Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-381/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatla olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat təxminən 16 radələrində Bakı-Şamaxı yolunun əks istiqamətində, “Hökməli dairəsi”nin yaxınlığında quraşdırılmış avtobus dayanacağının içərisində oturacağın üstündə olan Zərərçəkmiş şəxs məxsus şəffaf selofan və onun içərisində olan 2 kq çəkidə ümumi dəyəri 2 manat olan şəkər tozunu və 10 manat dəyərində pul kisəsini və onun içərisində 660 manat nağd pulu, Zərərçəkmiş şəxs adına olan kapital Banka məxsus bir ədəd pensiya kartını, əri Böyükağa Cahangirovanın adına olan Kapital Banka aid iki ədəd pensiya kartını və bir ədəd Bazar-Store məxsus bonus kartını qanunsuz olaraq gizli yolla talamaqla vət. Zərərçəkmiş şəxs ümumilikdə 672 manat (altı yüz yetmiş iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində şəxsi işləri ilə bağlı Abşeron rayonu, Bakı-Şamaxı yolu istiqamətində yolun kənarı ilə hərəkət edərək yolun üstünə quraşdırılmış piyada keçidindən keçib yaşadığı Hökməli qəsəbəsində yerləşən evinə getmək istəyini bildirmişdir. Həmin vaxt o, yolun kənarına quraşdırılmış avtobus dayanacağının yanından keçən zaman dayanacağın içərisində olan oturacağın üstünə qoyulmuş şəffaf sellofan və onun içərisində olan pul kisəsini görmüş və onu götürmək qərarına gəldiyini bildirmişdir. O, sağa-sola baxıb ətrafda 2-3 nəfər tanımadığı şəxslərin olduğunu görmüş və həmin şəxslərdən gizlin olaraq dayanacağın üstünə qoyulmuş sellofan torbanı və onun içərisində olan pul kisəsini götürüb oradan tez bir zamanda uzaqlaşaraq yaşadığı evi istiqamətinə hərəkət etdiyini bildirmişdir. O, yolda həmin şəkər tozu olan sellofan torbanın içərisində olan pul kisəsini götürüb açmış və həmin pul kisəsinin içərisində bir dəstə pulun və bir neçə plastik kartın olduğunu aşkar etdiyini bildirmişdir. O, həmin pulları götürərək saymış (600 manat, yəni 6 ədəd yüz manatlıq və təxminən 2 ədəd beş manatlıq, 1 ədəd on manatlıq, 2 ədəd də iyirmi manatlıq nağd pulun olduğunu görmüş) sonra ümumilkidə 660 manat nağd pulu götürüb cibinə qoyduğunu bildirmişdir. Bundan sonra o, həmin pul kisəsinin içərisindən 3 ədəd onlardan biri qadın adına, ikisi isə kişi adına olan Kapital Banka aid plastik kart və bir ədəd də Bazarstore aid plastik kartların olduğunu aşkar etdiyini və həmin kartları çibinə qoyaraq pul kisəsini isə yolun kənarında olan zibillik olan yerə tulladığını bildirmişdir. Sonra içərisində şəkər tozu olan sellofan torbanı və plastik kartları yaşadığı evə apararaq gizlətdiyini və heç kimə bu barədə demədiyini götürdüyü pulları isə öz ehtiyaclarına xərclədiyini bildirmişdir. Sonra polis əməkdaşlarının onu yaşadığı qəsəbədə saxlayaraq 40-cı polis bölməsinə dəvət etdiklərini o isə polislərin qanuni tələblərinə tabe olaraq bölməyə getdiyini bildirmişdir. Qeyd olunan polis bölməsində ona oğurladığı şəkər tozunu və onun içərisində olan pul kisəsi barədə sual verdikdə o isə hadisəni heç bir təsir və təziq göstərilmədən səmimi olaraq etiraf etdiyini, oğurladığı əşyaların içərisində olan 660 manat məbləğində pulları götürməklə xərclədiyini qalan əşyaları isə yaşadığı evində gizlətdiyini və həmin əşyaları təqdim edəbiləcəyini bildirmişdir. Törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirir, vurduğu ziyanı ödəmişdir, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, əri Cahangirov Böyükağa Əliağa oğlu ilə birlikdə yaşayaraq və pensiya aldıqlarını bildirmişdir. Böyükağa xəstə olduğundan bütün hüquqlarını həyata keçirməyi natariusda təsdiq edilmiş etibarnamə əsasında ona həvalə etdiyini bildirmişdir. O, evdə pulları qurtardığından xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı evdən əri Cahangirov Böyükağa Əliağa oğluna və özünə məxsus, Kapital Banka aid pensiya kartlarını götürüb “Hökməli dairəsi”nin yaxınlığında yerləşən Bazarstore marketinin yanına quraşdırılmış Kapital Banka məxsus bankomatdan pul çıxartmaq üçün getdiyini bildirmişdir. O, ilk öncə Bazarstore mağazasına daxil olub oradan 2 kq şəkər tozu, 2 kq kartof və göy-göyərti aldığını və üstündə pulu təmiz qurtardığından Kapital Banka məxsus bankomatın qarşısına pul çıxartmaq üçün gəldiyini bildirmişdir. O, həmin bankomatdan özünə məxsus kartdan 310 manat nağd pul, əri Böyükağaya məxsus kartadan isə 350 manat nağd pul çıxarıb ümumilikdə 660 manat (6 ədəd 100 manatlıq, 5, 10 və 20 manatlardan ibarət 60 manatlıq) pulları kartlarla birlikdə üstündə gəzdirdiyi pul kisəsini içərisinə qoyduğunu bildirmişdir. Sonra o, həmin pul kisəsini əlində olan şəffaf rəngli içərisində şəkər tozu olan sellofan torbanın içərisinə qoyaraq “Hökməli dairəsi”nin yaxınlığında, Bakı-Şamaxı yolunun əks istiqamətində yerləşən avtobus dayanacağına getdiyini oradan da yaşadığı evinə getmək üçün avtobus gözləməli olduğunu bildirmişdir. O, həmin içərisində pul kisəsi və digər tərəvəz məsulları olan şəffaf sellofan torbaları dayanacağın içərisində olan oturacağın üstünə qoyub evinə zəng etmək qərarına gəldiyini bildirmişdir. O, üstündən gəzdirdiyi mobil telefonu ilə evinə zəng etdiyini sonra çönüb oturacağın üstünə qoyduğu içərisində şəkər tozu və pul kisəsi olan sellofan torbasının olmadığını aşkar etdiyini bildirmişdir. O, dərhal üstündə olan mobil telefonu ilə DİN-nin “102 zəng” xidmət mərkəzinə zəng edərək bu barədə məlumat vermiş, təxminən 40 dəqiqədən sonra polis əməkdaşlarının hadisə baş verdiyi yerə gəldiyini hadisəni ətaraflı araşdırılmasını təmin etmək məqsədi ilə onu 40-cı polis bölməsinə dəvət etdiklərini, hadisə ilə bağlı ərizəsini və izahatını verdikdən sonra yaşadığı evinə getdiyini bildirmişdir. Sonra ona məlum odlmuşdur ki, oğurluğu Təqsirləndirilən şəxs adlı şəxs törətmişdir. Vurulmuş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələb yoxdur. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. İş materiallarında olan “maddi sübut kimi tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, üzərində Zərərçəkmiş şəxs sözləri yazılmış Kapital banka məxsus 1 (bir) ədəd pensiya kartı və üzərində Böyükağa Cahangirova sözləri yazılmış Kapital banka məxsus 2 (iki) ədəd pensiya kartlarının kodları oğurluq hadisəsindən dərhal sonra deaktiv edildiyindən cinayət işi materiallarına əlavə edilsin, şəffaf sellofan torbada olan 2 kq şəkər tozu və Bazar-Store məxsus bonus kartı məhkəmə baxışına kimi saxlanılması üçün sahibinə qəbzlə təhvil verilməsi nəzərə alınsın. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddədə ittiham elan edilməsi qərara alınmışdır. İş materiallaırnda olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməsi və saxlandığı MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli qəbzindən görünür ki, Hökməli dairəsinin yaxınlığında yerləşən avtobus dayanacağından oğurlanmış 2 kq şəkər tozunu və 1 ədəd Bazar-Store məxsus bonus kartını təhvil almışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli qəbzindən görünür ki, dəymiş maddi ziyanla bağlı 560 (beş yüz altmış) manat pulu təhvil almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsi xx.xx.1992-ci il tarixli hökmünə əsasən Azərbaycan SSR CM-nin 208-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2009-cu il tarixli amnistiya qərarına əsasən azad olunmuşdur. İş materiallarında olan “toplanmış sübutlara qiymət verilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq və istintaqa təqdim etdiyi əşyalardan üzərində Zərərçəkmiş şəxs sözləri yazılmış Kapital Banka məxsus 1 (bir) ədəd pensiya kartı və üzərində Böyükağa Cahangirova sözləri yazılmış Kapital Banka məxsus 2 (iki) ədəd pensiya kartı, şəffaf sellofan torbada olan 2 kq şəkər tozu və Bazar-Store məxsus bonus kartı sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınsın və həmin əşyalardan pensiya kartlarının kodları oğurluq hadisəsindən dərhal sonra deaktiv edildiyindən cinayət işi materiallarına əlavə edilsin, 2 kq şəkər tozu və Bazar-Store məxsus bonus kartı isə məhkəmə baxışına kimi saxlanılması üçün sahibinə qəbzlə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı təqdim etdiyi 560 (beş yüz altmış) manat nağd pulun qəbzlə sahibinə ödənilməsi nəzərə alınsın, 112 (yüz on iki) manat pulun qalıq qalması hesaba alınsın. Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsi əsas götürülərəki dəymiş maddi ziyanın məbləği 672 manat hesablanması nəzərə alınması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Hökməli qəsəbəsində yaşadığı müddət ərzində barəsində Hökməli qəsəbə İcra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır o, müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri və cinayət işinin digər materialları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai - təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən etmiş olduğu cinayəti könüllü etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələb olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut 2 kq şəkər tozu, üzərində Zərərçəkmiş şəxs sözləri yazılmış Kapital Banka məxsus pensiya kartı və üzərində Böyükağa Cahangirova sözləri yazılmış Kapital Banka məxsus ümumi sayı 2 (iki) ədəd olan pensiya kartları və Bazar-Store məxsus bonus kartı saxlanılması üçün Zərərçəkmiş şəxs qəbzlə təhvil verilməsi nəzərə alınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlandığı iki gün müddət bir günə dörd gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutmanın aparıldığı tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra Qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 2 kq şəkər tozu, üzərində Zərərçəkmiş şəxs sözləri yazılmış Kapital Banka məxsus 1 (bir) ədəd pensiya kartı, üzərində Böyükağa Cahangirova sözləri yazılmış Kapital Banka məxsus 1 (bir) ədəd pensiya kartları və Bazar-Store məxsus bonus kartı zərərçəkmiş Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-381/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-381/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver