Məhkəmə qərarları › İş №1(001)-380/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-380/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-380/2023 22.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçil oğlunun iştirakları ilə xx.xx.1985-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib,1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2019-cu ildə cəzanın sonu ilə azad edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 147/2023 saylı hökmü ilə 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixə cəzasının 3 ay 20 gününü çəkmiş, Şirvan şəhəri, Xaqani küçəsi,88 saylı evin 37-ci mənzilində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi,Yeni yaşayış massivində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, 09 yanvar 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanın ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 09 yanvar 2023-cü il tarixdə saat 22:30-da Binəqədi RPİ-nin 5-ci PBnin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat -axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən «Şahənşah» şadlıq sarayının yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 1,012 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bildi və ifadəsində göstərdi ki,09 yanvar 2023-cü il tarixdə səhər saat 11:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün psixotrop maddə hesab olunan metamfetamin almış və üzərində saxlamışdır ki, bədənində ağrılar olanda istifadə etsin. 09 yanvar 2023-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Şahənşah” şadlıq sarayının yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək onun üzərində narkotik və ya psixotrop maddələrin olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Bundan sonra onun razlığı ilə təhqiqatçı tərəfindən ona vəkil təyin edilmişdir. Bundan sonra onun razılığı ilə vəkilin iştirakı olmadan video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. O, əynində olan mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur və üzərində başqa heç bir saxlanılması qadağan edilmiş əşyanın olmadığını bildirmişdir. Ondan masanın üzərinə qoyduğu kağız bükümdəki ağ rəngli kütlənin nə olduğu soruşulduqda, o, həmin ağ rəngli maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 09 yanvar 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra büküm zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır O,daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının araşdırılması üçün o da, daxil edilməklə əməliyyat qrupu yaradılmış, o, əməliyyat qrupunun digər üzvü Şahid2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerlşən “Şahənşah” şadlıq sarayının yaxınlığında olan zaman orada xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görərək, yaxınlaşıb,özlərini təqdim edib, sonuncunu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Bölmədə ilk növbədə təhqiqatçı Vüqar Əliyev Təqsirləndirilən şəxs üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə vəkilin iştirakı olmadan video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur və üzərində başqa heç bir saxlanılması qadağan edilmiş əşyanın olmadığını bildirmişdir. Sonuncudan masanın üzərinə qoyduğu kağız bükümdəki ağ rəngli kütlənin nə olduğu soruşulduqda, həmin ağ rəngli maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 09 yanvar 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra büküm zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin sahə müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində həmin faktı olduğu kimi təsdiq etdi. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarının 45-47-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2023-cü il tarixli,6/120 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №174» dairəvi möhür əksi «vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,012 qram olan ağ rənglt kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. İş materiallarının 91-92-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 113 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarının 33-35-ci vərəqlərindəki «şəxsi axtarış və götürmə aparılması haqqında» 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, sonuncu üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır, lakin hər hansı bir əşya aşkar edilməmişdir.Sorğu sual zamanı Təqsirləndirilən şəxs 01 ədəd bükümün içərisində psixotrop maddə hesab olunan metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru Vüqar Əliyev tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən video çəkilişdən istifadə olunmuşdur, həmin video çəkilişi özündə əks etdirən diskə baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə sayılan metamfetamin aşkar olunması müşahidə olunur. Azərbaycan Respublikasının CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış video çəkilişin yazıldığı 1(bir) ədəd DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən şəxsi axtarış və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarının 95-96-cı vərəqlərindəki Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib,1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2019-cu ildə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının CM-nın 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluğu ödənilmiş sayılır. Təqsirləndirilən şəxs cəzasının çəkib qurtardığı gündən 2 (iki) il müddət keçdiyindən onun məhkumluğu ödənilmiş hesab edilməlidir. İş materiallarının 97-103-cü vərəqlərindəki Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-147/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli,21-2/3-3212 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqlığın məhdudlaşdırılması cəzasının 03 ay 06 gününü çəkmiş, həmin tarixə 02 il 8 (səkkiz) ay ay 20 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. İş materiallarının 23-cü vərəqindəki şübhəli şəxsin tutulması haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanar 2023-cü il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. Binəqədi rayon prokuroru ədliyyə müşaviri Fuad Məmmədovun 11 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Binəqədi RPİ-nin İS-nin müstəntiqi polis kapitanı Nəzər Cəfərovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, müstəntiq Nəzər Cəfərovun 11 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir və MSY-dən azad edilmişdir. Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 23 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir. Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 147/2023 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də, işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də, təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 1(012)-147/2023 saylı, 03 fevral 2023-cü il tarixli hökmü ilə məhkum olunduğu 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci əsasən, iki gün bir günə hesabı ilə hesablanmaqla, yəni 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 1(012)-147/2023 saylı, 03 fevral 2023-cü il tarixli hökmü ilə məhkum olunduğu 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki vaxta çəkilmiş hissəsi, yəni 3 (üç) ay 09 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci əsasən, 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın 2 (iki) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməlidir, məhkəmə iclas zalından həbs edilməlidir, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X2,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,912 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilməlidir. İş üzrə başqa maddi sübut və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 1(012)-147/2023 saylı, 03 fevral 2023-cü il tarixli hökmü ilə məhkum olunduğu 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci əsasən, iki gün bir günə hesabı ilə hesablanmaqla, yəni 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırki hökmlə təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 1(012)-147/2023 saylı, 03 fevral 2023-cü il tarixli hökmü ilə məhkum olunduğu 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi, yəni 3 (üç) ay 09 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci əsasən, 1 (bir) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 2 (iki) il 1 (bir) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın 2 (iki) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalından həbs edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X2,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,912 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar