daxil olmuş, sonra Tural və Vahid əllərində geniş qutu ilə köşkdən çıxmışlar. Onlar birlikdə piyada olaraq hərəkət edərək köşkün yaxınlığında yerləşən binaların həyətinə getmişlər. Onlar qutuda olan əşyaları köşkdən götürdükləri iki ədəd sellofan paketə yığmışlar. O, oğurladıqları əşyaları ertəsi gün satmalarını, əldə olunan qazancı bərabər şəkildə bölmələrini təklif etmişdir. Məhəmməd yaşadığı evə gedəcəyini, əşyaları bölməsini demişdir. O, cibindən çıxarıb Məhəmmədə 50 manat pul vermişdir. Bundan başqa Məhəmməd oğruladıqları əşyalardan 4-5 qutu siqaret götürmüşdür. Sonra Məhəmməd onların getmələri üçün taksi sifariş etmişdir. Sifariş üzrə taksinin birinci getməli olduğu ünvan onun deməyi ilə “Xocasən” adlı metrostansiyanın yaxınlığı, ikinci ünvan isə Vahidin deməyi ilə “Nizami” adlı metrostansiyasının yaxınlığı olmuşdur. Taksi avtomobili gəldikdən sonra o, Tural və Vahid həmin avtomobilə əyləşmişlər. Yolda olarkən o, oğurladıqları əşyalardan on ədəd qutu siqareti Vahidə vermişdir. “Xocasən” metrostansiyasının yaxınlığında o və Tural oğruladıqları əşyaları götürüb düşmüşlər. Vahid isə getmişdir. Bundan sonra o, Turalla birlikdə tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə “Malakan” adlı parka getmişlər. Onlar iki ədəd sellofan paketdə olan oğurladıqları əşyaları ağacların birinin yanında gizlətmişlər. Ertəsi gün o, Turalla oğurladıqları əşyaları satmaq üçün bir neçə gün gözləmələrini qərarlaşdırmışlar. 16 oktyabr 2023-cü il tarixdə səhər saatlarında o, həmin əşayaları satmaq üçün gedəcəyini, satdıqdan sonra görüşüb əldə olunan qazancı bölüşmələri barədə Turalla razılığa gəlmişdir. Bundan sonra o, oğurladığı əşyaları satmaq üçün Biləcəri qəsəbəsində yerləşən “Avtovağzal” ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O Məhəmmədlə sonuncunun yaşadığı evin yaxınlığında görüşdükləri zaman o, hər hansı bir yerdən oğurluq etmələrini demiş, sonuncu da razılaşmış, bundan sonra Biləcəri qəsəbəsində piyada gəzərkən həmin köşkü görmüş və oradan oğurluq etməyi planlaşdırmışlar. Danışıqlarına əsasən o, köşkün qapısını açdıqdan sonra Məhəmməd və Turala xəbər verməyi, Məhəmməd və Tural köşkə daxil olub oradan əşyaları yığmaları, Vahidin isə yaxınlıqda dayanıb ətrafa baxmağını qərarlaşdırmışlar. Onlar köşkdən təxminən 250 qutu müxtəlif markalı siqaret, 3 ədəd spirtli “Go” markalı enerji içkisi, 2 ədəd “Bizon” markalı enerji içkisi, 12 ədəd böyük ölçülü “snikers” markalı şokolad, 1 qutu “Orbit” markalı saqqız oğurlamış, o, köşkdəki şkafdan götürdüyü pul qabının içərisindən 25 manat məbləğində pul oğurlamışdır. Həmin 25 manat pul 20 ədəd 1 manatlıq əskinasdan və 5 manat məbləğində qəpik pullardan ibarət olmuşdur. Oğurladıqdan sonra o, əşyaları ertəsi gün satmağı, əldə olunan gəliri bərabər bölməyi təklif etmiş, Məhəmməd isə yaşadığı evə gedəcəyini, əşyaları həmin vaxt bölmələrinin demişdir. Bu səbəbdən o, cibindən çıxarıb Məhəmmədə 50 manat pul vermiş, bundan əlavə sonuncu 4 qutu müxtəlif markalı siqaret götürüb yaşadığı evə getmişdir. O, Vahid kimi tanıdığı Şahid 10 qutu siqaret vermişdir. Qalan əşyalardan enerji içkilərini o, Turalla içmiş, saqqızları isə Səbail rayonu ərazisində zibilliyə atmış, Tural və o, birlikdə 5 qutu siqaret istifadə etmiş, qalan siqaretləri isə istintaqa təqdim etmişdir. O, 25 manat məbləğində pulu isə 25 manat da özündən əlavə etməklə Məhəmmədə vermişdir. Ona təqdim edilmiş birinci video görüntüdə köşkün qapısını əlində olan vinatçanla açmış, qara rəngli papaq, ağ rəngli corab və şəpit geyinmiş qısaqol köynəkli, köynəyini dartaraq üzünü bağlamağa çalışmış şəxs o, olmuş, sonradan köşkün qapısına yaxınlaşmış iki nəfər şəxsdən əynində tünd göy rəngli şalvar, qolları ağ zolaqlı olan idman gödəkçəsi və başında papağı olan şəxs Məhəmməd, Məhəmmədin yanında əynində qara rəngli şalvar, boz rəngli gödəkçə, ağ rəngli köynək geyinmiş, köynəyini dartaraq sifətini gizlətməyə çalışmış şəxs Tural olmuşdur. İkinci video görüntüdə piştaxtanın arxasında əyləşib oradan pulqabı götürüb içərisinə baxmış və pul qabının içərisindən pul götürüb cibinə qoymuş qısaqol köynəkli, başında papağı olmuş şəxs o, olmuşdur. Həmin görüntüdə digər iki nəfər şəxsdən başında papağı olan və stolun üzərinə çıxaraq kameranı dartıb yerindən çıxarmış şəxs Məhəmməd, digər şəxs isə Tural olmuşdur. O, pulları götürdüyü zaman Məhəmməd və Tural köşkə daxil olmamış, sonradan da bu barədə o, sonuncunlara heç nə deməmişdir. O, həmin köşkdən Məhəmməd Tural və Dənizlə birlikdə ətir, direl, kəlbətin, mişar və led işıq adapteri oğurlamamış, həmin əşyaları Məhəmməd Tural və Dənizin götürməsini görməmiş, bu barədə məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri, M.İsayev küçəsi 1/39-da qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Əhməd Qasımov küçəsi ev 39-da yaşamışdır. O, “Gro” ləqəbli Murad adlı şəxsi təxminən 09 oktyabr 2023-cü il tarixdən 20-25 gün əvvəl tanımışdır. Belə ki, o, Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında olan parkda dostları ilə gəzərkən həmin “Gro” ləqəbli Murad adlı şəxslə tanış olmuşdur. Bundan sonra onun Muradla dost münasibəti yaranmışdır. 09 oktyabr 2023-cü il tarixdən 10 oktyabr 2023-cü il tarixə keçən gecə saat 01 radələrində “Gro” ləqəbli Murad adlı şəxs ona zəng edib harada olduğunu soruşmuş, o, da yaşadığı evdə olduğunu demişdir. Murad ona görüşmələrini demiş, o, da razılaşmışdır. O, Murada yaşadığı evin yaxınlığında yerləşən N saylı hərbi hissənin yaxınlığına gəlməsini və ona zəng etməsini demişdir. O, Murada həmin vaxt evdən çıxıb gələcəyini demişdir. Müəyyən müddət sonra Murad ona zəng edib həmin hərbi hissənin yaxınlığında olduğunu demiş, bundan sonra o, yaşadığı evdən çıxıb oraya getmişdir. O, Muradın yanında tanıdığı Tural adlı şəxsin və ilk dəfə həmin vaxt gördüyü Vahid adlı uşağın olduğunu görmüşdür. Həmin vaxt Murad ona bir yerdən pul götürəcəyini və birlikdə getmələrini demiş, o, razılaşmışdır. Bundan sonra onlar birlikdə piyada olaraq Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində olan köşkün yanına gəlmişlər. Murad onlara həmin köşkün qapısını açıb içəri daxil olacağını, onların da ətrafa baxıb hər hansı bir şəxsin gəlməsi halında Murada xəbər vermələrini, qapını açdıqdan sonra onlara xəbər verəcəyini və onların da həmin köşkə daxil olmalarını demişdir. Onlar da Muradla razılaşmışlar. Murad həmin köşkə yaxınlaşıb əlində olan vintaçanla qapını açmağa başlamışdır. Onlar isə köşkün yaxınlığında olan dayanacaqda oturub Muradı gözləmişlər. Murad köşkün qapısını açdıqdan sonra onlara gəlmələrini bildirmiş, özü isə köşkün içərisinə daxil olmuşdur. O və Tural həmin köşkün qapısına doğru getmiş, əvvəlcədən köşkün qarşısında mühafizə kamerasının olduğunu gördüklərindən o, başında papaq köşkün qapısına yaxınlaşdığı zaman sifət nahiyəsini kameranın əksinə çevirib içəri daxil olmuşdur. Tural isə üzünün tam dəqiq görünməməsi üçün köynəyini sifət nahiyəsinə doğru qaldırıb içəri daxil olmuşdur. O, içəri daxil olduqda Muradın köşkün içərisində olan şkafın qarşısında əlində pul qabı dayandığını, pul qabının içərisinə baxdığını görmüşdür. Həmin vaxt Murad ona və Turala siqaretləri qutuya yığmalarını demişdir. O, köşkün içərisində mühafizə kamerasının olduğunu görüb stolun üzərinə çıxaraq əli ilə həmin kameranı dartaraq elektrik naqilindən ayırmışdır. Sonra o, Turalla birlikdə köşkdə olan piştaxtadan siqaretləri köşkdən tapdığı geniş qutunun içərisinə yığmağa başlamışlar. Onlar qutunun içərisinə köşkdə olan soyuducudan enerji içkiləri, piştaxtadan “snikers” markalı şokoladları və saqqız yığmışlar. O və Tural həmin əşyaları qutuya yığdıqları zaman Murad köşkdən çölə çıxıb ətrafa nəzarət etmişdir. O, əşyaları Turalla birlikdə qutuya yığdıqdan sonra o, köşkdən çölə çıxıb Murada siqaret, enerji içkiləri və saqqızı yığdıqlarını, gəlib qutunu götürməsini demişdir. Bundan sonra Murad köşkə daxil olmuş və həmin qutunu Turalla birlikdə götürüb küçəyə çıxmışlar. O, Murad, Tural və Vahid birlikdə piyada olaraq həmin köşkün yaxınlığında yerləşən binanın həyətinə gəlmişlər. Orada dayanıb söhbət edərkən Murad internet kluba getmələrini, oğurladıqları əşyaları ertəsi gün satıb əldə olunan qazancı bölmələrini demişdir. O, isə yaşadığı evə gedəcəyini, ona düşən payı vermələrini demişdir. Bundan sonra Murad ona 50 manat pul vermiş, o, qutudan dörd qutu siqaret götürüb piyada olaraq yaşadığı evə getmişdir. Yaşadığı evə getməmişdən əvvəl o, mobil telefonunda mobil tətbiq vasitəsilə iki ünvana taksi sifariş vermişdir. Birinci ünvan Muradın deməsi ilə Xocasən metrostansiyasının yaxınlığı, ikinci ünvan Vahidin deməsi ilə Nizami metrostansiyasının yaxınlığı olmuşdur. Murad ona həmin köşkdən oğurluq etməyi təklif etdikdə Tural və Vahid yanlarında olmuş, sonuncular Muradın təklifini eşidib razı olmuşlar. Danışıqlarına əsasən Murad köşkün qapısını açdıqdan sonra onlara xəbər verəcəyini, o və Tural köşkə daxil olub oradan oğurladıqları əşyaları yığmalarını, Vahidin isə yaxınlıqda dayanıb ətrafa baxmasını demişdir. O, Tural kimi tanıdığı şəxsi oğurluqdan əvvəl iki dəfə Muradla birlikdə olduğu zaman sonuncunun yanında görmüş, həmin şəxslə tanış olduqda ona adının Tural olduğunu demiş, həmçinin, Murad da həmin şəxsə Tural kimi müraciət etmiş, bu səbəbdən həmin şəxsin adını Tural kimi bilmişdir. Onlar köşkdən təxminən 100 qutu müxtəlif markalı siqaret, 7-8 ədəd “Hell” markalı enerji içkisi, 15-20 ədəd kiçik ölçülü “snikers” markalı şokolad, 10 ədəd müxtəlif markalı saqqız qutusu oğurlamışlar. Əşyaları oğurladıqdan sonra Murad ertəsi gün satmalarını və əldə olunan gəliri bərabər bölməyi təklif etmiş, o, isə yaşadığı evə gedəcəyini, həmin vaxt bölməsini demişdir. Bu səbəbdən Murad ona 50 manat, 2 qutu şirin “Winston”, 1 qutu şirin “Sobranie” və 1 qutu “LD” markalı siqaret vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 anası Nümayəndə2 zərərçəkmiş şəxsə dəymiş zərərdən 700 manat məbləğində ödəniş edə biləcəklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında anadan olmuş, kiçik yaşlarından Bakı şəhərində yaşamışdır. O, təxminən bir ildir ki, ünvan 8 ünvanında yerləşən dördmərtəbəli binanın birinci mərtəbəsində bir otaqlı köşkdə tütün məmulatları, enerji, spirtli içkiləri, çay, kofe, su və digər bu kimi malların satışını həyata keçirmişdir. Həmin bina onun uzaq qohumu Məlamət Məmmədova məxsus olmuşdur. Binanı onun qayını Şirəli Məlamətdən icarəyə götürmüşdür. Dolanışığını təmin etmək üçün Məlamət köşkü ona vermişdir. Köşkdə satdığı hər bir mal ona məxsus olmuş və o, icarə haqqı verməmişdir. Köşkün qarşı tərəfi şüşəbənd olmuş, şüşədən ibarət bir ədəd giriş qapısı olmuşdur. Köşkün içərisində üç ədəd, çöl tərəfində isə iki ədəd müşahidə kamerası olmuş və həmin kameralar fasiləsiz olaraq işləmişdir. O, hər gün saat 06-07 radələrində köşkü açmış və saat 00 radələrində köşkü bağlayıb yaşadığı evə getmişdir. 09 oktyabr 2023-cü il tarixdə saat 23:40 radələrində o, köşkdən çıxıb giriş qapısını bağladıqdan sonra yaşadığı evə getmişdir. 10 oktyabr 2023-cü il tarixdə saat 06:55 radələrində o, köşkə gəlmişdir. O, açarla köşkün giriş qapısını açarkən qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, köşkə daxil olmuşdur. Həmin vaxt o, köşkdəki malların yerində olmadığını, qalan əşyaların isə dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, köşdə hansısa şəxsin daxil olub mallarını oğurladığını bilmişdir. O, mobil telefonu ilə qaynı Şirəliyə zəng edərək köşkə hansısa şəxsin daxil olub mallarını oğurladığını demişdir. Şirəli ona 102-yə zəng edib oğurluq hadisəsi barədə məlumat verməyini demişdir. Bundan sonra o, istifadə etdiyi ***-***-**-** nömrəli telefonla DİN-in 102 xidmətinə zəng edərək işlədiyi köşkdən tütün və enerji içkilərinin oğurlanması barədə məlumat vermişdir. Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmişlər. O, polis əməkdaşları ilə birlikdə mobil telefonunda müşahidə kamerasının qeydə aldığı video çəkilişə baxmışdır. Həmin vaxt o, 10 oktyabr 2023-cü il tarixdə saat 03:48 dəqiqədə bir nəfər şəxsin köşkün giriş qapısına yaxınlaşıb əlindəki predmetlə qapını açdığını, həmin şəxsin, sonra isə əlavə iki nəfər şəxsin qapıdan köşkə daxil olduğunu, həmin şəxslərin köşkdə olan tütün məmulatlarını, enerji içkilərini, alışqanları, şokaladları, saqqızları, pul qabında olan pulları oğurladıqları, həmin malları üzərlərində, sellofan torbada və karobkada götürüb mağazadan apardıqlarını görmüşdür. Polis əməkdaşları hadisə yerinə baxış keçirib, fotoşəkillər çəkmiş, müşahidə kamerasının video çəkilişini götürmüşlər. Sonra o, polis əməkdaşları ilə birlikdə 6-cı polis bölməsinə gedərək köşkdən oğurluq edilməsi ilə bağlı ərizə yazmışdır. Polis əməkdaşı oğurluqla bağlı onun izahatını almışdır. Hadisədən sonra o, köşkdən oğurlanmış malları siyahılaşdırmış və ona məxsus 2582,80 manat məbləğində malların oğurlandığını müəyyən etmişdir. Zərərçəkmiş şəxs həmçinin, ifadəsində göstərmişdir ki, ona məxsus mağazadan bir qutusu 4.30 manat olan 94,6 manat dəyərində 22 qutu “Sobranie Caster” markalı siqaret, bir qutusu 4.30 manat olan 81,7 manat dəyərində 19 qutu “Sobranie ağ ballı” markalı siqaret, bir qutusu 4.30 manat olan 86 manat dəyərində 20 qutu “Sobranie göy nazik” markalı siqaret, bir qutusu 4.30 manat olan 64,5 manat dəyərində 15 qutu “Sobranie ağ nazik” markalı siqaret, bir qutusu 4.30 manat olan 38,7 manat dəyərində 9 qutu “Sobranie göy qalın” markalı siqaret, bir qutusu 4.30 manat olan 68,8 manat dəyərində 16 qutu “Sobranie ağ qalın” markalı siqaret, bir qutusu 4.0 manat olan 72 manat dəyərində 18 qutu “Kent 1 nazik” markalı siqaret, bir qutusu 4,00 manat olan 88 manat dəyərində 22 qutu “Kent 4 nazik” markalı siqaret, bir qutusu 4,00 manat olan 40 manat dəyərində 10 qutu “Kent 4 qalın” markalı siqaret, bir qutusu 4,00 manat olan 48 manat dəyərində 12 qutu “Kent 8 qalın” markalı siqaret, bir qutusu 4,00 manat olan 80 manat dəyərində 20 qutu “Kent mentol nazik” markalı siqaret, bir qutusu 3,90 manat olan 74,10 manat dəyərində 19 qutu “Winston kompakt boz” markalı siqaret, bir qutusu 3,90 manat olan 89,70 manat dəyərində 23 qutu “Winston nazik boz” markalı siqaret, bir qutusu 3,30 manat olan 69,30 manat dəyərində 21 qutu “LD kompakt ağ” markalı siqaret, bir qutusu 3,00 manat olan 30 manat dəyərində 10 qutu “Davidoff kompakt boz” markalı siqaret, bir qutusu 2,60 manat olan 33,8 manat dəyərində 13 qutu “Palmal qalın boz” markalı siqaret, bir qutusu 2,60 manat olan 18,2 manat dəyərində 7 qutu “Palmal qalın göy” markalı siqaret, bir qutusu 3,90 manat olan 46,8 manat dəyərində 12 qutu “Palmal nazik boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu “Viceroy göy nazik” markalı siqaret, bir qutusu 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu “Viceroy ağ nazik” markalı siqaret, bir qutusu 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu “Viceroy qara nazik” markalı siqaret, bir qutusu 2,50 manat olan 35,00 manat dəyərində 14 qutu “Argo qalın göy” markalı siqaret, bir qutusu 2,50 manat olan 35,00 manat dəyərində 14 qutu “Argo qalın qırmızı” markalı siqaret, bir qutusu 2,50 manat olan 30,00 manat dəyərində 12 qutu “Argo kompakt göy” markalı siqaret, bir qutusu 2,40 manat olan 16,80 manat dəyərində 7 qutu “Argo ballı” markalı siqaret, bir qutusu 2,40 manat olan 16,80 manat dəyərində 7 qutu “Argo nazik göy” markalı siqaret, bir qutusu 3,00 manat olan 66,00 manat dəyərində 22 qutu “Rotmans kompakt göy” markalı siqaret, bir qutusu 3,00 manat olan 69,00 manat dəyərində 23 qutu “Rotmans kompakt boz” markalı siqaret, bir qutusu 3,00 manat olan 78.0 manat dəyərində 26 qutu “Rotmans kompakt mentol” markalı siqaret, bir qutusu 2,50 manat olan 50,00 manat dəyərində 20 qutu “Vegas nazik boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 50,00 manat dəyərində 20 qutu “Wincestr nazik boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 55,00 manat dəyərində 22 qutu “Wincestr nazik göy” markalı siqaret, bir qutusu 2,50 manat olan 70,00 manat dəyərində 28 qutu “Wincestr kompakt boz” markalı siqaret, bir qutusu 2.50 manat olan 25,00 manat dəyərində 10 qutu “Want qırmızı nazik” markalı siqaret, bir qutusu 2.50 manat olan 25,00 manat dəyərində 10 qutu “Want qara nazik” markalı siqaret, bir qutusu 2,70 manat olan 27,00 manat dəyərində 10 qutu “Classic kompakt boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 17,50 manat dəyərində 7 qutu “Magna nazik boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 20,00 manat dəyərində 8 qutu “Magna nazik qara” markalı siqaret, bir qutusu 2,50 manat olan 32,50 manat dəyərində 13 qutu “Magna ağ qara” markalı siqaret, bir qutusu 2,70 manat olan 5,40 manat dəyərində 2 qutu “West qalın boz” markalı siqaret, bir qutusu 2,80 manat olan 11,20 manat dəyərində 4 qutu “West kampakt boz” markalı siqaret, bir qutusu 2,50 manat olan 15,00 manat dəyərində 6 qutu “Keno ballı” markalı siqaret, bir ədədi 0,50 manat olan 25,00 manat dəyərində 50 ədəd spiralni alışqan, bir ədədi 0,60 manat olan 24,0 manat dəyərində 40 ədəd spiralni alışqan, bir ədədi 1,00 manat olan 45,00 manat dəyərində 45 ədəd spiralni qara rəngli alışqan, bir ədədi 2 manat olan 18 manat dəyərində 9 ədəd ətir, bir ədədi 1 manat olan 17 manat dəyərində 17 qutu “mentos” markalı saqqız, bir ədədi 2 manat olan 76 manat dəyərində 38 ədəd super snickers adlı şokalad, bir ədədi 2 manat olan 16 manat dəyərində 8 ədəd “M-M” markalı şokalad, bir ədədi 4,90 manat 19,60 manat dəyərində 4 ədəd böyük ölçüdə “Red bull” markalı enerji içkisi, bir ədədi 1,60 manat olan 20,80 manat dəyərində 13 ədəd “Go” markalı spirtli içkisi, bir ədədi 0,70 manat olan 14 manat dəyərində 20 ədəd “Adicto” markalı şirniyyatı, 90 manat dəyərində “bosch” markalı bir ədəd direl aləti, 63 manat dəyərində bir ədəd mini direl komplekti, 4 manat dəyərində bir ədəd çəkic aləti, 4 manat dəyərində bir ədəd kəlbətin, 6 manat dəyərində bir ədəd mişar aləti, 20 manat dəyərində led işıq adapter, 2 manat dəyərində bir qutu “Azərçay” markalı 25 ədədlik birdəfəlik istifadə olunan çay, 5 manat dəyərində bir ədəd pul qabı içərisində 149 manat pul və 15 manat dəyərində qəpik pullar oğurlanmışdır. Mağazanın qapısının açılması ilə bağlı ona maddi ziyan dəyməmişdir. O, köşkə daxil olub oğurluq etmiş şəxsləri tanımamışdır. Videoçəkilişdən həmin şəxslərin yetkinlik yaşına çatmayan şəxslər olduğu görünmüşdür. İfadəsində qeyd etdiklərindən başqa köşkdən başqa əşya oğurlanmamışdır. O, köşkdə satışını həyata keçirdiyi malları almağı ilə bağlı qaiməni təqdim etmişdir. Ona məxsus oğurlanmış əmlakın 23 fevral 2024-cü il tarixli 9/1026 nömrəli rəydə göstərilmiş qiymətləri ilə o, razı olmamışdır. O, oğurlanmış əmlakının siyahısını və dəqiq qiymətini təqdim etmiş və bununla bağlı ifadəsində qiymətləri bir daha bildirmişdir. O, təqdim etdiyi siyahıda və ifadəsində göstərdiyi oğurlanmış əmlakın qiymətləri daha düzgün olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırki vaxta qədər ona dəymiş ziyanın ödənilmədiyini bildirmiş, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 anası Nümayəndə2 tərəfindən ona dəymiş zərərə görə təklif edilmiş 700 manat məbləği qəbul etməyərək, təqsirləndirilən şəxslərin hər ikisindən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən faktla bağlı CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********** nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, vətəndaş X2 DİN-nin 102 xidmətinə zəng edərək Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 16, Avropa Təhsil Mərkəzinin 1-ci mərtəbəsində yerləşən köşkdən 1500-2000 manatlıq tütün, spirtli və enerjik içkilər oğurlanmasını bildirmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 16, Avropa Təhsil Mərkəzinin 1-ci mərtəbəsində yerləşən köşkdə baş vermişdir. xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə altı ədəd videogörüntünün olduğu müəyyən edilmişdir. Birinci videogörüntü 10 oktyabr 2023cü il tarixdə saat 03:48:20-də başlamış, videogörüntüdə Zərərçəkmiş şəxs məxsus köşkün ön tərəfi, giriş hissəsi görünmüşdür. Həmin vaxt əynində ağ rəngli corab, qara rəngli şəpit, qısaqol gödəkçə geyinmiş və paltarı ilə üzünü örtmüş bir nəfər şəxs köşkün giriş qapısına yaxınlaşmışdır. Həmin şəxs əlindəki predmeti qapının qıfıl hissəsinə salıb güc verməklə saat 03:48:44-də qapını açmışdır. Həmin şəxs predmeti cibinə qoymuş, bir neçə metr köşkün qarşısından aralaşmış və sonra geri qayıdıb saat 03:48:51-də köşkə daxil olmuşdur. Həmin videoçəkiliş 40 saniyə müddətində davam edərək bitmişdir. İkinci videogörüntü 10 oktyabr 2023-cü il tarixdə saat 03:49:50-də başlamış, videogörüntüdə Zərərçəkmiş şəxs məxsus köşkün ön tərəfi, giriş hissəsi görünmüşdür. Həmin vaxt iki nəfər şəxsin köşkün qarşısı ilə getmişdir. Saat 03:49:58-də əynində qara rəngli papaqlı gödəkçə, qara rəngli şalvar olan bir nəfər şəxs və əynində boz rəngli qollu gödəkçə, qara rəngli şalvar, qara rəngli ayaqqabı, ağzında ağ rəngli maska olan, başında papaq olmayan bir nəfər şəxs köşkə girmiş, saat 03:50:35-də əynində qara rəngli qısaqol gödəkçə, qara rəngli şalvar qara rəngli şalvar və ağ rəngli corab olan, başında papaq olmayan bir nəfər şəxs köşkdən çölə çıxmışdır. Həmin videoçəkiliş 1 dəqiqə 10 saniyə müddətində davam edərək bitmişdir. Üçüncü videogörüntü 10 oktyabr 2023-cü il tarixdə saat 03:54:14-də başlamış, videogörüntüdə Zərərçəkmiş şəxs məxsus köşkün ön tərəfi, giriş hissəsi görünmüşdür. Həmin vaxt əynində qara rəngli qısaqol gödəkçə, qara rəngli şalvar qara rəngli şalvar və ağ rəngli corab olan, başında papaq olmayan bir nəfər şəxs əlində karopka ilə köşkə gəlmiş, qapını açmış, karopkanı köşkün içərisinə qoymuş, özü isə geri qayıtmışdır. Həmin videoçəkiliş 2 dəqiqə 58 saniyə müddətində davam edərək bitmişdir. Dördüncü videogörüntü 10 oktyabr 2023-cü il tarixdə saat 03:57:07-də başlamış, videogörüntüdə Zərərçəkmiş şəxs məxsus köşkün ön tərəfi, giriş hissəsi görünmüşdür. Həmin vaxt iki nəfər şəxs köşkdən çölə çıxmışdır. Saat 03:58:16-da başında papaq, uzunqol gödəkçə və ayaqqabı olan şəxs köşkə daxil olmuşdur. Saat 03:58:36-da əynində qısaqol gödəkçə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olan, başında papağı olmayan bir nəfər köşkə daxil olmuş, saat 03:59:00-da həmin şəxs köşkdən çölə çıxmışdır. O və digər şəxs əlləri ilə böyük ölçüdə olan karopkanı köşkdən çölə çıxarmış, həmin karopkada siqaret və digər əşyaların olduğu görünmüşdür. Saat 03:59:12- də həmin şəxslər karopkanı əlləri ilə götürüb oradan getmişlər. Həmin videoçəkiliş 2 dəqiqə 11 saniyə müddətində davam edərək bitmişdir. Beşinci videogörüntü 10 oktyabr 2023-cü il tarixdə saat 03:59:20-də başlamış, videogörüntüdə Zərərçəkmiş şəxs məxsus köşkün içərisi görünmüşdür. Həmin vaxt başında papaq, ağ rəngli qısaqol gödəkçə, qara rəngli şəpit və ağ rəngli corab olan bir nəfər şəxs köşkə girmiş, həmin şəxs tumbanı açmış, içərisindən bir ədəd pul qabı götürmüşdür. Saat 04:00:38-də iki nəfər şəxs qapıdan köşkə daxil olmuş, həmin şəxslər vitrində olan siqaretləri götürmüşdür. Saat 04:01:09-da başında papaq olan bir nəfər şəxs köşkdən çölə çıxmışdır. Köşkdə qalan iki nəfər şəxs vitrində olan siqaretləri torbaya yığmışlar. Saat 04:04:58-də başında papaq olan şəxs köşkə bir ədəd böyük ölçüdə karopka gətirmişdir. Həmin şəxslər siqaret və digər əşyaları həmin karopkaya yığmışlar. Həmin videoçəkiliş 6 dəqiqə 50 saniyə müddətində davam edərək bitmişdir. Altıncı videogörüntü 10 oktyabr 2023-cü il tarixdə saat 03:59:22-də başlamış, videogörüntüdə Zərərçəkmiş şəxs məxsus köşkün içərisi görünmüşdür. Saat 03:59:28-də başında papaq, ağ rəngli qısaqol gödəkçə, qara rəngli şəpit və ağ rəngli corab olan bir nəfər şəxs əlində vintaçanla köşkə daxil olmuşdur. Həmin şəxs köşkün içərisində olan tumbaya yaxınlaşmış, tumbanı açmış, içərisindən qara rəngli bir ədəd pul qabı götürmüşdür. Həmin şəxs pul qabının zəncirbəndini açmış və içərisindən bir neçə ədəd pul əskinası götürüb əynindəki şalvarının altına qoymuşdur. Saat 04:00:37-də köşkə əynində qara rəngli papaq, ağ rəngli uzunqol papaqlı gödəkçə, ağ rəngli şalvar və qara rəngli ayaqqabı geyinmiş bir nəfər şəxs və ağ rəngli uzunqol gödəkçə, qara rəngli şalvar, qara rəngli ayaqqabı geyinmiş başında papağı olmayan bir nəfər şəxs köşkə daxil olmuşdur. Başında papaq olan şəxs masanın üstünə çıxmış və video müşahidə kamerasının obyektivinin istiqamətini fırlatmış, başında papağı olmayan şəxs isə vitrində olan əşyaları götürmüşdür. Həmin videoçəkiliş 1 dəqiqə 34 saniyə müddətində davam edərək bitmişdir. diskdə altı ədəd videogörüntünün olduğu müəyyən edilmişdir. Birinci videogörüntü 10 oktyabr 2023-cü il tarixdə saat 03:48:20-də başlamış, videogörüntüdə Zərərçəkmiş şəxs məxsus köşkün ön tərəfi, giriş hissəsi görünmüşdür. Həmin vaxt əynində ağ rəngli corab, qara rəngli şəpit, qısaqol gödəkçə geyinmiş və paltarı ilə üzünü örtmüş bir nəfər şəxs köşkün giriş qapısına yaxınlaşmışdır. Həmin şəxs əlindəki predmeti qapının qıfıl hissəsinə salıb güc verməklə saat 03:48:44-də qapını açmışdır. Həmin şəxs predmeti cibinə qoymuş, bir neçə metr köşkün qarşısından aralaşmış və sonra geri qayıdıb saat 03:48:51də köşkə daxil olmuşdur. Həmin videoçəkiliş 40 saniyə müddətində davam edərək bitmişdir. İkinci videogörüntü 10 oktyabr 2023-cü il tarixdə saat 03:49:50-də başlamış, videogörüntüdə Zərərçəkmiş şəxs məxsus köşkün ön tərəfi, giriş hissəsi görünmüşdür. Həmin vaxt iki nəfər şəxsin köşkün qarşısı ilə getmişdir. Saat 03:49:58-də əynində qara rəngli papaqlı gödəkçə, qara rəngli şalvar olan bir nəfər şəxs və əynində boz rəngli qollu gödəkçə, qara rəngli şalvar, qara rəngli ayaqqabı, ağzında ağ rəngli maska olan, başında papaq olmayan bir nəfər şəxs köşkə girmiş, saat 03:50:35-də əynində qara rəngli qısaqol gödəkçə, qara rəngli şalvar qara rəngli şalvar və ağ rəngli corab olan, başında papaq olmayan bir nəfər şəxs köşkdən çölə çıxmışdır. Həmin videoçəkiliş 1 dəqiqə 10 saniyə müddətində davam edərək bitmişdir. Üçüncü videogörüntü 10 oktyabr 2023-cü il tarixdə saat 03:54:14-də başlamış, videogörüntüdə Zərərçəkmiş şəxs məxsus köşkün ön tərəfi, giriş hissəsi görünmüşdür. Həmin vaxt əynində qara rəngli qısaqol gödəkçə, qara rəngli şalvar qara rəngli şalvar və ağ rəngli corab olan, başında papaq olmayan bir nəfər şəxs əlində karopka ilə köşkə gəlmiş, qapını açmış, karopkanı köşkün içərisinə qoymuş, özü isə geri qayıtmışdır. Həmin videoçəkiliş 2 dəqiqə 58 saniyə müddətində davam edərək bitmişdir. Dördüncü videogörüntü 10 oktyabr 2023-cü il tarixdə saat 03:57:07-də başlamış, videogörüntüdə Zərərçəkmiş şəxs məxsus köşkün ön tərəfi, giriş hissəsi görünmüşdür. Həmin vaxt iki nəfər şəxs köşkdən çölə çıxmışdır. Saat 03:58:16-da başında papaq, uzunqol gödəkçə və ayaqqabı olan şəxs köşkə daxil olmuşdur. Saat 03:58:36-da əynində qısaqol gödəkçə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olan, başında papağı olmayan bir nəfər köşkə daxil olmuş, saat 03:59:00-da həmin şəxs köşkdən çölə çıxmışdır. O və digər şəxs əlləri ilə böyük ölçüdə olan karopkanı köşkdən çölə çıxarmış, həmin karopkada siqaret və digər əşyaların olduğu görünmüşdür. Saat 03:59:12- də həmin şəxslər karopkanı əlləri ilə götürüb oradan getmişlər. Həmin videoçəkiliş 2 dəqiqə 11 saniyə müddətində davam edərək bitmişdir. Beşinci videogörüntü 10 oktyabr 2023-cü il tarixdə saat 03:59:20-də başlamış, videogörüntüdə Zərərçəkmiş şəxs məxsus köşkün içərisi görünmüşdür. Həmin vaxt başında papaq, ağ rəngli qısaqol gödəkçə, qara rəngli şəpit və ağ rəngli corab olan bir nəfər şəxs köşkə girmiş, həmin şəxs tumbanı açmış, içərisindən bir ədəd pul qabı götürmüşdür. Saat 04:00:38-də iki nəfər şəxs qapıdan köşkə daxil olmuş, həmin şəxslər vitrində olan siqaretləri götürmüşdür. Saat 04:01:09-da başında papaq olan bir nəfər şəxs köşkdən çölə çıxmışdır. Köşkdə qalan iki nəfər şəxs vitrində olan siqaretləri torbaya yığmışlar. Saat 04:04:58-də başında papaq olan şəxs köşkə bir ədəd böyük ölçüdə karopka gətirmişdir. Həmin şəxslər siqaret və digər əşyaları həmin karopkaya yığmışlar. Həmin videoçəkiliş 6 dəqiqə 50 saniyə müddətində davam edərək bitmişdir. Altıncı videogörüntü 10 oktyabr 2023-cü il tarixdə saat 03:59:22-də başlamış, videogörüntüdə Zərərçəkmiş şəxs məxsus köşkün içərisi görünmüşdür. Saat 03:59:28-də başında papaq, ağ rəngli qısaqol gödəkçə, qara rəngli şəpit və ağ rəngli corab olan bir nəfər şəxs əlində vintaçanla köşkə daxil olmuşdur. Həmin şəxs köşkün içərisində olan tumbaya yaxınlaşmış, tumbanı açmış, içərisindən qara rəngli bir ədəd pul qabı götürmüşdür. Həmin şəxs pul qabının zəncirbəndini açmış və içərisindən bir neçə ədəd pul əskinası götürüb əynindəki şalvarının altına qoymuşdur. Saat 04:00:37-də köşkə əynində qara rəngli papaq, ağ rəngli uzunqol papaqlı gödəkçə, ağ rəngli şalvar və qara rəngli ayaqqabı geyinmiş bir nəfər şəxs və ağ rəngli uzunqol gödəkçə, qara rəngli şalvar, qara rəngli ayaqqabı geyinmiş başında papağı olmayan bir nəfər şəxs köşkə daxil olmuşdur. Başında papaq olan şəxs masanın üstünə çıxmış və video müşahidə kamerasının obyektivinin istiqamətini fırlatmış, başında papağı olmayan şəxs isə vitrində olan əşyaları götürmüşdür. Həmin videoçəkiliş 1 dəqiqə 34 saniyə müddətində davam edərək bitmişdir. xx.xx.2023-cü il tarixli “könüllü təqdim etmə, əşyaya baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd üzərində “Şuşa” yazısı olan rəngli sellofanda və 01 ədəd üzərində “Expargo” yazııs olan qara rəngli sellofanın içərisindən 8 qutu “Magna qara nazik”, 7 qutu “Magna boz nazik”, 13 qutu “Magna ağ nazik”, 10 qutu “Kent 1 nazik”, 2 qutu “Kent 4 qalın”, 4 qutu “Kent 8 qalın” markalı, 10 qutu “Kent mentol nazik”, 8 qutu “Argo qırmızı qalın”, 8 qutu “Argo göy qalın”, 5 qutu “Argo göy kampakt”, 7 qutu “Argo ballı”, 7 qutu “Argo göy nazik”, 7 qutu “Viceroy qara nazik”, 9 qutu “Viceroy göy nazik”, 10 qutu “Viceroy ağ nazik” markalı, 14 qutu “Winchester boz nazik”, 10 qutu “Winchester göy nazik”, 5 qutu “Palİ Mail göy qalın”, 6 qutu “Palİ Mail mentol”, 7 qutu “Palİ Mail boz nazik”, 2 qutu “West boz qalın”, 4 qutu “West boz kampakt”, 3 qutu “Vegas boz nazik”, 5 qutu “Davidoff boz kampakt”, 6 qutu “Want qara nazik”, 4 qutu “Winston boz nazik”, 3 qutu “Classic boz kampakt”, 3 qutu “Rathmans mentol kampakt”, 7 qutu “Rathmans boz kampakt”, 5 qutu “Rathmans göy kampakt”, 6 qutu “Keno ballı” və 5 qutu “LD boz nazik” markalı siqaretlər Təqsirləndirilən şəxs1 iştirakı ilə götürülmüşdür. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, qanunda nəzərdə tutulan hüquq və vəzifələri ona elan edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi oğurlanmış əşyaların adlı siyahısı, satış fakturası, qəbul aktı və satış qaimələrinin surəti istintaq üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs1 onun dediklərini qismən təsdiq etmiş, sadəcə olaraq, köşkdən ətir, direl, kəlbətin, mişar aləti və adapter oğurlamadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs2 onun dediklərini qismən təsdiq etmiş, sadəcə olaraq, köşkdən ətir, direl, kəlbətin, mişar aləti və adapter oğurlamadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 3 Azərbaycan Respublikası CM-nin 177.2.1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. Müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 09 gün hissəsini çəkmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2024-cü il tarixli 3-16-16/2-9/1026/2024 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 32 adda siqaretlərin 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 97,50 manat müəyyən olunur. Tədqiqata təqdim edilməyən 14 adda malların 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 52,90 manat müəyyən olunur. Digər təqdim edilməyən 11 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, ölçüsü, çəkisi, materialı və s.) barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 8 qutu “Magna qara nazik”, 7 qutu “Magna boz nazik”, 13 qutu “Magna ağ nazik”, 10 qutu “Kent 1 nazik”, 2 qutu “Kent 4 qalın”, 4 qutu “Kent 8 qalın” markalı, 10 qutu “Kent mentol nazik”, 8 qutu “Argo qırmızı qalın”, 8 qutu “Argo göy qalın”, 5 qutu “Argo göy kampakt”, 7 qutu “Argo ballı”, 7 qutu “Argo göy nazik”, 7 qutu “Viceroy qara nazik”, 9 qutu “Viceroy göy nazik”, 10 qutu “Viceroy ağ nazik” markalı, 14 qutu “Winchester boz nazik”, 10 qutu “Winchester göy nazik”, 5 qutu “Palİ Mail göy qalın”, 6 qutu “Palİ Mail mentol”, 7 qutu “Palİ Mail boz nazik”, 2 qutu “West boz qalın”, 4 qutu “West boz kampakt”, 3 qutu “Vegas boz nazik”, 5 qutu “Davidoff boz kampakt”, 6 qutu “Want qara nazik”, 4 qutu “Winston boz nazik”, 3 qutu “Classic boz kampakt”, 3 qutu “Rathmans mentol kampakt”, 7 qutu “Rathmans boz kampakt”, 5 qutu “Rathmans göy kampakt”, 6 qutu “Keno ballı” və 5 qutu “LD boz nazik” markalı siqaretlə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Həmçinin istintaq zamanı götürülmüş müşahidə kamerasının qeydə alındığı Zərərçəkmiş şəxs məxsus köşkdən oğurluq edilməsini video-görüntüsünün olduğu bir ədəd “CD” diski cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlayarkən qabaqcadan əlbir olan bir qrup şəxs halında çıxış etdiyi şəxsiyyəti istintaqla müəyyən edilməyən Tural adlı şəxsin barəsində cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış və ********* nömrəli cinayət işinə əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 8 qutu “Magna qara nazik”, 7 qutu “Magna boz nazik”, 13 qutu “Magna ağ nazik”, 10 qutu “Kent 1 nazik”, 2 qutu “Kent 4 qalın”, 4 qutu “Kent 8 qalın” markalı, 10 qutu “Kent mentol nazik”, 8 qutu “Argo qırmızı qalın”, 8 qutu “Argo göy qalın”, 5 qutu “Argo göy kampakt”, 7 qutu “Argo ballı”, 7 qutu “Argo göy nazik”, 7 qutu “Viceroy qara nazik”, 9 qutu “Viceroy göy nazik”, 10 qutu “Viceroy ağ nazik” markalı, 14 qutu “Winchester boz nazik”, 10 qutu “Winchester göy nazik”, 5 qutu “Palİ Mail göy qalın”, 6 qutu “Palİ Mail mentol”, 7 qutu “Palİ Mail boz nazik”, 2 qutu “West boz qalın”, 4 qutu “West boz kampakt”, 3 qutu “Vegas boz nazik”, 5 qutu “Davidoff boz kampakt”, 6 qutu “Want qara nazik”, 4 qutu “Winston boz nazik”, 3 qutu “Classic boz kampakt”, 3 qutu “Rathmans mentol kampakt”, 7 qutu “Rathmans boz kampakt”, 5 qutu “Rathmans göy kampakt”, 6 qutu “Keno ballı” və 5 qutu “LD boz nazik” markalı siqareti satışa yararlı vəziyyətdə təhvil almışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-336/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar Müəssisəsinin (Kompleks) xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün xx.xx.2024-cü il tarixdə Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar Müəssisəyə (kompleks) gətirilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-336/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Pərviz oğlu xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan əməlləri törətməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CMin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli plenum qərarının 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə təqsirləndirildikləri maddələr cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 59.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. CM-in 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası tərəfindən 28 iyul 1993-cü il tarixdə qoşulmuş BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”nın məhkəmə qərarı çıxarılmasının rəhbər prinsipləri və təsir tədbirlərinin seçilməsi haqqında olan 17-ci bəndində qeyd edilmişdir ki, səlahiyyətli orqan təsir tədbirləri seçərkən təsir tədbirləri həmişə təkcə qanun pozuntusunun şəraiti və ağırlığı ilə deyil, yetkinlik yaşına çatmayanın vəziyyəti və tələbatı, həmçinin cəmiyyətin tələbatı ilə ölçülməsi, yetkinlik yaşına çatmayan şəxsi azadlığını məhdudlaşdırmaq haqqında qərar yalnız məsləyə diqqətlə baxıldıqdan sonra çıxarılmalı və məhdudiyyət mümkün qədər minimuma endirilməsi, yetkinlik yaşma çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilməsi prinsiplərini rəhbər tutmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlini Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, hökmlə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanılmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-336/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar Müəssisəsinin (Kompleks) xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün xx.xx.2024cü il tarixdə Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar Müəssisəyə (kompleks) gətirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 23 sentyabr 2024-cü il tarixdən bu günə kimi həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Ağdaş rayon Məhkəməsinin 1(014)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə cəzasını çəkdiyi 06 (altı) ay 09 (doqquz) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 CM-nin 59.2-ci maddəsinə əsasən gənc olmasını və zərərçəkmiş şəxsə dəymiş zərərdən ödəniş etməyə cəhd göstərməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməllərində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını və gənc olmasını), zərərçəkmiş şəxsə dəymiş zərərdən ödəniş etməyə cəhd göstərməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. CM-in 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası tərəfindən 28 iyul 1993-cü il tarixdə qoşulmuş BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”nın məhkəmə qərarı çıxarılmasının rəhbər prinsipləri və təsir tədbirlərinin seçilməsi haqqında olan 17-ci bəndində qeyd edilmişdir ki, səlahiyyətli orqan təsir tədbirləri seçərkən təsir tədbirləri həmişə təkcə qanun pozuntusunun şəraiti və ağırlığı ilə deyil, yetkinlik yaşına çatmayanın vəziyyəti və tələbatı, həmçinin cəmiyyətin tələbatı ilə ölçülməsi, yetkinlik yaşına çatmayan şəxsi azadlığını məhdudlaşdırmaq haqqında qərar yalnız məsləyə diqqətlə baxıldıqdan sonra çıxarılmalı və məhdudiyyət mümkün qədər minimuma endirilməsi, yetkinlik yaşma çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilməsi prinsiplərini rəhbər tutmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayorunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 07 mart 2024-cü il tarixli qərar ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Həmin tarixli qərarla onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-336/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Pərviz oğlu xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Pərviz oğlu 11 mart 2025-ci il tarixdən bugünədək həbsdə saxlanılmışdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 11 mart 2025-ci il tarixdən bugünədək həbsdə saxlanıldığı 01 (bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılmasının 03(üç) ay 22 (iyirmi iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Pərviz oğlu barəsində barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiriilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 8 qutu “Magna qara nazik”, 7 qutu “Magna boz nazik”, 13 qutu “Magna ağ nazik”, 10 qutu “Kent 1 nazik”, 2 qutu “Kent 4 qalın”, 4 qutu “Kent 8 qalın” markalı, 10 qutu “Kent mentol nazik”, 8 qutu “Argo qırmızı qalın”, 8 qutu “Argo göy qalın”, 5 qutu “Argo göy kampakt”, 7 qutu “Argo ballı”, 7 qutu “Argo göy nazik”, 7 qutu “Viceroy qara nazik”, 9 qutu “Viceroy göy nazik”, 10 qutu “Viceroy ağ nazik” markalı, 14 qutu “Winchester boz nazik”, 10 qutu “Winchester göy nazik”, 5 qutu “Palİ Mail göy qalın”, 6 qutu “Palİ Mail mentol”, 7 qutu “Palİ Mail boz nazik”, 2 qutu “West boz qalın”, 4 qutu “West boz kampakt”, 3 qutu “Vegas boz nazik”, 5 qutu “Davidoff boz kampakt”, 6 qutu “Want qara nazik”, 4 qutu “Winston boz nazik”, 3 qutu “Classic boz kampakt”, 3 qutu “Rathmans mentol kampakt”, 7 qutu “Rathmans boz kampakt”, 5 qutu “Rathmans göy kampakt”, 6 qutu “Keno ballı” və 5 qutu “LD boz nazik” markalı siqaretlərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin, istintaq zamanı götürülmüş müşahidə kamerasının qeydə alındığı Zərərçəkmiş şəxs məxsus köşkdən oğurluq edilməsini video-görüntüsünün olduğu bir ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 təqdim etdiyi hesabatlara əsasən onlar iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə hər biri ayrı-ayrılıqda 60 (altmış) saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən, dövlət hesabına hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə(vəkillərə) ödənilən haqqın məbləği artırılaraq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, 29 aprel 2025-ci il tarixədək 56 (əlli altı) saat, cinayət işi üzrə hökm çıxanadək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, 29 aprel 2025-ci il tarixədək 56 (əlli altı) saat, cinayət işi üzrə hökm çıxanadək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 29 aprel 2025-ci il tarixədək göstərdiyi 56 (əlli altı) saat hüquqi yardıma görə 336 (üç yüz otuz altı) manat, 29 aprel 2025-ci il tarixdən hökm çıxanadək sərf etdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat, cəmi 380 (üç yüz səksən) manat, Təqsirləndirilən şəxs2 Pərviz oğluna göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 29 aprel 2025-ci il tarixədək göstərdiyi 56 (əlli altı) saat hüquqi yardıma görə 336 (üç yüz otuz altı) manat, 29 aprel 2025-ci il tarixdən hökm çıxanadək sərf etdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat, cəmi 380 (üç yüz səksən) manat, ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(014)-13/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Ağdaş rayon Məhkəməsinin 1(014)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə cəzasını çəkdiyi 06 (altı) ay 09 (doqquz) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01(bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 29 aprel 2025-ci il tarixədək göstərdiyi 56 (əlli altı) saat hüquqi yardıma görə 336 (üç yüz otuz altı) manat, 29 aprel 2025-ci il tarixdən hökm çıxanadək sərf etdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat, cəmi 380 (üç yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 11 mart 2025-ci il tarixdən bugünədək həbsdə saxlanıldığı 01 (bir) ay 26 (iyirmi altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 28 aprel 2025-ci il tarixədək göstərdiyi 56 (əlli altı) saat hüquqi yardıma görə 336 (üç yüz otuz altı) manat, 28 aprel 2025-ci il tarixdən hökm çıxanadək sərf etdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat, cəmi 380 (üç yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Maddi sübut hesab edilərək, istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 8 qutu “Magna qara nazik”, 7 qutu “Magna boz nazik”, 13 qutu “Magna ağ nazik”, 10 qutu “Kent 1 nazik”, 2 qutu “Kent 4 qalın”, 4 qutu “Kent 8 qalın” markalı, 10 qutu “Kent mentol nazik”, 8 qutu “Argo qırmızı qalın”, 8 qutu “Argo göy qalın”, 5 qutu “Argo göy kampakt”, 7 qutu “Argo ballı”, 7 qutu “Argo göy nazik”, 7 qutu “Viceroy qara nazik”, 9 qutu “Viceroy göy nazik”, 10 qutu “Viceroy ağ nazik” markalı, 14 qutu “Winchester boz nazik”, 10 qutu “Winchester göy nazik”, 5 qutu “Palİ Mail göy qalın”, 6 qutu “Palİ Mail mentol”, 7 qutu “Palİ Mail boz nazik”, 2 qutu “West boz qalın”, 4 qutu “West boz kampakt”, 3 qutu “Vegas boz nazik”, 5 qutu “Davidoff boz kampakt”, 6 qutu “Want qara nazik”, 4 qutu “Winston boz nazik”, 3 qutu “Classic boz kampakt”, 3 qutu “Rathmans mentol kampakt”, 7 qutu “Rathmans boz kampakt”, 5 qutu “Rathmans göy kampakt”, 6 qutu “Keno ballı” və 5 qutu “LD boz nazik” markalı siqaretlərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Həmçinin, Zərərçəkmiş şəxs məxsus köşkdən oğurluq edilməsinin video-görüntüsünün olduğu bir ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-38/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-38/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver