Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-383/2020 06.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi döngə 2, ev 10 B saylı ünvanda qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Dəyirmanın yanı” adlanan yerdə yolun kənarında saxlanılmış Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi “Shacman” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin akkumulyator olan hissəsini açaraq avtomobilin üzərindəki 1 ədədi 225 manat olmaqla 2 ədəd 450 manat dəyərində akkumulyatoru gizli talayıb Zərərçəkmiş şəxs1 cəmi 450 (dörd yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə, xx xxx 2020-ci il tarixdə saat 04 radələrində ünvan 1 A ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi “Vaz-2107” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb arxa şüşəsini sındırmaq yolu ilə qapısını açıb mühərrikini işə salaraq oradan sürüb yaşadığı Abşeron rayonu Məhəmmədi kəndində yerləşən evinə aparıb hissələrə bölməklə gizli talayıb Zərərçəkmiş şəxs2 cəmi 7500 (yeddi min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda natkotik vasitə olan heroini 20 manata alıb saxlayaraq daşımış, xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən yaşadığı evin qarşısında Binəqədi RPİnin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində 01 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,321 qram kustar üsulla hazırlanmış nakotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, bədənində olan ağrılara görə narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitələri almaq üçün pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK adlanan yerdən keçən zaman yolun kənarında torpaq hissədə göy rəngli “Shacman” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin dayandığını görmüş və o, həmin avtomobilin akkumulyatorunu oğurlamaq qərarına gəlmişdir. Buna görə də, bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra “Shacman” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin akkumulyator qoyulan qutusuna yaxınlaşmışdır. Həmin vaxt o, özü ilə götürdüyü dəmir parçası ilə avtomobilin akkumulyator qoyulan qutusunun qapağını qırıb orada olan 02 ədəd akkumulyatorları götürmüş və həmin akkumulyatorları yük avtomobilindən bir qədər aralıya daşıyaraq, yoldan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığım taksi kimi fəaliyyət göstərən avtomobilə qoyaraq yaşadığı Abşeron rayonu Məhəmmədi kəndində yerləşən evə aparıb gizlətmişdir. Bundan iki gün sonra, yəni xx xxxxxx 2020-cu il tarixdə o, oğurladığı 02 ədəd akkumulyatoru 70 manata satmışdır. Bundan başqa, o, xx xxx 2020-ci il tarixdə saat təxminən 04 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, A. Zeynallı küçəsinə getmişdir. Həmin vaxt o, A. Zeynallı küçəsi ev 1 A ünvanın qarşısında saxlanılmış vəziyyətdə ağ rəngli, “VAZ-2107” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görmüşdür. O, həmin avtomobili oğurlamaq qərarına gəlmişdir. Buna görə də, ətrafa bir qədər göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra “VAZ-2107” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq avtomobilin arxa sol tərəf qapıda olan balaca üçbucaq formalı şüşəni yerdən götürdüyü daş parçası ilə vurub sındırmışdır. Sonra o, əlini sındırdığı yerdən içəri salaraq avtomobilin arxa qapını açmışdır. Bundan sonra o, arxadan qabaq qapını açıb qabaq sürücü tərəfdən sükanın arxasına əyləşib avtomobilin mühərrikini işə salan starter deyilən kilidi sındırmış və kilidə gedən naqilləri bir-birinə toxundurmaqla mühərriki işə salmışdır. Sonra o, “VAZ-2107” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək sürüb yaşadığı Məhəmmədi kəndində yerləşən evinə aparıb evin həyətində saxlamışdır. Təxminən 5-6 saat sonra evdə olan laqonda ilə avtomobili hissələrini sökməyə başlamışdır. Təxminən avtomobili 10 saat ərzində tam hissələrə sökmüşdür. Ailə üzvləri və qohumları avtomobili haradan əldə etdiyini soruşan zaman o, onlara avtomobilin dostuna məxsus olduğunu, mühərriki yarasız olduğu üçün ehtiyat hissələrini sökərək satması üçün ona verdiyini bildirmişdir. Avtomobili sökərək ehtiyat hissələrinə ayırdıqdan sonra bacısı oğlu Nicatdan xahiş etmişdir ki, avtomobilin ehtiyat hissələrini satılmasında ona köməklik etsin. Nicat da avtomobili haradan aldığını soruşan zaman o, Nicata avtomobilin tanışlarından birinə məxsus olduğunu və avtomobilin yararsız olduğu üçün sökərək ehtiyat hissəsi kimi satmaq üçün ona verdiyini bildirmişdir. Nicat da ona inandığı üçün avtomobilin ehtiyat hissələrinin satılmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra bacısı oğlu Nicatın vasitəsi ilə oğurladığı avtomobilin ehtiyat hissələrini müxtəlif qiymətə, əvvəllər tanımadığı şəxslərə satmışdır. O, avtomobili tək oğurlamış, bu işdə ona heç kim köməklik etməmişdir. Vurduğu ziyanı ödəməyə imkanı yoxdur, azadlıqda olarsa işləyib ödəyəcəyinə söz verir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, avtomobilin ehtiyat hissələrinin satılmasından əldə etdiyi puldan narkotik vasitə alaraq istifadə etmək qərarına gəlmişdir. O, narkotik vasitələrdən istifadə edən zaman Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Aynur adlı şəxslə tanış olmuşdur və Aynur ona bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə lazım olarsa ora gedib ondan ala bilər. O da narkotik vasitə lazım olanda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gedərək Aynuru tapıb ondan almışdır. xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Aynur adlı şəxslə görüşmüş və orada Aynura 20 manat pul verib istifadə etmək məqsədi ilə 01 bükümdə narkotik vasitə olan heroin almışdır. Heroini aldıqdan sonra əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, gələcəkdə bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə etsin. xx xxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən evinin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, ona avtomobil oğurluğunda və narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişlər və onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər, o da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Orada ona hüquqlarının müdafiə edilməsindən ötrü vəkil dəvət etmişlər. Vəkilin iştirakı ilə hüquq və vəzifələri aydın izah edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi elan olunmuşdur. Həmin vaxt vəkil həmin istintaq hərəkətində iştirak etməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da, gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli şalvarın sağ yan cibində olan 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılsa da, üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisində nə olduğunu soruşduqda, o, həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx xxx 2020ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Aynur adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, törətdiyi cinayət əməllərinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, anası Qiyafət İsmayılovanın adına qeydiyyat şəhadətnaməsi ilə məxsus olan “VAZ-2107” markalı avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobil ona məxsus olmuş, öz puluna almışdır. Sonuncu dəfə xx xxx 2020-ci il tarixdə saat təxminən 23:30 dəqiqədə yaşadığı ünvan 3 saylı ünvanın qarşısında saxlayıb evə keçmişdir. xx xxx 2020-ci il tarixdə saat təxminən 09 radələrində çölə çıxan zaman avtomobilinin saxladığı yerdə olmadığını görmüşdür. Dərhal bu barədə polisə məlumat vermişdir. Avtomobil ağ rəngdə, üzərində **-UB-*** dövlət qeydiyyat nişanı olmuşdur. O, avtomobili öz puluna 2019-cu ilin noyabr ayında 7500 manata almışdır. Amma alan zaman avtomobili səbəbsiz olaraq anasının adına qeydiyyata salmışdır. Anası da ona etibarnamə vermişdir. Amma avtomobilin mülkiyyətçisi odur. Hadisə nəticəsində ona 7500 manat maddi ziyan dəymişdir. Avtomobilini oğurlamış şəxs ehtiyat hissələrinə sökərək yararsız vəziyyətə salıb satmışdır. Avtomobilin bərpa olunması qeyri mümkündür. Oğurluq hadisəsi ilə əlaqədar o, bildirmişdir ki, Təqsirləndirilən şəxs bu cinayəti tək törətməmişdir, bu işdə ona kömək edənlər olmuşdur. Ümumiyyətlə Sahib tutulan gün ona bildirmişdir ki, o, avtomaşını oğurlandıqdan sonra 100 manata almışdır. Alanda məqsədi onu hissələrə söküb satmaq olmuşdur. Lakin sonralar o, ifadəsini dəyişərək cinayəti tək törətdiyi barədə ifadə vermişdir. O, hesab edir ki, Sahib avtomaşını qohumu Nicatla bir yerdə oğurlamışdır. Nicatın bütün işlərdən əvvəldən xəbəri olmuşdur. Müstəntiqin işi düzgün aparmaması nəticəsində Nicat məsuliyyətə cəlb olunmamışdır. Ona vurulmuş ziyan ödənilməmişdir, o, şikayətçidir və təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “SHACMAN SX3314D/V366” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə X2 adına olsa da, Cəlal avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. Avtomobilin üzərində olan akkumulyatorların istifadə müddəti bitdiyi üçün özü şəxsi vəsaiti hesabına 2020-ci ilin yanvar ayının əvvəllərində 500 manata 02 ədəd akkumulyator alaraq avtomobilin üzərinə qoyaraq idarə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində idarə etdiyi “SHACMAN SX3314D/V366” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Dəyirmanın yanı deyilən ərazidə yerləşən evinin yaxınlığında, yolun kənarında saxlayaraq evə getmişdir. Səhər tezdən, yəni xx.xx.2020-ci il tarixdə saat 07:30 radələrində işə getmək üçün “SHACMAN SX3314D/V366” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yaxınlaşan zaman avtomobilin akkumulyator qoyulan qutusunun qapağının yerdə olduğunu görmüşdür. O, bundan şübhələnib tez avtomobilin akkumulyator qoyulan qutusuna yaxınlaşan zaman avtomobili işə salmaq üçün orada olan 02 ədəd akkumulyatorların yerində olmadığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər avtomobilin üzərində olan 02 ədəd akkumulyatorları oğurlamışlar. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Sonra onu 6-cı PB-nə dəvət etmişlər və o, orada baş vermiş hadisə barədə ərizə yazaraq izahat vermişdir. Baş vermiş hadisə zamanı oğurlanmış 02 ədəd akkumulyatorların hər birini 250 manat olmaqla ümumilikdə 500 manata alsa da, istifadə olunduğu üçün ikisinin birlikdə hazırki qiyməti 450 manat təşkil etmişdir. Həmin avtomobil X4 məxsusdur və Cəlal avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. Avtomobilin üzərində olmuş 02 ədəd akkumulyatorlar ona məxsus olmuşdur. İdarə etdiyi “SHACMAN SX3314D/V366'’ markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən akkumulyatordan başqa hər hansı bir əşya oğurlanmamışdır. Hadisə nəticəsində ona 450 manat maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan ödənilməmişdir, o, şikayətçidir və təqsirləndirilən şəxsin cəzalanmasını istəyir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Məhəmmədi kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi, üzərində saxlaması və xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Vaz-2107” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən ələ keçirilməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Həsən birlikdə məlumat əsasında saat 10 radələrində Təqsirləndirilən şəxsin yaşadığı Abşeron rayonu, Məhəmmədi kəndinə yerləşən evinin yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Sahibin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Məhəmmədi kəndində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Sahibə narkotik vasitələrin qanunsuz dövriyyəsində və xx.xx.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu bildirib Sahibi saxlamışlar. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər, Sahib də, buna etiraz etmədikdən sonra Sahibi PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Nəsimi Musayevə təhvil vermişlər. X8 Əliyevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Sahibi şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Sahibə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Sahib də, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Sahibin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Sahibin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra Sahibdən həmin 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümün içərisində nə olduğunu soruşduqda, Sahib həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni saxlanılmamışdan bir gün qabaq, yəni xx.xx.2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yaşayan Aynur adlı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Sahibin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və sahib tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Lahıc bağlarında plastik qapı pəncərə istehsalı ilə məşğul olunan sexdə fəhlə kimi işləyirdi. Təqsirləndirilən şəxs onun doğma dayısıdır. Bir həyətdə ayrı-ayrı otaqlarda olan evlərdə yaşayıllar. Təxminən 3-4 gün bundan əvvəl dayısı bir ədəd ağ rəngli “VAZ-2107” markalı avtomobil gətirmişdir. Həyətdə işə gedən zaman səhər tezdən dayısının əlində laqonda aparatı ilə həmin avtomobili hissələrə doğramasını görmüşdür. Dayısı həbsdən 2 il olardı ki, çıxmışdır. O, dayısından soruşduqda ki, maşını haradan əldə etmisən?, dayısı Sahib ona avtomobilin dostunun olduğunu, mühərrikinin nasaz olduğu üçün dostunun tapşırığı ilə hissələrini söküb satmaq üçün ona verdiyini demişdir. Hətta Sahib ona demişdir ki, avtomobili sökəndən sonra tanışlarına desin, hissələrini satsınlar, onsuz yararsız maşındı. O, heç nə deməyərək işə getmişdir. İşdə olan zaman iş yoldaşı Vüsala maşının hissələrini təklif etmiş, Vüsala maşının təkərlərini, surətlər qutusunu və sağ qabaq və arxa qapılarını almışdır. Surətlər qutusunu 135 manata, təkərləri 120 manata satmışdır. Aldığı pulların hamısını son qəpiyinə kimi dayısı Sahibə vermişdir. Sonra Anar adlı şəxsə 14 manata maqnitofonu satmışdır. Anara da dayısının dediyini demiş, Anar dostları ilə gəlib məhəllədən dayısından qiymətini bilmədiyi pula maşının digər hissələrini alıb getmişdir. Sahib ona avtomobilin oğurluq olduğunu deməmişdir. Sahib avtomobilin ehtiyat hissələrini satmağına görə ona bir qəpik də olsa pul verməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, özü Lahıc bağlarında plastik qapı pəncərə istehsalı ilə məşğul olur. xx xxx 2020-ci il tarixdə Nicat adlı işçi ona dayısının təkər satdığını demişdir. O, təkərlərə baxmış və hamısını 120 manata razılaşmışdır. 120 manat pul verib təkərləri almışdır. xx xxx 2020-ci il tarixdə günorta saatlarında Nicat ona zəng vurub demişdir ki, avtomobilə məxsus olan surətlər qutusu da satılır. O, Nicatdan soruşmuşdur ki, birdən həmin ehtiyyat hissələri oğurluq olar ha?, Nicat demişdir ki, dayısının tanışının avtomaşınıdır həmin şəxs avtomobilini aşırdıb, avtomobilə görə metal kimi 1300 manat pul deyiblər, o da maşını hissə-hissə satır ki, pulunu çıxartsın. Növbəti günü Nicat ona zəng vurub demişdir ki, avtomobilin salonunu satır. Nicat ona 2 ədəd VAZ 2107 məxsus sağ qabaq və arxa qapıları vermişdir. O, soruşmuşdur ki, qiyməti nə qədər olacaq. Nicat da, demişdir ki, işdə söhbət edərik. Növbəti günü Nicata zəng vuranda zəng çatmamışdır. Sonra ona polislər zəng vurub bölməyə dəvət etmişlər. Polis bölməsində ona məlum olmuşdur ki, avtomaşın oğurluq olmuşdur. Nicat ona ehtiyat hissələri satan zaman avtomaşının oğurluq olması barədə heç bir məlumat verməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Nicatla dükanda tanış olmuşdur. Nicat ona satdıq maqnitofon olduğunu demiş və onlar qərara gəlmişlçər ki, birlikdə maqnitafona baxsınlar. O da maşın ustası dostu Mahirlə Nicatın iş yerinə getmişlər. Orda maqnitofona baxmış və 14 manata almışlar. Mahir öz telefonunu vermişdir ki, maqnitofon işləməsə geri qaytaracaq. Nicat onlara demişdir ki, onda digər ehtiyat hissələri də vardır. Təxminən 2-3 saat sonra Nicat Mahirə zəng vurmuşdur ki, gedib baxsınlar. Mahirlə birlikdə Nicatın yaşadığı yerə Şahin, Mahir və o, birlikdə getmişlər. X9 “VAZ-2107” markalı avtomobilə məxsus 1 ədəd mühərrik, 1 ədəd körpü, asqı sisteminin ehtiyat hissələrini, 2 ədəd sol qabaq və arxa qapını, 1 ədəd kapot və 1 ədəd baqaj qapağını, 4 ədəd yan şüşələri, 1 ədəd şiti, avtomobilin istilik sistemini, 1 ədəd sobanın soyutma köynəyini, 1 ədəd mühərrikin soyutma köynəyini, 1 ədəd vozduxameri, 1 ədəd injektorun kömürünü, 4 ədəd asqı sisteminin yaylarını, 4 ədəd amortizatoru, 4 ədəd əyləc sisteminin dayaq dəmir-apornuları, 1 ədəd yanacaq çənini, elektrik naqillərini, 2 ədəd qabaq faraları, 2 ədəd arxa faraları, 2 ədəd qabarit işıqlarını ümumilikdə 400 manata satılmasına razılaşmışlar. Amma orada satışı Sahib həyata keçirmişdir. Mahir 360 manat vermiş, 40 manatda borclu qalmışdır. Bu əşyaları onun maşınına yükləyərək oradan çıxmışlar. Mahir demişdir ki, şəxsiyyət vəsiqənin surətini versin, o, bilsin ki, bu əşyalar oğurluq deyildir, Sahib Mahirə demişdir ki, maşın qardaşınındır, əzilib, ehtiyat hissələrinə söküb satırlar. Sahib onlara avtomobilin ehtiyat hissələrinin oğurluq olması barədə məlumat verməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, özü maşın ustasıdır. Maştağa qəsəbəsində maşın təmiri ilə məşğul olur. Anar onun qohumudur. Anar ona xx xxx 2020-ci il tarixdə satdıq avtomobil maqnitofonu olduğunu demişdir. Anarla o, birlikdə gedib Nicatın satdığı maqnitofona baxmışlar. Anar Nicatdan 14 manata maqnitofonu almışdır. O da həmin vaxtı Nicata öz telefon nömrəsini vermişdir ki, maqnitafon işləməsə qaytaracaq. Nicat təxminən 2-3 saat sonar ona zəng vurub “gəl yaşadığım evə, maşın ehtiyyat hissələri var” sözlərini demişdir. O da Anarın idarə etdiyi qırmızı rəngli “Vaz-2106” markalı avtomobili ilə Nicatın yaşadığı Məhəmmədi kəndinə getmişlər. Orada Sahiblə “Vaz-2107” markalı avtomobilə məxsus 1 ədəd mühərrikin, 1 ədəd körpünü, asqı sisteminin ehtiyat hissələrini, 2 ədəd sol qabaq və arxa qapını, 1 ədəd kapot və 1 ədəd baqaj qapağı, 4 ədəd yan şüşələri, 1 ədəd şiti, avtomobilin istilik sistemini, 1 ədəd sobanın soyutma köynəyini, 1 ədəd mühərrikin soyutma köynəyini, 1 ədəd vozduxameri, 1 ədəd injektorun kömürünü, 4 ədəd asqı sisteminin yaylarını, 4 ədəd amartizatoru, 4 ədəd əyləc sisteminin dayaq dəmiri-apornularını, 1 ədəd yanacaq çənini, elektrik naqillərini, 2 ədəd qabaq faranı, 2 ədəd arxa faranı, 2 ədəd qabarit işıqlarını ümumilikdə 400 manata satılmasına razılaşmışlar. Amma o, Sahibə 360 manat vermişdir. 40 manatda borclu qalmışdır. O, bu əşyaları alandan sonra Sahibə şəxsiyyət vəsiqənin surətini verməsini istəmişdir ki, əşyalar oğurluq deyildir. Sahib ona demişdir ki, maşın qardaşınındır, əzilib, ehtiyat hissələrini söküb satırlar. O, ehtiyat hissələrini alan zaman oğurluq olmasını bilməmişdir. Sahib ona oğurluq olması barədə məlumat verməmişdir.Sonradan onlara məlum olmuşdur ki, avtomaşın Sahib tərəfindən oğurlanmışdır və o, ehtiyyat hissələrini polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Şahini məhəllə uşağı kimi tanımışdır. xx xxx 2020-ci il tarixdə Şahin ona zəng vurub demişdir ki, Məhəmmədi kəndində ehtiyat hissələri vardır, almışlar, gəl gedək götürək. O da özünə məxsus olan RAF markalı avtomobilini Məhəmmədi kəndinə sürmüşdür. Orada Şahin, Mahir və Anarı görmüşdür. Onun maşınına avtomobil ehtiyat hissələrini yükləmişlər. O, alqı-satqıda iştirak etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Mahir onun tanışıdır. xx xxx 2020-ci il tarixdə Mahirin sexində olan zaman Mahir gələrək Məhəmmədi kəndində maşın mühərriki olduğunu və gedib mühərrikə baxmağı ona demişdir. Birlikdə o, Mahir və Anar Anarın avtomobili ilə deyilən yerə getmişlər. Mahirin telefonu ilə Nicatla danışıb Nicatgilin evinə getmişlər. Orada Mahir “Vaz-2107” markalı avtomobilə məxsus 1 ədəd mühərriki, 1 ədəd körpünü, asqı sisteminin ehtiyat hissələrini, 2 ədəd sol qabaq və arxa qapını, 1 ədəd kapot və 1 ədəd baqaj qapağını, 4 ədəd yan şüşələri, 1 ədəd şit, avtomobilin istilik sistemini, 1 ədəd sobanın soyutma köynəyini, 1 ədəd mühərrikin soyutma köynəyini, 1 ədəd vozduxameri, 1 ədəd injektorun kömürünü, 4 ədəd asqı sisteminin yaylarını, 4 ədəd amartizatoru, 4 ədəd əyləc sisteminin dayaq dəmiri-apornularnı, 1 ədəd yanacaq çənini, elektrik naqillərini, 2 ədəd qabaq faranı, 2 ədəd arxa faranı, 2 ədəd qabarit işıqlarını ümumilikdə 400 manata satılmasını razılaşmışlar. Amma orada satışı Sahib həyata keçirmişdir. Mahir 360 manat vermiş, 40 manat da borclu qalmışdır. Bu əşyaları bir qədərini Anarın, bir qədərini Ağasahibin maşınına yükləyib çıxıb getmişlər. Sahib Mahirə demişdir ki, maşın qardaşınındır, əzilib, ehtiyat hissələrinə söküb satırlar. Həmin ehtiyyat hissələrini alan zaman oğurluq olması barədə Sahib onlara məlumat verməmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/833 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs aşkar olunmuş” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,321 qr tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 0,271 qr. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020ci il tarixli, 6/833 saylı ekspert tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-444/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilərək, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin çəkisi 0,321 qram olan narkotik vasitə olan heroin sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınması və qalıq qalmış 0,271 qram çəkidə narkotik vasitə olan heroin məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş DİN-in Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən məlum olur ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrinə əsasən 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2019-cu il tarixində cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan “Materialın ********* nömrəli cinayət işinə birləşdirilməsi haqqında” xx.xx.2020-ci tarixli qərardan görünür ki, material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Shaqman” markalı, **-MR-*** dövlət nömrə nişanlı avtomobilindən iki ədəd akkumliyatorunu oğurlayan naməlum şəxsi müəyyən edilməsini, eyni zamanda onun barəsində AR-nın İXM-nin 227-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi qərara alınmışdır. İş materiallarında olan “Cinayət işi başlanmasının rədd olunmasına dair qərarın ləğv olunması və əlavə yoxlama aparılması barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə Binəqədi RPİ-nin 6-cı polis bölməsinin baş təhqiqatçısı Kamandar Ələsgərovun xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və materialın Binəqədi RPİ-nin istintaq şöbəsində istintaq aparılan ********* saylı cinayət işinə birləşdirilməsi üçün istintaq şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 1853 №li rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4 və 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan və qalıq çəkisi 0,271 qram olan narkotik vasitə heroin saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD farmatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, iş üzrə “VAZ-2107” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomaşına məxsus olmuş 02 ədəd səs gücləndirici, 01 ədəd dinama, 01 ədəd avtomaşını işə salan qurğu, 02 ədəd amortizatorların burjunları, 01 ədəd kiçik su çəni, 02 ədəd amortizator, 01 ədəd istilik sisteminin radiatorlaru və 04 ədəd qapının içəri hissədən qoruyucuları, 01 ədəd mator qoruyucu, 01 ədəd yük hissəsininörtüyü, 01 ədəd sürücü tərəfdən qabaq qapı, 01 ədəd sol tərəf arxa qapı, 04 ədəd qapılara məxsus olan üzlük, 01 ədəd günlük qoruyucu, 04 ədəd qabaq “çaşka", 01 ədəd qapılar arası dirək, 01 ədəd yanacaq çəni, 01 ədəd qapaq ox, 01 ədəd ümumi səs boğucu, 01 ədəd ümumi şit, 02 ədəd qapaq işıq ötürücü fara, 02 ədəd arxa işıq qaytarıcı stoplar, 01 ədəd mühərrik işə salman yer ilə rulun alt hissəsi, 01 ədəd istilik mühərriki, ümumi elektrik hissəsi, 01 ədəd kömür, 01 ədəd şüşə silənin mühərriki, 04 ədəd yan şüşələr, 01 ədəd bütöv mühərrik, 01 ədəd ötürücü qurğu, 01 ədəd sürətlər qutusu, 05 ədəd təkər, 01 ədəd qabaq sağ qapı, 01 ədəd arxa sağ qapı, bir ədəd arxa oturacaq, qabaq mühərrik hissəsinin ətrafı, 01 ədəd arxa yük hissəsi, 01 ədəd avtomaşının arxa alm şüşəsi, 01 ədəd nəqliyyat vasitəsinin döşəmə hissəsi, 01 ədəd arxa sol təkərin üst hissəsi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınsın və sahibinə geri qaytarılması nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona yenidən ittiham elan olnması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin məqsədlərini təmin etmiş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - cəzaçəkmə müəssisəsinin “ciddi” rejimli növü müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli Plenum Qərarının 4-cü bəndini qeyd etməyi zəruri hesab edir. Belə ki, qərarda qeyd olunmuşdur ki, özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməldir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbirlər görmüşlərsə (məsələn, hüquqazidd hərkətlərin dayandırılmasını tələb etmişlərsə) bu zaman təqsirli şəxs Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, təyin edilmiş cəzalar həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli,iş üzrə maddi sübut kimi tanınmış və BinəqədiRPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza təhqiqatından sonra ümumi qalıq çəkisi 0,271 qram olan narkotik vasitə heroinhökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə maddi sübut kimi tanınmış “VAZ-2107” markalı, **- UB-*** dövlət qeydiyyat nişanlı avtomaşına məxsus olmuş 02 ədəd səs gücləndiricinin, 01 ədəd dinamanın, 01 ədəd avtomaşını işə salan qurğunun, 02 ədəd amortizatorların burjunlarının, 01 ədəd kiçik su çəninin, 02 ədəd amortizatorun, 01 ədəd istilik sisteminin radiatorunun və 04 ədəd qapının içəri hissədən qoruyucuların, 01 ədəd motor qoruyucusunun, 01 ədəd yük hissəsinin örtüyünün, 01 ədəd sürücü tərəfdən qabaq qapının, 01 ədəd sol tərəf arxa qapının, 04 ədəd qapılara məxsus olan üzlüyün, 01 ədəd günlük qoruyucunun, 04 ədəd qabaq “çaşka”, 01 ədəd qapılar arası dirəyin, 01 ədəd yanacaq çəninin, 01 ədəd qapaq oxun, 01 ədəd ümumi səs boğucusunun, 01 ədəd ümumi şitin, 02 ədəd qapaq işıq ötürücü faranın, 02 ədəd arxa işıq qaytarıcı stopların, 01 ədəd mühərrik işə salman yer ilə rolun alt hissəsinin, 01 ədəd istilik mühərrikinin, ümumi elektrik hissəsinin, 01 ədəd kömürün, 01 ədəd şüşə silənin mühərrikinin, 04 ədəd yan şüşələrin, 01 ədəd bütöv mühərrikin, 01 ədəd ötürücü qurğunun, 01 ədəd sürətlər qutusunun, 05 ədəd təkərin, 01 ədəd qabaq sağ qapının, 01 ədəd arxa sağ qapının, bir ədəd arxa oturacağın, qabaq mühərrik hissəsinin ətrafının, 01 ədəd arxa yük hissəsinin, 01 ədəd avtomaşının arxa alın şüşəsinin, 01 ədəd nəqliyyat vasitəsinin döşəmə hissəsinin və 01 ədəd arxa sol təkərin üst hissəsinin Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.2.2 və 177.2.4-cü maddələri ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və BinəqədiRPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza təhqiqatından sonra ümumi qalıq çəkisi 0,271 qram olan narkotik vasitə heroinhökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın İş üzrə maddi sübut kimi tanınmış “VAZ-2107” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomaşına məxsus olmuş 02 ədəd səs gücləndiricinin, 01 ədəd dinamanın, 01 ədəd avtomaşını işə salan qurğunun, 02 ədəd amortizatorların burjunlarının, 01 ədəd kiçik su çəninin, 02 ədəd amortizatorun, 01 ədəd istilik sisteminin radiatorunun və 04 ədəd qapının içəri hissədən qoruyucuların, 01 ədəd motor qoruyucusunun, 01 ədəd yük hissəsinin örtüyünün, 01 ədəd sürücü tərəfdən qabaq qapının, 01 ədəd sol tərəf arxa qapının, 04 ədəd qapılara məxsus olan üzlüyün, 01 ədəd günlük qoruyucunun, 04 ədəd qabaq “çaşka”, 01 ədəd qapılar arası dirəyin, 01 ədəd yanacaq çəninin, 01 ədəd qapaq oxun, 01 ədəd ümumi səs boğucusunun, 01 ədəd ümumi şitin, 02 ədəd qapaq işıq ötürücü faranın, 02 ədəd arxa işıq qaytarıcı stopların, 01 ədəd mühərrik işə salman yer ilə rolun alt hissəsinin, 01 ədəd istilik mühərrikinin, ümumi elektrik hissəsinin, 01 ədəd kömürün, 01 ədəd şüşə silənin mühərrikinin, 04 ədəd yan şüşələrin, 01 ədəd bütöv mühərrikin, 01 ədəd ötürücü qurğunun, 01 ədəd sürətlər qutusunun, 05 ədəd təkərin, 01 ədəd qabaq sağ qapının, 01 ədəd arxa sağ qapının, bir ədəd arxa oturacağın, qabaq mühərrik hissəsinin ətrafının, 01 ədəd arxa yük hissəsinin, 01 ədəd avtomaşının arxa alın şüşəsinin, 01 ədəd nəqliyyat vasitəsinin döşəmə hissəsinin və 01 ədəd arxa sol təkərin üst hissəsinin Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-383/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-383/2020
06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver